Afad qurbanov maket sayt indd



Yüklə 2,66 Kb.

səhifə1/63
tarix14.07.2018
ölçüsü2,66 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   63






Afad Qurbanovun
anadan olmasının 90 illiyinə


Redaktor: 
Fikrət Xalıqov 
 
filologiya üzrə elmlər doktoru, professor
Rəyçilər: 
Məhərrəm Hüseynov
 
filologiya üzrə elmlər doktoru
 
Kamil Bəşirov
 
filologiya üzrə elmlər doktoru
 
Vaqif İsrafilov
 
filologiya üzrə fəlsəfə doktoru
 
İlham Abbasov
Əzizxan Tanrıverdi. Türkologiyamızın Afad Qurbanovu.
Bakı, 2018, 244 səh.
Kitabda  Afad  Qurbanov  bənzərsiz  insan,  nüfuzlu 
alim, ba ca rıq lı elm təşkilatçısı kimi “Xatirələr” konteks-
tində  sə ciy yə ləndirilir,  onun  elmi-pedaqoji  fəaliyyəti 
daha  çox  haqqında  yazılmış  məqalələrə  is ti nad  olun-
maqla izah edilir, dilçiliyə dair əsərləri müxtəlif bucaqlar 
al tında təhlil süzgəcindən keçirilir. Eyni zamanda Afad 
Qurbanova həsr edilmiş şeirlərin hər birinə ədəbi tənqid 
müstəvisində münasibət bil dirilir.


TÜRKOLOGİYAMIZIN
AFAD QURBANOVU
Bakı – 2018
Əzizxan Tanrıverdi


4
Afad Qurbanov
(1929–2009)


5
Peyğəmbərimiz buyurmuşdur ki, mənim ümmətimdən hər 
bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öy rən­
mək, yaymaq və ona əməl etmək... Qeyd edək ki, akademik Afad 
Qur  ba no vun da bir sıra əsərləri Peyğəm bərimizin müqəddəs kə­
lamları ilə başlayır.
Dünyadan köçmüş dahiləri, elm xadimlərini hə yata qaytar­
maq mümkün deyil, yalnız kitabların kö məyi ilə onların nailiyyə­
ti ni, təcrübəsini, əsərlərini öy rənmək müm kündür. Bəlkə də, elə 
bu na görə deyiblər: elm ağaca bən zə yir; öncə ürəklərdə kök atır, 
mey vələri isə sonradan işıq üzü görən kitablarla üzə çıxır. Fikri­
mizcə, insanı düşün dür məyin, insanlığı tədqiq etməyin ən yaxşı 
yolu kitab lardır.
Professor Əzizxan Tanrıverdinin xüsusi zövq və is te dadla 
yaz dığı “Türkologiyamızın Afad Qurbanovu” ki tabı məhz belə 
əsər lərdəndir. Şirin təhkiyə, əhatəli təsvir və fakt larla zəngin olan 
ki tabda  ustadla  (akademik Afad  Qur banovla)  keşməkeşli  həyat 
yo lu keçmiş ümidverici ye tir mənin (professor Əzizxan Tanrıver­
dinin) ruhi mü kaliməsi göz önünə  gəlir. Sanki ruhların həlim 
mü ka li məsini xatır ladan kitabın girişi, başlanğıcı ikitağlı qapı­
dan ibarətdir: bi  rində akademik Afad Qurbanov – ONUN haq­
qın da  yazı lan   lar,  onun  YAZDIQLARI;  digərində  isə  Əziz xan 
Tan rı ver   dinin  ANLADIĞI  və  ANLATDIĞI  “gizlinlər,  sirlər” 
öz ək sini tapmışdır.
ÖN SÖZ
DÜŞÜNƏN VƏ
DÜŞÜNDÜRƏN KİTAB 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
6
Monoqrafik səciyyəli bu əsər eyni zamanda aka de mik Afad 
Qurbanovun timsalında müxtəlif insanların dü şüncələrini vəh­
dət halında birləşdirən və onların ara sın da sıx ünsiyyət ya radan 
mənəvi körpüyə də bənzəyir. Xü susi zövqlə yazılmış əsər də əsas 
xarakterik cizgi­nüans lar se çil mək üçün qara şrift lər lə verilmiş­
dir. Təbii ki, biz də mü əllifin müəyyənləşdirdiyi dəst­xəttə eynilə 
riayət et məli olduq.
Ustadımı xatırlayarkən...
Adətən, deyirlər, şəxsiyyəti valideyn, ruhu isə müəl lim tər­
biyə edir... Əzizxan müəllim ruhən bağlı olduğu us ta dını – akade­
mik Afad Qurbanovu xatırlayaraq belə mü raciət edir: “... Əlimə 
qələm alıb adi bir yazını yazmaq is tə  yəndə, sevincli anlarımda, 
şad günlərimdə və daha çox problemlərlə üzləşəndə – mürəkkəb 
situasiyalara, çətinliyə düşəndə Sizi düşünür, sanki ruhunuzla 
danışır, fikir müba diləsi aparır, tövsiyələrinizi eşi dir və hər dəfə 
də uğur qa za nıram... Bu ru ha köklənərək hərəkət edirəm”.
Müəllifin ustadına müraciəti, bir növ, səmimi etirafı xatır­
ladır. Çünki  insanları etiraflar  qədər  heç  nə  bir­biri nə  bağ laya 
bil  məz. Nə vaxtsa, özünə arxa və dayaq bil di yin, mənəvi kömə yi­
nə, müdrik tövsiyəsinə ehtiyac duyduğun insandan əbədi ay rı la­
san. Bax, onda bu ayrılıq ağ rısı dəh şət li olur. Sənin iç dün ya na 
mə nəvi əzab verər, şamtək əri dər, zaman­zaman göynədər. 
Afad müəllimlə ilk tanışlıq... 
Müəllif  akademik  Afad  Qurbanovun  bədii  portretini  özü nə­
məx sus cizgilərlə təsvir edir: “... onun müəl lim liyi və alimliyi yox, 
görkəmi, boy­buxunu barədə düşünməli ol dum, enlikürəkli, uca boylu, 
pəhləvan cüssəli bu kişi – qə dim oğuz kişilərini xatırladır dı.” Güclü 
adamlar hə mişə sa də olur, – de yirlər. Şəxsən akademik Afad müəllimi 
görən bir şəxs kimi onu da əla    və edim ki, həmişə fi kirli görünən, az da­


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
7
nışan, hay­küylü, mü  naqişəli yığıncaqlarda səbirli və təm kinli olmağa 
üstünlük ve rən bu görkəmli alim və müəl limin özünəməxsus zəngin 
mə  nəvi aləmi, səliqəli geyimi çoxlarını heyran qoyardı.
Əsərin həmin yarımbölümündə Afad müəllimin atası haq­
qın da da məlumat verilmişdir. Bu məlumatdan aydın olur ki, Afad 
müəllimin atası Məhəmməd kişi keçmiş Azər  bay can Xalq Cüm­
huriyyətinin əsgəri olub. Hətta Cüm hu riy yət ge neralı S.Meh  man­
darov Məhəmməd kişiyə xidmət lə rinə görə qını qızıldan olan qı lınc 
da bağışlayıb. Lakin nankor, xoflu qonşumuzun, hə mişə ol duğu 
kimi,  ən  çox  qorx duğu Azərbaycan  türklərinin  silahlanma sı dır. 
Məhz bu məkrlə Afad müəllimin ata yurdunda (Qər bi Azər bay­
ca nın, Kalinino rayonunun, Qızıl Şə fəq kəndi) ax tarış apa rılmış, 
hə min qılıncı yerli Dövlət Təh lü kə sizlik Komi tə sinin əməkdaşları 
sındırmış, qınını isə öz ləri ilə apar mışlar...
İllər ötdü, hərbiçi Məhəmmədin oğlu Afad Qurbanov iste­
dadlı bir tədqiqatçı kimi yetişdi, tanındı, yüksəldi, nə ha yət, dilçi­
lik elmimizin zirvəsində qərar tutdu. Hətta Afad Qurbanov öz 
us tadı dəmirçi oğlu Ə.Dəmirçizadənin əldə etdiyi titul, rütbə və 
və zifələrdən də yüksəkliklərdə mövqe qa zandı. Professor Ə.Də­
mirçizadə kimi Azərbay can SSR Elmlər Akademiyasının müxbir 
üzvü, filologiya elmləri doktoru, respublikanın Əmək dar elm xa­
dimi, res pub li ka nın Dövlət mükafatı laureatı oldu, hətta millət 
və kili də se çildi.
Əsər müəllifi haqlı olaraq qeyd edir ki, həmkarları, tə  lə  bə­
ləri, hətta doğmaları da onu məhz belə çağırırdı: Afad mü əllim! 
Yadımdadır, tələbə vaxtı (ADPU­nun tələbəsi) hər yay tə tili 
Ba kıdan kəndə qayıdanda yaşlı müəllimlərim, ələlxüsus da Afad 
Qurbanovun sinif yoldaşı olmuş Əmir müəllimin ilk su alı belə 
olardı: “Bizim Afad necədir? Yəqin ki, yaşlaşıb?  Gö rür sən mi?..”
Bizim Afad! Bu ad bizim mahalın qüruru, iftixarı, fəx ri idi. 
Bu mahalın adamları – kiçikdən­böyüyə qədər şəx sən ta nı yan da, 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   63


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə