Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/27
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17841
  1   2   3   4   5   6   7   8   9   ...   27


DĠLARƏ  NAĞIYEVA – MUXTAROVA 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
AĞA MUSA NAĞIYEVĠN
 
XEYRĠYYƏÇĠLĠK VƏ ĠCTĠMAĠ  
FƏALĠYYƏTĠ  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – “Elm” – 2011 


 

Azərbaycan Milli Elmlər Akademiyası  
Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunur 
 
 
Elmi  redaktoru:     
Tarix üzrə fəlsəfə doktoru 
 
 
 
Hacı Həsənov 
 
Rəyçilər:                       Tarix elmləri doktoru, professor 
 
 
 
Musa Qasımlı 
 
 
 
 
Filologiya üzrə fəlsəfə doktoru 
 
 
 
Jalə Əliyeva 
 
 
 
 
Tarix elmləri üzrə fəlsəfə doktoru 
 
 
 
Fərhad Cabbarov 
        
Dilarə Nağıyeva-Muxtarova. 
Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti. 
Bakı, “Elm”, 2011; 140 s. 
 
ISBN  978–9952–453–19–5 
 
Monoqrafiyada ilk dəfə olaraq Ağa Musa Nağıyevin  sahibkarlıq, 
xeyriyyəçilik  və  ictimai  fəaliyyəti  kompleks  şəkildə  tədqiq  olunub. 
XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakı neft sənayesinin canlan-
masının  mədəni  və  ictimai  həyata  təsiri,  Azərbaycan  milyonçuları 
içərisində öz vətənpərvərliyi, xeyirxahlığı ilə seçilən Ağa Musa Nağı-
yevin həyat və fəaliyyətinin çox hissəsi elmi dövriyyəyə ilk dəfə cəlb 
olunan  tarixi  sənədlər  əsasında  öyrənilib.  Monoqrafiyada  milyonçu-
nun  keçdiyi  keşməkeşli  həyat  yolu  tam  şəkildə  izlənilir,  onun  millət 
yolunda  fədakarcasına  gördüyü  işlər  yer  alır.  Burada  həmçinin  sovet 
dövründə milyonçunun nəslinin davamçılarının repressiyalara, sürgün-
lərə  məruz  qalmaları,  daim  təzyiq  altında  yaşamaları  faktları  göstəri-
lib. Bu monoqrafiya Azərbaycan tarixinin bütöv bir dövrünə işıq salan 
sanballı tədqiqat əsəri kimi tarixçilər, ictimai fikri öyrənən tədqiqatçı-
lar, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 
 
 
 
4001040000 
655(07)-2011 
 

 “Elm” – 2011 


 

 
 
 
 
G Ġ R Ġ ġ 
 
 
Ötən əsrin sonlarında Azərbaycan Respublikası müstə-
qilliyini  bərpa  etdikdən  sonra  Vətən  tarixşünaslığı,  tarix 
elmi qarşısında böyük perspektivlər açılmışdır. Uzun illər 
üzərinə kölgə salınan, qadağalar qoyulan mövzular tədqiq 
olunmaqda, yeni-yeni mənbə materialları elmi dövriyyəyə 
cəlb  edilməkdədir.  İndi  tarix  elmi  azərbaycançılıq  ideolo-
giyası  aspektindən  yenidən  işlənilir,  uzun  illər  qadağa 
olunmuş mövzulara işıq salınır, arxivlərin küncünə atılmış 
qiymətli  sənədlər  aşkarlanır.  Sovet  təbliğatının  tədqiqini 
qadağan  etdiyi  mövzulardan  biri  də  Azərbaycanda  neft 
milyonçularının, onların xeyriyyəçilik hərəkatında rolunun 
öyrənilməsi,  millətin  görkəmli  şəxsiyyətlərinin  həyat  və 
fəaliyyətlərinin  araşdırılması  olmuşdur.  Uzun  sovet  onil-
likləri  boyunca  onların  üzərinə  «burjua»  damğası  vuru-
laraq adlarını ləkələməyə çalışmışlar. Amma XX əsrin əv-
vəllərindən  milli  oyanışın  artdığı  şəraitdə  bu  mesenatlar 
millətin yaddaşında elə dərin izlər buraxmış, öz xidmətləri 
ilə millət qarşısında elə şöhrət qazanmışdılar ki, onları ta-
rixdən silmək və  ya ləkələmək sovet ideologiyasına nəsib 
ola  bilməmişdir.  Belə  şəxsiyyətlərdən  biri  də  Ağa  Musa 
Nağıyevdir.  
Kimdir Ağa Musa? Onun haqqında nə bilirik? Gələcək 
nəsil  nə  biləcək?  Bu  vaxtadək  onun  şəxsi  keyfiyyətlərin-


 

dən çox az bilib, gördüyü böyük işlər haqqında düşünmə-
mişik.  Azərbaycan  Sovet  Ensiklopediyasında  Ağa  Musa 
Nağıyevin  iri  neft  sahibkar  olması  və  onun  binalarının 
milliləşdirilməsi  haqda  çox  səthi  və  qısa  məlumat  verilib. 
Onun xeyriyyəçiliyi haqda bir kəlmə belə yazılmayıb.  
Bununla  belə,  ensiklopediyada  Ağa  Musa  Nağıyevə 
mənsub olan Binəqədi neft mədənlərində hasil olunan nef-
tin    1900-cü  ildə  10  mln.  puda,  1904-1908-ci  illərdə  isə 
12.328  mln.  puda  çatması  haqda;  bu  mədənlərdə  800 
nəfərədək  fəhlənin  çalışması,  bu  sahibkarın  milyonlarının 
saya-hesaba gəlmədiyi  haqda heç bir məlumat verilməyib. 
Bu  baxımdan  Ağa  Musa  Nağıyevin  Azərbaycan  neft 
sənayesinin  inkişafında  xidmətlərinin,  sahibkarlıq,  habelə 
xeyriyyəçilik və ictimai fəaliyyətinin tədqiq edilməsi, həm 
Vətən tariximizin daha bir qaranlıq səhifəsinə həqiqət işığı 
salmaq  baxımından,  həm  də  bu  insanın  əməlləri  müqabi-
lində onun ruhu qarşısında heç olmasa mənəvi borcun ödə-
nilməsi baxımından vacib bir vəzifədir.  
Monoqrafiyanın  əsas hissəsi – əhatə  etdiyi  XIX  əsrin 
sonları və XX əsrin 20-ci illərinə qədər olan dövr – böyük 
dəyişikliklərlə  xarakterizə  olunur.  Azərbaycan  maarifçilik 
hərəkatı inkişaf etmiş, milli qəzetlər meydana gəlmiş,  mil-
li  şüurun,  özünüdərkin  formalaşmasında  ziyalıların  rolu 
sahibkarlar tərəfindən dəstəklənmiş, həmçinin Azərbayca-
nı müstəqilliyə aparan hərəkat başlamış və nəhayət  Azər-
baycan Xalq Cümhuriyyətinin tarix səhnəsinə qədəm qoy-
ması ilə Şərqdə ilk demokratik dövlət modeli formalaşmış-
dır. Bu dövr neft sənayesinin inikişafı, yerli burjuaziyanın 
rolunun  artması,  böyük  sənaye  infrastrukturunun  yaradıl-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə