A y t o r e f e r a t I



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə1/10
tarix26.08.2018
ölçüsü0,9 Mb.
#64831
  1   2   3   4   5   6   7   8   9   10


AZƏRBAYCAN MÜLLİ ELMLƏR AKADEMİYASI 

NƏSİMİ adma DİLÇİLİK İNSTİTUTU

Əlyazması hiiququnda



RASIM ARIF oğlu HEYDƏROV

DiIIərarası əlaqələr və dilbrin inkişafı Məsələləri

10.02.19-Dil nəzəriyyəsi

Filologiya eimləri namizədi alinılik dərəcəsi almaq üçün təqdim 

edilmiş dissertasiyanm

A Y T O R E F E R A T I

B A K I  - 2008



Bissertasiya AMEA Nəsimi adma Dilçilik İnstitutunun 

Nəzəri və tətbiqi dilçilik şöbəsində yerinə yetirilmişdir.

Elmi rəlsbər:

A.A.Axundov

akademik


əməkdar elm xadimi, 

dövlət mükafatı laureatı



Rəsmi opponentlər:

İ.O.Məmmədov

filologiya elmləri doktoru



A.Y.Məmmədov

filologiya elm bri doktoru



Aparıcı miiəssisə:

Bakı Dövlət Universitetinin Filologiya 

fakflltəsinin Ümumi dilçilik kafedrası

Müdafiə 


«tU i»

  {Lc vt?Ov0,  2008-ci  il  saat 



423G

  da  Azərbaycan 

Milli  Elmlər  Akademiyası  Nəsimi  adma  Dilçilik  Institutu  nəzdində 

filologiya  elmləri  doktoru  və  filologiya  elmlər  namizədi  alimlik 

dərəcəsi  almaq  üçün  təqdim  olunan  dissertasiyalarm  müdafiəsini 

keçirən Dissertasiya Şurasmın (D.01.141) iclasmda olacaqdır.

Ünvaıı:  Bakı, AZ  1143, H.Cavid prospekti 31, V mərtəbə, AMEA 

Nəsimi adına Dilçilik İnstitutu

Dissertasiya ilə Nəsimi adma Dilçilik İnstitutunun kitabxanasmda tamş 

oimaq olar.

Avtoreferat 

«£J.

» 

vjOy-nvov 



?  2008-ci ildə göndərilmişdir. 

Dissertasiya Şurasının elmi katibi,

filologiya elnıləri doktoru, professor-

Q.İ.Məşədiyev



İŞİN ÜMUMİ SƏCİYYƏSİ

Dilin  dəyişməsi  və  inkişafı  onun  əsas  keyfıyyətidir.  Müasir  dilçiliyin 

məşğul  olduğu  ən  mühüm  problemlərdən  biri  də  dillərin  inkişafı 

məsələsidir.  Dillərin  inkişafı  müxtəlif səbəblərlə  bağhdır.  Buna  görə  də, 

onu  ancaq  bir  səbəblə  bağlamaq  düzgün  olmazdı.  Bunun  üçün  bir  sıra 

səbəblərin varlığı mütləqdir.

Dilin  təkamülü  və  inkişafı  çox  mürəkkəb  anlayışlardır.  Çünki  dilin 

inkişafının  öz  spesifik  xüsusiyyətləri  var.  Dillər  öz  inkişaflannda 

dialektikanın  ümumi  qanunlanna  da  tabe  olur.  Cəmiyyətin  inkişafı  ilə 

əlaqədar  təbii  ki,  təfəkkür  də  inkişaf edir.  Dil  bu  inkişafa  m ane  olmur. 

Əksinə təfəkkürlə sıx bağlı olduğundan onunla inkişaf edərək təkmilləşir.

Dilin  inkişafı,  təkmilləşməsi  və  dəyişməsi  qaydaları  həmişə  dilçilik 

elminin diqqət mərkəzində olmuşdur.  Bir sıra dilçilər bu məsələ ilə bağh 

müxtəlif  mülahizələr  irəli  sürmüşlər.  Lakin  hələ  də  bu  məsələnin  tam 

aydmhğı ilə şərh edildiyini qeyd etmək olmaz.

Dilin inkişafı deyəndə dilin tərkib hissəsini təşkil edən səslərin,  sözlərin, 

söz  birləşmələrinin,  şəkilçilərin  və  qram m atik  əlaqələrin,  onun  müxtəlif 

komponentlərinə  məxsus  ünsürlərin  müntəzəm  olaraq  dəyişməsi  və 

zənginləşməsi nəzərdə tutulur.  Dilçilik elmində «dilin inkişafı» termini də 

məhz bu anlayışüarı ifadə edir.

«Dilin inkişafının iki tərəfi var:  dihn xarici mühitin təsiri ilə inkişafı və 

dilin  daxih  inkişafı.  İstənilən  dilin  inkişafında  bu  amillər  bir-biri  ilə  sıx 

bağlıdır.  Buna görə də dil dəyişmələrinin öyrənilməsində bu problem çox 

mühüm çətinlik törədir».’

Dilin  inkişafinda  dillərarası  əlaqələr  əhəmiyyətli  dərəcədə  ciddi  rol 

oynayır.  Dillərarası  əlaqələr  dedikdə  dilçilik  ədəbiyyatmda  iki  dilin 

təması  zamanı  bir  dilin  təsiri  ilə  digər  dildə  baş  verən  dəyişikliklər 

nəzərdə  tutulur.  Bu  əlaqələr  dilçilik  elminə  çoxdan  məlum  olsa  da, 

onlann əhatəsi hələ də tam  tədqiq edilməyib.  Dilin, demək olar ki, bütün 

sahələrini  əhatə  edən  dil  təm aslan  problemindən  dilçilikdə  artıq  aynca 

sahə  kimi  damşanlar  da  var.  Təqdim  olunan  dissertasiyada  dillərin 

inkişafmda  ekstralinqvistik  amillərin,  dil  təmasları  nəzəriyyəsinin 

mahiyyətinin  və  onun  nəzəri  dilçilikdəki  rolunun  müəyyən  edilməsinə 

cəhd  göstərilmişdir.  Lakin  dil  təm aslan  nəzəriyyəsi  çox  mürəkkəb  və 

çoxşaxəli  olduğundan  onu  hərtərəfli  əhatə  etmək  olduqca  çətindir. 

Müasir dilçilik  cərəyanlanndan  olan  sosiolinqvistika,  psixolinqvistika və

1 06m ee Ü3MK03HaHHe / noa. pea.  &.A.Cepe6pcHHHKOBa, M.:  HayKa,  1970, c.198



etnolinqvistika  səhələrində  bu  nəzəriyyə  ilə  bağlı  ayn-aynlıqda 

tədqiqatlar aparılmış və müəyyən nəticələr əldə edilmişdir. Dissertasiyada 

problemlərə  ümumi  dilçilik  baxımmdan  diqqət  yetirməyə  çalışılmışdır. 

Problemlərə  daha  çox  sosiolinqvistik  cəhətdən  yanaşılsa  da,  yeri 

gəldikcə,  həm insan  psixikasmda baş verən  dəyişikliklər,  həm  də dillərin 

öyrənilməsi  metodikasmda  dil  əlaqələri  ilə  bağlı  yaranan  problemlərə 

toxunulmuşdur.

Mövzunun  aktuallığı. 

Dillərarası 

əlaqələr  və 

dillərin 

inkişafı 

məsələlərinin  dilçilikdə  çoxdan  tədqiq  olunmasma  baxmayaraq,  bu 

məsələ  hələ  də  öz  tam   həllini  tapmayıb.  Ona  görə  də  bu  dissertasiya 

nəzəri  dilçiliyin  aktual  problemlərindən  birinə  həsr  olunub.  Eyni 

zamanda,  dissertasiyada  interferensiya,  bilinqvizm və  çoxdillilik,  dillərin 

ittifaqı,  kreollaşma  və  picinləşmə  kimi  mürəkkəb  problemlərin  izahma 

cəhd  göstərilməsi  mövzunu  daha  da  aktuallaşdırır.  A yn-ayn  dövrlərdə 

müxtəlif sahə mütəxəsisləri,  o cümlədən, dilçilər tərəfindən tədqiqata cəlb 

olunmuş  bu  mövzunun  nəzəri  əsasını  öyrənmək  böyük  elmi  əhəmiyyət 

kəsb edir.



Tədqiqatın  məqsədi  və  vəzifələri.  Dillərarası  əlaqələr,  onlann  dillərin 

inkişafındakı 

rolu 

və 


dillərarası 

əlaqələrin 

tam  

sərhədini 



müəyyənləşdirmək tədqiqatm qarşısında əsas məqsəd kimi qoyulmuşdur. 

Bu məqsədlə bağh aşağıdakı vəzifələr müəyyən edilmişdir:

-  bu  sahəyə  həsr  olunmuş  tədqiqatları  təhlil  etmək  və  bu  barədə 

formalaşmış mövcud fikirləri ümumiləşdirmək;

-  dillər  arasında  əlaqələrin  yaranm a  şəraitini  və  səbəblərini 

müəyyənləşdirmək;

-  doğma  olmayan  dillə  tamşlıq  zamanı  fərdin  nitqində  yaranan 

kənaraçıxmalar  və  onlarm  psixoloji  və  linqvistik  səbəblərini  müəyyən 

etmək;

-  interferensiyanm  növlərini  və  bu  hadisənin  doğma  yaxud  ikinci  dilə 



göstərdiyi mənfi və ya müsbət təsiri aydmlaşdırmaq;

konvergensiya 



və 

divergensiya 

hadisələri, 

onların 


dillərin 

inkişafmdakı rolunu izah etmək;

-  dilçilikdə  alınma  problemi  və  onun  dillərin  inkişafmdakı  roluna 

aydmlıq gətirmək;

-  dillərin  ittifaqı  anlayışı  və  onun  dillərarası  əlaqələr  problemində 

mövqeyini  müəyyənləşdirmək;

-  qanşıq dillərin -  yəni picinlərin,  kreollann  yaranması və  bu prosesin 

yaranm a səbəblərini müəyyən etmək;

-  dillərin  qanşması  -   substrat,  superstrat,  adstrat  hadisələrinin 

dillərarası əlaqələr nəzəriyyəsindəki rolunu izah etmək;




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə