A zərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında



Yüklə 284,06 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix21.06.2018
ölçüsü284,06 Kb.
#50494
  1   2   3   4   5   6


A

zərbaycan Tibb 

Universitetinin  Tədris 

Cərrahiyyə Klinikasında 

“Azərbaycanda leykemiya 

problemi” mövzusunda konfrans 

keçirilmişdir.  

ATU-nun və “İrəli” İctimai Birliyinin 

birgə təşkilatçılığı ilə keçirilən konf-

ransda  əvvəlcə  leykemiya  xəstəliyi 

haqqında sənədli film göstərilmişdir.

Tədbir  iştirakçılarını  salamlayan 

universitetin  rektoru,  millət  vəkili, 

akademik Əhliman Əmiraslanov, bu 



H

örmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə 

cansağlığı və səadət arzulayıram.

Siz əsrlər boyu formalaşmış əxlaqi sərvətlərimizin, mədəni-mənəvi dəyərlərimizin layiqincə qo-

runub saxlanmasını təmin etmiş, tariximizə öz uzaqgörənliyiniz, fədakarlıq və qəhrəmanlıqlarınızla 

parlaq səhifələr yazmısınız. Ən dərin fikirləri dolğun ifadə qüdrətinə malik dilimizin ötən dövrlərin 

sınağından çıxaraq bu gün də yaşaması və zənginləşməsində misilsiz xidmətləriniz vardır. Gözəl 

ana kimi gənclərimizin vətənə və torpağa bağlılıq, müstəqil dövlətçiliyimizə, istiqlal ideallarına və 

azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmaları üçün bütün qüvvənizi sərf edirsi-

niz. Siz həm də maarifpərvər qadın ziyalılarımızın yolunu ləyaqətlə davam etdirərək, mədəniyyət, 

elm, təhsil, səhiyyə və digər istiqamətlərdə istedad və bacarığınızı getdikcə daha böyük əzmlə 

gerçəkləşdirirsiniz.

Cəmiyyətimizin həyatına dinamizm qazandıran sosial fəallığınız və onun ahəngdarlığını təmin 

edən yüksək ictimai mövqeyiniz zəngin mənəviyyatınızın, dərin zəkanızın, təşkilatçılıq qabiliyyəti 

və işgüzarlığınızın nəticəsidir. Azərbaycanın gələcək inkişafına uyğun, mühüm əhəmiyyətli 

layihələrin daimi iştirakçıları olaraq müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə 

yönəlmiş fəaliyyətlərinizlə siz göstərilən etimadı həmişə doğrultmusunuz. İctimai-siyasi, sosi-

al-iqtisadi və elmi-mədəni sahələrdə apardığınız səmərəli işlərin bəhrələri yurdumuzun hər bir 

guşəsində özünü aydın şəkildə büruzə verir. Ölkənin hazırkı simasının müəyyənləşməsində 

özünəməxsus yer tutan və əhatə dairəsi mütəmadi genişlənən müvəffəqiyyətləriniz müasir 

Azərbaycan reallığının diqqətəlayiq hadisələridir.

Ümidvaram ki, siz xanımlar xalqımıza xas milli mənəvi dəyərləri bundan sonra da yaşadacaq və tükənməz intellektual potensialınızla gündən-günə yeniləşən respublikamı-

zın çiçəklənməsi naminə töhfələrinizi əsirgəməyəcəksiniz.

Ən xoş arzularla,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 mart 2014-cü il.

     Ãÿçåò 

1933 - úö èëäÿí ÷ûõûð.          

№ 05 (1580)  15 mart 2014 - úц èë                         Ãèéìÿòè 40 ãÿïèê

Bu sayımızda

Azərbaycan Tibb Universitetinin kollektivi 

8 mart Beynəxalq Qadınlar 

Günü münasıbətilə 

universitetimizdə çalışan bütün 

xanımları və tələbə qızları 

təbrik edir, onlara xoşbəxtlik və 

firavanlıq arzulayır!

3

DÜNYA BÖYRƏK 

GÜNÜ QEYD EDİLİB

MÜLKİ MÜDAFİƏ GÜNÜNƏ 

HƏSR OLUNMUŞ TƏDBİR

8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə 

Azərbaycan qadınlarına təbrik

Azman tarixdən bu 

günümüzə gələn 

bayramımız

səh. 7

“Azərbaycanda  leykemiya problemi 

“ mövzusunda konfrans keçirilmişdir

“Avstriyada keçirilən pediatrların 

ümumdünya konqresində nümayəndələr 

çıxışımı böyük maraqla qarşıladı”

səh. 4

5



http://www.amu.edu.az

15 mart 2014-ъц ил

2

mövzunun  aktuallığından  söh bət  açaraq 

bildirmişdir ki, leykemi ya 4 ağır xəstəlikdən 

biri kimi tək cə Azərbaycanda deyil, dünya 

səhiyyəsində  narahatlıq  yaradır.  Baş qa 

bədxassəli  xəstəliklərlə  müqayisədə  bu 

xəstəliyin  müalicə  xərcləri  də  çox  böyük-

dür.    Ona  görə  də  ölkəmizdə  leykemiyalı 

xəstələrin  hüquqi  və  sosial  durumlarının 

yaxşılaşdırılması  zəruridir.  Ancaq  bunun 

üçün  Milli  Məclisdə  yeni  qanun  qəbul 

etməyə  ehtiyac  yoxdur,  çünki  onkoloji 

xəstəliklərlə bağlı qanun vardır. Sadəcə bu 

qanuna əlavə və dəyişikliklər etmək lazım-

dır.

Leykemiyalı xəstələrin müalicəsi ilə bağlı 



kadr  çatışmazlığını  qeyd  edən  rektor  bil-

dirmişdir  ki,  indi  bu  problem  də  getdikcə 

həll  olunur.  Qardaş  Türkiyənin  klinikala-

rında rezidentlər və uzmanlar  mükəmməl 

təhsil  aldıqdan  sonra  ölkəmizə  dönür  və 

belə  xəstələrə  yüksək  səviyyədə  tibbi 

xidmət  göstərirlər.  Bu  istiqamətdə  dövlət 

tərəfindən  xeyli  işlərin  görüldüyünü  vur-

ğulayan  natiq  dedi  ki,  cəmiyyət  də  gərək 

bu  xəstələrə  qayğı  ilə  yanaşsın.  Çünki 

bu xəstəliyə tutulanların böyük qismi düz-

gün müalicə alarsa sağalıb cəmiyyətin bir 

üzvünə çevrilə bilir. Rektor qeyd etmişdir ki, 

Azərbaycanda sümük iliyinə ehtiyacı olan 

xəstələr də çoxdur. Ona görə də sümük iliyi 

transplantasiyasının  da  ölkəmizdə  həyata 

keçirilməsinin vaxtı çat-

mışdır.


“İrəli” İctimai Birliyinin 

sədri  Rauf  Mərdiyev 

isə  “Leykemiya  ayı” 

layihəsi 

haqqında 

məlumat 


vermişdir. 

Bildirmişdir  ki,  fevralın 

20-dən  etibarən  baş-

layan 


layihə 

mar-


tın 

20-dək 


davam 

edəcəkdir.  Layihənin 

həyata  keçirilməsində 

məqsəd Azərbaycanda 

leykemiyalı  xəstələrin 

problemlərinə ölkə ictimaiyyətinin diqqətini 

cəlb  etmək,  onların  cəmiyyətin  ayrıl-

maz  hissələri  olduqları  barədə  ictimai 

maarifləndirməni təşkil etməkdən ibarətdir.

Konfransda  çıxış  edən  Milli  Məclisin 

Sosial  Siyasət  Komitəsinin  sədri,  millət 

vəkili  Hadı  Rəcəbli  indiyədək  səhiyyə 

sahəsində  tibbi  xidmətin  yaxşılaşdırilma-

sı  üçün  bir  sira  qanunların  qəbul  edildiyi-

ni söylədi. O, son on ildə respublikamızın 

30-dan çox rayonunda müasir diaqnostika 

mərkəzlərinin,  o,  cümlədən  unikal  idman 

komplekslərinin  tikilib istifadəyə verildiyini 

diqqətə  çatdırdı.  Komitə  sədri  bu  görülən 

işlərin  kökündə  insanların  sağlam  həyat 

tərzinin dayandığını qeyd edərək, bunların 

hamısının  dövlətimizin  öz  vətəndaşlarına 

olan  diqqət  və  qayğının  bariz  nümunəsi 

kimi  dəyərləndirdi.  Bu  təşkilatın  həyata 

keçirdiyi  layihəni  alqışladığını    söləyən 

H.Rəcəbli  belə  tədbirlərin  ölkə  əhalisınin 

maarifləndirilməsi  işində  müsbət  rolunu 

qeyd etdi.

Sonra konfrans mütəxəssislərin leykemi-

ya xəstəliyi ilə bağlı məruzələri ilə davam 

etmişdir. Türkiyənin Hematoloji Dərnəyinin 

rəhbəri, professor Süleyman Dinçer “Ley-

kemiya  problemi  Türkiyədə”,  “Leykemi-

ya  ilə  Mübarizə”  İctimai  Birliyinin  sədri 

Mehriban  Bağırova  “Leykemiya  problemi 

Azərbaycanda”,Azərbaycan  Respublika-

sı  İnsan  Hüquqları  üzrə  Müvəkkilinin  ixti-

saslaşmış  müşaviri, 

elmi-  analtik  sekto-

run  baş  məsləhətçisi 

Müqalib 

Mahmu-


dov 

“Leykekemiya 

xəstəliyindən  əziyyət 

çəkən  uşaqların  hü-

quqları”  və  Səhiyyə 

Nazirliyi  B.Eyvazov 

adına  Elmi  Tədqiqat 

Hematologiya 

və 

Trans fuziologiya  İns-



titutunun 

həkimləri 

leykemiya  xəstəliyi 

haq qında  və  bu  xəs-

təliklə  mübarizə  isti-

qamətində  ölkə miz-

də  görülmüş  iş lər lə 

bağlı ətraflı məlumat vermişlər. Çıxışlarda 

qeyd  edilmişdir  ki,  leykemiya  və  ya  ley-

koz  qan  xərçəngidir.  Xəstəliyə  bütün  yaş 

qruplarında rast gəlmək mümkündür. Ley-

kemiya digər xərçəng növlərinə, məsələn, 

süd  vəzisinin  xərçəngi,  prostat  xərçəngi, 

bağırsaq xərçəngi nisbətən az rast gəlinir. 

Bu  müasir  müalicə  üsulları  sayəsində 

bir  çox  hallarda  müalicəsi  mümkün  olan 

xəstəlikdir.    Ötən  əsrdə  leykoz  diaqno-

zu  təsdiqlənən  xəstə  ölümə  məhkum  sa-

yılırdısa,  bu  gün  dünyanın  inkişaf  etmiş 

ölkələrində leykozdan tam sağalma şansı 

95 faiz təşkil edir.

Qan  Xərçəngi  ilk  növbədə  Kimya  tera-

piyası  və  Sümük  İliyi  Trasplantasiyası  ilə 

müalicə  edilir.  Müalicədən  sonrakı  vaxt 

ərzində isə xəstənin vəziyyəti təbii ki, yax-

şılaşır və sonralar o vaxtı-vaxtında həkimin 

nəzarətində olmalıdır.    

Konfransda  Milli  Məclisin  deputatları 

Jalə Əliyeva, Musa Quliyev,  Mərkəzi Klinik 

Xəstəxananın  baş  həkimi  Kamran  Musa-

yev,  Səhiyyə  Nazirliyinin  nümayəndələri, 

ATU-nun  kafedra  müdirləri,  professorları 

və tələbələri  iştirak etmişlər.

MənsUr

Fevralın 28-də Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman 

Əmiraslanov İraqın ölkəmizdəki səfirliyinin nümayəndə heyətini qəbul edib. 

İraqın fövqəladə və səlahiyyətli səfiri Heydər Şiya Qubeşi Əl-Bərrakla görüş 

zamanı qarşılıqlı əməkdaşlıq, tələbələrin mübadiləsi, həkimlərin təcrübəsinə 

dair fikir mübadiləsi aparılıb. 

Millət vəkili, akademik Əhliman Əmiraslanov qonağı Tibb Universitetinin 

fəaliyyəti, fakültələri, son illər istifadəyə verilmiş klinikaları barədə danı-

şıb. Səfir Qubeşi Əl-Bərrak isə İraq hökumətinin Tibb Universitetinə tələbə 

göndərməkdə maraqlı olduğunu söyləyib. Rektor xarici tələbələr üçün mövcud 

limitdə İraqa daha çox yer ayırmağa hazır olduqlarını bildirdi. 

Görüşdə ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Rəhimə Qabulova, 

Xarici tələbələrlə iş üzrə dekan Gülər Seyidova, Dekan müavini Niyazi Hacı-

yev iştirak ediblər. İraq səfirliyindən təhsil müşaviri Loğman Abdulkərim və 

Jassim Mohammad Əhməd görüşə qatılıblar.

Türk Ortopedi ve Travmatoloji Birliyi “Multi-

disipliner Yaklaşımla Kemik ve Yumuşak Doku 

Tümörleri” adlı kitab hazırlamışdır. Kitabda 

Türkiyədə onkoloji cərrahiyyədə inqilab edən 

professor dr. Güven Yücetürkün Azərbaycanın 

tanınmış onkoloqu Əhliman Əmiraslanovdan 

yardım aldığını açıqlayıb. O, Azərbaycan Tibb 

Universitetinin rektoru, akademik Əhliman 

Əmiraslanovun təklif etdiyi süni diz oynağı 

protezindən bəhs edərək bildirib ki, bu endop-

rotez ötən əsrin 90-cı illərinin əvvəlində Moskvada Əhliman Əmiraslanovun 

rəhbərlik etdiyi klinikada görüş zamanı ona təqdim edilib: “Buna qədər 

istifadə olunan avadanlıq inanılmaz dərəcədə bahalı idi. Ona görə də, Moore 

qalça protezlərinin stemini (ayağını) uzadıb qalınlaşdıraraq, bunu Meqa-pro-

tez adı ilə istifadə edirdik. Moskvada olarkən Əhliman Əmiraslanov metal 

- poliester süni diz oynağı protezini mənə verdi. İzmirdə yerli firmada həmin 

protezdən hazırlatdırıb istifadə etdim”. 

Müəllif akademik Əhliman Əmiraslanova təşəkkürünü bildirərək bu protezin 

istifadəsi nəticəsində çoxlu sayda xəstənin hərəkətini bərpa etdiyini və onların 

normal həyata qayıtmasına nail olduğunu qeyd edib.

Kitabda müəllif həmçinin akademik Ə.Əmiraslanovun ona hədiyyə etdiyi 

süni diz oynağı protezinin şəklini də dərc edib.

 Alman 


professoru 

dr.Holger 

Michels Tədris 

Terapevtik 

Klinikada 

“Yüksək doza-

lı C vitamini-

nin infuziyasının müalicəvi əhəmiyyəti” mövzusunda mühazirə ilə çıxış 

edib. 

Mühazirədən öncə klinikanın direktoru, professor Surxay Musayev 



Holger Michels barədə konfrans iştirakçılarına məlumat verib. Onun 

sözlərinə görə, professor Holger Michels paskorbin (yüksək dozalı C 

vitamini ilə infuziyon xəstələrin müalicəsi) sahəsində dünya miqyaslı 

mütəxəssisdir. 

Sonda alman professoru hər kəsə təşəkkürünü bildirib,  mövzu ilə bağlı 

sualları cavablandırıb.



ATU-nun mətbuat xidməti

“Azərbaycanda  leykemiya problemi “ 

mövzusunda konfrans keçirilmişdir

Dünyada tanınmış türk alimi Azərbaycan onkoloqunun 

təklif etdiyi süni diz oynağı protezindən bəhs edib

Alman professoru Tədris Terapevtik Klinikada

İraq səfiri Əhliman Əmiraslanovla 

görüşüb


Yüklə 284,06 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə