Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə1/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
  1   2   3   4   5   6   7   8   9   ...   77


ALTAY CƏMİL
V CİLD


Kitabın  hazırlanmasında və nəşrində zəhməti olan insanlara 
təşəkkür edirəm.
Allah hamısından razı olsun!
Altay Cəmil. Beşikdən Behiştə, V cild
Bakı, 2017, 312 səh
Bismillahir-Rahmənir-Rahim
“Beşikdən Behiştə” kitabının 5-ci cildində qəlb xəstəlikləri mövzusu da-
vam etdirilir və daha 14 mənəvi mərəzdən söhbət açılır. Rəbbinə qovuşmaq 
istəyənlər bu mərəzlərdən qopmağa can atmadıqca istəkləri səmimi olmaz. 
Çünki Allah öz qullarından “Səlim qəlb” (əş-Suara, 89) gözləyir.
Ey  Rəbbimiz!  Xeyir  ancaq  Səndəndir.  Bu  kitabı  faydalı  et  və  faydala-
nan  ları bağışla!
Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 
02.03.2017-cı il DK-152/0 nömrəli razılıq məktubuna əsasən nəşr edilir.
© Altay Cəmil



4
ÖN SÖZ
“Onların qəlblərində mərəz vardır” (əl-Bəqərə, 10).
Bismillahir Rahmənir Rəhim,
Şahidlik edirəm ki, Allahdan başqa ilah, İslamdan qeyri Din, 
Hz. Muhəmməddən sonra peyğəmbər yoxdur. Rəbbimə sonsuz 
həmd-sənalar, Rəsuluna, onun mübarək əhli-beytinə, əshabına, 
arxasınca gedənlərə saysız salavat və salamlar olsun!
“Beşikdən  Behiştə”  kitabının  növbəti  5-ci  cildində  də  möv-
zumuz mənəvi mərəzlərdir. Allahın lütfü və izni ilə başa düş-
düyümüz və bacardığımız qədər qəlbin qaranlıq qatlarına işıq 
tutmağa çalışmışıq. Nur mənbəyimiz ancaq Quran və Sünnədir. 
Çünki  başqası,  sadəcə  olaraq,  yoxdur.  Zülməti  görməyən  ya-
xud görmək istəməyən kimsəyə heç bir nurun, aydınlığın, Allah 
diləməzsə,  fayda  verməyəcəyinin  fərqindəyik.  Faydalanmaq 
üçün insanın öz içinə girmək əzmi olsun gərək. Girsə görəcək ki, 
dərd də oradadır, dərman da. Xəstə də odur, həkim də.
“Yerdə tam yəqinliklə inananlar üçün əlamətlər vardır. Sizin 
özünüzdə də. Məgər görmürsünüz?” (əz-Zariyat, 20-21)
Adəm oğlu “mən-mən” deyən məxluqdur. Olmayan fəzilətləri 
özündə  “görsə”  də,  olan  nöqsanlara  çox  zaman  kordur.  Odur 
ki,  Kitabda,  mərəzlərə  daha  çox  diqqət  yetirilir,  müalicədən  o 
qədər də bəhs olunmur. Əvəzində isə hər qəlb xəstəliyi ilə bağlı 
bölmənin sonunda xəstənin özünə ünvanlaya biləcəyi suallar ve-
rilir. Təbii ki, bunlar şərtidir. Fəqət ən təcrübəli təbib də xəstəni 
müayinə etmədən, sorğu-suala tutmadan müalicəyə başlamaz.
Qəlb xəstəsi sağalmaq istəyirsə öz həkimi olmalı, ilk növbədə 
özünü hesaba çəkməlidir. Zərrəcə şübhəmiz yoxdur ki, istər cis-
mani, istər də mənəvi mərəzlərlə bağlı şəfa mexanizmini şəfanın 
Sahibi insanın özündə yerləşdirmişdir. Adəm oğlunun, sadəcə, 
bu mexanizmi işə salması, yəni cəhddə bulunması yetər.


5
“Bizə xatir cəhd edənləri Öz yollarımıza hidayət edərik” (əl-
Ənkəbut, 69).
Biz, Rəbbimizdən yardım və uğur diləyərək kitabın maraq-
la  oxunması  üçün,  əlbəttə,  səy  göstərmişik.  Lakin  əsas  məsələ 
onun maraqlı deyil, faydalı olmasıdır. Fayda və xeyir isə bizim 
əlimizdə deyildir.
“Xeyir  yalnız  Sənin  əlindədir.  Sən,  əlbəttə,  hər  şeyə 
qadirsən” (Ali-İmran, 26).
“Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhta-
cam!” (əl-Qəsəs, 24)
Allahım! Biz Sənin rizanı umaraq, Sənə güvənərək bu kitabı 
hazırladıq. Bizi də, oxuyucularımızı da bağışla və Sənin Kitabına 
sarılanlardan eylə!
Ey insan, dərdini bil, xəstə sənsən, həkim sənsən.
Haqqını, həddini bil, məhkum sənsən, hakim sənsən.
Dost üçün getmə uzaq, sənə səndən yaxındı O
Düşmən də içindədir, ilk özünə qənim sənsən.
Ərşin, ərzin qula qarşı qərəzi-qəsdimi var?
Zülmü bətnində ara, məzlum sənsən, zalim sənsən.
Səndə şeytan və mələk, şirk və iman üz-üzədir
İblis sən, məlakə sən, müşrik sənsən, müslim sənsən.
Cənnətlər, cəhənnəmlər səndən ötrü xəlq olunub
Cahan seçmək yeridir, rəhmət sənsən, rəcim sənsən.
Sirri aləmlərin Adəmdə deyil, kimdədi bəs?
Ey insan, nəfsini bil, cahil sənsən, alim sənsən.
Nəfsini bilsə bəşər, Rəbbini bilməzmi olur?
Rəbbini bilsən əgər, biləcəksən heç kim sənsən.


6
Bismillahir Rahmənir Rahim
1. HƏSƏD
“Və  həsəd  etdiyi  zaman  paxılın  şərindən  (sübhün 
Rəbbinə sığınıram)” (əl-Fələq, 5).
Həsəd, paxıllıq başqasının imkan, fəzilət və uğurlarının 
varlığına üzülüb yoxluğunu istəməkdir və haramdır. Əgər 
üzüntü var, istək yoxdursa haram sayılmaz, amma mərəz 
olaraq qalır.
Həsəd şərdir, onun Allahın Kitabında məhz bu cür qiy-
mətləndirildiyini görməkdəyik. 
“De: “Pənah aparıram sübhün Rəbbinə! Yaratdıqlarının 
şərindən;  Zülmətə  büründüyü  zaman  gecənin  şərindən; 
Düyünlərə üfürən (ovsun oxuyan) qadınların şərindən; Və 
həsəd etdiyi zaman paxılın şərindən!” (əl-Fələq)
Allah  Təala  həsədçinin,  paxılın  şərini  cadugərlərin, 
zülmətlərin  şəri  ilə  bir  sırada  qoyur.  Çünki  hər  üçünün 
içindəki təhlükə gizlidir və təhlükənin yönəldiyi kimsələr 
üçün bəlli olmaz. Bu qara və qaranlıq qüvvələrdən qorun-
maq üçün, həqiqətən, sübhün və aydınlığın Rəbbinə sığın-
maqdan başqa çarə yoxdur.
Şər, bütövlükdə, şeytani, yəni atəşlik əməlləri ifadə edir. 
Quranın son surəsində insanlar üçün şərin əsas gizli mən-
bəyi açıqca vurğulanmaqdadır: 
“De: “Pənah aparıram insanların Rəbbinə; İnsanların 
Sahibinə;  İnsanların  gerçək  İlahına!  Vəsvəsə  verənin, 
(Allahın ismi zikr olunanda) qaçıb gizlənənin şərindən” 
(ən-Nas, 1-4).
Şübhəsiz ki, “Vəsvəsə verən” Şeytandan başqası deyil, 
şərin başında o durur və həsəd, cadu, zülmət onun əsas və 
gizli silahlarından, tələlərindəndir. Zatən ilk həsədçi, onun 
özüdür. Allah Təala Adəmi (aleyhissalam) yaradıb mələkləri 
ona səcdə etdirəndə bunu çəkə bilmədi və vəsvəsə verərək 
ilk insanın cənnətdən çıxarılmasına nail oldu. 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə