Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi
Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Mərkəzi kitabxananın Metodika və biblioqrafiya şöbəsi
Xatirələrdə yaşayan yazıçı - Cəmşid Əmirov
( C. Əmirovun anadan olmasının 100 illik yubileyi münasibətilə)
Metodik vəsait
Zərdab-2018
Cəmşid Əmirov – 100
1918 - 1982
Bu il görkəmli yazıçı Cəmşid Əmirovun anadan olmasının 100 illik yubileyidir. Cəmşid Əmirov 1918-ci il fevralın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirib Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, eyni zamanda respublika qəzetləri ilə əməkdaşlıq etmişdir. Son kursda institutu tərk etdiyinə görə öz ixtisası üzrə (mühəndis geoloq) işləməyə həvəs göstərməmişdir. Yazıçı 1937-1940-cı illərdə“Azərbaycan gəncləri”qəzetində məsul katib, “Gənc işçi” qəzetində şöbə müdiri (1940-1941), “Bolşevik” qəzetində məsul katib (1941),“Əzizbəyovneft” şirkətində mühəndis-geoloq (1941-ci ilin mayından dekabrınadək) işləmişdir. İkinci Dünya müharibəsi zamanı ön cəbhədə Sovet Ordusu tərkibində zabit kimi Almaniya, Polşa, Çexoslovakiya, Avstriya və Çində olmuşdur.Ordudan tərxis ediləndən sonra “Amustral”ın tikintisində fəal iştirak etmişdir. Sonra “Azərbaycan gəncləri” qəzetində şöbə müdiri, “Sovet ticarəti” (Moskva) qəzetində xüsusi müxbir, Neftnəşrdə baş redaktor, “Azərbaycan neft təsərrüfatı” jurnalında redaktor müavini, “Bakı” qəzetində şöbə müdiri işləmişdir. Bir müddət Bakı Maliyyə-kredit texnikumunda direktor (1969-1972) olmuşdur. Sonra fərdi təqaüdə çıxmışdır.
Yazıçı “Vətən müharibəsı” (I dərəcəli), “Qırmızı ulduz” ordenləri, “Döyüşdə fərqlənməyə görə”, “Köniqsberqin alınmasına görə”, “Berlinin alınmasına görə”, “Almaniya üzərində qələbəyə görə”, “Yaponiya üzərində qələbəyə görə” medallarına layiq görülmüşdür.
Ədəbi yaradıcılığa 1940-cı illərdən oçerk, felyeton və hekayələrlə başlamışdır. Onun ilk mətbu oçerki “Dəqiqələr, saniyələr...” “Azərbaycan gəncləri” qəzetinin 28 avqust 1946-cı il tarixli sayında dərc edilmişdir.” Sahil əməliyyatı”, “ Brilyant məsələsi “, “ Qara Volqa “, “ Şəhər yatarkən “ və sair detektiv əsərlərin müəllifidir. İlk dəfə 1958-ci ildə nəşr olunmuş “ Sahil əməliyyatı “povesti C. Əmirova az bir vaxtda geniş şöhrət qazandırmışdır.Azərbaycan ədəbiyyatında məcaralar janrında yeni olan bu əsər yüksək professionallıqla yazılmış və tez bir zamanda müxtəlif xarici dillərə tərcümə olunmuşdur. “ Azərbaycanfilm” kinostudiyası həmin əsər əsasında “ İstintaq davam edir “ adlı film çəkilmişdir.
Cəmşid Əmirov 1982-ci il dekabrın 29-da vəfat etmişdir.
Kitabxanalarda keçiriləcək yubiley tədbirləri
Böyük insan Cəmşid Əmirovun anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq, kitabxanada bir sıra tədbirlər: kitab sərgisi , kitab müzakirəsi, oxucu konfransı, biblioqrafik icmal , məruzə , söhbət ,ədəbi-bədii gecə , məlumat həftəsi vəsair tədbirlər keçirilə bilər. Tədbirləri aşağıdakı başlıqlar altında təşkil etmək olar : “Xatirələrdə yaşayan yazıçı”, “Cəmşid Əmirov 100”, “Həyata bağlı sənətkar - Cəmşid Əmirov”, “Novator yazıçı – Cəmşid Əmirov”, “Yenilikçi yazıçı”, “Naxçıvandan doğan günəş –Cəmşid Əmirov”, “ Azərbaycanda detektiv əsərlərin banisi – Cəmşid Əmirov “ və sair.
Cəmşid Əmirovun 100 illik yubileyi ilə əlaqədar olaraq,ilk öncə kitabxanada Cəmşid Əmirovun yaradıcılığını oxuculara tanıtmaq məqsədi ilə kitabxanada kitab sərgisi təşkil oluna bilər. Sərgidə onun müxtəlif illərdə çəkilmiş fotosu, kitabları ilə yanaşı digər müəlliflərin onun haqqında yazdığı kitablar, araşdırmalar, ona ithaf edilən şeirlər, kəlamlar və dövri mətbuatda yer alan məqalələr öz əksini tapmalıdır.
Cəmşid Əmirovun 100 illik yubileyi ilə əlaqədar olaraq, keçirilən maraqlı tədbirlərdən biri də sərgi ətrafında oxucularla söhbət adlanır. Tədbir zamanı kitabxanaçı yazıçı, jurnalist Cəmşid Əmirovun kitabları əsasında kitabxanaçı
geniş və maraqlı məlumatlar verir.
Kitabxanada oxucular tərəfindən sevilən tədbirlərdən biri də rəsm müsabiqələridir. Bildiyimiz kimi Cəmşid Əmirov birbirindən gözəl əsərlər müəllifidir. Müsabiqə zamanı xeyli sayda məktəblilər müsabiqəyə cəlb olunur və bu haqda məlumatlandırılırlar. Oxucular əsərləri oxuyaraq tanış olur və
həmin hekayələrə uyğun rəsmlər çəkirlər. Şəkillərin hazırlanması üçün uşaqlara iki həftə vaxt verilir. Bu vaxt ərzində oxucular həm Cəmşid Əmirovun əsərlərini oxuyur, həm də oxuduqları və çox bəyəndikləri əsərlərə uyğun şəkillər çəkirlər.
Ən gözəl məna kəsb edən rəsm işləri mükafatlandırılır.
Cəmşid Əmirovun 100 illik yubileyi ilə bağlı keçiriləcək maraqlı tədbirlərdən biri də kitab müzakirəsidir. Bu məqsədlə kitabxanaçı məktəblə sıx əməkdaşlıq edir. O, şagirdləri, xüsusən də, yuxarı sinif şagirdlərini kitabxanaya cəlb etməklə yazıçının gördüyü işlər və onun kitabları ilə tanış edir.
Kitabxanaya abunə olan şagirdlər Cəmşid Əmirovun gördüyü işlərlə yaxından tanış olurlar. Daha sonra kitabxanaçı sözü gedən tədbir üçün müəyyən olunmuş tarixdə oxucuları kitabxanaya dəvət edir. Kitabxanaçı iştirakçıları və qonaqları salamladıqdan sonra C.Əmirov haqqında dəyərli məlumatlarla onları bilgiləndirir müzakirə ediləcək əsər barədə tədbir iştirakçilarına məlumat verir.Məruzəçi müzakirə olunan əsər barədə çixış edir. Oxucular əsər barədə oz fikirlərini bildirirlər. Tədbirin sonunda əsərdən müəyyən parçaları səhnələşdirilib
tədbir iştirakçılarına təqdim etmək olar.
Yazıçının 100 illik yubileyi münasibəti və eyni zamanda onu oxuculara tanıtmaq məqsədi ilə kitabxanada “Həyata bağlı sənətkar – Cəmşid Əmirov” adlı xatirə gecəsi keçirilə bilər. Tədbirə Azərbaycanın görkəmli ədib və yazarları; sənət-söz adamları, oxucular, məktəblilər toplaşır. Qonaqlar yazıçının
şəkilləri, müxtəlif adda əsər başlıqları və şeir misraları yazılmış çərçivərələrlə bəzədilmiş zalda öz yerlərini alırlar. Gecəyə keçid almaq üçün aparıcılar səhnəyə yaxınlaşır.
I aparıcı: Salam, dəyərli qonaqlar, bu il böyük insan bənzərsiz,
yenilikçi və eyni zamanda novator yazıçı Cəmşid Əmirovun
anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə
Onun keçdiyi yarpaq-yarpaq ömür yoluna işıq
salmaq üçün bu vacib gecəyə toplanmışıq.
ıı aparıcı : Yer üzünə milyardlarla insan gəlib-gedib və dünyanın bu
insan karvanı yenə öz gedişindədir. Hərəyə bir ömür bəxş edilib.
Uzun, qısa və s. fərq həmin ömrü necə başa vurmaqdır. Ömür
var ki, günü əsrə bərabər. Belə ömür cild-cild kitaba sığmaz.
I aparıcı : Belə bir mənalı ömür sürən insanlardan biri də istedadlı qələm sahibi
Cəmşid Əmirovdur. O, özünün dəst-xətti, yaradıcılıq üslubu,
elmi istiqaməti, şəxsi mövqeyi, nüfuzu ilə seçilən yazıçıdır O,
bütöv bir şəxsiyyətdir. Onun cildlərə sığmayan ömür kitabının
hər səhifəsi ləyaqətlə, şərəflə yazılıb. Cəmşid Əmirov bütün
əsrlərdə fəxr ediləsi, qədim və şərəfli tarixi olan Azərbaycan
xalqının ləyaqətli və qeyrətli oğullarındandır.
II aparıcı: Hələ gənc yaşlarından ədəbi bədii yaradıcılığa xüsusi
həvəs göstərən Cəmşid cəbhə illərində bir sıra mətbuat
orqanlarında məqalə və xəbərlərlə çıxış etmiş, jurnalistlik
peşəsinə meyli artmışdı. Görünür, cəbhədən qayıdanda özünü
jurnalistliyə həsr etməsi də bu meyildən irəli gəlib. Sonralar
Cəmşid Əmirov ciddi felyetonlar, tənqidi yazılarla peşəkar
jurnalist kimi çıxış edir. 1950-ci illər Cəmşid Əmirovun bir
yazıçı kimi yetişdiyi illər olmuşdur. 1955-1957-ci illərdə o, ilk
böyük macəra əsərini – “Sahil əməliyyatı” povestini yazmışdır.
Bu əsər təkcə respublikamızda deyil, bir sıra başqa xalqların
dövri mətbuatında da dərc olunmuşdur. Təkcə bunu demək
kifayətdir ki, “Sahil əməliyyatı” povesti bütünlüklə “Molodyoj
Estonii” qəzetində oxuculara çatdırılmışdır. Povest Azərbaycan
Yazıçılar İttifaqı və Respublika İctimai Asayişi Mühafizə
Nazirliyinin təşkil etdiyi müsabiqədə mükafata layiq
görülmüşdü. Əsər həm də ekranlaşdırılmışdır və onu da qeyd
edək ki, əsər bu gün də ekranlardan düşmür və maraqla izlənilir.
I aparıcı: Cəmşid Əmirov bir-birinin dalınca neçə-neçə povest və roman
yazmışdır. Ömrünün son çağlarında “Çətin iş”
romanı, “İki mənalı teleqram” hekayəsi üzərində işləmişdir
II aparıcı: Qeyrətli və əvəzsiz Azərbaycan müdriki həmişə qürur duyduğumuz,
iftixarımız, xalqımızın görkəmli yazıçı, jurnalist Cəmşid
Əmirovun ədəbiyyatımızda öz yeri, öz dəsti-xətti var. Həyatın
mənası yaşanan illərin sayında deyil, onun necə
yaşanmasındadır.
I aparıcı: Görkəmli yazıçı, tanınmış nasir Cəmşid Əmirovun
ədəbiyyatımıza gətirdiyi yeniliklə Azərbaycan detektiv ədəbiyyatının
banisi kimi tanınmışdır. Sağlığında yazıçının dörd kitabı çap olunub
və bu əsərləri ilə, o, milli ədəbiyyatımızda detektiv üslubun
yaradıcısı haqqını qazanıb və kitabları kütləvi şəkildə oxucuların
ixtiyarına verilib.
II aparıcı: : Təəssüf ki, amansız ölüm istedadlı yazıçı və
jurnalisti, zəhmətkeş, qayğıkeş və mərd xasiyyət, fədakar
şəxsiyyəti vaxtından tez dünyasını dəyişdirməyə vadar etmiş,
onun bir sıra yaradıcılıq planlarını yerinə yetirməyə aman
verməmişdir. Yazıçı 1982-ci il dekabrın 29-da vəfat etmişdir.
Onun hələ işıq üzü görməmiş ədəbi irsinin də oxuculara
çatdırılması qayğısına qalmaq lazımdır.
Azərbaycan xalqının yetirdiyi böyük yazıçı, söz, fikir və əməl adamı, tanınmış ədib idi. Onun haqq dünyasına qovuşmağından uzun illər keçsə də, o, əsərlərində, əməllərindəvə parlaq ideyalarında bu gün də yaşayır. Necə ki, Azərbaycanın zəngin ədəbi məktəb və ədəbiyyatı var, deməli, Azərbaycanda
detektiv əsərlərin banisi – Cəmşid Əmirovun adı və əsərləri hər zaman yaşayacaqdır.
Ədəbiyyat siyahısı
Əmirov , C.Qara "Volqa" : roman . - Bakı : Qanun, 2013. - 412 s. –
Əmirov , C . Sahil əməliyyatı . - Bakı : Azərnəşr, 2007. - 308 s.
Əmirov , C . Brilyant məsələsi : Roman. - Bakı : Azərnəşr, 2008. - 360 s.
Əmirov , C .Şəhər yatarkən : Povestlər . - Bakı : Yazıçı, 1982. - 200 s.
Tərtib etdi: Metodika və biblioqrafiya şöbəsinin müdiri - G. Qasımova
Redaktor: Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti- Ş.Abdullayeva
Dostları ilə paylaş: |