Amfa monthly Newsletter March 2016 Aze cdr



Yüklə 36,14 Kb.
Pdf görüntüsü
tarix15.04.2018
ölçüsü36,14 Kb.
#38644


Aylıq 

Bülleten

44 C.Cabbarlı küç., Kaspian Plaza I, 5-ci 

mərtəbə

 amfa@amfa.az

+994 12 437 16 45

+994 12 437 23 39 

   Mikromaliyyə institutlarının  potensial imkanlarının 

gücləndirilməsi və  mikromaliyyə birliyinin və onun 

müştərilərinin maraqlarının  təmin olunması  üçün 

effektiv birgə fəaliyyətin təşviq edilməsi 

104-cü buraxılış

10 mart, 2016

Bakı, Azərbaycan

1

2



3

4

5



6

7

AMFA, Sosial Fəaliyyət Fondunun



dəstəyi ilə yeni layihəyə start verdi

Gender yönümlü mikromaliyyə 

Üzvlər Köşəsi

SMART Campaign-ilə birgə seminar

Bizimlə Əlaqə

Bu sayımızda:

Missiyamız

Peşəkar İnkişaf

İşçi effektliliyinin stimullaşdırılması 

kouçinq proqramı

 



104-cü buraxılış

SMART Campaign-in əməkdaşlığı və Asiya İnkişaf Bankının (ADB) dəstəyi ilə, AMFA 2016-ci ilin 17-19 fevralında, 

Kempinski hotelində, Müştərilərin, təşkilatların, və sektorun artıq-borclanmasının qarşısının alınması mövzusunda 3 

günlük təlim təşkil etdi. Bu təlimdə, iştirakçılar artıqborclanma haqqında daha dərin məlumat əldə etdilər. İştirakçılar 

artıq  borclanmanı  hansı  meyarlarla  ölçməyi  bə  müəyyən  etməyi  və  səbəblərini,  təsirlərini  ortaya  çıxarmaq  və 

Azərbaycandakı rolunu müəyyən etmək vasitələri ilə tanış oldular. Bundan əlavə təlimdə daha sağlam qaydalar və 

kredit büroların maliyyə təşkilatlarına riskləri minimuma necə endirə biləcəyini və öz müştərilərini etibarlı kreditləri 

təmin etmək yolları barədə məlumatlar paylanıldı. 

Seminar  interaktiv  təcrübələri  öyrənməklə  aktiv  sessiyalar  və  diskusiya  qrupları  təşkil  etməklə  AMFA  və  Smart 

Campaign təlimçiləri tərəfindən aparıldı. Seminara dəvət olunan qonaqlar arasında Beynəlxalq Maliyyə Korporasiyası 

və Mərkəzi bankın nümayəndələri var idi.

Müştərilərin,  təşkilatların,  və  sektorun 

artıq-borclanmasının qarşısının alınması

17-19 fevral, 2016-cı il

Bakı, Azərbaycan

Sosial Fəaliyyət Fondunun dəstəyi ilə AMFA yeni SPİ 4 alətinin 

inteqrasiya və ölkə hesabatının hazırlanmasını nəzərdə tutan 

layihəsinə 2 Mart tarixində İlkin Təlim görüşü ilə başlamışdır. 

Tədbirdə AMFA üzv təşkilatlarından bu layihəyə qoşulan bank 

və bank olmayan kredit təşkilatları iştirak etmişdir. Tədbirin əsas 

məqsədi  layihədə  iştirak  edəcək  maliyyə  qurumlara  a)  SP 

Fondun bu proqramının onlara verdiyi əsas fayda və üstünlüklər 

haqqında ətraflı məlumat əldə etmək, b) SPİ 4 alətindən necə 

daha  effektiv  istifadə  etmək  yolları  ilə  tanış  olmaq,  c)  sosial 

fəaliyyət  üzrə  toplanmış  məlumatların  yerli  və  xarici  maraqlı 

tərəfdaşlara  hesabatlar  zamanı  necə  səmərəli  istifadəsinin 

müzakirəsi olmuşdur. 

Təlim  zamanı,  iştirakçılar  layihənin  nəticələri  və  onların 

səmərəli  şəkildə  faydalanmaları  üzrə  suallar  vermiş,  eyni 

zamanda  maraqlı  tapşırıqları  üzrə  qrup  şəklində  işləmiş, 

Universal Standartların indikatorları üzrə təcrübələri müzakirə 

etmiş və SPİ4 aləti üzrə işləmişlər. 



Sosial Fəaliyyət Fondunun dəstəyi ilə 

AMFA yeni layihəyə start verdi


104-cü buraxılış

Gender yönümlü mikromaliyyə 

Bakı, 3 mart, 2016 –cı il Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşəbbüsü ilə 8 Mart Beynəlxalq Qadınlar Günü 

ərəfəsində  “Qadınların İnkişafında Mikromaliyyənin Rolu” adlı mətbuat konfransı keçirilib. Tədbirin keçirilməsində məqsəd 

gender  bərabərliyi  və  qadınların  səlahiyyətlərinin  artırılmasında  mikromaliyyənin  rolunu  vurğulamaq,    qadınların 

məsuliyyətli müştəri və sahibkar kimi cəmiyyətin inkişafına verə biləcəyi töhvələri qeyd etmək və bu barədə olan mesajı daha 

geniş ictimaiyyətin nəzərinə çatdırmaq idi.

Ölkənin aparıcı mikromaliyyə institutlarından - AccessBank, TuranBank, FINCA Azerbaijan, MolBulak, TBC Kredit və   Vijn 

Fond AzərKredit BOKT tədbirin təşkilində yaxından iştirak etmiş və  qadın müştərilərə göstərilən maliyyə xidmətləri barədə 

məlumatları media nümayəndələrinin diqqətinə çatdırmışdır. 

“Biz bu gün müşahidə edirik ki, qadın müştərilərinin çox yaxşı ödəniş tarixçələri var. Həmçinin xanımlar  məsuliyyətli müştəri 

və əməkdaşdırlar. Qadın kredit işçiləri mikromaliyyədə daha çox qadın müştərini biznesə cəlb edərək onların inkişafına daha 

çox töhvə verilə  bilirlər”-, deyə Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin sədri cənab Süleyman Kələşov 

tədbirdə çıxışı zamanı bildirib. 

AMFA-nın İcraçı direktoru xanım Jalə Hacıyeva “Qadınların İnkişafında Mikromaliyyənin Rolu” barədə çıxış edərək qadın 

müştərilər barədə olan statistik məlumatları media nümayəndələrinin nəzərinə çatdırıb. Onun sözlərinə görə,   31 yanvar, 

2016-cı  il  tarixinə  olan  statistikaya  əsasən  Azərbaycanda  $  685,  267,174    dollar  həcmində  mikrokredit  portfeli  olan 

mikromaliyyə institutları hal- hazırda  115 747 (23,5%)  –dən çox  qadın müştəriyə maliyyə xidmətləri göstərir. 

Tədbirdə qonaq natiq qismində İsveçrə Əməkdaşlıq ofisinin Regional direktor müavini Dr. Simone Haeberli “Mikromaliyyə və 

bank   sahəsində qadınların   dəstəklənməsində İsveçrə   təcrübəsi” ni, Biznes üzrə beynəlxalq konsultant Nini Karseladze 

qadın sahibkarlar üçün keçirilən seminarların əhəmiyyəti   barəsində iştirakçılara məlumat verdi.Daha sonra isə müxtəlif 

mikromaliyyə  institutlarının  qadın  kredit  işçiləri  və  müştəriləri  çıxış  edərək  mikromaliyyənin  önəmi  barədə  fikirlərini 

səsləndirmiş və bu sahədə olan təcrübələrini  tədbir iştirakçıları ilə bölüşmüşdür.  

Tədbirin sonunda iştirak edən bütün qadınlara Assosiasiya tərəfindən  hədiyyələr təqdim edildi.

Qadınların mikromaliyyədə rolu



Asiya İnkişaf Bankı (AİB) özəl sektorda keçirdiyi əməliyyatları çərçivəsində “FINCA Azerbaijan” Qeyri-Bank 

Kredit  Təşkilatı  ilə  texniki  yardım  haqqında  saziş  imzalayıb.  Razılaşmaya  görə,  AİB  “FINCA  Azerbaijan”ın 

institusional inkişafı və potensialının daha da gücləndirilməsinə dəstək olmaq məqsədi ilə 400.000 ABŞ dolları 

məbləğində Təşkilata texniki yardım göstərəcək. 

“Asiya  İnkişaf  Bankı  ilə  “FINCA  Azerbaijan”  arasında  texniki  yardım  haqqında  sazişin  imzalanması  bizim 

münasibətlərimizdə  növbəti  önəmli  bir  mərhələdir.  Bu  yardım  müştəri  və  əməliyyatlarının  80  faizi  Bakı  və 

Abşeron  yarımadasından  kənarda  olan  FINCA-nın  Azərbaycan  regionlarında  kənd  təsərrüfatı  və  kənd 

sahibkarlığını   dəstəkləməsinin davam etdirilməsinə kömək edəcəkdir”-, deyə FINCA Azerbaijan” QBKT-nin 

ölkə üzrə direktoru Timoti Tarrant bildirib. 

“FINCA  Azerbaijan”  bu  texniki  yardımı  kreditvermə  prosesini  sürətləndirmək  üçün  dəyərləndirmə  əsaslı 

qərarvermə modelini tətbiq etmək,   həmçinin kassalardan əlavə kredit çatdırılması kanallarının yaradılması 

kimi öncəki səylərini genişləndirmək istiqamətində istifadə etməyi nəzərdə tutur. 

Baş ofisi Manilada yerləşən AİB əhatəli iqtisadi artım, ekoloji cəhətdən davamlı inkişaf və regional inteqrasiya 

vasitəsilə Asiya və Sakit Okean regionunda yoxsulluğun azaldılmasına çalışır. AİB 1966-cı ildə yaradılıb, 48 ölkə 

Asiya və Sakit okean regionundan olmaqla 67 üzv ölkədən ibarətdir. Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür.

“FINCA Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatı 1998-ci ildən Azərbaycan Respublikası 

Mərkəzi Bankı tərəfindən verilmiş məhdud lisenziya ilə fəaliyyət göstərən və Azərbaycanda   bank olmayan 

aparıcı mikromaliyyə institutudur.

Üzvlər köşəsi



Asiya  İnkişaf Bankı “FINCA Azerbaijan” ilə texniki yardım haqqında saziş imzalayıb

103-cü buraxılış

AccessBank-dan pulsuz internet-bankinq 

AccessBank fiziki şəxslər və fərdi sahibkarlar üçün myAccess internet-bankinq xidmətindən ilk 3 ay ərzində pulsuz istifadə 

imkanını yaradır.

myAccess müasir tələblərə cavab verən innovativ internet-bankinq sistemidir. Ötən ilin oktyabr ayında istifadəyə verilən bu 

xidmət qısa müddət ərzində müştərilərin böyük marağına səbəb olub. Sistemin rahatlığı və funksionallığı, həmçinin hesabları 

idarə etmək üçün yaratdığı geniş imkanlar korporativ müştərilər tərəfindən də yüksək qiymətləndirilir. Sistem istifadəçilərinin 

sayı gündən-günə çoxalır – yalnız son iki ay ərzində xidmətə qoşulan müştərilərin sayı iki dəfə artıb.

myAccess təhlükəsizliyi yüksək səviyyədə təmin edir, belə ki High-Tech Bridge və Qualys şirkətləri, eləcə də “Böyük dördlüyə” 

daxil olan və dünyanın ən böyük auditor-məsləhətçilik şirkətlərindən biri PwC tərəfindən aparılan tədqiqatlar əsasında 

myAccess Azərbaycanda ən təhlükəsiz internet-bankinq sistemlərindən biri kimi tanınıb.

İstifadəçilərin rahatlığı üçün Bankın saytında video-təlimatlar yerləşdirilib. Həmin təlimatlar sayəsində müştərilər sistemin 

imkanları ilə tanış olaraq ətraflı məlumat əldə edə bilərlər.  

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə 

Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. 

Azərbaycanın aparıcı banklarından biri olan AccessBank geniş çeşidli bank xidmətləri təqdim edir. Ölkə üzrə geniş filiallar 

şəbəkəsinə malik olan Bankda 1800 yaxın əməkdaş çalışır.




Peşəkar İnkişaf

104-cü buraxılış

MFC İllik Konfransı

        AMFA, “CBSolutions”şirkətinin əməkdaşlığı ilə “İşçi Effektliliyinin Stimullaşdırılması Kouçinq Proqramı”



                                                                                  həyata keçirir

 

                                                         

        Dil: Azərbaycan

        Format: 1 ay 4 sessiyadan ibarət olmaqla, 3 ay müddətində fərdi kouçinq sessiyaları

        Hədəf işçilər: Qərarvermə səlahiyyəti olan şəxslər

        Kouç: Camal Şahverdiyev. “CBSolutions” şirkətinin direktorudur və 17 illik təcrübəsi vardır. 

        O, 2011-ci ildə MAXİMUM beynəlxalq kouçinq akademiyasının peşəkar kouç proqramını bitirmişdir.

       Ətraflı məlumat və qeydiyyatdan keçmək üçün xahiş edirik ki, Sevda Huseynova ilə əlaqəs axlayasınız.

(elektron poçt: 

 

                                                 



program@amfa.az)

19-cu MFC İllik Konfransı: Təqviminizdə qeyd edin!

   

  

Məmnuniyyətlə elan etmək istərdik ki, 19-cu MFC İllik Konfransl 22024 iyun, 2016-ci ildə Tirana, Albaniyada keiriləcək 

 

 

Konfransın qeydiyyat tarixini və mövzularını nəzəriizə çatdıracayıq


44 C. Cabbarlı küç., Kaspian Plaza I, 5-ci mərtəbə

+994 12 437 16 45

+994 12 437 23 39 

 

 

 

 

Azerbaijan Micro-finance Association 

 

 

AMFA ( Azerbaijan Micro-finance Association)

  

 

 

 

 

Document Outline

  • Page 1
  • Page 2
  • Page 3
  • Page 4
  • Page 5
  • Page 6

Yüklə 36,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə