“akp hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti”



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə1/35
tarix19.10.2018
ölçüsü1,33 Mb.
#74711
  1   2   3   4   5   6   7   8   9   ...   35


 
 
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 
MAGİSTRATURA MƏRKƏZİ
 
Əlyazması hüququnda 
 
Məmmədli Nuran Natiq qızı 
 
 
“AKP hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti” 
mövzusunda 
 
 
MAGİSTR DİSSERTASİYASI 
 
 
 
İstiqamətin şifri və adı: 
 
 
060213 “Beynəlxalq münasibətlər” 
İxtisaslaşmanın adı:   
 
 
“Beynəlxalq münasibətlər və diplomatiya” 
 
 
Elmi rəhbər:   
 
 
 
 
 
Dos. Cəfərova D. H 
Magistr proqramının rəhbəri:  
 
 
 
Dos. Qurbanov R. M. 
Kafedra müdiri
 
 
 
 
 
Prof. Abdullayev B. M. 
   
 
 
 
 
 
 
B A K I – 2015
 
 
 
 


 
 
MÜNDƏRİCAT 
Giriş....................................................................................................................3 
I FƏSİL         
XXI əsrin ilk onilliyində Türkiyənin xarici siyasətində Cənubi Qafqaz 
dövlətlərinin yeri 
1.1.
 
Azərbaycan və Gürcüstanın Türkiyənin strateji müttəfiqi kimi AKP 
xarici siyasətində yeri....................................................................................................7  
1.2.
 
XXI əsrin əvvəllərində Türkiyə-Ermənistan münasibətləri....................22 
II FƏSİL 
2003-2013-cü illərdə AKP hakimiyyətinin Yaxın Şərq siyasəti 
2.1. Türkiyə və ərəb dünyası.............................................................................44 
2.2.    İran Türkiyənin xarici siyasətində mühüm prioritet kimi........................53 
2.3.
 
 Yaxın Şərqin güclü dovləti olan İsraillə münasibətlər...........................62 
III FƏSİL 
AKP hakimiyyəti dövründə Türkiyənin böyük güclərlə münasibətləri 
3.1. AKP xarici siyasətində ABŞ və AB əsas aktor kimi..................................74 
3.2. Türkiyənin Rusiya və Çin siyasəti..............................................................88 
Nəticə..............................................................................................................102 
İstifadə olunmuş ədəbiyyat siyahısı.............................................................108 
Resume 
Referat 
 
 
 
 
 
 



 
Giriş 
Tədqiqat işinin aktuallığı. AK Partiyanın xarici siyasət yanaşmalarını ümumi 
xəttləri ilə göstərməli olsaq,bu nəticəyə vara bilərik: a) Orta Şərqdə İslam şəxsiyyəti 
üzərindən  hərəkət  etmək,  b)  Orta  Asiyada  Türk  şəxsiyyətindən  hərəkət  etmək,  c) 
Avropa ilə təhlükəsizlik xəttindən hərəkət etmək. Buradan da aydın olacağı kimi, AK 
Partiya yalnız müəyyən bir kimliyə ilişib qalmaq yerinə daha çox Türkiyənin təsirli 
olacağı kimliyi bölgəyə görə dəyişdirməklə praqmatik bir çoxşahəlilik önə çıxardır. 
Ədalət  və  İnkişaf  Partiyasının  xarici  siyasət  anlayışı  "dəyərlər  və  maraqları" 
uzlaşdırmağa, bir araya gətirməyə çalışan bir anlayışdır. 
Türkiyə  xarici  siyasətinin  gedərək  genişlənən  üfüqləri,  ölkənin  qlobal  ölçüdə 
bütün  inkişafları  izləməsini  və  artan  imkanları  ölçüsündə  problemlərin  həllinə 
iştirakçı olmasını tələb edir. Türkiyə bir tərəfdən qonşu və bölgə ölkələriylə əlaqələri 
inkişaf  etdirib  yeni  coğrafiyalara  açılaraq  beynəlxalq  təşkilat  və  platformlardakı 
profilini  yüksəldərkən,  mövcud  strateji  əlaqələrini  dərinləşdirmək  və  xarici  siyasəti 
baxımından  əhəmiyyət  daşıyan  bütün  aktorlarla  dialoqu  inkişaf  etdirməyə  səy 
göstərir. Türk xarici siyasəti ənənəvi olaraq, ölkə təhlükəsizliyinin təmin edilməsini, 
milli  maraqların  tarixdən  gələn  və  gələcəyə  uzanan  bir  perspektiv  içində  qorunub 
inkişaf  etdirilməsini,  inkişaf  və  rifah  üçün  lazımi  xarici  resursların  yaradılmasını, 
Türkiyənin  müasir  dünya  içindəki  yerinin  mühafizəsini  və  gücləndirilməsini 
hədəfləmiş,  bütün  bu  hədəfləri,  başda  qonşular  olmaqla,  bütün  ölkələrlə  yaxşı 
əlaqələr və əməkdaşlığın təsisi, beynəlxalq sülh, sabitlik, təhlükəsizlik və rifaha töhfə 
göstərilməsi yolu ilə reallaşdırmağı qarşı məqsəd kim qoymuşdur. 
Türkiyədə    AK  Partiya  hakimiyyətə  gəldikdən  sonra  istər  qonşu  və  region 
dövlətləri,  istərsə  də  fövqəl  və  maraq  duyduğu  ölkələrlə  dABma  münasibətlərin 
normallaşmasına çalışmışdır. 
Qlobal  mühitdə  Türkiyə  dünyada  və  yaxın  ətrafında  sülhün  qurulması  və 
qorunması ilə sabitlik və rifahın artırılması istiqamətində çox ölçülü, hədəf mərkəzli, 
praqmatik,  sağlam  fikirli  və  insancıl  bir  xarici  siyasət  tətbiq  edir.  Bu  çərçivədə 
Türkiyə  transatlantik  bağlarına  xüsusi  əhəmiyyət  verməkdə,  üzvü  olduğu  NATO 
İttifaqının  beynəlxalq  sülh  və  sabitliyin  qorumağa  istiqamətli  işlərində  fəal  iştirak 



 
etməkdə,  inkişaf  etmiş  ölkələrlə  əlaqələrini  gücləndirməyə  davam  etməkdə,  AB 
üzvlüyü  istiqamətində  qətiyyətlə  irəliləməkdə,  üçüncü  ölkələrə  öz  aralarındakı 
problemləri  aradan  qaldırmaq  üçün  köməkçi  olmaqda  və  yeni  açılımlarla  xarici 
siyasət sahəsində fəaliyyəti getdikcə artan güclü bir profil çəkməkdədir. 
Türkiyənin  fərqli  funksiya  və  coğrafi  əhatə  dairəsinə  malik  bir  çox  öncül 
beynəlxalq və regional təşkilatlarla üzvlük, müşahidəçilik və ya dialoq ortaqlığı yolu 
ilə  qurduğu  təşkilati  əlaqələr,  xarici  siyasətinin  çox  ölçülü  xüsusiyyətini  ən  yaxşı 
şəkildə ortaya qoyur.  
Mövzunun  işlənmə  dərəcəsi:  Tədqiqat  işi  2002-ci  ilin  noyabr  ayında 
hakimiyyətə  gələn  AKP  hökumətinin  yeritdiyi  xarici  siyasətdən  bəhs  olunmuşdur. 
Bütövlükdə  Türkiyənin  həm  qonşu,  həm  dünya  ölkələri  ilə  arasındakı  əlaqələr, 
ikitərəfli v çoxtərəfli münasibətlərin inkişaf perspektivlərinin təhlili, bu əməkdaşlığın 
beynəlxalq hüquq normalarına uyğun aparılması, onun müxtəlif tərəfləri barədə türk, 
azərbaycan, əcnəbi alimlərin tədqiqat işləri diqqəti cəlb edir.  
Tədqiqat  mövzusu  ilə  bağlı  yazının  özəyini  təşkil  edən  Baskın  Oranın  “Türk 
dış  politikası  (2001-2012),  III  cild  kitabı  çox  böyük  əhəmiyyət  daşıyır.  Kitabda 
Türkiyənin  bütün  dövlətlərlə  xarici  siyasətinin  əhəmiyyətli  nöqtələri,  gələcək 
perspektivləri  və  problemlər  xüsusi  məsuliyyətlə  araşdırılmışdır.  Digər  önəmli  kitab 
olan Əhməd Davudoğlunun “Strateji dərinlik” kitabında Türkiyəni əhatə edən yaxın 
quru,  yaxın  dəniz  və  yaxın  qitə  hövzələri,  coğrafi  olaraq  dünya  ana  xəttinin 
mərkəzini,  tarixi  olaraq  da  insanlıq  tarixinin  ana  damarının  formalaşdığı  sahələri 
əhatə edir. Türkiyənin strateji dərinliyinin əlaqələrinin yenidən təyin olunması və bu 
dərinliyin geosiyasi, geoiqtisadi və geomədəni ölçülərinin xarici siyasət parametrləri 
olaraq  əhatəli  bir  şəkildə  yenidən  qiymətləndirilməsi  lazım  olduğu  məsələlərinə 
toxunmuşdur. 
Tədqiqat  işinin  obyekti:  Tədqiqatın  obyektini  Türkiyənin  AKP  hakimiyyəti 
dövründə  Türkiyənin  əməkdaşlıq  etdiyi,  münasibətləri  normallaşdırdığı    bütün 
dövlətlərlə  arasındakı  qarşılıqlı  əlaqələrin  təhlili,  yaranma  tarixi  və  keçdiyi  inkişaf 
yolunu təşkil edir.  


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə