Amfa monthly newsletter 2016 june aze cdr (1). cdr



Yüklə 31,91 Kb.
Pdf görüntüsü
tarix15.04.2018
ölçüsü31,91 Kb.
#38641


Aylıq 

Bülleten

44 C.Cabbarlı küç., Kaspian Plaza I, 5-ci 

mərtəbə

 amfa@amfa.az

+994 12 437 16 45

+994 12 437 23 39 

   Mikromaliyyə institutlarının  potensial imkanlarının 

gücləndirilməsi və  mikromaliyyə birliyinin və onun 

müştərilərinin maraqlarının  təmin olunması  üçün 

effektiv birgə fəaliyyətin təşviq edilməsi 

108-ci buraxılış

11 Iyul, 2016

Bakı, Azərbaycan

1

2



3

4

5



6

Üzvlər köşəsi

Gender yönümlü mikromaliyyə 

Təqviminizdə qeyd edin 

Bizimlə Əlaqə

Bu sayımızda:

Missiyamız

Peşəkar İnkişaf

İşçi effektliliyinin stimullaşdırılması 

kouçinq proqramı

 



108-ci buraxılış


108-ci buraxılış

Məqsəd: Qadın Mikromaliyyə Təşəbbüsünün (QDT) məqsədi qadınlara gəlirlərinin 

stabilləşdirilməsi üçün aktivlərini artırmaq, özlərinin və aliələrinin həyat səviyyələrinin 

artırılmasıdır. QDT-nin təqdim etdiyi kiçik kreditlər kiçik bizneslərini qurmaq istəyən 

kasıblamış qadınlara  böyük dəyişikliklər gətirir. Nyu Yorkdakı Baker & McKenzie hüquq 

şirkətinin qanuni köməkliyi ilə, 2008-ci ilin yanvar ayında QKT ilk mikrokredit prosesini 

həyata keçirmişdir. 2016-cı ilin yanvar ayına qədər 1000-dən çox kənddə yaşayan 

qadınlara ümumi dəyəri 3,5 milyon dollar olmaqla 25,000 ədəd kredit vermişdir. 

QKT qadınların bank işinə və 24 aylıq formal iqtisadiyyata qadınların iştirakını təmin 

edən unikal iqtisadi modelini inkişaf etdirmişdir. 

QKT Şərqi Afrikada kənddə yaşayan qadınlar üçün maliyyə əhatəliliyini təşviq edir.

  

Gender yönümlü mikromaliyyə



Üzvlər köşəsi

“FINCA Azerbaijan” yeni alternativ kreditvermə kanalını işə salır 

“FINCA Azerbaijan” müştərilərinə ilk dəfə olaraq plastik kartlar təklif etməyə başlayıb. Yeni plastik kartlar “FINCARD” 

adlanır və bu, əvvəlcədən ödəniş edilən (prepaid) yeni innovativ kreditvermə kanalı sayılır. Hazırda kredit kartları 

sınaq layihə çərçivəsində təşkilatın bir neçə filialında həm yeni, həm də təkrar müştərilərə təklif olunur. 

“FINCARD” içərisində nağd pul vəsaiti olan lokal ödəniş kartıdır və bu yeni məhsul FINCA-nın kassalardan əlavə 

kredit çatdırılması kanallarının yaradılması istiqamətində mühüm addımlardan biridir. Müştərilər “FINCARD” ilə bank 

və poçt şöbələrindən nağd pul vəsaiti çıxarda, ticarət və xidmət obyektlərində isə POS-terminallar vasitəsi ilə 

nağdsız əməliyyatlar həyata keçirə bilərlər. 

Artıq Təşkilatın bir neçə müştərisi “FINCARD” əldə edərək yeni kreditvermə kanalından  uğurla istifadə etmişdir. 

“FINCA Azerbaijan”ın  bu xidməti  Təşkilatın Azərpoçt və Millikart  ilə əməkdaşlığı çərçivəsində mümkün olmuşdur.

Təşkilatın 

 İnternet ünvanına daxil olaraq “FINCARD” lokal ödəniş kartı ilə bağlı daha ətraflı məlumat 

əldə etmək mümkündür.  

www.finca.az



Qadın mikromaliyyə təşəbbüslərinə xoş gəlmisiniz


108-ci buraxılış

Üzvlər köşəsi

DəmirBank və ADA Universiteti arasında təlim sahəsində 

əməkdaşlığa başlanıb

"DəmirBank" əməkdaşlarının peşəkar inkişafını təmin etmək, onların motivasiyasını və komanda ruhunu artırmaq məqsədi ilə təhsil və təcrübə 

almalarına daim dəstək göstərir və bu sahəyə kifayət qədər investisiya ayırır. Belə ki, "DəmirBank" əməkdaşlarına mütəmadi olaraq müxtəlif 

xarici ölkələrin tanınmış təlim şirkətlərinin proqramlarından bəhrələnmə imkanı yaratmaqla yanaşı, ölkəmizin qabaqcıl təhsil, təlim 

müəssisələrinin layihələrindən istifadə imkanlarını da dəyərləndirir.

 

"DəmirBank"-ın ADA Universiteti ilə həyata keçirdiyi “Bacarıqların İnkişafı Proqramı” çərçivəsində Bank-ın stuktur bölmə rəhbərləri üçün 



“İdarəermə və Liderlik Bacarıqlarının İnkişafı” mövzusunda təlim layihəsi belə uğurlu layihələrdəndir. Layihə daxilində Universitetin yüksək 

ixtisaslı təlim ekspertləri Emin Huseynov, Şəmsiyyə Mustafayeva, Natiq Hacıyev və Ramiz Məmmədli kimi peşəkar təlimçilər tərəfindən təlim 

sessiyaları interaktiv müzakirələr formasında keçirilmiş və təlim müddətində iştirakçılar öz təcrübələrini bölüşməklə yanaşı, liderlik, idaəetmə 

sahəsində bacarıqlarını təkmilləşdirmişdilər. İyun ayı ərzində həyata keçirilən bu layihə 5 sessiyadan ibarət olmaqla, strateji planlaşdırma və 

idarəetmə, layihələrin idarə edilməsi, liderlik bacarıqları, dəyişikliyin idarə edilməsi kimi mövzuları əhatə etmişdir.

 

30 İyun tarixində keçirilmiş təlim iştirakçılarına sertifikatların təqdimat mərasimində ADA Universitetinin İxtisasartırma Proqramları üzrə 



Prorektor müavini Aygün Hacıyeva çıxış edərək tərəflər arasında uzunmüddətli əməkdaşlığa ümidini bildirmişdir. Həmçinin, "DəmirBank"-ın 

İdarə Heyətinin Sədri Fərid Abuşov struktur bölmə rəhbərlərinin təlim layihəsində müvəffəqiyyətli iştirakını yüksək qiymətləndirərək, heyətin 

digər üzvlərinin də belə məhsuldar proqramlardan bəhrələnəcəyini və öz  karyeralarında daha yüksək uğur qazanmalarına təkan verəcəyinə 

əminliyini bildirmişdir. F.Abuşov Bank tərəfindən gələcəkdə bu istiqamət üzrə layihələrin genişləndirilməsi və ADA Universiteti ilə yeni 

layihələrin başlanılmasını nəzərdə tutduğunu bildirmişdir. Mərasimin sonunda iştirakçılara sertifikatlar təqdim edilmiş və xatirə şəkili çəkilmişdir.

AccessBank 6-cı dəfə “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görülüb

Nüfuzlu maliyyə nəşri “Euromoney” növbəti dəfə AccessBank-ı “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görüb  



Bakı, 08 iyul 2016-cı il. 6 iyul 2016-cı il tarixində AccessBank nüfuzlu beynəlxalq maliyyə nəşri Euromoney tərəfindən Londonda keçirilən “2016-cı il 

üzrə ən Yaxşı Nəticələr” mükafatlandırma mərasimində “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görülüb. 2010-cu ildən etibarən artıq altıncı 

dəfədir ki, Bank bu nominasiyada mükafat qazanır.

AccessBank-ın İdarə Heyətinin sədri Michael Hoffman bu təltifatı alqışlayaraq deyib: «Biz Euromoney kimi nüfuzlu maliyyə təşkilatı tərəfindən 

nailiyyətlərimizin tanınması ilə fəxr edirik. Bu mükafat təsdiq edir ki, AccessBank davamlı olaraq öz müştəriləri üçün güclü, sabit və etibarlı tərəfdaş 

olaraq qalır, bu isə, hazırki mürəkkəb iqtisadi şəraitdə xüsusilə önəmlidir. Bu, ölkənin hər yerində minlərlə müştəriyə yüksək keyfiyyətli maliyyə 

xidmətləri göstərməyə çalışan əməkdaşlarımızın öz işinə sədaqətinin və gərgin əməyinin göstəricisidir». 

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS 

Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank mikro, kiçik və orta ölçülü bisneslərin 

maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan Bankda 1800-dən artıq əməkdaş çalışır. FitchRatings agentliyi 

AceessBank-ı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən BB+ dərəcəsi ilə qiymətləndirib.



Peşəkar İnkişaf

108-ci buraxılış

MFC İllik Konfransı

        AMFA, “CBSolutions”şirkətinin əməkdaşlığı ilə “İşçi Effektliliyinin Stimullaşdırılması Kouçinq Proqramı”



                                                                                  həyata keçirir

 

                                                         

        Dil  Azərbaycan

        

 1 ay 4 sessiyadan ibarət olmaqla, 3 ay müddətində fərdi kouçinq sessiyaları

        Hədəf işçilər  Qərarvermə səlahiyyəti olan şəxslər

        Kouç Camal Şahverdiyev. “CBSolutions” şirkətinin direktorudur və 17 illik təcrübəsi vardır. 

        O, 2011-ci ildə MAXİMUM beynəlxalq kouçinq akademiyasının peşəkar kouç proqramını bitirmişdir.

   

Ətraflı məlumat və qeydiyyatdan keçmək üçün xahiş edirik ki, 

ilə əlaqəs axlayasınız.

lektron poçt

 

 



:

Format:

:

 



    

Sevda Huseynova 

(e



                                                 

program@amfa.az)

19-cu MFC İllik Konfransı: Təqviminizdə qeyd edin!

   

  

Məmnuniyyətlə elan etmək istərdik ki, 19-cu MFC İllik Konfransl 22024 iyun, 2016-ci ildə Tirana, Albaniyada keiriləcək 

 

 

Konfransın gündəliyi barədə məlumat almaq və qeydiyyatdan keçmək üçün 

 saytına nəzər salın

www.mfc2016.org

“Qaçqınlara xidmət: Növbəti Maliyyə Əhatəliliyi hüdudu”

SPTF və UNCHR maliyyə əhatəliliyi sahəsində “Qaçqınlara xidmət: Növbəti Maliyyə Əhatəliliyi hüdudu” adlı yeni 

tədqiqata başlayırlar. Bu yeni hazırlanacaq sənəd qaçqınlara maliyyə və qeyri-maliyyə sahəsində xidmət etməkd 

maraqlı olan maliyyə xidməti təminatçılarına bir bələdçi rolunu oynayacaqdır.

20 iyul  yaz saatı ilə saat 9:00-dan 10:30-a qədər davam edəcək müzakirədə müəllif Lene Hansen-ə kitabça barədə 

suallarınızı verə bilərsiniz. Lene, Maliyyə Xidməti Təminatçılarının qaçqınlara xidmət göstərmədiyinin səbəbləri

xidmət göstərilən qaçqınlara qabaqcıl təcrübələrin necə təqdim olunması da daxil olmaqla  kitabçanın əsas 

hissələrindən bəhs edəcək.

SPTF iyul ayının ortalarında SPTF website da bu kitabçanın ilk versiyası təqdim olunacaq. İctimaiyyətə təqdim 

olunması və şərhlərin qəbul olunması bir neçə ay davam edəcək. Bundan əlavə vebinarda iştirak etməklə, ilkin 



hazırlanmış kitabçaya nəzər yetirməklə öz şərhlərinizi verə bilərsiniz.


44 C. Cabbarlı küç., Kaspian Plaza I, 5-ci mərtəbə

+994 12 437 16 45

+994 12 437 23 39 

 

 

 

 

Azerbaijan Micro-finance Association 

 

 

AMFA ( Azerbaijan Micro-finance Association)

  

 

 

 

 

Document Outline

  • Page 1
  • Page 2
  • Page 3
  • Page 4
  • Page 5
  • Page 6

Yüklə 31,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə