Ağstafa Rayonu üzrə İqlim Dəyişmələrinə Adaptasiya və Təbii Fəlakət Risklərinin Azaldılmasına dair Fəaliyyət Planı (2014-2020)



Yüklə 198,83 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix26.10.2017
ölçüsü198,83 Kb.
#6814
  1   2   3   4   5


Şəmkir Rayonu üzrə İqlim Dəyişmələrinə 

Adaptasiya və Təbii Fəlakət Risklərinin 

Azaldılmasına dair Fəaliyyət Planı (2014-

2020) 


 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

1



 

İqlim Dəyişmələrinə Adaptasiya (İDA) və  Təbii Fəlakət Risklərinin Azaldılması (TFRA) planı Avropa İttifaqı (Aİ) 

tərəfindən maliyyələşdirilən və Qafqaz ekoloji QHT Şəbəkəsi (QEQŞ) və beynəlxalq qeyri-hökumət təşkilatı olan Mercy 

Corps tərəfindən icra edilən “Cənubi Qafqazda İqlim dəyişmələrinə adaptasiya və biomüxtəlifliyin qorunması  məqsədilə 

yerli potensialın və regional əməkdaşlığın genişləndirilməsi” adlı layihə  çərçivəsində  işlənib hazırlanmışdır. Bu nəşrin 

mündəricatına görə məsuliyyəti Mercy Corps və QEQŞ təşkilatları daşıyır və bu sənəd Avropa İttifaqının rəsmi mövqeyini 

əks etdirmir. 

 

Əlavə məlumat üçün əlaqə saxlayın:   

 

 

 



 

 

 



 

 

2



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Iqlim Dəyişmələrinə Adaptasiya Planı Şəmkir rayonundakı Yerli İşçi Qrupunun üzvləri tərəfindən tərtib edilmiş və layihə 

koordinatorları tərəfindən köməklik göstərilmişdir.  

 

 



 

 

Şəmkir, Azərbaycan, 2013



GÜRCÜSTAN 

GÜRCÜSTAN

Mercy Corps 

6, Gegeçkori küçəsi 

0186, Tbilisi 

t +995 32 225 24 71 

f+995 32 225 24 73 

admin@mercycorps.ge 

www.mercycorps.ge 

 

AZƏRBAYCAN QEQŞ 



Qafqaz ekoloji QHT 

Şəbəkəsi (QEQŞ) 

124/128, Qara Qarayev 

prospekti,AZ1119, Bakı 

27, Betlemi küçəsi 

t +99412 4394113,  

+99412 4743004 

f +99412 4743004 

info.azerbaijan@cenn.org  

0105, Tbilisi 

t +99532 275 19 03 / 04 

f +99532 275 19 05 

info@cenn.org 

www.cenn.org 




 

3

 



 

Mündəricat 

Ümumi məlumat ..................................................................................................................................................... 4 

İDA/TFRA fəaliyyət planlaşdırması üçün istifadə edilmiş materiallar .................................................................. 4 

İDA/TFRA fəaliyyət planlaşdırması yanaşması ..................................................................................................... 4 

1. Şəmkir rayonu üzrə təhlil olunacaq sahələr........................................................................................................ 6 

2. Şəmkir rayonunda müəyyən edilmiş cari problemlər ......................................................................................... 6 

3. Şəmkir rayonunda iqlim ssenariləri və onların birbaşa təsirləri ......................................................................... 7 

4. Şəmkir rayonuna kompleks təsirlər .................................................................................................................... 7 

5. Şəmkir rayonu üzrə müəyyən edilmiş adaptasiya fəaliyyətləri .......................................................................... 8 

6. Şəmkir rayonunda müəyyən edilmiş fəaliyyətlər üzrə xərc-gəlir təhlili............................................................. 9 

7. Şəmkir rayonunda prioritetləşdirmə və adaptasiya fəaliyyətlərinin strategiyası .............................................. 13 

Xülasə ....................................................................................................................Error! Bookmark not defined. 



 


 

4

Giriş 



Ümumi məlumat 

Yerli səviyyədə iqlim dəyişməsi, təbii fəlakətlər və biomüxtəlifliyin azalması problemlərini həll edə biləcək bir 

inkişaf prosesinə yardım göstərmək üçün Qafqaz ekoloji QHT Şəbəkəsi (QEQŞ) və beynəlxalq qeyri-hökumət 

təşkilatı Mercy Corps, Avropa İttifaqının dəstəyi ilə “Cənubi Qafqazda iqlim dəyişmələrinə adaptasiya və 

biomüxtəlifliyin qorunması  məqsədilə yerli potensialın və regional əməkdaşlığın genişləndirilməsi” layihəsini 

həyata keçirir. Bu təşəbbüsün icrasının səmərəli  şəkildə  təşkili üçün layihə üzrə  sərhədyanı zona seçilmişdir. 

Layihə zonasına Gürcüstanın Saqarejo, Siqnaqi və Dedoplistskaro bələdiyyələri  və Azərbaycanın  Şəmkir, 

Tovuz, Şəmkir və Samux rayonları daxildir. 

Konkret olaraq layihə  məqsədinə  İqlim Dəyişmələrinə Adaptasiya (İDA) və  Təbii Fəlakət Risklərinin 

Azaldılmasına (TFRA) dair kompleks planların (12 bələdiyyə  İDA/TFRA planları  və 2 

transsərhəd

 

İDA 



planları) başlıca maraqlı tərəflərin iştirakı ilə işlənib hazırlanması daxildir. Layihə iqlim dəyişmələrinin mənfi 

təsirlərinə daha çox məruz qalan  Kür çayı hövzəsi boyunca   yaşayış  mənbələrinin, yerli biomüxtəlifliyin və 

ekoloji sistemin daha effektiv qorunmasına dəstək verməyə çalışır. Beləliklə, bu hesabat Şəmkir rayonu 

(Azərbaycan) üçün yerli (bələdiyyə/rayon) İDA/TFRA fəaliyyət planlarının işlənib hazırlanmasından bəhs edir. 



İDA/TFRA üzrə  fəaliyyət planının hazırlanması üçün istifadə edilmiş materiallar 

Şəmkir rayonunda İDAP/TFRA planlarının hazırlanması məqsədilə maraqlı tərəflərin (Şəmkir rayonu üzrə Yerli 

İşçi Qrupu (YİQ) üzvləri) iştirakı ilə keçirilən toplantıdan əlavə aşağıdakı materiallardan istifadə edilmişdir: 

1.  “İqlim Dəyişmələrinə Adaptasiya Planlaşdırması: Cənubi Qafqazda Bələdiyyə Qurumları üçün Bələdçi”yə 

dair təlimat cari layihə  çərçivəsində hazırlanmış  və buraya İDA/TFRA planlaşdırması üçün mərhələli 

prosedur daxildir. Bu metodologiyanın ümumi təsviri aşağıdakı bölmədə göstərilib. Bələdçi haqda təfsilatlı 

məlumatları aşağıdakı linkdən əldə etmək mümkündür: 

http://w3.cenn.org/mc_cca/Training%20Manuals/

;  

2.  “Təbii fəlakət və iqlim dəyişmələrinin yerli tendensiya və dinamikaları, onların  Şəmkir rayonuna 



göstərdikləri ekoloji, sosial və iqtisadi təsirlərinin təhlili” adlı ilkin vəziyyətin təhlilinə dair hesabat layihə 

çərçivəsində tərtib edilmişdir. İlkin vəziyyətin təhlilinə dair hesabatı aşağıdakı linkdən əldə etmək olar:  

http://w3.cenn.org/mc_cca/Baseline%20Survey/

3.  Yerli işçi qrupun “Keçmiş dövrlər üzrə məlumatlar”, “Mövsümi təqvim”, “Zəif qorunan (problemli) ərazilər 



matrisi” və “Adaptasiya təcrübələri” kimi alətlərdən istifadə edərək  Şəmkir rayonuna iqlimin vurduğu 

zərərləri, ekoloji problemləri, problemli əraziləri və s. müəyyən etmək məqsədilə  dəyirmi masa toplantısı 

keçirilmişdir.  YİQ-un hesabatını aşağıdakı linkdən əldə etmək olar: 

        


http://w3.cenn.org/mc_cca/Local%20Working%20Group%20I%20Roundtable%20Meeting/



İDA/TFRA fəaliyyət planlaşdırması yanaşması 

İDA/TFRA fəaliyyət planlaşdırması yeni bir mövzudur və burada özünəməxsus yanaşma/metodologiya yoxdur. 

Konkret bu nümunə ilə bağlı  “İqlim Dəyişmələrinə Adaptasiya Planlaşdırması: Cənubi Qafqazda Bələdiyyə 

Qurumları üçün Bələdçi”yə dair metodologiya cari layihə çərçivəsində Mercy Corps-un İqlim Dəyişmələri üzrə 

Baş Məsləhətçisi tərəfindən hazırlanmışdır. 

İDA/TFRA planlaşdırmasının əsas prinsipləri aşağıdakılardır: 

•  İqlim dəyişmələri yeni problemlər yaradacaq və cari problemləri daha da ağırlaşdıracağı faktı  qəbul 

edilir; 

•  İqlim dəyişmələri tendensiyaları yerli biliklərə əsasən keyfiyyət baxımından təsvir edilə bilər və rayon 

üzrə cari iqlim dəyişmələri və  gələcək proqnozlar yaxud modelləşdirmə  nəticələrinin olması ciddi 

şəkildə tələb olunmur; 

•  Bura müvafiq maraqlı tərəflər, tərəfdaşlar və yerli nümayəndələr cəlb olunur; 

•  İqlim dəyişmələri planlaşdırmasını yerli və dövlət səviyyəsində mövcud planlaşdırma/problemləri ilə 

əlaqələndirir; 

•  Bu təkrarlanan bir proses olub, öyrənmə və yeni informasiyanı özündə birləşdirir.  

 



Yüklə 198,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə