Ala qarğa Yaxud şəhvətpərəst keşişin bağışlanan günahı Müasir dövrümüzdə milli-etnik münaqişələrin çözülməsi istiqamətində konfliktoloqlar



Yüklə 72,1 Kb.
Pdf görüntüsü
tarix08.01.2018
ölçüsü72,1 Kb.
#19994


“Xalq qəzet”.-2013.-7 fevral.-N 28.-S.4. 

Ala qarğa 

Yaxud şəhvətpərəst keşişin bağışlanan günahı 

Müasir  dövrümüzdə  milli-etnik  münaqişələrin  çözülməsi  istiqamətində  konfliktoloqlar 

tərəfindən müxtəlif məzmunlu layihələr işlənib hazırlanır və dünyanın bir sıra bölgələrində sülh və 

əmin-amanlıq  yaratmaq  üçün  bu  layihələrin  tətbiqi  ilə  millətlər  arasında  barış  mühitinin  bərpa 

olunmasına  cəhdlər  göstərilir.  Dünya  praktikasında  münaqişə  tərəflərinin  qarşılıqlı  güzəştləri 

qəbul  etməsi  üçün  həmin  millətlərdən  olan  kreativ  intellektualların  yaradıcı  ideyalarından  da 

dəfələrlə  istifadə  olunması  və  bəzi  hallarda  bunun  doğrudan  da  səmərəli  olması  faktları  da 

məlumdur. 

 

Əkrəm Əylislinin əsəri ətrafında ajiotaj yarananda ağlıma gələn ilk fikir yazarın məhz belə bir cəhddə 



bulunduğunu düşünərək, sadəcə azsaylı oxucu tərəfindən düzgün anlaşılmaması ehtimalı oldu. Onun "ala 

qarğa" kimi görünüb "ucuz şöhrət" dalınca qaçmaq cəhdlərini hələ ötən əsrin 70-ci illərində yeniyetmə 

yaşlarımda ikən oxuduğum əsərlərindən sezmişdim. O zamanlarda dövrün senzurası ilə bədii yaradıcılığa 

qoyulmuş qaydalardan biri də bədii əsərdə erotik məzmunlu təsvirlərə yol verilməməsi idi. Bu senzuranı 

dəf  edərək  əsərində  yüngülcə  bir  səhnəni  təsvir  etməyə  müvəffəq  olan  yazarların  həmin  əsərləri  dərhal 

maraq yaradır və onların daha geniş kütlə tərəfindən oxunmasına səbəb olurdu. Bu qəbildən olan yazarlar 

yalnız "ala qarğa" kimi başqalarından nəiləsə fərqlənməklə geniş oxucu auditoriyasının diqqətini cəlb edə 

bilirdilər.  Bir  sıra  sovet  yazıçıları,  o  cümlədən  Əkrəm  Əylisli  və  Maqsud  İbrahimbəyov  kimiləri  də  bu 

üsuldan yararlanaraq əsərlərinə ötəri populyarlıq gətirməyə nail ola bilmişdilər. 

Həmin  dövrdə  çox  fərqli  janrlarda  yazan  Anar,  Elçin  Əfəndiyev,  Bəxtiyar  Vahabzadə,  Nəbi  Xəzri, 

Əlibala Hacızadə kimi bir sıra yazarların əsərləri beyinlərə, şüurlara və qəlblərə işləyə bilməsi ilə geniş 

oxucu  kütləsi  tərəfindən  həvəslə  oxunurdusa,  Əkrəm  Əylisli  və  Maqsud  İbrahimbəyov  kimi  yazarların 

əsərləri də məhz içərisindəki yarım və ya bir səhifəlik erotik səhnələrin təsvirindən doğan maraq xatirinə, 

xüsusən də çoxsaylı yeniyetmələr tərəfindən oxunurdu. Əsərlərinin az qala hər sətri beyinlərə birdəfəlik 

həkk  olunan  birincilərdən  fərqli  olaraq,  ikincilərin  yazdıqları  bir  az  öncə  qeyd  etdiyim  səhnələrin 

məzmunu  istisna  olmaqla,  dərhal  unudulur  və  bu  əsərlərin  hansısa  ümumbəşəri  və  ya  həyati 

əhəmiyyətindən  nəinki  danışmaq,  hətta  bu  barədə  düşünmək  belə  heç  kimin  ağlına  gəlməzdi.  Mən  də 

bütün oxucular kimi, həmin əsərləri oxuyub elə o zamanda da unutmuşam. Yaddaşımın kifayət qədər iti 

olmasına  əminliyimə  baxmayaraq,  hətta  yeriyə  və  gəzə  bilmədiyim  yaş  dövrümün  də  müxtəlif 

epizodlarını asanlıqla xatırlaya bilsəm də, Əkrəm Əylislinin 70-ci illərdə oxuduğum kitablarında o zaman 

hiss etdiyim bu "ucuzluqdan" başqa əhəmiyyət kəsb edən hər hansı bir epizodu xatırlamıram. Ona görə də 

sosial şəbəkələrdə sürətlə yayılmağa başlayan reaksiyaları müşahidə edə-edə bir anlığa Əkrəm Əylislinin 

həvəslə özünə yaratdığı "ala qarğa" imicini xatırladım və onun ahıl yaşda, bəlkə də sonuncu dəfə "ucuz 

şöhrət" ovuna çıxdığını güman edərək nə vaxtsa bu əsəri də oxuyub kənara atacağımı düşündüm. 

Cəmi  bir  neçə  saat  sonra  Əkrəm  Əylislinin  televiziya  müsahibəsini  izləyərkən  aparıcının  suallarına 

verdiyi  qeyri-müəyyən  cavablar,  gözlərindən  yağan  çaşqınlıq  və  hiyləgərlik,  hətta  aparıcının  oxucular 

adından  səsləndirdiyi  iradlara  qarşı  "minnətli"  cavabları  məni  təəccübləndirdi  və  hətta  narahat  etməyə 

başladı.  Şərhlərində  hansısa  bir  qeyri-səmimiliyin  olduğu  açıq-aşkar  sezilirdi.  Bu  məni  həmin  gecəni 

yatmayıb  sözügedən  romanı  birnəfəsə  oxumağa  məcbur  etdi.  Bilgisayarda  haqqında  danışılan  əsəri 

tapanda nə qədər sevinmişdimsə, az sonra o qədər də təəccüb və təəssüf hissi məni boğmağa başladı. 

Əsərin  lap  əvvəlində  qeyri-normal  adam  fizionomiyasında  təsvir  olunan  "azərbaycanlı"  Nüvarişin 

guya məşhur teatr aktyoru olması, amma buna rəğmən hadisələrin gedişində onu heç kimin tanımamasını, 

ömrü  boyu  aktyorluq  etmiş  bir  sənətkarın  öz  fikrini aydın  ifadə  edə  biməməsini,  eləcə  də  həddən artıq 

nevroz  vəziyyətdə  olan  "azərbaycanlı"  həkim  Fariz  Fərzaninin  ətrafda  baş  verənlərdən  guya  böyük 

sarsıntı  keçirdiyi  halda,  həm  də  zarafat  etməsini  bədii  üslubda  "şərtilik"  məfhumunun  ayağına  yazaraq 

bunun  çox  uğursuz  bir  təsvir  olduğuna  təəssüf  etdim.  Lakin  bu  qədər  səs-küy  yaratmış  yazının  üslub 

xüsusiyyətlərini  təhlil  etmək  fikrini  beynimdə  dərhal  arxa  plana  keçirib,  bu  təsvirlərin  nə  ilə  davam 

edəcəyini  öyrənməyə  və  yazının  mahiyyətini  anlamağa  tələsdim.  Lakin  bir  sətirdən  digərinə  keçdikcə 

bayaqkı  təəssüf  hisslərim  heç  gözləmədiyim,  rastlaşacağıma  inanmaq  istəmədiyim  təəccüb  və  qəzəblə 

əvəzlənirdi.  Oxuduqca  fikrim  Əkrəm  Əylislinin  qəhrəmanlarının  sərsəmləmələrindən  ayrılaraq  onun 

özünün  üzərinə  keçir,  bunları  qələmə  alarkən  onun  nələr  düşündüyünü  xəyalımda  canlandırmağa 

çalışırdım. Sətirləri gözlərimlə qaça-qaça oxusam da, artıq hətta oxuduğumu belə anlamağa çətinlik çəkir, 




lakin  necə  olursa-olsun,  hər  bir  cümləni  diqqətlə  oxuyub  anlamaq  üçün  yenidən  özümü  toplamağa 

çalışırdım. Ömrümdə ilk dəfə idi ki, kitab oxumaqdan zövq almaq əvəzinə əzab çəkdiyimi hiss etdim! Bu 

əzab  bu  qədər  məşəqqətlərdən  və  ölümlərdən  keçmiş  bir  millətin  içindən  birisinin  çıxaraq  birdən-birə 

hamının  bildiyi  həqiqətləri  bütün  topluma  baş-ayaq  tərzdə  təqdim  etməsini  anlaya  bilməməkdən  doğan 

acı təəssüf əzabı idi. Yalnız əsəri oxuyub qurtarandan sonra bu müddət ərzində vücuduma hakim kəsilən 

hissiyyatın bu yazının xəyanət olduğunu, riyakar bir məqsədlə qəsdən edildiyini qəbul etməkdən doğan 

qəzəb və nifrət olduğunu başa düşdüm. Nifrət və qəzəb üçünsə kifayət qədər əsas vardı! Belə ki, müxtəlif 

zamanlarda  zori  balayan,  silva  kaputikyan  kimi  manyak  erməni  təxribatçıları  tərəfindən  türklərə  və 

azərbaycanlılara  qarşı  irəli  sürülən  böhtan  və  iftiralardan  yoğrulmuş  bütün  iddialar  bu  əsərdə 

cəmləşdirilmişdir.  Ən  dəhşətlisi  isə  Əkrəm  Əylislinin  bunları  məhz  "azərbaycanlı"  kimi  təqdim  etdiyi 

personajların dilindən səsləndirməsidir. 

Əsər  başlayar-başlamaz  guya  Nüvarişin  "ermənilər  yox,  bizlər  pisik"  deyərək  erməni  xislətini 

tərifləməsi,  30  il  Moskvada  yaşayıb  son  3  ildə  Azərbaycana  qayıtmış  həkim  Fariz  Fərzaninin  guya  bu 

vəhşilikləri  görüb  vətənə  dönməsindən  peşmançılıq  çəkməsi  adamı  vahiməyə  salır.  Yanlış  anlamayın, 

mən əsərdə cərəyan edən hadisələr qarşısında yox, yazıçının saxta fantaziyası qarşısında olan vahimədən 

danışıram. 

Müəllifin  "azərbaycanlı"  kimi  təqdim  etdiyi  əsas  personajlar  -  Saday  Sadıqlı,  Nüvariş  Qarabağlı, 

doktor  Abasəliyev,  doktor  Fərzani  və  Əylis  kəndində  yaşayan,  epizodik  təsvirlərdə  rast  gəlinən  kənd 

adamlarıdır.  Lakin  onların  heç  birinin  öz  hərəkətləri,  davranışları  ilə  azərbaycanlıya  xas  olan,  hamı 

tərəfindən  tanınan  xüsusiyyətləri  daşımaması  da  adamı  şaşırır.  Axı,  bunlar  bizim  azərbaycanlılarımız 

deyil!  Belə  təsəvvür  yaranır  ki,  Əkrəm  Əylisliyə  ermənilərlə  azərbaycanlıların  yerini  sanki  qəsdən 

dəyişdirməklə məhz bunun doğura biləcəyi anlaşılmazlıq və ajiotaj lazım imiş! Burada azərbaycanlı kimi 

təsvir edilən personajların hamısının davranışı, düşüncələri, münasibətləri bütünlüklə ermənilərə xas olan 

xüsusiyyətləri daşıyır. Məsələn, Əkrəm Əylislinin "ziyalı azərbaycanlısı" səhər tezdən acqarına iki qədəh 

konyak içərək özünə gəlir və yalnız bundan sonra ətrafı adekvat qavramağa başlayır. Və ya "...ermənilər 

kimi mədəni, ədalətli, zəhmətkeş insanlar dünyanın heç yerində yoxdur" deyərək ömrü boyu guya erməni 

taciri  Zəkəriyyənin  qeydlər  apardığı  gündəliyi  axtaran  doktor  Abasəliyev  obrazı  zori  balayan,  silva 

kaputikyan  kimi avantürist araqarışdıranların çox uğurlu prototipi olduğuna baxmayaraq Əkrəm Əylisli 

onu  məhz  "azərbaycanlı"  kimi  təqdim  edir  və  onun  dilindən  Azərbaycan  xalqına  iftiralar  və  hədyanlar 

yağdırır. Ən maraqlısı və komik olan isə odur ki, əsərin sonunda Abasbəylinin tapdığı və ölüm ayağında 

can  verən  kürəkəni  Saday  Sadıqlıya  oxuduğu  "sehrli"  gündəlikdə  göstərilən  tarixlərdə  buralarda  hələ 

ermənilərin izi-tozu da yox idi. Belə həyasız bir saxtakarlığı öz əsərində təqdim etməklə Əkrəm özünü bir 

az öncə adlarını çəkdiyim erməni psixopadları ilə eyni cərgəyə qoyur! 

Yəqin ki, ən azı 75 illik mənfur həyatı boyunca Bakıda gecə bordellərinin məhz erməni "qreta"larının, 

"janna"larının mənzillərində təşkil olunduğunu və orada əsl şəhvətin dadını heç bir millətə xas olmayan 

məharətlə  hiss  etdirməyi  bacaran  gənc  erməni  qızlarının  xidmət  göstərməsi  ilə  ermənilərin  özlərinin  də 

həmişə  fəxr  etdiyini  hamı  kimi  Əkrəm  Əylisli  də  bilirdi.  Amma  bunu  bilə-bilə,  Şahqacar  adlı  bir 

azərbaycanlının Şuşadan Bakıya köçərək guya erməni qonşusu Qreta Sarkisovnanı öz evindən çıxararaq 

onun  mənzilində  "bordel"  açması  kimi  əxlaqsız  bir  səhnəni  uydurmağa  Əkrəmi  nə  vadar  etmişdir? 

Ümumiyyətlə,  azərbaycanlılara  təbiətən  yad  olan  ən  çirkin  xüsusiyyətləri  soydaşlarımız  kimi  təqdim 

etdiyi  obrazlarda  cəmləşdirən  müəllif  sanki  ömründə  heç  vaxt  heç  bir  azərbaycanlı  ilə  rastlaşmayıb  və 

onda  azərbaycanlı  məişəti,  mədəniyyəti,  bu  xalqın  mənəvi-əxlaqi  dəyərləri  haqqında  heç  bir  təsəvvür 

olmayıbmış. Min illərlə ölçülü-biçili həyat tərzi formalaşdırmış bir xalqın, belə davranışın ən azı mənəvi 

cəhətdən tabu sayıldığı bir cəmiyyətin nümayəndəsini "bordel təşkilatçısı" rolunda təsvir etmək arzusu və 

cəhdi onun ağlına necə gəlmişdi? 

Xalq Cəbhəsindən hər kim istəsə nəinki "makar" və ya "kalaşnikov", hətta pulemyot belə ala bilməyin 

mümkünlüyünü  iddia  edən  Əkrəm  Əylisli  görəsən  özü  də  "vəhşi  azərbaycanlılardan"  qorunmaq  üçün 

silah-sursat almışdımı və ya heç olmasa bu iftiraları təsdiq edə bilən bircə nəfər şahidi varmı? Zamanında 

xalqın azadlıq mübarizəsində öz tarixi rolunu oynamış milyonların hərəkatına və xalqımızın tarixinə qara 

yaxmaqda Əkrəm Əylislinin məqsədi nə imiş? 

Xalqın azadlıq mübarizəsində zərrəcə xidməti və əməyi olmamış bir nadanın cəbhədə öz canını qurban 

etmiş milli qəhrəman atasını - xalq şairi Xəlil Rza Ulutürkü "sərsəm bir mağara adamı" (Ə.Ə-nin ifadəsi) 

kimi  təsvir  etməsi  hansı  bədii  üsluba  və  etik  çərçivəyə  sığır.  Görəsən,  Əkrəm  olmasaydı,  belə  bir 

şərəfsizliyi öz üzərinə götürən ikinci birisi tapılardımı? 

Düzlük,  ədalət  mücəssəməsi  kimi  canlandırmağa  cəhd  etdiyi  Saday  Sadıqlı  obrazının  dili  ilə tez-tez 

"Bıvşiy" və "Nıneşnıy" epitetləri ilə eyham etdiyi "Xozyain" və ya "Pervıy" şəxsin "xalqın mənliyini və 

ləyaqətini  əlindən  aldığını"  iddia  edən  Əkrəm  Əylisli  özü  "xalq  yazıçısı",  "əməkdar  incəsənət  xadimi" 



adlarını,  "Şöhrət"  və  "İstiqlal"  ordenlərini  öz  mənliyini  və  ləyaqətini  sataraq  aldığını  etiraf  edirmi  bu 

əsərdə?  Əsərin  əvvəlindən  sonuna  qədər  huşu  özünə  qayıtmayan  və  azacıq  da  olsa  özünə  gələn  kimi 

"Eçmiədzin" pıçıldayaraq xaç çevirməyə cəhd edən, lakin sona qədər buna nail olmayan Saday Sadıqlının 

prototipi Əkrəm Əylislidirsə, niyə ona Azərbaycanın fəxri adları və ordenləri veriləndə onlardan imtina 

etməmişdi?  Hətta  Sumqayıt  hadisələrinin  "Xozyain"  tərəfindən  təşkil  olunması  ehtimalını  öz  obrazının 

dilinə gətirən Əkrəm Əylisli Sumqayıt hadisələri ilə bağlı aparılan istintaqın nəticələrindən xəbərsiz ola 

bilərdimi?  Əlbəttə,  yox!  Buna  baxmayaraq  belə  bir  fərziyyəni  ortaya  atmağın  kimlərin  arzusuna  uyğun 

olduğunu başa düşmək və bunun nə məqsədlə ortaya atıldığını anlamaq Azərbaycan oxucusu üçün heç də 

çətin deyil. 

Bütün əsrlərdə Azərbaycana səfər etmiş əcnəbilərin dinindən, irqindən, milliyyətindən asılı olmayaraq 

bütün  insanların  bu  ölkədə  dünyanın  heç  bir  yerində  rast  gəlinməyən  unikal  bir  tolerantlıq  şəraitində 

yaşadığını etiraf və təsdiq etdiyi hamımıza  və bütün dünyaya  yaxşı məlumdur.  Buna baxmayaraq guya 

"cahil  və  vəhşi  nardaranlıların" az  qala  "Saday  Sadıqlı  kimi  gözəl  bir  insanı"  öldürəcəyini təsvir  etməsi 

Əkrəm  Əylislinin  xəstə  təxəyyülünün  məhsulu  deyilmi?  Bu  ölkədə  vəhşi  müsəlman  fanatiklərinin 

yaşadığını  iddia  edən  Əkrəm  Əylisli  təkcə  erməniləri  tərif  etmir,  o  sətirarası  ifadələrində 

azərbaycanlılardan başqa bizi əhatə edən bütün millətlərə - farslara və xüsusən də ruslara rəğbətini izhar 

edir. Guya uzun illər Moskvada yaşamış və "heç bir psixoloji disharmoniya hiss etməmiş" doktor Fərzani 

yenicə əməliyyat etdiyi Saday Sadıqlıya "bir daha bu vəhşilərin əlinə düşməməyi" arzulayır, Moskvadakı 

evini bakılı bir rusla dəyişdirib öz vətəninə köçməsini isə "həyatının  ən bağışlanmaz səhvi" hesab edir. 

Əkrəm  Əylisli  bilmirmi  ki,  Rusiyada  hər  il  qeyri-millətlərə  mənsub  olan  yüzlərlə  insanın  skinhedlərin, 

neo-faşistlərin,  millətçilərin  əlində  vəhşicəsinə  öldürüldüyünü  heç  ruslar  özü  də  inkar  etmir.  Bugünün 

özündə Rusiyada yaşayan hansı millətlərin nümayəndələri özlərini Azərbaycandakı kimi təhlükəsiz hiss 

edə bilir ki, onun qəhrəmanı belə fikirləşsin. 

Əkrəm  Əylislinin  "ziyalı  azərbaycanlıları"  həmin  dövrdə  azadlıq  mübarizəsinə  qalxmış  xalqın  Bakı 

küçələri  ilə  keçərək  "Azadlıq",  "İstefa"  və  "Qarabağ"  şüarları  səsləndirməsini  "ibtidai  icma  quruluşu 

zamanı  yaşamış  insanların  ov  səhnəsinə"  bənzədir.  O  öz  personajlarının  dili  ilə  bu  primitiv  insanların 

cəmi bir neçə söz bildiklərini iddia edir ki, bu da "Qarabağ", "Azadlıq", və "İstefa" sözləri imiş. Onlar - 

yəni Əkrəmin "azərbaycanlı ziyalıları" nəyə görəsə bu şüarların mənasını və bu adamların nə istədiklərini 

başa düşə bilmirlər. Bəs görəsən ibtidai dövrün insanları hesab etdiyi bu kütlənin də bildiyi cəmi bir neçə 

sözü  başa  düşməyən  Əkrəm  Əylisli  özü  hansı  dövrün  insanabənzəridir  ki,  "Qarabağ",  "Azadlıq"  və 

"İstefa" sözlərinin mənasını anlaya bilməmişdir. 

Ermənilərin  guya  lap  qədimlərdən  Əylisdə  cənnət  guşəsi  yaratdığını,  türklərin  isə  gəlib  bu  cənnəti 

darmadağın etdiyini və "məsum erməni xalqını" qılıncdan keçirdiyini iddia edən Əkrəm Əylisli göstərir 

ki,  "buna  baxmayaraq,  ermənilər  öz  millətini  və  Allaha  olan  etiqadını  qoruyub  saxlaya  bilmişlər". 

Dünyanın  bütün  elmi  mərkəzləri  tərəfindən,  o  cümlədən  bir  çox  erməni  tarixçiləri  tərəfindən  Qafqaz 

ərazisində  yerləşən  Alban  kilsələrinin  bir  qisminin  rus  çarının  üzərində  bugünədək  möhürü  və  imzası 

saxlanılan  məlum  qərarı  ilə  buralara  köçürülmüş  ermənilərin  istifadəsinə  verildiyinin  dəfələrlə  təsdiq 

olunmasına  baxmayaraq,  Əkrəm  Əylislinin  bu  kilsələr  haqqında  "öz  həqiqətləri"  varmış.  Əylis  kəndini 

ermənilərin "Məkkə" və "Mədinə"si hesab edən Əkrəm Əylisli, Vuraqırd kilsəsinin günbəzindən süzülüb 

gələn  günəş  şüalarını  "Allahın  təbəssümü"  adlandırmaqla  erməni  yaltaqlığında  və  təəssübkeşliyində  ən 

mənfur ermənilərin özlərini belə ötüb keçməyə müvəffəq olmuşdur. 

Əsərin  bütün  fəsillərində  Əylisdə  vaxtilə  12  erməni  kilsəsinin  mövcud  olduğunu  və  sonradan 

müsəlmanların onlardan dördünü tamamilə dağıdıb yer üzündən sildiyini iddia edən Əkrəm Əylisli bir az 

da uzağa gedərək ümumiyyətlə Şumer mədəniyyətinin mövcudluğunu tanımadığını dilə gətirir. Belə çıxır 

ki, az öncə "ibtidai insanların" (yəni azərbaycanlıların) səsləndirdiyi "Azadlıq" şüarını anlamayan Əkrəm 

Əylisli burada artıq həyasızlıq edərək yüz illərlə aparılan araşdırmalar nəticəsində Şumer mədəniyyətini 

bir sıra müasir mədəniyyətlərin mənbəyi hesab edən dünya tarixçilərinin hamısı ilə mübahisəyə girişir. 

Ta  qədimdən  ermənilərin  "böyük  mədəniyyətə"  malik  olduğunu  dəfələrlə  gözə  soxmağa  çalışan 

müəllif hər cür vəchlə Əylisi bu mifik erməni mədəniyyətinə bağlamağa çalışır, lakin bütün Yer kürəsində 

onun  kökünü  tapa  bilmədiyindən  onu  Parisə  və  İstanbula  bənzətməli  olur.  İddia  edir  ki,  guya  buradakı 

kilsələrə  görə  Əylisi  gah  "balaca  Paris",  gah  da  "balaca  İstanbul"  adlandırmışlar.  Bu  məntiqlə  bir  gün 

Əkrəm və onun kimi erməni sərsəmləri Parisin və İstanbulun da erməni ustalar tərəfindən tikildiyini iddia 

edəcəklərinə şübhəniz olmasın. 

Saday Sadıqlının uşaqlıq dostları Babaşın və Camalın hələ uşaq yaşlarında ikən sünbül toplamaqdan 

və  məktəbdən  asudə  vaxtlarında  birlikdə  oynadıqlarını  təsvir  edərkən  müəllif  özü  də  sanki  fərqinə 

varmadan  onları  ehmalca  kilsələrin  divarları  üzərinə  gətirir  və  guya  bu  çocuqların  iş-gücünün  elə  Daş 

kilsənin  divarları  üzərindəki  mərmər  heykəlləri  və  Vanq  kilsəsinin  üzərindəki  daş  xaçları  sındıraraq 



erməni  izlərini  itirməkdən  ibarət olduğunu  göstərir.  Beləliklə,  Əkrəm  Əylisli son  iki  əsr ərzində  erməni 

saxtakarların  Alban  kilsələrinin  başına  gətirdiyi  vandalizmi  Əylis  küçələrində  oynayan  azyaşlı 

azərbaycanlı uşaqların adına yazmaqdan belə utanmır! 

Bu bədnam əsərin hər cümləsindən yox, hətta hər bir sözündən Əkrəm Əylislinin azərbaycanlılara və 

türklərə bəslədiyi kin və nifrət süzülüb axır. Onun üfunətli daxilindən axıb gələn bu çirkabın içində hətta 

türklərlə azərbaycanlıları qarşı-qarşıya qoymaq cəhdi də özünü açıq-aydın göstərir. Belə ki, Əylis sakini 

Nübarın dilindən guya 1919-cu ildə Əylisə gələrək erməniləri güllələmiş Adif bəyə lənət yağdıran Əkrəm 

Əylisli  bu  epizodu  da  uydurmaqla  guya  burada  yaşayan  azərbaycanlıların  məhz  erməniləri  qırdıqlarına 

görə türklərə nifrət bəslədiyini iddia edir. 1918-19-cu illərdə təkcə Əylisdə yox, Azərbaycanın demək olar 

ki, bütün bölgələrində erməni quldurları tərəfindən azərbaycanlılara qarşı törədilən qətliamların qarşısını 

türk  ordusu  almadımı?  Bu  qardaşlıq  dəstəyinə  görə  Azərbaycanda  özünü  ulu  türk  millətinə  və  türk 

ordusuna borclu saymayan bircə nəfər tapmaq mümkündürmü? Bu ki, balacadan böyüyə hamının bildiyi 

sadə bir həqiqətdir. Bütün dünyaya bəlli olan bir həqiqəti belə bir həyasızlıqla təhrif etməyə nə ad vermək 

olar? 


Əkrəm Əylislinin təsvirinə görə, Əylisin hər bir küçəsində, hər bir evin üzərində "lənətə gəlmiş Adif 

bəyin"  silahlıları  tərəfindən  öldürülmüş  ermənilərin  ruhu  gəzirmiş.  Onun  ölüm  aqoniyasında  olan 

"azərbaycanlı" qəhrəmanı Saday Sadıqlının da ruhu bu erməni ruhlarına qarışaraq Əylisin üzərində süzür 

və müəllifin xüsusi bir məhəbbətlə vəsf etdiyi erməni kilsəsinin üzərində dolaşır. Uydurduğu tarixin eyni 

zaman  kəsiyində  Azərbaycanın  müxtəlif  bölgələrində  Andranik  quldurlarının  zorlayaraq  öldürdüyü  qız-

gəlinlərin,  qarınları  nizələrlə,  qılınclarla  yarılan  hamilə  müsəlman  qadınlarının,  əl-qolu  bağlı  halda 

boyunları  vurulan  müsəlman  kişilərin,  qapıları  çöl  tərəfdən  qıfıllanmış  məscidin  içərisində  diri-diri 

yandırılıb  külə  döndərilən  Azərbaycan  türklərinin,  şaxtalı  qış  gecəsində  erməni  cəlladlarından  yaxa 

qurtarmaq üçün ayaqyalın, başıaçıq, yarımçılpaq halda dizə qədər qarın içi ilə qaçıb ölümün pəncəsindən 

qurtulmağa  cəhd  edərkən  elliklə  gülləbaran  edilmiş  xocalılıların  ruhu  isə  Əkrəm  Əylislini  qətiyyən 

düşündürmür!  Qarabağ  savaşında  hələ  də  öz  obasını,  namusunu  qorumaq  üçün  səngərlərdə  dayanan 

soydaşlarımıza "görk olsun" deyə erməni nəzarətində olan təpələrin başına gətirilib qoyun kimi diri-diri 

başları kəsilən və qışqırtıları bütün ətraf kəndlərə yayılan azərbaycanlı əsirlərin ruhunun harada gəzməsi 

nədənsə  Əkrəm  Əylislini  heç  narahat  etmir!  Bütün  bu  hadisələrin  canlı  şahidlərinin  təsvir  etdikləri 

dəhşətli ölüm səhnələri Əkrəm Əylislinin yaradıcılıq eşqini ilhama gətirə bilmədiyi halda Birinci Dünya 

müharibəsinin  gedişində  törətdikləri  cinayətləri  və  xəyanəti  ört-basdır  etmək  məqsədilə  erməni 

daşnaklarının özlərindən uydurduğu "genosid" yuxusu Əkrəm Əylislini Eçmiədzinə sitayiş etməyə qədər 

sarsıdır və alçaldır. 

Ancaq onu da etiraf etməliyik ki, tülkü sifətinə girərək məzlum rolunu dünyada ən yüksək məharətlə 

oynaya  bilmək  bacarığı  Əkrəm  Əylislinin  ifasında  bugünədək  bu  rolun  ən  mahir  ifaçıları  olan 

ermənilərdən daha uğurlu alınmışdır. 

Əsərdə  rast  gəlinən  bütün  əylislilər  dəli,  psix  ,  şikəst  halda  təsvir  olunur  və  müəllif  bunu 

"azərbaycanlıların  ermənilərə  qarşı  törətdikləri  vəhşiliklərin"  müqabilində  Allahın  onlara  göndərdiyi 

cəzası  kimi  təqdim  edir.  Belə  çıxır  ki,  Əylisdən  çıxmış  yeganə  normal  adam  Əkrəm  Əylisli  özü  imiş. 

Əgər  bunlar  həqiqətdirsə,  görəsən  Allah  Əkrəm  Əylislini  nəyinə  görə  əfv  edib,  onu  psix  və  ya  şikəst 

yaratmayıb.  Bu  barədə  az  sonra  danışacağam.  Hələlik  isə  Əkrəm  Əylisli  öz  müsahibələrində  guya 

azərbaycanlılar və ermənilər arasında barışığa xidmət edən bədii bir əsər yazdığını iddia etsə də, əslində 

onun bu münaqişəni yenidən qızışdırmağa xidmət edən təxribat məqsədli bir yazının altında öz imzasını 

qoyması  açıq-aşkar  görünür.  Saday  Sadıqlının  çox  sevdiyi,  son  nəfəsinədək  unuda  bilmədiyi,  Əylis 

həyətlərini dövrələyən daş hasarların üzərində qaçışan sevimli tülküsünün quyruğu o qədər böyükdür ki, 

bu  əsərin  sətirlərinin  arasından  görünməyə  bilmir.  "Daş  yuxular"  nə  ermənilərə,  nə  də  azərbaycanlılara 

sülh gətirmək naminə yox, əksinə, bu iki millət arasında sülhə və barışığa yol verməmək məqsədilə ortaya 

atılmışdır.  Belə  bir  yazının  kimlərin  sifarişi  əsasında  və  hansı  dövlətlərin  mənafeyinə  uyğun  olaraq  bu 

şəkildə qələmə alındığı ən azı Azərbaycanda heç kimə sirr deyil! Sirr olan Əkrəm Əylislinin bundan nə 

əldə etməsidir! Mən heç şübhə etmirəm ki, erməni ziyalıları arasında ədalətli və obyektiv insanlar vardır. 

Ona  da  şübhə  etmirəm  ki,  yəqin  ki,  onlar  da  bunu  oxuyarkən  düşünüblər  ki,  Əkrəm  Əylisli  lap  ağını 

çıxardıb. 

Görəsən, bütün bunlara nə ad vermək olar? Ad demişkən, son günlərdə sosial şəbəkələrdə, mətbuatda 

və televiziya ekranlarındakı çıxışlarda Əkrəm Əylislinin sərsəmləmələrini gah "roman", gah "povest", gah 

da qoymağa ad tapmayaraq "əsər" adlandırırlar. Mən də bu yazımda fikirlərimi çatdırmaq üçün onu nə isə 

adlandırmalı idim və buna görə də vicdan əzabı çəkə-çəkə onu "əsər" adlandırdım. Amma əslində bu nə 

əsərdir,  nə  də  roman!  Bu  nə  yuxudur,  nə  də  həqiqət!  Bu  -  öz  şəxsiyyətini,  mənliyini  hansısa çirkin  bir 

məqsəd uğrunda iyrənc bir niyyətlə pula və ya nəyə isə satmış, bir nadanın xəstə təxəyyülündən doğan, 



böhtan, iftira və şər dolu bir cəfəngiyyatdır! Bu nadanın kimliyinə gəlincə, bu barədə mən də maraqlı bir 

yuxu  görürəm.  Yuxumda  76  il  əvvəlki  Əylis  kəndinin  həyətlərindən  birində  erməni  ustasının  yonub 

düzəltdiyi daşın üzərində oturmuş gözəl bir qadının Vuraqırd kilsəsinin günbəzindən süzülüb axan günəş 

şüalarına tamaşa etdiyini görürəm. Əkrəm Əylislinin "Allahın təbəssümü" adlandırdığı bu mənzərə qadını 

o  qədər  valeh  edir  ki,  qeyri-ixtiyari  olaraq  bu  təbəssümün  arxasınca  kilsəyə  gəlir.  Ruhunu  oxşayan  bu 

gözəllikdən bihuş olan qadın ayılanda özünü Vuraqırd kilsəsinin altarında, gözləri şəhvətdən alışıb yanan 

qara  keşişin  ağuşunda  görür.  O  erməni  Allahının  iradəsi  ilə  kilsəyə  gələrək  Allahın  yaratdığı  möcüzəli 

gözəllik qarşısında, onun "təbəssümü" qarşısında özünü itirdiyi bir məqamda erməni keşişi Mkrtıçın onun 

bu  vəziyyətindən  sui-istifadə  edəcəyinə  inanmazdı!  Amma  bu  artıq  baş  vermişdi!  Gözəl  qadın  artıq 

hamilə  idi...  Bu  uşağın  dünyaya  gəlməsindən  sonra  qara  keşiş  bütün  ömrünü  ibadət  edərək,  bu  uşağı 

"erməniləri  qırdıqlarına  görə  azərbaycanlılara  göndərəcəyi"  bütün  cəzalardan  hifz  etməyi  öz  Allahından 

diləyirmiş.  Allah  da  erməni  keşişinin  şəhvətpərəstliyini  bağışlayaraq  Əkrəmi  nə  şil,  nə  kor,  nə  də  ki, 

şikəst etmişdir. Üstəlik, böyüyəndə onu hətta "Azərbaycanın xalq yazıçısı" da etmişdi... 

Deyirlər, yuxunu danışmazlar. Amma Əkrəm Əylislinin yuxularını oxuyandan sonra qərara gəldim ki, 

bu yuxunu danışmaq lazımdır. Ona görə lazımdır ki, bir millət olaraq daş yuxulardan ayılaq və ətrafımıza, 

real həyata baxaq. Əkrəmi də qınamayaq. Bəlkə milli mənşəyinə görə onun buna "haqqı" varmış... 



 

  

 



Cavanşir FEYZİYEV, 

 

Milli Məclisin deputatı 

Yüklə 72,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə