Alqi-satqi müqaviLƏSİ № Bakı şəhəri " " 2010-cu IL



Yüklə 42,5 Kb.
tarix29.08.2018
ölçüsü42,5 Kb.
#65274

ALQI-SATQI MÜQAVİLƏSİ № ____

Bakı şəhəri “___” _________ 2010-cu il

Bundan sonra "Sifarişçi" adlanan Əsasnamə əsasında fəaliyyət göstərən "Birinci şirkətin adı”, direktor Flankəs Məmmədov şəxsində, bir tərəfdən və bundan sonra "İcraçı" adlanan Əsasnamə əsasında fəaliyyət göstərən “İkinci şirkətin adı” MMC, direktor Məmməd Flankısov şəxsində digər tərəfdən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1. MÜQAVILƏNIN PREDMETI


1.1 İcraçı hazırkı Müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma Protokollarında göstərilən texniki avadanlıqları (bundan sonra “mallar”) Sifarişçiyə satır və Sifarişçi öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən İcraçıya ödəyir.

Maddə 2. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ


2.1 Tələb olunan malların xüsusiyyətləri (ölçü, miqdarı və s.) Tərəflər arasında əvvəlcədən razılaşdırılır.
2.2 Satılan mallar Tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir.
2.3 İcraçı tələb olunan malları Sifarişçinin yerləşdiyi ünvana öz hesabına çatdırır.
2.4 İcraçı təqdim edilən malların keyfiyyətinə Sifarişçiyə 1 (bir) ildən az olmamaq şərti ilə, müvafiq zəmanət müddətini təyin edir. Həmin müddət ərzində keyfiyyətsiz malların təqdim edilməsi nəticəsində yarana biləcək qüsurları və çatışmamazlıqları İcraçı öz hesabına aradan qaldırmalı, bərpa etməli və ya sifarişə uyğun olaraq ekvivalent mallar ilə əvəz etməlidir.

Maddə 3. QARŞILIQLI HESABLAŞMALAR


3.1. Sifarişçi mallara görə İcraçı tərəfindən təqdim edilmiş hesab-fakturalara və qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini İcraçının hesabına ödəyir.
3.2. Təchiz olunmuş mallarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə Tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulması aktı tərtib oluna bilər.
3.3. Hazırkı Müqaviləyə əsasən bütün ödənişlər bank köçürülmə yolu ilə manatla həyata keçirilir.

Maddə 4. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ VƏ MÜBAHİSƏLİ MƏSƏLƏLƏRİN HƏLLİ


4.1 Hazırkı Müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar.
4.2 Tərəflər arasında hazırkı Müqavilənin icrası ilə bağlı bütün mübahisələr, məsləhətləşmələr və danışıqlar yolu ilə razılaşdırıla bilmədiyi təqdirdə, Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilməlidir.

Maddə 5. QARŞISIALINMAZ QÜVVƏ (FORCE MAJEURE)


5.1 Tərəflərin iradəsindən asılı olmayan, qabaqcadan nəzərdə tutulması və məntiqə uyğun ehtiyatlılıq şəraitində rəf edilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə (hərbi əməliyyatlar, fövqəladə hallar, hökumətin qərarları, mülki iğtişaşlar, mühasirə, zəlzələ, yanğın, daşqın və s. kimi hadisələr) ortaya çıxdığı təqdirdə Tərəflər üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşımırlar.
5.2 Öhdəlikləri yerinə yetirmək imkanı olmayan Tərəf bu barədə yazılı akt tərtib edir və digər tərəfi dərhal yaranmış şərait, onun nəzərdə tutulan davamlığı və sona çatması müddəti barədə məlumat verir.

Maddə 6. MÜQAVİLƏNİN DÜZƏLİŞ OLUNMASI


6.1 Tərəflərin qarşılıqlı razılığı əsasında hazırkı Müqaviləyə, onun ayrılmaz hissəsi olan ayrı-ayrı Protokollarla müvafiq qaydada rəsmiləşdirilən, dəyişikliklər və əlavələr edilə bilər.
6.2 Qeyd olunan Protokollar hər iki Tərəf imzaladığı andan qüvvəyə minir.

Maddə 7. MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏSİ


7.1 Hazırkı Müqavilə Tərəflərin səlahiyyətli şəxsləri tərəfindən axırıncı imzalandığı andan qüvvəyə minir və 31.12.2010-cu ilə qədər etibarlıdır.
7.2 Tərəflərdən heç biri müvafiq müddətin başa çatmasına 15 (on beş) gün qalmış hazırkı Müqavilənin ləğv etmək niyyəti barədə qarşı Tərəfə yazılı surətdə rəsmi xəbərdarlıq etməzsə, Müqavilənin qüvvəsi avtomatik olaraq növbəti 1 il müddətlərinə uzadılacaqdır.
7.3 Tərəflər hazırkı Müqavilənin müddətini vaxtından əvvəl dayandırmaq hüququnu özlərində saxlayırlar. Bu halda hazırkı Müqaviləni ləğv etmək istəyən tərəf 15 (on beş) gün əvvəl qarşı tərəfi yazılı surətdə öz niyyəti barədə rəsmi olaraq xəbərdar etməlidir.
Yuxarıda qeyd olunanlara təsdiq olaraq, hazırkı Müqavilə iki əsl nüsxədə, hər Tərəf üçün bir nüsxədə, tərtib olunmuşdur.

İCRAÇI ADINDAN SİFARİŞÇİ ADINDAN


“İkinci Şirkətin adı” MMC-nin, direktoru

_______________Məmməd Babayev

“___” _____________ 2010-cu il

“Birinci Şirkətin adı” MMC-nin, direktoru

_______________Akif Məmmədov

“___” _____________ 2010-cu il

TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARI VƏ BANK REKVİZİTLƏRİ

“İkinci Şirkətin adı” MMC “Birinci Şirkətin adı” MMC


Ünvan:

Ünvan:

Bank rekvizitləri:
Bank rekvizitləri:
ƏLAVƏ 1
____ №-li “___” ________ 2010-cu il

tarixli Alqı–Satqı Müqaviləsinə dair


QİYMƏTLƏRİN RAZILAŞDIRMA PROTOKOLU

1. Bu Əlavə, “Birinci Şirkətin adı” MMC, (bundan sonra "Sifarişçi") və “İkinci Şirkətin adı” MMC (bundan sonra "İcraçı") arasında ___ №-li “___” ___________ 2010-cu il tarixli Alqı–Satqı Müqaviləyə (bundan sonra Müqavilə) şamil edilir. Tərəflər aşağıdakılar barədə razılığa gəldilər:

№ Malın (iş, xidmət) adı Ölçü vahidi Miqdarı Vahidin qiyməti Ümumi dəyəri

1

2

3



4

5

6



7

8

Cəmi:


ƏDV (18%)
Yekun məbləğ

2. Bu Əlavə Müqavilə üzrə Tərəflərə düşən hüquq və öhdəlikləri tam və qeyri-şərtsiz şəkildə öz üzərinə götürdüklərini təsdiq edirlər və imzalandığı andan qüvvəyə minir.

İCRAÇI ADINDAN SİFARİŞÇİ ADINDAN
“İkinci Şirkətin adı” MMC-nin, direktoru

_______________Məmməd Flankəsov

“___” _____________ 2010-cu il

“Birinci Şirkətin adı” MMC-nin, direktoru



_______________ Flankəs Məmmədov

“___” _____________ 2010-cu il
Yüklə 42,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə