Ġamaxi xanliğinin tarġXĠNƏ daġr n.Ş. Bayramova



Yüklə 74,42 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü74,42 Kb.
#32541


Journal of Azerbaijani Studies  

345 


ġAMAXI XANLIĞININ TARĠXĠNƏ DAĠR 

 

N.Ş.Bayramova* 

(*Azərbaycan Milli Elmlər Akademiyası) 

 

 

GĠRĠġ 

 

 Qədim  və  zəngin  dövlətçilik  ənənələrinə  malik  olan  Azərbpaycan  xalqı 



tarixin ayrı-ayrı dövrlərində olduğu kimi XVIII yüzilliyin ortalarında meydana 

gəlmiş  xanlıqlar  dövründə  də  öz  dövlətçilik  ənənələrini  bərpa  etməklə  siyasi 

müstəqilliyə  nail  olmuşdur.  Həmin  dövrdə  Azərbaycan  dövləti  tarix  səhnəsinə 

vahid  şəkildə  deyil,  ayrı-ayrı  feodal  dövlətləri-xanlıqlar  formasında  daxil 

olmuşdur.  XVIII  yüzillik  xanlıqlar  dövrü  tarixinin,  xüsusən  də  bu  dövrün 

pozitiv cəhətlərinin üzə çıxarılmasının tam təminata ehtiyacı vardır. Bu mənada 

Azərbaycan  xanlıqlarının,  o  cümlədən  Şamaxı  xanlığının  yaranması,  iqtisadi 

həyatı, əsasən də onun qonşu  dövlətlərlə münasibətlərinin tədqiqi bu gün də öz 

aktuallığı  ilə  fərqlənir.  Xanlığın  yaranması,  xanlıqda  olan  ikihakimiyyətlilik 

məsələsinə,  xanlığın  qonşu  dövlətlərlə    münasibətlərinə  sovet  dövrünün  həm 

rus,  həm  də  Azərbaycan  tarixşünaslığınıda    birtərəfli  şəkildə  yanaşılmış, 

Osmanlı  imperiyası  ilə  olan  siyasi  münasibətələri  isə  demək  olar  ki,  kölgədə 

qalmışdır. 

 İlk öncə xanlığın «Şirvan» və ya «Şamaxı» xanlığı adlandırılması məsələsi-

nə  aydınlıq  gətirək.  Tədqiqatçılarımız  uzun  müddət  bu  məsələyə  öz 

münasibətlərini  bildirməmişlər.  S.Bronevski  öz  əsərində

1

  qeyd  edir  ki,  Alazan 



çayının sol sahilində yerləşən Şirvan bölgəsinə Şəki, Şamaxı və Salyan daxildir. 

Müəllif  xanlığın  sərhədlərini  şimalda  Quba  xanlığı,  şərqdə  Bakı  xanlığı, 

cənubda  Muğan  düzü  və  Qarabağ  xanlığı  ilə,  qərbdə  isə  Göyçay  çayı  ilə 

hüdudlandırır.

2

  Lakin  onun  səhvi  onda  idi  ki,  Dağıstan  tərəfdən  xanlığın 



sərhəddinin  Rubas  çayına  qədər  uzandığını  göstərdiyi  halda,  həm  də  Samur 

çayını  Quba  xanlığının  sərhədi  kimi    vermişdir.  Rubas  çayı  isə  məlumdur  ki, 

Dərbənddən axır.

3

  S.Qmelin  də  həmçinin  göstərir  ki,  hələ  Nadir  şah  dövründə 



Şamaxı şəhərinin ətrafındakı kəndlər, Ağsu, qərbdən Cöyçay çayına, şimaldan 

Altıağac və şərqdən Navahi kəndinə qədər olan ərazilər xanlığın əsasını qoyan 

Sərkərlər  nəslindən  olan  Allahverdi  bəyə  məxsus  olmuşdur

4

  ki,  bu  ərazi  də 



                                                 

*AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi 

1

 Броневский С.Б. Новейшие географические и  исторические известия о Кавказе, ч. II, 



М., 1823, 465 с. с.157. 

2

Bronevckiy, eyni yer. 



3

 Энциклопедический словар, том XVII, СПб, 1899, s. 197. 

4

 Гмелин С.Г.Путешествие по России для исследования всех трех царство природы 



СПб., 1785, ч. III, s. 90-91. 


346  

N.Ş.Bayramova 

bütün  Şirvan  adlanan  regionu  yox,  Şamaxı  xanlığının  sərhədlərini  əhatə  edir.  

Ola bilsin ki, Şamaxı xanları özlərini «Şirvan xanı» adlandırmışlar. Lakin bu da 

xanlığın  «Şirvan  xanlığı»  adlandırılmasına  heç  bir  əsas  vermir.  Çünki  rus  

mənbələrində  bu  xanlıq  gah  Şirvan,  gah  da    Şamaxı  xanlığı  adlandırılır. 

Osmanlı mənbələrində

1

 isə  nəinki Şamaxı xanlığı, hətta Quba, Şəki xanları belə 



Şirvan xanları kimi təqdim edilmişdir. Buradan belə bir qənaətə gəlmək olar ki, 

Şirvan  regionunda  müstəqil  xanlıq  taxt-tacına  sahib  olan  hər  bir  xan  qonşu 

dövlətlərlə yazışmalarında özünü Şirvan hakimi kimi  təqdim etmişdir. 

Mənbələrin  tədqiqi  zamanı  müəyyən  olunmuşdur  ki,  Sərkərlər  nəslinə 

mənsub olan Şamaxı xanları minillik tarixə malik olan  Şirvanşahlar dövlətini 

bərpa  etməyi  qarşılarına  məqsəd  qoymamış  və  bu  qüdrətə  də  malik  ola 

bilməmişlər. Şamaxı xanları da əksər Azərbaycan xanları kimi yalnız xanlığın  

müstəqilliyini qoruyub saxlamaq uğrunda mübarizə aparmışlar. 

Nadir  şah  Əfşarın  yaratdığı    imperiyanın  dağılması  ilə  əlaqədar  XVIII 

yüzilliyin ortalarında Köhnə Şamaxıda varlı ailədən olan Xançobanı tayfasının 

Sərkərlər  nəslinin  nümayəndəsi  Allahverdi  bəyin  oğlanlarının,  Yeni  Şamaxıda 

isə  Hacı  Məhəmmədlinin  hakimiyyətə  gəlməsi  ilə    ikihakimiyyətlilik  əsasında 

Şamaxıda müstəqil xanlıq yaranır. Tədqiqat zamanı  Şamaxı xanlarının heç bir 

hakimə  vergi  ödəmədiyi  müəyyən  olunmuşdur.  Bu  isə  Şamaxı  xanlığının 

müstəqil  olaraq  yaranmasına  əsaslı  sübut  ola  bilər.  Xanlığın  müstəqil  olaraq 

yaranması  faktı  ilə  əlaqədar  B.Dornun  əsərində

2

    bəzi  ziddiyyətli  məqamlara 



aydınlıq gətirmək istərdik. Belə ki, B.Dorn yanlış olaraq Məhəmmədsəid xanın 

1748-ci  ildə  Köhnə  Şamaxıda  Kərim  xan  Zənd  tərəfindən  xanlıq  taxtına 

çıxarılmasını  göstərir.  Kərim  xan  Zənd  isə  yalnız  1752-ci  ildə    Mərkəzi  və 

Qərbi İranda rəqiblərini məğlub edir

3

  və  burada  hakimliyə  sahib  olur.  Dornun 



verdiyi  səhv    mülahizənin  əksinə  olaraq  buradan  belə  nəticə  çıxır  ki,  50-ci 

illərdə  İranda  hələ  öz  mövqeyini  möhkəmləndirməyə,  özünü  şah  yox,  vəkil 

adlandıran  Kərim  xan  Zənd  1748-ci  ildə  Şimali  Azərbaycanda  böyük  nüfuz 

üstünlüyünə malik ola bilməzdi və Şamaxı xanlığına da xan təyin edə bilməzdi. 

Bu  məsələyə  toxunan  F.Əliyev  isə  yazırdı  ki,  Kərim  xan  şiələrdən  ehtiyat 

etdiyinə  görə  ömrünün  axırına  kimi  «vəkil»  titulu  ilə  məhdudlaşıb  özünü  şah 

elan  edə  bilməmişdi.

4

  Yanlış  fikirlərə  belə  yeni  faktlar  əsasında  aydınlıq 



gətirməklə,  Nadir  şahın  ölümündən  sonra  Şimali  Azərbaycanın  İranın  təsir 

dairəsində olmadığını bir daha  sübut etmiş olarıq. 

Digər  Azərbaycan  xanlıqları  kimi  Şamaxı  xanlığı  da  inzibati  cəhətdən 

mahallara bölünürdü. Xanlığın 17 mahalı olmuşdur. Mahalları bəylərdən təyin 

                                                 

1

  BaĢ Bakanlıq Osmanlı ArĢivi Hatti Humayun (BOA HH), sənəd 10, 336. 

2

 Дорн Б.А. История Ширвана с.1538-1820 гг. AMEA A.A.Bakıxanov adına Tarix 



İnstitutunun Elmi Arxivi, f.1,siy 9, sənəd 4733. 

3

 Алиев С.М. Междоусобное войны и борьба за верховную власть в Иране после 



распада империи Надир шаха. Иран, история и культура в середине века и новое 

время. М., 1980, s.39. 

4

 Əliyev F. Həsənov Ü. Ġrəvan xanlığı, Azərnəşr. Bakı, 1997, səh. 56, 120 səh. 




Şamaxı xanlığının tarixinə dair 

347 


 

 

olunmuş  mahal  naibləri  idarə  edirdilər.  M.Biberşteyn  «ən  zəngin  xanlıq»



1

 

adlandırdığı  Şamaxı  xanlığını  təbii  sərvətlərinə  görə  digər  Azərbaycan 



xanlıqlarından  fərqləndirmişdi.  Bu  səbəbdəndir  ki,  Şamaxı  xanları  Salyan, 

Xançobanı  və  digər  sərhəddə  yerləşən  mahalları  ələ  keçirmək  istəyən  qonşu 

Quba, Qarabağ və Lənkəran xanlıqları ilə intensiv olaraq mübarizə aparmışdı. 

Buna görə də  xanlığın mahallarının inzibati sərhədləri sabit qalmamışdı. 

Şamaxı xanlığının hərbi-siyasi vəziyyətinə dair müxtəlif maraqlı məlumatlar 

vardır. Mənbələrə istinad edən E.Məmmədova göstərir ki  Şamaxı xanlığı çox 

güclü  hərbi  qüvvəyə  malik  idi  və  10  min,  bəzən  isə  12  min  nəfərlik  qoşun 

toplaya  bilirdi.

2

  Məhz  hərbi  cəhətdən  güclü  olmasının  nəticəsi  idi  ki,  xanlıq 



səkkiz  il  Quba  xanlığının  birləşdirmə  siyasətinə  qarşı  mübarizə  aparmışdı. 

Qubalı  Fətəli  xan  bu  məqsədlə  dəfələrlə  Şamaxı  xanlığı  üzərinə  hərbi  yürüş 

etmiş,  lakin  hər  dəfə  itki  verərək  geri  çəkilmiş,

3

  yalnız  1768-ci  ildə  şəkili 



Hüseyn  xan  ilə  birləşərək  xanlığın  ərazisini  Şimal-Şərqi  Azərbaycan 

torpaqlarına  daxil  edə  bilmişdir.  Şamaxı  xanlığı  Quba  xanlığının  tərkibində 

1789-cu  ilə  kimi  qalmasına  baxmayaraq  öz  müstəqilliyinə  yenidən  nail  olmaq 

üçün davamlı olaraq mübarizə aparmışdır. 

N. Dubrovin haqlı olaraq göstərir ki, xanlıqların bir-birinə münasibəti tez-tez 

dəyişirdi. Bunun isə yeganə səbəbi xanlıqların yarandığı ilk illərdə hər hansı bir 

ərazi  üstündə  mənafe  toqquşmaları  idi.

4

  Yeri  gəlmişkən  qeyd  edək  ki,  bu 



münasibətlər beynələxalq şəraitdən də asılı olaraq tez-tez istiqamətini dəyişirdi. 

Məsələyə  bir  qədər  aydınlıq  gətirmək  üçün  Şamaxı  xanlığının  qonşu  Qacarlar 

İranı, Osmanlı dövləti və çar Rusiyası ilə münasibətlərinə nəzər salaq. Nadir şah 

imperiyasının dağılmasından sonra İranda taxt-tac uğrunda Qacarlarla Zəndlilər 

arasında qarşıdurma baş verən zaman Şamaxıda ikihakimiyyətlilik dövrü idi. Bu  

zaman  Hacı  Məhəmmədli  xan  Qacarlara  qarşı  idisə,  Zəndilər  Qacarların 

Azərbaycanın  şimal  torpaqlarına  olan  iddiası  ilə  əlaqədar  olaraq  əks  tərəflə  – 

yəni Köhnə Şamaxıda Sərkərlərlə ittifaqa üstünlük verirdilər. 

Ümumiyyətlə,  1761-cı  ilə  qədər  davam  edən  ikihakimiyyətlilik    şəraitində 

Şamaxı  xanlığının  İran  ilə  münasibətləri  xeyli  ziddiyyətli  olmuşdur.  1792-ci 

ildə  Şamaxı  xanlığında  hakimiyyətə  sahib  olan  Mustafa  xan  isə  Qacarlarla 

münasibətində    diplomatik  manevr  edərək  tabe  olmaqdan  həmişə  imtina 

etmişdir. 

                                                 

1

 Биберштейн М.Описание провинций расположенных на левом берегу Каспийского 



моря,  между реками Терек и Кура (Перев с Соловой). Научн. Архив Института Истории 

им. А.А.Бакыханова, ф.1, оп.2, док. 467, c. 16. 

2

 Мамедова Э.К.Административное устройства и управление азербайджанских ханство 



во второй половине XVIII века. Б., 1999. Дис. канд. наук. с. 133. 

3

 Səfərov Ə.R. Azərbaycanın ġirvan xanlığının Rusiya ilə  birləĢməsi və ġamaxı Ģəhərinin 



bərpası. Nam. diss. B., 1954, s.35. 

4

 Дубровин Н.Ф. История войны и владычества русских на Кавказе. СПб., 1888, т. IV, 



с.13. 


348  

N.Ş.Bayramova 

Qacarın  1795-ci  ildə  Cənubi  Qafqaza  olan  yürüşü  zamanı    rus  tarixçisi 

N.Dubrovin  Şəki,  Şamaxı  və  Bakı  xanlıqlarının  tərəddüd  etdiklərini  göstərir. 

Onlar  son  nəticədə  öz  mülklərini  İran  ordusunun  talanlarından  xilas  etmək 

naminə  Qacardan  vassal  asılılığını  qəbul  etdiklərini  bildirirlər.

1

  O.P.Butkov 



göstərir ki, Mustafa xan Qacara tabe olmaqdan imtina edərək Rusiyadan kömək 

almaq üçün yollar axtarmışdır.

2

 Əslində isə o Fitdağ qalasında möhkəmlənməyə 



hazırlaşırdı.  İbrahim  Yüksel  isə  göstərir  ki,  Azərbaycanın  Şimal  xanlıqlarının 

bəziləri Qacara qarşı Osmanlı dövlətindən yardım istəmişdir.

3

  Həmin  məlumat 



Türkiyə Respublikasının Baş Bakanlıq Arxivinin «Xəttin-Humayın» fondundan 

əldə  etdiyimiz  bir  sənədlə

4

  təsdiqlənir.  Mustafa  xanın  eyni  zamanda  həm 



Rusiyaya,  həm  də  Osmanlı  dövlətinə  müraciət  etməsi  xanlığın  müstəqilliyini 

qoruması  üçün  onun  manevr  etdiyini  göstərir.  Mustafa  xan  Qarabaq,  Gəncə, 

Şəki  və  Quba  xanlıqlarından  fərqli  olaraq  Fətəli  şahın  (1797-1834)  da    tabe 

olmaq haqqında tələbini rədd edir və  «şah qələmi elə mənim özümdə də var» 

deyə şahın hakimiyyətini tanımır.

5

 



Şamaxı xanlığının Osmanlı dövləti ilə  münasibətləri haqqında həm rus, həm 

də    Osmanlı  mənbələri  məlumat  verir.  Qacarın  hücum  təhlükəsi  ilə  bağlı 

qarabağla  İbrahimxəlil  xan  öz  nümayəndəsi  Seyid  Abdulla  Çələbi  vasitəsi  ilə 

Osmanlı  sultanına  məktub  göndərir.  Burada  İbrahimxəlil  xan  gəncəli  Cavad 

xanın, şəkili Məhəmmədhəsən xanın, dağıstanlı Ümmə xanın, Kartli-Kaxeti çarı 

II  İraklinin,  o  cümlədən  şamaxılı  Mustafa  xanın  adından  türk  sultanına 

müraciəti öz əksini tapmışdır.

6

 



Şamaxı  xanlığının  müstəqil  siyasət  yeritməsi  beynəlxalq  münasibətlərdə 

müstəmləkəsilik siyasəti ilə daha çox fərqlənən çar Rusiyasını qane etmirdi. 

Şamaxı Niyazabad xəttilə Rusiyanın cənub sərhədlərinə yaxın olduğu üçün 

Azərbaycan-Rusiya  ticarətində  mühüm  əhəmiyyət  kəsb  edirdi.  Eyni  zamanda 

gələcəkdə  Xəzərsahili  əraziləri  ələ  keçirmək  üçün  hərbi  qüvvələrin  Şamaxı 

ərazisindən  keçməsi  daha  əlverişli  idi.  Şamaxı  xanlıqlar  dövründə  də  rus-

Azərbaycan ticarətinin mərkəzi idi. Bu isə qubalı Fətəli xanı qane etmədiyindən 

Şamaxıda yerləşən rus ticarət mərkəzinin Salyana köçürülməsini rus hökuməti-

nin diqqətinə çatdırırdı.

7

  Rəşt  müqaviləsinin  (1732-cu  il)  şərtlərinə  görə  Azər-



baycanda  gömrüksüz  ticarət  hüququnu  alan  rus  tacirləri  xanlıqlar  dövründə  də 

                                                 

1

 Дубровин Н.Ф. Георгий XII последний царь Грузии и присоединение ее к России



СПб., 1867, с.10. 

2

 Бутков П.Г. Материал для новой истории Кавказа. С. 1722 по 1803, СПб., 1869, т. II, 



332. 

3

 İbrahim Yüksel. Çarlıq Rusiyasının Azərbaycanı istilası və Osmanlı devletinin tutumu// 



Kafkas Araştırmaları. İstanbul, 1988, s.30. 

4

 BaĢ Bakanlıq Osmanlı ArĢivi Hatti Humayun (BOA HH, sənəd 6748). 



5

 Левиатов В.Н. Очерки из истории Азербайджана в XVIII веке. Баку, 1948, ст.193. 

6

 BOA HH, sənəd 6748. 



7

 Рагимов Т.Р. Из истории Азербайджанo-русских дипломатических отношение во 



второй половине XVIII, в начале XIX веков, Баку, 1997, ст.41. 


Şamaxı xanlığının tarixinə dair 

349 


 

 

bu hüququ saxlayırdılar. Quba xanlığının təsir dairəsindən çıxdıqdan sonra Şa-



maxı  xanları  Fətəli  xandan  fərqli  olaraq  Rəşt  müqaviləsinin  şərtlərinə  məhəl 

qoymurdular.

1

 

Qacarın Azərbaycanın Arazdan şimaldakı torpaqlarına və Tiflisə qoşun ye-



ritməsinə  cavab  olaraq  II  Yekaterina  hökuməti  Cənubi  Qafqaza  hücum  etmək 

haqqında  qərar  qəbul  edir  və  A.Bakıxanovun  təbirincə  desək,  imperatriçə  İran 

ilə müharibəyə başlayır.

2

 O. Markova isə  göstərir ki, bu yürüşdə əsas məqsəd 



Xəzərsahili bölgələrdə rus ticarətinin üstünlüyünü qoruyub saxlamaq üçün Ağa 

Məhəmməd xan Qacarı cəzalandırmaq idi.

3

  Qeyd  edək  ki,  həmin  ticarətdə  Şa-



maxı mühüm rol oynadığı üçün Şamaxı xanlığının zəbt edilməsi xüsusilə diqqət 

mərkəzində idi. 

Cənubi  Qafqaza  yürüş  edən  rus  qoşunlarına  Zubov  komandan  təyin  edilir. 

Yürüş  1796-cı  ilin  aprelində  başlayır.  Avqustda  Şamaxı  yaxınlığında  yerləşən 

rus qoşunları Yeni Şamaxıya doğru hərəkət edərkən Mustafa xan şəhərdən çıxa-

raq Fitdağ qalasında sığıncaq tapır. Mustafa xan Hacı Qədir adlı naibinə tapşırır 

ki, rus qoşunları Şamaxıdan keçib gedənə qədər onlara qarşı heç bir müqavimət 

göstərməsin. Digər tərəfdən Mustafa xan Zubova qarşı təşkil olunmuş sui-qəsd-

də iştirak edir.  

 

 



Nəticə 

 

XIX  yüzilliyin  əvvəllərində  də  Mustafa  xan  diplomatik  manevrlər  edərək 



Rusiyaya  tabe  olmaq  istəmir  və  xanlığın  müstəqilliyinin  qorunub  saxlanması 

üçün rus generalı Sisianov ilə danışıqları uzadırdı. Fitdağ qalasında yenə özünə  

sığınacaq tapan xan özünün hazırlıq tədbirlərini görürüdü. Lakin uzun sürən da-

nışıqlardan sonra 1805-ci il avqustun 15-də Sisianov xana növbəti tələbləri gön-

dərdi, dekabrın 27-də isə xanın «istəklərinə uyğun» imzalanmış müqavilə nəti-

cəsində Şamaxı xanlığı Rusiya tərəfindən işğal edilir. 

Beləliklə,1747-ci ildə Nadir şahın ölümündən sonra yaranmış, güclü iqtisadi- 

siyasi potensiala malik olan Şamaxı xanlığı 1820-ci ilə kimi istər qonşu xanlıq-

larla münasibətlərində, istərsə də qonşu dövlətlərlə münasibətlərində öz müstə-

qilliyini  qoruyub  saxlamaq  üçün  diplomatik  manevrlər  edərək  daim  mübarizə 

mövqeyində olmuşdur.  

 

                                                 

1

 Rəhimov.  e.a.ə.. s. 4. 



2

 Bakıxanov A.A. Gülüstani-Ġrəm. Bakı, 1951, s.182. 

3

 Маркова О.П. Россия, Закавказье и международные отношения в XVIII веке. М., 



1966, ст. 191. 


350  

N.Ş.Bayramova 



ƏDƏBĠYYAT 

 

1.

 



Алиев С.М“Междоусобное войны и борьба за верховную власть в Иране после распада империи 

Надир шаха”. Иран, история и культура в середине века и новое время. М., 1980. 

2.

 

Bakıxanov A.A., Gülüstani-Ġrəm. Bakı, 1951. 



3.

 

BaĢ Bakanlıq Osmanlı ArĢivi Hatti Humayun, sənəd 10; 336; 6748. 

4.

 

Биберштейн  М.,Описание  провинций  расположенных  на  левом  берегу  Каспийского  моря,  



между  реками  Терек  и  Кура  (Перев  с  Соловой).  Научн.  Архив  Института  Истории  им. 

А.А.Бакыханова, ф.1, оп.2, док. 467. 

5.

 

5.Броневский  С.Б.,  Новейшие  географические  и    исторические  известия  о  Кавказе,  ч.  II,  М., 



1823, 465 с. 

6.

 



Бутков П.Г., Материал для новой истории Кавказа. С. 1722 по 1803, СПб., 1869, т. II, 

7.

 



7 Дорн Б.А., История Ширвана с.1538-1820 гг. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi 

Arxivi, f.1,siy 9, sənəd 4733. 

8.

 

Дубровин Н.Ф., История войны и владычества русских на Кавказе. т. IV, СПб., 1888.  



9.

 

9.Дубровин  Н.Ф.,  Георгий  XII  последний  царь  Грузии  и  присоединение  ее  к  России.  СПб., 



1867. 

10.


 

Энциклопедический словар, том XVII, СПб, 1899, 

11.


 

Əliyev F. Həsənov Ü., Ġrəvan xanlığı, Azərnəşr. Bakı, 1997. 

12.

 

İbrahim  Yüksel.,  “Çarlıq  Rusiyasının  Azərbaycanı  istilası  və  Osmanlı  devletinin  tutumu”.    Kafkas 



AraĢtırmaları. İstanbul, 1988.  

13.


 

Гмелин С.Г., Путешествие по России для исследования всех трех царство природы СПб., 1785, 

ч. III, 

14.


 

12. Левиатов В.Н., Очерки из истории Азербайджана в XVIII веке. Баку, 1948. 

15.

 

Мамедова  Э.К.,Административное  устройства  и  управление  азербайджанских  ханство  во 



второй половине XVIII века. Бakу., 1999. Дис. канд. наук. с. 133. 

16.


 

Маркова О.П., Россия, Закавказье и международные отношения в XVIII веке. М., 1966, 

17.

 

Рагимов  Т.Р.,  Из  истории  Азербайджанo-русских  дипломатических  отношение  во  второй 



половине XVIII, в начале XIX веков, Баку, 1997. 

18.


 

Səfərov  Ə.R.,  Azərbaycanın  ġirvan  xanlığının  Rusiya  ilə    birləĢməsi  və  ġamaxı  Ģəhərinin  bərpası. 



Nam. diss. Bakı., 1954. 

 

 



Summary 

 

ABOUT HISTORY OF SHAMAKHY KHANATE 

 

N.SH.BAYRAMOVA 

(Azerbaijan National Academy of Sciences) 

 

The article is devoted to the history of the Shamakhy khanate. Information is given about the 

territory  and  boundaries  of  the  Shamakhy  khanate  in  the  article.  At  this  time  it  was  the  diarchy 

time  of  the  khanate,  and  the  structure  of  the  Guba  khanate  and  Mustafa  is  analysed  against  the 

political situation in the time of authority of the khan (1792-1820). 

The  history  of  fighting  is  investigated,  which  took  away  the  Shamakhy  khanate  for  the 

occupying  politics  of  the  Russias  of  Qacarların  and  the  tsar.  Friendly  relations  are  put  to  the 

forefront  with  the  neighbouring  states  by  relations  with  the  Ottoman  state  of  the  khanate.  The 

article is completed within the timescale of 1820 with the history of the  tsar of Russia and of the 

Shamakhy khanate. 

Key words: Mustafa mountain of khan, Shamakhy,  which should stay, Qacar. 

 

 



Yüklə 74,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə