Almara NƏBİyeva filologiya üzrə fəlsəfə doktoru Bakı Dövlət Universiteti



Yüklə 316,43 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü316,43 Kb.
#54318


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ XƏBƏRLORt, 

Humanitar elmlər seriyası,  2017, № 2

187


Almara NƏBİYEVA

Filologiya üzrə fəlsəfə doktoru 

Bakı Dövlət Universiteti

nebiyeva_almara@mail.ru



“KİTABİ-DƏDƏ QORQUD” EPOSUNDA NAĞIL ƏNƏNƏLƏRİ

Açar sözbr:  Kitabi-Dədə Qorqud, nağıl, dastan, motiv, aşıq, oğuz 

Key words: Kitabi-Dede Gorgud, fairy tale, epos, motif, ashug, Oghuz 

Ключевые слова:  Китаби-Деде Горгуд, сказка, дастан, мотив, ашуг, огузы

Məlumdur  ki,  epik janrlar  içərisində  bir- 

birinə  yaxın olanı  dastanlar və nağıllardır.  Das­

tan  əsatir,  əfsanə,  rəvayət,  təmsil,  və  lətifədən 

daha  çox  nağıla yaxındır.  Dastanlar  çox  zaman 

nağıllardan  istifadə  ilə  də  yaradılmışdır.  Hətta 

şeir-nəzm  hissəsinin  işlənmədiyi  dastanları  na­

ğıllardan  fərqləndirmək  də  çətindir.  Buna  görə 

də  belə  nümunələri  yaradanlar  çox  vaxt  onları 

“nağıl”  adlandırmışlar.  Nəzərə  almaq  lazımdır 

ki,  dastan  və  nağıl  bir-birinə  nə  qədər  çox  ox­

şasalar  da,  ədəbi janr  kimi  fərqlənirlər.  Dastan 

şeir  və  nəsrdən,  nağıl  isə  yalnız  nəsrdən  ibarət 

olur.  Şeirsiz,  qoşmasız  dastan  yoxdur.  İki janr 

arasında  digər  fərq  bundan  ibarətdir  ki,  dastan 

olmuş  bir  hadisə  tarixi  həqiqət  kimi,  nağıl  isə 

əsli olmayan “uydurma”, “yalan”, “quraşdırma” 

kimi  danışılır.  Azərbaycan  nağılları  dastanları­

mız kimi məzmunca və  sayca zəngin və rənga­

rəngdir.  “Xalqın  mübarizələrlə  dolu  keçmişi, 

bədii təfəkkür tərzi, həyatı, yaşayışı,  ailə,  əxlaq 

və  məişət məsələləri haqqında  geniş  məlumata, 

təsəvvürə  biz  dastanlar  vasitəsilə  nail  oluruq” 

[1,  s.  24].  Məhz buna görə  dastanlar  geniş  xalq 

kütləsinin  canlı  tarixi  hesab  olunur.  Aşıqlar 

tərəfindən  ustalıqla  formalaşdırılan  dastanlar 

xalqın  çoxəsrlik həyatını  özündə  əks  etdirmək­

dədir.  “Alpamış” dastanında Alpamışın atasının 

adı Bayburadir.  Onun mənası “qurd” deməkdir. 

“Kitabi-Dədə  Qorqud”  dastanında  Bamsı  Bey­

rəyin  atasının  da  adı  Baybura  bəydir.  Onun  da 

mənası  “qurd”  deməkdir  [2].  Bu  totemin  insan 

üzərində  təsiri  maraqlı  nağılların  yaranmasına 

səbəb  olmuşdur.  (“Qara  at”,  “Göyçək  Fatma”, 

“Ovçu Pirim” və  s.)  [3,  s.  28]. Nağıllarda geniş 

şəkildə  işlənən  bu  totemlər  sonralar  dastanlara 

da  keçmişdir,  hətta  ilkin  dövrlərdə  meydana 

çıxmış  dastanlarda  onun  izlərinə  rast  gəlmək 

mümkündür.  Qədim  türk  dastanlarından  biri

olan  “Oğuz  xaqan”  dastanında  öküzün  totem 

olması haqqında maraqlı, mifoloji, əfsanəvi epi­

zodlar vardır.

“...Ayxatun  bir  oğlan  doğur,  ayağı  öküz 

ayağı,  çiyini  qurd  çiyini,  kürəyi  samur  kürəyi, 

köksü  ayı  köksü  kimi”  [4,  s.  21].  Burada ökü­

zün  qədim  türkdilli  xalqlar  arasında  müqəddəs 

canlı  hesab  olunması  aydın  görünür.  Bu  mo­

tivlər həm dastanlarda, həm də nağıllarda özünü 

göstərir.  “Kitabi-Dədə  Qorqud”  boylarında rast 

gəldiyimiz  qurban  kəsmək,  nəzir-niyaz  pay­

lamaq,  körpü saldırmaq motivlərinə  “Qurbani”, 

“Leyli-Məcnun”,  “Alıxan-Pəri”,  “Lətif  şah” 

dastanlarında  da  müraciət  olunur.  “Lətif  şah” 

dastanında  övladsızlıq  motivi  daha  orijinal  şə­

kildə işlənmişdir.  O, vəzirin göstərişi ilə “yeddi 

yol  ayrıcında  bir  ocaq  tikdirir,  gələnə-gedənə 

çörək,  aş  yedirdir.”  Yalnız bundan  sonra dərdli 

şahın  gözünə  nurani  dərviş  görünür  və  ona  bir 

alma  verib  deyir:  “Al  bu  almanı  ortadan  düz 

ikiyə  böl,  yarısını  özün  ye,  yarısını  xanımına 

ver.  Xudanın izni  ilə  sizin oğlunuz olar.  Amma 

mən  gəlməmiş  ona  nəbadə  ad  qoyasan!”  [4, 

s. 11 ].  Xalq  nağıllarında  obrazlarla  bağlı  müəy­

yən  süjetlər  vardır  ki,  bu  motivlərə  “Kitabi- 

Dədə  Qorqud”  boylarında  da  rast  gəlirik.  Bir 

çox  nağıllarda  qəhrəmanın  dünyaya  qeyri-adi, 

möcüzəli  şəkildə  gəlməsi  mühüm  yer  tutur. 

İlkin  dövrlərlə  bağlı  olan  bu  süjetlər  dünya 

xalqlarının  şifahi  xalq  yaradıcılığının  ayrı-ayrı 

janrlarında geniş  yayılmışdır.  “Kəl  Cəsənin na­

ğılında”  olduğu  kimi  [3,  s.  137],  “Tapdıq”, 

“Reyhanın  nağılı”,  “İbrahim”,  “Şahzadə  Mü- 

talib”,  “Məlik  Məmməd  və  Məlik  Əhməd”, 

“Cəlayi-vətən”  “Şəms-Qəmər”  və  s.  nağıllarda 

da  buna  bənzər  obrazlara  təsadüf olunur.  Belə 

nümunələrə  “Kitabi-Dədə  Qorqud”  dastanının 

boylarında  da  rast  gəlinir.  Buğac,  Bamsı  Bey-




1 8 8   TRANSACTIONS OF NATIONAL ACADEMY OF SCIENCES OF AZERBAIJAN, 

Series o f  the humanities,  2017, Us 2

rok, Basat belə igidlərdir.

Müxtəlif  nağıl  və  dastanlarımızda  buta, 

Xızır,  Əli-şahi  Mərdan,  Qırxlar  və  başqa  müd­

rik insanlar tərəfindən verilir. Bunlar üçün ortaq 

keyfiyyət onların xilaskarlıq funksiyasını yerinə 

yetirmələridir.  Dastanlardakı  Xızır  peyğəmbər­

dən istifadə  edilməsini  M.H.Təhmasib belə  ifa­

də  edir  ki,  “bu,  “dindən  icazə  alma”,  “qanuni­

ləşdirmə”  tədbirini  mümkün  qədər  daha da qa­

nuna mindirmək üçün meydana çıxan obrazdır” 

[5,  s.  21].  Bu  iş  üçün  Xızır  doğrudan  da  əlve­

rişli  bir  vasitədir.  O,  həmçinin  nağıl  və  das­

tanlarımızda  insanlara  övlad  payı  verən,  yeni 

həyat  müjdəçisi,  yolçular və  yol  itirənlərin  kö­

məkçisi  kimi tanınmış  bir əsatiri peyğəmbərdir. 

Xızır buta verməklə həyatdan əl  üzmüş, inamını 

itirmiş  insanların yenidən  gələcəyə  ümid  etmə­

sinə,  inam  qazanmasına  kömək  edir.  Onun  bu 

xüsusiyyətləri  bizə  nağılları  xatırladır,  çünki 

nağıllarda  gələcəyə  inam,  ümid  motivləri  daha 

güclüdür.  Xızır  “Aşıq  Qərib”  dastanında  Aşıq 

Qəribə  həm  buta  verir,  həm  yolda  onun  hara­

yına  çatır,  həm  də  anasının  kor  olmuş  gözlə­

rinin  açılmasına  kömək  edir.  Xızır,  eləcə  də 

onun  atı  nağıllarımızda ən  çox  rast  gəlinən  kö­

məkçi  obrazlardır.  Xızır,  onun  atı,  həmçinin 

Süleyman  peyğəmbərin  xalçası,  Zümrüd  quşu­

nun gətirdiyi yel atı insanların mənzil başına tez 

çatmaq  arzusunu  yerinə  yetirir,  onların  qələbə­

sində  mühüm  rol  oynayır.  “Süleyman peyğəm­

bər eşqinə  məni  filan  yerə  apar”  [4,  s.  21]  mü­

raciətindən əlavə qəhrəmanın çətin anında,  göz­

ləmədiyi bir vaxtda Xızır atı  ilə onun köməyinə 

çatir,  onu  getməli  olduğu  yerə  bir  göz  qırpı­

mında  çatdırır.  Nağıllarımızda  geniş  şəkildə 

rast  gəldiyimiz bu motivlər dastanlarımıza keç­

mişdir. “Aşıq Qərib”də Qəribi bir göz qırpımın­

da Tiflisə çatdıran da Xızırın atıdır” [4, s. 25].

Azərbaycanın ticarət yolları üzərində yer­

ləşməsi  onun mədəniyyətinə,  incəsənətinə,  ədə­

biyyatına da təsir  göstərmişdir.  Bu karvan yolu 

ilə  Qərbdə,  eləcə  də  Şərqdə  baş  verən  bir  çox 

yeniliklər  bizim  ədəbiyyatımızda,  həyatımızda 

öz  əksini  tapmışdır.  “Bizə  məlum  mənbələrdə 

süjetin  ilk nağıl  variantı  ən  qədim  variant  kimi 

SMOMPK  məcmuəsində  işlənmişdir,  bu,  təx­

minən ötən əsrin  80-cı  illərinə təsadüf edir.  Sü­

jetin dastançı  aşıqların repertuarına düşməsi  isə 

məhəbbət  dastanlarının  intibah,  yüksəliş  döv­

rünə aiddir”  [6,  s.  30].  Tədqiqatçılar göstərir ki,

bu motiv dastanda daha dəqiq XVII  əsrin sonu 

XVIII  əsrin  ortalarında qüdrətli  improvizatorçu 

aşıqların  repertuarında  işlənmişdir.  Bu  süjet 

mənşə etibarilə  Şərqə məxsusdur.  Yəni  aparılan 

tədqiqatlar,  araşdırmalar  sübut  edir ki,  ilk  öncə 

bu  süjet  Hindistanda  meydana  gəlmişdir.  “Kə­

lilə  və  Dimnə”də  işlənməsi  fikrimizi  bir  daha 

sübut edir və  daha sonra buradan başlayaraq bu 

səyyar süjet  Şərqə  yayılmış,  orada müxtəlif va­

riantlara düşmüş və ticarətin, mədəni əlaqələrin 

genişlənməsi  ilə  əlaqədar Qərb  nağıllarına keç­

mişdir.  Nəticədə  ənənəvi  süjet  kimi  qeydə  alı­

naraq  müxtəlif  variantlarda  dünya  xalqlarının 

nağıllar sırasına daxil olmuşdur.

Dünya  xalqlarının  şifahi  ədəbiyyatında 

mövcud  olan  “ Nişanlının  öz  toyuna  gəlib  çıx­

ması”  [3,  s.  11],  [7,  s.  130]  süjeti  Azərbaycan 

aşıqlarının  repertuarında  da  geniş  işlənib.  Na­

ğıllarda  rast  gəldiyimiz  bu  motivdə  qəhrəman 

öz  sevgilisinə  qovuşmaq  üçün  bəlli  zaman 

müddəti  qoyaraq  səfərə  çıxır.  Həmin  zaman 

müddəti başa çatana kimi gəlməzsə, sevgilisi və 

yaxud  nişanlısı  başqasına  veriləcək.  Bu  motiv 

sonralar  ustad  aşıqlarımız  tərəfindən  yenidən 

işlənərək  dastanlarımıza  daxil  edilmişdir.  Bu, 

“Kitabi-Dədə  Qorqud”  dastanının  “Baybörənin 

oğlu  Bamsı  Beyrək”  boyunda  bu  folklor  nü­

munəsi -  “ər arvadının toyunda”  [7,  s.  58]  bey­

nəlxalq  katoloqlarda  qeydə  alınmışdır.  “Aşıq 

Qərib-Şahsənəm”  [4,  s.  21]  dastanı,  eləcə  də 

“Kitabi-Dədə  Qorqud”dakı  “Bamsı  Beyrək bo- 

y ü ’unda,  [7, s.  11]  “Şah İsmayıl” dastanında və 

başqa dastanlarda bu ənənəvi  süjetə rast gəlirik. 

Hər  iki  dastan  sevgilinin  öz  ərinin,  aşiqin  öz 

məşuqəsinin  toyuna  gəlib  çıxması  şəklində  qu­

rulmuşdur.  “Şahzadə  Mütalib”in  nağılında  da 

qəhrəman  öz  arvadının  toy  günündə  İrəm  ba­

ğına gəlib çıxır.  Ərinin vəfasım  gördükdən son­

ra,  xeyirxah  insanların  da  köməkliyi  ilə  onlar 

yenidən  bir-birinə  qovuşurlar  [3,  s.  51].  Azər­

baycan  məhəbbət  dastanlarında  rast  gəldiyimiz 

başqa  bir  nağıl  motivi  “böhtana  düşmüş  qız 

süjeti”dir.Dastanlarımızda  özünə  mühüm  yer 

alan  nişanlının  öz  toyuna  gəlib  çıxması,  eləcə 

də  qızın nahaqdan  böhtana  düşməsi,  ailə  xəya­

nəti,  ögey  ana  və  s.  kimi  süjetlər  dünya  xalq­

larının  folklorunda  özünü  təkrarlayan  ənənəvi 

süjetlərdir və  dünya eposuna onlar müxtəlif şə­

kildə  səpələnmişdir.  Azərbaycan dastan yaradı­

cılığı  da  dünya  eposunun  ayrılmaz  tərkib  his-



AZƏRBAYCAN MİLLİ  ELMLƏR AKADEMİYASININ XƏBƏRLƏRİ, 

Humanitar elmlər seriyası,  2017, №  2

189


səsi  kimi  onun  bir  çox  yaradıcılıq  ənənələrini 

özündə ehtiva etməkdədir. Təbii ki, Azərbaycan 

eposu kimi dastan yaradıcılığı da bütün dünyanı 

əhatə  edən  qarşılıqlı  əlaqə  və  təsirlərdən  kə­

narda qalmamışdır.

Dastanlarımızda  rast  gəlinən  obrazlardan 

biri  Rəmdar  Pəridir.  O,  nağıl  mənşəli  personaj 

kimi  Təpəgözün  Pəri  anası  ilə  eyniləşdirilir. 

“Kitabi-Dədə  Qorqud”  dastanının  “Basatm  Tə­

pəgözü  öldürdüyü  boy”da  arxaik  dövrün  dü­

şüncəsi  özünü  qoruyub  saxlamışdır.  Təpəgöz 

nağıllarımızdakı  divlər, yeddi-səkkiz başlı əjda­

halarla  bağlı  mövcud  düşüncələrdən  meydana 

çıxmış  obrazdır.  Şəri  təmsil  etsə  də,  nağıllarda 

olduğu kimi  bu tip dastanlar şərin məğlubiyyəti 

ilə  yekunlaşır.  “Basatın  Təpəgözü  öldürdüyü 

boy”da  nağıllar  üçün  spesifik  bir  sıra  xüsu­

siyyətlər  vardır.  Burada  Basatm  aslan  kimi  at 

basıb,  qan  sormasında  onun  alplığı,  qəhrəman­

lıq  və  əzəməti  ifadə  olunmuşdur.  Təpəgözün 

ona  süd  verən  dayələrin  qanını  soraraq  həlak 

etməsində  və  onun  qəddarlığında  nağıllara  xas 

ünsürlərə,  əlamətlərə  yer  verilmişdir.  Dastanda 

Pəri  qız  Təpəgözün  barmağına  üzük  keçirir: 

“Oğul,  sənə  ox  batmasın,  tənini  qılınc  kəsmə­

sin”  [2]  deyir  ki,  bu  da  nağıllara  məxsus  mo­

tivdir.  Müxtəlif dövrlərdə tədqiqatçılar “Basatm 

Təpəgözü  öldürdüyü  boy”la  “Min  bir  gecə” 

nağıllarının  süjetində  oxşarlıqlar  olduğunu,  xü­

susilə  də  “Min  bir  gecə”də  “Sindibad”  m  na- 

ğılındakı  azmanla  Təpəgözün  oxşar  olduğunu 

söyləyirlər.  Onlar  arasında  fərqlər  olmasına 

baxmayaraq,  onların  müəyyən  bənzərlikləri  də 

vardır.  Bu,  Şərq  xalqlarının  düşüncələrindən 

gələn və  səsləşən  ortaq  fikirlər  idi.  Dastanlarda 

mövcud  qeyri-adi,  qeyri-təbii  hadisələrə,  fan­

tastik  ünsürlərə,  onların  müxtəlif  formalarına 

təsadüf  etmək  mümkündür,  xatırladaq  ki,  bu 

cür  süjetlər  sırf  nağıllardan  keçmə,  nağıllarla 

əlaqəli  süjetlərdir.  M.H.Təhmasibin  göstərdiyi 

kimi,  “Təpəgöz”,  yaxud  “Koroğlu  və  Ağca 

quzu”  kimi  tam  fantastik  boylar,  dastanlar  da 

olur  [8,  s.  11].  “Məsum  -  Pəri”  dastanında  öl­

müş  qəhrəmanlara  buta  verən  dərviş  onları  ye­

nidən dirildir.  Toy yasa,  sonra da yas  toya çev­

rilir.  Belə  epizodlar  dastanlarımıza  nağılçılar­

dan transfer olmuşdur.  Bunlara həm  nağıllarda, 

həm də dastanlarda rast gəlirik.

“Kitabi-Dədə  Qorqud”  dastanını  ilk  dəfə 

tədqiqata  cəlb  etmiş  alman  şərqşünası  Fridrix

Fon  Ditsin  fikrinə  görə,  Təpəgöz  süjeti  qədim 

Yunanıstanda  yaranmış  analoji motivlərə təkan 

vermişdir.  Eposdakı  Təpəgöz  obrazı  Homerin 

“Odisseya” dastamndakı Polifem obrazı ilə mü­

qayisədə  daha  qədimdir.  Zaman  keçdikcə  Tə­

pəgöz öz xislətini  tam  şəkildə  göstərir:  ona süd 

verən  dayələrin  camm  alır,  oynadığı  uşaqların 

bumunu,  qulağını  yeyir,  yol  kəsir,  böyük  hə- 

rami olur. Nəhayət,  Oğuzun adamlarını yeməyə 

başlayır və heç kəs onunla bacarmır.  Məsələnin 

də  əsl  mahiyyəti  elə  bundadır  ki,  Təpəgöz 

Oğuzun  əbədi  düşməni  olan kafirlərdən  qat-qat 

güclü  görünür  [5,  s.  101].  “Kitabi-Dədə  Qor­

qud”  dastamndakı  “Basatm  Təpəgözü  öldürdü­

yü boy”u Azərbaycan nağıllarında olan iki eyni 

süjeti  xatırladır.  Bunlardan  birincisi  “Kəlləgö- 

zün  nağılı”  adlanır.  Nağılın  qısa  məzmunu  be­

lədir: Rüstəm padşahın bir oğlu, bir qızı varmış, 

padşahın  bir  oğlu  da  dünyaya  gəlir,  ancaq  onu 

körpə  ikən  bir  aslan  götürüb  qaçır.  Öz  dəstəsi 

ilə oğlunu axtarmaqdan  qayıdan şah palaza bü­

külü bir şey görür.  Palazın içindən təkgözlü bir 

uşaq  çıxır.  Padşah  uşağı  götürüb  gətirir.  Ye­

məkdən heç  cürə  doymayan  uşaq axırda padşa­

hın  oğlunu  da  yeyir,  sonra  da  mağarada  giz­

lənib gündə  iki  adam tələb edir.  Padşah  əlacsız 

qalıb  onunla razılaşır.  Bu vaxt padşahın  on  beş 

yaşma  çatan,  şir  südü  ilə  böyüyən  oğlu  Kəl- 

ləgözü  öldürmək  istəyir,  ancaq  buna  nail  ola 

bilmir.  Aslan  Kəlləgözün  sirrini  ona  öyrədir. 

Bu  dəfə  Əmiraslan  Kəlləgözün  öz  qılıncını  ələ 

keçirib  onu öldürür və  el-obanı  Kəlləgözün bə­

lasından  xilas  edir.  “Təpəgöz”  nağılı  da  məz­

mununa  görə  əvvəlki  nağıla  yaxındır.  “Bu  na­

ğılda  təsvir  olunur  ki,  Nəbi  adlı  varlı-hallı  bir 

kişinin çobanı  onun  qoyunlarını  dağın  ətəyində 

otardığı vaxt birdən hər tərəfi duman, çən basır, 

sonra  tufan  qopur.  Tufan  kəsəndə  çoban  təpə­

sində bir gözü olan bir uşaq görür.  Oğul  həsrəti 

ilə yaşayan Nəbi kişi  çobamn gətirdiyi bu uşağı 

saxlamaq  qərarına  gəlir.  Yeməkdən  doymayan 

bu  uşaq  axırda  adamları  da  yeməyə  başlayır, 

bunu  görən  adamlar  öz  obalarını  qoyub  qaç­

mağa  başlayırlar.  Onların  arasında  bir  hamilə 

qadın  da  varmış,  ağrısı  tutan  qadın  meşədə 

uşağı  dünyaya  gətirib,  qoyub  qaçır.  Uşağı  bir 

şir  tapıb  öz  südü  ilə  böyüdür.  Böyüyüb  boya- 

başa  çatan  bu  igid  Təpəgözün  insanlara  qənim 

kəsildiyini  duyub  düşməni  məhv  etməyi  qərar 

verir.  Şir  ona  öz  südü  ilə  yoğrulmuş  polad




1 9 0   TRANSACTIONS OF NATIONAL ACADEMY OF SCIENCES OF AZERBAIJAN, 

Series o f  the humanities,  201

7, 


№ 2

qılmc  verir  və  Təpəgözün  sirrini  açır.  Bu  igid 

oğlan  üçüncü  cəhddə  Təpəgözü  öldürərək  ca­

maatı onun əlindən qurtarır”  [2, s.  138].  Hər iki 

nağılda  “Kitabi-Dədə  Qorqud”  dastanının  boy­

larında  rast  gəlinən  oxşarlıqlar  göz  önündədir. 

“Aslanla  dovşan”  nağılında  dovşan  hiylə  işlə­

dərək  heyvanların  canım  aslanın  zülmündən 

qurtarır.  Nağılı  oxuduqca  aslan  obrazı  bizə 

Təpəgözü  xatırladır.  Aslan  mağarada  oturub 

heyvanlardan tələb edir ki, ona hər gün iki şikar 

gətirsinlər.  Dastanda  isə  bunu  Təpəgöz  tələb 

edir.  Meşədəki  heyvanlar  aslanın  zülmü  qarşı­

sında  aciz  qalırlar,  çünki  hər  gün  ona  heyvan 

çatdıra bilmirlər.  Nəhayət,  dovşan xilas yolunu 

tapır.  Şikarına  yetişməyən  aslan  dovşanın 

“məsləhəti” ilə quyu kənarına gəlir və öz əksini 

suda görərkən  sıçrayıb  suda boğulur.  Dovşanın 

bu  hiyləsi  bütün  heyvanları  zalım  aslanın  zül­

mündən  xilas  edir  və  onların  azad  yaşamasına 

səbəb olur.

Dastanlarımızda,  eləcə  də  nağıllarımızda 

mövcud  olan  obrazlardan  biri  də  qarılardır. 

Qarılar  dastanlarımızda  müxtəlif münasibətlər­

lə,  müxtəlif şəkillərdə  iştirak edirlər.  Başqa cür 

desək,  dastanlarda qarılar  çox  zəngin və  rənga­

rəngdir.  Qarıların  dörd  müxtəlif  xasiyyətinə 

“Kitabi-Dədə  Qorqud”  dastanındakı  boylarda 

da  rast  gəlirik.  Professor  M.II.Təhmasibin  də 

göstərdiyi  kimi  sonrakı  dastanlarımızda  bunlar 

bəzən  üç  olur,  “Qarı  var  iman  quran,  qan  var 

ilan vuran.  Qan var yeddi küpü göydə hərləyən, 

qarı  var  yetəni  yerdə  girləyən.  Qarı  var  cadu 

eləyib  can əridən,  qarı var saman  altdan  su ye­

ridən.  Qarı  var  imanı  əlində,  qarı  var  tumanı 

belində.  Qarı  var  qəlyan  çəkən,  qarı  var  söz 

altdan  dəyirman  tikən.  Qarı  var  ipək  qan,  qarı 

var  napak  qan,  qarı  var  köpək  qarı.  Qarı  var 

hürü  qarı,  qarı  var  pəri  qarı,  qarı  var  şahpəri 

qarı...  və  s.”  [8,  s.  15].  Bu  qarıların  demək olar 

ki,  hər  biri  həm  nağıllarda,  həm  də  dastanları­

mızda işlənmişdir. Dastanlarda qəhrəmanın dər­

dini  tapan,  ona  dərman  verən,  sevdiyinə  qo­

vuşduran, müştuluq gətirən ipək qarılardır. Belə

qarı  obrazına  biz  “Aşıq  Qərib”,  “Şah  İsmayıl” 

“Tahir və  Zöhrə”  dastanlarında rast gəlirik,  on­

lar  xeyir  məramlıdırlar.  Belə  qarı  obrazlarına 

həmçinin “Şahzadə Mütalib”, “Nar qızı”, “Qara 

at”  [4,  s.  21],  [3,  s.  11]  və  bir çox başqa nağıl­

larımızda  təsadüf  edirik.  Xalq  dastanlarımızda 

saysız-hesabsız  bədxah  və  xeyirxah  qarılar,  ağ 

birçəkli  arvadlar,  həlim  təbiətli,  yumşaq  ürəkli 

nənələr, öz ağıllı tədbirləri, müdrik məsləhətləri 

ilə  hər  ağır  dəqiqədə  haya-haraya  çatan,  yaxud 

oynaq,  şıltaq  əməlləri  ilə  dinləyicinin  rəğbətini 

qazanan,  eyni  zamanda  həm  də  bütün  hiylə  və 

kələklərdən başı  çıxan,  şeytana papaq  tikib, tə­

pəsini  də  deşik  qoyan  yüzlərlə  qaravaş,  kəniz, 

rəfiqə,  qonşu  qız və  b.  vardır.  Bu  qadınlar içə­

risində  biz  “Nigar  kimi  alicənab,  Burlaxatun, 

Banuçiçək,  Selcan  xatun,  Həcər,  Ərəbzəngi  ki­

mi  igid,  Rəna  xanım,  Rəmdar  Pəri,  Reyhan, 

Zərniyar,  Əsmər  kimi  savadlı,  bilikli,  Gülgəz 

Pəri  kimi  mütərəddid,  Gülzar  kimi  sevməkdən 

başqa  əlindən  heç  bir  iş  gəlməyən,  hətta  mə­

həbbətində  də  mötədil  olan,  Banu  kimi  öz 

xanımlıq  əzəmətini,  xatunluq  vüqarını  heç  bir 

halda  itirməyən,  Fatma  kimi  həm  düşmənini, 

həm  öz  sevgilisini,  nəhayətdə  özünü  öldürən 

qızlara təsadüf edirik”  [4, s.  10],  [3, s.  18].  Das­

tanlarımızda  qız-qadın  surətləri  saysız-hesab­

sızdır.  Həmçinin  onu  qeyd  etmək  lazımdır  ki, 

qarı  və  qız mövzusu dünya folklorunda da mü­

hüm yer tutur.

Ənənəvi  nağıl  motivlərini  dastanlarımıza 

gətirən  aşıqlar hər  şeydən öncə  ifa etdikləri  sü­

jeti  dastan  qəlibinə  uyğunlaşdırmış  və  bir  çox 

adlannı  çəkdiyimiz  nağıl  motivlərini  yenidən 

işləyərək  dastanlarımıza  daxil  etmişlər.  Nağıl 

süjetləri  əsasında meydana gələn dastanlar ədə­

biyyatımızda,  folklorumuzda  yeni  bir  hadisə 

deyildir.  Bu,  tarixən  ən  qədim  dövrlərdən  das­

tanlarımızda özünü  göstərmiş  bir  formadır.  La­

kin  sonrakı  dövrlərdə  bu  forma  aşıqlarımız  tə­

rəfindən  mükəmməl  bir  şəkildə  işlənmiş,  yeni- 

ləşdirilmişdir.

ƏDƏBİYYAT

1.  Cəfərov N. Eposdan kitaba.  Bakı, “Maarif’,  1999.

2.  “Kitabi-Dədə  Qorqud”.  Məqalələr  toplusu.  Oruc  Əliyev:  “Kitabi-Dədə  Qorqud  və  nağıllar”.  Bakı,  “Elm”, 

1999.


3.  Azərbaycan nağılları. Beş cilddə. I, II, III, IV və V cildlər. Bakı, “Şərq-Qərb”, 2005.

4.  Azərbaycan dastanları. Beş cilddə. I, II, III, IV və V cildlər. Bakı, “Lider”, 2005.




AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİNİN XƏBƏRLƏRİ, 

Humanitar elmlər seriyası,  201

7, 


№  2

191


5.  Əliyev K. Tənqidin poetikası, Bakı, “Elm və təhsil”, 2012.

6.  Orucova  S.  Azərbaycan  folklor  materiallarının  XIX  əsrdə  toplanılması,  tərcüməsi  və  nəşri  problemləri” 

(SMOMPK-QƏXTMT  -  “Qafqaz  əraziləri  və  xalqlarının  təsvirinə  dair  materiallar  toplusu”  əsasmda).  Filo­

logiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işi. Bakı, 2013.

7.  “Kitabi-Dədə Qorqud”. Nəşrə hazırlayan F.Zeynalov və S.Əlizadə. Bakı, “Yazıçı”,  1988.

8.  Təhmasib M.H. Azərbaycan xalq dastanları (Orta əsrlər). Bakı, “Elm”,  1972.



Almara Nabiyeva

FABULOUS ELEMENTS IN THE EPOS 

“KITABI-DEDE GORGUD”

SUMMARY

The article deal with the traditions of the epic and fairy tales in epos Kitabi-Dede Gorgud, which plot line is like 

to the  fabulously  epics.  Based  on  the research results,  it can be  concluded that the  fairy-tale  motifs  created by  Ohguz 

Turks, as our ancestors, have been perfected over the centuries, modified by ashugs, gaining worldwide fame.

Such  fabulous  motifs  as  alms,  sacrifice  were  redesigned and included by  ashugs  in the  composition  of eposes. 

The presence of fabulous elements in the epos Kitabi-Dede Gorgud once caused and continues to cause great interest of 

scientists to this literary monument.

Алмара Набиева

СКАЗОЧНЫЕ ТРАДИЦИИ В ЭПОСЕ 

«КИТАБИ-ДЕДЕ ГОРГУД»

РЕЗЮМЕ

В  статье  рассматриваются  традиции  эпоса  и  сказки  в  дастане  «Китаби-Деде  Горгуд»,  в  котором,  по 

сравнению  с  другими  эпическими  произведениями,  сюжетная  линия  наиболее  близка  к  сказочно-дастанной. 

Исходя  из  результатов  исследований  можно  сделать  заключение  о  том,  что  сказочные  мотивы,  созданные 

нашими предками -  огузскими тюрками -  на протяжении веков совершенствовались, видоизменялись ашугами, 

приобретая всемирную славу.

Такие  сказочные  мотивы,  как  милостыня,  жертвоприношение  были  повторно  разработаны  и  включены 

ашугами  в  состав  дастанов.  Наличие  сказочных  элементов  в  дастане  «Китаби-Деде  Горгуд»  в  свое  время 



вызвало и продолжает вызывать большой интерес учёных к этому литературному памятнику.

Yüklə 316,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə