Ağdam Azərbaycanın hazırda inzibati mərkəzi Ağdam şəhəri də daxil olmaqla



Yüklə 97,53 Kb.
Pdf görüntüsü
tarix01.08.2018
ölçüsü97,53 Kb.
#60525


Ağdam

Ağdam   —   Azərbaycanın   hazırda   inzibati   mərkəzi   Ağdam   şəhəri   də   daxil   olmaqla 

ərazisinin böyük bir hissəsi erməni işğalı altında olan rayonu. İşğala görə Ağdamın yalnız 10 

kəndi Azərbaycanın nəzarəti altındadır.

Ağdam şəhəri — Ağdam rayonunun inzibati mərkəzi, Qarabağ düzündə ən iri şəhərlərdən biri. 

Bakıdan 358 km aralıda yerləşir. 1993-cü il iyul ayının 23-dən ermənistan Silahlı Qüvvələrinin 

işğalı altındadır.

Erməni   işğalından   əvvəl   rayonda   54   tibb   müəssisəsi,   79   mədəniyyət   ocağı   fəaliyyət 

göstərirdi.

Tarixi

Ağdam rayonu 1930-cu  ildə  yaradılıb. Sahəsi  1094 kvadrat km olan rayonun relyefi 

əsasən düzənlik, qismən dağlıqdır.

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində 

– Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl 

Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu 

günə qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan 

arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış 

məskənlərindən   biridir.   Tanınmış   arxeoloq   İdeal   Nərmanovun   Üçoğlantəpə   deyilən   yerdə 

apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-

səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, "misdaş" 

dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar.

Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə 

deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II 

minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi 

abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali 

oturaq   həyat   keçirmiş   və   yüksək   əkinçilik   mədəniyyətinə   malik   olmuşdur.   Arxeoloqlar 

Üzərriktəpədə   apardıqları   tədqiqatlar   nəticəsində   tapılan   maddi-mədəniyyət   qalıqlarına 

əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən 

zəngin  abidələri  olan yerlərdən  biri  olmuşdur.   XX  əsrin 80-cı illərinin ortalarında rayonun 

Sarıçoban kəndi yaxınlığında son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir) 

möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən e.ə. XII-XIII 

əsrlərə aid maddi tapıntılar bu abidənin varlı bir insanın qəbri olduğundan xəbər verir. Bu isə 

həmin   dövrdə   Azərbaycanda   ibtidai-icma   quruluşunun   dağılaraq   sosial   və   əmək 

bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur.

Sonralar   Azərbaycanda   gedən   tarixi   proseslər   nəticəsində   ilk   dövlət   qurumları 

formalaşmağa   başlayıb.   Belə   dövlətlərdən   biri   də   Şimali   Azərbaycanda   yaranmış   Albaniya 

quldar dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var 

idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı 

boyuca   məskunlaşmışdılar.   Bu   isə   Ağdamın   Azərbaycan   ərazisində   ilk   formalaşan   dövlət 

quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.



Qarabağ müharibəsi dövründə

Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi 

olmuşdur.

Mövcud   dövlətini   qədim   Azərbaycan   torpaqları   üzərində   qurmuş   Ermənistan 

Azərbaycanın   yeni   bir   ərazisini   –   Dağlıq   Qarabağı   işğal   etmək   məqsədi   ilə   1988-ci   ilin 

fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk 

günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür.

1988-ci   ilin  son   aylarında   Ermənistandan   öz   ata-baba  yurd   yuvalarından,   daha   sonra 

Dağlıq   Qarabağ   Muxtar   Vilayətindən   doğma   isti   ocaqlarından   silah   gücünə   amansız 

vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah 

gətirdi.

1992-ci   ildə   Dağlıq   Qarabağı   bütünlüklə   işğal   edən   Ermənistan   Rusiya   ordusuna 

arxalanaraq, bununla kifayətlənməyərək  Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. 

Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi. 1993-cü ildə Ağdamın müdafiəsi Surət 

Hüseynovun Gəncədə qaldırdığı qiyam nəticəsində xeyli zəifləmişdi. Ona tabe olan qüvvələr 

cəbhədəki mövqeləri qoyaraq, Bakıya doğru hücuma keçmişdilər. Ermənilər bu fürsətdən çox 

bacarıqla   istifadə   etdilər.   1993-cü   ilin   may   ayının   11-dən   etibarən   qızışan   bu   hücum 

əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı.

Ağdama edilən son hücumda 6.000 nəfər erməni əsgəri iştirak edirdi. Onların arasında 

çoxlu sayda xaricdən gəlmiş ermənilər və muzdlu əsgərlər də var idi. Ağdam uğrunda gedən 

döyüşlərin birində bədnam erməni terrorçusu Monte Melkonyan gənc azərbaycanlı kəşfiyyatçı 

İbad Hüseynov tərəfindən öldürüldü. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi 

təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 km², yəni ümumi ərazisinin 77,4 %-ni 

işğal etməyə nail oldu. Ağdam uğrunda gedən döyüşlərdə 6.000 nəfər azərbaycanlı şəhid olub. 

2010-cu ilin noyabr ayında Dağlıq Qarabağ separatçıları rayonun adını erməniləşdirmək 

məqsədi ilə Ağdamın adını dəyişərək Akna qoyublar. Onların verdiyi məlumata görə Ağdamın 

hazırda işğal edilmiş ərazilərində 360 nəfər daimi məskunlaşıb. 

Coğrafiyası

Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum  yüksəklik 1365 metrdir. İqlimi 

əsasən   mülayim   isti,   quraq   subtropikdir.   Dağətəyi   yerləyrdə   yüksəklik   artdıqca   iqlim 

mülayimləşir. Ən çox yağıntı dağətəyi sahələrə düşür. İllik yağıntı 300-550 mm-dir.

Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır.

Ağdam rayonun ərazisi Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında 

yerləşir. Rayonun sahəsi 1094 kvadratklometr, əhalisi 165 min nəfərdir (1998-ci il). Coğrafi 

mövqeyi yaşayış vətəsərrüfat üçün çox əlverişli şərait yaradır. Rayon əsasən, Qarabağ düzünün 

dağətəyi   hissəsində   yerləşir.   Burada   düzənlik   40   kvadratkilometr   (Ağdam   şəhərinin 

yuxarısında), 20 kv.kl.m. (Güllücə- Qızıl Kəngərli sahəsində), 13 kv.kl.m. (Ağdam şəhərindən 

aşağıda) və 10 kv.kl.m. (Qaradağlı -Çəmənli kəndləri sahəsində) meylliliyə malik olub, 450-

500 m mütləq yüksəkliyə qədər qalxır. Dağlarla düzənlik arasında relyefdə yaxşı təzahür edən 

dərin tektonik yarıq keçir.

Bu relyef kəskin keçid əlamətləri yaradır. Şimal-Şərq istiqamətində qarabağ düzənliyinin 

yüksəkliyi   tədricən   azalır   və   Ağdam   rayonunun   Tərtər,   Bərdə,   Ağcəbədi   rayonları   ilə 

sərhəddində 120-130 m qədər alçalır. Meyilliyin az olması ilə əlaqədar düzənliyin cəthi çox zəif 

parçalanmışdır. Erroziya kəsimi yalnız Qarqar, Xaçın, çayları və onların tərk edilmiş qollarının 



yataqlarında   artır   və6-7   metrə,   10-15   metrə   çatır.   Relyefin   bu   xüsusiyyəti   bütün   ərazini 

əkinçilik üçün yararlı olmasını təmin edir, suvarma işlərini və kənd təsərrüfatı maşınlarının 

istifadəsini  asanlaşdırır, torpaqları erroziya proseslərindən  qoruyur, onların münbütlüyün və 

məhsuldarlığın artırır.

Səthin və torpaqların yuyulması başlıca olaraq suvarma ilə əlaqədar olub, çox cüzidir. 

Rayon ərazisi Qarqar, Xaçın, Qabartı, Paprəvənd (Gülyataq), Gülablı çaylarının dərəsi boyunca 

15-16   km.   Qarabağ   silsiləsinin   Şimal-Şərq   ətəklərinə   qədər   uzanır.Bu   yerlərdə   mütləq 

yüksəklik   600-700   metrə   çatır.   Maksimum   hündürlük   1365   (Kolanı)   metrdir.   Rayonun   bu 

hissəsi, xüsusiilə, Xaçın çayının aşağılarında, Dərbənd çökəkliyində çox genişlənir. Dağların 

Ağdam rayonu ərazisinə düşən hissəsində bir sıra silsilə, tirə və təpələr yerləşmişdir.

 

Bunlardan ən əsası Ağdərə ilə Tərnöyüt kəndləri arasında meridiana yaxın istiqamətdə 20 



km. Məsafədə uzanan Şahbulaq cilsiləsidir. Silsilə təbaşir dövrünün əhəng daşlarından təşkil 

olunmuş və kəskin simmetrik quruluşa malikdir.Onun Cənub-Qərb yamacları dik və sıldırım, 

bəzi yerlərdə keçilməzdir. Şimal-Şərq yamacları uzun və nisbətən mailidir.Silsilənin su ayrıcı 

vaxtı   ilə   depudasiya   prosesləri   ilə   hamarlanmış   və   sonradan   tektonik   hərəkətlərlə   müasir 

yüksəkliyinə qaldırılmışdır. Səthi genişdir, qədim torpaq təbəqələri saxlayan qalın (15-20 m-rə 

qədər) karbonatla gillicə çöküntülərlə örtülmüşdür.

Relyefin   belə   olması   burda   zəngin   biçənək   və   otların   yayılmasına   səbəb   olmuşdur. 

Silsilənin   ən   yüksək   yeri   (820   m.)   onun   Şimal   hissəsinə   müvafik   gəlir   və   Cənub-Şərq 

istiqamətində 500m. Qədər alçalır. Silsiləni Xaçın, Qabartı, Gülyataq çaylarının dərələri kəsib 

keçir.Dərələrin dərinliyi çayların axım əmsalına müvafiq olaraq 100-180 m. Arasında dəyişir və 

maksimum   dərinliyə(180   m.)   Xaçın   çayında   çatır.Şahbulaq   silsiləsi   Cənub-Şərqdə   Ağdam 

şəhəri   yaxınlığıda   kəskin   görünür   və   Çullu,   Qiyaslı,   Xıdırlı,   kəndləri   yaxınlığında   nisbi 

yüksəkliyi 10-15 metrə  çatan qayalı təpələr yaradır. Silsiləni təşkil edən əhəng daşları çox 

keyfiyətlidir, tikinti materialı və sement istehsalında xammal kimi istifadəedilir.

Ağdam-Ağdərə şose yolu silsilənin Şimal-Şərq dabanı boyunca uzanır. Yolun ustündə 

karxanalar   yerləşir.Şahbulaq   silsiləsinin   uçub   dağılmış   hissəsindən   Cənub-Qərbədə 

inturiziv(maqmatik) kütlənin yaratdığı yüksəklik 913 metrdir, yamacları çox meyilli və kəskin 

parçalanmışdır.Dağın   faydalı   qazıntı(mis,   polumetal)saxlaması   ehtimal   olunur.   O,   Ağdərə 

rayonunda yerləşən və mis, polmetal yataqları olan Mehmanə, Qazançı dağları ilə eyni zonada 

yerləşmişdir.  Yeddixirman  dağı ilə Şahbulaq silsiləsinin  Çobandağ zirvəsi arasında Bozdağ 

yerləşmişdir. Onunda əsasını inturuziv kütlə təşkil edir və xeyli hissəsində aşınma qabığı ilə 

örtülmüşdür.Ağdam   şəhərindən   bir   qədər   Cənub-Qərbdə   Qarqar   çayı   dərəsində   Şahbulaq 

dağının geoloji əsası qövsvari əyilir, gömülür və parçalanır.

Alçaq dağlılığının və dağətəyinin burda əmələ gətirdiyi qövsün qabarıq hissəsi Cənub-

Qərbə, Xankəndi çökəkliyinə doğru yönəlmiş, xeyli alçalmış və Əsgəran keçidini (darvazasını) 

əmələ   gətirmişdir.   Relyefin   belə   quruluşu   Qarabağ   düzü   arasında   hava,   rütübət   və   istilik 

mübadiləsini xeyli asanlaşdırır. Qarqar çayının sağ sahilində yerləşən Mantar (580 m.) dağı və 

Şelli, Qasımlı, Şıxbabalı kəndlərinin bağlarında müşahidə  edilən və təbaşir əhəng daşından 

təşkil oıunmuşnisbi yüksəkliyi 5-15 m. Arasında dəyişən təpələr Şahbulaq silsiləsinin geoloji 

davamında yerləşmişdir.

Bu   təpələr   sırası   Mərzili   kəndindən   Cənubda   yerləşən   Qızılqaya   tirəsi   istiqamətinə 

yönəlmişdir.   Mərzilidən   Cənub-Şərqdə   Ağdam   Xocavənd   yolu   üstündə   tabaşirin 

mergellərindən təşkil olunmuş və mütləq yüksəkliyi 416 m.-ə çatan Pirəbulaq tirəsi uzanır.Bu 

tirədən Şimalda mütləq hündürlüyü 100-150 m. Arasında dəyişən Ergi maili düzü yerləşmişdir. 

Düzənliyin səthi müvəqqəti axarlı dərələrin prolyuvi çöküntülərilə örtülmüş və yarğan, qobu 

şəbəkəsi ilə zəif parçalanmışdır. Düzənlik qış otlaqları kimi istifadə olunur. Yetmişinci illərdən 

başlayaraq bura su çıxarılması ilə əlaqədar əkinçilik, xüsusilə, yem bitkiçiliyi inkişaf etdirilir. 



Cənub   istiqamətində   yatağını   dəyişən   Qarqar   çayı   vastəsilə   yuyulmağa   məruz   qalmışdır. 

Yuyulma   nəticəsində   çay   yatağının   sağ   yaxasında   3-5   m.   hündürlükdə   ərazi   kəsimi 

yaranmışdır.Ağdam rayonu ərazisində Qarqar, Xaçın, Qabartı, Gülyataq çayları düzənliyə çıxan 

yerdə gətirdikləri çığıldaşlı-gillicəli-alluviy və prolyuviy çöküntülərini çökdürərək öz gətirmə 

konuslarını yaradır. Qarqar çayı zirvəsi Ağdam şəhəri yaxınlığında yerləşən və sahəsi 50kv. m. 

çatan gətirmə  konusunu yaradır. Gətirmə  konusu Qaradağlı, Mahrızlı və Zəngişalı kəndləri 

yaxınlığında 240-260 m. mütləq yüksəklikdə relyefdə yaxşı müşahidə edilən pillə ilə qurtarır. 

Zəngin yeraltı su ehtiyatı olan gətirmə konusundakı kəhriz lər bu pillədə səthə çıxardılır.

 

Bu pillədə Şimal-Şərqdə marfaloji cəhətdən relyefdə zəif təşəkkül tapan ikinci gətirmə 



konusu   yerləşir   və   Quzanlı,   Kələbədi   kəndləri   yaxınlığında   Qarabağ   kanalına   çatar-çatmaz 

alçaq pillə ilə qurtarır. Birinci gətirmə konusu formalaşarkən Qarqar çayı bir neçə qol axmışdı. 

Onların izləri Ağdam və Ağcəbədi rayon ərazisində indidə müşahidə edilir (Narrı dərə, Qobu, 

Sarcalı,  Hüsülü, Kəhrizli). Dağətəyi, düzənlik və gətirmə  konusu qalxdıqca  Qarqar çayının 

axını indiki yatağında cəmləşmişdir.

Çayın yatağının bu istiqamətdə yerini dəyişməsi Qarqar çay dərininə tektonikyarığı ilə 

mürəkkəbləşən   Hindarx   basdırılmış   köndələn   sinkilinalının   əyilməsi   ilə   əlaqədar   olmuşdur. 

Gətirmə konusu səthində Qarqar çayı və onun qollarının dərinliyi 10-15 m. və 6-7 m. arasında 

dəyişən erroziya kəsimləri əmələ gətirmişdir. İkinci gətirmə konusu ərazisində onların dərinliyi 

1-3   m.-ə   qədər   azalır.   Xaçın   çayı   da   Ağdam   rayonu   ərazisində   gətirmə   konusları   yaradır. 

Birinci   konusun   zirvəsi   Qızıl   Kəngərli   ətəkləri   ilə   Baş   Qərvənd   kəndləri   yaxınlığında 

yerləşmişdir. Sahəsi 30 kv.m. qədərdir.

Xaçın çayının müasir yatağı gətirmə konusu ərazisində 10-15 m. aşağılarda isə 5-6 m. və 

2-3 m. dərinlikdəerrozion kəsimlər əmələ gətirmişdir. İkinci gətirmə konusu ərazisində onların 

dərinliyi 1-3 m. qədər azalır. Çay özünün qədim gətirmə konusunu formalaşdırdıqdan sonra 

Mirəşelli, Xındırıstan və Çəmənli kəndləri istiqamətində Cənub-Şərqə axmış, özünün və qarqar 

çayının gətirmə konuslarını yuyaraq errozion pillə yaratmışdır. Daha sonra Xaçın çayı Baş 

Qərvənd   gömülmüş   antiklinalının   qalxmasının   fəallaşması   ilə   əlaqədar   olaraq   Şimal-Qərb 

istiqamətində  meyl edərək özünə  yeni yataq yaratmışdır.  Baş  Qərvənd kəndi ilə Sultanbud 

kurqanı arasındaçayın yatağı çox genişlənir və burda gərgin akkumulyasiya gedir.

 

Yataq çaqıldaşların, qumun, gillicənin yığılması  nəticəsində çox dayazlaşır və daşqın 



zamanı Hüseyinli, Soğanverdilər kəndləri yaxınlığında daşqın sularının bir hissəsi yataqdan 

çıxaraq Şimal istiqamətində axır və özünə yataq əmələ gətirir. Sultanbuddan aşağıda çay 3-5 

m.-ə qədər dərininə kəsilir və cavan alçaq tepras pilləri yaradır. Xaçın çayının ən qədim gətirmə 

konusu Şimal-Qərbdə Qabartı, Paprəvənd və başqa çayların gətirmə konusları ilə birləşərək 

Şahbulaq silsiləsinin Şimal-Şərq ətəklərində vahid dalğavari prolyuvial düzənlik törədir.

Bu çayların gətirmə konusları 240 m. mütləq hündürlüyündə qurtarır və burda Nəmirli, 

Seysulan, Qaynax, Azadqaraqoyunlu, Qapanlı kəndləri yaxınlığında düzənlik təşkil edən, Xaçın 

və   Tərtər   çaylarının   gətirmə   konusları   arasında   yerləşən   çox   az   meyilli,   bəzi   yerlərdə 

bataqlaşmış, səthi parçalanmamış konusarası çökəklik təşkil edir. Bu sahədə Qabartı, Gülyataq 

çaylarının yataqları yoxdur(axımın çox müvəqqəti olması ilə əlaqədar). Ona görədə çayların 

hövzələrində uzun müddətli leysan yağışları olarkən böyük daşqınlar olur və bütün düzənlikləri 

basaraq böyük təlafat verir. Belə daşqınlar 1963-cü ildə müşahidə edilmiş və düzənlikdə bütün 

torpaqları, tarlaları yuyub aparmışdır. Ağdam rayonunun ərazisi quru subtropik iqlim zonasında 

yerləşmişdir.

Burada əsasən, qışda quru keçən mülayim-isti iqlim tipi hakimdir. Buiqlim tipi mülayim 

nəmliyi, qışının yağıntılı və yumşaq, yayınin isə mülayim-isti keçməsi ilə səciyələnir.Günəş 

parıltısının illik miqdarı 2300 saat, ümumi radiasiya122.5 kkal/sm kv, radiasiya balansı isə 47.1 

kkal/cm kv-dır. Havanın orta illik tempraturu 13.1 dərəcəyə çatır. Qış mülayimdir, ən soyuq ay 




(yanvar) tempraturu +1.8 dərəcə ilə -0.2 dərəcə, ən isti ayı (iyul) orta tempraturu isə + 23-26 

dərəcəarasında dəyişir.Yay aylarında bəzən havanın orta illik mütləq minumum tempraturu -10 

dərəcə olub, il ərzində +8 dərəcə ilə +15 dərəcə arasında dəyişir.

Bəzən havanın mütləq minumum tempraturu -17 dərəcədən aşağı düşür. İl ərzində torpaq 

səthinin orta aylıq tempraturu1-31 dərəcə arasında dəyişir. Havanın 5 dərəcədən yüksək olan 

tempraturunun illik miqdarı 4500-4600 dərəcə, 10 dərəcədən yüksək – 4100-4200 dərəcədir. 

Birinci payız şaxtası noyabr ayının üçüncü ongünlüyünə, axırıncı yaz şaxtası martın üçüncü 

ongünlüyünə   düşür.Havanın   orta   illik   nisbi   rütubəti   69%   olub,   il   ərzində   50-80%   arasında 

dəyişir. İllik yağıntının miqdarı 400-500 mm.-dir. Yağıntılar çox bitkilərin vegetasiya dövrünə 

düşür. Lakin səth örtüyündən ildə 800-900 mm. Mümkün buxarlanma gedir.

Küləyin orta illik sürəti 1.8m/san-dən çox olmayıb, əsasən Qərb və Şərq istiqamətində 

əsir. Güclü küləklərin (15 m. san-dən cox) illik sayı bir gündür. Ağ yelli günlərin sayı 20-25 

çatır. Qarla torpağın örtülü günlərinin illik miqdarı10-15 gündən çox olmur. İl ərzində cəmi 1-2 

gün dolu düşür. Ərazi üzrə və il ərzində bu göstəricilər başqa rayonlarda olduğu kimi müvafik 

dəyişikliklərə uğrayır. Ağdam rayonu ərazisi hər kv. km. Sahədə 5-1 lit. san axımı olan az 

axımlı zonada yerləşir. Burada çay şəbəkəsinin sıxlığı 0.1-0.4 am/km. arasında dəyişir. İllik 

axım hər bir kv. km.-dən 2-5 lit/san; maksimum axım 25-50 lit/san; minimal axım isə 0.5-1 

lit/san. bərabərdir.Rayon ərazisində çaylar tranzit xarekter daşıyır.

Öz axımlarını bütünlüklə Qarabağ silsiləsində və onun yamaclarında toplayır, Ağdam 

rayon ərazisində isə suvarmaya, filtirasiyaya və buxarlanmaya sərf olunur, heç bir qol qəbul 

etmir.Çaylar əksərən az suludur, ilin isti yarısında vegitasiya vaxtı quruyur.Rayonun nisbətən 

iri çayları Qarqar, Xaçın və Qabartı çaylarıdır. Qarqar çayının orta illik su sərfi 3.31m kub/san, 

orta   illik   axımı   isə104.4   mln.   kub   metrdir.   Xaçın   və   Qabartı   çaylarında   isə   bu   axım 

kəmiyyətləri müvafiq olaraq 1.4 kub met/san və 44.1 mln. kub metr, 0.2 kub met/san və 6.3 

mln. kub metrdir.

 

Çay şəbəkəsinin sıxlığı və onların su əmsalı göstərir ki, rayonun su ehtiyyatlarına və 



onlardan səmərəli istifadə edilməsinə böyük ehtiyac var.

Ona görə də çayların hər birinin üzərində su anbarının tikilməsi zəruridir. Hazırda rayon 

ərazisində yalnız bir su anbarı var-Xaçın çayı üzərində Dərbənd su anbarı. Ağdam rayonuna 

Tərtər   çayı   üzərindəki   Sərsəng   su   anbarından   da   su   gətirilir.   Lakin   bunlar   rayonun   suya 

təlabatını tam ödəyə bilmir.

Rayon ərazisində relyef, iqlim və bitki örtüyünün xüsusiyyətlərindən asılı olaraq şabalıdı 

torpaqların   müxtəlif   növləri,   dağ-meşə,   qəhvəyi   torpaqlar   yayılmışdır.   Qəhvəyi   torpaqlar 

rayonun alçaq dağlıq və dağ ətəyi hissəsində, seyrək meşə və kolluqlar qırılmış və torpaqlar 

bozqırılaşmaya   məruz   qalmışdır.   Düzənliklərin   dağətəyi   hissəsində   tünd   şabalıdı,   ondan 

aşağıda isə şabalıdı və açıq şabalıdı torpaqlar yayılmışdır.

Rayonun Ağcəbədi və Bərdə rayonları ilə sərhəddə yaxın yerlərində boz torpaqlara rast 

gəlinir. Ağdam rayonu ərazisində təbii landalar demək olar ki, bütünlüklə antrapogen landalarla 

əvəz   edilmişdir.   Burda   taxıl   zəmiləri,   pambıq   tarlaları,   üzümlüklər,   meyvə   bağları,   yem 

bitkilərinin əkini, biçənək və örüşlər geniş sahə tutur. Təbii bitki örtüyü yovşanlı-şoranlı otlu 

quru   çöllərdən,   çəmənliklərdən,   ağotlu   çöllərdən,   kollardan,   və   seyrək   meşələrdən   ibarət 

olmuşdur. Hazırda meşələr yalnız dağ ətəklərində və alçaq dağlıq yerlərdə yerləşib, 1.7 min 

hektar sahə tutur. Sultanbud meşəsi yaxınlığında hazırda qorunan saqqız ağacı, püstə seyrək 

meşələri salınmışdır.

Heyvanat   aləmi   əhalinin   sıxlığı   və   insannın   əmək   fəaliyyəti   ilə   əlaqədar   olaraq   çox 

kasaddır.Burada   heyvanlardan   çaqqala,   tülküyə,   dovşana,   canavara,   sürünənlərə,   quşlardan 

kəkliyə, çilə, turaca və s. rast gəlinir. Rayon ərazisində faydalı qazıntılardan əhəng daşı, gil, 

çakıldaş, qum, gillicə daha çoxdur.




İqtisadiyyatı

Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayondur. 

Ağdamda   dəzgah   avadanlıqları,  arekosmik   və  rabitə   cihazları,  metiz   –  furnitur.  Traktor   və 

avtomobil   təmiri,   asfalt,   konserv,   yağ   –   pendir,   barama   toxumu,   pambıq,   şərab   və 

mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları. Tikinti materialları və ət 

kombinatları,  iki dəmir yolu vağzalı və aeroport, avtomobillərə texniki xidmət  stansiyaları, 

məişət   –   xidməti   kombinatı,   elektrik   şəbəkəsi,   kənd   təsərrüfatının   mexanikləşdirilməsi   və 

elektrikləşdirilməsi və Ü. Hacıbəyov adına musiqi texnikumları, Ə. Haqverdiyev adına Ağdam 

Dövlət Dram Teatrı fəaliyyət göstərirdi. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə 

kənd   təsərrüfatına   yararlı   torpaqlardan   ibarət   idi.   Kənd   təsərrüfatının   istiqaməti   isə   əsasən 

pambıqçılıq, üzümçülük və heyvandarlıqdır.

Tarixi və memarlıq abidələri

 

Ağdam   rayonunun   ərazisində   qədim   tarixə   malik   olan   çoxlu   memarlıq   və   incəsənt 



abidələri var. Ağdam şəhərində Üzərlik Təpə abidəsi, rayonun Xaçındərbənd kəndindəki Qutlu 

Sarı Musa oğlu günbəzi (1314-cü il), Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), 

Papravənd kəndindəki türbələr, məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı 

Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun türbəsi (XIX 

əsr), Şahbulaq qalası və s. kimi tarixi və memarlıq abidələri var.

Ağdamdakı   tarixi   memarlıq   abidələri   müxtəlif   tarixi   dövrləri   əks   etdirən   nadir 

nümunələrdir. Bu maddi-mənəvi abidələr müxtəlif bölgülər əsasında qruplaşdırılmış və hər biri 

tarixə  əsaslanaraq,  "Azərbaycan  Respublikasının  ərazisində  dövlət mühafizəsinə  götürülmüş 

daşınılmaz   mədəniyyət   abidələrinin   əhəmiyyət   dərəcəsinə   görə   bölgüsü"   adlı   kitaba   daxil 

edilmişdir.

  

Ağdamın yaşayış əraziləri üzrə abidələri

Çıraqtəpə yaşayış yeri – tunc dövrü (Ağdam şəhəri)

Qarahacı yaşayış yeri – ilk tunc dövrü (Ağdam-Xankəndi yolunun sağ tərəfində)

Qarahacılı nekropolu – tunc dövrü (Ağdam şəhəri)

Vəlixanpətə yaşayış yeri – eneolit dövrü (Ağdam-Ağcabədi şosesinin 1,5 km-də)

Kurqan – tunc dövrü (Üzümçülük sovxozu)

İlanlıtəpə yaşayış yeri – eneolit – dəmir dövrü (Baş Qərvənd kəndi)

Dəyirmantəpə kurqanı – tunc və dəmir dövrü (Orta Qərvənd və Mirəşəlli kəndlərinin arasında)

Yaşayış yeri – qədim dövr (Qərvənd kəndi)

Şomullutəpə yaşayış yeri – eneolit dövrü (Miəşrəfli kəndindən 1 km şimal-şərqdə)

Bənövşələr təpəsi yaşayış yeri – eneolit dövrü (Mirəşəlli və Armudlu kəndlərinin arasında)

Gültəpə yaşayış yeri – eneolit dövrü (Mirəşəlli kəndindən 300 m. şimal–şərqdə)

Yaşayış yeri- e.ə. II-I minilliklər (Armudlu kəndi)

Rəsultəpə yaşayış yeri – orta tunc dövrü, orta əsrlər (Armudlu kəndinin şimal qərbində)

Rəsultəpə   kurqanları   tunc   dövrü   (Armudlu   kəndi,   Rəsultəpə   yaşayış   yerinin   30-40   m. 

şimalında)

İsmayılbəy təpəsi yaşayış yeri – eneolit dövrü (Armudlu kəndi)



Kəbləhüseyn yaşayış yeri – eneolit dövrü (Kəbləhüseyn kəndi)

Namazəli təpəsi yaşayış yeri – eneolit dövrü (Kəbləhüseyn kəndindən 500 m. şərqdə)

Boyəhmədli kəndi kurqanları (80-a qədər)- ilk tunc dövrü (Boyəhmədli, Qızıllı Gəngərli və 

Salahlı Gəngərli kəndlərinin arasında)

Gavurqala yaşayış yeri – ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda)

Daş qutusu nekropolu – ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda)

Papravənd-Boyəhmədli kurqanları (Möhülü təpələri, Əli kişi təpəsi, Molla Mustafa oğlu təpəsi

həmşəri təpəsi və.s)- tunc-dəmir dövrü- (Boyəhmədli kəndinin şimal-şərqində)

Qarapirim təpələri – tunc və ilk dəmir dövrü (Qarapirim kəndinin qərbində)

Güllütəpə – I yaşayış yeri – III-XIII əsrlər (Papravənd kəndi)

Güllütəpə – II yaşayış yeri – son tunc dövrü, ilk orta əsrlər (Papravənd kəndinin cənub-

şərqində)

Misir qışlağı yaşayış yeri – son tunc, ilk dəmir dövrü (Papravənd kəndindən 250 m. şərqdə)

Kurqanlar – son tunc, ilk dəmir dövrü (Papravənd kəndindən 1 km. şərqdə)

Qala qalıqları – orta əsrlər (Tarpaut kəndi)

Nekropol – orta əsrlər (Kənçərli kəndi)

Şomullutəpə yaşayış yeri – e.ə.V-II minilliklər (Quzanlı kəndi)

Gülməmməd təpəsi yaşayış yeri- eneolit dövrü (Quzanlı kəndindən 2 km. cənub-şərqdə)

Çaqqalı təpənin yaşayış yeri – eneloit dövrü (Quzanlı kəndindən şimal-şərqdə)

Əjdahatəpə yaşayış yeri – eneloit dövrü (Quzanlı kəndindən 2,5 km. şərqdə)

Yaşayış yeri – e.ə.V-II minilliklər (Zəngişalı kəndi)

Yaşayış yeri – e.ə.V-II minilliklər ( Mərzili kəndi)

Nekropol – qədim dövr (Seyidli kəndi)

Yaşayış yeri – antik dövrü (Əlimədətli kəndi)

Yaşayış yeri – antik dövrü (Göytəpə kəndi)

Göytəpə yaşayış yeri – tunc dövrü (Göytəpə kəndinin qərbində)

Göytəpə kurqanları – tunc dövrü (Göytəpə kəndinin qərbində)

Şümürlütəpə kurqanı – tunc dövrü (Əfətli kəndi)

Balatəpə kurqanı – tunc dövrü (Əfətli kəndi)

Yaşayış yeri – qədim dövr (Sarıhacılı kəndi)

Çinartəpə yaşayış yeri – e.ə.V-II minilliklər (Sarıhacılı kəndindən 3 km. cənub-şərqdə)

Sarıhacılı yaşayış yeri və nekropol – eneloit, tunc dövrü (Sarıhacılı kəndindən 2 km. cənub-

şərqdə)

Sarıhacılı tayı yaşayış yeri – tunc dövrü (Sarıhacılı kəndindən 2,5-3 km. şərqdə)



Ağtəpə yaşayış yeri – tunc dövrü (Çəmənli kəndindən 3 km. şərqdə)

Çəmənli təpə kurqanı – eneloit, tunc dövrü (Çəmənli kəndindən 3 km. şərqdə)

Seyid Mustafa yaşayış yeri – eneloit (Bala Baharlı kəndindən 2 km. qərbdə)

Yaşayış yeri – e.ə.V-I minilliklər (Baharlı kəndi)

Yaşayış yeri – qədim dövr (Əhmədavar kəndi)

Qəhramanbəyli kurqanı – tunc dövrü (Qəhramanbəyli kəndi)

I və II Qoşatəpə yaşayış yeri – eneloit dövrü (Əhmədağalı kəndi)

Əhmədoğlu yaşayış yeri – eneloit (Əhmədağalı kəndi)

Məscidtəpə yaşayış yeri – eneloit (Əhmədağalı kəndi)

Əzginlitəpə yaşayış yeri – eneloit (Əhmədağalı kəndi)

Vəlibəy təpələri (4 ədəd ) – eneloit, tunc dövrü və orta əsrlər (Əhmədağalı kəndində 2 km 

şərqdə)


Yaşayış yeri – qədim dövr (Poladlı kəndi)

Qasımtəpə yaşayış yeri – ilk tunc dövrü (Qiyaslı kəndi)




Çinartəpə yaşayış yeri – tunc dövrü (Qarqarçayın sol sahilində )

Yaşayış yeri – e.ə. V-I minilliklər (Evoğlu kəndi )

Qaradağlı kurqanları – tunc dövrü (Qaradağlı kəndinin qərbində )

Bəyliktəpə kurqanı – ilk tunc dövrü (Qaradağlı kəndinin şimal-şərqində)

Xırmantəpə kurqanı – ilk tunc dövrü (Çuxurməhlə kəndi)

Hüseyntəpə kurqanları – ilk tunc dövrü (Çuxurməhlə kəndinin qərbində)

Çuxurməhlə kurqanı – ilk tunc dövrü (Çuxurməhlə kəndi)

Qaratəpə yaşayış yeri – son tunc, ilk dəmir dövrü (Şıxbabalı kəndinin cənubunda)

Gülablı kurqanları – son tunc, ilk dəmir dövrü (Gülablı kəndinin şımal-şərqində)

Maqsudlu kurqanları – tunc dövrü (Maqsudlu kəndindən 3 km şərqdə)

Töyrətəpə kurqanları – tunc və dəmir dövrü (Güllücə kəndinin şimalında)

Karvansara təpə və Çaparyeri yaşayış yeri – ilk orta əsrlər (Güllücə kəndinin cənub-qərbində)

Yüzbaşlı təpəsi yaşayış yeri – eneloit (Yuxarı Yüzbaşlı kəndi)

Ağabəy təpəsi yaşayış yeri – eneloit (Yuxarı Yüzbaşlı kəndinin şımalında)

Abdüləzim təpəsi yaşayış yeri – eneloit (Aşağı Yüzbaşlı kəndindən 1,3 km şərqdə)

Şükürbəyli təpəsi yaşayış yeri – eneloit (Aşağı Yüzbaşlı kəndindən 2,3 km şımal-şərqdə)

Sarıçoban kurqanları – tunc dövrü (Sarıçoban kəndinin qərbində)

Bəşirtəpə yaşayış yeri – eneloit (Üçoğlan kəndi)

Böyüktəpə kurqanı və yaşayış yeri – tunc dövrü (Üçoğlan kəndi)

Kərimtəpə yaşayış yeri – eneloit (Üçoğlan kəndinin şımal-şərqində)

Qəbirstan təpəsi – tunc dövrü (Üçoğlan kəndi)

I və II Üçoğlan yaşayış yerləri və kurqanlar – tunc dövrü (Sarıçoban kəndi)

Qaçaytəpə yaşayış yeri və nekropol – tunc dövrü (Üçoğlan kəndi)

Güllütəpə yaşayış yeri – eneloit (Alıbəyli kəndindən 1 km. cənub şərqdə)

Kazımtəpə yaşayış yeri – eneloit (Alıbəyli kəndinin qərbində)

Sayadtəpə kurqanı – tunc dövrü (Səfərli kəndinin qərbində)

Səfərli təpələri yaşayış yeri – eneloit (Səfərlı kəndi)

Leyla təpəsi II yaşayış yeri – eneloit (Eyvazlı kəndi)

Nəsirbəy təpəsi yaşayış yeri – eneloit (Eyvazlı kəndindən cənub-qərbdə)

Kərimtəpə yaşayış yeri – eneloit (Eyvazlı kəndinin şərqində)

Əhəd təpəsi yaşayış yeri – eneloit (Eyvazlı kəndinin şərqində)

Düyü təpəsi yaşayış yeri – eneloit (Eyvazlı kəndindən 500 m. cənub- şərqdə)

Nazdıxan təpəsi yaşayış yeri – eneloit (Eyvazlı kəndindən 1,5 km. cənub-şərqdə)

Çullutəpə kurqanı – tunc dövrü (Çullu, İmamqulubəyli və Quzanlı kəndlərinin arasında)

Həsəntəpə kurqanı – tunc dövrü (Çullu kəndindən qərbdə)

Sultanbud kurqanı – tunc dövrü (İmamqulubəyli kəndinin şimal-qərbində)

Pənah xanın imarəti – XVIII əsr (Ağdam şəhəri)

Pənah xanın türbəsi – XVIII əsr (Ağdam şəhəri)

Xanoğlu türbəsi – XVIII əsr (Ağdam şəhəri)

Türbə – XIX əsr (Ağdam şəhəri)

Sərdabə – XV əsr (Ağdam şəhəri)

Körpü – XIV əsr (Madaqiz kəndi)

Hatəm Məlik qalası – XII əsr (Ağdam şəhəri)

Məscid – 1868-ci il (Ağdam şəhəri)

Məbəd – VI-VIII əsrlər (Şahbulaq kəndi )

Məbəd – VI əsr (Kəngərli kəndi)

Məbəd – XIII əsr (Tərtər çayının yuxarı axarında)

Türbə – XVIII əsr (Papravənd kəndi)




Məscid – XVIII əsr (Papravənd kəndi)

İqamətgah – XVIII əsr (Şahbulaq kəndi)

Karvansaray – XVIII əsr (Şahbulaq kəndi)

Bürc – XVIII əsr (Şahbulaq kəndi)

Məbəd – XV əsr (Maqsudlu kəndi)

Türbə – XVIII əsr (Maqsudlu kəndi)

Məscid – XVIII əsr (Qiyaslı kəndi)

Məbəd – XVI əsr (Salahlı Kəngərli kəndi)

Məscid – XIX əsr (Boyəhmədli kəndi)

Türbə – XIV əsr (Kəngərli kəndi)

Türbə – XIX əsr (Ağdam şəhəri)

Uğurlu bəyin türbəsi – XIX əsr (Ağdam şəhəri)

Türbə – XIX əsr Ağdam şəhərinin 5 kilometrliyində, Qaraağac qəbirsanlığında)

Gavur Qala şəhərgahı – orta əsrlər (Ağdam şəhəri)

Qəbiristanlıq – orta əsrlər (Papravənd kəndi)

Qəbiristanlıq – orta əsrlər (Qızıllı Kəngərli kəndi)

Abıştəpə yaşayış yeri – orta əsrlər (Üçoğlan kəndi )

Qulu Musa oğlu türbəsi – 1314–cü il (Türbətli kəndi)

Üzərliktəpə yaşayış yeri – tunc dövrü (Ağdam şəhəri)

Seyid Lazım Ağanın məqbərəsi – XX əsr (Çəmənli kəndi)



Ağdamda abidələr məhv edilməkdədir

Ağdamda olan dünya əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri sırasına XIV əsri 

əhatə edən qiymətli nümunələr daxildir. Məsələn, Ağdamın Xaçın-Dərbəndli kəndində olan 

Qulu Musaoğlu türbəsi 1314-cü ilə aid olan abidədir. Belə bir tarixi dövrü əhatə edən abidələrin 

işğal altında olması, ermənilərin Azərbaycanın tarixini saxtalaşdırmaq üçün müəyyən imkanlar 

açır. 


Tarixi abidələri də – Xanoğlu türbəsi, Qarabağ xanı Pənahəli xanın imarəti (XVIII əsr) və 

türbəsi (XIX əsr), Şahbulaq kimi abidələr Ağdamın minillik tarixindən xəbər verirdi. 

Bu   gün   bütün   bu   abidələr   də   işğal   altındadır.   Ermənilər   Ağdam   rayonunda   olan 

muzeylərdəki eksponatları da talayıb aparmışlar. Belə muzeylərdən Ağdamdakı Çörək Muzeyi, 

Tarix   Ölkəşünaslıq   Muzeyi,   tarzən   Qurban   Pirimovun   Xatirə   Muzeyi,   Ağdam   Şəkil 

Qalereyasının   adlarını  çəkmək   olar.  Bununla   belə,   2002-ci  ildə   Ağdam  Tarix   Ölkəşünaslıq 

muzeyi rayonun işğal altında olmayan Qaradağlı kəndində bərpa edilib.

Hazırda   rayondakı   tarixi,   mədəni,   dini   abidələrinin   əksəriyyəti   erməni   işğalçıları 

tərəfindən məhv  edilmişdir. Rayonun Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu 

Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd 

kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid 

abidələr, o cümlədən  Xan qızı Xurşidbanu  Natəvanın və onun oğlunun türbələri, Şahbulaq 

ərazisində   Şahbulaq   qalası   və   Karvansara   vəhşicəsinə   dağıdılmışdır.   Bundan   əlavə,   dini 

ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim 

və digər ziyarətgahlar darmadağın edilmişdir.

Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun 

minarələri də vəhşicəsinə uçurulmuşdur.



Görkəmli şəxsləri

Tarixən Ağdam rayonundan bir sıra görkəmli şəxslər çıxmışdır. Elm sahəsində: fəlsəfə 

elmləri doktoru Ziyəddin Göyüşov, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor 

Zakir   Məmmədov,   iqtisad   elmləri   doktoru   Teymur   Vəliyev,   tarix   elmləri   doktoru   Rəşid 

Göyüşov,   tibb   elmləri   doktoru   Adilə   Namazova,   minerologiya   elmləri   doktoru   Xudu 

Məmmədov;   kənd   təsərrüfatı   sahəsində:   Sosialist   Əməyi   Qəhrəmanı   Sürəyya   Kərimova, 

Məmməd Məmmədov, Xuraman Abbasova, Məleykə Quliyeva və başqaları; Mədəniyyət və 

incəsənət   sahəsində:   teatr   xadimlərindən   Heydər   Şəmsizadə,   Narıc   Məlikova,   Məhəmməd 

Quliyev, Sara Qədimova, xalq artisti Arif Babayev, Qədir Rüstəmov, Ramiz Quliyev; idman 

sahəsində:   Ceyhun   Məmmədov   və   başqalarını   göstərmək   olar.   Sovetlər   dövründə   Dövlət 

xadimləri   Bahadır   Vəlibəyov,   ağsaqqallar   İldırım   bəy   Vəlibəyov,   İsa   Bəylərov,   maarif 

xadimləri və müəllimlər Səfərəli bəy Vəlibəyov, Cabbar bəy Vəlibəyov, Surxay Qurbanov

Kamilə Ağdamskaya, energetiklər, Zahid Vəlibəyov, Surxay Vəlibəyov, Mikayıl Gözəlov

Müharibə iştirakçıları

Qarabağ müharibəsinin ilk şəhidlərini məhz Ağdam rayonu vermişdir (Əli və Bəxtiyar)



II Dünya müharibəsində iştirak 

edən ağdamlılar

Gəray Vəlibəyov, Surxay Qurbanov, Zahid Vəlibəyov, Yunis Vəlibəyov, Surxay Vəlibəyov, 

Məhəmmədəli Zeynalov, Musa Zeynalov,

Ağdamdan olan Azərbaycan 

Milli Qəhrəmanları

Şirin   Mizəyev,   Asif   Məhərrəmov   (Fred),   Allahverdi   Bağırov,   Yelmar   Edilov,   Əlabbas 

İsgəndərov,  Faiq  Ağayev  (milli  qəhrəman),   Muxtar  Qasımov,   Hidayət  Rüstəmov,   Baxşeyiş 

Paşayev,   Natiq   Əhmədov,   Fazil   Mehdiyev,   İxtiyar   Qasımov,   Rövşən   Hüseynov   (milli 



qəhrəman), Canpolad Rzayev, Nadir Əliyev (milli qəhrəman), Rövşən Əkbərov

Yüklə 97,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə