«amea. Elmi əsərlər. Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu»



Yüklə 52,19 Kb.

tarix15.10.2018
ölçüsü52,19 Kb.


«AMEA. Elmi əsərlər.Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu».–2010.-№1.–S.38-42.

DEMOQRAFİK PROBLEMİN BƏZİ ASPEKTLƏRİ HAQQINDA*

Rövşən HACIYEV

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun "Sosial fəlsəfə" şöbəsinin əməkdaşı, f.e.n.

Müasir  dövrün  qlobal  prosesləri  içərisində  demoqrafik  problem  özünəməxsus  mühüm  yer  tutur.  Bəzi

tanınmış mütəxəssislər bu problemi hətta müasir dövrün əsas qlobal problemi kimi qəbul edirlər (5, s.207). Belə bir

mövqenin nə dərəcədə doğru olduğunu verifikasiyaya məruz qoymadan qeyd edək ki, demoqrafik problem şübhəsiz

ki, öz aktuallığı ilə müxtəlif elm sahələrini təmsil edən mütəxəssislərin daim diqqət mərkəzində saxlanılmaqdadır.

Son dövrlərdə bu problemin həllinə  həmçinin  dəqiq  elmlərin  bəzi  nümayəndələrinin  də  maraq  göstərməsi  diqqəti

çəkir.  Onların  demoqrafik  problemin  çözümü  ilə  bağlı  fikirləri  və  əhali  sayının  artım  dinamikasının  müəyyən

edilməsinə  istiqamətlənmiş  yanaşmaları  orijinallığı  ilə  seçilir.  Yuxarıdakı  fikirlərdən  irəli  gələrək  adı  çəkilən

məqalədə bir sıra tanınmış mütəxəssislərin demoqrafik problemin bəzi aspektlərinə dair baxışlarının təhlilinə cəhd

ediləcəkdir.

Məlumdur  ki,  demoqrafik  problemi,  konkret  desək  əhali  artımı məsələsini  ictimai  inkişafın  ciddi  problemi

kimi ilk dəfə ortaya qoyan və onu əsaslandıran (XVIII əsrin sonlarında) ingilis keşişi T. R. Maltus olmuşdur. Onun

məlum  nəzəriyyəsinə  görə,  əhalinin  çoxalması həndəsi  silsilə  ilə,  onun  qida  ilə  təmin  olunması imkanları ədədi

silsilə  ilə  artdığı  üçün  gələcəkdə  ortaya  çıxacaq  qlobal  təhlükələrin  qarşısını  müharibə  və  digər  antihumanist

vasitələrlə  almaq  olar  (8,  s.254).  Lakin  Maltusun  qaldırdığı  bu  problem  öz  humanist  və  eyni  zamanda  qlobal

əhəmiyyətini  yalnız  XX  əsrin  ikinci  yarısında,  xüsusən  məşhur  "Roma  Klubu"nda  səsləndirilmiş  çıxışlarda

tapmışdır.  Bu  məsələyə  ictimai  elmlərin  nümayəndələri  ilə  yanaşı  bir  sıra  təbiətşünas  alimlər  də  böyük  maraq

göstərmişlər.  Son  dövrlərdə  bu  məsələyə  davamlı şəkildə  və  sinergetik  prizmadan  yanaşan  tanınmış  təbiətşünas

alimlərdən S. P. Kurdyumovun, Q. Q. Malinetskinin və xüsusən də S. P. Kapitsanın tədqiqatlarını qeyd etmək olar.

Adları çəkilən müəlliflərin birgə nəşr etdirdikləri kitabda (5, s.206- 277) demoqrafik problemin bir sıra  aspektləri

və  xüsusən  də  əhali  artımının  inkişaf  dinamikasını  səciyyələndirən  riyazi  düsturlar  çıxarılmış  və  bu  əsasda

bəşəriyyətin  sayının  keçmişdəki,  indiki  və  gələcəkdəki  göstəricilərinin  əldə  olunmasına  cəhd  edilmişdir.  Həmin

kollektiv  monoqrafiyada  əldə  edilən  mühüm  nəticələr  kimi  müasir  bəşəriyyətin  vahid  sistem  halında  öyrənilməsi

işinin  sinergetik  yanaşma  prizmasından  nəzərdən  keçirilməsi  və  əhali  sayının  artımının  xarici  deyil,  məhz  daxili

amillərdən asılı olması ideyasının əsaslandırılması və bu zəmində demoqrafik imperativ prinsipinin irəli sürülməsi

məsələlərini  göstərmək  olar.  Qeyd  edək  ki,  sosiomədəni  proseslərin  daxili  amildən  irəli  gələrək  izah  olunması

səyləri bəşəriyyətin intellektual inkişafı ilə bağlı tərəfimizdən irəli sürülən elmi hipotezanın məğzinə də müvafiqdir

(10).  İndi  isə  adlarmı  qeyd  etdiyimiz  müəlliflərə  müraciət  edək:  "Tərəfimizdən  irəli  sürülən  model  paradoksal

şəkildə bütün tarix boyu inkişaf prosesinin xarici amillərdən asılı olmamasını göstərir, yəni əhali artımının sistemin

daxili xüsusiyyətləri ilə müəyyən edilməsinə dəlalət edir"(5, s.278).

Monoqrafiyada  diqqəti  ilk  növbədə  çəkən  mühüm  məqamlardan  biri  demoqrafik  inkişaf  problemini  sistem

yanaşma prizmasından dərk etmək cəhdləri ilə bağlıdır.  Bu istiqamətdə fundamental tədqiqatları ilə çıxış edən ilk

mütəxəssislərdən  biri  tanınmış  iqtisadçı-alim  A. Q. Vişnevskiy  olmuşdur  (2).  Vişnevskinin  sistemli-tarixi

yanaşmasından (2, s.3) irəli gələn S. P. Kapitsa bəşəriyyətin artım dinamikasını riyazi düsturlar vasitəsilə mərhələli

şəkildə təhlil etməyə çalışmış və bu istiqamətdə konkret göstəricilərin əldə edilməsinə səy göstərmişdir. Lakin bu

dəyərli tədqiqat işində, zənnimizcə, bəzi məqamlar lazımı dərəcədə nəzərə alınmamışdır.

Məsələ burasındadır ki, sistem anlayışmı bəşəriyyətə şamil edərkən Kapitsanın özünün də qeyd etdiyi kimi,

sistemi təşkil edən elementlər arasındakı qarşılıqlı əlaqələri zəruri şəkildə nəzərə almaq lazımdır.  Bu münasibətlə

Kapitsa  haqlı  olaraq  aşağıdakıları  bildirir:  "Hamının  vahid  halda  birləşməsini  təmin  edən  nəqliyyat  və  ticarət

əlaqələri  ilə,  miqrasiya  və  informasiya  axını ilə  şərtlənən  müasir  dövrümüzün  məhz  qarşılıqlı  əlaqə  və  qarşılıqlı

asılılıqda olması təkzibedilməz səkildə belə deməyə əsas verir ki, hazırkı dünya qlobal bir sistemdir"(5, s.214-215).

Fikirlərini  davam  etdirən  görkəmli  alim  daha  sonra  sistem  anlayışının  nədənsə  qədim  dövrlərə  şamil  edilməsini

məqbul saymışdır. Halbuki,  özünün  də  qeyd  etdiyi  kimi,  daş  dövründə  ibtidai  icmalar  bir-birindən  təcrid  edilmiş

halda yaşamışlar. Bu faktı təsdiq edən çoxlu sayda konkret arxeoloji materiallar vardır (3, s.206). Həmin arxeoloji

materiallardan  məlum  olur  ki,  neolit  inqilabına  qədər  ibtidai  icmalar  arasındakı  əlaqələr  təsadüfi  və  epizodik

səciyyə  daşımışdır.  Belə  olan  halda  daş  dövründəki  insanların  vahid  sistem  halında  öyrənilməsi  nə  dərəcədə

doğrudur?  Axı o  dövrdə  sistemin  elementləri  arasında  qarşılıqlı təsir  və  əlaqə  yox  dərəcəsində  olmuşdur.  Nəinki

neolit,  hətta  ilk  sivilizasiyalar  dövründə  belə,  yəni  yazılı  tarixin  başlanğıc  dövründə  mövcud  lokal  sosiomədəni

supersistemlər  arasındakı əlaqələr  təsadüfi  xarakter  daşımış  (məs.  Çin  və  Yaxın  Şərq)  və  bəzi  hallarda  heç  baş

tutmamışdır  (Avroasiya  və  Mezoamerika  sivilizasiyalar).  Bu  barədə  görkəmli  politoloq  S. Hantinqtonun  məlum

əsərində konkret şəkildə məlumat verilmişdir (9, s.59-62).

*

 Məqalə fəlsəfə elmləri doktoru, professor A. Mustafayev tərəfindən çapa məsləhət bilinib.




Zənnimizcə,  Kapitsanın  nəzərdən  qaçırdığı daha  bir  mühüm  məqam  "bəşəriyyət"  anlayışının  məzmunu  ilə

bağlıdır.  Bəşəriyyət  dedikdə,  vahid  bioloji  növ,  yəni  Homo  sapiens  və  ya  neoantropdan  ibarət  insanlar  toplusu

nəzərdə  tutulur.  Bu  barədə  Kapitsa  özü  də  konkret  və  doğru  bilgilər  verir  (5,  s.215).  Sonrakı mühakimələrində

Kapitsa bəşəriyyətin artım dinamikasını əks etdirən riyazi düsturların çıxarılmasına  cəhd  göstərir,  lakin,  bununla

kifayətlənmir.  O,  daha  sonra  həmin  düsturlardan  istifadə  edərək,  antropogenezin  bütün  mərhələlərində  yaşamış

insan kimilərin, yəni hominidlərin də əhali sayını müəyyən etməyə çalışır. Bu isə, zənnimizcə, metodik baxımdan

doğru yanaşma hesab edilə bilməz. Məsələ burasındadır ki, neoantropun erkən inkişaf dövrlərinə xas həyat tərzini

canlandırmaq  üçün,  o  cümlədən  ibtidai  icmaların  sayını  müəyyən  etmək  üçün  arxeoloji  materiallarla  yanaşı

etnoqrafik tədqiqatlardan da geniş şəkildə istifadə edilir. Lakin, o da məlumdur ki, neoantropdan başqa hominidlər

nəslindən  olan  digər  bioloji  növlərin  nümayəndələri  artıq  çoxdandır  yer  üzündə  yaşamırlar.  Onların  son

nümayəndələri  (məs.,  neandertallar)  artıq  30  min  il  bundan  əvvəl  tarix  səhnəsindən  yox  olmuşlar.  Belə  olan

təqdirdə,  nəinki  Homo  habilislərin,  hətta  neandertalların  da  sayını  adekvat  şəkildə  üzə  çıxarmaq  imkan

xaricindədir.  Neandertalların  icmalarında  yaşamış  əhali  sayının  orta  göstəricisi  yalnız  məhdud  miqdarda  aşkara

çıxarılmış arxeoloji materiallar əsasında müəyyən edilir. Bu zaman neandertalların yaşadıqları mağaralardakı və ya

müxtəlif  düşərgələrdəki  orta  əhali  sayı təqribi  şəkildə  hesablanır  (daha  çox  isə  homo  sapiensin  təşkil  olunduğu

icmalardakı əhali sayına müvafiq olaraq). Biz isə bilirik ki, riyazi düsturlar yalnız dəqiq rəqəmlər olduğu təqdirdə

adekvat nəticə verir və ilkin məlumatlardakı cüzi xəta hesablama sayəsində yanlış nəticələrin əldə edilməsinə yol

açır. Bu yanlışlığın ortaya çıxması Kapitsanın əldə etdiyi nəticələrdə də özünü büruzə verir. Bu da təsadüfi deyil,

çünki, Kapitsa tez-tez antropogenez ilə bəşəriyyət anlayışlarını eyniləşdirir. Bu xəta beş  saylı cədvəlin adında da

özünü  aydın  şəkildə  büruzə  verir.  Cədvəlin  adında  bu  sözləri  oxuyuruq:  "bəşəriyyətin  inkişafı  toqarifmik

miqyasda"  (5,  s.244).  Halbuki  bu  cədvəldə  ifadə  edilən  əhali  sayının  inkişaf  dinamikası  bəşəriyyəti  deyil,

antropogenez  prosesini  nəzərdə  tutur.  Yəqin  bu  səbəbdəndir  ki,  cədvəldə  gostərilən  məlumatlar  həqiqəti  olduğu

kimi əks etdirə bilmir, çünki bəşəriyyətin artım dinamikasını əks etdirən riyazi düsturlar metodik baxımdan yanlış

olaraq antropogenezin digər mərhələlərinə də Şamil edilir. Məsələn, 5 saylı cədvəldə göstərilir ki, mezolit dövrü

29  min  il  bundan  əvvəl  başlamışdır  və  20  min  il  davam  etmişdir.  Halbuki  arxeologiya  sahəsinə  dair  sanballı

mənbələrdən  məlum  olduğu  kimi,  mezolit  dövrü  12  min  il  bundan  əvvəl  başlamışdır  (7,  s.172)  və  müxtəlif

regionlardan  asılı olaraq  fərqli  zamanlarda  başa  çatmışdır.  О  cümlədən  neolit  dövrünün  başlanğıc  tarixi  düzgün

müəyyən edilsə də (9 min il bundan öncə), onun davam etməsi müddəti  7  min  ilə  bərabər  tutulmuşdur  ki,  bu  da

arxeoloji materiallara uyğun gəlmir. Belə ki, neolit dövrünün davam etməsi müddəti müxtəlif regionlarda təqribən

üç-dörd  min  ilə  bərabər  bir  dövrü  əhatə  etmişdir.  Eynilə,  mezolit  həyat  tərzi  müxtəlif  regionlarda  fərqli

zamanlarda  təzahür  etsə  də,  onun  davam  etməsi  müddəti  həmin  bölgələrin  hər  birində  3-4  min  ildən  artıq

olmamışdır  (4,  s.255;  6,  s.  106,  s.132,  154).  Bir  sözlə,  Kapitsanın  istifadə  etdiyi  riyazi  düsturlar  yalnız  homo

sapiensin  və  ya  neoantropun  əhali  sayına,  yəni  bəşəriyyətin  artım  dinamikasının  mərhələli  şəkildə  müəyyən

edilməsinə adekvat şəkildə şamil oluna bilər. Bu isə faktiki olaraq yaxın 40 min illik bir dövrü əhatə edir. Riyazi

düsturların daha dəqiq işləməsi üçün isə yalnız neolit dövründən başlayaraq, yəni 9 min illik  bir  müddəti  nəzərə

alıb  əhali  sayının  artım  dinamikasını  böyük  xətalara  yol  vermədən  müəyyən  etmək  olar.  Öz  riyazi

hesablamalarında  məhz  belə  bir  doğru  yanaşmadan  irəli  gələn  tanınmış  alim  isə  alim  yuxarıda  qeyd  etdiyimiz

Vişnevskiy olmuşdur.

Əhali artımı ilə bağlı Vişnevskinin yanaşması doğru olaraq yalnız homo sapiensin yaşadığı müddəti nəzərdə

tutur  və  bəşəriyyətin  inkişafındakı  yaxın  40  min  illik  bir  dövrü  əhatə  edir.  Öz  fundamental  monoqrafiyasında

Vişnevskiy bir sıra mühüm anlayışları elmi dövriyyəyə daxil edir ki, onlardan demoqrafik sistem anlayışı mühüm

əhəmiyyət kəsb edir. Vişynevskiy haqlı olaraq demoqrafik sistemi cəmiyyətin alt sistemi kimi qəbul edir və onun

digər  alt  sistemləri  ilə  (iqtisadi,  sosial  və  b.)  qarşılıqlı  əlaqələrini  hərtərəfli  şəkildə  nəzərdən  keçirir  (2,  s.8-9).

Vişnevskiy göstərir ki demoqrafik sistem dedikdə yalnız insanların cəmi deyil, həm də onlar arasındakı qarşılıqlı

münasibətlər  nəzərdə  tutulur.  Daha  sonra  tanınmış  alim  "demoqrafik  homeostaz",  "demoqrafik  məhdudiyyət"  və

digər  mühüm  anlayışları tədqiqat  prosesinə  cəlb  edərək,  əhali  artımının  tarixi  tiplərini  müəyyənləşdirməyə  nail

olur.  Vişnevskiy  göstərir  ki,  əhali  artımının  tarixən  üç  əsas  tipini  ayırd  etmək  mümkündür.  Onlardan  birincisini

arxetip,  ikincisini  ənənəvi  və  üçüncüsünü  rasional  və  ya  müasir  adlandıran  müəllif  ardıcıl şəkildə  hər  üç  tipin

fərqləndirici  xüsusiyyətlərini  açmağa  müvəffəq  olur.  Vişnevskiy  göstərməyə  çalışır  ki,  bir  tipdən  digərinə  keçid

zamanı  əhali  artımı  sıçrayışla  baş  verir.  Bu  cür  keçidi  Vişnevskiy  öz  sələflərinin  müəyyənləşdirdiyi  kimi

demoqrafik  inqilab  kimi  dəyərləndirir.  Demoqrafik  inqilabın  baş  verməsindən  bir  müddət  sonra  əhali  artımında

müəyyən  qədər  stabilişmə  meylləri  özünü  büruzə  verir.  Vişnevskiy  onu  da  qeyd  edir  ki,  əhali  artımının  kəskin

xarakter alması müxtəlif regionlarda fərqli zamanlarda mümkün olmuşdur.

Demoqrafik

 

inqilaba həsr edilmiş xüsusi monoqrafiyasında Vişnevskiy bildirir ki, birinci demoqrafik inqilab



neolit  dövründə  baş  vermişdir  (1,  s.29)  və  insanların  mənimsəmə  təsərrüfatından  qidanın  istehsal  edilməsi

təsərrüfatına  keçidi  prosesi  ilə  bağlı olmuşdur  (2,  s.55).  Vişnevskiy  göstərir  ki,  arxetip  mərhələsində  insanların

yaşadığı ərazinin  sahəsinə  görə  sıxlığı  çox  aşağı olmuşdur,  yəni  hər  yüz  kv.  kilometrə  təqribən  3-4  nəfər  adam

düşmüşdür.  İbtidai  icmaların  əhali  sayı  müəyyən  dərəcədə  xarici  mühitin  təsirindən  asılı  olsa  da  (müxtəlif

səbəblərdən  uşaq  ölümünün  yüksək  faizlə  ölçülməsi),  əsas  etibarlı  sosial  amillər  vasitəsilə  nizamlanmışdır

(müxtəlif  tabular,  nigah  əlaqələrinin  nizamlanması,  uşaqların  öldürülməsi  və  s.)  (2,  s.53).  Yalnız  birinci




demoqrafik inqilabdan sonra, yəni əkinçiliyin aparıcı təsərrüfat sahəsi olması nəticəsində dünya əhalisinin sayı bir

neçə  dəfə  artmışdır.  Vişnevskiy  hesab  edir  ki,  əhali  artımının  baş  verməsi  həm  də  ailə  institutunun  cəmiyyət

həyatında bərqərar olması hadisəsi ilə bağlı olmuşdur (2, s.57- 58). Əhali artımının ənənəvi tipinin bərqərar olduğu

dövrlərdə  (bu  mərhələ  quldarlıq  və  feodalizm  cəmiyyətləri  ilə  əlaqədardır)  aqrar  təsərrüfat  hökm  sürmüşdür.

Nəhayət,  kapitalist  istehsal  üsulunun  meydana  çıxması  ilə  ikinci  demoqrafik  inqilabın  baş  verməsi  mümkün

olmuşdur  (2, s.61. Vişnevskiy bildirir  ki,  ənənəvi  tipin  dağılması yalnız о  halda  mümkün ola  bilirdi  ki,  insanları

torpağa  təhkimçilik  sistemindən  azad  olsunlar.  Bu  şəraitin  yaranması  isə  kapitalist  istehsal  münasibətlərinin

cəmiyyətdə bərqərar olması ilə reallaşmışdır. Vişnevskiy göstərir ki, əgər birinci demoqrafik inqilabın baş verməsi

ilk növbədə əhalinin orta ölüm yaşının artması ilə bağlı olmuşdursa, ikinci demoqrafik inqilabın təzahür etməsi isə

daha çox uşaq ölümü hallarının xeyli aşağı düşməsi səbəbi ilə şərtlənmişdir (1, s.192-193).

Yuxarıdakı fikirləri nəzərə alıb bir daha belə qənaətə gəlmək olar ki, Kapitsanın əhalinin artım dinamikasını

əks  etdirən  riyazi  modelləri  yalnız  mənsub  olduğumuz  bəşəriyyətin  tarixi  inkişafına  şamil  edildiyi  təqdirdə  daha

adekvat  cavabların  əldə  edilməsinə  imkan  verir.  Digər  tərəfdən,  əvvəldə  qeyd  edildiyi  kimi,  Kapitsanın

tədqiqatında  olduqca  dəyərli  ideyalar  da  vardır  ki,  onlardan  biri  də  tarixi  prosesin  gedişində  sinxron  hadisələrin

qeydə alınması məsələsi ilə bağlıdır (5

;

 s.277). Qeyd etmək yerinə düşər ki, tərəfimizdən irəli sürülən bəşəriyyətin



intellektual inkişafının yaş dövrləşdirilməsi hipotezasının mühüm məqamlarını əks etdirən tədqiqat işində də tarixi

prosesdə məhz sinxronluq prinsipinin özünü büruzə verməsi xüsusi olaraq göstərilmişdir (10).



İstifadə olunmuş ədəbiyyat

1.

Вишневский А. Г. Демографическая революция, M., «Статистика», 1976,240 с.



2.

Вишневский А. Г. Воспроизводство населения и общество: История, современность, взгляд в будущее,

М, «Финансы и Статистика», 1982, 287 с.

3.

История  первобытного  общества.  Эпоха  первобытной  родовой  общины  (под  ред.  академика



Ю. В. Бромлея), М., Наука», 1986, 574 с.

4.

Кабо В. П. Первобытная доземледельческая община, М., «Наука», 1986, 304 с.



5.

Капица  С. П. ,Курдюмов  С. П. ,Малинецкий  Г. Г. Синергетика  и  прогнозы  будущего,  М,  «Эдиториал

УРСС», 2001,288 с.

6.

Мезолит СССР. М., «Наука», 1989, 352 с.



7.

Монгайт А. Л. Археология Западной Европы, М., «Наука», 1973, 356 с.

8.

Философский словарь, М., «Политиздат», 1986, 590 с.



9.

Хантингтон С. Столкновение цивилизаций, М., «Аст», 2006, 571с.

10.

Hacıyev R. S. İntellektual  inkişafın  yaş  dövrləşdirilməsinə  dair  //Dirçəliş  -  XXI  əsr  jurnalı (noyabr),  Bakı,



2005, s. 164-170.

Ровшан ГАДЖИЕВ

О НЕКОТОРЫХ АСПЕКТАХ ДЕМОГРАФИЧЕСКОЙ ПРОБЛЕМЫ

Резюме

В статье рассматриваются некоторые вопросы глобальной демографической проблемы.  В частности,

исследуются  такие  важные  вопросы  как  проблема  демографических  революций,  понятие  исторического

типа воспроизводства населения, а также новая теория по изучению динамики демографического развития,

в  которой  применяется  синергетический  подход.  В  этой  связи  в  статье  рассматриваются  оригинальные

воззрения таких известных Ученых как С. П. Капица, А. Г. Вишневский и других по изучаемой проблеме. В

то же время в статье уделяется внимание критическому разбору некоторых идей, выдвигаемых со стороны

известного русского ученого С. П. Капицы.



Rovshan HACIYEV

ABOUT SOME ASPECTS OF DEMOGRAPHIC PROBLEM

Summary

Some  points  of  global  demographic  problems  are  considered  in  the  article.  In  particular,  there  have  been

investigated  such  serious  matters  as  the  problems  of  demographic  revolutions,  the  mean ing  of  historical  type  of



population's  reproduction  and  a  new  theory  for  studying  the  dynamics  of  demographic  development  to  which

synergetic approach is applied. In this connection, some origi nal points of view of such well-known scientists as

A. G. Vishnevskij, S. P. Capitsa and others are considered. At the same time, there is paid attention to the critical

analysis of some ideas put forward by S. P. Capitsa.





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə