Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə1/36
tarix22.07.2018
ölçüsü4,07 Mb.
#57780
  1   2   3   4   5   6   7   8   9   ...   36


ALMAZ HƏSƏNQIZI

AŞIQ YARADICILIĞI 

MÜHACİRƏT 

FOLKLORŞÜNASLIĞINDA

Bakı-Azərnoşr-2011




ВВК 46.4 

H-59  & >

Elmi  redaktoru və ön sözün müəllifi: 



Azad Nəbiyev 

AMEA-nm müxbir üzvü, 

filologiya elmləri doktoru, professor

Rəyçilər:



Dos.dr. Ənvər Uzun 

Dos.dr. Kəmalə İslamzadə

H-59

Almaz Həsənqızı.

Aşıq yaradıcılığı mühacirət folklorşünaslığında.

Bakı, Azəməşr, 2011,  156 səh.

Kitabda  siyasi  səbəblər  üzündən  doğma  torpağından 

didərgin  düşərək  dünyanın  müxtəlif  ölkələrində  məskun­

laşan  mühacir  folklorşünasların  Azərbaycan  aşıq  sənəti, 

onun  həm  ustad,  həm  də  vətənində  lazımınca  tanıtdırıl- 

mamış nümayəndələrilə bağlı  tədqiqatları araşdırılmışdır.

H- 59

4604000000 

M - 651 (07)2011

qrifli naşr

©  Almaz Həsənqızı,  2011



YENİ  TƏDQİQAT ƏSƏRİ

Son  illərdə  Azərbaycan  mühacirət  folklorşünaslığının  təd­

qiqi  sahəsində  müəyyən  addımlar  atılmaqdadır.  Belə  ki,  Əhməd 

Cəfəroğlu,  Məhəmməd  Əmin  Rəsulzadə,  Mirzə  Bala  Məmməd­

zadə,  Ceyhun  Hacıbəyli  və  digər  müəlliflərin  yaradıcılıq  irsinə 

həsr  olunmuş  araşdırmalarda,  habelə  mühacirət  ədəbiyyatının 

ümumi  nəzəri  problemlərinə  həsr  olunmuş  tədqiqatlarda  folklor­

şünaslığın  problemlərinə  diqqət  yetirilməsi  bu  baxımdan  səciy­

yəvidir.  Filologiya  elmləri  namizədi  Almaz  Həsənqızının  “Aşıq 

yaradıcılığı  mühacirət  folklorşünaslığında”  adlı  monoqrafiyası  bu 

tədqiqatlardan biridir.

Almaz  Həsənqızının  indiyədək  “Azərbaycan  mühacirət 

folklorşünaslığında dastançılıq  məsələləri” (Bakı,  2002),  “İki  das­

tan”  (Bakı,  2006)  monoqrafiyaları,  respublika  və  xaricdə  çıxan 

elmi  məcmuələrdə  onlarla  məqaləsi  nəşr  olunmuşdur.  Çap  edil­

miş  əsərlərilə  o,  bir  tərəfdən,  mühacirət  folklorşünaslığının  əsas 

mövzu  istiqamətlərini  səciyyələndirmiş,  digər  tərəfdən,  onun  ay­

rı-ayrı  nümayəndələrinin  yaradıcılıq  irsini  dəyərləndirməyə  çalış­

mış,  mühacirət  həyatı  yaşayan  ziyalıların  folklor  materiallarının 

toplanması  sahəsindəki  xidmətlərinə diqqət yetirmişdir.

Müəllifin  oxucuların  mühakiməsinə  verilən  “Aşıq  yaradı­

cılığı  mühacirət  folklorşünaslığında” adlı  araşdırması  yeni,  indiyə 

qədər  tədqiqata  cəlb  olunmayan  qaynaq  və  məxəzlər  əsasında 

yazılmışdır.  Monoqrafiyada  Azərbaycan  mühacirətinin  təmsil­

çilərindən Əhməd bəy Ağaoğlu,  Əli  bəy  Hüseynzadə,  Məhəmməd 

Əmin  Rəsulzadə,  Mirzə  Bala  Məmmədzadə,  Əhməd  Cəfəroğlu, 

Ceyhun  Hacıbəyli,  Səlim  Rəfiq  Rəfioğlu,  Nağı  Kcykurun  (Şeyx- 

zamanlı),  Hüseyn  Baykara,  Əbdülvahab  Yurdsevər,  Məmməd 

Sadıq  Sənan  (Aran),  Hilal  Münşi,  Mustafa  Haqqı  Türkəqul, 

Nəbi  Turablı,  Əli  Volkan  (Usta),  İren  Melikoff,  Xavər  Aslan, 

Behruz  Həqqi  və  başqalarının  aşıq  yaradıcılığına  həsr  olunmuş 

tədqiqatları  təhlilə cəlb  olunmuşdur.

3



Burada  Qurbani,  Aşıq  Abbas  Tufarqanlı,  Dədə  Qasım,  Sarı 

Aşıq,  Aşıq  Ələsgər  kimi  ustad  sənətkarlar  haqqında  aparılan 

tədqiqatlar  orijinallığı,  elmi-nəzəri  tutumu  ilə  diqqəti  çəkir.  Bun­

dan əlavə,  Azərbaycan  folklorşünaslığında indiyədək tədqiqatdan 

kənarda  qalmış  Bağdad  xanım,  Sona  xanım,  Göyçək  xanım,  Bi­

çarə  Osman,  Müəzzin  Türab  və  başqa  aşıqlar  haqqında  ilk  dəfə 

nisbətən  əhatəli  məlumat  verilmiş,  onların  yaradıcılıq  irsi  dəyər­

ləndirilmişdir.

Monoqrafiyanın  elmi-nəzəri  səviyyəsini  şərtləndirən  amil­

lərdən  biri  də  burada  Aşıq  Müseyib  Zəyəm,  Aşıq  Namaz  Sazçı 

kimi  mühacir  aşıqların  həyat və  yaradıcılığının  ilk  dəfə  tədqiqata 

cəlb  olunmasıdır.  Araşdırıcı  müracirətdəki  tədqiqatlara  istinadən 

adı  çəkilən  müəlliflərin  bioqrafiyasını  dəqiqləşdinnəyə  çalışmış, 

həmçinin  onların  müxtəlif mətbuat orqanlarında və  məcmuələrdə 

nəşr  olunmuş  əsərlərim  təhlilə  cəlb  etmişdir.  Xatırladaq  ki,  son 

illərdə  Azərbaycan  mühacirət  ədəbiyyatının  bir  sıra  nümayəndə­

lərinin  yaradıcılıq  irsi üzə  çıxarıldığı  halda,  siyasi  səbəblər  üzün­

dən  vətəni  tərk  etməyə  məcbur  olan  aşıqlar  haqqında  ilk  dəfə  bu 

əsərdə bəhs olunmuşdur.

Monoqrafiyada  mühacirətdə  yaşayan  Azərbaycan  intellek­

tuallarının  yalnız  elmi-nəzəri  axtarışları  deyil,  eyni  zamanda  on­

ların  toplayıb  nəşr  etdirdikləri  zəngin  xalq  ədəbiyyatı  örnəkləri 

təhlilə  cəlb  edilmişdir.  Bu  cür  yanaşma  mühacirət  folklorşünas­

lığının  fəaliyyət  dairəsini  daha  geniş  əhatə  etməyə  imkan  vermiş­

dir.

Yaxşı  cəhətdir  ki,  monoqrafiyada  mühacirət  folklorşünas­



lığı  ayrıca,  təcrid  olunmuş  şəkildə  deyil,  Azərbaycanda  yaranan 

mövcud  tədqiqatlarla  əlaqəli  və  müqayisəli  şəkildə  araşdırıl­

mışdır.  Tədqiqatın  bu  şəkildə  aparılması  müqayisələr  kontek­

stində  bir  sıra  fərqli  məqamların  üzə  çıxarılmasına,  xüsusilə  m e­

todoloji  fərqliliklərin  aşkarlanmasına imkan  vermişdir.

Əsərdə  mühacirətin  araşdırmaları  fonunda  Azərbaycan  aşıq 

yaradıcılığının  qonşu  xalqlara  təsirilə  bağlı  məqamlara  da  diqqət

4

yetirilmişdir ki,  bu da  tədqiqatın  əhatə  dairəsinin  genişliyini  şərt­



ləndirməkdədir.

Müəllif  sovet  senzurasının  “redaktə”sinə  məruz  qalmış 

folklor örnəklərinə  də  diqqət  yetirmiş,  bu nümunələri  dəyərlən­

dirərkən onları orijinala uyğun şəkildə təhlil etmişdir.

Bundan  əlavə,  monoqrafiyada rus  müstəmləkəçiliyinə  qarşı 

baş  verən  və  qəddarlıqla  yatırılan  xalq  üsyanları  ilə  bağlı  yaran­

mış,  sovet  dövrü  Azərbaycanında  nəşri  və  tədqiqi  yasaq  olunan 

aşıq  şeiri  örnəklərinə  də  diqqət  yetirilmişdir.  Xüsusilə,  Şeyx 

Şamil  hərəkatı,  Cavad  xan  üsyanı  ilə  bağlı  xalq  şeiri  qaynaq­

larının  aşkarlanıb  dəyərləndirilməsi  bu  baxımdan  təqdir  edilmə­

lidir.

Tədqiqatın  maraq  doğuran başqa mühüm  cəhətlərindən  biri 



də  burada  Quzey  və  Güney  Azərbaycan  folklorşünaslarınm  mü­

hacirətdə  yaranan  elmi-nəzəri  irsinin  müqayisəli  şəkildə  araşdı­

rılmasıdır.

İnanırıq  ki,  Almaz  Həsənqızının  “Aşıq  yaradıcılığı  müha­

cirət  folklorşünaslığında”  monoqrafiyası  folklorşünasların  diqqət 

və  marağını  çəkəcək,  haqqında müsbət rəy və  mülahizələr  söylə­

niləcəkdir.

Azad Nəbiyev

AMEA-nın müxbir üzvü, 

filologiya elmləri  doktoru,  professor

5



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə