Akademiyanın tədrisçiləri



Yüklə 29,26 Kb.
tarix26.09.2017
ölçüsü29,26 Kb.
#1754


Akademiyanın tədrisçiləri

Biz fəaliyyətə işçilərimiz üçün nəzərdə tutulan daxili Akademiya olaraq başladıq. Biz onlara tədrislər verdik, müştəri xidmətləri, müştərilərlə danışıqlar, layihə idarəetmə sahəsində biliklərini inkişaf etdirdik. Biz işçilərimizlə birlikdə tədrisçilərimizi təkmilləşdirdik. 

Azercell-in “Daxili Tədris prosesi” öz sahələrində peşəkar sayılan Azercell işçilərinin tədris vermə bacarıqlarının inkişaf etdirilməsi üzərində qurulub.  40-dan artıq tədrisçilərimiz tədris üzrə ümumi 90% göstəriciyə müvəffəq olmaq naminə çalışır. 

Yüksək səviyyəli səriştə və daxili tədris prosesinin standartlara uyğunlaşdırılmasını təmin etmək məqsədilə bütün tədrisçilərimiz Azercell Akademiyası tərəfindən akkreditasiya olunmuşdur.  Bu, həmçinin, işçilərə həm daxili ehtiyacları qarşılamaq, həm də cəmiyyətə tövhə vermək məqsədi daşıyan tədrislərin hazırlanması və verilməsinə imkan yaradır.  

Soft-skills təlimləri

Soft-skills təlimləri

Müştəri Xidmətləri Təlimləri

İnkişaf proqramları:

Sağlamlıq və Təhlükəsizlik təlimləri

Məqsəd


Tədris proqramları

Müştəriyə Fokuslanan Xidmət Mədəniyyəti (2 gün)

Hədəf qrupu: Bu - çox yüksək əhatə dairəsinə malik kurs yalnız xarici müştərilərlə deyil, daxili müştərilərlə (müxtəlif şöbə və departamentlərin əməkdaşları, həmkarlar) də müntəzəm olaraq təmasda olan və yüksək səviyyəli müştəri xidmətləri təmin etmək bacarıqlarını inkişaf etdirmək arzusunda olan hər bir kəs üçün nəzərdə tutulmuşdur.
Proqram:

  • Müştəri məmnuniyyətinin əsas ixtisaslaşma sahələri

  • Müştəri Məmnuniyyəti sahəsində Mükəmməlliyə Nail olma

  • Daxili/Xarici müştəri məmnuniyyəti

  • Uğurlu xidmət üçün zəruri olan Əsas davranış formaları

  • İntellektual əmək anlayışı

  • Tənqid və şikayətlər zamanı müsbət davranış

  • Özünə əminliyi necə inkişaf etdirməli

  • Səmərəli Ünsiyyətin Amilləri


Müştəri-yönlü Xidmət Mədəniyyəti (2 gün)

Proqram:

  • “Müştəri yönümlü Şirkət” - mövzunun başlanğıcı

  • Müasir müştərinin ehtiyacları (tələbləri). Kotler modeli

  • Müştəri xidmətinin keyfiyyətinin diaqnostikası metodları

  • Müştərilərin xüsusiləşdirilməsi Əlifbası: daxili və xarici müştərilərlə iş

  • Müştərilərin itirilməsi və cəlb edilməsi amilləri

  • Müştəriyə fokuslanmanın inkişafı üzrə dünya təcrübəsi

  • Müştəri məmnuniyyətinə zəmanət verən xidmət standartlarının formalaşdırılması: ən yaxşı təcrübə

  • Daxili və Xarici müştərilər üçün daha yaxşı xidmətin təmin edilməsi üçün təşəbbüslərin inkişaf etdirilməsi və yaradılması

  • Şikayətlərlə iş: şikayətlərlə işin imkanlarla işə çevrilməsi

  • Keyfiyyətli xidmətin əsasları: müştəriyə fokuslanan şirkətin standartlarını əks etdirə biləcək təlim materiallarının yaradılması

 

Üz-üzə Müştəri Xidməti (2 gün)

Hədəf qrupu: Bu kursa gələn iştirakçıların əksəriyyəti öz üz-üzə müştəri xidmətləri bacarıqlarını və davranışını inkişaf etdirmək arzusunda olan, müştəri ilə təmasda olan və ya müştərilərə bilavasitə xidmət (dəstək) göstərən şəxslərdir

Əsas versiya:

Proqram:

  • İdeal Xidmət Konsepsiyası

  • Şikayətlərin imkanlara çevrilməsi və idarə edilməsi

  • Müştərilərə korporativ və nümayəndə yanaşması

  • Kobud və təhqiredici ifadələr istifadə edən müştərilərlə necə davranmalı


Genişləndirilmiş versiya:

  • Xidmətin şəxsi tərəfləri. Müştərilərlə qarşılıqlı əlaqə strategiyaları

  • Müştərilərlə işin mərhələləri. Satışlar. Uğurlu ünsiyyət formulu

  • Müştəri ehtiyaclarının diaqnostikası

  • Müştərilərə təkliflərin təqdim edilməsi

  • Müştərilərin təklifə olan münasibətinin aydınlaşdırılması. Müştərilərin qeyri-məmnun olduğu təkliflərlə iş

  • Müştəri şikayətləri ilə iş. Müştərilərlə iş zamanı çətin vəziyyətlər

  • Müştəri xidməti standartlarının hazırlanması



Telefonda Müştəri Xidməti (2 gün)

Genişləndirilmiş versiya:

Hədəf qrupu: Telefon mərkəzinin nümayəndələri

Proqram:

  • Telefon mərkəzi, xidmətdə ünsiyyət və keyfiyyət

  • İdeal xidmət və yüksək səviyyəli xidmət göstərə bilmək qabiliyyəti nədir

  • Qeyri-verbal qabiliyyətlər və səs-nəfəs fitnesi

  • Müştəri ilə danışıq aparma bacarıqları və müştəri ilə danışıq aparma alqoritmi


Təqdimat bacarıqları (2 gün)

Hədəf qrupu: Bu təlim proqramı öz ünsiyyət üslubunu inkişaf etdirmək və təqdimatlarının təsirini artırmaq arzusunda olan təqdimatçı təcrübəsinə malik şəxslər üçün mükəmməldir. Bu proqram həmçinin daxili və ya xarici müştərilər üçün təqdimatlar etməli olan nümayəndələr üçün də münasibdir.

Proqram:

  • Təqdimatın tərkib hissələrinin müəyyən edilməsi və formalaşdırılması

  • Təqdimatın hazırlanma strukturunun formalaşdırılması

  • Qısa təqdimatların video-çəkilişi

  • Qeyri-verbal ünsiyyət metodları

  • Video-yazıların analizi

  • Auditoriya və ünsiyyətin qurulması

  • Çətin iştirakçılar. Bu cür iştirakçılarla iş mexanizmi

 


Danışıq aparma bacarıqları (2 gün)

Hədəf qrupu: Bu təlim yalnız uğurlu danışıqların aparılması üçün tələb olunan zəruri bacarıq və texnikaları inkişaf etdirmək arzusunda olan, və səmərəli danışıqlar aparmağı və digər tərəflə davamlı və uzunmüddətli münasibətləri saxlamağı öyrənmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur.

Proqram:

  • Səmərəli vasitəçinin ünsiyyət bacarıqları - səmərəli vasitəçinin ünsiyyət bacarıqları üzrə anlayışların formalaşdırılması

  • Əməkdaşlığa istiqamətlənmiş danışıqlar - şirkət daxilinda danışıqlar apararkən əməkdaşlığa olan münasibətin inkişafı

  • Danışıqların başlanğıcı - "təmas qurarkən səmərəli başlanğıc" və "danışıqlar zamanı tərəfdaşın mövqe və maraqlarının diaqnostikası" bacarıqlarının inkişafı

  • Danışıqlar apararkən müzakirə və əsaslandırma - iştirakçıların fikirlərini əsaslandırma qabiliyyətlərinin formalaşdırılması

  • Razılığa gəlmək və güzəştə getmək, danışıqların sonu - danışıqlar zamanı razılığa gəlmənin əsas strategiyalarının və səmərəli sonluq ssenarilərinin mənimsənilməsi



Stressın idarə edilməsi (1 gün)

Hədəf qrupu: Stressın idarə edilməsi daha səmərəli və məhsuldar yolla mübarizə aparmaq arzusunda olan hər bir kəs - inzibati işçilərdən tutmuş baş menecerlərədək nəzərdə tutulmuşdur.

Proqram:

Təlim özündə birləşdirir: stresslə mübarizə, dissosiasiyalar, meditasiyalar və stressli mövzulara reaksiyanın strategiya və texnikaları. Bunlar aşağıdakıları əhatə edir:



  • Stressin müəyyən edilməsi

  • Primitiv və müasir stress

  • Stressə reaksiya

  • Stressin xüsusiyyətləri və nəticələri

  • Psixoloji özünü idarəetmənin əsasları

  • Emosional və intellektual özünü idarəetmə

  

Vaxtın idarə edilməsi (1 gün)

Hədəf qrupu: Vaxtı idarə edə bilmək bacarıqlarını inkişaf etdirmək və ya yeniləmək arzusunda olan şəxslər. Burada zamanın daha səmərəli şəkildə idarə edilməsi (o cümlədən həm işdə, həm də evdə fəaliyyəti necə planlaşdırmalı və qarşıya qoyulmuş hədəflərə daha səmərəli şəkildə necə çatmalı) üçün əvəzolunmaz bacarıqlar tədris edilir.

Proqram:

Bu kurs prioritetləri necə müəyyən etməli və iş yükünü necə səmərəli şəkildə planlaşdırmalı və qrafikləşdirməli olduğunuzu öyrənir. Təlim zaman itkisinə və fasilələrə səbəb olan amillərlə mübarizə strategiyaları, eləcə də ayrı-ayrı şəxslər üçün iş vaxtına qənaət üzrə müxtəlif texnikaları əhatə edir.



Sağlamlıq və Təhlükəsizlik təlimləri (3 saat):

İlk tibbi yardım

Yanğın söndürmənin əsasları

Avtomobillərin təhlükəsiz idarə olunması

Hədəf qrupu: Şirkət nəqliyyat vasitələrinin istifadəçiləri, İlkin yardım və Yanğınla mübarizə haqqında məlumat almaq istəyən şəxslər.

Layihələrin idarə edilməsi (2 gün):

Hədəf qrupu: Bu proqram layihələrin idarə edilməsi sahəsinə daxil olmaq arzusunda olan şəxslər və ya layihə menecmenti bacarıqları və texnikaları üzrə təlimdə iştirak etmək istəyən layihə menecerləri üçün münasibdir.

Proqram:

Bu kurs müxtəlif şirkət strukturları, mühitləri və layihə menecmenti fəlsəfəsi xaricinə çıxan bacarıqlar, alətlər, texnikalar və iqtisadi prinsiplər haqqındadır. Kurs müasir layihə menecerləri üçün zəruri olan əsas "praktiki" alətlər və texnikalar haqqındadır. Kursda əsas diqqət layihə menecmentinə olan akademik baxışlara deyil, praktiki baxışlara, eləcə də ümumilikdə strateji işgüzar qərar qəbulunun və xüsusilə layihə menecmentinin fəndlərinə, məsləhətlərinə, şəxslərarası ünsiyyət bacarıqlarına, "partizan müharibəsi" taktikalarına və iqtisadiyyatına yetirilir.



Bütün iştirakçılar Azercell Akademiyasının xüsusi sertifikatları ilə təltif edilir.
Yüklə 29,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə