Alqi-satqi müqaviLƏSİ



Yüklə 184 Kb.
tarix29.08.2018
ölçüsü184 Kb.
#65275



www.huquqsunas.az



ALĞI-SATQI MÜQAVİLƏSİ


Bakı şəhəri

___ _________ 201_-c_ il

Bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən və vəzifə S.A.A şəxsində çıxış edən «Şirkətin adı» təşkilati hüquqi forması (sonralar «Satıcı» adlandırılacaq), digər tərəfdən isə öz Nizamnaməsi əsasında fəaliyyət göstərən vəzifə S.A.A şəxsində çıxış edən «Şirkətin adı» təşkilati hüquqi forması (sonralar «Alıcı» adlandırılacaq) hazırki alğı-satqı müqaviləsini (sonralar «Müqavilə» adlandırılacaq) aşağıdakı şərtlər ilə bağladılar:


1. Müqavilənin mövzusu

    1. Satıcı aşağıdakı cədvəldə göstərilən malın adı (sonralar «Mallar» adlandırılacaq) tərəflər təsdiq etdiyi nümunəyə əsasən Müqavilənin 2.1 bəndində göstərilmiş müddətdə Alıcının ünvanına çatdırmağı və sonuncuya təhvil verməyi öz öhdəsinə götürür:




s/s

Malların adı

Ölçü vahidi

Miqdarı

Vahidin qiyməti

(manatla)

Ümumi məbləğ (manatla)

1
















 CƏMİ (ƏDV-siz):




YEKUN (ƏDV daxil olmaqla):







    1. Alıcı Malları təhvil almağı və Müqavilənin 3-cü maddəsinə uyğun olaraq Malların dəyərini Satıcıya ödəməyi öz öhdəsinə götürür.


2. Malların təhvil verilməsi qaydası və şərtləri

    1. Satıcı Malları Müqavilə imzalandığı tarixdən etibarən 3 (üç) gün ərzində Malları Müqavilənin 2.2 bəndində göstərilən qaydada təhvil verməlidir.

    2. Mallar çatdırıldıqdan və quraşdırıldıqdan sonra onların keyfiyyətinin yoxlanılması Alıcının nümayəndəsi tərəfindən aparılacaq və heç bir qüsur və çatışmamazlıq aşkar edilməsə onlar Alıcı tərəfindən Müqavilənin 1.1 bəndində göstərilən yerdə təhvil-təslim aktı əsasında qəbul olunacaq.


3. Müqavilənin ümumi məbləği və hesablaşma qaydası

    1. Müqavilənin ümumi məbləği ƏDV daxil olmaqla ____________ (məbləğ sözlə) manat təşkil edir.

    2. Müqavilənin ümumi məbləği Mallar Alıcıya Müqavilənin 2.2 bəndində göstərilən qaydada təhvil verildikdən sonra Satıcı tərəfindən təqdim olunacaq hesab-faktura sənədi əsasında sonuncu təqdim olunduğu tarixdən etibarən 5 (beş) bank günü ərzində ödəniləcəkdir.


4. Fors – major vəziyyətləri

    1. Tərəflərdən heç biri təbii fəlakətlərin və tərəflərin iradəsindən asılı olmayan digər vəziyyətlərin (yanğın, zəlzələ, daşqın və digər təbii fəlakətlər, müharibə, blokada, dövlət orqanları tərəfindən qadağa qoyulması və s.) əmələ gəlməsi səbəbindən Müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə məsuliyyət daşımır.

    2. Belə vəziyyətlər əmələ gəldikdə Müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi müddətləri bu vəziyyətlərin davam etdiyi müddətlərə nisbətən uzadılır.

    3. Fors – major vəziyyətləri 10 (on) təqvim günündən çox davam etdikdə, tərəflərdən hər biri birtərəfli surətdə müqavilədən imtina edə bilər.


5. Tərəflərin məsuliyyəti və mübahisələrin həll edilməsi qaydası

    1. Alıcı Mallarda qüsur və tələblərə uyğunsuzluq aşkar etdikdə onların qiymətinin azaldılmasını, Malların qüsurlarının 1 (bir) təqvim günü ərzində əvəzsiz aradan qaldırılmasını və ya onların yenisi ilə əvəz edilməsini Satıcıdan tələb edə bilər.

    2. Alıcı Mallarda aradan qaldırıla bilməyən və ya tənasübsüz xərc və ya vaxt sərf etmədən qaldırıla bilməyən qüsur və ya çatışmamazlıq aşkar etdikdə onları Satıcıya qaytara və Müqavilədən imtina edə bilər.

    3. Bütün yaranan mübahisələri tərəflər danışıqlar yolu ilə həll etməyə çalışacaqlar. Əgər belə yol heç bir nəticə verməzsə zərər çəkən tərəf qanunvericiliklə müəyyən edilmiş müvafiq məhkəməyə müraciət edə bilər.


6. Müqavilənin müddəti

    1. Müqavilə imzalandığı gündən qüvvəyə minir və Müqavilənin mövzusuna dair öhdəliklərin yerinə yetirilməsinin bitirilməsi tarixinədək etibarlıdır.


7. Məxfilik

    1. Hazırki müqavilə əsasında əldə olunan hər hansı məlumat məxfidir və, məxfi olduğu üçün Satıcı onu qanunla göstərilmiş hallar istisna olmaqla (məs., öz lazımi qaydada təyin olunmuş məsləhətçisinə, auditoruna və ya dövlət orqanına) heç bir üçüncü şəxsə Alıcının yazılı razılığını əvvəlcədən almadan açıqlamamalıdır.


8. Digər müddəalar

    1. Müqavilə hər tərəf üçün bir nüsxə şərti ilə eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib edilmişdir.

    2. Müqaviləyə bütün əlavələr və dəyişikliklər ancaq yazılı formada tərtib edildikdən və tərəflər imzaladıqdan sonra qüvvəyə minir.


9. Tərəflərin ünvanları və rekvizitləri

    1. Satıcı:




    1. Alıcı:



TƏRƏFLƏRİN İMZALARI



Satıcı adından:

Alıcı adından:

İmza: ________________

Adı: S.A.A

Vəzifəsi: Vəzifə



İmza: ________________

Adı: S.A.A

Vəzifəsi: Vəzifə



Yüklə 184 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə