Ailə kəndli təsərrüfatı haqqında



Yüklə 63,91 Kb.
Pdf görüntüsü
tarix26.10.2017
ölçüsü63,91 Kb.
#6734


Ailə kəndli təsərrüfatı haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



 

 

 



Bu Qanun Azərbaycan Respublikasında ailə kəndli təsərrüfatı fəaliyyətinin hüquqi və 

təşkilati əsaslarmı müəyyən edir.

 

I   f ə s i l

 

ÜMUMİ  MÜDDƏALAR

 

          



a d d ə  1. Ailə kəndli təsərrüfatı anlayışı

 

1.1.



       

Ailə kəndli təsərrüfatı-ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən  şəxslərin 

fərdi  əməyi  və  mülkiyyətində  və  ya  icarəsində  olan  əmlak əsasında  hüquqi  şəxs 

yaratmadan  kənd  yerlərində  istehsal  və  digər  təsərrüfat fəaliyyətinin  (məhsulların 

istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirilməsidir.

 

1.2.



       

Ailə  kəndli  təsərrüfatının  tərkibi  bir  nəfərdən,  ailə  üzvlərindən  və onlarla 

qohumluq və ya digər münasibətlər əsasında birgə fəaliyyət göstərən şəxslərdən ibarət ola 

bilər.


 

1.3.


       

Ailə  kəndli  təsərrüfatı  kənd  yerlərində  qanunvericiliklə  qadağan  olunmayan  və 

məhdudiyyət  qoyulmayan  bütün  iqtisadi  fəaliyyət  növləri  ilə  məşğul  olan  təsərrüfatçılıq 

subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır.

 

1.4.


       

Ailə  kəndli  təsərrüfatının  statusu  onların  uçotunu  aparan  orqan  tərəfindən  ailə 

üzvlərinə verilən sənədlə rəsmiləşdirilir.

 

1.5.



       

Ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilir və vaxtaşırı dəyişdirilir.

 

1.6.



       

Ailə  kəndli  təsərrüfatı  bu  Qanunla  müəyyən  edilmiş  qaydada  uçota alındığı 

gündən fəaliyyətə başlamış hesab olunur.

 

1.7.



       

Ailə kəndli təsərrüfatı onun üzvlərinin seçdiyi təsərrüfat  başçısı tərəfindən idarə 

edilir.

 

M a d d ə 2.  Ailə kəndli təsərrüfatı haqqında Azərbaycan Respublikasının 



qanunvericiliyi

 

Ailə  kəndli  təsərrüfatı  haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyi 



Azərbaycan  Respublikasının  Konstitusiyasından,  Azərbaycan  Respublikasının  Mülki 

Məcəlləsindən, 

Azərbaycan 

Respublikasının 

Torpaq 

Məcəlləsindən, 



Azərbaycan 

Respublikasının  başqa  qanunlarından,  bu  Qanundan,  habelə bunlara  uyğun  olaraq  qəbul 

edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.

 

M a d d ə  3. Ailə kəndli təsərrüfatı haqqında qanunvericiliyin məqsədi



 

Ailə kəndli təsərrüfatı haqqında qanunvericiliyin məqsədi kənd yerlərində ailə əməyinə 

əsaslanan  təsərrüfatların  inkişafının  dəstəklənməsi,  özünü-məşğulluğun  stimullaşdırılması 

və  səmərəliliyinin  yüksəldilməsi,  alternativ gəlir  mənbələrinin  genişləndirilməsi  və  kənd 

yerlərinin inkişafının sürətlən-dirilməsidir.

 

M a d d ə 4. Qanunun əhatə dairəsi



 


4.1.

   


Bu  Qanun  mülkiyyətində  və  icarəsində  olan  torpaq  və  əmlakdan  istifadə  etməklə 

bu  Qanunla  müəyyən  edilmiş  qaydada  və  şərtlərlə  kənd  yerlərində  fəaliyyət  göstərən 

fiziki şəxslərə şamil edilir.

 

4.2.



   

Kənd yerlərində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıqla məşğul olan fiziki 

şəxslər və bağçılıq təsərrüfatları ailə kəndli təsərrüfatına aid edilmir.

 

M a d d ə  5. Ailə kəndli təsərrüfatının uçotu



 

5.1.


   

A i l ə  kəndli təsərrüfatının uçotunun aparılması qaydaları müvafiq icra  hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilir.

 

5.2.



          

Ailə  kəndli  təsərrüfatının  uçotunu  müvafiq  ərazilər  üzrə  bələdiyyələr  aparır. 

Bələdiyyələr  tərəfindən  ailə  kəndli  təsərrüfatının  üzvlərinə  onların  statusunu,  əmək 

fəaliyyətini  və  əmək  stajını  təsdiq  edən,  forması  və  verilmə  qaydası  müvafiq  icra 

hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilən  vəsiqə  verilir.  Vəsiqənin  verilməsi  üçün 

haqq ödənilmir.

 

5.3.


   

Ailə kəndli təsərrüfatının dövlət qeydiyyatına alınması tələb olunmur.

 

                                II   f ə s i l



 

                 AİLƏ  KƏNDLİ  TƏSƏRRÜFATININ  TƏŞKİLİ

 

a d d ə  6. Ailə kəndli təsərrüfatının əmlakı

 

6.1.


         

Təsərrüfat  fəaliyyətini  həyata  keçirmək  üçün  ailə  kəndli  təsərrüfatının  əmlakı 

onun  mülkiyyətində  və  ya  icarəsində  olan  torpaq  sahələri, t i k i l i lər,  qurğular  və  digər 

istehsal  və  qeyri-istehsal  vasitələri,  mal-material  qalıqları, pul vəsaiti  və  başqalarından 

ibarətdir.

 

6.2.



   

Ailə  kəndli  təsərrüfatının  istifadə  etdiyi  əmlak  qanunvericiliyə  uyğun  olaraq 

təsərrüfat  üzvlərindən  birinin  mülkiyyətində,  üzvlərin  ümumi  paylı  və ümumi  birgə 

mülkiyyətində və ya icarəsində ola bilər.

 

6.3.


     

Müvafiq  yaşayış  məntəqəsində  daimi  yaşayan  və  qeydiyyatda  olan  torpaq  payı 

almamış  vətəndaşlar  və  istefaya  çıxmış  hərbi  qulluqçular  dövlət  və  bələdiyyə 

torpaqlarından  qanunvericiliyə  uyğun  qaydada  istifadə  etməklə ailə  kəndli  təsərrüfatı 

kimi  fəaliyyət  göstərmək  istədikdə  torpağı  icarəyə  götürməkdə  və  ya  satın  almaqda 

üstünlük hüququna malikdirlər.

 

6.4.


    

Ailə 


kəndli 

təsərrüfatının 

əmlakının 

və 


torpaq 

sahəsinin 

dövriyyəsi Azərbaycan  Respublikasının  mülki  və  torpaq  qanunvericiliyi  ilə müəyyən 

edilmiş qaydada həyata keçirilir.

 

6.5.


    

Ailə  kəndli təsərrüfatında əmlakın istifadəsindən əldə edilən  fayda  (gəlir,  artım, 

bəhər  və  başqa  formalarda)  təsərrüfat  üzvlərinin  ümumi  birgə mülkiyyətidir  və 

qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan qaydada təsərrüfat başçısı tərəfindən 

bölünür.

 

M a d d ə  7. Ailə kəndli təsərrüfatının hüquqları



 

7.1. Ailə kəndli təsərrüfatının aşağıdakı hüquqlar vardır:

 

7.1.1.


   

torpağı  və  digər  əmlakı  əsasında qanunvericiliyə  uyğun  olaraq  müstəqil  fəaliyyət 

göstərmək, əmlakının və əldə etdiyi faydanın istifadəsinə müstəqil sərəncam vermək;

 



7.1.2.

   


bank  və  digər  kredit  təşkilatlarında  hesablar  açmaq,  kredit  ittifaqlarının  üzvü 

olmaq  və  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  onların  xidmətlərindən  istifadə 

etmək;

 

7.1.3.



   

qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətçilərdən torpaq və əmlakı 

satin almaq və ya icarəyə götürmək;

 

7.1.4.



   

müəyyən  edilmiş  qaydada  beynəlxalq  təşkilatlardan  və  fondlardan müvafiq 

yardımlar almaq;

 

7.1.5.



   

müvafiq  qanunvericiliyə  uyğun  birliklər  yaratmaq  və  kooperasiya  əlaqələri 

qurmaq:

 

7.1.6.



   

qanunvericiliklə  müəyyən  edilən  əmək  pensiyası  ilə  təmin  olunmaq və 

qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada dövlət sosial yardımlar almaq;

 

7.1.7.



   

qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  əmlakını  sığorta  etdirmək,  dəymiş 

ziyanın və itkilərin əvəzini almaq və qanunvericiliklə müəyyən edilmiş digər hüquqları.

 

7.2. Ailə  kəndli  təsərrüfatı  üzvlərinin  hüquqları  Azərbaycan  Respublikasının 



qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müdafiə olunur.

 

M a d d ə  8 Ailə kəndli təsərrüfatının vəzifələri 



8.1. Ailə kəndli təsərrüfatının vəzifələri aşağıdakılardır:

 

8.1.1.



   

torpaq  sahəsinin  məqsədli  təyinatına  və  hüquqi  rejiminə  uyğun  olaraq  səmərəli 

istifadə olunmasını  təmin etmək:

 

8.1.2.



   

torpaqların  münbitliyini  təmin  edən  müvafiq  aqrotexniki,  iqtisadi  və təşkilati 

tədbirləri həyata keçirmək;

 

8.1.3.



   

torpaq, su, meşə və ətraf mühitin mühafizəsi haqqında qanunvericilik aktlarının 

tələblərinə riayət etmək;

 

8.1.4.



   

qanunla  müəyyən  edilmiş  vergiləri,  məcburi  dövlət  sosial  sığorta haqlarını  və 

digər ödənişləri vaxtında ödəmək;

 

8.1.5.



   

istehsal  etdiyi  məhsulların,  gördüyü  iş  və  xidmətlərin  keyfiyyətinə dair 

sanitariya, ekoloji və digər tələblərə, standartlara əməl etmək:

 

8.1.6.



   

 fəaliyyət  göstərdiyi  yaşayış  məntəqəsinin  müvafiq  bələdiyyəsində uçota 

durmaq;

 

8.1.6.



   

müvafiq  icra  hakimiyyəti  orqanlarının  və  bələdiyyələrin  öz  səlahiyyətləri 

daxilində onların fəaliyyətinə aid qanunvericiliyə uyğun tələblərini yerinə yetirmək;

 

8.1.7.



   

öz  fəaliyyəti  haqqında  qanunvericiliklə  müəyyən  olunmuş  hallarda  və  qaydada 

müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyələrə hesabatlar təqdim etmək;

 

8.1.8.



   

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri 

həyata keçirmək.

 

8.2.  Ailə  kəndli  təsərrüfatının  üzvləri  bu  maddədə  göstərilən  vəzifələri  yerinə 



yetirmədikdə müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

M a d d ə 9. Ailə kəndli təsərrüfatı ilə dövlət orqanları və bələdiyyələrin 



qarşılıqlı    münasibətləri

 

9.1.



   

Ailə  kəndli  təsərrüfatı  ərazinin  iqtisadi  və  sosial  inkişafını  təmin 

edən  sahəvi  və  regional  proqramların  hazırlanması  və  həyata  keçirilməsində  dövlət 

orqanları və bələdiyyələr ilə könüllü olaraq qarşılıqlı fəaliyyət göstərə bilər.

 

9.2.


   

Dövlət  orqanlarının  və  bələdiyyələrin  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallar 

istisna olmaqla ailə kəndli təsərrüfatının fəaliyyətinə müdaxilə etmələrinə yol verilmir.

 



9.3.

   


Müvafiq  dövlət  orqanlarının  və  bələdiyyələrin  öz  səlahiyyətləri  daxilində  ailə 

kəndli təsərrüfatından qanunvericiliyə əməl etməsini tələb etmək hüququ vardır.

 

9.4.


   

Ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi müvafiq icra hakimiyyəti 

orqanının  müəyyən  etdiyi  miqdarı  keçdikdə  o,  sahibkarlıq  fəaliyyətinin  subyekti  kimi 

fəaliyyət göstərir.

 

M  a  d  d  ə   10. Ailə  kəndli  təsərrüfatına  dövlət  orqanlarının  və  bələdiyyələrin 



himayəsi

 

10.1.



          

Ailə kəndli təsərrüfatına dövlət himayəsi digər təsərrüfatçılıq subyektləri üçün 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada şamil edilir.

 

10.2.



          

Müvafiq  icra  hakimiyyəti  orqanları  və  bələdiyyələr  müvafiq  proqramlar 

çərçivəsində  ailə  kəndli  təsərrüfatının  dəstəklənməsinə  maliyyə  vəsaiti  nəzərdə  tuta 

bilərlər  və  öz  səlahiyyətləri  daxilində  ailə  kəndli  təsərrüfatının  inkişafı  üçün  aşağıdakı 

istiqamətlərdə kömək göstərə bilərlər:

 

 



 

10.2.1.


   

istehsal  və  sosial  infrastrukturunun  formalaşması  və  yerlərdə  ailə kəndli 

təsərrüfatına xidmət edən tədarük, emal, ticarət və  təchizat təşkilatları şəbəkəsinin təşkili 

və inkişaf etdirilməsinin stimullaşdırılması;

 

10.2.2.


   

aqroservis,  aqrokimyəvi,  zoobaytarlıq  və digər  xidmətlərin  təşkilinin, həmçinin 

toxum,  əkin  materialı,  cins  mal-qara  və  quş,  avadanlıq  və  ləvazimat  ilə  təminatın, 

mütərəqqi  texnika  və  texnologiyaların  tətbiqinin  dəstəklənməsi,  ekoloji  təmiz  istehsalın 

təşviqi;

 

10.2.3.



  

ailə  kəndli  təsərrüfatına  güzəştli  kreditlərin  verilməsinin  və  lizinq xidməti 

göstərilməsinin dəstəklənməsi;

 

10.2.4.



  

ailə  kəndli  təsərrüfatında  məşğulluğun  artırılmasını  təmin  edən xalq 

sənətkarlığının,  yaşıl  turizmin,  ənənəvi  və  qeyri-kənd  təsərrüfatı  fəaliyyət  sahələrinin 

inkişaf etdirilməsinin dəstəklənməsi;

 

10.2.5.


  

ailə  kəndli  təsərrüfatı  üzvlərinə  elmi  və  informasiya-məsləhət xidməti 

göstərilməsinin,   onların  peşə  hazırlığı  və  yenidən  hazırlığının təşkili;

 

10.2.6.



  

nailiyyətlərin  nümayişi,  öyrənilməsi  və  tətbiqinin  genişləndirilməsi  məqsədilə 

müsabiqələrin, sərgilərin, seminarların və təcrübə mübadiləsinin təşkil edilməsi;

 

10.2.7.



  

ailə kəndli təsərrüfatına istehsal etdiyi məhsulları şəhər və rayon mərkəzlərində 

maneəsiz  satmaq  üçün  ödənişsiz  əsasda  daimi  satış  yerlərinin  ayrılması,  həftəlik  və 

mövsümi sərgi-yarmarkaların təşkil edilməsi;

 

10.2.8.


  

ailə kəndli təsərrüfatının kooperasiya əlaqələrinin təşviqi;

 

10.2.9.


  

daxili bazarın monitorinqinin aparılması və haqsız rəqabətin qarşısının alınması 

və digər istiqamətlərdə.

 

M a d d ə    11. Ailə kəndli təsərrüfatı üzvlərinin əmək münasibətləri, məcburi dövlət 



sosial sığortası və pensiya təminatı

 

Ailə kəndli təsərrüfatının üzvləri arasında əmək münasibətləri, onların sosial sığortası və 



pensiya  təminatı  Azərbaycan  Respublikasının  əmək,  sosial  sığorta  və  pensiya  təminatı 

haqqında qanunvericiliyi ilə tənzimlənir.

 

M a d d ə   12. Ailə kəndli təsərrüfatının statusunun itirilməsi və ləğv edilməsi



 

12.1.  Ailə kəndli təsərrüfatı aşağıdakı hallarda statusunu itirir:

 



12.1.1.

   


ailə  kəndli  təsərrüfatının  illik  dövriyyəsi  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən edilən həddən çox olduqda;

 

12.1.2.


   

ailə  kəndli  təsərrüfatı  üzvləri  bu  təsərrüfatçılıq  formasından  könüllü  imtina 

etdikdə;

 

12.1.3.



   

sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda.

 

12.2.  Ailə kəndli təsərrüfatı aşağıdakı hallarda ləğv edilir:



 

12.2.1.


   

ailə  kəndli  təsərrüfatının  üzvlərindən  və  ya  onların  varislərindən heç  kim 

qalmadıqda;

 

12.2.2.



   

ailə  kəndli  təsərrüfatının  istifadə  etdiyi  torpaq  sahəsinə  və  digər əmlaka 

mülkiyyət və ya icarə hüququna xitam verildikdə.

 

12.3.



 

Ailə  kəndli  təsərrüfatı  ləğv  edildikdə  əmlak  münasibətləri  Azərbaycan 

Respublikasının ailə, mülki və torpaq qanunvericiliyinə uyğun həyata keçirilir.

 

                                                                                           I I I     f ə s i l  



AİLƏ KƏNDLİ TƏSƏRRÜFATI HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA 

GÖRƏ MƏSULİYYƏT VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ 

Maddə


 

   1 3



Ailə kəndli təsərrüfatı haqqında 

qanunvericiliyin pozulmasına görə məsuliyyət

 

Ailə  kəndli  təsərrüfatı  haqqında  qanunvericiliyin  pozulmasında  təqsirkar olan  şəxslər 



Azərbaycan  Respublikasının  qanunvericiliyində  müəyyən  edilmiş qaydada  məsuliyyət 

daşıyırlar.

 

M a d d ə    1 4. Mübahisələrin həlli



 

Ailə  kəndli  təsərrüfatının  fəaliyyəti  ilə  bağlı  mübahisəli  məsələlər  öz  səlahiyyətləri 

daxilində  müvafiq  icra  hakimiyyəti  orqanları  və  bələdiyyələr  tərəfindən  və  ya  məhkəmə 

qaydasında həll olunur.

 

 

 



 

 

       İlham ƏLİYEV, 



Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 14 iyun 2005-ci 

                    №  926 -IIQ 

  

 



Yüklə 63,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə