Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə1/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
  1   2   3   4   5   6   7   8   9   ...   123


                    
ALATORAN


XANCAN KƏRIMOV


XANCAN KƏRIMOV
Varlıq və Yoxluq 
Arasında


Xancan Kərimov
Varlıq və Yoxluq Arasında
roman
Redaktor: Ceyhun Mirzəli
Ön qapaq rəsmi: Xancan Kərimov 
Kompüter dizaynı: Turqut Qaraca 
396 səh.
Qiyməti: 6 manat. 
Çap tarixi: 17.05.17
ISBN: 978-9953-8066-5-9
© XancanKərimov 
© Alatoran 2017


"Bizi nə vaxt məhv edəcəklər?"
- Faulkner



7
1
SƏSSIZLIYIN GURULTUSU
Bəzi dərdlərin çarəsi olmur, sadəcə adı olur o da bədbəxt-
lik. Həyatda bəzən elə anlar gəlir çıxır ki, öz həyatının içində 
itib-batırsan. Tutduğun  bütün  qeydlərinin,  bütün  ürəyini  isi-
dən nikbin ümidlərinin və planlarının içində yıxılıb qalırsan. 
Keçmiş həsrət və peşmançılığı bir tərəfdən, gələcək təlaş və 
qorxusu bir tərəfdən ürəyini məngənə kimi sıxır. Bütün dün-
yan  başına  yıxılır.  Hardan  başlamalı  olduğunu  bilmirsən  və 
kömək əli atacaq heç kimin yoxdur. Oturub ağlamaq istəyir-
sən. Onu da bacarmırsan. Özündən üzr istəyirsən. Darmadağın 
olmuş ümidlərini qucağına alıb üşüməyin deyirsən. Bir yolunu 
tapacam deyirsən. Ancaq nə edəcəyin barədə ən kiçik fikrin 
belə yoxdur. Anaların aclıq günlərində balalarını məcbur qalıb 
aldatdığı kimi özünü və ümidlərini aldadırsan. Qaranlıq gir-
daba girmiş ruhun pozulur və parçalanır. Ürəyindən sallanan 
ağır daşlara hər gün yeni birisi əlavə olunur və onlara sarılıb 
özünü ən yaxındakı çayın sularına buraxmaq istəyirsən. Sonra 
qorxur, boğulmağın çox da yaxşı bir fikir olmadığını qərara 
alır və bir də baxırsan ki araşdıraraq əzabsız intihar üsulları-
nın ustası olmusan. Ancaq hələ də həyatdasan. Çünki heç bir 
ananın  öz  balalarını  sağ  qoyub  ölməyəcəyi  kimi  heç  bir  in-


8
san  da  öz  ümidlərini  sağ  qoyub  ölmür.  Bunu  başa  düşürsən 
və yaratdığın bütün ümidlərini bir-bir öldürməyə başlayırsan. 
Onlar ölməyincə sənə rahat yoxdur. Nə qədər yaxşı bir qatil ol-
duğunu zaman göstərəcək. Nadir hallarda analar öz balalarını 
öldürəcək qədər qəddar olur.
Təkrar yaşama cəhdlərin müvəffəqiyyətsizlik və uğursuz-
luqla nəticələndikdən sonra bütün seçimləri götür-qoy edir və 
yenidən qərara gəlirsən: Həyatda ən yaxşı seçim ölümdür, çün-
ki o heç vaxt peşman ola bilməyəcəyin tək seçimdir. Ancaq 
bütün insanlar intihar asan olmadığı üçün bu ən yaxşı seçimi 
göz ardı edir və elə yaşamağa çalışırlar.
Yaşamaq əziyyətinə dəymirdi, ən azından onun üçün. Və 
o, artıq yorulmuşdu. İşindən yeni ayrılmışdı. Bir neçə ay bəs 
edəcək qədər pulu var idi yığıb saxladığı. Təxminən üç aylıq 
kira, qida və digər xırda şeylərə ancaq bəs edərdi. Üç ay için-
də ya yenə iş tapmalı, ya da ölüb getməliydi. Yaşamaq artıq 
əziyyətinə dəymədiyi üçün ikinci seçim daha asan və cazibəli 
gəlirdi ona sanki. Həyatının ağırlığını qaldıra bilmirdi, nə də 
çıxış yolu tapa bilirdi. Şahmatdakı kimi zuqzvanqa düşdüyü-
nü düşünürdü, nə edirsən et matsan, məğlub olmusan və çıxış 
yolun yoxdur. Buna görə də uzun müddətdir ki intihar planları 
qururdu. Əlbətdə ki asan idi deyə düşündü. Ölüb gedəcəkdi, 
vəssalam.  Bütün  dərdləri,  ağrıları,  çəkdiyi  əziyyətlər,  darıx-
maları,  qısqanclıqları,  keçmiş  həsrəti  və  bütün  insana  ağrı 
verən  xüsusiyyətləri  də  onunla  birlikdə  çürüyüb  gedəcəkdi. 
İntihar bu qədər asan idimi doğrudan da? Deyildi. Ona görə 
də uzun müddətdir tərəddüdlər və vəsvəsə içindəydi. Bu qə-
dər əzab çəkən insanların bu qədər il həyatda qalmasının da 
başqa açıqlaması yox idi. Başqa bir məna verə bilmirdi. Ölüm 
əslində insanın doğrudan da ən böyük düşmanıydı. Ona görə 
yox ki o insanın həyatını bitirirdi, əksinə bu yaxşı tərəfi idi, 
ona görə ən böyük düşmanı idi ki, çətin idi. Çox çətin idi, hə-
yatını bitirməklə həyatda qalmaq arasındakı bir əngəl idi. Var-
lıq və yoxluq arasındakı keçid. Sanki iki şəhəri bir-birindən 
ayıran olduqca enli və içi timsahlarla dolu bir çay idi ölüm. 


9
Keçmək üçün hər yaxınlaşanda qorxub geri qayıtdığın. San-
ki  cəhənnəmdə  yaşayırsan  və  səni  cənnətdən  ayıran  enli  bir 
çay var. Keçə bilmir, yaxınlaşa bilmirsən. Çayın digər tərəfi 
isə cənnət idi, bəli, cənnət. Yoxluq. Ən böyük cənnət deyilmi? 
Yoxsan. Yox olursan. Heçlik. Varlığından azad olduğun tək an. 
Ən müqəddəs qurtuluş. İnsanoğlunun ən böyük qurtuluşu yox 
olmasıydı ona görə. İnsanın içindəki savaşı bitirəcək olan tək 
şey ölüm idi. Yəni ölüm əslində insanoğlunun ən böyük dostu 
idi deyə düşündü. İnsansa ondan qaçmaq üçün əlindən gələn 
hər şeyi edirdi, bütün texnologiyasını, dava-dərmanını ölüm-
dən daha da uzaqlaşa bilmə düşüncəsi ilə yaradırdı. 
İnsanlar yoxluğun dəyərini başa düşə bilmirlər. Genləri on-
lara əngəl olur və dərk edə bilmirlər. Ölümün necə gözəl çıxış 
yolu olduğunu. İntiharın deyil, ölümün. İkisi ayrı-ayrı şeylər-
dir zira. Özünü öldürmək qorxunc səslənir və elədir də. Ancaq 
xəbərin olmadan və əzabsız olaraq gələn ani ölüm ən böyük 
xoşbəxtlikdir. Yoxsan və artıq nə ağrıların nə də istəklərin səni 
incidə bilər. Yoxluq, yəni var olmama buna görə də ən böyük 
nemətdir.
Ancaq insan beyni kimi mükəmməl bir bioloji mexanizm 
“ailəmə  məni  dünyaya  gətirdikləri  üçün  minnətdaram”  kimi 
cümlə qura bilər və bunu müdafiə edə bilərdi deyə düşünür-
dü. Cümlə başdan səhv və məntiqə zidd idi, zira varlıqla yox-
luq bir-biriylə müqayisə edilə bilməz. Ancaq iki mövcud şey 
müqayisə edilə bilinər. Var olan həyat, yoxluqla necə müqa-
yisə  edilə  bilərdi?  Bir  insan  ailəsinə  onu  dünyaya  gətirdiyi 
üçün necə minnətdar ola bilərdi əgər doğulmasaydı var olma-
yacaq və var olmadığını bilməyəcəkdisə belə? Biri səni yox-
dan var edir və sən ona minnətdar olursan. Absurddur. Ancaq 
bəzi  insanların  beyin  kimyası  həyatda  qalmaq  üçün  o  qədər 
münasib və möhtəşəmdir ki bu absurdluğu heç vaxt dərk edə 
bilmirdilər.
O elə düşünmürdü. Daha doğrusu heç vaxt elə düşünmə-
mişdi özünü tanıyandan. Ölümü sevirdi. Sanki onunla uzaqdan 
yaşadıqları bir sevgiləri var idi. İkisinin də fərqində olduğu, 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə