Adilə Əliyeva Azərbaycan Universiteti, Bakı, Azərbaycan



Yüklə 48,7 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü48,7 Kb.
#26431
növüXülasə


 

 

İPƏK YOLU, No.2, 2017, səh.209-213 



 

 

209 



 

VARİATİVLİK DİLİN DİNAMİK XASSƏSİ ANLAMINDA 

 

Adilə Əliyeva 

 

Azərbaycan Universiteti, Bakı, Azərbaycan 



 

Xülasə.    Məqalədə  dilin  dayanıqsız  xüsusiyyəti  kimi  variativlik  tədqiq 

olunur. Variativlik həm də dilin tarixi inkişafının əsas faktoru kimi öyrənilir. 

Dil  materialları  əsasında  dildə  variativliyin  istiqamətinin  dəyişməsi 

göstərilmişdir.  

 

Açar sözlər: qeyri-sabit, əsas amil, variativlik, dinamiklik. 

 

VARIABLITY  IN THE MEANING OF THE 



DYNAMIC PROPERTY OF THE LANGUAGE 

 

Adile Aliyeva 

Azerbaijan University, Baku, Azerbaijan 

 

Abstract.  The  paper  discusses  variety  as  a 

dynamic  property  of  the  Language.  At  the  same 

time  variety  is  considered  to  be  a  major  factor  of 

historical  development  of  the  language.  On  the 

basis  of  the  different  language  material  changing 

of the  direction of the variability in the language is 

presented. 



Keywords:  inconstant,  major  factor,  variation, 

dynamics. 



ВАРИАТИВНОСТЬ КАК ДИНАМИЧЕСКОЕ 

СВОЙСТВО ЯЗЫКА 

 

Адиле Алиева 

Университет Азербайджан, Баку, Азербайджан 

 

Резюме.  В  данной  статье  речь  идёт  о 

вариативности,  как  неустойчивой  особенности 

языка.  Также  вариативность  рассматривается 

как  главный  фактор  исторического  развития 

языка.  Одновременно,  на  основе  языкового 

материала, 

показывается, 

как 

изменяется 



направление вариативности в языке.  

Ключевые  cлова:

 

неустойчивой,  главный 

фактор, вариативность, динамика.

 

 

 



XX əsr dilçiliyində nəzəri və praktiki biliklər atrdıqca, arqumentləşdirilmiş şəkildə belə 

bir  fıkir  söylənilirdi  ki,  bir  funksional  sistem  kimi  dil  bütün  bəndlərində  mürəkkıbliyindən 

asılı  olmayaraq  dil  vahidlərinin  variativliyinin  yüksək  dərəcəsi  ilə  fərqlənir.  Məhz  belə  bir 

üzvi  xassə  kimi  dilin  variativlik  qabiliyyəti  onu  çevik  və  rəvan  edir.  Bununla  belə  XX  əsr 

dilçiliyinin malik olduğu variativliyi öyrənmə təcrübəsi onu da iddia etməyə əsas verir ki, dil 

vahidlərinin  variativliyi  təkcə  dilin  mühüm  xassəsi  deyildir,  həm  də  onun  şəklini  dəyişmə 

prosesini aramsız öyrənən mənbələrdən biridir. 

Variativlik - dilin qeyri-sabitliyinin, onun sinxroniyada daxili dinamikasının təzahürü, 

diaxroniyada  isə  onun  tarixi  baxımdan  şəklini  dəyişməsinin  stimuludur.  Dil  dəyişikliklərinə 

gətirib  çıxaran  tendensiyalar  barədə  dilçilikdə  çoxlu  sayda  fikirlər  vardır.  Onlara  sosial  və 

psixoloji amilləri, teleologiyanı, danışanın sərbəstliyini aid etmək olar. 

Lakin  bütün  bu  tendensiyalar  nəzəriyyədə  dəyişiklik  amillərinin  cəmi  kimi  təşkil 

olunmamışdır. Variasiya nəticəsi kimi anlaşılan dəyişiklik bir sıra dilçilərin rəyinə görə güclü 

nəzəri dayağa malik olmaq şansına malikdir [4, səh.132]. 



  İPƏK YOLU, No.2, 2017

 

   Azərbaycan Universiteti 



 

 

210 



Son  zamanlar  dilin  variativliyi  və  səklini  dəyişməsi  kimi  məsələlər  get-gedə  daha  çox 

qaldırılmaqdadır.  Ancaq  bu  problem  xeyli  mürəkkəbdir  və  variativliyin  dillərin  tarixən 

şəkildəyişməsi  prosesindəki  yeri  ilk  baxışdan  yetərincə  aydın  deyildir.  Bir  tərəfdən,  tarixi 

dəyişikliklər  variativliyin  mühüm  mənbələrindən  biri,  digər  tərəfdən,  variant  formaları  və 

strukturlarının  meydana  çıxması  bir  çox  hallarda  bir  qisim  elementlərin  başqaları  ilə 

əvəzlənməsi  nəticəsində  baş  verən  tarixi  dəyişilmələrin  vacib  mərhəbsidir.  Bununla  belə 

variativlik  heç  də  dil  sisteminin  dəyişilmələrinə  aparıb  çıxarmır;  forma  və  konstruksiyaların 

paralelizmi,  habelə  leksemlərin  variativliyi  və  sinonimliyi  tarixi  dəyişikliklərlə  yanaşı  onun 

dinamikasını da təmin etməklə dildə saxlanıla bilərlər [2, səh.18].  

Dil  sisteminin  bütün  səviyyələrdə  danışıq  aktında  reallaşması,  bir  sıra  dildaxili  və 

dilxarici amillərin təsirinə məruz qalması, yəni konkret dil vahidlərinin müxtəlif dəyişikliklər 

və  çalarlar  əldə  etməsi,  dilin  funksional  baxımdan  fundamental  xüsusiyyəti  kimi 

dəyərləndirilməlidir [1, səh.3]. 

Dilin bir universal xassəsi kimi variativliyin dil dəyişilmələri ilə əlaqəsi müxtəlif dilçilik 

məktəblərində,  dilçilərinin  araşdırmalarında  və  ən  müxtəlif  dil  materiallarında  postulə  edilir 

(K.  Mattayer,  V.N.  Yartseva,  N.N.  Semenyuk,  D.  Nerius).  Qrammatik  sistemdə  baş  verən  

tarixi  dil  dəyişmələrinin  tədqiqinin  bir  aləti kimi variativlik, məsələn, ingilis və alman dili 

materiallarında  T.A.  Rostorquyeva  [5,  səh.23],  O.İ.  Brodoviç  [3,  səh.125]  və  R.P.  Ebert 

(Ebert, 1986) tərəfindən istifadə olunur. Variativlik həmçinin tarixi normallaşma proseslərinə 

həsr olunmuş işlərdə də əsas problemdir [6, səh.156]. 

Dil  strukturlarının  variativliyi  vasitəsilə  həyata  keçirilən  dilin  tarixi  inkişafının  amili 

kimi  variativliyin  bilavasitə  dil  dəyişilmələri  nəzəriyyəsinə  daxil  edilməsi  ideyası  geniş 

yayılmışdır. Variantların olması onların qarşılıqlı təsirini, funksional bölünməsini və sistemlə 

qarşılıqlı  münasibətlərini  qabaqcadan  müəyyən  edir.  Dil  sistemini  başqa  vəziyyətə  salan 

gələcək “dəyişikliklər” məhz bu proseslərdə mövcuddur [7, səh.37]. 

Müasir  dilçilikdə  dilin  variasiyasının  və  dəyişilmənin  qarşılıqlı  münasibətlərinin  daha 

radikal bir yozumu da təqdim olunmuşdur, ona görə də variativliyə aparıcı rol ayrılır, bununla 

da  variativlik  nəzəriyyəsi,  çağdaş  dilçilikdə  hazırda  olduğu  durumda  dil  dəyişmələrinin 

ümumi  nəzəriyyəsində  btitünləşmiş  olur.  Başqa  sözlə  desək,  çeşidlilik  “məhz  elə  dil 

dəyişikliklərinin  baş  verməsinə  rəvac  verən  dil  ehtiyatı  (rezervi)”  kimi  başa  düşülür.  “Bu 

halda dilin inkişaf prosesləri əsas etibarı ilə selektiv proseslər kimi başa düşülür” [2, səh.15-

16]. 



A. ƏLIYEVA: VARİATİVLİK DİLİN DİNAMİK XASSƏSİ ANLAMINDA …  

 

 

 



211 

Dilin  dinamik  xassələrinin  təzahürü  olaraq,  variasiya  əksər  hallarda  dilin  tarixi 

mövcudluğunun һər bir  anında, müxtəlif xronoloji mənsubiyyətli,  yəni  dildə əvvəllər olmuş 

və yaxud, əksinə, hələ təzə-təzə dilin mövcud sisteminə yol tapıb daxil olan yeniliklərin birgə 

mövcudluğunun nəticəsidir [7, səh.14].  

Hərçənd,  innovasiyaların  və  deməli,  dildəki  variasiyaların  mənbələri  müxtəlifdir. 

Onların  sırasına  aşağıdakılar  aid  edib  bilərlər:  dil  sisteminin  paralel  struktur  imkanlarından 

istifadə;  bəzi  dil  fərqlərinin  ayrı-ayrı  sözlər  və  konstruksiyalarda  neytrallaşması,  (bu,  һəm 

sinxroniya,  həm  də  diaxroniya  da  müşahidə  olunur);  dil  sistemini  təşkil  edən  elementlərin 

fərqli  zamanlara  aidliyi;  dilin  ayrı-ayrı  lokal  dəyişilmələrinin  qarşılıqlı  təsiri  ilə  bağlı  fərqli 

zamanlılığı (bu, onların mövcudluğunun müxtəlif formalarına da aiddir); dilin başqa dillərin 

interferensiya proseslərinə gətirib çıxaran təsirləri. 

Qeyd edək ki,  variativliyin  mümkün mənbələri sırasında dilin  işlədilməsi  zamanı fərdi 

komponentin də adı çəkilir [8, səh.45].  

Lakin  verilmış  halda  nəyin  birinci,  nəyin  ikinci  olduğunu  tam  müəyyənliklə  demək 

xüsusilə çətindir: fərdi variasiya üçün zəmin çox vaxt dil sistemlərinin dəyişilməyə nə qədər 

açıq olması ilə bağlıdır. 

Danışan üçün kommunikasiyanın  yeni tələbatlarına daha uyğun olanın  digər variantlar 

arasından  seçilməsi  imkanı,  dil  vahidlərinin  bir-biri  ilə  variativlik  münasibəti  ilə  əlaqəli 

şəkildə  müəyyən  edilməsi  üçün  mühüm  şərtlərdən  biri  hesab  edilir.  Bununla  da  yeniliklər 

dilin  artıq  mövcud  olan  elementləri  ilə  ümumi  bir  variasiya  sahəsi  əmələ  gətirərək,  dilin 

işlənmə prosesində onlarla qarşılıqlı əvəz oluna biləcək münasibətlərə gətirib cıxarır ki, bu da 

dil  materialının  istifadəsinin  müxtəlif-ərazi,  sosial  və  janr-stilistik  amillərindən  asılıdır  [2, 

səh.56]. 

Dil  dəyişilmələri  nəzəriyyəsini  variativlik  nəzəriyyəsi  ilə  bilavasitə  əlaqələndirməyə 

çalışaraq  dilçilər  perspektivli,  amma  çətin  bir  yola  qədəm  qoymuş  olurlar,  çünki  bu  iki 

nəzəriyyə  hələ  də  tam  bitkin  bir  şəkildə  formalaşmamışdır  və  onların  birləşdirilməsi 

mürəkkəb  problemlər  doğurur.  Qeyd  edək  ki,  bu  zaman  irəli  sürülən  problemlərin  çoxu 

apriordurlar (təcrübədən keçirilməyib) və daha aydın əsaslandırmaya ehtiyac duyurlar. 

Dilin  özü  kimi  onun  dəyişilməsi  prosesləri  də  о  qədər  rəngarəngdir  ki,  çətin  ki,  onlar 

hansısa  bir  yeganə  modeldə  təqdim  oluna  bilsin  (Yartseva).  Buna  görə  dilçilər  dil 

dəyişiklikləri  problemlərinə  fərdi  yanaşırlar.  Belə  ki,  U.Labov  üçün  dilin  dəyişilməsi  ilk 

növbədə  innovasiya  proseslərinin  ümumiləşdirilməsindən  və  mövcud  variantlar  sırasından 

seçim  etmədən  ibarətdir.  E.Koseriunun  nəzəriyyəsində  vacib  olan  yeniliklərin  ortaya 

çıxmasından  daha  çox  onların  müəyyən  bir  çərçivədə  dil  sisteminə  daxil  edilməsidir.  Bu 



  İPƏK YOLU, No.2, 2017

 

   Azərbaycan Universiteti 



 

 

212 



zaman,  onun  fikrincə,  dil  dəyişilmələrinin  başlanğıc  stimulu  kimi  variativliyi  doğuran 

kommunikativ  tələbat  çıxış  edir.  Buna  görə  innovasiyalar  nəzəriyyəsi,  onun  fikrincə,  һər 

şeydən öncə variantların meydana çıxma tarixlərini araşdırmalıdır. 

Hərçənd,  bu  nəzəriyyənin  bəzi  zəif  məqamlarını  K.  Mattayer  qeyd  edərək  yazır  ki, 

variativliyin  dilə  struktur-funksional  yanaşma  ilə  nесə  bir  qarşılıqlı  münasibətdə  olması; 

söhbətin  interferensiya  proseslərindənmi,  yoxsa  variantların  birgə  mövcud  olduğu  və  öz 

aralarındakı münasibətlərdə tədricən dəyişildikləri hansısa bir sıstemdənmi getdiyi suallarına 

cavab tapmağa çalışır [8, səh.142].  

Xarakterlərinə  görə  bu  qədər  müxtəlif  olan  dəyişilmə  tiplərinin  öz  aralarında  hansı 

münasibətdə  olduqlarının  və  variativliyin  dəyişilməyə  necə  keçməsini  də  müəyyən  etmək 

önəmlidir;  axı  zahiri  dəyişikliklər  (dialekt  qarışması,  leksemlərin  əvəzlənməsi  və  s.) 

kommunikativ sferaya aiddirlər, yeni dil sisteminin özünün təyin etdiyi daxili dəyişikliklərdən 

fərqli olaraq onlar başqa qanunlara tabedirlər. 

Belə görünür ki, bu və digər suallara dil proseslərinin çox böyük mürəkkəbliyi üzündən 

hələ  cavab  tapmaq  çətindir  və  yalnız  real  və  müxtəlif  dil  materiallarının  məqsədyönlü  və 

nəzəri  cəhətdən  əsaslandırılmış  araşdırmaları,  fikrimizcə,  һəm  variativlik,  һəm  də  dil 

dəyişiklikləri nəzəriyyəsində bir sıra aprior (təcrübəyə qədərki) mühakimələri təsdiqləyə bilər 

[2, səh.48]. 

Baxmayaraq  ki,  һəm  terminin  özü,  һəm  onunla  bağlı  anlayışlar  dəqiqləşdirilməlidir, 

lakin, K.Mattayerin mülahizəsinə görə, müxtəlif dillərin konkret tarixinin öyrənilməsi zamanı 

variativlik nəzəriyyəsi və dil dəyişiklikləri nəzəriyyəsinin səmərəli şəkildə birləşməsinin əsas 

açarı  praqmatika  sahəsindədir.  Lakin  müxtəlif  dil  materialı  üzərində  ayrı-ayrı  müşahidələr 

variativlik xüsusiyyətinin hansı istiqamətlərdə dəyişdiyini göstərmişdir: variativlərin müəyyən 

hissəsi  dilin  tarixi  təkamülü  prosesində  konnotativ  əlamətlər  üzrə  təkrar  differensiasiyaları 

saxlayır, digərlərində isə bu diffensiasiyalar itir. 

Həmçinin differensiasiyaedici  əlamətlərin tarixi “dəyişikliyi” (ərazi-sosial, sosial-stilistik 

və  s.)  mümkündür.  Dəyişikliklər  həm  variasiya  tiplərində  (təkcə  konkret  variantlar  tərkibində 

deyil), variasiya diapazonunda, variant sıralarının xarakterində və onların ölçüsündə və nəhayət 

variant  sırasının  “başqa  sistem”  elementləri  üçün  keçiciliyində  baş  verə  bilər.  Belə  ki,  dil 

vahidləri variantlarının (leksik, sintaktik, frazeoloji və s.) toplusu variativ sıra əmələ gətirirlər, 

onun üzvləri bir-birini əvəzləyə və semantik baxımdan isə tamamlaya bilərlər. D.Yunusov haqlı 

olaraq belə hesab edir ki, dil vahidlərinin variativliyinə obyektiv kateqoriya kimi baxmaq olar, 

çünki variativlik dil strukturunun bütün səviyyələrinə xasdır [1, səh.4].  



A. ƏLIYEVA: VARİATİVLİK DİLİN DİNAMİK XASSƏSİ ANLAMINDA …  

 

 

 



213 

Lakin  bir  qisim  sahələrdə  variantların  sayının  azalması  (orfoqrafik,  morfoloji), 

variativlərin  bəzi  tiplərinin  digərləri  ilə  əvəz  olunması  və  izofunksional  dil  vasitələrinin 

ümumi  fondunun  artması  ilə  müşayət  olunur  ki,  bu  da  xüsusən  sintaksis  və  leksika  üçün 

xarakterikdir. 

 

Ədəbiyyat 

1.

 

Yunusov D., (2008) Mürəkkəb sintaktik vahidlərdə konstantlıq və variativlik, Bakı. 



2.

 

Бабенко  Н.С.,  Володарская  Э.Ф.,  (2000)  К  теории  вариантности:  Вопросы 



филологии. Москва. 

3.

 



Бродович О.И., (1988) Диалектная вариативность английского языка, Ленинград. 

4.

 



Лаптева O.A., (2000) Кризисные точки языковых изменений, Шмелёвские чтения 

Бабенко  Н.С.,  Володарская  Э.Ф.,  К  теории  вариантности:  Вопросы  филологии. 

Москва, Тезисы докладов, Москва. 

5.

 



Расторгуева  T.A.,  (1980)  Варьирование  и  историческое  изменение  морфоло-

гической системы английского языка, Москва.  

6.

 

Семенюк  H.H.,  (1967)  Проблемы  формирования  норм  немецкого  литературного 



языка, Москва. 

7.

 



Ярцева В.Н., (1990) Проблемы языковой вариативности, Москва. 

8.

 



Mattheier  K.,  (1984)  Sprachwandel  und  sprachvariation,  Handbuch  zur  deutschen 

Handgeschichte, Berlin,  



 

Yüklə 48,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə