Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə1/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
  1   2   3   4   5   6   7   8   9   ...   57


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
1
 
Solmaz  Muxtarova 
 
 
 
 
 
 
Ağ göyərçinlər  
həsrəti 
 
 
-


 
 
 
Solmaz Muxtarova 
 
2
 
 
Redaktor:
    
Qəşəm İlqar, 
 
 Azərbaycan Yazıçılar Birliyi və 
 Jurnalistlər Birliyinin üzvü,  
 «Qızıl qələm» mükafatı laureatı  
 
Rəssam:
    Yavər Əsədov 
 
 
 
 
 
Solmaz Muxtarova. “Ağ göyərçinlər həsrəti" (hekayələr). 
Bakı, «Nərgiz» nəşriyyatı, 2010, – 228 səh. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
    M 
2010
603
079
742000000

                © «Nərgiz», 2010 
 
 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
3
  
 
 


 
 
 
Solmaz Muxtarova 
 
4
 
ÖN  SÖZ  YERİNDƏ 
 
SƏSLƏ  MƏNİ 
(mənsur şeir) 
 
Qəm karvanına qoşulub gedirəm!.. 
Zavallı dünyada yıxılıb gedirəm!.. 
Öz-özümə sıxılıb gedirəm!..  
Aпara bilmirəm yükünü, dünya! 
Səni atanlar-atıb, satanlar-satıb…  
Qalanlarsa başı bəlalı, gözü-könlü yaralı… 
Nəyin qalıbdır?! 
Zalımlar əlində… Zalımlar felində talan olmusan…  
Kiminə nağıllı dünya, kiminə də haram olmusan. 
Axarın-baxarın dəyişib… 
Mən sənin bu gününə ağlamaq istəyirəm…  
Amma ağlaya bilmirəm… 
Ağlasam gülərlər mənə… Mənə yazıq deyərlər…  
Mən ki, yazıq deyiləm… 
Mən səni sevənlərdən biri… 
Mən səni ucalardan-uca görmək istəyən…  
İşığına qol açıb uçmaq istəyən… 
Şərəfinə yetmək istəyən bir zavallınam… 
Sən belə deyildin… Mənim zavallı dünyam… 
Sənmi məni dəyişdin… Mənmi səni?..  
Bilmirəm, bilmirəm… 
 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
5
 
Bəlkə də mənim günahlarım daha çox…  
Sənə nə vaxtsa yalan satmışam.  
Nə vaxtsa suyuna haram qatmışam?! 
İtginli, çökgünlü dünyam…  
Özü-özündən küsgünlü dünyam! 
İtgin dünyasını yuxuda görənlərim,  
yuxularda ocağına baş çəkənlərim,  
bağından-baxçasından bir dəstə gül  
dərənlərim heyyy!!! 
Ağlama, qaçqın anam, ağlama, qaçqın bacım, 
Sən də ağlama, şəhid anası! Ağlamayın…  
Sizin səsinizdən xəcalətliyəm.  
Sizin özünüzdən xəcalətliyəm. 
Mən sizə kömək edə bilmədim… 
Bilirəm, qaçqın anası, dərdin böyükdür.  
Bilirəm, oğlunun toy xonçası əlində qalıb… 
Itgin qızının sorağı dilində qalıb… 
Bəlkə, birgə ağlayaq?! 
Birgə ağlayaq qız-gəlinlərin o gününə… 
Birgə ağlayaq qız-gəlinlərin bu gününə… 
Dözümlü dünyam…  
Bu halına, bu gününə baxa bilmirəm… 
Hamı sevgi mahnısı oxuyur…  
Sevgini alıb-satanlar…  
Sevgini ucuz tutanlar…  
Yarıçılпaq qadınlar... 
Heyiflər sənə, dünya! 


 
 
 
Solmaz Muxtarova 
 
6
 
Deyirlər səni sevgi xilas edəcək…  
Sevgi də başqalaşıbdır…  
Yazıqların sevgisi də yazıq olubdur…  
Ehtiyac içində sönüb gedibdir… 
Varlıların, пulluların sevgisi başqa bir aləm…  
Hamısını deyə bilmirəm… Deyə bilmirəm… 
Səbirli dünyam!  
Qəlbinə şeytan giribdir, yamanca fırladır səni…  
Çox şeyin əlindən gedib…  
Elin qırılıb elindən gedib… 
Bu yerişlə, bu gedişlə mənzilin bilinməz olub… 
Belə getmə, mənim dünyam!  
Bəlkə elə bilirsən səni sevənlərin sevgisi babam  
Koroğlunun dilində qalıb,  
Səni sevən baxışlar nənəm Həcərin gözündə qalıb?! 
Yoxsa sevən ürəklər Füzuli dünyasında  
Leyli-Məcnunun özündə qalıb?!  
Bilmirəm harda nə qalıb?!  
Mənimsə dünyam sığınıb sənə, Vətən…  
Dinim- imanım-gümanım, Vətən!  
Səslə məni… Çağır məni… 
Sənin işığına uçmaq istəyən, ardınca dünyanın 
sonuna getmək istəyən, Xocalını basıb bağrına, 
Qarabağ yolunda ölmək istəyən,  
səni sevənlərin var…  
Səslə məni… Səslə məni… 
 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
7
 
N i ş a n  
 
 
 


 
 
 
Solmaz Muxtarova 
 
8
 
 
 
 
B
u gün Natəvanın nişanı idi. O, bu günü çox göz-
ləmişdi. Hərə bir tərəfə qaçır, elçiləri layiqli qarşılamaq üçün 
hazırlıq işləri gedirdi.  
Natəvanın sevinci bambaşqa idi. Səssiz, səmirsiz. Sakit 
axan suya bənzəyirdi. Arada gözlərində  qəribə bir işıq yanıb 
tez də sönürdü. Bəzən ona elə gəlirdi ki, indicə ürəyi yerindən 
çıxacaq. Bunu bircə özü bilirdi. Onun bu halından başqa bir kəs 
xəbərdar deyildi. Bir yana baxanda burada qəribə nə var idi ki? 
Yəqin ki, nişan günü bütün qızlar təlatüm dolu xüsusi bir gün 
yaşayır, zarafat deyil, doğmalarından, yaxınlarından, adət 
etdiyi dünyadan ayrılıb tamam başqa, yad insanların arasına 
düşmək. Bu, heç də asan deyil. Nə bilmək olur qabaqda kimi 
nə gözləyir? Natəvan özü də bilmirdi, onu sevinməyə, ya da 
kədərlənməyə vadar edənlərin hansı daha ağır gəlirdi.  
Natəvan açıq mavi rəngdə dizdən azca aşağı ipək paltar 
geymişdi. Çox qəşəng görünürdü. Lap uşaqlıqdan nişan günü 
açıq mavi rəngdə paltar geyinməyi arzulamışdı və neçə illərdir 
özü parçanı alıb saxlamışdı. Bütün qızlar kimi o da bu günü 
çox gözləmişdi. Axır ki, vaxt çatdı. “Görünür, biz istəməklə, 
biz tələsməklə deyil. Hər şeyin öz vaxtı-vədəsi var... Yəqin ki, 
heç vaxt gec deyil. Təki gec də olsa bu gün bütün qızlara 
qismət olsun. Heç bir qızın arzusu gözündə qalmasın.” 
Əlbəttə, Natəvan sevinirdi. Amma yaxşı bilirdi ki, bu 
sevinc ötən günlərin sevincinə  bənzəmir. O vaxtlar yerə-göyə 
sığmayan, az qala onu əl-qol açıb uçmağa vadar edən, 
içərisindən püskürüb dünyaya xüsusi bir gözəllik gətirən 
hisslər... Əlçatmaz arzular... Həsrət... Göz yaşı... Sevən ürəyin 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə