Ad: Soyad: Fakültə: Biznes və Menecment Kurs: 1 Qrup: Mövzu: İxtisaslaşma və ticarət



Yüklə 15,97 Kb.
tarix13.01.2022
ölçüsü15,97 Kb.
#82858
5c56f86e155daeb2663a9b2c9c00bff3



Ad:

Soyad:

Fakültə:Biznes və Menecment

Kurs:1

Qrup:

Mövzu: İxtisaslaşma və ticarət

İxtisaslaşma və ticarət

Beynalxalq Ticarət

• Beynəlxalq ticarət kapitalizmin mərkəzidir və dünyanın müxtəlif regionlarını bir-birinə bağlayan mühüm faktordur

• İstehsal faktorları— əmək, kapital, texnologiya, insan kapitalı və bacarıqları, sahibkarlıq və xammalları da əhatə edən torpaq— ölkədən ölkəyə dəyişir

• İnflyasiya, mal və xidmətlərin ümumi səviyyəsinin artması, hər hansı bir ölkənin daxildə və xaricdə rəqabət qabiliyyəti baxımından zərərli ola bilər

Müqayisəli üstünlük: regionlar və ya ölkələr bəzi mal və xidmətlərin istehsalında və ixracında ixtisaslaşdıqda – David Ricardo (on doqquzuncu əsr iqtisadçısı) – Tələbi nəzərə almayan əmək-dəyər nəzəriyyəsi [malın dəyəri onun istehsalına sərf olunan ictimai zəruri əməyin zaman miqdarına bərabərdir] – Təsirlər

• Ticarətvə mübadilə yerli istehsal sistemlərini formlaşdırır

• İxtisaslaşma məcmu istehsal xərcini azaldır

• Böyük bazarlar kiçik bazarlarla müqayisədə daha cox ixtisaslaşmaya imkan verir



Heckscher-Ohlin ticarət nəzəriyyəsi – Ölkə onun qıt istehsal resursundan ən az istifadə edən məhsul istehsalı üzrə ixtisaslaşmalıdır

• Ölkə istehsalını təşkil etmək üçün zəruri resurslara malik olmadığı malları əldə etmək üçün ixtisaslaşdığı malları ixrac etməlidir.

• Birdən çox məhsulun istehsalına imkan verən tələbi nəzərdə tutur – Bu ticarət yekunda ölkələr arasında faktor qiymətlərinin bərabərləşməsini doğuru

Ticarət nəzəriyyələrinin yetərsizlikləri – Çox vaxt universallıqlarını məhdudlaşdıran fərziyyələrə əsaslanırlar – Çox vaxt miqyas iqtisadiyyatları və nəqliyyat xərcləri kimi amilləri nəzərə almırlar – Beynəlxalq ticarət imkanlarının mükəmməl formada bilindiyini fərz edirlər – Məhsulların homogenliyini, rəqabətin mükəmməlliyini, istehsal faktorlarının qeyri-mobilliyini və hökumət təsirlərinin olmamasını fərz edilər – Ən mühüm yetərsizlik Transmilli Korporasiyaları (TMK) açıqlaya bilməmələridir

• Ticarət qərarları mikro səviyyədə TMK menecerləri tərəfindən alınır, makro səviyyədə hökumət tərəfindən deyil

• TMK-lar milli deyil, transmilli perspektivlə hərəkət edirlər

• Firmalararası ticarət: eyni ölkənin müxtəlif firmaları arasında baş verən



Ticarət həddlərinin pisləşməsi – Ticarət hədləri: ixrac qiymətləri ilə idxal qiymətlərinin nisbəti – Əsasən zəif inkişaf etmiş ölkələr xammal və yarımfabrikatlar ixrac edirlər (aqrar məhsullar və minerallar) • Xammal və yarımfabrikatlar aşağı və orta gəlirli ölkələrin ixracının müvafiq olaraq 70 %-i və 47%-i təşkil edir (Çin və Hindistan xaric olmaqla) – 1990-cı illərin sonunda zəif inkişaf etmiş ölkələr xammal və yarımfabrikat qiymətlərindəki azalma və emal məhsulları qiymətlərindəki artma səbəbindən ticarət hədlərinin pisləşməsi ilə üzləşmişdir – Zəif inkişaf etmiş ölkələr xarici maliyyə mənbələrinə çıxış yolu ilə ticarət kəsrlərinin davamlılığını yaratdı – İnkişaf etmiş texnologiyalar sənayeləşmiş iqtisadiyyatlara aşağıdakıları təmin edir:

• Son məhsulların xammal və yarımfabrikat komponentlərini azaltmaq

• Daha az dəyərli və ya aşağı keyfiyyətli aralıq məhsullardan yüksək keyfiyyətli son məhsullar istehsal etmək

• Mövcud aralıq məhsulların alternativlərini istehsal etmək



Rəqabət üstünlüyü

Faktor şərtləri – Rəqabət üstünlüyü üçün beş faktor önəmlidir

• İnsan resursları – kəmiyyət, keyfiyyət və xərc

• Fiziki resurslar – xammal-materiallar, xərclər, istifadə

• Kapital resursları – pul təklifi və istifadə edilmə imkanının bütün aspektləri

• Biliyə əsaslanan resurslar

Araşdırma və təkmilləşdirmə, elmi və texniki əməkdaşlıq

• İnfrastruktur – müqayisəli üstünlüyü təmin edən şərtləri təşviq edən bütün dövlət xidmətləri



• Tələb şərtləri— ölkədə elə bazar şərtləridir ki, daha yaxşı, daha ucuz məhsulları, miqyas effektini əldə etməyə və keyfiyyət, xidmət və dayanıqlıqda daha yüksək standartlara nail olmağa yardım edir.
Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə