Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə1/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
  1   2   3   4   5   6   7   8   9   ...   45


 

ALTAY MƏMMƏDOV 



 

 

 

 

KƏNGƏRLƏR 

 

 

 

 

 

Ən qədim türk dövlətləri silsiləsindən 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Azərbaycan Dövlət NəĢriyyati 



 

Bakı-1996 

 

 



 

63.3 (5T7) 



M 52 

 

Elmi redaktoru: Qiyasəddin Qeybullayev  

tarix elmləri doktoru 

 

 



Redaktoru: Sədaqət Cabbarova  

Rəssamı: Stanislav ġatikov 

 

 



 

 

Məmmədov Altay.  



 

M 52 Kəngərlər.-B.: AzərnəĢr, 1996.- 131 səh. 

 

 

 



Xalqımızın etnogenezində fəal iĢtirak etmiĢ ən qədim türk dövlətlərindən biri 

də  adlarını  bu  günə  kimi  saf  və  zədəsiz  mühafizə  etmiĢ  kəngərlərdir.  Əsasən, 

Naxçıvan,  Qarabağ,  Qazax  regionlarında  yaradılmıĢ  Kanq  dövləti  ilə  bağlıdır. 

Kitabda bu dövlətin Çin, Hun, KuĢan və s. qədim dövlətlərlə, Uralboyu, Ön Qafqazla 

qədim  əlaqələrindən,  kəngərlərin  mədəniyyət  və  dini  inanclarından,  həmçinin 

Kəngər-peçeneq qurumundan bəhs edilir. 

 

 

M 0503020907-36    elansız                                                                      BBK 9(S 42) 



 M-651(07) -96 

ISBN 5-552-01650-5  

© 

AzərnəĢr, 1996 



 

 


 

REDAKTORDAN 

 

Qədim  türkmənĢəli  etnosların  eradan  əvvəlki  minilliklərdə  siyasi  və  etnik 



tarixi  üstüörtülü  vəziyyətdə  qalmaqdadır.  Rus  tarixçilərinin  antitürk  emosiyasından 

çıxıĢ  etmiĢ  sovet  tarixçiləri  də  həqiqətin  üstündən  pərdəni  götürə  bilmədilər. 

Azərbaycan  ərazisində  eradan  əvvəl  I  minillikdə  və  bizim  eranın  I  minilliyində 

Manna,  Maday,  Atropatena  və  Alban  dövlətlərinin  qədim  türk  mənĢəli  etnoslara 

mənsub  olması  məsələsində  tarixçilər  arasında  fikir  yekdilliyi  yoxdur.  Hələ  də 

mannalılar hürridilli  (ya  da  elamdilli), madaylar  və atropatenlilər  irandilli, kaspilər 

və albanlar qafqazdillilər sayılmaqdadır. Azərbaycanlılar orta əsrlərdə gəlmə türklər, 

sonralar türkləĢmiĢ irandillilər və qafqazdillilər elan edilmiĢdir. 

Eyni  vəziyyət  qədim  türkmənĢəli  etnosların  ana  yurduna  daxil  olan  Orta 

Asiyada  və  Qazaxstanda  da  hökm  sürür.  Orada  da  eradan  əvvəl  I  minillikdə  və 

eramızın  ilk  əsrlərində  yaĢamıĢ  sak,  massaget,  usun,  kuĢan  və  b.  iri  tayfa 

birləĢmələrinin  irandilli  sayılması  ucbatından  türkmən,  özbək,  qırğız  və  qazax 

xalqlarının  etnogenezi  problemlərinin  açılması  hələlik  mümkün  olmayan  düyünə 

çevrilmiĢdir.  Ümumi  antitürk  mövqe  türkĢünaslığın  iranĢünaslığın  caynaqlarına 

keçməsini  təmin  etmiĢdir,  Odur  ki,  istər  Azərbaycanda,  istərsə  Orta  Asiyada 

arxeoloji  qazıntılar  nəticəsində  aĢkarlanmıĢ  arxeoloji  mədəniyyətlər  hələ  də 

yiyələrini tapa bilmir. 

Tarixi  həqiqət  budur  ki,  Orta  Asiya  binadan  türkmənĢəli  etnosların 

ərazisidir.  Ari  mənĢəli  tayfalar  eradan  əvvəl  II  minilliyin  əvvəllərində  Cənub-Ģərqi 

Avropadan ġərqə hərəkət sdərək Orta Asiyaya gəlmiĢ və yerli türk mənĢəli tayfaların 

ərazisinin bir hissəsini zəbt etmiĢlər. Bundan sonra Amudərya çayı qədim türkləri və 

ariləri  ayıran  sərhədə  çevrilmiĢdir.  Arilərin  bir  hissəsi  eradan  əvvəl  II  minilliyin 

ortalarından  gec  olmayaraq  hindiquĢ  dağlarını  aĢaraq  indiki  Hindistan  ərazisində 

məskunlaĢmıĢlar. Orta Asiyada qalan arilər isə eradan əvvəl I minilliyin əvvəllərində 

iki  yerə  bölünmüĢlər.  Onların  bir  hissəsi  (farsların,  kürdlərin,  talĢların,  tatların  ulu 

əcdadları)  Ġran  yaylasına  gəlmiĢ,  digər  hissəsi  isə  (indiki  taciklərin,  əfqanların, 

Pamirin irandilli kiçik xalqlarının əcdadları) Orta Asiyada qalmıĢlar. 

Burada həmin məsələnin geniĢ izahını vermək imkanı yoxdur. Onu deməklə 

kifayətlənirik  ki,  ġimali  Azərbaycanın  eradan  əvvəl  I  minillikdə  və  erkən  orta 

əsrlərdə  etnik  tarixinin  həmin  vaxtlarda  Orta  Asiyanın  və  Cənub-Ģərqi  Avropanın 

etnik  dünyası  ilə  sıx  əlaqəsi  vardır.  Erkən  orta  əsrlərdə  Azərbaycan  və  indiki 

Ermənistan ərazilərində yaĢamıĢ kəngərlər də məhz Orta Asiya mənĢəlidir. 

  

Eramızın IV əsrinin 80-ci illərində Cənubi Qafqazda baĢ vermiĢ hadisələrdə 



kəngər  tayfasının  iĢtirakı  barədə  mənbələrdə  məlumatlara  rast  gəlinir.  Erkən  orta 

əsrlərdə kəngərlər əsas etibarı ilə iki bölgədə: Azərbaycanın (o vaxtlar Albaniyanın) 

Gürcüstan və Ermənistanla həmsərhəd bölgəsində və Naxçıvanda yaĢayırdılar. 



 

Qazax-Ağstafa  bölgəsində  və  indi  Ermənistana  aid  həmsərhəd  bölgədə  V-



VII əsrlərə aid erməni mənbələrində Kanqark kimi yazılan əyalətin adı çəkilir. Bütün 

orta əsrlər boyu kəngərlər orada yaĢamıĢ və 1766-çı ildə gürcü hakimiyyətinə boyun 

əyməyərək bir neçə Qazax elləri ilə birlikdə Qarabağa köçmüĢlər. 

542-552-ci illər arasında baĢ vermiĢ siyasi hadisələrdə kəngərlərin adı həm 

də Naxçıvanda məlumdur. Bütün orta əsrlər boyu Naxçıvanda kəngərlər böyük tayfa 

birləĢməsi idi. Onların bir hissəsini Pənahəli xan XVIII əsrdə Qarabağa köçürmüĢdü. 

XIX əsrin əvvəllərində Naxçıvanda 920 ailədən ibarət olan kəngərlər çoxlu qollardan 

və  tirələrdən  ibarət  idilər.  1988-ci  ilə  qədər  Ermənistanda  bir  sıra  yaĢayıĢ  məntəqə 

adları kəngərlərin qollarının və tirələrinin adlarını əks etdirirdi. Naxçıvan ərazisində 

kəngərlərlə bağlı etnotoponimlər çoxdur. 

Kəngərlərlə  etnik  mənsubiyyətcə  bağlı  digər  qədim  türkmənĢəli  etnos 

peçeneqdir.  Cənub-Ģərqi  Avropa  çöllərində  yaĢamıĢ  türk  tayfalarından  danıĢan  X 

əsrə aid mənbədə açıq yazılır ki, peçeneqlərin bir hissəsi kəngər adlanır. Maraqlıdır 

ki.  Albaniyanın  Artsak  bölgəsində  V-  VII  əsrlərdə  peçeneq  adının  qədim  ermənicə 

təhrif  forması  Ģəkilində  (bu  barədə  məlumat  ermənicə  mənbədədir)  Pazkank  (və 

Panskank),  XII  əsrdə  Bcans  adlandırılan  mahallar  vardı.  Dağlıq  Qarabağda  bir  dağ 

indi də Bicənəxut adlanır. X  əsrə aid mənbədə Cənubi. Rus çöllərində peçeneqlərin 

qarabağ, kuyərçi, kapan, çur, erdim, kul və baĢqa tayfalardan ibarət olması göstərilir. 

Diqqəti bu cəlb edir ki, həmin tayfaların adları Azərbaycanda Qarabağ, Göyərçi(n)li, 

Qapanlı,  Çorlu  (və  Çoryurd),  Yardımlı  və  Qullar  adlı  yaĢayıĢ  məntəqə  adlarında 

əksini  tapmıĢdır.  Məhz  peçeneqlərin  Qarabağ  tayfasının  adı  ilə  eradan  əvvəl  VII 

əsrdə gəlib məskunlaĢmıĢ sakların adını əks etdirən Artsak («sak yüksəkliyi», yaxud 

«sak dağlıq ərazisi») toponimi XII əsrdə Qarabağ adı ilə əvəz olunmuĢdur. 

Tədqiqatçılara  görə  kəngərlər  Cənubi  Qafqaza  eramızın  əvvəllərində 

hunların  tərkibində  gəlmiĢlər.  Bu  həqiqətdə  də  belədir,  çünki  eradan  əvvəlki 

mənbələrdə Cənubi Qafqazda və ġimali Qafqazda kəngər və peçeneq adları çəkilmir. 

Kəngərlər və peçeneqlər kimlərdir və haralıdırlar? Bu sualın cavabını ətraflı 

vermək mumkün olmasa da qısaca aydınlıq yaratmaq zərurəti vardır. 

Eradan əvvəlki minilliklərdə Orta Asiya və Qazaxstan ərazilərində yaĢamıĢ 

qədim  türk  mənĢəli  sakların  (arxeoloqların  yazdıqlarına  görə  saklar  bu  ərazilərdə 

Tunc dövründən bəri yaĢayırdılar) bir hissəsi basine adlanırdı (Ġlk dəfə I əsr müəllifi 

Strabon  tərəfindən  pasian  kimi  deyilən  bu  etnonim  qədim  türk  dillərində  ç-s 

əvəzlənməsinə görə həm də baçine kim» səslənmiĢdir, lakin antik mənbələrdə yunan 

və latın dillərində «ç» səsinin olmaması üzündən hər yerdə «s» səsi iĢlədilmiĢdir) 

Eradan  əvvəl  VII  əsrdə indiyədək məlum  olmayan  səbəblə əlaqədar  olaraq 

sakların böyük bir hissəsi Cənub-Ģərqi, Avropaya keçmiĢ və oradan Cənubi Qafqaza 

əsasən  indiki  Ermənistan  və  Azərbaycan  ərazisinə  gəlmiĢlər.  Sakların  içərisində 

basine tayfası da vardır.  




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə