Ağdam rayonunun işğalı



Yüklə 31,04 Kb.
tarix08.07.2018
ölçüsü31,04 Kb.
#53946


Ağdam rayonunun işğalı
        1993-cü il 23 iyul tarixində birinci Qarabağ müharibəsinin ən genişmiqaslı əməliy-yatlarından biri baş vermiş, 1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücüm əməliyyatlarını genişləndirmək imkanı vermişdir.Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qalmış,ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirmiş,iyun ayinın 26-da Ağdərə düşmən əlinə keçmişdir. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başlamış-dır. 600 minlik erməni ordusu qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın milli ordusu durmuş. 42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatmışdır. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometir,bir şəhər və 80 kəndi işğal olunmuş,işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. Bunların 17 mini yaşlı nəsilin nümayəndəsidir.İşğalnəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 38 kolxozu, 12 sənaye,74 məktəb,271 mədəniyyət evi,67 idarə və 99 klub düşmən əlinə keçmişdir.Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuşdur. Ağdamdan olan məcburi köçkünlər Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirmişdir. 40 min əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda indi 17 min sahədə əkin aparırlir.Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Ağdam rayonunun işğalı nəticəsində ölkəmizə ümumilikdə 6 milyard 179 milyon dollar məbləğində ziyan dəymişdir.Hər bir azərbaycanlı,hər bir ağdamlı əmindir ki,onun müqəddəs ziyarətgahı,dəyişməz qibləgahı olan, bu gün azan səsinə həsrət qalmış məscidimiz, musiqi səslərinə möhtac qalmış bərli-bərəkətli torpaqlarımız,ata-babalarımızın uyuduqları məzarıstanlıqlarımız tezliklə azad ediləcək.O gün də uzaqda deyil.                                                                                   

                                                           Görkəmli şəxsiyyətlər Qarabağ haqqında                              

Şəhidlərin xatirəsinə qoyulan ən böyük abidə müstəqil Azərbaycan dövlətidir.   Heydər Əliyev. Ümummilli lider                

Azərbaycan öz torpaqlarını qaytarmaq və müdafiə etmək qüdrətinə malikdir.İlham Əliyev. Azərbaycan Respublikasının Prezidenti.

            Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan ola bilməz. Vasuf Adıgözəlov. Xalq artisti,bəstəkar.                                                                                                                                        

                             “ Yaddan Çıxmaz Qarabağ” mövsusu ilə bağlı  Kitabxanada keçirilməsi nəzərdə tutulan tədbir    Məlumdur ki, kitabxanalardan istifadə edən oxucuların böyük hissəsini gənclər təşkil edir. Kitabxanaçıların gənclərlə işləmək,onlarda vətənpərvərlik duyğularını,milli mənlik hissini oyatmaq,inkişaf edirmək imkanları böyükdür. Kitabxananın Azərbaycanın milli qəhrəmanları     “ Qarabağın qara dərdi bədii ədəbiyyatda” mövzularında tərtib etdiyi mövzu kartotekaları oxucuları xalqımızın qəhrəman oğulları,onlar haqqında yazılmış əsərlər və bədii ədəbiyyat nümunələri ilə tanış edir.

           Kitabxananın kataloq və kartotekalarında “Qarabağ hadisələri “, “Qarabağ mövzusu “,

 Yaddan çıxmaz Qaradağ” başlıqlı ayıclar altında müvafiq ədəbiyyatı ayrıca göstərmək olar.

 Təbii ki, belə mərasimlərdə hadisələri işıqlandıran foto- stedlərin ,kitab sərgisinin tərtib edilməsi daha yaxşı olardı. Sərgi üçün düşündürücü və təsiredici başlıqlar seçmək lazımdir. “Əsrə sığmayan faciə”,”Tarixin qanlı səhifədi”,Qarabağım,qəm ocağım”, və s.

           Aşağıda Ağdam rayonunun işğalının 22-ci il dönümü ilə əlaqədar sərginin sxemini veririk.  

              Başlıq:” Qarabağım qəm ocağım”.                                                                   

          2. Yaralı torpaqlar bizi gözləyir.

          3. Əsir yurdlar bizi çağırır.

          4. Qarabağda talan var.

          5. Yaddan çıxmaz Qarabağ.                    

                          Ədəbiyyat siyahısı                                                                                                

 1. Acı həqiqətlər: (Qarabağ hadisələrinə dair məqalələr).- B.: 1991.                                        

2. Hacıyev. H. Dağlıq Qarabağın tarixindən sənədlər /Red: S.Xəlilova.-B.: Gənclik,2005.-190-s.

3. Aslanxanlı. M. Ad günləri qarşıdadır: (Qarbağ şəhidlərinə həsr olunmuş poemalar və şeirlər) .- B.: Səda, 2006.- 186 s.                             4. Ermənilərin Dağlıq Qarabağla bağlı iddialarının heç bir hüquqi əsası yoxdur.-B.: Çaşıoğlu, 2005.-22 s.                                                  5. Hacıyeva. F.Bağışla ,vətən, bağışla.- B.: Abiloğlu.-2004.-218 s.                                              

6. Xəlilli .X. Qarabağ: Etnomənəvi inkişaf tarixi: ən qədim dövrdən 1920-ci ilə qədər.-B.: Günəş, 2006.- 79 s.                                           7.Xuraman. Könlüm Qarabağdadı.- B.: Nərgiz, 2006.-48 s.

8. Xuraman. Qarabağım,qəm ocağım.- B.: Nağil evi,2004.- 107s.

8. Qarabağlı .T. Könlüm keçir Qarabağdan : (Şeirlər).- B.: Təfəkkür NPM, 2004.-139 s.

9. Qarabağnamələr.- B.: Yazıçı,1986.- 1-ci cildə.- 189 s.                                                        

10. Qarabağnamələr.-B.: Yazıçı, 1991.- 2-ci cildə.- 478 s.

11. Qədimli.N. Ürəklərdə göyərən dərd.- B.: Gənclik, 2000.-170 s.

12. Qaraoğlu,Fazil.Ermənilər və həqiqətlər.(Rəsmi sənədlərlə) III-cild .B.: Nurlan, 2009.- 1278 s.                                                                                                                                 

13. Kəngərli,Qulu. Erməni lobbisi...Azərbaycan faciəsi. B.: Yazıçı,1992.-276 s.

14. Şirinov,Tofiq. Qarabağda Qan izləri. Dram əsərləri. B.: Nərgiz Nəşriyyatı, 2007.- 250 s.

15. Məmmədova ,Həvva. Azərbaycan Xalq Cümhuriyyəti Dövründə Yuxarı Qarabağda Siyasi vəziyyət. Erməni Terrorizminin cüclənməsi (1918-1920). B.: 2006.-149 s.

16. Əroğul ,Əlisahib. Azərbaycanda Erməni –Daşnak Terrorunun Xronologiyası. B.: Təknur,

17.Sadıqov, Bəxtiyar. Ağdamın işğalından 21 il keçir. Vətən,səndə nəyim qaldı / B.Sadıqov,// Azərbaycan qəze.- 23 iyul.- S.8.

13. Kəngərli,Qulu. Erməni lobbisi...Azərbaycan faciəsi. B.: Yazıçı,1992.-276 s.

14. Şirinov,Tofiq. Qarabağda Qan izləri. Dram əsərləri. B.: Nərgiz Nəşriyyatı, 2007.- 250 s.

15. Məmmədova ,Həvva. Azərbaycan Xalq Cümhuriyyəti Dövründə Yuxarı Qarabağda Siyasi vəziyyət. Erməni Terrorizminin cüclənməsi (1918-1920). B.: 2006.-149 s.

16. Əroğul ,Əlisahib. Azərbaycanda Erməni –Daşnak Terrorunun Xronologiyası. B.: Təknur,2009.-199 s.

                                                            Dövri mətbuat.

 

 1.Əliyev ,H. Biz öz taleyimizin və öz torpağımızın sahibi olmalıyıq // Azərbaycan.-2001.- 7 fevral.  



  2.Abbasov İ. Misli görünməmiş qəsd // Azərbaycan.-2006.- 23 fevral.-S. 5

  3. Abdinov S. Erməni vəhşiliyinin qanlı səhifəsi // Xalq.-2006.-24 fevral.- S.6.

  4. Bədəlov Ə. Dağlıq Qarabağ problemi həll edilməli və işğal olunmuş torpaqlarımız azad olunmalıdır // Azərbaycan.- 201-01.-14 mart.-S,4.

  5. Vəfa ,Zeynal. Bəşəriyyətə qarşı yönəldilmiş cinayət // Azərbaycan .-2006.-21 fevral .- S.5.

  6. Ermənilərin 1905-1906-cı illərdə Zəngəzur qəzasında törətdikləri qırğınlar. // Xalq.- 2013 4 aprel.-S.5.

   7. Müstafayev, Sabir. Ağdam : inam və ruh yüksəkliyi / S. Mustafayev.// Respublika.-2013.- 1 mart.- S.11.

   8. Qaraca ,Bəxtiyar. Qaradağlı soyqırımı-ikinci Xocalı / B.Qaraca . // Azərbaycan.-2013.- 20 fevral.-S,6.

   9. Sadıqov, Bəxtiyar. Ağdamın işğalından 20 il keçir. / B.Sadıqov. // Azərbaycan .-2013.-23 iyul .-S.6.

   10.Quliyev, Lazım. O torpaqlar bizimdir. / L. Quliyev. // Azərbaycan .-2013.-23 iyul.-S.6.

 

                                                        Ədəbiyyat



   1. Abbasoğlu,B. Ağdam ağrıları ./ B. Abbasoğlu; B.: Şuşa,2003.-151 S.

   2. Abbasoğlu, B. Seyidlidə bitən qeyrət. / B.Abbasoğlu ; B.: Azərbaycan,1998 .-123 s.

   3. Tofiqli,V. Ağdam çörək muzeyi:dünəni,bu günü və sabahı.B.: Adiloğlu, 2011.-139 (1) s.

   4. Ağdam rayonu / Qarabağ : yaddaş.- B.: 2010.-s.10-122.



   5. Ağamın işğalından 20il ötdü // Ekran –efir.-2013.-26 iyul  s.6.
Yüklə 31,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə