Açıq Cəmiyyət İnstitutu‐Yardım Fondu



Yüklə 206,54 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix13.11.2017
ölçüsü206,54 Kb.
#9761
  1   2   3   4   5   6   7   8




 

 

 

Açıq Cəmiyyət İnstitutu‐Yardım Fondu 

Vətəndaş Nəzarəti Şəbəkəsi 

 

 



 

 

 



 

TORPAĞA OLAN 

 MÜLKİYYƏT HÜQUQLARI 

 

BU HÜQUQLARI 

NECƏ MÜDAFİƏ ETMƏLİ 

 

 



 

 

 



 

 

 



 

 

BAKI — 2011




 

 

 



 

 

 



 

Ümumi redaktə və 

nəşrə məsul: 

Esmira Əsədullayeva 

 

Tərtib edən: 

Sahib  Məmmədov 

 

 

Bu  soraq  kitabçası  Vətəndaş  Nəzarəti  Şəbəkəsi  tərəfindən  Açıq 



Cəmiyyət  İnstitutu  –  Yardım  Fondunun  maliyyə  yardımı  ilə  həyata 

keçirilən  “Hasilat  sənayesinin  təsirləri  ictimaiyyətin  nəzarətinə”  

layihəsi çərçivəsində hazırlanaraq nəşr edilmişdir. 

 

 



Ölkədə  hazırda  həyata  keçirilən  iri  infrastruktur  layihələri  və 

həmçinin neft və qazın nəqli məqsədi ilə dövlət əsasən mülkiyyətdə 

olan torpaq sahələrini (əgər bu torpaqlar üzərində tikillilər və digər 

əmlak  varsa,  həmçinin  həmin  əmlak)  özgəninkiləşdirir.  Odur  ki, 

təqdim  olunan  bu  məlumat  kitabçasında  əsasən  daşınmaz  əmlak 

növü  olan  torpağın  dövlət  ehtiyacları  üçün  özgəninkiləşdirilməsi 

qaydaları,  mülkiyyətçilərin  hüquqları,  bu  hüquqların  pozulması 

zamanı  həyata  keçirilməli  olan  prosessual  hərəkətlər  barədə  qısa 

açıqlamalar verilir. 

 

 



 


 

3

MÜNDƏRİCAT 

 

MÜLKİYYӘT HÜQUQLARININ TӘMİNATI....................................4 

Konstitusiya ......................................................................................4 

Beynәlxalq Normalar..........................................................................4 

Qanunvericilik ...................................................................................4 

 

HANSI HALLARDA SİZİN MÜLKİYYӘTİNİZ 

ÖZGӘNİNKİLӘŞDİRİLӘ BİLӘR?..................................................5 

Dövlәt ehtiyacları nәdir?.....................................................................5 

Mülkiyyәt hüququnun mәhdudlaşdırılması halları 

nә vaxt mümkündür? .........................................................................6 

Әdalәtli kompensasiya nә demәkdir?...................................................7 

 

ÖZGӘNİNKİLӘŞDİRİLMӘNİN QAYDALARI .................................9 

Hansı torpaqlar alına bilәr? .................................................................9 

Alınmanın tәsirinә mәruz qalan şәxs.................................................. 10 

Torpaqları dövlәt ehtiyacları üçün alan orqan..................................... 11 

Torpaqların alınması prosesinә hansı dövlәt orqanı nәzarәt edir? ......... 12 

Torpaqların alınma prosedurları vә 

alınma qiymәtlәrinin müәyyәn edilmәsi ............................................. 14 

Kompensasiyanın mәblәği ilә bağlı torpağın  qiymәtlәndirilmәsi üsulu .. 15 

Kompensasiyanın qiymәtlәndirilmәsindә nәzәrә alınmalı olan amillәr ... 16 

Yanaşı torpaqlara dәymiş zәrәrlә bağlı kompensasiya ......................... 17 

Ödәnilәn kompensasiyanın mahiyyәti vә növü.................................... 18 

Çәtinliklәrә görә kompensasiya......................................................... 20 

Alqı-satqı ilә bağlı ............................................................................ 21 

Könüllü alqı-satqı............................................................................. 21 

 

SİZİN HÜQUQLARINIZ POZULUBSA NӘ ETMӘLİSİNİZ ............27 

Dövlәt orqanlarına şikayәt ................................................................ 28 

QHT-lәrә müraciәt ........................................................................... 29 

Vәkil xidmәtindәn istifadә................................................................. 29 

Faydalı ünvanlar .............................................................................. 30 




 

4

MÜLKİYYƏT HÜQUQLARININ TƏMİNATI 



 

Konstitusiya 

1995‐ci  ildə    qəbul    оlunmuş  Аzərbаycаn  Rеspublikаsı  

Kоnstitusiyаsının  13‐cü  mаddəsi  mülkiyyətin  tохunulmаzlığı 

prinsipini  еlаn  еtmişdir.  Həmin  mаddəyə  görə  Аzərbаycаndа 

mülkiyyət  –  dövlət  mülkiyyəti,    хüsusi  mülkiyyət  və  bələdiyyə 

mülkiyyətindən  ibаrətdir.  Kоnstitusiyаnın  29‐cu  mаddəsinə  görə 



«Hər kəsin mülkiyyət hüququ vаrdır».  Kоnstitusiyаdа  mülkiyyətin  hеç 

bir növünə üstünlük vеrilmir. İstər dövlət, istər bələdiyyə, istərsə  də 

хüsusi mülkiyyət və bu mülkiyyətə оlаn hüquqlаr qаnunlа  bərаbər 

şəkildə  müdаfiə  оlunur.  29‐cu  mаddənin  3‐cü  hissəsinə  görə    «Hər 



kəsin  mülkiyyətində    dаşınаr  və  dаşınmаz  əmlаk  оlа  bilər.  Mülkiyyət 

hüququ mülkiyyətçinin təkbаşınа və yа bаşqаlаrı ilə birlikdə əmlаkа  sаhib  

оlmаq,    əmlаkdаn  istifаdə  еtmək  və  оnun  bаrəsində    sərəncаm  vеrmək 

hüquqlаrındаn  ibаrətdir».  Kоnstitusiyаyа  görə    «Hеç  kəs  məhkəmənin 

qərаrı  оlmаdаn  mülkiyyətdən  məhrum  еdilə  bilməz.    Əmlаkın  tаm 

müsаdirəsinə    yоl  vеrilmir.  Dövlət  еhtiyаclаrı  və    yа  ictimаi    еhtiyаclаr 

üçün  mülkiyyətin  özgəninkiləşdirilməsinə    yаlnız  qаbаqcаdаn    оnun 

dəyərini ədаlətli ödəmək şərti ilə yоl vеrilə bilər».   

 

Beynəlxalq Normalar 

Аzərbаycаn  Rеspublikаsının  tərəfdаr  çıхdığı    İnsаn  Hüquqlаrı 

və  Əsаs  Аzаdlıqlаrın  Müdаfiəsinə  dаir  Аvrоpа  Kоnvеnsiyаsınа 

əlаvə оlunаn 1 sаylı Prоtоkоlun 1‐ci mаddəsinə görə «Hər bir fiziki və 



hüquqi şəхs öz mülkiyyətindən maneəsiz  istifаdə hüququnа mаlikdir. Hеç 

kəs cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа  və  bеynəlхаlq hüququn ümumi 

prinsipləri ilə  nəzərdə tutulmuş şərtlər istisnа оlmаqlа, öz mülkiyyətindən 

məhrum еdilə bilməz».  

 

Qanunvericilik 

Azərbaycan 

Respublikası 

Mülki 


Məcəlləsində, 

Torpaq 


Məcəlləsində, Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında 

Qanunda  və  s.  normativ  hüquqi  aktlarda  mülkiyyət  hüququnun,  o 

cümlədən  daşınmaz  əmlakın  müdafiəsi,  mülkiyyət  üzərində 



Yüklə 206,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə