Akademik Həsən Abdullayevin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Yüklə 176,89 Kb.
Pdf görüntüsü
tarix11.07.2018
ölçüsü176,89 Kb.
#55185

background image
Akademik Həsən Abdullayevin 100 illik yubileyi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

2018-ci ildə görkəmli Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor

respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Məmmədbağır 

oğlu Abdullayevin anadan olmasının 100 illiyi tamam olur. 

Həsən Abdullayev Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və 

texnikasının bünövrəsini yaratmaqla bərabər onun hərtərəfli inkişafının başlıca 

istiqamətlərini müəyyənləşdirmişdir. Fundamental tədqiqatlarla zəngin bir məktəb 

formalaşdıran alim uzun illər ərzində Elmlər Akademiyasının prezidenti kimi respublikada 

elmin təşkili işinə mühüm töhfələr vermiş, ölkə elminin beynəlxalq elm məkanına 

inteqrasiyasının dərinləşdirilməsində təqdirəlayiq fəaliyyət göstərmişdir. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 

ölkənin elmi potensialının artırılması və nailiyyətlərinin tanıdılmasında, o cümlədən 

yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olan akademik Həsən 

Abdullayevin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Abdullayevin 100 illik yubileyinə 

həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin. 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll 

etsin. 

  

İlham Əliyev 



Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 14 iyul 2017-ci il. 



 

Yüklə 176,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə