Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi nəzdində fəaliyyət göstərən



Yüklə 26,29 Kb.
tarix05.10.2017
ölçüsü26,29 Kb.
#3364

Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi nəzdində fəaliyyət göstərən

Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Mərkəzi Kitabxananın Metodika və biblioqrafiya şöbəsi

http://mp3ler.loxblog.com/upload/m/mp3ler/image/postsimage/novruz3.jpg

Elin Bayramı Novruz

Metodik məktub

Zərdab-2017



Novruz bayramı milli kimliyimizin ayrılmaz hissəsidir

İnsanları baharın gəlməsi, təbiətin oyanması, həyatın canlanması ilə müjdələyən Novruz bayramı ən qədim dövrlərdən bəri xalqımızın sevinc, şadlıq bayramı olmuş, tarixən müxtəlif dövrlərdə təyziqlərə məruz qalmasına baxmayaraq, bu günümüzə qədər gəlib çatmışdır. “Bu milli bayramın indi belə dövlət səviyyəsində qeyd edilməsi Azərbaycanın müstəqil siyasətinin bəhrələrindəndir”. Ümummilli lider Heydər Əliyevin Novruz bayramı haqqında söylədiyi bu dəyərli fikirdə Novruzun bütün türkdilli xalqların bayramı olduğu vurğulanır. Novruz bayramının yaşının dünyanın yaşı ilə bərabər tutanlar səhv etmirlər. Çünki bu bayramda məhz ən qədim adət-ənənə, inancların, folklor nümunələrinin izini müşahidə etmək mümkündür. Novruz gecə il gündüzün bərabərliyi, şaxtalı ,qarlı qışın öz yerini məhsuldar yaz fəslinə verdiyi dövrün bir başlanğıcıdır. Novruz xeyirxahlıq, dostluq, birlik rəmzidir. Azərbaycan incəsənətinin elə bir istiqaməti yoxdur ki, Novruz bayramı ənənələri zəncirində özünə yer almasın. Təsadüfi deyil ki, xalqımızın bir çox nağılları, nəğmələri, meydan tamaşaları, maraqlı ağız ədəbiyyatı nümunələri, şeirlər, nəsr nümunələri novruz adət-ənənələrində yer almışdır. Bu örnəklərə əkin nəğmələri, sağın nəğmələri, balıqçı nəğmələri, sayaçı nəğmələr, nehrə, cəhrə nəğmələrini göstərə bilərik. Hər bir dünya xalqlarına məxsus çoxlu bayramlar var. Lakin Novruz təkcə bir xalqın bayramı yox dünyada yaşayan 50 milyon Azərbaycanlının, ümumilikdə bütün Türk xalqının bayramıdır. Elə Novruzun ən maraqlı cəhətlərindən biridə onun həm fərdi, həm də ümumxalq bayramı olmasıdır. Addım-addım yaxınlaşan yaz nəinki fərdin eyni zamanda kütlənin yaddaşını oyadır, yenilik təzəlik gətirir düşüncələrə. Ta Dədə Qorquddan başlayaraq bu günümüzə qədər xalq tərəfindən qorunaraq gəlib çıxmış Novruz adət-ənələrinin, novruz nəğmələrinin yaşamasında son 200 ildə Azərbaycan folklorşünaslığı tədqiqatçılarının da böyük əməyi olmuşdur. Bu nümunələrin toplanması, öyrənilməsi, təhlili işində tədqiqatçı və ədiblərdən Firudin bəy Köçərli, Yusif Vəzir Çəmənzəminli, Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Məmməd Səid Ordubadi, Məmmədhüseyn Təhmasib, Hüseynqulu Sarabski, Salman Mümtaz və başqalarını göstərmək olar. Dərin köklərə malik “Kitabi Dədə “Qorqud”, “Qobustan” adlı möhtəşəm söz abidələrilə yaşayaraq bu günümüzə qədər gəlib çıxan Novruz adət-ənənələrimiz gələcək nəsillərin yaddaşinda hələ uzun illər yaşayacaq.  

Novruz artıq bütün müsəlman aləminə aid bayramdır. Novruz bayramına qədər dörd çərşənbə qeyd edilir: su, od, yel və torpaq çərşənbələri. Bu çərşənbələr bürcləri özündə birləşdirən ünsürləri bildirir, insanın 4 ünsürdən yaradılışını simvollaşdırır:su, od,torpaq və küləkdən.

  • Birinci su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.

  • İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.

  • Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.

  • Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar "Səməni, saxla məni,ildə göyərdərəm səni” deyib buğda isladırdılarlar.

Novruz günü bütün evin əşyaları bayıra, havaya çıxarılmalıdır. Yuyulmalıdır, paka çıxarılmalıdır. Bütün küsülülər barışmalıdır. Bayram aşı bişəndə bütün

qonşular bir-birinə qonaq gedir, o nemətdən bir yerdə dadmalıdırlar. Hər

süfrədə bərəkət rəmzi olan səməni olmalıdır. 

Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:

  1. Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar.

  2. Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.

  3. Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: "Ağırlığım - uğurluğum odda yansın".

  4. Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.Səməni xonçaları bəzəmək.

  5. Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.

  6. Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.

  7. Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.

  8. Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.

9.Novruz oyunları oynamaq. Məsələn, ənzəli.

10. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur.

Novruz bayramı ilə əlaqədər hər il müxtəlif dövlət səviyyəli tədbirlər keçirilir. Hər il olduğu kimi bu il də kitabxanalarımızda Novruz bayramı ilə əlaqədar oxucularımız üçün möhtəşəm tədbirlər keçirilməlidir. Kitab sərgisi, Ədəbi - bədii gecə, el şənlikləri, novruz personajları haqqında sual-cavab gecəsi yaxud viktorina, uşaqlar üçün ucadan oxu ,səhərcik, müxtəlif əl işlərindən ibarət sərgi və sair tədbirlər.Tədbirləri aşağıdakı başlıqlar altında keçirmək olar:” Elin bayramı –novruz”, “Elimizə Novruz gəlir”,” Xoş gəldi yaz bayramı”,” Bayramlar bayramı Nofruz”,“Novruz dünya xalqlarının bayramı kimi”, “Qaranquşun müjdəsidir Novruzum “,“ Yurdumuza Novruz gəlir”, “ Novruz milli bayramımızdır”,” Elimizə bahar gəlir”,” Novruz bayramı milli-mənəvi dəyərlərimizin əbədiyaşarlıq rəmzidir”,“Ruhumuzu oyadan bayram”, “Səməni saxlaməni”,“Novruz bayramı milli kimliyimizin ayrılmaz hissəsidir” və sair.

İlk növbədə Novruz bayramının oxuculara gəlişini hiss etdirmək üçün kitabxanalarda Novruza aid folklor, nümunələri, tədqiqatçılar tərəfindən toplanmış əsərlərdən ibarət kitabların sərgisini təşkil etmək olar. Sərgidə yer alan “Novruz :Azərbaycanın xalq bayramı” kitabının kitabxanaçı tərəfindən oxuculara əyani icmalı verilə bilər.

Novruz bayramının süfrəsi” başlığı altında masa üzərində sərgilər təşkil edə bilərik.



Qeyd etmək lazımdır ki, kitabxanalarda ədəbiyyatın təbliğinin forma və metodları müxtəlifdir. Ümumiyyətlə , çalışmaq lazımdır ki , milli bayramımız Novruz bayramı ilə əlaqədar keçirilən tədbirlər forma və məzmunca maraqlı , təsirli olsun . Məqsədimiz milli varlığımızın və ulu babalarımızın mənəvi aləminin zənginliyini ən incə çalarlarınadək nümayiş etdirən bu el bayramının əsrlərin sınağından çıxmış gözəl adət-ənənələrini qorunub saxlamaq, təbliğ etməkdir . Novruz bayramının hər il respublikamızın hər bir güşəsində böyük ruh yüksəkliyi ilə rəsmi səviyyədə geniş qeyd olunması dövlət müstəqilliyimizin verdiyi bəhrələrdəndir. Novruz bayramı, sözün əsl mənasında, ümumxalq bayramı mahiyyəti qazanmışdır. Qoy Novruzun qədəmləri uğurlu, ayağı sayalı olsun, xalqımıza möhkəm birlik, elimizə-obamıza dinclik, əminamanlıq, bolluq, səadət, xoşbəxtlik və firavanlıq gətirsin! Bayramınız mübarək !

Ədəbiyyat:

1.Qocayev, Ə. Vəliyev F.Bayramlar və tarixi günlər.- Bakı: Çaşıoğlu, 2010.-224 S

2. Mirzə A.H. (1954) Novruz töhvələri . - Bakı : Xəzər, 2009.- 152 s.

3. Novruz: Azərbaycan xalq bayramı : Bələdçi kitab / Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi .- Bakı : Təhsil, 2011. - 208 s.

4. Novruz bayramı ensklopediyası.- Bakı: 2008.- 205 səh.

5.Qaliboğlu,S.Xıdır Nəbi bayramı haqqındanə bilirik? /S.Qaliboğlu //Mədəhiyyət.

-2017.-8 fevral.-s.14

6.Sultanova , H.”Türk dünyasının mədəniyyət paytaxtın”da Novruz şöləsi / H. Sultanova // Mədəniyyət .-2017.-22 fevral.-s.10.

7. İlk çərşənbə,əzəlçərşənbə,gözəl çərşənbə - Su çərşənbəsi // Kaspi .-2017.-

21 fevral.-s.15.

Tərtib etdi: Metodika və biblioqrafiya çöbəsinin müdiri - G. Qasımova

Redaktor:Şöbənin baş biblioqrafı - B. Fətəliyeva
Yüklə 26,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə