Ai-nin Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramının Polşaya Təhsil Səfəri üçün Ərizə Forması



Yüklə 50,84 Kb.
tarix20.09.2017
ölçüsü50,84 Kb.
#919

macintosh hd:work:eu:letterhead:up.png

Aİ-nin Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramının Polşaya Təhsil Səfəri üçün Ərizə Forması

ÖNƏMLİ QEYD: Bu formanı doldurmağa başlamadan əvvəl:


1. Məlumat Qeydlərini oxumağınız xahiş olunur

2. Müşayiətedici Qeydləri oxumağınız xahiş olunur

3. İştirak edən Polşalı tərəfdaşların veb-saytlarını nəzərdən keçirməyiniz xahiş olunur

4. Polşalı tərəfdaşların Aİ-nin Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramının veb-saytı və Facebook səhifəsində : www.culturepartnership.eu

: www.facebook.com/culturepartnership

sual-cavab tədbirində və virtual təlim səyahətində iştirak edə bilib-bilməyəcəyinizi aydınlaşdırın





1. Təşkilatınız haqqında məlumat

Təşkilatın adı








Ünvanı







Əlaqədar Şəxs







Əlaqə Məlumatları







Veb-sayt/ Sosial Media səhifəsinin məlumatları







Təşkilatınız nə zaman yaradılmışdır?







Son 12 ayda təşkilatınız əsasən hansı fəaliyyətlərlə məşğul olub?
(Maksimum 400 söz)







Aİ-nin ŞT Yaradıcılıq Proqramı ilə maraqlarınız arasında hər hansı potensial toqquşma varmı? *









Bəli







Xeyr




Əgər varsa, təfərrüatlarını qeyd etməyiniz xahiş olunur.






Təşkilatınızın fəaliyyət göstərdiyi alt-sektorları qeyd edin?**







Təşkilatınızda neçə nəfər işləyir?




Tam vaxt işləyən heyət:

Digərləri: (yarım vaxt işləyənlər, könüllülər, tələbələrvə s.)




Təşkilatınızın Proqramın nüfuzu üçün risk *** təşkil edə biləcək hər hansı hüquqi, maliyyə və idarəetmə problemi varmı?










Xeyr







Bəli




Əgər varsa, təfərrüatlarını qeyd etməyiniz xahiş olunur.







Mən təsdiq edirəm ki, seçildiyimiz təqdirdə təşkilatımızın iki əməkdaşı Polşaya səfər edə biləcək.







İmza:






Tarix:






2.

2.1 Tərəfdaşlıq etmək istədiyiniz Polşa təşkilatının adını qeyd edin.






2.2 Polşa təşkilatı ilə tərəfdaşlıqda marağınız nədir?

(Maksimum 300 söz).






2.3 Polşalı tərəfdaşınıza təklif etmək istədiyiniz əməkdaşlığın**** növü haqda ətraflı məlumat verin.
(Maksimum 200 söz).





2.4 Bu əməkdaşlığı necə təşkil edərdiniz?
Təşkilatınız nədə faydalı ola bilər və nə üçün əlavə dəstəyə ehtiyacınız ola bilər?
(Maksimum 400 söz)






2.5 Bu əməkdaşlığın birbaşa nəticəsini necə təsvir edə bilərsiniz?
(Maksimum 200 söz)







2.6 Təklif edilən əməkdaşlığı üç il ərzində necə davam etdirə bilərsiniz?
(Maksimum 200 söz)






2.7 Təlim səfərində iştirak etməsini təklif etdiyiniz iki heyət üzvünün adı və vəzifəsini qeyd edin və onları nəyə görə seçdiyinizi izah edin.
(Maksimum 100 söz)







2.8 Bu təklifə aid hər hansı digər şərhiniz varmı?

(Maksimum 500 söz)









Dəstəkləyici Qeydlər:
* Maraqların toqquşması aşağıdakı kimi tərif edilir:
Əsas maraqla əlaqədar peşəkar fikir və ya hərəkətlərin ikinci dərəcəli marağın əsassız təsirinə məruz qalma riskini yaradan şəraitlər."
Əsas maraq - fəaliyyətin əsas prinsipləri, məsələn ərizə vermə prosesinin düzgünlüyü.
İkinci dərəcəli maraq- maddi gəlir, eləcə də peşəkar yüksəliş istəyi, ailə və dostlar üçün dəstək göstərmək arzusu kimi səbəblər.
Maraqlar, ikinci dərəcəli maraqların qərarlara əsassız təsiri üçün əlverişli şəraitlər mövcud olduqda toqquşur.
** Alt-Sektorlara aşağıdakılar daxildir: memarlıq, dəb, muzeylər, arxiv, maddi və qeyri-maddi mədəni irs, folklor, dizayn, ifaçılıq sənət növləri, musiqi, film, televiziya, radio, nəşr, festivallar və yarmarkalar, kompüter oyunları, təsviri incəsənət və s.

*** Nüfuz riski–şirkətin nüfuzunun şirkətin günahı olmadan yaranmış xoşagəlməz xarakterli və potensial olaraq cinayət xarakterli hadisədən sonra zədələnməsindən irəli gələn itki riskidir. Nüfuzun zədələnməsi riskini yaradan xoşagəlməz hadisələrə səciyyəvi olaraq etika, təhlükəsizlik, davamlılıq, keyfiyyət və innovasiya ilə bağlı problemlər daxildir.


**** Əməkdaşlığın növləri

Proqram, kreativ əməkdaşlıqla əlaqədar institusional potensialın artırılmasının bütün növlərini dəstəkləyir. Buraya təlim, “təcrübə əsasında öyrənmə”, biliklərin paylaşılması, peşəkar iş təcrübəsi, tədris və s. daxil ola bilər.


Əməkdaşlığın növlərinə aşağıdakılar daxildir:

Festivallarda iştiraka dəvətlər, sərgilərin və tədbirlərin təşkili, birgə istehsal, mentorluq, mədəni müxtəliflik üzrə layihələr, iş təcrübəsi, master-klasslar, sənətçilərin xidmət göstərdiyi məkanlarda ziyarət edilməsi, birgə layihə təklifinin verilməsi, yay məktəbləri və s.



Bu Açıq Dəvət haqqında daha ətraflı məlumat almaq üçün Ölkənizdə keçirilən Sual-Cavab Tədbirində iştirak edin

Payız ayları ərzində Aİ-nin Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramının Ölkə üzrə Koordinatoru qısa qəbulu keçirəcək və altı Polşalı tərəfdaşın “Virtual Təlim Səfərini” təqdim edəcək. Tədbir ərizəçilərə Polşadan olan hər təşkilatın planları və gələcək fəaliyyətləri haqqında daha ətraflı məlumat almaq imkanını verəcək. Burada siz Təlim Səfəri və ümumilikdə Proqram haqqında suallar verə biləcəksiniz. Əlavə məlumat üçün Proqramın Facebook səhifəsini www.facebook.com/culturepartnership və veb-saytını http://culturepartnership.eu/en/article/open-call-eu-eap-culture-and-creativity-programme-study-tour-and-partnership-programme-with-poland ziyarət etməyiniz xahiş olunur.



Ərizəni necə təqdim etməli
Bu formaları rus və ya ingilis dilində doldurmağınız xahiş olunur.
Bu formanı doldurduqdan sonra onu öz ölkənizin Mədəniyyət və Yaradıcılıq Proqramının Ölkə üzrə Koordinatoruna göndərin.

Azerbaijan@culturepartnership.eu


Ərizələr 7 dekabr 2015-ci il tarixinədək qəbul olunur. Həmin tarixdən sonra alınan ərizələr nəzərdən keçirilməyəcək.
Ərizələr necə Qiymətləndiriləcək
Ərizələr üç mərhələdə qiymətləndiriləcək:
1. Birinci mərhələ ilkin seçimdən və formaların düzgün doldurulduğunu və ilkin baxışın meyarlarına cavab verdiyini təmin etmək üçün uyğunluğun yoxlanılmasından ibarət olacaq.
2. Konsorsiumun Aİ-nin Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq proqramını idarə edən ekspertlər şurası ilkin seçimdən keçmiş ərizələri qiymətləndirəcək. Şuranın tərkibinə Milli Mədəniyyət Mərkəzinin üzvü, British Council və digər bir konsorsium tərəfdaşı daxil olacaq. Şuranın üzvləri ərizələri ayrı-ayrı qiymətləndirəcək.
3. Üç uğurlu ərizə sonra hər Polşalı tərəfdaşa göndərilə bilər. Son qərarı Polşalı tərəfdaşlar qəbul edəcəklər.

Açıq dəvət
Avropa İttifaqının Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramının (2015-2018) məqsədi mədəniyyət siyasətlərinin, xüsusilə də Mədəniyyət və Yaradıcılıq Sektorlarının daha da gücləndirilməsi, eləcə də Şərq Tərəfdaşlığı ölkələrində mədəniyyət sektorunun və mədəniyyət sahəsində fəaliyyət göstərən operatorların imkanlarını gücləndirməkdir. Proqramın məqsədlərinə həmçinin dövlət müəssisələri ilə özəl iştirakçılar arasında əlaqələri artırmaq və ictimaiyyəti qərar qəbulu prosesinə cəlb etmək, bununla da islahatlarda, mədəniyyətlərarası dialoqun və ictimai birliyin irəlilədilməsində mədəniyyətin aparıcı qüvvə rolunu gücləndirmək daxildir.
Proqram Soros Fondu (Moldova), Polşa Milli Mədəniyyət Mərkəzi və Höte İnstitutu ilə əməkdaşlıq çərçivəsində British Council təşkilatının rəhbərlik etdiyi konsorsium tərəfindən idarə olunur. Kiyevdə yerləşən Texniki Məsləhət Qrupu altı Ölkə Koordinatorundan ibarət qrupla Proqrama gündəlik rəhbərliyi həyata keçirir.
Proqram 36 ay ərzində, yəni 1 fevral 2015-ci il tarixindən 31 yanvar 2018-ci il tarixinədək həyata keçiriləcək.
Proqramın mənşəyi

Şərq Tərəfdaşlığı ölkələrinin dövlət siyasətində mədəniyyət - irs, yəni həm 19-cu əsrin ənənəvi mədəniyyəti, həm də Sovet dövrünün klassik mədəniyyəti, sonra “yüksək” mədəniyyət və etnik xalq mədəniyyəti kimi dar çərçivədə tərif edilir. Mədəniyyətin qeyri-dinamik və dar tərifinin problemi mədəniyyət siyasətinin inkişafında və iqtisadiyyatın yüksəlişində ən böyük əngəl ola bilər. Bu, həmçinin əksər Avropa ölkələrində iqtisadi və sosial siyasətin, eləcə də planlaşdırmanın ayrılmaz hissəsinə çevrilən digər əhəmiyyətli sosial sahələrə (məs. mədəniyyət və işə götürmə, mədəni və ictimai birlik, mədəniyyət və rifah və s.) mədəni töhfəni əhatə edən tədbirlərin müasirləşdirilməsi və inkişafını önəmli dərəcədə məhdudlaşdıra bilər. ŞT ölkələri üçün çətinlik mədəniyyəti cəmiyyətin bütün sahələrinə inteqrasiya etdirməkdən və müstəqil, özəl və kommersiya mədəniyyəti sektorlarına sistematik diqqət yönəltməkdən ibarətdir.



Kontekstin genişləndirilməsi

Bu Proqramda mədəniyyət və yaradıcılıq sektorları geniş mənada və “Avropada Mədəniyyətin İqtisadiyyatı” tədqiqatında və Avropa Komissiyasının “Mədəniyyət və yaradıcılıq sənayelərinin potensialının açılması” adlı yaşıl sənədində göstərilmiş işçi tərifə uyğun olaraq başa düşülür. Bu kontekstdə mədəniyyət aşağıdakılarla əlaqədar ifadələri, fəaliyyətləri, malları və xidmətləri əhatə edir:




  1. Əsas incəsənət sahələri: ifaçılıq sənəti, təsviri incəsənət, mədəni və memarlıq irsi və ədəbiyyat;

  2. Mədəniyyət sektoru: film, DVD və video, televiziya və radio, video oyunları, yeni media, musiqi, kitablar və mətbuat;

  3. Yaradıcılıq sektoru: mədəniyyətdən vasitə kimi istifadə edən, lakin məhsulu əsasən funksional olan sektorlar (məs. memarlıq, reklam, dizayn və dəb).

Mədəniyyət sahəsində fəaliyyət göstərən operatorlar - mədəniyyət sahəsində işləyən bütün növ təşkilatlar və şəxslərdir.






The Programme is funded by the European Union

The Programme is implemented by a consortium led by the British Council, in partnership with the Soros Foundation Moldova, the National Centre for Culture of Poland and the Goethe-Institut.




Yüklə 50,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə