Al əmlərə rəhmət Həzrəti Məhəmməd (s a. V.)



Yüklə 107,63 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü107,63 Kb.
#76279


Al

əmlərə rəhmət - Həzrəti Məhəmməd  

(s.a.v.). 

 

H

ələ  dünyaya gəlməmişdən öncə  haqqında  xəbər verildiyi, bir 



peyğəmbərin  onun  adı  ilə  etdiyi tövbəsinin qəbul  olunduğu, bütün 

əsrlərin lideri - həzrəti Məhəmməd! 

Böyük müt

əfəkkirlərin də dediyi kimi, baxmayaraq ki, O, əsrlər 

önc

ə  dünyaya gəlmişdir,  bu  gün  də  insanları  öz  arxasınca  aparır.Onu 



görm

ədən ona iman edir və onu sevirlər. O, bütün zamanların ən sevilən 

siması, qəlbində  zərrə  qədər iman olan, bir qədər  düşünən üçün 

xilaskardır. 

H

əzrəti  Məhəmməd  (s.a.v.) 571-ci ildə  (bəzi mənbələrdə 



569,570, 572-ci ill

ərdə  qeyd  olunmuşdur)  Məkkə  şəhərində  dünyaya 

g

əlmişdir. Daha çox Əhməd, Məhəmməd, Əbül Qasım, Mustafa  kimi 



isiml

əri ilə tanınmaqdadır.  

Dünyaya g

əlmədən bir neçə ay öncə atası Abdullah, 6 yaşında 

olark

ən anası Əminəxanım vəfat etmişdir. Bundan sonra onu 8 yaşına 



q

ədər babası Əbdül Mütəllib, daha sonra o da vəfat edincə əmisi Əbu 

Talib  böyütmüşdür.  25  yaşında  olarkən Xədicə  (Xədicət-ül Kübra) 

xanım ilə ailə qurmuşdur. Bu xanımdan dünyaya gələn ilk oğlunun adı 

Qasım olduğu üçün peyğəmbərin (s.a.v.) adlarından biri də Əbul Qasım 

idi (y


əni Qasımın babası. Ərəblərdə belə künyə ilə adlandırılmaq adəti 

olmuşdur). Bu nigahdan 2 oğlan (Qasım, Abdullah (Teyyub)) və 4 qızı 

(Zeyn

əb, Ruqiyyə, Ümmü Gülsüm, Fatimə) dünyaya gəlmiş,  Fatimə 



xanımdan  başqa  digərləri  peyğəmbər (s.a.v) həyatda ikən vəfat 

etmişdirlər. Mariya xanımla olan nigahından İbrahim adlı oğlu dünyaya 

g

əlmişdir. O da çox erkən dövrdə  rəhmətə  getmişdir. Lakin digər 



nigahlarından övladı olmamışdır. Peyğəmbərin (s.a.v.) soyu qızı Fatimə 

il

ə əmisi (Əbu Talib) oğlu Əlinin izdivacından dünyaya gələn hz. Həsən 



v

ə hz. Hüseyn ilə davam etmişdir. Hz Fatimə isə peyğəmbərin (s.a.v.) 

v

əfatından 6 ay sonra dünyasını dəyişmişdir. 



40  yaşında  olarkən bütün bəşəriyyətə  peyğəmbər göndərildiyi 

bildirilmişdir. Öncə gizli, 3 il sonra isə aşkar olaraq dini təbliğ etmək ilə 

əmr  olunmuşdur.  621-ci ildə  52  yaşında  Merac hadisəsi  baş  vermiş, 

622-ci ild

ə  53  yaşında  müşriklərin təzyiqi nəticəsində  Məkkədən 

M

ədinəyə hicrət etmişdir.  



632-ci ild

ə 63 yaşında Mədinədə vəfat etmişdir. 




Peyğəmbərlik dövrü 

 

H



əzrəti peyğəmbərə (s.a.v.) ilk vəhy 40 yaşında ramazan ayında 

(17-ci günü) Hira 

dağındakı mağarada təfəkkürə çəkildiyi zaman nazil 

olmuşdur. Bu zaman Cəbrail adlı mələk “Ələq” surəsinin ilk 5 ayəsini 

g

ətirmişdi. Vəhyin gəlməsindən sonra ona ilk olaraq hz. Xədicə, hz. Əli, 



Zeyd ibn Haris

ə, hz. Ebu Bəkr, hz. Osman və  s.  iman etdilər.  İlk 

zamanlardaC

əbrail (ə)  peyğəmbərə  (s.a.v.) necə  dəstnamaz  almağı  və 

namaz  qılmağı  öyrətdi (ilk  vaxtlarda namaz sadəcə  sübh və  əsr 

namazları olaraq iki rükətdə qılınırdı).

 

İlk üç il  müddətində  islam“Və  ən  yaxın  qohumlarını  qorxut!” 



(Şüəra,  214)  əmrinə  əsasən  peyğəmbərin  (s.a.v.)  yaxınlarına  təbliğ 

edil


irdi.  Dördüncü  ildə  “(Ya  Rəsulum!)  Sənə  əmr  olunanı  açıq-aşkar 

təbliğ et və müşriklərdən üz döndər! (Hicr 15/94) ayəsi nazil olduqdan 

sonra 

peyğəmbər  (s.a.v.)  dini  geniş  əhali  içərisində  açıq-aşkar  təbliğ 



etməyə başlamışdır. 

Peyğəmbər (s.a.v.) İslam dinini 40 yaşından başlayaraq ömrünün 

sonuna 

qədər  -  23  il  müddətində  təbliğ  etmişdir.  Bu  zamanın  13  ilini 



Məkkə, 10 ilini isə Mədinədə yaşamışdır. Qurani Kərimin ayələri 22 il 2 

ay 22 gün müddətində hissə-hissə (ayə-ayə) nazil edilmişdir (2). 

 

M

əkkə dövrü 

İslam  dininin  bərqərar  olduğu  zamanlarda  bütpərəstlik, 

atəşpərəstlik, xristianlıq və s. kimi bir çox dinlər mövcud idi. Bunlarla 

yanaşı, İbrahim peyğəmbərin dini üzərində olan Hənəfilər də var idi ki, 

peyğəmbərin (s.a.v.) valideynləri də məhz bu din üzərində olmuşdurlar.   

İlk  müsəlmanlığı  qəbul  edən  insanlar  yerli  müşriklərin 

(Məkkədə  yaşayan  bütpərəstlər)  basqınlarına  və  işgəncələrinə  məruz 

qaldıqları üçün peyğəmbər (s.a.v.) onlara Həbəşistana (indiki Efiopiya) 

köçməyi  məsləhət  görmüşdür.  Beləliklə,  müsəlmanların  615,  617-ci 

illərdə  ilk  hicrətləri  baş  verdi (2).  Lakin  müsəlmanların  sayı  artdıqca 

müşriklərbununla  kifayətlənməyərək  insanları  islamın  qəbulundan 

uzaqlaşdırmaq üçün müxtəlif vasitələrə əl atdılar. Hz. Həmzənin və hz. 

Ömərin  iman  etməsi onları  daha  da  qorxuya  saldı.  Müşriklər  islamın 

qar


şısını  almaq  üçün  “Bundan sonra müsəlmanlarla və  onları  himayə 

edənlərlə,  Məhəmmədin  qohumları  olan  Haşimoğulları  ilə  hər  cürə 

əlaqəni  kəsəcəklər,  onlarla  heç kimsə  görüşməyəcək,  alış-veriş 



etm

əyəcək,  qız  alıb  verməyəcəkdir”(8)  qərarına  gələrək  “Boykot 

anlaşması”nı  yazaraq  Kəbənin  içindən  asdılar.  Bundan sonra 

m

üsəlmanlar  Şibei  ebu  Talibdə  (Əbu  Talib  məhəlləsində)  yığışmış  və 



bütün  ticari  fəaliyyətləri  dayandı.  Bunun  nəticəsində  müsəlmanlara 

möhkəm qıtlıq üz verdi.  

Müşriklər  şəhərə  gələn  ticarət  karvanlarına  da  mallarını 

müsəlmanlara  baha  qiymətə  satmağı  tələb  etdilər  və  beləliklə, 

mühasirəyə  düşən  müsəlmanların  yaşadığı  məhəllələrdə  3 il boyunca 

heç  bir  qida  ticarəti  baş  vermədi.  Ağır  qıtlıq  və  aclıq  illəri  islamın 

yayılmasının  qarşısını  ala  bilmədi  və  üstəlik  müşriklərdən  Mənsur  b. 

İkrimənin  kağıza  yazdığı  bu  anlaşmanınAllahın  adından  başqa  digər 

hissələrini  Kəbənin  içində  bir  güvə  qurdu  yedi.Boykot  anlaşmasının 

ləğvindən sonra müşriklərin düşmənlikləri davam etsə də, bu işlərindən 

əl çəkmək məcburiyyətində qaldılar.  

Peyğəmbər  (s.a.v)  hicrətdən  bir  il  öncə  İsra  surəsinin  ilk 

ayəsində  də  bəhs  edildiyi  kimi  (Bəzi  ayələrimizi  göstərmək  üçün 

bəndəsini  bir  gecə  Məscidülhəramdan  ətrafını  mübarək  etdiyimiz 

Məscidüləqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir. 

O,  doğrudan  da,  (hər  şeyi)  eşidəndir,  görəndir!”  (İsra/1)əmisi  Əbu 

Talibin qızı Ümmü Hanənin evində olarkən gecə Allahın əmrilə Meraca 

yüksəldilmişdir.  Vəhy  mələyi  Cəbrayılla  birlikdə  (Burak  adlı 

min

iklə)Məkkədən  Qüds  (Yerusəlim)  şəhərində  yerləşən  Beytül-



Müqəddəs  məscidinə  oradan  da  meraca  yüksəlmişdir  (9).Bu  səfərdə 

peyğəmbər  (s.a.v.)  özündən  öncəki  peyğəmbərlərdən  bəziləri  ilə 

görüşmüş,  ona  Cənnət  və  Cəhənnəm  göstərilmiş,  5  vaxt  namaz  əmr 

edil


mişdir. 

 

M



ədinə dövrü 

Peyğəmbərin  (s.a.v) bütün səylərinə  rəğmən Məkkə  müşrikləri 

Allahın  nazil  etdiklərinə  göz yumaraq müsəlmanlara  əziyyətdən  əl 

ç

əkmədilər və iman etmədilər. Buna görə də islamın 13-cü ilində (622) 



müs

əlmanlar Məkkədən Mədinəyə hicrət etməli oldular. Bundan sonra 

islamın və peyğəmbər (s.a.v.) həyatının Mədinə dövrü başladı.  

Müs


əlmanların  üç  qrup  düşməni var idi: Məkkəli  müşriklər  – 

bütp


ərəstlər, Mədinə  və  onun  ətrafinda olan yəhudilər və  münafiqlər 

(2).Hicr


ətin ikinci ilindəmüşriklərin sərhəd bilməyən  düşmənlikləri 

müqabilind

ə  müsəlmanlar  müdafiə  məqsədilə  onlarla  savaşmaq 



m

əcburiyyətində qaldılar. Bu ildə həmçinin qiblənin istiqaməti Qüdsdən 

M

əkkə  istiqamətinədöndərildi.  Oruc, zəkat,  zilhiccə  ayında  qurban 



k

əsmək,bayram namazı qılmaq fərz qılındı. 

İslam  dininin  Mədinə  şəhərində  sürətlə  yayılması  və 

müs


əlmanların  Məkkə-Şam  ticarət yolunu nəzarət  altına  almaları, 

M

əkkəlilərin dini və  iqtisadi həyatını  təhlükəyə  salmışdı  (5).  Hicrətin 



ikinci ilind

ə (624) müsəlmanların Məkkədə qoyub çıxdıqları mallarını 

müşriklər talan etdilər. Məqsəd onlarıkarvanla Şama aparıb satmaq və 

əldə edilən gəlirlə ordu hazırlamaq idi (1, s.151). Əbu Sufyanın başçılıq 

etdiyi bu karvan 

Şama  getmiş  və  əldə  edilən  haram  qazancla geri 

dön

ərkən  peyğəmbər (s.a.v) bu hadisələrdən xəbər tutmuşdur.  Malları 



əsl sahiblərinə qaytarmaq məqsədilə karvanın üzərinə hərəkətə keçməyi 

planlaşdırdılar.  Hz.  Məhəmmədi (s.a.v.)  öldürmək üçün fürsət axtaran 

Əbu  Cəhl bu fürsəti  əldən vermək istəmədi.  Nəticədə  1000 nəfərdən 

artıq Məkkə müşriki ilə 300 nəfər müsəlman arasındaBədr döyüşü baş 

verdi.  

Qüvv


ələrin qeyri-bərabər olduğu döyüş müsəlmanların qələbəsi 

il

ə nəticələndi. Bunun səbəbi Qurani Kərimdə öz əksini belə tapmışdır. 



“Bu zaman “Siz R

əbbinizdən yardım istəyirdiniz. O, da “sözsüz 

ki, M

ən sizin imdadınıza bir-birinin ardınca min mələklə çataram” deyə 



duanızı qəbul etmişdi” (Əl-Ənfal surəsi, 9) (1, s.154; 7) ayəsinin nazil 

olması  ilə  müsəlmanlara  Allahdan (c.c.)  bir  əmniyyət  bəxş  edildi  və 

d

öyüş müsəlmanların qələbəsi ilə başa çatdı (1;5).Özgüvəni artıran bu 



döyüşdən sonra müsəlmanların əldə etdiyi xeyli sayda qənimət döyüşçü 

v

ə  yoxsul  insanlar  arasında  bölüşdürüldü.  Bir hissəsi (1/5) isə  xəzinə 



üçün  ayrıldı.  Müsəlmanlar  əsir  düşən  (70 nəfər)  məkkəlilərin bir 

qismini fidy

ə, bir qismini də  10  nəfər  müsəlman  uşağa  yazmaq və 

oxumağı öyrətmək şərtilə sərbəst buraxdılar. Bu hadisə bir çox insanın 

islamı qəbul etməsinə səbəb oldu. 

M

əkkəli  müşriklərin  Bədrdə  məğlub  olmalarına  qarşılıq  olaraq 



onlar  müs

əlmanların  Mədinə  şəhəri  yaxınlığındakı  torpaq  ərazilərini 

dağıtdılar  vədigər  bir  sıra  mühüm  məsələlər  625-ci  ildə  Uhud 

döyüşünün baş verməsinə səbəb oldu. Bu döyüşdə də üç minlik müşrik 

ordusu ilə yeddi yüz müsəlman ordusu üz-üzə gəldi (1, s.155). Döyüş 

müsəlmanların üstünlüyü ilə davam etsə də sona yaxın peyğəmbər s.a.v-

in verdiyid

öyüş  tapşırığını  pozmaları  onların  xeyli  itgi  vermələrinə 

səbəb  oldu.Bütpərəstlərin  öldürmək  üçün  peyğəmbəri  (s.a.v) 




mühasirəyə aldıqları zaman on beş səhabə vücudlarını sipər edərək onu 

qoruya bildilər. Lakin bir qılınc zərbəsi nəticəsində rəsulallahın yanağı, 

dodağı, başı yaralandı və dişinin biri sındı. Müşriklərdən biri onu hədəf 

alaraq ox atdığı zaman Talha bin Ubeydullah oxu tutmaq istədi, ancaq 

ox  onun  əlini  deşib  keçdi.  Sonralar  bu  səhabə  haqqında  peyğəmbər 

(s.a.v) “Cənnətlik insan görmək istəyən Talha bin Ubeydullaha baxsın” 

– 

deyə  buyurmuşdur  (1,s.157).    Bu  döyüşdə  peyğəmbərimizin  (s.a.v) 



əmisi Hz.Həmzə, səhabələrdən Musab bin Ümeyr və digər bir çoxları 

şəhid oldular. 

Müsəlmanlar  ilə  bütpərəstlərin  arasında  627-ci  ildə  növbəti 

döyüş  Xəndək  savaşı  baş  verdi.  Bu  Məkkəli  bütpərəstələrin 

müsəlmanları  zəiflətmək  üçün  etdiyi  növbəti  cəhd  idi.  Başlanğıcda 

müdafiə  xarakteri  alan  müsəlmanlar  olsalar  da  sonda  bütpərəstlər 

müdafiə  mövqeyinə  keçməli  olmuşdurlar.On  min  qoşunla  Mədinəyə 

gəlmiş  müşriklər  öncə  şəhərin  ətrafına  müdafiə  məqsədilə  qazılmış 

geniş  xəndəklərdən  keçə  bilmədirlər. Uzaqdan ox atmaqla 

kifayətlənməli oldular. Bir müddətdən sonraAllahın göndərdiyi rüzgar, 

şiddətli yağış və fırtına qarşısında dözə bilməyib geri qayıtmalı oldular. 

Lakin savaşlar bununla yekunlaşmadı.  

Hicrətin  onuncu  ilində  Hz.  Məhəmməd  (s.a.v.)  Kəbəni  ziyarət 

etmək  qərarına  gəldi.  Bütpərəstlər  isə  döyüş  hazırlığı  edirdilər. 

Peyğəmbər  (s.a.v.)  bunun  əksi  olaraq  onları  anlaşmağa  çağırdı  və 

beləliklə  tərəflər  arasında  tarixdə  Hüdeybiyyə  anlaşması  (628) kimi 

bilinən  müqavilə  imzalandı.  Müqavilə  ilk  baxışda  müsəlmanların 

əleyhinə  olsa  da  növbəti  illərdə  Məkkədə  müsəlmanların  sayı  artığı 

üçün  şərtlər  onların  lehinə  çevrildi.  Müqavilənin  şərtlərinə  əsasən 

müs


əlmanlar  növbəti  il üçün Kəbəni ziyarət edə  biləcək,  Məkkədə 

İslâm dinin qəbul edənlər Mədinəyə hicrət etməyəcək və tərəflər on il 

savaşmayacaqdılar. Müqavilənin imzalanması nəticəsində müsəlmanlar 

Məkkədə rahat yaşamağa başladılar (6).  

629-

cu  ildə  bütpərəstlərdən  sonra  düşmənçilik  mövqeyi  tutan 



yəhudilərin məğlubiyyəti ilə nəticələnənXeybər döyüşübaş verdi.  

Bütün bunlara 

yanaşı  peyğəmbər  s.a.v.  həmdövrü  olduğu 

hökümdarları  islama  dəvət  etmək  üçün  məktublar  göndərirdi.  Belə 

dəvətlərdən  biri  Gassanilərə  edilmişdi.Onlara  göndərilmiş  elçinin 

öldürülməsi  nəticəsində  müsəlmanların  məğlubiyyəti  ilə  nəticələnən 



Mütə döyüşü (629) baş verdi.  


Peyğəmbər  s.a.v.-in  islam  yolunda  çəkdiyi  əziyyətlər  bunlarla 

bitmədi.  Belə  ki,  630-cu  ildə  bütpərəstlərin  pozduğu  Hüdeybiyyə 

müqaviləsi  müsəlmanların  Məkkəni  fəth  etməsinə  gətirib  çıxardı. 

Bunun ardınca bütpərəstlərin məğlub edildiyi Hüneyn savaşı (630) və 

taiflilərlə  bağlı  Taif  (630)  mühasirəsivə  Bizans  üzərinə  olan  Təbuk 

səfəri (631) kimi hadisələr də baş vermişdir. 

632-


ci ildə müsəlmanlar həcc ziyarətində oldular və bu ibadətin 

sonunda  peyğəmbər  s.a.v  İslam  dünyası  üçün  Qurani  Kərimdən  sonra 

axirətə  qədər  insanlığa,  bəşəriyyətə  bələdçilik  edəcək  dəyərli  “vəda 

xütbəsi”ni dedi və ondan cəmi bir neçə ay sonra vəfat etdi.Lakin bu Hz. 

Məhəmmədin (s.a.v) peyğəmbərlik missiyasındavizual cismani son olsa 

da, 


məna aləmində nə dünya, nə də axirət həyatı üçün SON deyildir. 

 

Ədəbiyyat 

1.Rahim

ə  Qaya.  Allahın  elçisi  Həzrəti Məhəmməd (sallallahu 



əleyhi və səlləm) / Tərc. Firdovsi Səfərli.- Bakı: Xəzər, 2012.- 168 s. 

2.http://www.muhammed.gen.tr/hz-muhammed-hayati-uzun/ 

3.http://www.azerislam.com/?lngs=aze&cats=1&ids=389 

4. 


https://www.qafqazislam.com/index.php?lang=az§ionid=106 

5. http://www.tarihin.com/hz-muhammedin-sav-seferleri/bedir-

savasi.html 

6.http://sosyalbilgilerci.blogcu.com/islam-tarihi-ders-notu-hz-

muhammed-dort-halife-emeviler-abba/3646199. 

7.Qurani K

ərim /tərc. ed. Z.Bünyadov, V.Məmmədəliyev 

//https://az.wikisource.org/wiki/Quran. 

8. 

http://www.ikinciabdulhamid.com/iaforum/boykot-



anlasmasini-yiyen-bocek-t127.html 

9.http://kitab.hicabli.az/article.php?id=2804 



 

Yüklə 107,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə