6
Abdürahmanov Ş.Ş.
DOI:
10.25108/2304-1730-1749.iolr.2016.47.6-20
Cinayətkarlıqla mübarizədə psixologiya elminin nailiyyətlərindən
istifadə edilməsinin inkişaf tarixi və perspektivləri
Xülasə: Cinayətkarlıqla mübarizədə psixolojı biliklərdən istifadənin mənşəyi
və perspektivləri nəzərdən keçirilir, qanunvericiliyə əlavə və dəyişikliklərlə bağlı
təkliflər verilir.
Cinayət prosesində psixolojı biliklərdən istifadənin strukturu tədqiq edilir.
Əsas sözlər: psixolojı biliklər; cinayət mühakimə icraatı; struktur; interqrativ
kriminalistika taktikası.
İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, psixoligiya elminin müdaxiləsi
onu müşaiyət etməsin.
Cinayətkarlıqla mübarizədə psixologiya elminin nailiyyətlərindən istifadə
edilməsinin zəruriliyi ilə bağlı fikirlərin iki əsrdən çox tarixi var (K.
Ekartsqauzen, N.Şauman).
Hüquqi nəzəriyyə və təcrübə həmişə psixologiyanın nailiyyətlərindən istifadə
edərək zənginləşmişdir. Həyat özü hüquqşünasları məcbur edir ki,
psixologiyaelminin müddəalarından istifadə edərək, müxtəlif tədqiqatlar
aparsınlar,istintaq və məhkəmə təcrübəsini ümumiləşdirərək,cinayətkarlıqla
mübarizə üçün tövsiyyələr hazırlasınlar.
Fikrimizcə, cinayətin subyektiv cəhəti müəyyən edilərkən cinayətin
törədilməsi ilə əlaqədar şəxsin psixi fəaliyyəti tədqiq olunmalıdır,yəni təqsirlilik
nəzəriyyəsini psixologiyanın da predmeti hesab etmək olar.Cinayət prosesi
elmində
məhkəmə
sübutları,sübutetmə
fəaliyyətinin
həyata
keçirilməsi,psixologiyanın müddəalarından istifadə etmədən mümkün deyil.
Abdürahmanov Şair Şeyxəli oğlu – Milli Aviasiya Akademiyasının baş müəllimi (Azərbaycan)
. E-
mail: mopi_sid@yahoo.com
7
Kriminalistikanın taktika hissəsi tam,kriminalistik metodikanın isə bir hissəsi
psixologiyanın müddəalarına əsaslanır.
Hüquq ədəbiyyatında bəzi alimlərin fikrinə görə, kriminalistik taktikanın
inkişafını psixologiyanın müddəalarından istifadə etmədən təsəvvür etmək
olmaz.
1
Beləliklə,ümumi
psixologiya elminin yaranması və inkişafı,hüquqi
psixologiya elminin formalaşmasına təkan vermişdir.
Məhkəmə psixologiyası elminin yaranması və inkişafı tarixinə nəzər
salaq.Hələ XVIII əsrin axırlarında alimlərin əsərlərində
2
bəzi hüquqi anlayışların
psixoloji tərəflərinin açıqlanmasına cəhd edilmişdir.XIX əsrin 30-cu illərinədək
elmi ədəbiyyatda cinayətkarların şəxsiyyətinin öyrənilməsilə bərabər,təqsir və
cinayət mühakimə icraatına aid olan digər məsələlər işıqlandırılmışdır.
3
Lakin
bundan sonra uzun müddət bu sahədə hər hansı tədqiqatlar aparılmamışdır.
Yalnız 1834-cü ildə Almaniyada «Систематический указатель литературы
по врачебной и криминальной психологии» adlı təlimat-göstərici hazırlanıb
nəşr edilmişdir. Belə bir təlimat-göstəricinin nəşri bizə güman etməyə əsas verir
ki,
o dövrdə kriminal psixologiyacinayətkarın psixologiyası kimi
qiymətləndirilirdi.
Əvvəllər
psixologiyanın
hüquqi
sahələrdə
tətbiqi
problemləriməhkəmə təbabəti sahəsində olan əsərlərdə də öz əksini tapırdı.Yalnız
sonradan bu problemlərlə hüquqşünaslar və psixoloqlar məşğul olmağa
başlamışlar.
XIX əsrin axırlarında kriminal psixologiyanın predmetinin müəyyən
edilməsi üçün bir neçə əsərlər yazılmışdır.Bir qrup alimlər bu fenomenin
predmetinə
məhkəmə
işinin psixologiyasını,cinayətkarlığın və cəzanın
psixologiyasını aid etmişlər.
4
Başqa bir qrup alimlər isə kriminal-psixologiyanın
predmetinə cinayət mühakimə icraatının bütün predmetlərini daxil etmişlər.
5
1
Korneyeva L.M., Vasilyev A.N., Yakuboviş N.A. və başqaları
2
К. Экартсгаузен. О необходимости психологических познаний при обсуждении преступлений.
И. Шауман. Мысли о криминальной психологии
3
Н. Гофбауэр. Психология в ее основных применениях к судебной жизни.
4
Y. Fridrix, F. Vulnen, P. Kaufman
5
Ştern, Marbe, Klapered
8
XX əsrin əvvəllərindən bu sahədə çoxlu sayda elmi fikirlər, nəşr olunmuş
əsərlərdə öz əksini tapmışdır. Onların əksəriyyətində cinayət mühakimə icraatının
bütün mərhələlərdə psixologiya elminin rolunun zəruri olması barədə fikirlər irəli
sürülmüşdür.
Yalan ifadə verən şəxslərin ifşası üçün psixoloji təsir metodlarının
hazırlanması məhkəmə psixologiyasının digər istiqaməti olmaqla bərabər,həmçinin
yalan ifadənin ifşa edilməsini müəyyən etmək üçün Amerika psixoloqlarının və
hüquqşünaslarının ixtira etdikləri cihazlar təcrübədə tətbiq olunur (laydedektor,
poliqraf).
Psixologiya elminin formalaşmasının digər istiqaməti məhkəmə-psixoloji
ekspertizaların təşkili və həyata keçirilməsidir. Belə ki,hələ XIX əsrin əvvəllərində
hüquq ədəbiyyatında proses iştirakçılarının tibbi-psixoloji müayinəsi üçün
mütəxəssis-psixoloqun köməyindən istifadə edilməsinin zəruriliyi barədəfikir irəli
sürülmüşdür.
6
XX əsrin əvvəllərində tətbiqi psixologiyanın istiqamətlərindən biri olan və
formalaşan əməyin psixologiyası elminin “Psixotexnika” adlanan sahəsi məhkəmə
fəaliyyətini də öyrənirdi.Həkimlərin, müstəntiqlərin və digər proses iştirakçılarının
peşəkar hazırlığı prosesində onların şəxsi keyfiyyətlərinin öyrənilməsi işinin təşkili
üçün tövsiyyələrin hazırlanması kimi vəzifələr qarşıya qoyulmuşdur.Alman alimi
Mönsterberqer 1914-cü ildə çapdan çıxmış «Основы психотехники» əsərində
psixologiyanın hüquqi fəaliyyətdə tətbiqinə ayrıca bir fəsil həsr etmişdir.
XX əsrin ortalarında Avropanın müxtəlif ölkələrində məhkəmə psixologiyası
sahəsində bir sıra tədqiqiatlar aparılmış və elmi əsərlər çap olunmuşdur.
7
Həmin
əsərlərdə məhkəmə psixologiyasının bəzi problemləri barədə təhlillər aparılmışdır.
Rusiyada psixologiyanın hüquq elmləri ilə uzlaşması məsələsi XIX əsrin
axırları
XX
əsrin
əvvəllərində
intensiv
şəkildə
öyrənilməyə
başlanmışdır.Y.A.Kantoroviç, P.O. Eforissi, A.E. Brusilovskiy, S.B. Poznışev və
6
Vladimirov L.E. Cinayət-mühakimə icraatında psixoloji tədqiqatlar
7
İtaliya alimi E. Alitavillanın “Судебная психология”, almin alimin “Вина. Ложь. Сексуальность”,
inglis psixoloqları Q. Bertonin “Прикладная психология” və F. Berrenin “Практическая психология”,
Belcika kriminalisti F. Luvajıttin “Психология и преступность”, amerika müəllifi Q. Duduçin
«Психология для работников следственных, судебных и исправительных органов» və Q. Toxun
“Правовая и криминальная психология” əsərlərini buna göstərmək olar.
9
başqaları məhkəmə psixologiyasının müxtəlif problemlərinin açıqlanmasına cəhd
göstərmişlər.
Bu ölkənin bəzi şəhər məhkəmələrində və prokurorluq orqanlarında məhkəmə
psixologiyası üzrə daimi fəaliyyət göstərən elmi-praktiki seminarlar keçirilirdi.
Rus alimi M.N.Qernetin həbsxana psixologiyasına həsr olunmuş bir neçə
əsəri onu təsdiq edir ki, bu sahədə böyük tədqiqatlar aparılırdı,hüquqi təcrübətə
psixologiyanın rolu gündən günə artmağa başladı.
Sankt-Peterburqda A.F. Koni, Kiyevdə akademik V.M. Bexterev və başqaları
psixo-nevroloji institutlarda bu sahədə tədqiqatlar aparmışlar.
Moskva şəhərinin quberniya prokurorluğunda xüsusi eksperimental
laboratoriyada alim A.P.Luriya tərəfindən tədqiqatlar aparılırdı.Elmi tədqiqatlar
həmçinin dövlət eksperimental psixologiya institutunda da həyata keçirilirdi.
Bunu da qeyd etmək lazımdır ki,məhkəmə psixologiyasının sərbəst elm kimi
formalaşıb fəaliyyətdə olması barədə elmi fikirlər təkcə hüquqşünaslar arasında
deyil,həmçinin psixoloqlar arasında da təşəkkül tapmışdır.
İnsan fəaliyyətini öyrənmək məqsədilə 1930-cu ildə SSRİ-də keçirilən
ümumittifaq qurultayda məhkəmə psixologiyasının problemləri müzakirə predmeti
olmuşdur. “Psixoloqların davranış qurultayında” (Поведенческий съезд
психологов) məhkəmə psixologiyası sahəsində ayrıca seksiya yaradılmışdı ki, bu
sahədə
üç əsas istiqamətin inkişaf etdirilməsinə diqqətin artırılması
göstərilmişdir:kriminal-cinayətkarlığı və cinayətkarlığın öyrənilməsi,pentensiar
cəza çəkənlərin davranışlarının və onlarla işləyən əməkdaşların şəxsi
keyfiyyətlərinin öyrənilməsi və cinayət mühakimə fəaliyyətinin müxtəlif
mərhələlərinin öyrənilməsi.
Lakin XX əsrin 30-cu illərinin ortalarında SSRİ-də baş verən hüquqi böhran
nəticəsində psixologiyanın və hüquq sahələrinin bir-birini zənginləşdirməsi
prosesi dondurulmuşdur.Bu dövrdə yanlış olaraq məhkəmə psixologiyasının
məhkəmə psixiatriya elmi ilə birləşməsinə cəhd göstərilirdi.
10
Yalnız XX əsrin 60-cı illərində məhkəmə psixologiyası elminin tədqiqinə
diqqət yetirilməyə başlandı və hüquq ədəbiyyatında hüquqi problemlərin psixoloji
əsaslandırılması məsələlərinin tədqiqinə rast gəlinirdi.
8
Bu sferada bəzi rus alimlərinin və praktiki işçilərin irəli sürdükləri fikirlər
müəyyən maraq doğurur. Belə ki, onlar öz yazılı mənbələrində məhkəmə
psixologiyasından cinayət-mühakimə icraatında istifadə edilməsinin zəruriliyini
qeyd edirdilər.
Bu
zaman
alimlərin
əsərlərində
“istintaq
taktikasının
inkişafı,kriminalistikanın psixologiyadan istifadə edilməsindən bilavasitə asılıdır”
kimi fikirlər mərkəzi yer tuturdu.
Sonradan ayrı-ayrı istintaq hərəkətlərinin keçirilməsində, məhkəmə sübutları
nəzəriyyəsində psixoloji biliklərdən istifadə problemləri tədqiqat obyektlərinə
çevrildi və ciddi elmi əsərlər təşəkkül tapdı.
Cinayət hüququnun inkişafı, kriminologiyanın və cəza-icra hüququnun
yaranması psixoloji biliklərdən hüquqi sahələrdə istifadə edilməsinə böyük təkan
verdi.SSRİ-nin ali və orta hüquq tədris müəssisələrində “Məhkəmə psixologiyası”
fənni tədris olunmağa başladı.
Beləliklə, nəhayət sovet məkanında “hüquq-psixologiya” elmi yarandı və
onun müxtəlif istiqamətləri formalaşmağa başladı.Müxtəlifdərsliklər, dərs
vəsaitləri nəşr olundu.
XX əsrin 90-cı illəridən başlayaraq, Azərbaycan öz dövlət müstəqilliyini
bərpa etdikdən sonra, psixologiya elminin nailiyyətlərindən hüquq təcrübəsində
istifadə edilməsi və inkişafına təkan verildi. B.H. Əliyev “Cinayət və mülki
məhkəmə prosesində psixoloji ekspertiza problemləri” monoqrafiyasında bu sahə
ətraflı açıqlamışdır.
Hesab edirik ki,inteqrativ kriminalistik taktikanın struktur elementlərindən
istifadə
edilməsinin
psixoloji
mexanizminin
mahiyyətinin
öyrənilməsi,
cinayətkarlıqla müvəffəqiyyətlə mübarizə aparılması üçün şərait yarada bilər.
8
Vasilyev A.N. və başqaları “Планирование расследования преступлений”, “Осмотр места
происшествия” və s.
11
Çünki həmin fəaliyyətdə müxtəlif subyektlər və təzahürlər ünsiyyətdə olurlar.
Məsələn, hüquq-mühafizə orqanlarının nümayəndələri və cinayət törətmişşəxslər
arasında olan münasibətlər.
Eləcə də inteqrativ kriminalistik taktikanın struktur elementlərinin
cinayətkarlıqla mübarizədə istifadə edilməsinin psixoloji mexanizminin dərindən
öyrənilməsi, subyektlər və obyektlər arasında yaranan ünsiyyətin nəticələrinin
səmərəliliyinə bilavasitə təsir göstərə bilər. Ona görə də cinayət mühakimə icraatı
fəaliyyətinin psixoloji strukturunun mahiyyətini dərindən araşdırmaq məqsədə
müvafiqdir. Hüquq-mühafizə fəaliyyəti sahəsində olan hər bir fəaliyyətin özünə
məxsus psixi keyfiyyətlərə,vərdişlərə və təzahürlərə malik olduğundan, hər bir
fəaliyyətin psixoloji strukturunu öyrənmək vacibdir.
Psixoloji fəaliyyətin strukturunun mahiyyətinin açıqlanması həmin
fəaliyyətin xüsusiyyətlərinin daha dərindən və tam dərk edilib, onun həyata
keçirilməsinin mükəmməl hazırlanmasına şərait yaradır.Mürəkkəb və yüksək
cavabdehlik tələb edən məhkəmə mühakimə fəaliyyətinə bu daha çox vacibdir.
Müstəntiq fəaliyyətinin psixoloji strukturunun əsas və müəyyənedici
komponenti, onun dərketmə prosesidir. O, törədilmiş cinayət üzrə həqiqəti
müəyyən etmək məqsədilə zəruri faktları əldə edir.Beləliklə də, keçmişdə baş
vermiş hadisəni təhlil edərək, həmin fakta münasibəti olan şəxslərlə ünsiyyətə girir,
cinayət törətmiş şəxslərin aşkar edilməsi üçün müvafiq tədbirlər görür.
Deməli,yalnız ibtidai araşdırma zamanı keçmişdə baş vermiş hadisənin modeli
yaradılır.
Cinayət mühakimə icraatının ibtidai araşdırma mərhələsində dərketmə
prosesinin bütün xüsusiyytələri vəhdət şəklində özlərini realizə edir. Faktları
toplayarkən, müstəntiq öz fəaliyytəinin nə ilə nəticələnəcəyini əvvəlcədən görmür,
həm də törədilmiş hadisənin əqli modelini tam yarada bilmir. Dərketmə
fəaliyyətinin bu xüsusiyyəti, sübutları toplayarkən və onları qiymətləndirərkən
müstəntiqi müxtəlif çətinliklərlə üzləşməyə vadar edir, ona görə də cinayət faktını
araşdıran əməkdaşlar müxtəlif fərziyyələr irəli sürürlər,onların yoxlanması,aşkar
12
edilmiş faktların təbiətini,onların bir-birilə əlaqəsini,asılılığını müəyyən etmək
üçün birgə kompleks tədbirlər görürlər.
Başqa növ fəaliyyətlərdən fərqli olaraq, ibtidai araşdırma fəaliyyətinin
psixoloji strukturuna aşağıdakı elementlər daxildir:
1.Dərketmə fəaliyyətinin xüsusiyyətləri
2.Konstruktiv fəaliyyətinin xüsusiyyətləri
3.İbtidai araşdırmada tərbiyəedici fəaliyyət
4.Müstəntiqin peşəkar-psixoloji keyfiyyətləri
5.İstintaq hərəkətlərinin strukturunun psixoloji elementləri
6. İbtidai araşdırma iştirakçılarının psixoloji xüsusiyyətləri
7.İstintaq hərəkətlərinin psixoloji xarakteristikası
Cinayətlərin açılmasında və araşdırılmasında həmin elementlərin təcrübi
əhəmiyyəti ayrıca tədqiqat mövzusudur.
Beləliklə, cinayət işi üzrə icraat aparan zaman müstəntiq tərəfindən
psixologiya elminin müddəalarını bilməsi və onlardan bacarıqla istifadə etməsi
mühüm əhəmiyyət kəsb edir.
Biblioqrafiya
1. Əliyev B.H. Cinayət və mülki prosesdə məhkəmə-psixoloji ekspertiza
problemləri.Bakı,1996.
2. Дулов А.В. Судебная психология. Минск,1970.
3. Корнеева Л.М., Васильев А.Н. Тактика допроса при расследовании
преступлений. M.,1970.
4. Лузгин Н.М. Расследование как процесc познания. М.,1969.
5. Ратинов Н.А. Судебная психология для следователей. М. НИИ ПНО
ИШ МООП СССР,1967.
6.
Ширалиева С.Д. Концептуальные основы использования
интегративной
криминалистической
тактики
при
расследовании
преступлений. Автореферат. Баку, 2006.
Dostları ilə paylaş: |