Afaq şixli



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə1/19
tarix01.07.2018
ölçüsü0,85 Mb.
#52564
  1   2   3   4   5   6   7   8   9   ...   19


AFAQ ŞIXLI 
 
 
 
 
 
 
 
 
 
 
 
SƏNİ 
DÜŞÜNÜRƏM... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Adiloğlu” nəşriyyatı 
Bakı 2011 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
2
 ~ 
 
 
 
 
 
Afaq Şıxlı “Şəni düşünürəm...” 
Bakı, “Adiloğlu”, 2011, 136 səh. 
 
 
 
 
 
 
 
 
 
 
      “Səni düşünürəm...”  - istedadlı şairə Afaq Şıxlının 
dördüncü kitabıdır. Bu kitabda şairənin heç yerdə işıq 
üzü görməyən şeirləri toplanmışdır.  
        Bundan əvvəlki kitablarında olduğu kimi, müəllif 
yenə də ən ali hiss olan sevgi və onun yaratdığı ürək 
çırpıntılarını özünəməxsus şəkildə ustalıqla qələmə 
alaraq gözəl şeir nümunələri yaratmışdır. Axıcı, oxunaqlı 
və son dərəcə təblə yazılmış bu misralar insana sözün əsl 
mənasında zövq verir. 
       Afaq Şıxlını bu münasibətlə təbrik edir və ona yeni 
yaradıcılıq uğurları arzulayırıq. 
 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
3
 ~ 
 
DÜYĞULARIN DİLİ İLƏ YAZILANLAR... 
 
       Demək ki, qismətimdə məşhur “Şıxlılar” ocağının 
sakinlərindən biri - sözün tam anlamında işığlı bir insan, 
gözəl ziyalı, şairə Afaq Şıxlının nəşrə hazırlanan “Səni 
düşünürəm!..” adlı şeirlər toplusuna ön söz yazmaq varmış.. 
İlk oxuduğum şairənin yaradıcılığının demək olar ki qayəsini 
təşkil edən bu misralar oldu: 
 
Sevgi dolu sözlərini  
sətir-sətir yazsan belə, 
inanmaram... 
Axşamüstü 
qoy küləklər pıçıldasın  
sənin isti nəfəsinlə. 
Dəli sevdan  
avaz-avaz düşsə belə dildən-dilə, 
inanmaram... 
Qulağıma özün söylə  
o "sevirəm" kəlməsini öz səsinlə! 
 
       Bu misraları oxuyarkən düşündüm ki, sözlə ifadəsi heç 
də asan olmayan duyğularla başlayan bir kitab oxucuları 
özünə çəkməyə bilməz! Məhz, duyğuların bu kitabın baş 
qəhrəmanı olması məni hisslər və həyacanlarla dolu bir aləmə 
apardı... Çoxları düşünə bilər ki, axı, duyğusuz da şeir 
yazmaq olar? Olar! Son zamanlar ədəbi mühitdə yaranan 
“adını bilmediyim” vəziyyət, buraxılan kitablar, dərc edilən 
şeir və s materiallar bunu deməyə əsas verir. Nə yaxşı ki, 
Afaq Şıxlı qələmi məhz bu qəbildən olan yazılardan uzaqdır. 
Mən, üç kitab müəllifi olan şair dostumun, demək olar ki
bütün şeirlərini oxumuşam və bilirəm ki, onun bir-iki şeirini 
oxudunsa, hamısını oxuyacaqsan, bir-birindən gözəl  


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
4
 ~ 
 
şeirlərlə dolu bu aləmdən əliboş qayıtmayacaqsan... Aldığın 
havanın, içdiyin suyun yaşam üçün nə dərəcədə vacibliliyini 
anlayırsansa, bax, həyat eşqi ilə zəngin bir şair qəlbinin 
dediklərinin də mənəvi qida kimi ruha çəkməyin və nəfəs 
kimi cana sümürməyin gərəkliliyini də o dərəcədə 
anlayacaqsan. 
       Bu da bir qismətdir ki, bu yazı mübarək Ramazan ayı 
ərəfəsində baş tutdu. Ola bilməzdi ki, Afaq xanım bu 
müqəddəs ayda diləklərini şeirlə dilə gətirməmiş olsun:  
 
Silinsin göz yaşı gözlərimizdən, 
Gülüş silinməsin gözlərdən! Amin! 
Küsüb incisək də bir-birimizdən, 
Qəlblər qırılmasın sözlərdən! Amin! 
 
və ya   
 
Durulsun səmanın qaranlıq üzü, 
Silinsin dünyadan “qan”,” dava” sözü. 
Özünə şah olsun hər insan özü, 
Bir əl o birinə möhtac olmasın! 
 
        Necə də gözəl arzulardır... Bu arzulara mən də “Amin!” 
- dedim.  
        Afaq xanımın şeirlərini oxuyarkən, sanki kiminləsə 
danışırsan kimi gəlir adama. İlk baxışdan sadə görünür bu 
misralar. Şeirə məxsus ədəbi qaydaları pozmadan, xüsusi 
ustalıqla yazıya alınmış adi danışıq dilimiz... Bax, budur 
hisslərin və duyğuların sözlə ifadəsi və ona olan həm 
məhəbbət və həm də məsuliyyət!  
      Şairlərin qəribə taleyi olur, deyirlər.  Afaq Şıxlının da 
taleyinə qəriblik düşüb. O, uzaq Moskva şəhərində yaşayır. 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
5
 ~ 
 
Qəlbi Vətən və həmvətənləriylə döyünən şairin ürək 
çırpıntılarını hər an hiss etmək elə də çətin deyil: 
 
Bülbüllər verəndə yenə səs-səsə 
Qayıda biləydim lap son nəfəsə! 
Salamlar söyləyin məndən hər kəsə, 
Afaqın sevdiyi Vətən var olsun! 
Və ya 
 
Sübh çağı bürüsün üstünü duman
Yatmayım gecəni, itməsin zaman... 
Yaman darıxmışam, mən sənsiz, yaman, 
Mənim Vətən adlı sərvətim, salam! 
 
      Yenə sadə, oxunaqlı, axıcı misralar... Onu da qeyd edim 
ki,  şairənin yaradıcılığında ədəbi ruhumuzun və xalq 
ədəbiyyatımızın laylası sayılan qoşma janrı üstünlük təşkil 
edir. Bu, zənnimcə, müəllifin zəngin ədəbi irsimizin bu 
sahəsinə marağı, xalq çeşməsinə bağlılığı və özünün əslən 
“Şairlər vətəni” adlandırılan Qazax torpağından olması ilə 
əlaqədardır:  
 
Uzaqdan-uzağa sənə yoldaşam, 
Düşüncəm qoyarmı düz yoldan çaşam?! 
Afaqam, sanma ki, soyuğam, daşam... 
Mənim günahımı alma, əzizim. 
 
         Umumiyyətlə, Afaq xanım hansı mövzuda yazırsa 
yazsın, təblə və sonsuz həvəslə yazır. Onun şeirlərində 
özünəməxsus söz “oynatma” bacarığı var. Folklorumuzun 
zəngin qaynaqlarından bəhrələnən, bolluca söz ehtiyatı olan 
müəllifin yaratdıqları bir də onunla səciyyələnir ki, bu 
yazıların daşıdığı ruh millidir. Mən şairənin qəriblikdə 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə