Ağalar MƏMMƏdov 



Yüklə 120,42 Kb.
Pdf görüntüsü
tarix25.11.2017
ölçüsü120,42 Kb.
#12390


410  

Journal of Azerbaijani Studies 



FƏLSƏFƏMİZİN DİLİNƏ BƏZİ DÜZƏLİŞLƏR VƏ TƏKLİFLƏR 

 

Ağalar MƏMMƏDOV

 



 



(Azərbaycan Milli Elmlər Akademiyası) 

 

 



Fəlsəfi-terminoloji aparatımızda bir sıra məqamlarda dolaĢıqlıq hökm sürür. 

Bu araĢdırmamda mən onlardan bəzilərinə diqqəti cəlb etmək, dəqiqləĢdirmələr 

aparmaq  və  öz  təkliflərimi  irəli  sürmək  istəyirəm.  Bununla  məqsədim  əsla 

konkret  olaraq  kiminsə  səhvini  çıxarmaq  deyildir;  məqsəd  sadəcə  olaraq, 

Azərbaycan  fəlsəfəsinə  az  da  olsa  faydalı  olmaqdır.  Mövcud  terminoloji 

dolaĢıqlığın  əsas  səbəblərindən  biri  odur  ki,  sovet  dövründə  filosof  və 

tədqiqatçılarımız  öz  tədqiqatlarını  uzun  müddət  ilkin  mənbələrə  müraciət 

etmədən  aparmıĢlar.  Ona  görə  də,  terminoloji  aparatımızdakı  bir  sıra  qeyri-

dəqiqliklər, təbii olaraq, bizə daha çox rus dilindən keçmiĢdir. 

1. Çox yayğın bir dolaĢıqlıq “maarifçilik” termini ilə əlaqədardır. Məlumdur 

ki,  bu  fəlsəfə  teosentrist  və  teoloji  səciyyə  daĢıyan  Orta  əsrlər  fəlsəfəsinə  və 

dünyagörüĢünə  antitetik  reaksiya  kimi  XVII  əsrdə  meydana  gəlmiĢdir.  Orta 

əsrləri qaranlıq, özünü isə aydınlanma, iĢıqlanma kimi xarakterizə edən də elə 

bu  məktəbin  filosofları  olmuĢlar.  Ġstər  fransızca  (Éclairement),  istər  ingiliscə 

(Enlightment),  istərsə  almanca  (Aufklärung),  istərsə  də  rusca  (Просвещение) 

bu  termin  hərfən  aydınlanma,  iĢıqlanma,  nurlanma,  ziyalanma  deməkdir. 

Osmanlıcada  da  həmçinin  bu  fəlsəfə  “tənəvvür”,  yəni  nurlanma  adlanırdı.

1

 



Müasir Türkiyə türkcəsində indi ona “aydınlanma” fəlsəfəsi deyilir. 

Lakin  nədənsə  bu  termin  bizdə  “maarifçilik”  kimi  tərcümə  edilmiĢdir  və 

edilir. Bizim fikrimizcə, bu, doğru deyildir. Ġzah edim. 

Bu fəlsəfənin iki əsas qolunu – fransız və alman qollarını bir-birindən ayırd 

etmək  lazımdır.

2

  Bu  məktəbin  fransız  qolu  dedikdə,  29  il  ərzində  böyük 



tirajlarla 28 cild ensiklopediya nəĢr etdirən məĢhur ensiklopedistlər – D. Didro, 

D’Alember,  Helvetsi,  Holbax  və  b.  nəzərdə  tutulur.  Onların  fəaliyyət  kursu, 

yuxarıda  da  qeyd  edildiyi  kimi,  dinə,  irrasionallığa,  feodal  dünyagörüĢə  qarĢı 

çevrilmiĢdi.  Bu  anti-dini  fəaliyyət  dini-mövhumi  izahlara  qarĢı  elmi-məntiqi 

izahlar  çıxarmaq  və  bunu  xalq  arasında  yaymaq,  cəhaləti  maarifləndirməkdən 

ibarət idi. Maarifçi fəlsəfənin fransız qolu Volterin devizi ilə xülasə edilə bilər: 

“Vurun  yaramazı!”  (Ecrasez  l’infame!).  Volterin  yaramaz  adlandırdığı  dindir, 

daha  doğrusu  Kilsə.  Onlar  belə  hesab  edirdilər  ki,  dinin  qaranlığı  cəhalətdən 

                                                 

 AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq Ġnstitutunun elmi iĢçisi, Xəzər Universitetində fəlsəfə 



müəllimi, fəlsəfə elmləri namizədi 

1

 Hançerlioğlu O. Felsefe sözlüğü. Remzi Kitabevi, Ġstanbul, 1989, s. 22  



2

 Schupp F. Geschichte der Philosophie im Überblick: Neuzeit: in 3 Bände, III B. Hamburg Felix 

Meiner Verlag, 2003, S. 289 



Fəlsəfəmizin dilinə bəzi düzəliĢlər və təkliflər  

411  


yaranmıĢdır və bu qaranlığı elmi dünyagörüĢlə, maarifçilik vasitəsilə qazanılmıĢ 

elmi savadla aydınlatmaq olar. 

Beləliklə, maarifçilik aydınlatma iĢidir, maariflənmə aydınlanmadır. Kütləvi 

ensiklopediyalar  nəĢr  etmək  maarifçilik  idi,  çünki  son  nəticədə  elmi-rasional 

biliklə iĢıqlanmaya xidmət edirdi. (Lakin bir az sonra göstərməyə çalıĢacağam 

ki, hər aydınlatma və yaxud iĢıqlandırma fəaliyyəti maarifçilik deyil). 

“Maarif”  sözü,  doğrudan  da,  ərəbcə  “arəfə”  babından  törəmiĢ  olub, 

savadlandırmaq  deməkdir.  Ona  görə  də,  bizdə  M.F.Axundzadə,  H.b.Zərdabi 

kimi  Ģəxsiyyətlər  fransız  məktəbindən  gəlmə  tipik  maarifçilərdir.  Onların 

ictimai görüĢ və fəaliyyətlərini maarifçilik adlandırmaq olar. 

Lakin  bu  fəlsəfənin  o  biri  qolu  –  alman  fəlsəfəsi  sosial  fəaliyyət  kursu 

götürməmiĢdi.  “Maarifçi”  fəlsəfənin  nəinki  alman  qolunun,  bütövlükdə 

maarifçiliyin” zirvəsi, məlumdur ki, Kantdır. Kant Orta əsrlər qaranlığını insan 

ağlına avtonomluq qazandırmaq, onu dinin heteronomiyasından çıxarmaq yolu 

ilə  yarmaq  istəyirdi.  Kant  kritisizmi  fransız  ensiklopedistləri  kimi  heç  də  dar 

mənada maarifçilik, elmi savadlandırma yolu deyildi. Ensiklopedistlərdən fərqli 

olaraq,  Kant  kütlələrə  yox,  filosoflara  səslənirdi.  Onun  simasında  alman 

məktəbinin devizi belə idi: “Cəsarətli ol!” (Sapere aude!). 

Beləliklə, Qərb aydınlanma fəlsəfəsi “maarifçi fəlsəfə” kimi səciyyələndirilə 

və  adlandırıla  bilməz.  “Maarifçilik”  “aydınlanma”  fəlsəfəsinin  sadəcə  bir 

qolunun (ensiklopedistlərin) sosial fəaliyyətinin adıdır. Aydınlanma fəlsəfəsinin 

və  aydınlanma əsri sayılan bütövlükdə XVIII əsrin zirvəsi və rəmzi olan Kant 

bizim  təsəvvürümüzdəki  maarifçi  qəlibinə  girmir.  Bu,  təbiidir.  Çünki  Kant 

maarifçilik etməmiĢdir, o, aydınlanmaçı olmuĢdur. 

“Ziyalı”  və  ya  “münəvvər”  (nurlanmıĢ)  terminləri  “aydın”  yaxud  da 

“aydınlanmaçı” deməkdir. Əgər bu sonuncu terminlər yaraĢıqlı səslənmirlərsə, 

onda  onu  “aydınlanma”  kimi  yox,  ənənəvi  sözlərlə  “ziyalanma”,  “nurlanma”, 

“iĢıqlanma” kimi də ifadə etmək olar. Amma ona maarifçilik demək olmaz! 

Mən  bu  sahənin  birbaĢa  tədqiqatçısı  olmasam  da,  просвещение-nin 

azərbaycan  dilinə  maarifçilk  kimi  daxil  olmasını  səbəblərindən  birini  görə 

bilirəm. Belə demək olar ki, Çar Rusiyasının Cənubi Qafqazda, o cümlədən də 

Azərbaycanda  baĢlatdığı  iĢ  aydınlanma  yox,  məhz  elə  maarifçilik  olmuĢdur. 

Çünki o dövrdə bu regionda xalqların kütləvi savadsızlığını və filosofların hələ 

olmadığını  nəzərə  aldıqda,  lazım  və  mümkün  olan  da  elə  kütləvi  elmi 

savadlandırma, yəni maarifçilik olmuĢdur. Amma təəssüf ki, sonrakı dövrdə, ta 

indiyədək bu terminin tərcüməsinə düzəliĢ edilməmiĢdir. 

2.  Azərbaycan  dilində  baĢqa  bir  terminoloji  xəta  “renessans”  termini  ilə 

əlaqədardır. Məlumdur ki, “renessans” azərbaycan dilinə “intibah” kimi tərcümə 

edilir  ki,  bu,  mənim  fikrimcə,  bir  neçə  səbəbdən  çox  ciddi  səhvdir! 

Arqumentlərim aĢağıdakılardır: 

Birincisi,  fransız  dilində  “re-nessans”  hərfi  tərcümədə  “yenidən-doğulma” 

deməkdir;  ərəb  dilində  “intibah”  isə  güc-bəla  ilə  oyanıĢ,  inkiĢaf,  dirçəliĢ, 

çiçəklənmə kimi mənalar daĢıyır. 



412  

Ağalar Məmmədov 

Ġkincisi,  tarixi  periodizasiya  (dövrləĢdirmə)  kimi  Renessans  Antik  yunan 

sivilizasiyasından,  Ellinizmdən  (əslində  Hellenizmdən)  və  xristian  Orta 

əsrlərdən sonra gələn və öz ardından Yeni dövrü hazırlayan, təxminən 250 illik 

bir dövr kimi sırf Qərb tarixinə aiddir. Ümumiyyətlə, tarixin Antik dövr, Orta 

əsrlər  və  Yeni  dövr  kimi  dövrləĢdirilməsi  (ilk  dəfə  XVI  əsrdə  J.  Bodin 

tərəfindən),  Fransız  tarixçisi  və  filosofu  L.Halkinin  də  dediyi  kimi,  sırf  Qərb 

tarixinə baxılaraq müəyyən edilmiĢdir

3

 və baĢqa sözlə ġərqə tətbiq edilə bilməz. 



Belə  ki,  Renessansda  yenidən  doğulan  qədim  yunan  mentalitetidir.  Renessans 

Qərbin  XIV-XVI  əsrlərdə  epoxal  təfəkkür  dəyiĢikliyini,  onun  xristianlıqdan 

əvvəlki  mədəniyyətə  re-interpretativ  qayıdıĢını  ifadə  edir.  Qərb  tarixinə  çox 

mühüm bir aralıq dövr kimi daxil olan Renessans Orta əsrlərin teosentrizmindən 

və  teizmindən,  Yeni  dövrün  antroposentrizminə  və  humanizminə  keçiddir. 

Ġntibahdan fərqli olaraq o, kəmiyyət dəyiĢikliyi yox, keyfiyyət dəyiĢməsidir. 

Üçüncüsü,  Ġslam  ġərqində  hesab  edilmiĢdir  ki,  Məhəmməd  peyğəmbərdən 

(əsri-səadətdən)  o  yana  Cahiliyyədir,  vəhĢilikdir,  küfrdür.  Məsələnin  belə 

qoyuluĢunda  nəyin  re-interpretasiyasından,  qayıdıĢından  söhbət  gedə  bilərdi?! 

Qədim  ġumer  sivilizasiyası  kimi  alternativlərdən  isə  Ġslam  dünyası  çox  gec, 

yalnız  XIX  əsrdə  xəbər  tuta  bildi...  Mən  qəti  olaraq  bu  fikirdəyəm  ki, 

ümumiyyətlə, Ġslam ġərqində (bəlkə ancaq Türkiyə dövləti sərhədləri daxilində 

Atatürk inqilabları istisna edilməklə) Qərb Renessansına oxĢar bir keçid və ya 

çevrilmə baĢ verməmiĢdir, baĢ verə də bilməzdi. 

Yekun  olaraq,  humanist  ideallar  baxımından  Renessans  çevriliĢi  intibah 

(inkiĢaf,  dirçəliĢ,  çiçəklənmə)  kimi  xarakterizə  edilə  bilər.

 

Lakin  əksinə,  Qərb 



tarixinin Renessans dövrünü Ġntibah adlandırmaq olmaz. Digər tərəfdən, ġərqin 

analoji  tarixi  dövründə  müĢahidə  edilən  intibaha  da  renessans  demək  doğru 

deyildir.

 

Beləliklə,  Renessans  terminini  ya  olduğu  kimi  saxlamaq,  yaxud  da 



“yenidən-doğulma”  (воз-рождение)  kimi  hərfi  tərcümə  etmək  daha 

məqsədəuyğun olardı. 

3. Son vaxtlar bəzi filosoflarımızın yazılarında Türkiyə türkcəsindən alınma 

fəlsəfi  terminlərə  də  təsadüf  edilir.  Məsələn,  bunlardan  biri  F.NitsĢenin 

“fövqəlinsan”  termininin  Türkiyə  türkcəsindən  götürülmüĢ  “üstinsan”  termini 

ilə  əvəzlənməsidir.

4

  (Burada  yeri  gəldiyi  üçün  deyim  ki,  adətən  baza  təhsilini 



rus  dilində  almıĢ  olanlar  türkiyəlilərin  elmi  dilinə  bir  çox  hallarda  xüsusi 

simpatiya  ilə  yanaĢırlar.  Səbəb  psixolojidir.  Lakin  hər  bir  halda  azərbaycan 

dilinin  fəlsəfi  aparatı  ilə  kifayətlənməyib,  onun  imkanlarını  artırmaq  istəyən 

müəlliflərin  bu  dəyərli  cəhdləri  alqıĢlanmalıdır;  yanlıĢlar  isə  həmiĢə 

gözləniləndir). 

                                                 

3

 Halkin Léon-E. Tarih tenkidinin unsurları. Ankara: Türk Tarih Kurumu Basımevi, 1989, s. 46 



4

 Mehdi N. Çətin və dolaĢıq durumların kulturolojisi (Qərb və ġərq mədəniyyətlərində virtual 

örtüyün kosmoqoniyası”). Bakı: Qanun, 2001, s. 22 və Mehdi N., Mehdi D. Fəlsəfə tarixində 

fəlsəfə: Nə və necə deyilənlər haqqında kitab (Fəlsəfə üzrə dərs vəsaiti). Bakı: Qanun, 2005, s. 

159  

 



Fəlsəfəmizin dilinə bəzi düzəliĢlər və təkliflər  

413  


NitsĢe “Übermensch”  (oxunuĢu:  übermenĢ)  dedikdə, bugünkü  insanın  daha 

üstün,  parametrləri  artırılmıĢ  davamını  yox,  “son  insan”  hesab  etdiyi  müasir 

insanın aĢılmasından (transsendensiyasından) yaranan “o tay”ını nəzərdə tutur. 

BaĢqa  sözlə,  Übermensch  super-insan  yox,  trans-insandır.

5

  Ona  görə  də,  “üst-



insan”,  zənnimcə,  uğursuz  əvəzləmədir.  Çunki  “üst”  komponentində 

davamiyyət, təmas mənası gizlənmiĢdir. Halbuki NitsĢeye görə, mövcud  insan 

fövqəl-insan  (Übermensch)  ilə  təhtəl-insan  (Unmensch),  yəni  heyvan  arasında 

körpü  rolunu  rol  oynayır.  Heyvan  altinsan  olmadığı  kimi,  fövqəlinsan  da 

üstinsan  və  yaxud  da  insanüstü  ola  bilməz.  Söhbət  qəti  inkardan,  keyfiyyət 

sıçrayıĢından gedir, islahlı inkiĢafdan, yaxud kəmiyyət fərqindən deyil. 

Bu  mübahisəli  terminin  düzgün  tərcüməsinə  gəldikdə  isə,  bizim  fikrimiz 

bundan  ibarətdir  ki,  “insan”  sözü  onsuz  da  bizim  deyil,  ərəbindir  və 

bizimkiləĢdirmək  üçün  də  indilik  variantımız  yoxdur.  Amma  “fövqəlinsan” 

sözünü,  heç  olmasa,  yarısınacan  özümüzünküləĢdirmək,  bir  sözlə  “fövq”ü 

tərcümə etmək istəyiriksə, onda mən “insanüzəri” variantını təklif edə bilərəm. 

Almanca “über” sözü də elə məhz “üzərində, üzərinə” mənalarını bildirir. “Üst” 

isə  almanca  “auf”  deməkdir.  (Bizim  “üstinsan”  deyə  bilməyimiz  üçün  gərək 

NitsĢe  “Aufmensch”  deyəydi).  Yox,  Ģayəd  dilimizə  artıq  yerləĢmiĢ  olan 

“fövqəlinsan”  sözünü  qoruyub  saxlayacağıqsa,  onda  “fövq”  tərkibini  “super” 

mənasında yox, “trans” mənasında baĢa düĢməliyik. 

4. Alınma terminlərin tərcümələrində də problemlər vardır. Məsələn, Kantın 

məĢhur  “Ding  an  sich”  (oxunuĢu:  dink  an  zih)  termini  azərbaycan  dilində 

“özündə Ģey” kimi tərcümə olunur ki, bu, çaĢdırıcı tərcümədir. Məsələ ondadır 

ki, Kant bu termini insan ağlına biryolluq qapalı olan Ģeyin əslliyini (numeni), 

yəni  özündəliyini,  onun  insan  ağlındakı  fenomenindən  (təsəvvüründən),  yəni 

bizdəliyindən ayırd etmək məqsədilə ortaya atmıĢdı. O, bununla özündə olanın 

Ģeyliyini yox, əksinə, Ģeyin özündəliyini, yəni bizdə olmamağını, müstəqilliyini 

ifadə etmək istəyirdi. Elə buna görə də, onu “özündə Ģey” kimi tərcümə etmək 

olmaz.  Çünki  “özündə  Ģey”  dedikdə,  sıralama  pozulur,  vurğunun  yeri  dəyiĢik 

düĢür  və  anlaĢılmazlıq  əmələ  gəlir.  Düzgün  variant  rusca  tərcümədə  olduğu 

kimi (вещ в себе) “Ģey özündə” olmalıdır. 

5.  Yayğın  yanlıĢlardan  biri  də  ellinizm  dövrünün  fəlsəfəsi  olan  stoa 

fəlsəfəsinin  “stoik  fəlsəfə”  kimi  səslənməsidir.  Bu  məktəbin  orijinal  adı 

“stoa”dır. E.ə. IV əsrdə kiprli Zenon öz fəlsəfə məktəbini “stoa poikile”də (yəni 

Ģəkillərlə  bəzədilmiĢ  sütunlu  qalereyada)  qurduğu  üçün,  təsirləri  indiyə  qədər 

gəlib  çıxmıĢ  bu  fəlsəfə  “stoa”  (sütunlu  qalereya)  fəlsəfəsi  adı  ilə  məĢhur 

olmuĢdur.

6

  Ġngilis  dilinin  “stoik”  sözü  isə  stoaya  aid,  stoaya  mənsub,  stoaya 



daxil olan deməkdir. Doğru variant Ģübhəsiz ki, “stoa fəlsəfəsi”dir. 

                                                 

5

 Nietzsche F. Der Antichrist, Ecce Homo, Dionyos-Dithyramben. Goldmann Verlag, 



Erläuterungen S. 255 

6

  Gökberk M. Felsefe tarihi. Ġstanbul: Remzi Kitabevi, 2000, s. 102 




414  

Ağalar Məmmədov 

6. BaĢqa bir problem də latın mənĢəli sözlərin həm orijinal latın formasını, 

həm  də  müasir  Qərb  dillərindəki  formasını  iĢlətməkdən  yaranan  qarıĢıqlıqdır. 

Bir terminin mənĢə formasını, baĢqa bir terminin isə müasir formasını götürmək 

ciddi  dolaĢıqlığa  gətirib  çıxarır.  Məsələn,  “substantia”  hal-hazırda  Qərb 

dillərində  iĢlədilən  “substans”  sözünün  latınca  əslidir.  Bizdə  isə  bu  terminin 

həm  əslinə  yaxın  “substansiya”  variantı  iĢlədilir,  həm  də  müasir  forması  olan 

“substans”  variantı.  Halbuki  bir  anlayıĢı  bu  Ģəkildə  iki  terminlə  ifadə  etmək 

olmaz.  Eyni  sözləri “evidens”-“evidensiya”, “transsendens”-“transsendensiya”, 

“ekzistens”-“ekzistensiya”  və  s.  haqqında  da  demək  olar.  Bu  nizamsızlıq  da 

aradan  qaldırılmalıdır:  ya  latınca  əslinə  yaxın  “-siya”lı  variant,  ya  da  müasir 

formaya uyğun “-ns”lı variant vahid terminoloji norma kimi seçilməlidir. YaxĢı 

olardı ki, belə hallarda terminin Qərb dillərində iĢlənən müasir forması norma 

kimi seçilsin. 

7. BaĢqa bir problem də əcnəbi Ģəxs adlarının yazılıĢı ilə əlaqədardır. Bu sual 

hələ  də  açıq  olaraq  qalır:  biz  xarici  adları  öz  dillərində  oxunduğu  kimi 

yazmalıyıq, yoxsa bizə göründükləri kimi, yəni bizim onları oxuduğumuz kimi? 

Bu  məsələdə  də  qanunauyğunluq  yox,  qarmaqarıĢıqlıq  var.  Məsələn,  “Henri 

Bergson”u Anri Berqson (öz dilində oxunduğu kimi), “Fouceault”nu Fuko (öz 

dilində  oxunduğu  kimi),  “Berkeley”ni  Berkli  (öz  dilində  oxunduğu  kimi), 

“Locke”u  Lokk  (öz  dilində  oxunduğu  kimi),  “Dilthey”ı  Diltey  (bizim 

oxuduğumuz  kimi),  “Wittgenstein”ı  VitgenĢteyn  (bizim  oxuduğumuz  kimi) 

yazırıq. 

Adları misal üçün verilmiĢ bu filozofların ilk cütü (Berqson, Fuko) fransız, 

sonrakı  cütü  (Berkli,  Lokk)  ingilis,  sonuncu  cütü  (Diltay,  VitqenĢtayn)  isə 

almandillidir.  Belə  məlum  olur  ki,  biz  fransız  və  ingilis  adlarını  onların  öz 

dillərində səsləndiyi (oxunduğu) kimi səsləndiririk və elə bu Ģəkildə də yazırıq, 

alman  adlarını  isə  gördüyümüz  kimi  oxuyuruq  və  elə  bu  formada  da  yazırıq. 

Belə bir ənənə isə linqvistik qanunauyğunluq sayıla bilməz. Ona görə də, vahid 

prinsip müəyyən olunmalıdır. 

Bu məsələdə vahid prinsipə gəldikdə, mənim fikrimcə, bir Ģəxsin adının istər 

yazılıĢında, istərsə də oxunuĢunda orijinal variantı əsas götürmək lazımdır. Ən 

əsası  ona  görə  ki,  internetdə  xarici  dildə  axtarıĢ  apararkən  və  yaxud  xarici 

alimlərlə  yazıĢarkən  adların  (və  terminlərin)  orijinal  yazılıĢını  bilmək  lazım 

gəlir. 


8.  Buddhanın  adında  da  səhvə  yol  veririk.  Məlumdur  ki,  bu  böyük 

Ģəxsiyyətin  əsl  adı  Qautama  Siddhartadır.  “Buddha”  onun  ikinci  adı, 

təxəllüsüdür. “Buddha” sanskrit dilində “budh” sözkökündən əmələ gəlmiĢdir. 

“Buddha” 

 mənası oyanmaq, gözü açılmaq, aydınlanmaq demək olan “bodhi” 



felindən  əmələ  gəlmiĢ  feli  sifətdir,  mənası  da  oyanmıĢ,  gözü  açılmıĢ, 

aydınlanmıĢ  deməkdir.  Bodhi  (zen-buddhizmdə  “satori”)  buddhizmdə 

buddhistlərin əsas məqsədlərindən birini təĢkil edir.

7

 Ona görə də, “Buddha”nı 



                                                 

7

 Lexikon der Religionen. Verlag Herder Freiburg im Breisgau, 1987, S. 76-87 




Fəlsəfəmizin dilinə bəzi düzəliĢlər və təkliflər  

415  


“Budda” kimi yazaraq “h” hərfini ixtisara salmaq, sanskrit dilində bir feli sifəti 

yanlıĢ yazmaq deməkdir. Düzgün yazılıĢ belə olmalıdır: Buddha, buddhizm. 

9.  Qərblilər  üçün  də  qələti-məĢhurlar  vardır,  amma  onlar  yanlıĢlarını 

düzəldirlər. Məsələn, onlar Çin filosofu Konq (Fu) Tseni əvvəlcə Konfutsi(us) 

kimi latıncalaĢdırmıĢlar. Necə ki, Ġbn Sina Avisenna,  Ġbn RüĢd Averroes kimi 

tanınmıĢdır. Xatırladım ki, latın dili Qərbdə erkən Yeni dövrədək elmi dil olaraq 

qalmıĢdır. Lakin son illərin nəĢrlərində qərblilər bu adı Konq Fu Tse və yaxud 

Konq  Tse  kimi  yazmağa  baĢlayıblar.  Çünki  əgər  ənənəvi  latın  formasını 

saxlayacağıqsa,  onda  gərək  Dekarta  da  Yeni  dövrdən  qalma  ənənəyə  əsasən,  

Hegelin  yazdığı  kimi  Kartezi(us)  deyək.  BaĢqa  misallar  da  vermək  olar. 

Məsələn,  böyük  Hind  Ģairi  R.Thakur  fransız  dilinə  Tagore  yazılıĢı  ilə  daxil 

olmuĢ və Taqor kimi oxunaraq, dünya dillərində bu tələffüzlə tanınmıĢdır. Əsli 

isə Thakurdur. 

10. Ayrı-ayrı adların yazılıĢında açıq uydurmalara da təsadüf edilir. Məsələn, 

XV  əsrdə  Almaniyanın  Kuza  (Kusa,  Cusa)  vilayətində  doğulan,  əsl  adı 

Nikola(us)  Chrypffs  və  yaxud  Nikola(us)  Krebs  olan,  latındilli  Orta  əsrlərdə 

“Nikola(us) von Kuez”, yəni doğulduğu yerin adı ilə Kuzlu və yaxud Kuzanlı 

Nikola(us)  kimi  məĢhurlaĢan,  müasir  almandilli  kitablarda  isə  Nikolaus  von 

Kuez kimi təqdim edilən bu alman filosofunun adını “Nikolay Kuzanski” kimi 

yazmaq  isə  artıq  komikdir!  Ya  Kuzlu  Nikola(us),  ya  Kuzanlı  Nikola(us)  və 

yaxud da Nikola(us) Kuzanus variantlarından biri norma kimi seçilməlidir. 

11. Qədim yunan  filosofu  Epikur(os) bizdə Epikür kimi tanınır. Yəni son 

heca  (-kur) “Kür” çayının adı kimi tələffüz edilir. Halbuki qədim yunan dilində 

“k” kar samiti yoxdur, “k” cingiltili samiti var.

 Ona görə də, bu adı “konkret”, 



“klub” sözlərindəki “k” kimi oxumalıyıq: Epikur(os). 

12.  Buna  bənzər  bir  iĢ  baĢqa  bir  qədim  yunan  filosofu  “Qorqi”nin  adına 

gəlib.  Bu filosofun  adı  yunan  dilində  belə  yazılır:  Гοπγιαρ;  oxunuĢu:  Qorqias. 

Qamma hərfi (γ) yunan orfoepiyasına görə, heç vaxt “g” səsi vermədiyinə görə, 

onu  Qorgi(as)  kimi  yazmaq  və  oxumaq  olmaz.  Düzgün  yazılıĢ  və  oxunuĢ  belə 

olmalıdır: Qorqi(as). 

13.  Bəzi  alınma  terminlərdə  və  xüsusi  adlarda  “s”lərin  daim  “z”  kimi 

oxunması da yayğın yanlıĢlardan biridir. Xarici sözlərdə “s”lərin “z”ləĢdirilməsi 

nitqimizə  nəinki  rəvanlıq gətirmir,  əksinə,  onu  daha  da  çətinləĢdirir.  Məsələn, 

“esoterik”  sözünü  “ezoterik”,  “existentia”nı  “ekzistensiya”,  “existensializm”i 

”ekzistensializm”, “Erasm(us)”u “Erazm” və s. kimi oxumaq düzgün olmamaqla 

yanaĢı,  praktiki  də  deyil.  Düzgün  variantlar  təbii  ki,  belə  olmalıdır:  esoterik, 

eksistensiya, eksistensializm, Erasm(us). 

Üstəlik,  eksistensiya  sözünün  mənĢəyi,  bəzilərinin  səhvən  hesab  etdiyinin 

əksinə,  heç  də latın dilində  yox,  qədim  yunan  dilindədir: εξίστασςαι. (Mənası 

                                                 

 Bu yazıda qədim yunan dilində ad və terminlərin izahında mənbə göstərilmədiyi hallarda, bu 



mənbədən istifadə edilmiĢdir: Schäfer K.-H., Zimmermann B. Altgriechisch-Deutsch Wörterbuch. 

Berlin, München,  Wien, Zürich, New-York: Langenscheidt, 2000 




416  

Ağalar Məmmədov 

mövcud-olmamaq  deməkdir).

8

  Sözün  ikinci  hərfi  olan  “ξ”  –  qədim  yunan 



əlifbasının 14-cü hərfi olub, “kz” səsini deyil, “ks” səsini verir. Ona görə də, bu 

termini ekzistensiya kimi yox, eksistensiya kimi yazmaq lazımdır. 

14. Alman dilində “ch” konsonantı həmiĢə “x” kimi oxunmur: incə vokaldan 

sonra  o,  “h”  kimi,  qalın  vokaldan  sonra  isə  “x”  kimi  oxunmalıdır.  Amma  biz 

onu  rus  dilinin  təsirilə  daim  “x”  kimi  oxuyuruq.  Bu,  səhvdir.  Məsələn, 

“Friedrich Nietzsche”ni “Fridrix NitsĢe”, “Fichte”ni “Fixte” və s. Bu konsonant 

incə “i” vokalından sonra gəldiyi üçün əslində belə olmalıdır: Fridrih, Fihte və 

s. Amma “Holbach”ın “Holbax”, “Bach”ın “Bax” kimi  oxunması düzgündür, 

çünki “ch” konsonantı son iki adda qalın vokaldan, yəni “a”dan sonra gəlmiĢdir. 

15. Yunan mənĢəli sözlərin və xüsusi adların sonuna əlavə edilən -os, -us, -

es,  -as,  -is  kimi  Ģəkilçilər  bizdə,  bir  qayda  olaraq,  saxlanmır,  atılır.  Ancaq 

burada da qarıĢıqlıq var. Məsələn, tezis və antitezis (və yaxud hipnoz, ikarus və 

s.) sözləri orijinala uyğun yazılır, amma sintez və hipotez sözlərində -is Ģəkilçisi 

atılır.  Halbuki  sintez  iki  tezin  yox,  iki  tezisin  qovuĢmasını  ifadə  edir;  hipotez 

tezisin əsasını (“hipp-os”unu) ifadə edən tez yox, tezisdir. Ona görə də, ya gərək 

tez, antitez, sintez variantları, ya da tezis, antitezis, sintezis, hipotezis variantları 

seçilib saxlanmalıdır. Mənim fikrimcə, orijinal variant əsas götürülməlidir. 

Xüsusi  isimlərə  gəldikdə,  Falesin  (əslində  Talesin)  adında  da  eyni 

qanunauyğunsuzluq  hökm  sürür.  Belə  ki,  sondakı  -es  Ģəkilçisi  bizə  naməlum 

səbəbdən  Falesin  adında  saxlanılır,  atılmır.  Çünki  əgər  Aristoteles  yox, 

Aristotel, Sokrates yox, Sokrat, Pifaqoras yox, Pifaqor, Qorqias yox, Qorqi (və 

yaxud Qorgi) və s. deyiriksə, bəs görəsən, nə üçün eyni məntiqlə Fal yox, Fales 

deyirik?  Əlbəttə,  yaxĢı  olardı  ki,  fəlsəfə  kitablarımızda  təkcə  Falesin  deyil, 

qədim yunan filosoflarının hamısının adları orijinaldakı kimi yazılaydı. 

Bu yaxınlarda xristian dininin ilk dövrlərinin tarixi haqqında dilimizdə çap 

olunmuĢ kitabda belə bir cəhd artıq edilmiĢdir. Amma bu kitabda Platonun adı 

“Plato”  kimi  yazılmıĢ  və  bu  variantın  guya  orijinal  variant  olduğu  qeyd 

edilmiĢdir.

9

 Təəssüf ki,  müəllif burada yanılmıĢdır. Platonun adını bəzi müasir 



Qərb  müəllifləri  də  Plato  formasında  yazsalar  da,  bu,  doğru  variant  deyildir. 

Məlumdur  ki,  Platonun  əsl  adı  babasınınkı  kimi  Aristokl(es)  olmuĢ,  lakin 

rəvayətə  görə,  o,  geniĢ  sinəli  olduğu  üçün  gimnastika  müəllimi  ona  “platon”, 

yəni “geniĢ, enli” adını vermiĢdir. Yunan filosoflarının adlarını qısaldıb yazmaq 

isə latındilli xristian fəlsəfə ənənəsidir. Orta əsrlərdə Herakleitos Heraklit kimi, 

Plotinos  Plotin  kimi,  Aristoteles  Aristo  kimi  və  nəhayət  Platon  Plato  kimi 

qısaldılmıĢdır.

10

 



                                                 

8

 Heidegger M. Einführung in die Metaphysik. Tübingen: Max Niemeyer Verlag, 1953, S. 49 



9

 Əli-zadə A. Xristianlıq: tarix və fəlsəfə (ilk çağlar). Bakı: “Əbilov, Zeynalov və oğulları” 

nəĢriyyatı, 2007, səh. 26, 144 və s.  

10

 Schulte G. Philosophie (Schnellkurs). Köln: DuMont Buchverlag, 2006, S. 53 



  


Fəlsəfəmizin dilinə bəzi düzəliĢlər və təkliflər  

417  


16. Xarici adlarda və terminlərdə eyni bir “h” hərfi dilimizdə üç cür oxunur 

(“x”,  “g”,  “q”  kimi).  Məsələn,  “Whitehead”  “Uaytxed”  kimi;  “ahimsa” 

“aximsa”  kimi;  “Herzen”  “Gertsen”  kimi,  “hilezoizm”  “gilezoizm”  kimi; 

Husserl”  “Qusserl”  kimi  və  s.  Bəzən  də  daha  əcaib  orijinallıqlar  edilir.  

Məsələn, alman filosofu Qadameri Hadamer Ģəklində yazmaq kimi. Hesab edilir 

ki,  rus  dilində  “Qusserl”ə  çevrilmiĢ  Husserl  kimi  yəqin  “Qadamer”in  birinci 

hərfi  də  rus  dilində  “q”ləĢmiĢ  “h”dir.  Doğru  yazılıĢ  belə  olmalıdır:  Uaythed, 

ahimsa, Hertsen, hilezoizm, Husserl, Qadamer. 

17. Qədim Çin kosmologiyasının orijinalda “yin-yanq”, daoizmin “vu-vey” 

anlayıĢları  rus  dilinin  təsirilə  dilimizə  müvafiq  olaraq  “in-yan”  və  u-vey  kimi 

daxil olmuĢlar. Orijinaldakı variantlar əsas götürülməlidir: yin(q)-yanq, vu-vey. 

18.  Hind  fəlsəfəsinin  bəzi  terminlərinin  yazılıĢında  da  səhvlər  mövcuddur. 

Məsələn, “KrĢna” səhvən “KriĢna” kimi, “Rqveda” (və yaxud Rq Veda) səhvən 

“Riqveda”  kimi,  “mimamsa”  səhvən  “mimansa”  kimi,  “samsara”  səhvən 

“sansara” kimi, “maya” səhvən “mayya” kimi yazılır və s. Bu yazılıĢlar sanskrit 

dilində  orijinala  uyğun  olmadıqları  üçün  doğru  deyildirlər.  Düzgün  yazılıĢ 

əlbəttə  ki,  belə  olmalıdır:  KrĢna  (krĢnaizm),  Rqveda  (və  yaxud  Rq  Veda), 

mimamsa, samsara, maya. 

19. Dilimizdə bir sıra alınma terminin sonuna “a” hərfi əlavə edilir. Məsələn, 

“hermeneutik”  olur  “hermenevtika”,  “elektronik”  olur  “elektronika”,  “kultur” 

olur “kultura”, “natur” olur “natura”, “kast” olur “kasta”, “kritik” olur “kritika”, 

“praktik” olur “praktika” və s. 

Rus  dilindən  götürülmüĢ  ənənə  kimi  bunu  müəyyən  qanunauyğun  hal 

saymaq olar. Həm də nəzərə alsaq ki, bəzi alınma terminlərə “a” artırılması ilə 

onlar  dilimizə  yatımlı  hala  gəlirlər.  Məsələn,  “Haydeggerin  hemenevtiki” 

deməkdənsə, “hermenevtikası” demək, “Kantın kritiki” deməkdənsə, “kritikası” 

demək,  əlbəttə  ki,  dil  üçün  daha  rahatdır.  Lakin  məsələ  burasındadır  ki,  “a” 

artırma əməliyyatı bəzən kor-koranə adət halını alır və yeri gəldi-gəlmədi icra 

edilir.  Məsələn,  “monade”  olur  “monada”,  “maieutike”  olur  “mayevtika”, 

“Kirene”  (yunanca  orijinalı  “Kurene”,  κςπηνη)  olur  “Kirena”,  “Ariadne”  olur 

“Ariadna” və s. Bu isə artıq sözlərin təhrif edilməsidir və düzəldilməsi lazımdır. 

Bu  xüsusda  baĢqa  bir  problem  də  bəzi  alınma  sözlərə  “a”nın  bəzən  əlavə 

edilməsi,  bəzən  də  edilməməsidir.  Məsələn,  bəzən  prosedur,  bəzən  də 

prosedura;  bəzən  kataklizm,  bəzən  də  kataklizma;  bəzən  mexanizm,  bəzən  də 

mexanizma  və  s.  iĢlədirik.  Verilən  misallar  fəlsəfənin  terminləri olmasalar da, 

amma hər halda vahid normanı gözləmək lazımdır. 

20.  Bəzi  alınma  terminlərə  “y”  hərfi  artırma  ənənəsini  dilə  rəvanlıq 

gətirməsi,  rahatlıq  verməsi  baxımından  anlamaq  olar.  Məsələn,  deyək  ki, 

“maskulin”  əvəzinə  “maskulyin”,  “sekular”  əvəzinə  “sekulyar”  və  s.  tələffüzə 

asanlıq  gətirir.  Bu,  aydındır.  Bəs,  görəsən,  “elea”nı  “eleya”ya,  “idea”nı 

“ideya”ya,  “materia”nı  “materiya”ya,  “maya”nı  “mayya”ya  və  s.  çevirmək  nə 

üçündür? Belədə ideya ilə idealizm, materiya ilə materializm arasındakı əlaqələr 

də görünməz olur, itir. 



418  

Ağalar Məmmədov 

Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, sonralar terminoloji status 

almıĢ  bir  sıra  kəlmələr  vaxtilə  müvafiq  dillərdə  konkret  mənaları  olan  sözlər 

kimi iĢlədilmiĢlər. Məsələn, “idea” (eidos) qədim yunan dilində Ģəkil deməkdir, 

amma  Platon  ona  “mahiyyət”  mənası  verərək,  fəlsəfi  terminə  çevirmiĢdir. 

Hilezoizm termininin əsas komponenti kimi tanıdığımız “hile” (əslində “hüle”; 

ərəbcədən bizə keçən “həyula” sözü də buradandır) qədim yunan dilində odun, 

ağac,  taxta  deməkdir,  amma  Aristotel  onu  “maddə”  mənasında  iĢlədərək 

terminləĢdirmiĢdir.  Sonralar  hinduizmin  əsas  anlayıĢlarından  birinə  çevrilən 

“maya”  sanskrit  dilində  illüziya,  xəyal,  aldanıĢ  deməkdir.  Misalların  sayını 

çoxaltmaq  olar.  Demək  istədiyim  odur  ki,  “idea”nı  “ideya”  kimi,  “maya”nı 

“mayya”  kimi,  yəni  bəzi  sözlərə  “y”  artıraraq  yazmaqla,  müvafiq  dillərdə 

müəyyən bir sözün yazılıĢını təhrif etmiĢ oluruq. 

21.  “Ei”  və  “ey”  diftonqları  alman  dilində    “ay”  kimi  oxunur.  Biz  isə  onu 

“ey” kimi oxuyaraq, adları təhrif edirik. Məsələn, “Heisenberg”i “Heyzenberq”, 

“Schleiermacher”i  “ġleyermaxer”,  “Einstein”i  “EynĢteyn”,  “Wittgenstein”ı 

“VitgenĢteyn”,  “Reihenbach”  “Reyxenbax”,  “Leibniz”i  “Leibnits”,  “Dilthey”ı 

“Diltey” və s. Diftonqun düzgün oxunuĢu “ay” olduğuna görə, bu alman adları 

belə  oxunmalıdır:  Hayzenberk,  ġlayermaxer,  AynĢtayn,  VitgenĢtayn, 

Rayhenbax, Laybnits, Diltay. 

22.  “Eu”  diftonqunu  biz  iki  cür  (gah  ev,  gah  da  ey  kimi)  oxuyuruq. 

Diftonqun  “ev”  kimi  oxunuĢuna  misallar:  “eudaimonia”    “evdemonia”  kimi, 

“maieutike”  “mayevtika”  kimi,  “heuristik”  “evristika”  kimi,  “hermeneutik” 

“hermenevtika” kimi, “Leukipp” “Levkipp” kimi və s. oxunur. Diftonqun “ey” 

kimi oxunuĢuna aid misallar: “Freud” “Freyd” kimi, “Feuerbach” “Feyerbach” 

kimi və s. oxunur. 

Eyni  diftonqun  azərbaycan  dilində  iki  cür  oxunmasının  səbəbinə  gəldikdə, 

mənim  bu  haqda  bəzi  elmi  gümanlarım  olsa  da,  amma  burada  dəqiq  fikir 

söyləməyə 

tələsmirəm. 

Amma 


hər 

bir 


halda 

vahid 


normanın 

müəyyənləĢdirilməsi məqsədəuyğun olardı. Əks halda, məsələn, aĢağıdakı tipdə 

problemlər yaranır: Foyerbaxçı olduğu vaxtlarda gənc K.Marks yazırdı ki, biz 

hamımız  “Feuerbach”dan  keçməliyik.  “Feuer”  alman  dilində  od-alov,  “Bach” 

isə  xırda  çay  deməkdir.  “Feuerbachdan  keçmək”  od-alov  çayından  keçmək 

deməkdir,  yəni  Marksa  görə,  hamımız  bu  filosofun  əsərlərini  öyrənməliyik. 

Əgər  oxunduğu  kimi  yazacağıqsa,  onda  “Feyerbax”  yox,  “Foyerbax” 

yazmalıyıq. Alman dilində “Feyer” kimi nə bir yazılıĢ, nə də bir tələffüz vardır. 

Göründüyü  kimi,  linqvistik  təhriflər  fəlsəfi  mətnlərdə  bəzən  belə  incə 

məqamların  nəzərdən  qaçmasına  səbəb olur.  Buna  görə də, eyni  bir diftonqun 

oxunuĢunda vahid qaydanın müəyyənləĢdirilməsi vacibdir. 

23.  Adı  bizim  fəlsəfi  ədəbiyyatda  “Dionisiy  Areopaqit”  kimi  yazılan, 

təqribən  V  əsrdə  yaĢamıĢ  neoplatonçu-xristian  müəllifin  adı  orijinalda 

“Dionysius  Areopagit(a)”,  bəzən  də  “Dionysios  Areopagit(a)”  kimi  yazılır. 

Məlumdur  ki,  bu  ad  müəllifin  psevdonimidir  və  onun  əsl  Ģəxsiyyəti  hələ  də 

mübahisəli  olaraq  qalır.  Elə  buna  görə  də,  ədəbiyyatda  bəzən  “Psevdo-




Fəlsəfəmizin dilinə bəzi düzəliĢlər və təkliflər  

419  


Dionysi(us) Areopagit(a)” yazılıĢına da təsadüf edilir. Amma hər bir halda bizə 

ruslardan  keçmiĢ  “Dionisiy”  variantı  yanlıĢdır  və  düzəldilməsi  lazımdır:  “y” 

artıqdır. Doğru variant belə olmalıdır: Dionisi(us) Areopaqit(a). 

24.  Ġngilis  dilində  də  mövcud  olan,  tələffüzündə  diĢ  ilə  dilin təması  iĢtirak 

etdiyinə  görə, adi “t”dən fərqləndirmək  üçün  dental “t” (diĢ  “t”si)  adlandırılan 

“th” konsonantını bizim səhvən iki cür (t və f kimi) oxumağımız da qarıĢıqlığa 

səbəb olur. Bu konsonantın “t” kimi oxunduğu hala aid bəzi misallar: theos teos 

kimi  (ateizm,  panteizm  və  s.  sözlərdə  olduğu  kimi),  theoriya  teoriya  kimi, 

method  metod  kimi,  pathologiya  patologiya  kimi,  Thomas  Kuhn  Tomas  Kun 

kimi,  Thomas  Hobbes  Tomas  Hobs  kimi  oxunur.  Ġndi  də  bu  konsonantın  “f” 

kimi  oxunduğu  hallardan  bir  neçəsi:  mithos  mif  kimi,  pathos  pafos  kimi 

(patologiya  sözünün  kökü),  Thales  Fales  kimi,  Pithagor(as)  Pifaqor  kimi, 

Thomas  von  Aquin(as)  Foma  Akvinski  kimi  səslənir.  Beləliklə,  haqqında 

danıĢdığım  bu  konsonantı  “th”  kimi  oxuya  bilməsək  də  (buna  heç  ehtiyac  da 

yoxdur),  amma  onu  “f”  kimi  də  oxumamalıyıq.  Eyni  bir  konsonantı  heç  bir 

prinsip  olmadan  bəzən  “t”,  bəzən  isə  “f”  kimi  oxumaq  isə  yolverilməzdir. 

Düzgün oxunuĢ “t”dir. 

25.  Fəlsəfi-konseptual  aparatımızda  yanlıĢ  orfoepik  ənənələr  də  yox  deyil. 

Azərbaycan əlifbasının hərflərini, rus oxunuĢu ilə, son vaxtlar isə ingilis dili ilə 

oxumaq  dilimizdə  baĢ  alıb  gedən  zərərli  tendensiyalardan  biridir.

 

Məsələn, 



nitqdə  adətən  “problem”i  “prablem”,  “konkret”i  “kankret”,  “ontologiya”nı 

“antologiya”  kimi  eyni  tələffüz  edirlər.  “Problem”,  “konkret”  kimi  sözlərdə 

problem  ciddi  olmasa  da,  “ontologiya”nın  tələffüzdə  “antologiya”  ilə 

eyniləĢməsi qarıĢıqlıq törədir. “Ontologiya” qədim yunanca “einai” (olmaq, var 

olmaq)  sözünün  feli  sifəti  olan  “on”  (olan,  var  olan)  sözündən  əmələ  gəlmiĢ 

termin olub, fəlsəfənin varlığı öyrənən sahəsini bildirir. “Antologiya” isə qədim 

yunanca  “antos”  (buket,  yığma)  sözündən  əmələ  gəlmiĢ  olub,  ədəbi  toplu 

deməkdir. Lakin azərbaycan dilində “o” hərfinin rus dilinin orfoepiyasına görə 

“a”  oxunması  nəticəsində  “ontologiya”  tələffüzdə  “antologiya”ya  çevrilir. 

Amma azərbaycan dilində “o” hərfi heç vaxt “a” kimi oxuna bilməz! 

Göründüyü kimi, mən daha çox Qərb mənĢəli terminlərin və adların analizi 

ilə  məĢğul  oldum.  Amma  ərəb-fars  terminlərinin  və  adlarının  yazılıĢında  da 

problemlər  yox  deyil.  Məsələn,  bəzən  Xəldun,  bəzən  isə  Xaldun  ilə;  bəzən 

Qəzzali,  bəzən  də  Qazzali,  Qazali,  Ğəzzali  kimi  variantlarla;  bəzən  Fərabi, 

bəzən  də  Farabi  ilə;  bəzən  bəhailik,  bəzən  də  bahailik  ilə  rastlaĢırıq.  Orijinal 

mətnləri  tanıyan  mütəxəssislər  bu  məsələlərə  aydınlıq  gətirməyə  baĢlasalar 

sevindirici olardı. 

 

 



ƏDƏBİYYAT 

 

1.



 

Hançerlioğlu O. Felsefe sözlüğü. Remzi Kitabevi, Ġstanbul, 1989, s. 22  

2.

 

Schupp  F.  Geschichte  der  Philosophie  im  Überblick:  Neuzeit:  in  3  Bände,  III  B.  Hamburg 



Felix Meiner Verlag, 2003, S. 289 


420  

Ağalar Məmmədov 

3.

 

Halkin Léon-E. Tarih tenkidinin unsurları. Ankara: Türk Tarih Kurumu Basımevi, 1989, s. 46 



4.

 

Mehdi N. Çətin və dolaĢıq durumların kulturolojisi (Qərb və ġərq mədəniyyətlərində virtual 



örtüyün “kosmoqoniyası”). Bakı: Qanun, 2001, s. 22 və Mehdi N., Mehdi D. Fəlsəfə tarixində 

fəlsəfə: Nə və necə deyilənlər haqqında kitab (Fəlsəfə üzrə dərs vəsaiti). Bakı: Qanun, 2005, 

s. 159 

5.

 



Nietzsche  F.  Der  Antichrist,  Ecce  Homo,  Dionyos-Dithyramben.  Goldmann  Verlag, 

Erläuterungen S. 255 

6.

 

Gökberk M. Felsefe tarihi. Ġstanbul: Remzi Kitabevi, 2000, s. 102 



 

 

Summary 

 

SOME AMENDMENTS AND PROPOSALS ON LANGUAGE OF OUR 

PHILOSOPHY 

 

Aghalar MEMMEDOV

 

 

(Azerbaijan National Academy of Sciences) 

 

The article is dedicated to study of terminological apparatus of Azerbaijan philosophy. In the 

article  the  fact  of  existing  25  errors  existing  in  the  apparatus  is  pointed  out.  In  conformity  with 

this  the  article  is  divided  into  25  small  parts.  The  author  pays  attention  to  discrepancy  of  some 

borrowed philosophical terms and foreign nominations with writing and reading original, existing 

traditional  mistakes  including  incorrect  terms  in  the  Azerbaijan  language.  The  basic  essence  of 

the problem seen by the author consists in that in some cases in Azerbaijan-lingual philosophical-

terminological  apparatus  the  single  linguistic  norm  does  not  work,  and  this  prevents  in  many 

cases proper reading of philosophical texts, a vision of interterminological semantic parallels and 

resemblances  including  the  same  etymological  roots;  and  this  causes  the  emergence  of  thought 

mismash  of  different  kinds.  In  conclusion  the  author  expresses  his  hope  that  this  small  research 

work will be the next step in formation of Azerbaijan-lingual terminology in philosophy. 



Yüklə 120,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə