AmrahNews 05(05)-2015. cdr



Yüklə 12,73 Mb.
Pdf görüntüsü
tarix22.07.2018
ölçüsü12,73 Mb.
#58345


05(05) may 2015

Aylıq bülleten

AMRAH TRAVEL 

TURİZM AGENTLİYİ 



 

 /16/


MÜŞTƏRİ XİDTƏTLƏRİ

 DEPARTAMENTİNDƏ BİR GÜN  /12/



“FC AMRAHBANK” 

KOMANDAMIZIN DAVAMLI QALİBİYYƏTİ  /05/

APREL 2015

UĞUR 


FORMULASI

əsas mövzu

FC Amrahbank futzal 

komandasının kapitanı 

və baş məşqçisi Rüfət 

Hüseynov təcrübəli 

futbolçu kimi 

inkişaf yolu və 

“Amrahbank”da 

uğurlu fəaliyyəti 

haqqında 

SƏBAİL FİLİALINDA

ABADLAŞDIRMA 

İŞLƏRİ APARILDI /17




dünyanın istənilən ölkəsinə


Amrahbank-ın aylıq məlumat bülleteni 

05(05) may 2015

03

UĞUR 


FORMULASI

Rüfət  


Hüseynovun

“Uğur Formulası” 

rubrikasının bugünkü 

qonağı Rüfət Hüseynovdur.

Rüfət Hüseynov  06.10.1976-cı 

ildə Bakı şəhərində anadan 

olmuşdur. 

1992-ci ildə 53 saylı orta məktəbi 

bitirmişdir.“Qafqaz” universitetinin 

beynəlxalq əlaqələr fakültəsinin 

məzunudur.  2013-cü ildən 

“Amrahbank”da fəaliyyət 

göstərməyə başlamışdır. Hal-hazırda 

Amrahbank futzal komandasının 

kapitanı və eyni zamanda baş 

məşqçisi kimi fəaliyyət göstərir. 

Evlidir, 2 oğul atasıdır.

Futbolun sirlərinə 1984-cü ildən ilk müəllimləri olan Vitali Xluçinin və 

Yaşar  Abdulovun  rəhbərliyi  altında  yiyələnməyə  başlamışdır.  8 

yaşında  olduğuna  baxmayaraq  o  artıq  idman  karyerasını  qurmağa 

başlamış  və  yeniyetmə  yaşlarında  olarkən  artıq  4  dəfə  çempion 

titulunu əldə etmişdir.

Onun peşəkar futbolçu kimi formalaşmasında isə ən böyük rol və ən 

böyük  zəhmət  məhz  məşqçi  Kazbek  Tuayevə  aiddir.  1991-ci  ildə, 

keçmiş  SSRİ-nin  son  futbol  çempionatında  Azərbaycan  yığma 

komandası tərkibində iştirak edərək 15 yaşlı yeniyetmələr arasında 3-

cü  yeri  qazanmışdır.  1993-cü  ildə,  17  yaşında,  Vaqif  Sadıqovun 

rəhbərliyi altında “Neftçi”nin əsas komandasına daxil olmuşdur. Rüfət 

Hüseynov  müxtəlf  illərdə  “İnşaatçı”,  “Bakı  fəhləsi”,  “Xəzər 

Universiteti”,  “MOİK”  kimi  futbol  komandalarının  tərkibində 

oynamışdır, sonuncu komandanın hətta kapitanı da olmuşdur. 1995-ci 

ildə “Neftçi” komandasının tərkibində Azərbaycan kubokunun qalibi 

olmuşdur.  1999-cu  ildən  isə  futzal  üzrə  Azərbaycan  çempionatına 

qatılaraq yüksək liqada həm futbol, həm də futzal üzrə oynayan ilk 

futbolçu kimi seçilmişdir. 

FC Amrahbank 

komandasının kapitanı

və baş məşqçisi




Amrahbank-ın aylıq məlumat bülleteni 

05(05) may 2015

04

Bu günə qədər futbol üzrə cəmi 150 oyunda iştirak etmiş və 8 top vurmuş, futzal üzrə isə müxtəlif liqalarda 250-dən 



çox oyunda iştirak edərək 500-ə yaxın qola imza atmışdır. 2 dəfə “ilin ən yaxşı hücumçusu ” adına layiq görülmüşdür. 

2011-ci ildə çimərlik futbolu üzrə Azərbaycan birinciliyində “PSL” komandası ilə ilk dəfə çıxış etmiş və komanda ikinci 

yeri qazanmışdır. 18 qola imza atan Rüfət Hüseynov adı gedən çempionatın ən yaxşı oyunçusu və ən yaxşı hücumçusu 

seçilmişdir. 2014-cü ildə “Fener” komandası ilə milli çempionatda Azərbaycan birinciliyini qazanmışdır.

2013-cü  ildən  Rüfət  Hüseynov  Amrahbank  ASC-də  fəaliyyət  göstərməyə  başlamışdır.  Bir  qədər  sonra  isə  bank 

rəhbərliyinin qərarı ilə Bakı Banklararası Valyuta Birjasının təşkilatçılığı ilə keçirilən Banklararası futzal üzrə turnirində 

iştirak etmək üçün komanda yaradıldı. Rüfət Hüseynov bu komandanın həm oyunçusu, həm də baş məşqçisi kimi 

fəaliyyətini davam etdirməyə başladı. Rüfət Hüseynov artlq 3-cü dəfədir ki Amrahbank komandası ilə bu turnirdə 

iştirak edərək, 2 il 3-cü yeri, ötən ildə isə nala çıxaraq 2-ci yeri qazanmışlar. Amrahbank futbol komandası bu il də  

banklararası turnirin iştirakçısı olaraq artıq nala vəsiqə qazanmışdır və bu il çempionluğa iddialıdır!

2014-cü ildə bankın əməkdaşları ilə 

b i r l i k d ə   h ə m ç i n i n   t ə c r ü b ə l i 

futbolçular  da  dəvət  edilərək  “FC 

Amrahbank”  komandası  yaradıldı. 

"FC  Amrahbank"  mini  futbol 

komandası  futzal  üzrə  Azərbaycan 

çempionatının ikinci liqasının iddialı 

klublarından biri olaqar hal hazırda 

20  komanda  arasında  2-ci  pillədə 

yerləşir.  Həmçinin  komandanın 

bombardiri  Rüfət  Hüseynov  rəqib 

qapılarına  142  top  vuraraq  hazırda 

hücumçular  sırasında  lider  olaraq 

birinci yerin sahibidir.

“Bakı Banklararası Valyuta Birjasının (BBVB) 

təşkilatçılığı ilə keçirilən banklararası futzal 

üzrə turnirdə qoşulduğumuz cəmi 1,5 ilə 

yaxın müddətdə artıq 2 dəfə 3-cü yerin 

sahibi olmuşuq, ötən il isə nala çıxaraq 2-ci 

yeri qazandıq. Bu il də artıq nala vəsiqə 

qazanmışıq və İnşaAllah Amrahbank 

komandası bu ilin çempionu olacaq!”




Amrahbank-ın aylıq məlumat bülleteni 

05(05) may 2015

05

“FC AMRAHBANK”



Aprel ayında FC AMRAHBANK komandamız futzal üzrə Azərbaycan çempionatı çərçivəsində 4 qarşılaşmada  iştirak 

etmiş və hər dörd oyunu qələbə ilə başa vurmuşdur! 

Aprel ayı ərzində 33 qola imza atan 

oyunçularımızın adları:

ELVİN QULİYEV -  13 qol

RÜFƏT HÜSEYNOV - 10 qol

HƏBİB AMANOV - 4 qol

HİKMƏT BAĞIROV - 3 qol

VÜQAR HƏSƏNOV- 1 qol

TALEH MƏMMƏDOV - 1 qol

İLQAR ABDULOV - 1 qol

05 aprel 2015 

2-ci Liqa 27-ci Tur

FC AMRAHBANK / MONTİN

6



5



 

13 aprel 2015 

2-ci Liqa 28-ci Tur

FC AMRAHBANK / TİTAN

8



4



19 aprel 2015 

2-ci Liqa 29-cu Tur

FC AMRAHBANK/XUDAFƏRİN

9



 

26 aprel 2015 



2-ci Liqa 30-cu Tur

FC AMRAHBANK / RABİTƏ

15



3



Samir

Xubanov


Elvin

Quliyev


Rüfət 

Hüseynov


Həbib

Amanov


Hikmət

Bağırov


Vüqar

Həsənov


Taleh

Məmmədov


İlqar

Abdulov



Amrahbank-ın aylıq məlumat bülleteni 

05(05) may 2015

06

Region üzrə LİDER mutəxəssis 



Cahangirli Ramin Alim oğlu 

(Masallı lialı)



MASALLI lialı 

Hörmətli həmkarlar! 

Aprel ayının “LİDER KUBOK” sahibləri paytaxt üzrə 

SƏBAİL filialı və region üzrə MASALLI filialı oldular. 

Filialların rəhbərliyini, İstehlak kreditləri üzrə 

bölməsinin bütün əməkdaşlarını bu münasibətlə 

təbrik edirik, Bəxtiyar Məmmədzadə və Abutalıb 

Kamalova xüsusi minnətdarlıq bildiririk, və 

liderlərimizə daha da yüksək nəticələr 

əldə etməyi arzulayırıq. Əhsən Sizlərə!!!




Amrahbank-ın aylıq məlumat bülleteni 

05(05) may 2015

07

SƏBAİL lialı

İSTEHLAK 

KREDİTLƏRİNİN 

SATIŞI DEPARTAMENTİ 

Liderləri

İstehlak kreditlərinin Satışı Departamenti üzrə aprel ayı 

ərzində ümumi satış 2,658,426.22 AZN təşkil etmişdir. 

Ümumilikdə 763 müştəriyə xidmət göstərilmişdir. 

Departamentin satış göstəricilərinə daxildir: 

“Nağd pul krediti” istiqamətində 1,441,494.86 AZN 

məbləğində 577 kredit, “Lizinq” istiqamətində 47,897.00 

AZN məbləğində 38 kredit, “Exspress kredit” 

istiqamətində 360,531.02 AZN məbləğində 24 kredit, 

“Plastik kart krediti” istiqamətində 13,695.25 AZN 

məbləğində 8 kredit, “Depozit krediti” istiqamətində 

664,126.42 AZN  məbləğində 76 kredit, “Əməkdaşlara 

nağd pul krediti” istiqamətində 130,681.67 AZN 

məbləğində 40 kredit satışı həyata keçirilib. 

Departamentin ümumi dinamik inkişafına qoyduqları 

əmək üçün bütün “İstehlak Kreditləri” 

əməkdaşlarına minnətdarıq!

Paytaxt üzrə LİDER mutəxəssis 

İsayev Emin Nöfərəli oğlu 

(28 may lialı)




Amrahbank-ın aylıq məlumat bülleteni 

05(05) may 2015

08

GƏNCLİK

lialı


SUMQAYIT

lialı


Mart ayında Bankda start götürən “2-ci Hədiyyəli Depozit Festivalı” 

apreldə də uğurla davam etdirildi. Belə ki, aprel ayında ziki şəxslərin 

depozit portfelində 8.747.354 AZN məbləğində artım qeydə alındı, 

porfelin ümumi həcmi 78.277.948 AZN-a, aktiv depozitlərin sayı isə 

372 ədəd artaraq, 3522-ə çatdı. Bu artım göstəriciləri ilə Müştəri 

Xidmətləri Departamenti ötən ay əldə etdiyi rekordu yenilədi.

Belə ki, ayın lideri 

3.240.715 AZN artımla 

yenə də Gənclik lialıdır. Gənclik 

lialını həmçinin portfelinin 10 

milyonu aşması münasibətilə təbrik 

edirik. Əhsən Sizlərə!

Region lialları üzrə 

ən yaxşı nəticəni isə 

450.000 AZN-a 

yaxın artımla 

Sumqayıt lialı göstərdi. 

Sizləri hər zaman ön 

sıralarda görəcəyimizə 

ümid edirik!

Bu nəticənin əldə 

edilməsində əməyi olan 

bütün əməkdaşlarımızı təbrik 

edir, birlikdə daha böyük 

uğurlara imza atmağı arzu 

edirik!


Filiallar üzrə nəticələrdə 

ən maraqlı məqam isə, 

ilk üçlüyün eyni qaydada 

təkrarlanması oldu. Buna 

görə də aprel ayının 

liderlərini fərqli 

prizmadan 

seçmişik.




Amrahbank-ın aylıq məlumat bülleteni 

05(05) may 2015

09

YASAMAL 

             lialı

Ümumilikdə, ötən ay ərzində 

Təcili Pul Köçürmə Sistemləri üzrə 

15169 köçürmə və 8,5 mln manatdan çox 

dövriyyə olmuşdur. Bu isə o deməkdir ki, 

mart ayının göstəriciləri ilə müqayisədə 

apreldə TPKS üzrə say və dövriyyə 

2 dəfəyə yaxın artmışdır.

Sevindirici haldır ki, ötən ay birinci 

yeri ilk yerdə görməyə adət etdiyimiz 

Şəmkir lialı aprel ayında həm say, həm də 

dövriyyə göstəricilərinə görə liderlik 

pozisiyasına geri qayıtdı. 

Təbrik edirik Sizi dostlar!

ŞƏMKİR

lialı


Şəhər lialları 

arasında ən uğurlu 

nəticəni isə Yasamal 

lialı əldə etdi. 

1000-dən artıq 

köçürmə, 633.000 

AZN dövriyyə! Afərin 

əməkdaşlarımıza!

Bütün liderlərimizi təbrik edirik! Eyni ruhda 

davam edin, hər birinizin əməyi bizim üçün 

dəyərli və əhəmiyyətlidir!

MÜŞTƏRİ XİDMƏTLƏRİ



Amrahbank-ın aylıq məlumat bülleteni 

05(05) may 2015

10

“Amrahbank”ın əməkdaşı



Amrahbank-ın  Kredit  Portfelinin  monitorinqi  və  idarə  olunması  

Departamentinin Problemli aktivlər və girovlarla iş şöbəsinin (Yasamal 

lialı)  əməkdaşı  Rəfael  Tarverdiyev  01-03  may  2015-ci  il  tarixlərdə 

"Şağan" Olimpiya İdman Kompleksində Uşu-Sanda idman növü üzrə 

kişilər arasında Azərbaycan cempionatının qalibi olub. Əməkdaşımız 

qızıl medala layıq görülərək artıq 7-ci dəfədir ki Azərbaycan 1-cisi adını 

qazanıb. 

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası idman ustası, Milli 

yığma komandasının kapitanı, Rafael Rəhman oğlu Tarverdiyev, Uşu-

Sanda  üzrə  2011-ci  ildə  Honq-Konqda  keçirilən  klublararası  Dünya 

çempionatında, 2010-cu ildə Türkiyənin Antalya şəhərində və 2013-cü 

ildə Rumıniyanın Buxarest şəhərində keçirilən Avropa çempionatında 

1-ci yerin qalibi olmuşdur.

Həmçinin,  bu  ilin  noyabr  ayında  İndoneziyanın  Cakarta  şəhərində 

keçiriləcək Dünya cempionatında ölkəmizi təmsil edəcək.

Azərbaycan 1-cisi oldu



Rafael

Tarverdiyev


Amrahbank-ın aylıq məlumat bülleteni 

05(05) may 2015

11

Azərbaycanın və 



azərbaycanlıların 

rekordları

Dünyada  insanlar  tərəfindən  həyata  keçirilən  və  yaxud  təbiətdə  qeydə  alınan  ən  yüksək 

nəticələri  ümumiləşdirən  məşhur  Ginnesin  Rekordlar  Kitabında  Azərbaycan  və 

azərbaycanlılarla bağlı rekordlar da qeydə alınmışdır. Həmin rekordları diqqətinizə çatdırırırq:

1. 


Cəbrayıl  rayonunda  anadan  olmuş,  hazırda  Belçikada  yaşayan  Fəxrəddin  Vəliyev 

2004-cü ildə adı "Ginnesin Rekordlar Kitabı"na düşmüş ilk azərbaycanlıdır. O, 5 dəqiqəyə 20 

nəfərin siluetini çəkməklə bu şərəfə nail olub. 

2. 


Lənkəran  rayonunun  Aşağı  Nüvədi  kənd  sakini  7  yaşlı  Ələsgər  Rəhim  oğlu 

Həsənzadə  "Ginnesin  Rekordlar  Kitabı"na  düşən  ən  azyaşlı  qalibdir.  O,  1  saat  45  dəqiqə 

ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb enmişdir. 

3. 


 Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı 

dirəyinin  dünyada  ən  hündür  bayraq  dirəyi  olduğunu  təsdiq  edib.  Bayrağın  eni  35  metr, 

uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır.

4. 


Cənubi azərbaycanlı Hüseyn Rezazadə «Ginnesin Rekordlar Kitabına» planetimizin 

ən güclü pəhlivanı kimi daxil olub. 263 kiloqram ağırlığı başı üzərinə qaldıran həmyerlimiz 

2004-cü  ildə  263.5  kq.  ağırlıq  qaldırmaqla  özünün  müəllifi  olduğu  dünya  rekordunu 

təzələyibdir. 

5. 

Gürcüstanın azərbaycanlı sakini Etibar Elçiyev xüsusi maqnit cazibəsinin köməyi ilə 



eyni vaxtda bədənində saxladığı metal qaşıqları sayına görə üzrə dünya rekordu vurub. O, 

İtaliyada rekordunu təkrarlayaraq bədənində eyni vaxtda 50 qaşıq saxlayıb.

“Zaman, Məkan və İnsan...” rubrikasında

Hörmətli həmkarlar! 

Bildiyiniz kimi, bu qeyri-rəsmi 

rubrikamız müxtəlif maraqlı mövzular, 

faktlar, əyləncəli məlumatlar, 

həmçinin əməkdaşlarımızın fərdi 

düşüncələri və həyata yanaşmaları 

barədə Sizinlə bölüşmək üçün aparılır. 

Belə ki, rubrikamızın bu günkü 

mövzüsü...




Amrahbank-ın aylıq məlumat bülleteni 

05(05) may 2015

12

“Departamentdə bir gün...”

  rubrikasında 

Rauf İlqar oğlu Miqirov 

Müştərilərlə İş Departamentinin Direktoru

Bankın say tərkibinə görə ikinci 

ən böyük departamenti olan 

“Amrahbank”da Müştəri Xidmətləri Departamenti 2013-cü ilin 

iyun  ayında  yaradılmış  və  2  nəfərlə  fəaliyyətə  başlamışdır. 

Yaradıldığı gündən Bank fəaliyyətinin səmərəliliyinin, Bankın 

mənfəət  və  gəlirlərinin  həcminin  artırılması,  müştərilərə 

göstərilən  bank  xidmətlərinin  rəqabət  qabiliyyətinin 

yüksəldilməsi  istiqamətində  bir  sıra  uğurlara  imza  atmışdır. 

Departamentin  başlıca  məqsədi  mövcud  və  potensial 

müştərilərə  yüksək  səviyyədə  xidmət  göstərilməsi,  Bankın 

məhsul  və  xidmətlərinin  satış  prosesinin  təşkil  edilməsi, 

müştərilərlə  ilk  ünsiyyətin  yaradılmasından  ibarətdir.    Hal-

hazırda  Müştəri  Xİdmətləri  Departamenti  strukturunda  3 

şöbəni birləşdirir: Depozitlərlə İş Şöbəsi, Metodologiya Şöbəsi 

və  Çağrı  Mərkəzi  Şöbəsi.  Ümumilikdə,  Departamentin 

lialdaxili 100-ə yaxın, departamentdaxili 9 əməkdaşı var.

Müştəri  Xidmətləri  Departamenti  fəaliyyət  göstərdiyi  2  il 

ərzində bir sıra uğurlu nəticələrə imza atmışdır. Belə ki, ziki 

şəxslərin depozit portfeli 41 mln. manatdan 80 mln. manata, 

Təcili Pul Köçürmələri üzrə aylıq dövriyyə 1 mln. manatdan 8 

mln. manatadək yüksəlmişdir. Yüksək ixtisas hazırlığının əldə 

edilməsi  məqsədilə  mütəxəssislərin  attestasiyası  təşkil 

edilmişdir. Ötən il İstehlak Kreditlərinin Satışı Departamenti ilə birlikdə əməkdaşlar üçün “Team building” seminarı keçirilmişdir ki, 

bu da kollektivdə komanda ruhunun formalaşmasında böyük rol oynamışdır.



Amrahbank-ın aylıq məlumat bülleteni 

05(05) may 2015

13

Metodologiya 

Şöbəsi


Metodologiya 

Ş ö b ə s i   M X D - n i n 

bütün  məhsulları  üzrə 

prosedur  qaydaların  və  vahid 

standartların  tərtib  edilməsi, 

Departamentin  butun  struktur 

bolmələrinin  apardığı  əməliyyatlarla 

bağlı  dövri  hesabatların  hazırlanması, 

işçilərin  attestasiyasının  aparılması, 

struktur    bölmənin  kadrlarının  seçilməsi, 

onların yerləşdirilməsi,   əməkdaşlar üçün 

treninq  və  seminarların  keçirilməsi  və 

onların ixtisaslarının təkmilləşdirilməsi 

ilə  bağlı  fəaliyyəti  həyata  keçirir. 

Departamentin  məhsulları  üzrə 

satış  göstəricilərinin  artırılması, 

keyyyətə  nəzarət  edilməsi, 

yüksək  rəqabət  qabiliyyətli 

m ə h s u l l a r ı n   i ş l ə n i b 

hazırlanması  və  onların 

t ə t b i q i   i l ə   b a ğ l ı 

tədbirlər görür.

Aytəkin Novruzova

Metodologiya Şöbəsinin

Aparıcı mütəxəssisi

Depozitlərlə İş 

      Şöbəsi

Depozit məhsullarının 

marketinq araşdırması və  

yeni depozit məhsullarının 

yaradılması, depozitlər üzrə 

normativ sənədlərin hazırlanması, 

hesabatların hazırlanıb təqdim 

edilməsi, lialların əməkdaşları ilə 

depozit əməliyyatları üzrə treninq və 

seminarların keçirilməsi və onların 

professional biliklərinin təkmilləşdirilməsi 

– bütün bunlar Depozitlərlə İş Şöbəsinin 

əsas iş prinsipləridir.

Lyudmila Şükürova

Depozitlərlə İş Şöbəsinin

Rəisi



Amrahbank-ın aylıq məlumat bülleteni 

05(05) may 2015

14

ÇAĞRI MƏRKƏZİ

Şöbəsi


Doğru deyirlər, Çağrı Mərkəzi – bir şirkətin audial və 

virtual  vitrini  sayılır.  Operatorun  işinə  və  telefon 

etiketinə riayət etməsinə görə, müştəri bütövlükdə 

Bankın işinə və onunla gələcək əməkdaşlığının necə 

olacağına dair kir yürüdür. Hər gün 10-larla müştəri 

və  işçi  zənglərinə  “Amrahbank,  buyurun...” 

ifadəsilə  cavab  verən  bu  xanımlarımızın  əsas 

funksiyaları  mövcud  və  potensial    müştərilərə 

məlumat  dəstəyi  vermək,  müştərilərin  şikayət  və 

təkliərini qeydə alıb müvaq şöbələrə çatdırmaq, 

məlumat  verilməsi  və  ya  alınması  məqsədilə 

müştərilərə zəng etmək, lial əməkdaşları və Baş 

Os işçiləri arasında əlaqə yaratmaqdan ibarətdir.

Validə Hacızadə

Məlumat mərkəzinin

Kiçik mütəxəssisi

Ramidə Mahmudova

Məlumat mərkəzinin

Kiçik mütəxəssisi

“Amrahbank, buyurun...”

və ya bankımızın ən tanınmış səsləri



Amrahbank-ın aylıq məlumat bülleteni 

05(05) may 2015

15

MÜŞTƏRİ XİDMƏTLƏRİ

Bankın liallarında “Müştəri Xidmətləri” anlayışı özündə reception 

və əməliyyatçıları birləşdirir. Bəs reception və əməliyyatçı kimdir?

Elnurə Babayeva

Aparıcı mütəxəssis

Vəfa Haqverdiyeva

Mütəxəssis

Lalə Əlizadə

Kiçik mütəxəssis

Bank əməliyyatçısı – bank məhsul və xidmətlərini bilavasitə müştərilərə 

çatdıran və onlara xidməti həyata keçirən, müştəri ilə bilavasitə işləyən 

“ön  os”  əməkdaşıdır.  Müştərinin  tələbatını  öyrənmək,  ona  ən  uyğun 

xidməti  təklif  etmək,  sənədləşməni  dəqiqliklə  aparmaq,  hesabın 

vəziyyətinə  nəzarət  etmək,  faizləri  düzgün  hesablamaq,  kredit 

ödənişlərini qəbul etmək, məlumat bazasındakı dəyişiklikləri daxil etmək, 

depozit  və  hesablaşma  əməliyyatlarını  həyata  keçirmək  və  ən  əsası, 

bütün bu işləri üzündə təbəssümlə yerinə yetirmək əməliyyatçının vəzifə 

öhdəliklərinə  aiddir.  Buna  görə  də,  yalnız  insanlarla  və  sənədlərlə 

ünsiyyət qurmağı bacaran insan əməliyyatçı ola bilər.

Müştəri Xidmətləri 

Departamentinin 

mütəxəssisi, başqa sözlə, 

əməliyyatçı peşəsi demək 

olar ki, nəhəng bankların 

yaranması ilə meydana gəldi. 

Bank sahəsinin və maliyyə 

bazarının inkişafı, bir çox 

qiymətli kağızların peyda 

olması, depozitlərə marağın 

artması bu sahədə 

mütəxəssislərə ehtiyac 

yaratdı.


Reception - bankın siması, insanların bankda qarşılaşdıqları ilk 

şəxsdir. Reception işi çoxlarına sadə və adi görünür. Amma 

əgər  bir  şirkətin  reception  mütəxəssisi  mükəmməllikdən 

uzaqdırsa, həmin şirkətdə problemlər və bəzən münaqişələr 

qaçılmaz  olacaq.  Reception  tərəndən  səriştəsiz  görülən  iş 

bütün Bankın işinə ziyan vura bilər, hətta müştərilərin böyük 

bir  qismini  Bankdan  uzaqlaşdıra  bilər.  Buna  görə  də,  bu 

vəzifəyə  məhz  güclü  ünsiyyət  qabiliyyəti,  informasiya  ilə 

işləmək bacarığı olan, yüksək şəxsi keyyyətlərə malik şəxslər 

seçilir. Qeyd edək ki, Amrahbankda reception vəzifəsi məhz 

Müştəri Xidmətləri Departamentinin təşəbbüsü ilə yaradılıb.



Amrahbank-ın aylıq məlumat bülleteni 

05(05) may 2015

16

“Amrah 

Travel”

Səyahət etməyə 

bizimlə başlayın!

2014-cü ilin 

oktyabr ayından , 

ailəmizin yeni üzvü – 

“Amrah Travel” turizm 

agentliyi fəaliyyət 

göstərməyə başladı.

 “Amrah Travel” turistlərə 

ənənəvi təkliflər çeşidindən 

başqa, həmçinin yeni ölkələr və 

eləcə də mövcud istiqamətlərdə 

yeniliklər təklif edir. Bundan 

əlavə, bu yay şirkət ölkədaxili 

turizmə böyük diqqət yetirərək, 

gözəl ölkəmizin bir çox 

regionlarına, həmçinin Qəbələ, 

Quba, Lahıc, Nabran və digər 

istiqamətlərə də avtobus 

turları təklif edir.

Yerləşdirmə üzrə 

təkliər çeşidinə müxtəlif 

kateqoriyalı otellər daxil olmaqla, iqtisadi 

cəhətdən ən qənaətli variantlardan başlayaraq çox 

bahalı otellər seçimi də təklif edilir. Bundan əlavə, “Amrah 

Travel” viza alınması və viza dəstəyi üzrə xidmətlər də göstərir.

Agentliyin biznes tərəfdaşları etibarlı və yoxlanılmış turizm 

operatorları və eləcə də rusiya və xarici avia şirkətləridir.

“Amrah Travel” yüksək keyfiyyətli obyektlərin təklif olunması şərtilə 

rəqabətli bazar qiymətləri təklif edən geniş otellər spektrinə malikdir.

Qeyd edək ki, Amrah 

ailəsinin tərkibinə daxil 

olan bütün şirkətlərin 

əməkdaşlarına, onların 

ailə üzvləri və 

dostlarına “Amrah 

Travel”də bütün turlar 

və istiqamətlər üzrə 

güzəştlər təqdim 

edilir. 

"Siz işlərinizi görənə 

kimi, biz Sizin harada 

və necə istirahət 

edəcəyiniz barədə 

düşünürük!"

Zarina Musayeva - korporativ satış 

və marketinq üzrə menecer

Elina Farxuddinova - turoperator

Nigar Mirzəzadə - turoperator

“AmrahTravel”in kollektivi 



Amrahbank-ın aylıq məlumat bülleteni 

05(05) may 2015

17

SƏBAİL FİLİALINDA

         Hörmətli həmkarlar.

         Aprel ayının 10-da Səbail lialında iməcilik tədriri keçirilib. 

       Filialın rəhbərliyi belə bir tədbirin keçirilməsi üçün təşəbbüs ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 

müraciət  etmiş  və  rəy  almışdır.  Tədbirdə  lialın  əməkdaşları  Nəsimi  rayon  Yaşıllaşdırma  İdarəsinin 

əməkdaşları  ilə  birlikdə  lialın  həyət  yanı  sahəsində  abadlaşdırma  işləri  aparmış  və  xatirə  olaraq  lialın 

qarşısında yaşıllaşdırma simvolu olaraq çinar ağacı əkilmişdir.

Abadlaşdırma və 

         yaşıllaşdırma işləri 



Amrahbank-ın aylıq məlumat bülleteni 

05(05) may 2015

18

“Mən, Orucov Sərxan Azadxan oğlu – 



“Amrahbank”ın 

müştərisiyəm!” 

Hörmətli oxucular!

Rubrikamızın bu dəfəki qonağı Orucov Sərxan Azadxan 

oğludur. 

Bankımıza üz tutan Goranboy sakini, sahibkar Sərxan dayı 

Goranboy  rayonu  Goran  qəsəbəsində  torpaq  sahəsi  var  və 

orada o, artıq 8 ildir ki heyvandarlıqla məşğuldur. 

Uzun zamandır ki Sərxan Orucov heyvandarlıq işinin  inkişafı barədə 

düşünürdü.  Bunun  üçün  onun  xırda  başlı  heyvanların  alınması 

məqsədilə qısa müddətli bank kreditinə ehtiyacı var idi.

10 dekabr 2014-cü il tarixində   Sərxan Orucov “Amrahbank”ın Goranboy lialına 

müraciət etdi. O, öz işinin inkişaf etdirilməsinə maliyyə dəstəyinin göstərilməsi məqsədi 

ilə məhz bizim Bankı tərəfdaş kimi seçdi. 

Bankımızın kredit mütəxəssisləri Sərxan dayının bu kiçik biznesi ilə tanış olduqdan sonra ona 12 ay 

müddətinə 1000 AZN kreditın ayrılmasını dərhal təmin etdilər. 

Beləliklə, çoxsaylı müştərilərimizin sırasına daha bir kənd təsərrüfatı nümayəndəsi qoşuldu.  

Şübhəsiz  belə  müştərilərin  fəaliyyətinə  maliyyə  dəstəyinin  göstərilməsi  Bankımızın  Regionların 

inkişafı və Kənd Təsərrüfatına dəstək proqramlarında fəal iştirakının bir göstəricisidir. 

Biz isə hər zamankı kimi deyirik: 



Hörmətli Sərxan dayı!  “Amrahbank”a Xoş Gəldiniz! 


Sizə açıq və aydın bank!


Document Outline

  • Page 1
  • Page 2
  • Page 3
  • Page 4
  • Page 5
  • Page 6
  • Page 7
  • Page 8
  • Page 9
  • Page 10
  • Page 11
  • Page 12
  • Page 13
  • Page 14
  • Page 15
  • Page 16
  • Page 17
  • Page 18
  • Page 19
  • Page 20

Yüklə 12,73 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə