Amea riyaziyyat və Mexanika İnstitutunun elmi və elmi-təşkilati fəaliyyəti haqqında 2017-ci ilin yarımillik h e s a b a t I



Yüklə 231,79 Kb.
Pdf görüntüsü
tarix01.08.2018
ölçüsü231,79 Kb.
#60205


AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi və elmi-təşkilati 

 fəaliyyəti haqqında 2017-ci ilin  yarımillik 

 

H  E  S  A  B  A  T I 

 

 ELMI 

TƏDQIQAT IŞLƏRI PLANLARININ YERINƏ YETIRILMƏSI HAQQINDA ÜMUMI 

MƏLUMAT VƏ ALINMIŞ MÜHÜM NƏTICƏLƏR 

 

2017 ilin yarımillik müddətində AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi-tədqiqat 



işləri riyaziyyat və mexanika sahələri üzrə aparılmışdır. Bu sahələr 5 istiqaməti əhatə edir: 4-ü 

riyaziyyat, 1-i mexanika: 

  Harmonik və qeyri-harmonik analiz. (AMEA-nin müxbir üzvləri: Bilal Bilalov, Vaqif Quliyev,     

                                                                      prof. Həmdulla Aslanov, r.e.d. Vüqar İsmayılov) 

  Diferensial tənliklərin spektral və keyfiyyət nəzəriyyəsi

                  (AMEA-nin müxbir üzvü Rauf Hüseynov, professorlar: Misir Mərdanov, Əkbər Əliyev) 

  Optimal idarəetmə nəzəriyyəsi                     (AMEA-nın müxbir üzvü, prof. Misir Mərdanov) 

  Qeyri xətti dinamika məsələlərində idarəetmənin vizuallaşdırma komputer 



texnologiyaları.                                                                                          (dos. Həsən Nağıyev) 

  Cəbr və riyazi məntiq.  

  Elm və texnika tarixi.                                                                                  (dos. Əli Babayev) 

 

  Deformasiya olunan bərk cism, maye və qaz mexanikasının nəzəri və  tətbiqi 



problemləri.             (professorlar: Cəfər Ağalarov, Vaqif Hacıyev, Qabil Əliyev, Lətif Talıblı,  

                                       AMEA-nın müxbir üzvü, t.e.d. Qeylani Pənahov) 

 

 Göstərilən istiqamətlər üzrə elmi-tədqiqat işləri 18 mövzu, 104 işdən 78-i riyaziyyat, 27  



isə mexanika üzrədir. 

 

İl Prob- 



lem 

Mövzu 

İş 

Mər-

hələ 

Tamamlanmış Mühüm 

nəticə-

lər 

 

Mövzu 

İş 

Mər-

hələ 

2017 6 


18 

104 




 



Hesabat müddətində  İnstitut alimlərinin tədqiqatları Azərbaycan MEA Rəyasət Heyəti 

tərəfindən təsdiq edilmiş Azərbaycan MEA-nın tədqiqatlarının prioritet istiqamətlər proqramına 

uyğun olaraq aparılmışdır. 

İnstitut alimləri göstərilən istiqamətlər üzrə bəzi elmi nəticələr almış, müxtəlif  beynəlxalq və 

respublika səviyyəli elmi konfrans, simpozium, seminarlarda müzakirə etmiş, jurnallarda çap 

olunmuş və mütəxəsisslər tərəfindən yüksək qiymətləndirilmişdir. 

2017-cı ilin iyun ayında  İnstitutun Elmi Şurasının iclaslarında 18 mövzunun hər bir işi üzrə 

elmi işçilərin hesabatları dinlənilmişdir.   

 

 

 



AMEA Rəyasət Heyətinin 11 fevral 2015-ci il tarixli 5/3 nömrəli qərari ilə 

maliyyələşdirilməsi tövsiyyə edilən  elmi tədqiqat proqramı təsdiq edilmişdir: 

 

"Lokal Morri tipli fəzalarda harmonik analizin müasir problemlərivə  tətbiqləri" (ikiillik)  



21.02.2015-21.02.2017-ci il.  

 Rəhbər: AMEA-nın müxbir üzvü, prof. Vaqif Quliyev 


Alınmış  nəticələr Morri tipli fəzalarda divergent tipli tənliklərin həllərinin aprior 

qiymətləndirmələrində, kəsr tərtib və xüsusi törəməli elliptik və parabolik tənliklərin həllərinin 

keyfiyyət xassələrinin və bir sinif qeyri-xətti diferensial tənliklərin həll olunma məsələsinin 

öyrənilməsinə tətbiq olunmuşdur. 



 

TƏTBIQ OLUNMUŞ ELMI NƏTICƏLƏR 

 

 "Maye 


və qaz mexanikası" şöbəsinin əməkdaşları  

o

 Qeyri-Nyuton 



neftlərin reoloji parametrlərinə  sərhəd qatının təsirlərini tədqiq etmiş, 

alınmış  nəticələri Azərbaycanın neftqaz yataqlarında və boru kəmərlərində (Bakı-Ceyhan) 

istifadə etmək olar.  

o

 Qazlı maye axınlarında elektrokinetik proseslərin qaz yaranmalarına təsirləri tədqiq 



edilmiş, alınmış nəticələr qan damarlarında qanın hərəkəkət məsələlərinə tətbiq oluna bilər. 

"Tətbiqi riyaziyyat" şöbəsinin  əməkdaşları Lay kollektorunun deformasiyasını  nəzərə 

almaqla, qazın qeyri-xətti süzülməsinin və boruda qeyri-stasionar axınının inteqral modeli 

qurulmuş  və alınan nəticə neftqazçıxarmada müxtəlif üsullarla quyuların istismarında və 

hasilatın artırılması üçün istifadə edilə bilər. 

 

 



FUNDAMENTAL ELMLƏ TƏHSILIN QARŞILIQLI ƏLAQƏSI. 

 

 

İnstitutun  əməkdaşları elmi işləri ilə yanaşı ölkəmizin müxtəlif təhsil müəssisələrində (Bakı 



Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və  İnşaat 

Universiteti, Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan 

Respublikası Prezidenti yanında  İdarəçilik Akademiyası, Sumqayıt Dövlət Universiteti) 

mühazirələr oxumuş, ixtisas kursları aparmış, bakalavr və magistr dissertasiya işlərinə elmi 

rəhbərlik etmişlər, AMEA-nın müxbir üzvü, prof. B.T.Bilalov Bakı Dövlət Universitetində; prof. 

Ədalət Axundov və prof. Həmidulla Aslanov Gəncə Dövlət Universitetində yekun Dövlət 

Attestasiya Komissiyasının sədrləri olmuşlar. Eləcədə AMEA-nın müxbir üzvü, prof. Vaqif 

Quliyev Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın Rəyasət Heyətinin üzvü; 

AMEA-nın müxbir üzvü, prof. Kamil Aydazadə Riyaziyyat və Mexanika üzrə Ekspert Şurasının 

sədri və professorlar: Həmidulla Aslanov, Hidayət Hüseynov, Soltan Əliyev, Vəli Qurbanov, Alik 

Nəcəfov, Nazilə Rəsulova, Qabil Əliyev Ekspert Şurasının üzvləri kimi fəaliyyət göstərmişlər.  

Azərbaycan MEA Prezidentinin 25 noyabr 2016-cı il tarixli 644 saylı Sərəncamına əlavədə 

Ali təhsil müəssisələrində yaradılmış SABAH qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi 

müəssisələrində  təcrübəkeçmə planına uyğun olaraq, Bakı Dövlət Universiteti, Azərbaycan 

Texniki Universiteti, Azərbaycan Dövlət Neft və  Sənaye Universiteti, Azərbaycan Dövlət 

Pedaqoji Universitetindən 28 tələbə Riyaziyyat və Mexanika İnstitutuna göndərilmişdir. 

01 dekabr 2016-cı ildən 31 may 2017-ci il tarixə  qədər Elmi Şurada təsdiq edilmiş 

proqramlar üzrə təcrübə dərsləri aparılmışdır.  

AMEA-nın Rəyasət Heyətinin 07 sentyabr 2016-cı il tarixli 10/2 saylı  qərarına  əsasən 

Riyaziyyat və Mexanika İnstitutunun magistraturasına 4 nəfər qəbul olunmuşdur: Riyazi analiz 

ixtisası üzrə-Cəfərova Səbinə, Dadaşova Gülqayıt; Diferensial tənliklər ixtisası üzrə -Fərhadova 

Yetər; Optimal proseslərin riyazi nəzəriyyəsi ixtisası üzrə- Şirinova Nərmin. Magistraturada plan 

üzrə aşağıda göstərilən tədris fənnlərindən "Fənn Proqramları" tərtib edilmiş və İnstitutun Elmi 

Şurasında təsdiq olunmuşdur: 

1. Riyaziyyatın müasir problemləri - AMEA-nın müxbir üzvü, prof. Rauf Hüseynov; 

2. Riyaziyyatın tarixi və metodologiyası -f-r.e.d., prof. Misir Mərdanov

3. Qeyri-xətti analiz - f-r.e.d., prof. Həmidulla Aslanov; 

4. Xətti cəbr və strukturlar - f-r.e.n., dos. Əli Babayev; 

5. Harmonik analiz - AMEA-nın müxbir üzvü, prof. Bilal Bilalov; 

6. Xüsusi törəməli tənliklər üçün Koşi sərhəd məsələsi - r.e.d., prof. Ədalət Axundov; 




7. Optimal idarəetmə  nəzəriyyəsində maksimum prinsipi və optimallıq  şərtləri - f-r.e.d., prof

Telman Məlikov. 

 

Riyaziyyatın inkişafı  və müasir dünyada geniş  tətbiqi, istər müasir texnologiyalar 

sahəsində, istər iqtisadiyyatda və istərsə  də  cəmiyyətin digər fəaliyyət sahəsində yüksək 

ixtisaslı dərin riyazi biliyə malik kadrların yetişdirilməsini tələb edir. Respublikamızda riyaziyyat 

sahəsində  gələcək elmi-pedaqoji və digər kadrların hazırlanması baxımından gənc nəsil 

arasında riyaziyyat elminin təbliğinin böyük əhəmiyyəti var. Riyaziyyatın yaradıcılıq və  tətbiq 

imkanlarını müasir şagirdlərə  aşlamaq üçün onun populyarlaşdırılmasının xüsusi əhəmiyyəti 

var. Populyar mühazirələr, dərgilər və kiçik həcmli kitabçalar riyaziyyata şaqların marağını artırır 

və onun praktiki əhəmiyyətini dərk etməyə kömək edir. Bunu əsas tutaraq,  AMEA Riyaziyyat və 

Mexanika  İnstitutu nəzdində "Gənc riyaziyyatçılar məktəbi" yaradılmış  və 02 mart 2017-ci il 

tarixindən xüsusi fəaliyyət proqramı ilə işə başlamışdır. İndiyə kimi 14 iclas keçirilib, onlardan 11 

mühazirə, 3 seminar. Seminarlardan birini Bakı-Dəyanət liseyinin şagirdi aparmışdır. 

Mühazirələr Youtuba yerləşdirilir.  İnstitutun  əməkdaşları Vidadi Mirzəyev, Telman Qasımov, 

Əbdürrəhim Quliyev, Eminağa Məmmədov,  İbrahim Məhərov,  Əkbər Həsənov mühazirələri 

aparmışlar. Bakı  şəhər məktəblərinin xüsusi riyazi qabiliyyəti olan şagirdləri və müəllimləri 

mühazirələrdə iştirak edirlər. 

 

 

 



BEYNƏLXALQ ƏLAQƏLƏR.  

 

 2017-ci  ildə  İnstitut M.V.Lomonosov ad. Şimal (Arktik) Federal Universiteti (Rusiya, 

Arxangelsk  şəh.)  və Voloqda Dövlət Universiteti ilə (Rusiya, Voloqda şəh.) birgə  əməkdaşlıq 

haqqında elmi müqavilə bağlanmış, eləcədə bir çox xarici ölkələrin aparıcı elmi mərkəzləri ilə 

qarşılıqlı elmi əlaqələrini davam etdirmişdir:  

 “Neftin 

və qazın hidrodinamika məsələlərinin tədqiqi, yeni neftqazçıxarma 

texnologiyalarının tədqiqi və  işlənməsi” Rusiya Təbiət Elmləri Akademiyası; Neftqazçıxarma 

Proseslərinin Sistemli Tədqiqatlar İnstitutu (Moskva); 

 

“Neftin qalan ehtiyatlarının laydaxili qazəmələgətirmə ilə  çıxarılması texnologiyasının 



işlənməsi” New Mexico Institute of Mining and Technology (ABŞ); 

 “Neftmədən mexanikası  məsələlərinin tədqiqi; yeni neftqazçıxarma texnologiyalarının 

tədqiqi və işlənməsi”  GCC Group İnc.(Pekin). 

                                    AMEA-nın müxbir üzvü, t.e.d. Qeylani Pənahov, dos. Eldar Abbasov. 

 “Müxtəlif sinif şaxələnən təsadüfi proseslərin tədqiqi”  İvano Franko ad. Lvov Milli 

Universiteti (Lvov).                                                                             f-r.e.d., prof. Soltan Əliyev. 

 “Funksional 

fəzalar nəzəriyyəsi və harmonik analizin problemləri” REA V.A.Steklov ad. 

Riyaziyyat İnstitutu (Moskva).                                AMEA-nın müxbir üzvü, prof. Vaqif Quliyev. 

 "Approksimasiya 

və freym nəzəriyyəsinin bəzi məsələləri" Danimarka Texniki Universiteti 

(Danimarka).                                                            AMEA-nın müxbir üzvü, prof. Bilal Bilalov.  

 "Dəyişən dərəcəli fəzalarda elliptik tip tənliklər üçün aradan qaldırma və approksimasiya 

məsələləri"  (İtaliya).                                                               f-r.e.d., prof. Fərman Məmmədov. 

 Hesabat  ilində  İnstitutun keçmiş  əməkdaşları:  İlham  Əliyev, Anar Dosiyev, Fəxrəddin 

Abdullayev, Surxay Əkbərov, Varqa Kələntərov, Heybətqulu Mustafayev, Daniyal İsrafilov,   

Rauf Əmirov, Kamal Soltanov, Oqtay Muxtarov, Sədulla Cəfərov, Azər Xanməmmədov, Xanlar 

Məmmədov, Azər Kərimov, Mənsur İsmayılov, Manaf Manafov və b. Türkiyənin aparıcı elm və 

təhsil müəssisələrində  və Mübariz Qarayev isə  Səudiyyə  Ərəbistanının Kral Universitetində 

fəaliyyətlərini davam etdirmişlər. 

 

2017-ci ilin birinci yarımilliyində Respublikadan kənarda beynəlxalq elmi konfrans, 



simpozium və seminarlarda aşağıda adları çəkilən alimlərimiz iştirak etmişlər:  

 



1. 

İsmayılov Vüqar Elman oğlu Böyük 

Britaniya 

2. 


Bilalov Bilal Telman oğlu

 

Türkiyə, İstanbul ş. 



 

 

Rusiya Ufa ş. 



3. 

Aslanov Ramiz Mütəllim oğlu Rusiya 

Tolyati 

ş. Voloqda ş. 

4. 

Quliyev Vaqif Sabir oğlu  



Rusiya, Rostov ş. 

 

 Türkiyə, Kırşehir ş. 



5. Bəndəliyev Rövşən Əlifağa oğlu

 

Rusiya, Rostov ş.



 

6. 


Əliyev Soltan Əli oğlu

 

Ukrayna, Lvov ş.



 

7. Hacıyev Tahir Sədi oğlu

 

Ukrayna, Lvov ş.



 

8. Nəbiyev İbrahim Mayıl oğlu Rusiya 

Ufa 

ş. 


9. Babayev 

Əli Əvəz oğlu  

Rusiya, Moskva ş. 

10.   Pənahov Qeylani Minhac oğlu Rusiya, 

Ufa 

ş. 


 

 

Çin Xalq Resp. 



11.   Abbasov Eldar Mehdi oğlu  

Çin Xalq Resp. 

 

 

 



Elektron elmin vəziyyəti 

Riyaziyyat və Mexanika İnstitutunun  İnternet səhifəsi  www.imm.az adı altında bütün 

məlumatları 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) təqdim edir. Veb səhifənin  ana 

menyusu  21 bölmədən və 10 alt kateqoriyadan ibarətdir.  

 

Əsas aşağıdakı  işləri qeyd etmək olar: Elmi Şuranın iclasları, ümuminstitut seminarı, 



görüşlər, dissertasiyaların avtoreferatları,  əməkdaşların elmi əsərləri haqqında məlumatlar 

müntəzəm olaraq veb-saytı “Xəbərlər” bölməsində yerləşdirilir. Konfranslar bölməsinə AMEA 

Riyaziyyat və Mexanika İnstitutu və Sumqayıt Dövlət Universiteti ilə birgə Sumqayıt Dövlət 

Universitetinin 55 illiyinə  həsr olunmuş “Riyaziyyatın nəzəri və  tətbiqi problemləri” adlı 

Beynəlxalq elmi konfrans (25-26 may 2017 il) haqqında- elanı, açılışı, gedişatı  və bağlanışı  

üzrə geniş məlumat verilmişdir. 

 

2017-ci ilin birinci yarımilliyində



 

www.imm.az saytına baxış sayı  282.000-ə yaxındır.

 

 

 



NƏŞRIYYAT FƏALIYYƏTI 

 

 Elmi 



əssis


ənin 

ad

ı 



Kitab. monoqr., m

əqal


ə-

rin, tezisl



ərin ümumi 

say


ı 

Kitabla


Monoqrafiyalar 

M

əqal


əl

ər 


Tezisl

ər 


O cümlədən xaricdə dərc 

olunmuşdur 

D

ərslik


r v


ə elmi-

kütl


əvi n

əş

rlə



İsnadlar 

Kitablar

 

Monoqrafiy. 



M

əqal


əl

ər 


Tezisl

ər 


İmpakt faktorlu 

jurn. d


ərc olun.  

m

əqal.



 

2017 


 

168 


 

 



 

105 



 

62 


 

 



 

 

58 



 

29 


 

26 


 

 

 



 

Hesabat müddətində  İnstitut  əməkdaşlarının  168 elmi işi, onlardan 105  məqalə, o 

cümlədən xaricdə 58, impakt faktorlu olan jurnallarda 26 məqaləsi və 62 tezisi (onlardan 29-u 

xaricdə) və 1 dərs vəsaiti (xaricdə) çap olunmuşdur.  

 

 



2017-ci ilin yarısında İnstitutda 4 elmi jurnal çap olunmuşdur: 

1. “AMEA-nın Xəbərləri” cild 37, №1, 2017-ci il.  

2. “RMİ-nın Əsərləri” cild 42, №1, 2016-cı il.  

3. Azerbaijan Journal of Mathematics. vol.7, №1 və vol.7, №2, 2017. 

4. Caspian Journal of Applied Mathematics, Ecology and Economics. vol.4, №2, 2016.  

  

Institut alimləri tərəfindən aşağıdakı dərs vəsaiti dərc olunmuşdur: 



 

  

 

 Асланов Р.М., Нижников А.И., Муханова А.А., Муханов С.А., Мурадов Т.Р.. "Высшая 



математика” (задачник) учебное пособие с грифом УМО пятитомник, 5.1. Москва, Изд-во 

Прондо, 2017, 328 стр. 

 

 

KEÇIRILMIŞ KONFRANSLAR, SEMINARLAR VƏ YUBILEYLƏR 

 

 



25-26 may 2017 il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutu və Sumqayıt Dövlət 

Universiteti ilə birgə Sumqayıt Dövlət Universitetinin 55 illiyinə  həsr olunmuş “Riyaziyyatın 

nəzəri və  tətbiqi problemləri” adlı Beynəlxalq elmi konfrans keçirmişdir. Konfransda dünyanın 

müxtəlif ölkələrin (Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan) tanınmış alimləri iştirak etmiş və plenar 

məruzələrlə çıxış etmişlər. Konfransda 5 plenar məruzə dinlənilmişdir. 

 

 



 

İnstitut  əməkdaşları  iştirak etdikləri Respublikada və xaricdə keçirilən digər elmi 

tədbirlərdən aşağıdakıları sadalamaq olar:  

 

"Modern Methods, Problems and Applications of Operator Theory and Harmonic Analysis 



VII" Beynəlxalq konfrans 23-28 aprel 2017, Rusiya, Rostov; 

 

"Научное  наследие  Карла  Фридриха  Гауса  в  развитии  современной  математики" 



(посв. 240-летию  со  дня  рождения) VIII международная  научная  конференция.  Тольятти 

26-29 апреля 2017 г.; 

 AMEA 

Rəyasət Heyəti, AR Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları 



İnstitutunun təşkilatçılığı ilə "Proqram mühənsdisliyinni aktual elmi-praktiki problemləri"  İ 

respublika konfransı 17 may 2017; 

 

International scientific-practical conference modern mathematics and its applications. 



18–20 May 2017, Ufa; 

 

Международная  математическая  конференция  по  теории  функций,  посвящённая 



100-летию чл.-корр. РАН СССР А.Ф.Леонтьева г. Уфа, 24 – 27 мая 2017; 

 "Riyaziyyatin 

nəzəri və tətbiqi problemləri" beynəlxalq elmi konfrans, 25-26 may 2017-ci 

il, Sumqayıt, Azərbaycan; 

 XXİX  İnternational Conference Problems of Decision Making under Uncertainties, 

Ukraine, 2017; 

 “Müasir 

təbiət elmlərinin aktual problemləri” üzrə “Ümümmilli lider Heydər  Əliyevin 

anadan olmasının 94-cü ildönümünə” həsr olunmuş beynəlxalq elmi konfrans, Gəncə Dövlət 

Universiteti, 2017; 

 "10-ое Смирновское чтение по логике" beynəlxalq elmi konfrans. Moskva, 12-18 iyun 

2017. 



 

 

  



İnstitutun əməkdaşları xarici ölkələrin bir sıra  nüfuzlu elmi jurnallarının redaksiya 

heyətinin üzvü və rəsmi rəyçisi olmuşlar: 

 

 

AMEA-nın müxbir üzvü, prof. Misir Mərdanov  "Чебышевский  сборник" və "TWMS 

Journal of Applied Mathematics" (TurkishWorld Mathemtical Society) jurnallarının redaksiya 

heyətinin üzvü. 




 

AMEA-nın müxbir üzvü Vaqif Quliyev “Eurasian Mathematical Journals”, “Fractional 

Differential Calculus”  beynəlxalq  jurnallarında redaksiya heyətinin üzvüdür.  

 

professor Vaqif Hacıyev “Engineering and architectural sciences of Balkan, Caucasus” 

(Türkiyə) redaksiya heyətinin üzvü; 

 

professor Qabil Əliyev “İnternational Journal Poliners Research” (ABŞ) və “İnternational 

Journal of Applied Geoinformations” (Kanada) redaksiya heyətinin üzvü; 

 

AMEA-nın müxbir üzvü, prof. Bilal Bilalov “American Mathematical Society”, “Applied 

Mathematics Letters” (Elsevier), “Proceedings of the Estinoan Academy of Sciences” və 

“Journal of Applied Mathematics and Computing” (Springer) jurnallarının rəyçisidir; 

 

professor Lətif Talıblı “International journal of Faique-Elsevier” və “Simulation Modeling 

Practice and Theory” (Kanada) jurnallarının rəyçisidir; 

 

professor Məmməd Bayramoğlu "Balkan Journal of Mathematics" redaksiya heyətinin 

üzvüdür; 

 

professor  Əkbər  Əliyev "Elektronik Journal of Differential Equations" (ABŞ), "Turkish 

Mathematical Journal"; "Vyetnam Mathematical Journal", "Cocent Mathematics" jurnallarının 

rəyçisidir; 

 

r.e.d. Araz Əliyev “Pure and Applied Mathematics" "Mathematics and Statistics” 

jurnallarının rəyçisidir; 

 

professor Tahir Hacıyev "British Journal of Mathematics", "Journal Advanced of 

Mathematics" və "Applied Mathematics" (ABŞ) jurnallarının rəyçisidir; 

 

dosent Rövşən Bəndəliyev "Journal of Mathematics Reshearch" (Kanada) jurnalında 

redaksiya heyətinin üzvü, “Complex variables and Elliptic Equations”, “Turkish Journal of 

Mathematics” jurnallarının  rəyçisidir; 

 

dosent Cavanşir Həsənov "Journal of Mathematics and System Science"; "The 

Scientific World Journal", "Journal of İnequalities and Applications", “Journal of Modern 

Education Review Academic Star Publishing Company” jurnallarının rəyçisidir; 

 

f-r.e.d. Fərman Məmmədov  "Journal of Funcsion Spaces" (ABŞ), "Boundary Value 

Problems" və "Journal of İnequalities and Applications" (Almaniya), "Complex Variable and 

Elliptic Equations" (İtaliya), "British Journal of Mathematics", "İnternational Journal of Applied 

Mathematics" (ABŞ) jurnallarının rəyçisidir. 

 

DƏVƏTLİ MƏRUZƏLƏR:  

 

 19.05.2017-26.05.2017-ci il tarixlərində “Başqırdıstan Dövlət Universitetinin Sterlitamak 

Filialında keçirilən “Modern Mathematics and its Applications”  beynəlxalq konfransda 

“Statistical convergence, its generalizations, continuous variant, and applications to Fourier-

Stieltjes transform” mövzusu üzrə plenar məruzə ilə çıxış etmişdir.  

 R.e.d. 


Vüqar 

İsmayılov 02.03.2017-18.03.2017 tarixlərində Böyük Britaniyanın Oksford 

Universitetinin dəvəti ilə elmi ezamiyyətdə olmuş, Funksional analiz seminarında 

"Representation of C(X) as a sum of its subalgebras and some applications" mövzusunda 1 

saatlıq mühazirə oxumuşdur. Mühazirənin qısa məzmunu və  məqsədi Oksford Universitetinin 

saytında qoyulmuşdur (bax: https://www.maths.ox.ac.uk/node/24710). 

 AMEA-nın müxbir üzvü, prof. Vaqif Quliyev Rusiyanın Rostov vilayətində 23-28 aprel 2017-ci 

il tarixində keçirilmiş "Modern Methods, Problems and Applications of Operator Theory and 

Harmonic Analysis Vİİ" Beynəlxalq konfransında plenar məruzə ilə çıxış etmişdir. 

 

P.e.d., prof. Ramiz Aslanov Rusiya Federsiyasının Elm Təhsil Nazirliyinin Tolyatti Dövlət 



Universitetində keçirilən "Riyaziyyat. Təhsil. Mədəniyyət." (K.F.Qausun anadan olmasının 240 

illiyinə  həsr olunmuş) Vİİİ Beynəlxalq konfransda "Müasir riyaziyyatın inkişafında karl Fridrix 

Gaussun elmi irsi" plenar məruzə ilə çıxış etmişdir. 

 AMEA-nın müxbir üzvü, prof. Misir Mərdanov 25-26 may 2017 il tarixində AMEA Riyaziyyat 

və Mexanika İnstitutu Sumqayıt Dövlət Universiteti ilə birgə keçirdiyi “Riyaziyyatın nəzəri və 

tətbiqi problemləri” adlı Beynəlxalq elmi konfransda plenar məruzə ilə çıxış etmişdir.  




 AMEA-nın müxbir üzvü, prof. Misir Mərdanov 9 iyun 2017-ci ildə Xaçmazda Heydər Əliyev 

Mərkəzində və Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Respublikasının Prezidenti yanında 

Bilik Fondunun təşkil etidiyi "İdealoji, sosial və elmi maarifləndirmə" proqramı üzrə "İlham Əliyev 

və dövlət siyasətinin prioritet istiqamətləri" mövzusunda məruzə ilə çıxış etmişdir. 



 

ELMI KADRLARIN HAZIRLANMASI 

 

İnstitutda 13 doktorant, onlardan  7-sı əyani, 23 dissertant, onlardan 8 elmlər doktoru 

 23 fəlsəfə doktoru hazırlığı üzrə çalışır.   

Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın 21 yanvar 2017-ci il tarixli 21-№li 

Əmri əsasında İnstitutun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 

D 01.111 dissertasiya şurası  aşağıdakı dörd ixtisas üzrə  fəaliyyət göstərir: 1202.01-Analiz və 

funksional analiz, 1211.01-Diferensial tənliklər, 1214.01-Dinamik sistemlər və optimal 

idarəetmə, 2002.01-Deformasiya olunan bərk cism mexanikası.   

2017-ci ilin yarımilliyində  5  nəfər müdafiə etmiş, onlarda 2-i elmlər doktoru və  3  fəlsəfə 

doktoru. Hazırda dissertasiya şurasında elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq 

üçün 16 iş vardır. 

 

MADDI TEXNIKI TƏCHIZAT VƏ MALIYYƏ MƏSƏLƏLƏRI 

 

 2017-ci 



ildə  İnstitut üçün 3 ədəd avtomatik ekran ,7 ədəd kondisioner, 2 ədəd internet 

paylayıcı TP-LİNK, 1 ədəd proyektor, 2 ədəd notebook, 4 ədəd yeni müasir tipli kompüter dəsti, 

4  ədəd lazer printeri, 10 ədəd yazı lövhəsi, 1 ədəd universal nərdivan, 50 ədəd stul, 4 ədəd 

kreslo, 20 ədəd kompüter stolu alınmış  və  şöbələrin istifadəsinə verilmişdir.  İnstitutun V,VI 

mərtəbələrinin otaqlarında tam təmir işləri, eyni zamanda istilik, elektrik, su, kanalizasiya 

sistemində  təmir işləri aparılmış,  şöbələrə internet xətləri çəkilmiş,il boyu şöbələrdə normal iş 

şəraiti təmin edilmişdir. 

 

TƏLTIF VƏ MÜKAFATLAR 

 

 Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, prof. Vaqif Quliyev AMEA-nın Fəxri 



Fərmanı ilə təltif edilmişdir. 

 AMEA-nın müxbir üzvü, prof. Bilal Bilalova Gəncə Dövlət Universitetinin fəxri doktoru adı 

verilib. 

 

AMEA Prezidentinin 16 may 2017-ci il tarixli 282 saylı  Sərəncamı ilə Riyaziyyat və 



Mexanika  İnstitutunun I-ci kurs magistrantı Yetər Müzakir qızı  Fərhadova "Magistr-2017" 

müsabiqəsinin qalibi olmuş və 3-cü yer tutduğu üçün ona 500 manat pul mükafatı verilmişdir. 

 

ELMI ŞURANIN FƏALIYYƏTI 

 

 İnstitutun  Elmi  Şurası  əməkdaşların fundamental sahələrində aparılan elmi-tədqiqat 



işlərini koordinasiya edir. Ölkəmizin elmi tutumlu strateji problemlərinin həllində  İnstitutun elmi 

potensialından istifadə edərək, Dövlət Proqramlarının və müvafiq Tədbirlər Planının icrası ilə 

əlaqədar elmi-tədqiqat və elmi-texniki işlər yerinə yetirilmiş  və Elmi Şurada mütəmadi olaraq 

müzakirə edilmişdir. 

 2017-cı ilin yarımilliyində İnstitutun Elmi Şurasının 9 iclası keçirilmişdir.                    

 Elmi 


Şuranın iclaslarında Azərbaycan Respublikası Prezidentinin, AMEA Rəyasət 

Heyətinin aidiyyəti qərar və  sərəncamlarının  İnstitutun elmi-tədqiqat işlərinin planı, kadr 

məsələləri, (doktorant, dissertant, magistr), yubileylər, təltiflər, nəşr fəaliyyəti, Beynəlxalq 

seminarın keçirilməsi, ezamiyyətlər,  şöbələrin fəaliyyəti, elm və texnikanın yeni nailiyyətləri, 

birgə elmi-texniki əməkdaşlıq,  İnstitutun elektron saytının fəaliyyəti,  əməkdaşların eləcədə 

doktorant və dissertantların attestasiyası, elmi işçilərin tutduqları vəzifələrə yenidən seçilmələri, 




Thomson Reuters siyahısında olan jurnallarda dərc olunmuş  məqalələrə görə müəlliflərin 

mükafatlandırılması və s. kimi məsələlər müzakirə olunmuşdur.                                                    

 Hesabat 

müddətində riyaziyyat və mexanika istiqamətləri üzrə ümuminstitut seminarı, 8 

daimi elmi seminar fəaliyyət göstərmiş, mexanika üzrə Birləşmiş seminar da öz fəaliyyətini 

davam etdirmişdir. Bu seminarda müdafiəyə  çıxarılan fəlsəfə doktoru və elmlər doktoru 

dissertasiyalarının ilkin müzakirələri, Riyaziyyat və Mexanika İnstitutunun, Respublikanın digər 

elmi mərkəzlərinin  əməkdaşları  tərəfindən alınmış yeni və mühüm nəticələr də müzakirə 

edilmişdir. 

 Hesabat 

dövründə Ümuminstitut seminarı öz işini fasiləsiz olaraq, davam etdirmiş, 

seminarın iclaslarında İnstitut əməkdaşlari ilə yanaşi xarici ölkələrdən gəlmiş tanınmış alimlərin 

də məruzələri dinlənilmişdir:  

  24 may 2017-ci il tarixində M.V.Lomonosov ad. Moskva Dövlət Universitetinin professoru 



Andrey Fursikov "Navie-Stoks sistemi üçün bir optimal idarəetmə məsələsi".  

  04 may 2017-ci il tarixində  M.V.Lomonosov ad. Moskva Dövlət Universitetinin mexanika-

riyaziyyat fakültəsinin "Riyazi analiz" kafedrasının professoru Qaraxan Mirzəyev 

"Ümumiləşmiş Yakobi matrisləri polinomial əmsallı adi diferensial operatorların matris 

göstərilişi kimi". 

 

KITABXANA 



 

 Kitabxananın oxcuların sayı 165 nəfərdir. Yarım il ərzində kitabxanaya davamiyyət 1903, 

ədəbiyyatın verilməsi-1128 nüsxədir. Məlumat-biblioqrafiya işi 2017-cı ilin 1-ci yarısında 3 

tematik sərqi kecirilmişdir. Burada 133 ədəbiyyat nümayiş etdirilib. Biblioqrafik sorqu-52. 

Kitabxanaya elmi ədəbiyyatın daxili 207 nüsxədir.Bunlardan kitab və kitabcalar -27.  

Dissertasiya kartotekasına 10 kart daxil edilib. 

 

 

 



 

 

 



              AMEA RMİ-nin direktoru                             AMEA-nın müxbir üzvü,  

                                                                                      prof.  Misir Mərdanov 

Yüklə 231,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə