A2-poster Ecosystem Services last son



Yüklə 59,69 Kb.
Pdf görüntüsü
tarix14.04.2018
ölçüsü59,69 Kb.
#38268


TƏMİNAT XİDMƏTLƏRİ

Qida: 


Xammal: 

Təmiz su: 

Müalicəvi ehtiyatlar: 

Bunlar ekosistemlər üzrə maddi və ya enerji hasilatını təsvir edən ekosistem xidmətləridir. Onların siyahısına qida, su və digər 

resurslar daxildir.

Ekosistemlər suyun dövranı və onun təmizlənməsində iştirak 

etməklə qlobal su dövranının tənzimləyicisidir. Bitki örtüyü və 

meşələr müvafiq ərazidə  suyun həcminə və keyfiyyətinə 

təsir göstərir.

Ekosistemlər qidanın yetişməsi üçün şərait təmin edir. Qida başlıca olaraq idarə edilən aqro-sistemlərdən əldə edilir, 

lakin dəniz və təmiz su sistemləri və ya meşələr də insanların istehlakı üçün qida mənbəyi rolunu oynayır. Meşələrdə 

olan yabanı qidaların əhəmiyyəti çox zaman yetərincə dəyərləndirilmir.

Ekosistemlər həmçinin tikinti və yanacaq sahələrini müxtəlif növ yabanı və 

mədəni bitkilərdən birbaşa hazırlanan odun, bioyanacaq, bitki yağları ilə 

təmin edir.

Ekosistemlər və biomüxtəliflik təbabətdə və əczaçılıq 

sənayesində istifadə edilən bitkilərin xammal 

bazasını formalaşdırır. Bütün ekosistemlər müalicəvi 

dərman bitkilərinin   

potensial mənbəyidir.

Bunlar “digər bütün ekosistem xidmətlərinin hazırlanması 

üçün zəruri olan” xidmətlərdir; məsələn, qidalandırıcı 

maddələrin paylanılması və dövrlüyü, toxumların paylanması 

və xammal istehsalı.

Təbii yaşayış arealı bir bitki və ya heyvanın 

yaşaması üçün vacib olan hər şeyi təmin edir: 

sığınacaq,  qida və su. Hər bir ekosistem, növlərin 

bütöv həyat tsiklini yaşaması üçün zəruri olan müxtəlif 

arealların mövcudluğunu təmin edir. Köçəri quş, balıq, 

məməli və həşərat növləri miqrasiya zamanı bu ekosistemlərdən 

asılı halda hərəkət edirlər.

Genetik müxtəliflik növlər arası və növ daxili populyasiyalar 

arasında genlərin müxtəlifliyidir. Genetik 

müxtəliflik müxtəlif cins və ya irqləri 

fərqləndirməklə yerli yaxşı 

uyğunlaşan 

mədəni bitkilər 

üçün baza və kommersiya 

xarakterli dənli bitkilərin və 

heyvanların yetişdirilməsi 

üçün genofondu təmin edir. 

Bəzi təbii yaşayış arealı 

müstəsna dərəcədə yüksək 

sayda növlərə malikdir ki, 

bu da onları digərlər ilə 

müqayisədə genetik 

baxımdan daha müxtəlif 

edir və bura “biomüxtəlifliyin 

qaynar nöqtəsi” kimi tanınır.

DƏSTƏKLƏYİCİ XİDMƏTLƏR

Növlərin təbii yaşayış arealı:

Genetik müxtəlifliyin təmin edilməsi:

TƏNZİMLƏYİCİ XİDMƏTLƏR

Yerli iqlim və havanın keyfiyyəti:

Eroziyanın qarşısının alınması və torpağın münbitliyinin təminatı:

Karbonun udulması və saxlanılması:

Fövqəladə halların tənzimlənməsi:

Çirkab suların təmizlənməsi:

Tozlanma:

Bioloji nəzarət: 

Bunlar tənzimləyici qismində çıxış edən ekosistemlər tərəfindən təmin edilən xidmətlərdir: məsələn, hava və torpağın 

keyfiyyətinin tənzimlənməsi və ya daşqın və xəstəliklərə nəzarətin təmin edilməsi.

Ağaclar kölgə təmin etdiyi halda, meşələr həm yerli, həm də regional səviyyədə düşən yağıntının və mövcud suyun 

həcminə təsir edir. Ağaclar və digər bitkilər atmosferi tullantılardan təmizləməklə havanın keyfiyyətinin 

tənzimlənməsində mühüm rol oynayır.



 Torpaq eroziyası deqradasiya və səhralaşma prosesinə təsir edən əsas amillərdən biri 

hesab olunur. Torpaq eroziyasının tənzimlənməsində bitki örtüyünün rolu 

əvəzolunmazdır. Torpağın münbitliyi bitkilərin böyüməsi və kənd təsərrüfatı 

üçün mühüm əhəmiyyət kəsb edir. Ekosistemlər torpağı bitkilərin böyüməsi 

üçün vacib olan elementlərlə təmin edir. 

Ekosistemlər istixana qazlarını tutmaq və depolamaqla qlobal 

səviyyədə iqlimi tənzimləyirlər. Ağaclar  və bitkilər böyüdükcə 

atmosferdəki karbon-dioksid qazını udaraq onu öz toxuma-

larında karbon ehtiyatı şəklində saxlayırlar. Bu yolla meşə 

ekosistemləri karbon depoları rolunu oynayır. Biomüx-

təliflik həmçinin ekosistemlərin iqlim dəyişikliyi 

təsirlərinə qarşı adaptasiya qabiliyyətini artırır.

Ekstremal hava şəraitləri və ya təbii fəlakətlərə 

daşqınlar, fırtınalar, sunamilər, qar uçqunları və 

torpaq sürüşmələri daxildir. Ekosistemlər və canlı 

orqanizmlər təbii fəlakətlərə qarşı təbii bufer yaradır 

və mümkün fəsadların qarşısını alırlar. Məsələn, 

bataqlıq əraziləri daşqın sularını özünə çəkə bilir

ağaclar yamacları stabilləşdirə bilir. Mərcan rifləri və manqrov 

ağacları sahil zolaqlarını fırtınanın törədə biləcəyi fəsadlardan 

qoruyur.

Su-bataqlıq ərazi ekosistemləri insan və heyvan 

tullantılarını süzgəcdən keçirməklə ətraf mühit 

üçün təbii bufer rolunu oynayır. Əksər tullantılar 

torpaqda olan mikroorqanizmlərin bioloji aktivliyi 

nəticəsində parçalanır. Bu yolla patogenlər 

(xəstəlik törədən mikroblar) aradan qaldırılır və 

nitratların və çirklənmənin həcmi azalır.

Həşəratlar və külək bitkiləri və ağacarı  tozlayır. Bu isə 

meyvə, tərəvəz və toxumların yetişməsi üçün çox 

vacibdir. Heyvanlar vasitəsilə tozlanma əsasən həşəratlar, 

eləcədə müəyyən quşlar və yarasalar tərəfindən təmin 

edilən ekosistem xidmətidir. Kakao və qəhvədə daxil olmaqla 

dünya üzrə 115 əsas qida bitkilərinin təqribən 87-si 

heyvanlar vasitəsilə tozlanmadan asılıdır  (Klein və 

başqaları 2007)başqaları 

Ekosistemlər 

bitki, heyvan və 

insanlar üçün 

təhlükəli olan 

zərərverici və 

xəstəliklərin 

tənzimlənməsində 

əhəmiyyətli rol oynayır. 

Ekosistemlər yırtıcı və 

parazitlərin fəaliyyəti ilə 

zərərverici və xəstəlikləri 

tənzimləyir. Quşlar, 

yarasalar, milçəklər, arılar, 

qurbağalar və göbələklər 

təbii nəzarətçilər 

funksiyasını yerinə yetirir.



Estetik 

MƏDƏNİ XİDMƏTLƏR

qiymətləndirmə və mədəniyyət, 

incəsənət və dizayn üçün ilham 

mənbəyi:

Turizm:

Mənəvi təəssürat və məkan hissi:

İstirahət və əqli və fiziki sağlamlıq:

Bunlar insanların mənəvi 

zənginləşmə, şüurlu inkişaf, düşüncə, istirahət və 

estetik təcrübələr, o cümlədən aşağıdakılar vasitəsilə 

Dil, bilik və ətraf mühit insan tarixi boyunca sıx 

ekosistemlərdən əldə etdikləri qeyri-maddi faydalardır.

əlaqəli olmuşdur. Biomüxtəliflik, ekosistemlər və təbii 

landşaft incəsənət, mədəniyyət və elm sahəsində ilham 

mənbəyi rolunu oynamışdır.

Ekosistemlər və biomüxtəliflik əksər turizm növləri üçün mühüm 

rol oynayır ki, bunlar da öz növbəsində əhəmiyyətli iqtisadi mənfəət gətirir 

və əksər ölkələr üçün mühüm gəlir mənbəyidir. 2008-ci ildə qlobal səviyyədə turizmdən 

Dünyanın əksər yerlərində xüsusi meşələr, mağaralar və ya dağlar kimi təbii yerlər 

əldə edilən gəlirlər təqribən 944 milyard ABŞ dolları təşkil etmişdir. Kultural və eko-turizm 

müqəddəs hesab olunur və dini məna kəsb edir. Təbiət bütün əsas dinlərin və 

həmçinin, insanları bioloji müxtəlifliyin əhəmiyyəti barədə maarifləndirir.

ənənəvi biliklərin ümumi elementidir. Ümumi adətlər mənsubiyyət hissəsinin 

formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

Yaşıl məkanda gəzinti və idmanla məşğul olmaq fiziki çalışma baxımından faydalı 

olmaqla yanaşı, insanların yüngülləşməsinə imkan verir. Ölçmə çətinliklərinə baxmayaraq 

yaşıl mühitin əqli və fiziki sağlamlığın təminatında oynadığı rol getdikcə daha çox qəbul 

olunmaqdadır.



İ

R

Ə

L

T

Ə

M

D

İ

X

 

T

A



M

Ə

T

TƏN

ZİM



YİC

İ X

İD

M

Ə

T

L

Ə

R

R

Ə

L

T

Ə

M

D İ

X   İ

C İ

Y

Ə

L

K

Ə

T

S

Ə

D

M

Ə

D

Ə

N

İ X

İD

M

Ə

TL

ƏR

Azərbaycan Respublikasının

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Ekosistem Xidmətləri

Qida

Xammal

Təmiz su

Müalicəvi ehtiyatlar

Y

erli iqlim və 

havanın keyfiyyəti

Karbonun udulması 

və saxlanılması

Fövqəladə halların 

tənzimlənməsi

Çirkab suların

təmizlənməsi

Eroziyanın qarşısının

alınması və torpağın

münbitliyinin təminatı

Tozlanma

Bioloji nəzarət

Növlərin təbii 

yaşayış arealı

Genetik müxtəlifliyin

təmin edilməsi

İstirahət və əqli

və fiziki sağlamlıq

T

urizm

Mənəvi təəssürat

və məkan hissi

Estetik qiymətləndirmə

və mədəniyyət, incəsənət

və dizayn üçün ilham 

mənbəyi

Copyright: symbols Jan Sosse, for more information please write to teeb@ufz.de



Tərtib etdi: Şahin Isayev

Document Outline

  • Seite 2

Yüklə 59,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə