AmrahNews 07(07)-2015. cdr



Yüklə 16,24 Mb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü16,24 Mb.
#54362


07(07) iyul 2015

Aylıq bülleten

 

MXD ƏMƏKDAŞLARININ 

ATTESTASİYASININ QALİBLƏRİ 

 

 

 

 /10/

BİZNES KREDİTLƏRİNİN SATIŞI DEPARTAMENTİNDƏ

  BİR GÜN   /14/



FC AMRAHBANK ÇEMPİON 

BBVB BANKLARARASI TURNİR YEKUNLAŞDI  /08/

İYUL  2015

UĞUR 


FORMULASI

əsas mövzu

Amrahbank ASC-nin 

Risklərin İdarə Edilməsi 

Departamentinin direktoru 

Güldanə Aslanova iş 

həyatında səmimiliyin,  

özünə inamın və 

inkişafa meyilliliyin 

vacibliyindən danışdı 





UĞUR FORMULASI

Sual-cavab formada 

  MÜSAHİBƏ rubrikasında

Risklərin İdarə Edilməsi 

Departamentinin Direktoru

Guldanə Aslanovanın

Amrahbank-ın aylıq məlumat bülleteni 

07(07) iyul 2015

03

“Uğur Formulası” rubrikasının 



bu günkü qonağı Güldanə 

Aslanovadır.

Güldanə  xanım  1986-1991-ci 

illərdə Azərbaycan Dövlət İqtisad 

İnstitutunda təhsil almışdır. 1988-

1 9 9 0 - c ı   i l l ə r d ə   A z ə r b a y c a n 

Respublikası  Kommunal  Mərkəzi 

Bankında,  1990-1992-ci  illərdə 

Azərbaycan  Vneşekonombankda, 

1992-1995-ci  illərdə  Azərbaycan 

Beynəlxalq  Bankında,  1995-2002-ci 

illərdə  “Most-Bank  Azərbaycan”  KB-da, 

2004-2009-cu illərdə “Nikoyl” İK Bankında 

müxtəlif  vəzifələrdə  çalışmışdır.  2009-cu 

ildən “Amrahbank”da Risklərin İdarə Edilməsi 

Departamentinin direktoru vəzifəsində çalışır. 

1968-ci il təvəllüdlüdür. Subaydır.

Amrahbankı qısa necə təsvir edə bilərsiniz? Sizin 

krinizcə, Bankımız müştəriləri nə ilə cəlb edir?

Düşünürəm ki, Amrahbank,   loqomuz  da bunu ifadə 

edir   - şəffaf,   müştərilərə açıq olmaqla   və onların 

etimadını  qazanaraq  .  Əlbəttə,  bu  qədər  yüksək 

rəqabətin olduğu bir mühitdə mütləq xidməti də qeyd 

etmək  lazımdır.  Uzun  illərdir  topladığım  təcrübəmə 

əsaslanaraq  deyə  bilərəm  ki,  müxtəlif  ,  böyük  büdcəli 

reklamlar, PR ola bilər, amma müştəri xidməti, müştəriyə 

münasibət əsas keyyyət göstəricisidir. Mənə elə gəlir ki, 

bizim  bankımız  hər  zaman  bu  sahələrdə  seçilir  və  ya  ən 

azından daim seçilməyə çan atır, bu da tamamilə haqlı olaraq 

müştərilərimizi Amrahbanka cəlb edir.

Amrahbank beş il əvvəl və bu gün... Nə dəyişib?

Çox şey dəyişib. Aktivimiz artıb, mənfəət artıb. Bankın baş osi 

yeni binaya köçüb. Regionlarda liallar açılıb, yeni işçilər işə 

qəbul  olunublar.  Bank  xidmətlərinin  sayı  coxalıb  və    daim 

rəqabətə davamlı yeni məhsullar təqdim etməkdə davam 

edir. Yeni proqram təminatı alınıb, bütün liallar Temenos 

proqramına keçib.  



Amrahbank-ın aylıq məlumat bülleteni 

07(07) iyul 2015

04

İşdə özünüzü necə həvəsləndirirsiniz?



Hələ Valyuta Şöbəsində işlədiyim ilk gündən mən hər şeyin ideal olması, bir dənə olsun belə səhvimin olmaması, mənə görə 

kiməsə söz gəlməməsi üçün çox narahat olmuşam. Ola bilər bu xarakterimdən irəli gəlir. Düzdür, çətinliklər olub, amma mən hər 

zaman bankda işləməkdən həzz almışam. Bank işinə barmaq arası baxan adamları heç vaxt anlamamışam, çünki mənim üçün bu ən 

maraqlı işdir!

Çətin, əziyyətli işi tamamlayıb, nəticəsini görəndə, bu bank üçün nəsə etdiyimi biləndə, bankın fəaliyyətində mənim də nəsə bir cüzi 

əməyim keçəndə elə bilirəm dünyanın ən yüksək mükafatını almışam. 

Bəs kollektivinizi necə həvəsləndirirsiniz?

Günün çox hissəsini biz işdə, kollektivdə keçiririk və ətrafında olan insanların səni anlayan olması çox vacibdir. Bu barədə də mənim 

bəxtim gətirir. İşlədiyim kollektivim üçün edə bilərəcəklərimi maksimum dərəcədə, əlimdən gəldiyi və ya səlahiyyətim çatdığı 

qədər etməyə çalışıram. Bunun öhdəsindən nə qədər uğurla gəlib-gəlmədiyim barədə isə mən yox, kollektivim deməlidir. Əlbəttə 

ki, işçini ən çox həvəsləndirən maddiyyatdır, ancaq o hər zaman alınmır. Bizim kollektivdə maddiyyat heç vaxt əsas olmayıb, 

münasibət və qarşılıqlı hörmət əsasdır! 

Sizin xüsusi idarəetmə sirrləriniz varmı?

Mən kollektivimdə özümü “direktor” kimi deyil, komandanın bir üzvü kimi aparıram. Bu mənim xasiyyətimdir...

Çətin vəziyyətlərdə doğru qərar qəbul etməyə Sizə nə köməklik edir?

Hər bir vəziyyətdə əsasən uzun 25 illik təcrübəmin mənə yardımçı olduğunu düşünürəm.

Həyatda ən əsas nədir? Həyatın mənası nədədir?

Həyatım boyu bütün kirlərim, planlarım işimlə bağlı olub. Ancaq eyni zamanda mən ailəmə çox bağlı insanam. İşdə nə qədər 

yorulsam da, gedib ailə üzvlərimi görəndə, onlarla söhbət edəndə, elə bil stress atıram, dincəlirəm. Ona görə düşünürəm ki, 

sevdiyin işinin, normal kollektivinin və eyni zamanda da yaxınlarının sağlam olması, ətrafında olması, mehribançılığı həyatda ən 

əsasdır. 

ki qaldı həyatın mənasına – yaşamaq, yaratmaq və ən azından yaxşılıq etmək! Yaxşılıq edə bilmirsənsə, heç olmasa pislik etmə.

Lotereyada bir milyon qazansanız, onu necə xərcləyərsiniz?

İlk-öncə uşaq evinə və kimsəsizlər evinə, qocalar evinə yardım edərdim. Ancaq bundan sonra özümə xərcləməyi düşünərdim. 

Birinci mütləq imkansızlara hansısa bir formada xeyriyyəçiliyə, sonra isə özümə xərcləyərdim. Yəqin ki bacımla səyahətə 

gedərdim, dünyanın bütün şəhərlərini gəzərdim.

İlk pulunuzu necə qazanmısınız?

Hələ məktəbin son illərində olarkən axşam təhsili alacağım barədə qərar qəbul etmişdim. Çünki özüm-özümü təmin etmək, 

ailəmdən asılı olmamaq istəyirdim. Məktəbi bitirən kimi evimizin yanında Bədii Suvenirlər Fabrikində işləməyə qərar verdim. 

Ora həm evimizə yaxın idi, həm də nisbətən yüksək maaş verirdilər. Dedim, təkid etdim və nəhayət o fabrikə işə düzəldim. İlk 

maaşım o dövr üçün, həm də məktəbi təzə bitirən bir gənc qız üçün  az  məbləğ deyildi. Maaşımdan özümə xırda cib xərcliyi 

götürüb, qalanını anama verdim.

Sizcə bu gün bank sektorunda mövcud olan ən böyük problem hansıdır?

Hal-hazırda  bütün  bankların  eyni  problemi  –  devalvasiyanın  “fəsadları”dır. 

Demək  olar  ki,    banklarımızın  əksər  hissəsi  bu  prosesin  mən  təsirini  öz 

üzərində  hiss  etdi  və  hal-hazırda  da    həmin  fəsadların  aradan  qaldırılması 

üzərində işlər görülür. 

Risk nədir?

Əgər  yaşayırsansa,  işləyirsənsə,    ən  azı  evdən  bir  yerə  çixırsansa  artıq  risk 

yaranır. Adi həyatda, hər hansı bir fəaliyyətində hansısa bir risk var. Amma əsas 

odur o riski necə qarşılamağı, qarşısını almağı bacarasan. Bir riskdən digər riskə, 

qarşısını alaraq, həll edərək həyatımıza davam edirik...

İxtisasınızı necə seçmisiniz?

Bir  şeyi  dəqiq  bilirəm  ki,  hələ  məktəbdə  oxuyarkən  bankda  işləyəcəyimi 

deyirdim, bundan nədənsə əmin idim. Heç özüm də bilmirəm bu əminlik nədən 

irəli gəlirdi, çünki bizim evdə bankda işləyən yox idi. Hətta bir dəfə rəqələrimlə 

Milli    Bankın  qabağından  keçərkən  “Tanış  olun,  bura  mənim  gələcək  iş 

yerimdir”  deyə  zarafat  etdiyim  yadıma  gəlir.  Elə  də  oldu.  O  vaxtlar  birinci 

kursdan  sonra  ixtisas  üzrə  işləmək  tələb  olunurdu  və    bəxtim  gətirdi,  Milli 

Bankın tərkibində Valyuta Şöbəsinə işə düzəldim. 

Bəxtiniz tez-tez gətirir?

Düşünürəm ki, bəli, çox vaxt bəxtim gətirib... Getdiyim, işlədiyim hər yerdə 

mən gözəl mühitə düşmüşəm, gözəl kollektivə rast gəlmişəm – bu da yəqin ki, 

bəxtimin gətirməsindəndir.




Amrahbank-ın aylıq məlumat bülleteni 

07(07) iyul 2015

05

Pul nədir, bir məqsəd və ya bir vasitə?



Pulsuz yaşamaq mümkün deyil, amma pul həyatın mənası da deyil. Yaşamaq 

üçün, ayaqda qalmaq üçün, sağlam olmaq üçün, hər bir şey üçün pul olmalıdır, 

demək ki vacibdir. Ona görə pul məqsəd deyil, vasitədir! Arzularına çatmaq üçün 

vasitədir!

Arzularına çatmaq üçün insana nə qədər pul lazımdır?

Düzünü desəm, bu barədə heç vaxt düşünməmişəm, buna görə də bir məbləğ 

deyə bilməyəcəm. Kapital, investisiya, divident təbii ki yaxşı şeylərdir, ancaq 

şəxsən mən daha çox hər zaman sağlam olub, enerjili olub, işləyib, qazanıb, öz 

tələbatlarımı özüm ödəmək arzusu ilə yaşamışam. Asan pulu nə gözləməmişəm, 

nə də heç sevməmişəm. Əziyyətlə qazandığım pul mənə daha dəyərli gəlir.

Hansı Bank servislərindən istifadə edirsiniz və nə üçün?

Depozit yerləşdirirəm, kommunal xidmətlərdən, plastik kart əməliyyatlarında 

istifadə edirəm Etiraf edirəm ki, maaş kartımdan onlayn alış-veriş etmirəm. Risk 

etmirəm! (gülümsəyir)

Xüsusilə fəxr etdiyiniz iş nailiyyətləriniz hansılardır? 

Düzünü desəm mən özüm-özümlə heç vaxt fəxr etməmişəm, bu xasiyyətimdən 

irəli gəlir. Həmişə özümdə nöqsan axtarıb, özümdən narazı olmuşam. İşimlə 

bağlı çalışmışam, nailiyyətlərimiz olub, ancaq yenə də bu uğurları öz üzərimə 

götürməmişəm, kollektivim adına sevinmişəm.

İnsanlarla ünsiyyətdə Sizin üçün nə vacibdir? 

Səmimilik  və  düzlük.  İndi  nədənsə  insanlarda  bir  sünilik  var,  olduqları  kimi 

görünmək istəmirlər. Mən belə deyərdim - Olduğun kimi görün, göründüyün 

kimi ol!

Sizin  təkmilləşməniz  və  inkişafınıza  yardım  edən  xarakterinizin  hansı 

keyyyətləridir?

Hələ  məktəb  illərindən    qarşıma  hansısa  bir  məqsəd  qoyurdum  və    heç  bir 

çətinliyə baxmayaraq həmin  məqsədə çatmaq üçün  çalışırdım.  İşləyərkən də 

yerimdə  saymamağa,  hər  zaman  inkişaf  etməyə,  yeni  şeylər  öyrənib,  əldə 

etməyə can atmışam və həmişə çalışqan olmuşam.

Nə  oxumağa  üstünlük  verirsiniz:  bədii  ədəbiyyat  və  ya  biznes  kitab  və 

jurnallar, qəzetlər?

Məcburiyyətdən ancaq təlimatlar, qanunlar və sair (gülümsəyir)

Filmləri seyr edirsinizmi? Hansı janrı daha çox sevirsiniz? 

Xoşbəxt sonluqu olan lmlərə baxıram ancaq. Sovet lmlərini və bizim 

köhnə azərbaycan lmlərinə baxmağı  sevirəm. 

Hansı ölkələrin mətbəxini sevirsiniz? Ən sevdiyiniz yemək 

hansıdır?

Azərbaycan  mətbəxini  sevirəm.  Hətta  deyərdim  bu  mövzuda 

konservativ adamam, tanımadığım, bilmədiyim yeməyi dadmağa 

belə ürək etmərəm. Uşaqlıqdan yemeyi məcbur yemişəm. Ən çox 

sevdiyim  yemək  plovdur,  borşdur,  mövsümündə  lobyanı 

sevirəm. Quzu ətindən yaxşı kabab da yeyirəm. 

Sevdiyiniz  idman  növü  varmı?  Pərəstiş  etdiyiniz  idman 

komandası  varmı?  Özünüz  bu  idmanla  məşğul 

olursunuzmu?

Sevirəm,  ancaq  özüm  heç  vaxt  məşqul  olmamışam  - 

gimnastika, qurlu konkisürmə, idman rəqsləri.

Daimi getdiyiniz yerləriniz varmı, və ya müxtəlif yeni 

yerləri kəşf etməyi xoşlayırsınız?

Daimi  bir  yerə  getməyi  sevmirəm.  Rəqələrimlə 

şəhərdə  görüşəndə  hər  dəfə  başqa-başqa,  daha 

fərqli, daha maraqlı yerlərə gedirik.

Harada və necə istirahət edirsiniz? Səyahət 

etməkdən  xoşunuz  gəlirmi?  Sevimli 

şəhəriniz hansıdır?

Səyahət  etməkdən  çox  xoşum  gəlir. 

İsveçrənin  müxtəlif  şəhərlərində,  Fransa,  

İtaliya, Sloveniya, Hollandiya, Türkiyə və s. 

ölkələrdə  artıq  olmuşam.  İmkan  daxilində 

başqa  ölkələri  də  gəzmək  istərdim. 

İsveçrənin Luqana şəhəri çox gözəldir, çox 

sevirəm  bu  şəhəri  və  doğrusu  Parisi  də 

sevirəm. 

Sizin  krinizcə,  “Uğur  Formula”sının  əsas 

sirri nədir?

Ümumiyyətlə uğur əldə etmək üçün adamın 

şansı da olmalıdır, ikincisi isə - çox çalışqan 

olmaq,  öz  üzərində  daim  işləmək, 

geriləməmək,  inkişafa  meyilli  olmaq 

lazımdır.

Və  son  olaraq,  kollektivinizə  nələri  arzu 

etmək və məsləhət görmək istərdiniz?

Kollektivimizə  ancaq  uğurlar,  nailiyyətlər 

arzu edirəm! İnşallah irəlidə olan, onluqda 

olan bankların siyahısında olmağa nail olaq!



Amrahbank-ın aylıq məlumat bülleteni 

07(07) iyul 2015

06

Amrahbank Futbol Klubu 

Azərbaycanın çimərlik 

futbol tarixində 

bir ilkə imza 

atdı!

Emin Kurdov

Elvin Quliyev

Elşad Quliyev

Zeynal Zeynalov

Renat Sultanov

Abdul Əliyev

Hikmət Bağırov

Ramil Əliyev

Vaqif Şirinbəyov

Rüfət Hüseynov

Asif Zeynalov

Sabir Allahquliyev



Amrahbank-ın aylıq məlumat bülleteni 

07(07) iyul 2015

07

Euro Winners Cup 2015

Euro Winners Cup 2015

Catania 2-7 Giugno 2015

İ

ı



İtalyanın Katanya şəhərində Euro Winners Cup 2015 Avropa Çempionlar Liqası 

yun ay nda 

turniri keçirildi. Bildiyiniz kimi bu turniridə Amrahbank Fufbol Klubu Azərbaycanı təmsil edirdi. 

FC AMRAHBANK çimərlik futbol komandası 28 komanda arasında yarışı yüksək 7-ci pillədə başa 

vurdu və  bu tək FC AMRAHBANK komandasının deyil, Azərbaycan futbolunun uğuru oldu!

Bu münasibətlə bütün futbol azarkeşlərini və Amrahbank kollektivini bütün üzvlərini təbrik 

edirik, komandamıza isə gələcəkdə də uğurlar və daha yüksək zirvələri fəth etməyi arzu edirik!!

Yarışların  ilk  günündə  Amrahbank  Futbol  Klubu  Rusiyanın  Lokomotiv 

klubu ilə qarşılaşdı və oyun təəssüər olsun ki, “Lokomotiv”in qələbəsi 

ilə  başa  çatdı.  Yarışın  ikinci  günü  futbolçularımız  “Monpelye”  Fransa 

Futbol Klubuna 6-5 hesabı ilə qalib gələrək, yarışın ikinci mərhələsinə 

çıxma  iddiasını  bir  daha  nümayiş  etdirdilər.  Qrupun  son  həlledici 

oyununda  Amrahbank  Futbol  Klubu  böyük  əzmkarlıq  göstərərək 

Rumıniyanın “Constanta” klubu üzərində 10-8 hesabı ilə inamlı qələbə 

qazanaraq  1/8  nal  mərhələsində  iştirakını  təmin  etdi.  Azərbaycanı 

təmsil  edən  Amrahbank  “pley-off”  mərhələsində  İspaniyanın  “Bala 

Azul” klubunu 9-5 hesabı ilə məğlub edərək, adını Avropanın 8 ən güclü 

klubunun  arasına  yazmaqla,  eyni  zamanda  turnirin  1/4  mərhələsinə 

vəsiqə qazandı və Azərbaycanın çimərlik futbol tarixində bir ilkə imza 

atdı.


1/4  nalda  İtaliyanın  “Kataniya”  klubuna  2:3  hesabı  ilə  uduzan  

klubumuz 5-6-cı yerlər uğrunda Portuqaliyanın “Braqa” komandası ilə 

qarşılaşdı və görüş klubumuzun 3:4 hesablı məğlubiyyətilə başa çatdı. 

“Amrahbank” Futbol Klubu turnirdəki son matçını 7-8-ci yerlər uğrunda 

Polşanın "Lodz" klubuna qarşı oldu və 5-4 hesabı ilə qələbə qazanaraq 28 

komanda arasında yarışı yüksək 7-ci pillədə başa vurdu.




Amrahbank-ın aylıq məlumat bülleteni 

07(07) iyul 2015

08

BBVB

KUBOKU ÜZRƏ

TURNİRİN

ÇEMPİONU


OLDU!

Amrahbank

Hörmətli əməkdaşlar!

Bakı  Banklararası  Valyuta  Birjasının  (BBVB) 

təşkilatçılığı  ilə  keçirilən  mini  futbol  üzrə  tirnirdə 

iştirak  etmək  məqsədilə  2009-cu  ildə    Amrahbank 

ASC-nin əməkdaşlarından “FC AMRAHBANK” adlı futbol 

komandası  yaradıldı.  Elə  həmin  ildən  qatıldığı  ilk 

turnirdə komandamız 3-cü yeri qazanmışdır. Daha sonra 

2011-2014-cü illərdə FC AMRAHBANK hər zaman bürünc 

və gümüş medallar qazanaraq mükafatşılar arasında yer 

tutmuşdur.

11  iyun  2015-ci  il  tarixində,  Abu-Arena 

idman  kompleksində  Bakı  Banklararası 

Valyuta  Birjasının  (BBVB)  təşkilatçılığı  ilə 

keçirilən  “BAHAR  KUBOKU”  futsal  üzrə 

banklararası turnirinin nal mərhələsi başa çatdı. 

Güclü  oyun  nümayiş  etdirən  “Amrahbank”ın 

futbol komandası rəqibini 8:3 hesabı ilə məğlub 

edərək  çempion  oldu.    Çempion  komandamızın 

rəqibi isə Muganbank komandası idi.

Qeyd  edək  ki,  turnir  ərzində  komandamız  üstün 

oyunu  ilə  seçilərək  heç  bir  matçda  məğlubiyyətə 

uğramadan nal mərhələsinə qədər çatdı. 



Amrahbank-ın aylıq məlumat bülleteni 

07(07) iyul 2015

09

Turnir  zamanı  "Amrahbank" 



komandasının  kapitanı  Rüfət 

Hüseynov 21 qolla “Bombardir”, 

komandanın  qapıçısı  Samir 

Xubanov  isə  “Ən  məharətli 

qapıçı”  elan  edildilər  və  BBVB-nin 

xüsusi hədiyyələri ilə təltif olundular. 

Oyundan  sonra  çempion  olmuş 

“Amrahbank”  futbol  komandasına 

turnir  təşkilatçıları  tərəndən  Turnirin 

birinciliyini  təsdiq  edən  kubok  təqdim 

olundu.  Təqdimetmə  mərasimində  həm 

təşkilatçılar, həm də azarkeşlər çıxış edərək 

k o m a n d a m ı z ı   q a z a n d ı q l a r ı   q ə l ə b ə 

münasibətilə  təbrik  etdilər,  onlara  uğurlar 

arzuladılar. 

Qeyd edək ki, yarışda “Amrahbank”ın 200-dən 

çox  əməkdaşı  komandamıza  dəstək  məqsədilə 

azarkeşlik edirdi.

Çempion  komandamıza  gələcəkdə  də  daha 

yüksək zirvələri fəth etməyi arzu edirik!




ATTESTASİYASI

Amrahbank-ın aylıq məlumat bülleteni 

07(07) iyul 2015

10

Hörmətli Həmkarlar!



Ötən ay Müştəri Xidmətləri 

Departamentinin 

əməkdaşlarının attestasiyası 

keçirildi.

İlk növbədə qeyd etmək lazımdır 

ki, bu attestasiyanın sualları ötən 

ildə olduğundan daha çətin idi və 

buna görə də orta nəticə 56,17 kimi 

qiymətləndirildi. 

Attestasiyanın nəticələri ilə Sizi tanış 

etmək istərdik. Belə ki,

Filiallar üzrə ilk yeri “MXD Baş Ofis” 

qazandı. “Səbail”, “28 May” və, xüsusilə, 

“Gəncə” filialları uğurlu nəticə ilə seçildi. 

Filiallarımızı təbrik edirik!

Fərdi nəticələrə gəldikdə, ilk yeri 86 ballıq 

nəticə göstərən Aynur Hüseynova (28 May 

lialı) qazandı. Aynurun potensialı çox 

inandırıcıdır və o, bu inamı bir daha doğrultdu! 

Əhsən!


MXD

 

əməkdaşlarının



ATTESTASİYASI

MXD


 

13 iyun 2015

Aytac Nuriyeva (Lənkəran lialı) və Ülkər Yaqubzadə (Əməliyyat lialı) 84,50 balla ikinci yeri bölüşürlər. Qeyd edək ki, Aytac 

keçən attestasiyanın qalibi idi və ilk üçlüyə düşməklə bu nəticənin təsadü olmadığını yenidən təsdiqlədi. Ülkər, gözəl nəticəyə 

görə sizi təbrik edirik! Şadıq ki, bankımızda sizin kimi güclü əməkdaşlar çalışır! 

Həmçinin sıralarımıza yeni qoşulmasına baxmayaraq, uğurlu 79,50 ballıq nəticə göstərən üçüncü yerin sahibi Lalə Əlizadəni 

(MXD) təbrik edirik! Lalənin gələcəkdə daha yüksək nəticələrlə bizi sevindirəcəyinə inanırıq! 

İlk beşliyi tamamlayan əməkdaşımız Leyla Hacıyeva (Səbail lialı) oldu! Afərin!

Vəfa Haqverdiyeva (MXD), Elnura Babayeva (MXD), Aysel Zeynalova (Səbail lialı), Nübar Əliyeva (Bakıxanov lialı), Pərvin 

Aslanova (Binə lialı), afərin! İlk onluğa düşmək çox yaxşı göstəricidir!




Amrahbank-ın aylıq məlumat bülleteni 

07(07) iyul 2015

11

Əlizadə Lalə Natiq qızı 



- 23 aprel 1992-ci ildə Gəncə şəhərində dunyaya gəlib. Azərbaycan 

Dövlət Neft Akademiyasının “İqtisadiyyat, Beynəlxalq iqtisadi münasibətlər və Menecment” 

fakültəsini  bitirib.  Hal-hazırda  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  “İqtisadiyyatın 

hüquqi tənzimlənməsi” ixtisası üzrə magistr təhsili alır. 2013 – 2014-cü illərdə “Connect” 

MMC-də Məlumat operatoru vəzifəsində çalışıb. 05 fevral 2015-ci ildən “Amrahbank”-da 

Fərdi müştərilərə xidmət bölməsinin kiçik mütəxəssisi vəzifəsində işə başlayıb.

“Amrahbank-da işə başlamağım təsadüfən alınsa da, ilk bank təcrübəmi 

məhz bu bankda keçdiyim üçün çox sevinirəm. MXD mənim ikinci evim 

kimidir. İnanıram ki, gələcəkdə də belə şəffaf iş şəraitində işləməklə 

daha böyük nailiyyətlər əldə edə biləcəm.”

Nuriyeva Aytac Vahid qızı 

- 08.07.1987-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-2008-ci 

illər  Lənkəran  Dövlət  Universitetinin  Təbiyyat  fakültəsi  Riyaziyyat  İnformatika  ixtisasını  bitirib. 

Peşəsi müəllimlik olsada cəmi 1 il Araz Hazırlıq kursunda fərdi repetitor müəllim kimi çalışıb. İlk 

bank  işi  təcrubəsi  2008-2012-ci  illərdə  Access  Bank  QSC-dən  başlayıb.  Növbəti  iş  yeri 

Dəmirbank  ASC  olub.  20  may  2013-cü  ildən  “Amrahbank”-da  Fərdi  müştərilərə  xidmət 

bölməsinin kiçik mütəxəssisi vəzifəsində işə başlayıb.

“Buranı  ən  çox  niyə  sevdim  soruşsanız  ilk  növbədə  burda  mən  sıfırdan 

başladım. İkinci növbədə isə burda işçiyə yanaşma tərzinin fərqli olduğunu 

gördüm. Həm lial rəhbərliyim, həm də  Departament rəhbərim tərəndən 

həmişə  qiymətləndirilmişəm  və  ən  əsası  dəstəklərini  əsirgəməyiblər. 

İşimdə uğurumun səbəbini soruşsanız isə - mən işimi, xüsusilə müştəri 

xidmətini çox sevirəm və zövq alıram.”

Aynur Tərlan qızı Hüseynova – 1990-cı ildə Bakı şəhərində 

anadan olub. 2011-ci ildə Bakı Dövlət Universitetinin “Tətbiqi 

riyaziyyat  və  kibernetika”  fakültəsini  “İqtisadi  kibernetika” 

ixtisası  üzrə  fərqlənmə  diplomu  ilə  bitirib.  2015-ci  ildə 

Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin idarə edilməsi 

və  təşkili”  fakültəsinin  “Maliyyə”  ixtisasını  MBA  programı  üzrə 

bitirərək  magistr  dərəcəsi  alıb.  2013-2014-cü  illərdə  istehsalat 

müəssisəsində  mühasib  vəzifəsində  çalışıb.  1  may  2014-cü  ildən 

Amrahbankda Fərdi müştərilərə xidmət bölməsinin kiçik mütəxəssisi 

vəzifəsində işə başlayıb.

“Karyeramı  bank  sektorunda  qurmaq  həvəsi  məni  Amrahbank-a 

gətirən səbəblərdən biri olmuşdur. Məhz Amrahbank-ı seçməyim də 

təsadü  deyildir.  Ətrafımdakı  insanlardan,  tanışlardan  bu  bankın 

işçilərini müsabiqə ilə seçdiyini eşitmişdim. Seçim turlarından keçib işə 

qəbul  olunmağım  seçimimdə  yanılmadığımı  bir  daha  təsdiqlədi. 

Çalışdığım  bankın  sürətli  inkişafı,  ölkənin  bank  sektorunda  imicinin 

gündən-günə yüksəlməsi məni bir əməkdaş kimi çox sevindirir. Rəhbərlik 

tərəndən  işçilərə  göstərilən  xüsusi  qayğı  və  diqqət,  işçilərin  bilik  və 

bacarıqlarının  artırılması  məqsədilə  mütəmmadi  təşkil  olunan  seminarlar, 

həvəsləndirmə  kampaniyaları  bir  işçi  kimi  məni  çox  qane  edən 

səbəblərdəndir.”

Ülkər Bəxtiyar qızı Yaqubzadə - 15.06.1990-cı ildə Bakı şəhərində anadan 

olub. 2008-2012-ci illərdə Azərbaycan Dövlət iqtisad Universitetinin “Biznes 

inzibatçılığı” fakültəsində təhsil alıb. 2012-ci ildə Amrahbank ASC-də nəzarət 

şöbəsinin kiçik mütəxəssisi olaraq işə başlayıb. 2 fevral 2015-ci ildən etibarən 

Fərdi müştərilərə xidmət bölməsinin mütəxəssisi vəzifəsində çalışır.

“Amrahbank-ı seçməyimin əsas səbəbi onun aktiv inkişafı, zamanla uğurlu 

karyera  qurmaq  üçün  böyük  perspektivlərin  olduğu  bir  təşkilat  olmasıdır. 

Məncə,  uğur  qazanmaq  üçün  işçinin  ve  kollektivin  birgə  səyi  cox  vacibdir. 

Amrahbankda olan məhz bu komanda ruhu məni yüksək iş tempinə kökləyən 

səbəbdir!”




İSTEHLAK

 KREDİTLƏRİNİN 

SATIŞI DEPARTAMENTİ

SƏBAİL lialı

Emin Əhmədzadə

MASALLI lialı

Nurlan Səfərov

Amrahbank-ın aylıq məlumat bülleteni 

07(07) iyul 2015

12

Hörmətli həmkarlar!



Sizi 

İYUN AYININ 

LİDERLƏRİ ilə tanış etmək 

istəyirik.

Ötən ayda “LİDER KUBOK” 

sahibləri paytaxt üzrə SƏBAİL 

filialı və region üzrə MASALLI 

filialı oldular. Filialların 

rəhbərliyini, İstehlak kreditləri 

üzrə bölməsinin bütün 

əməkdaşlarını bu münasibətlə 

təbrik edirik, Bəxtiyar 

Məmmədzadə (Səbail) və Abutalıb 

Kamalova (Masallı) xüsusi 

minnətdarlıq bildiririk. 

Həmişəki kimi “LİDER 

ƏMƏKDAŞ”larımız da seçildi. İyun ayında 

bu fəxri ada Paytaxt üzrə Emin 

Əhmədzadə (Yasamal filialı) və region 

üzrə Nurlan Səfərov (Bərdə filialı) layiq 

görüldülər.

Bütün liderlərimizi təbrik edirik, onlara daima  

yüksək nəticələr əldə etməyi arzulayırıq. 

Afərin, dostlar!!!

İstehlak kreditlərinin Satışı Departamenti üzrə İYUN ayı ərzində ümumi satış 2,274,279.56 AZN təşkil 

etmişdir. Ümumilikdə 770 müştəriyə xidmət göstərilmişdir. 

Departamentin satış göstəricilərinə daxildir: 

“Nağd pul krediti” istiqamətində 1,376,022.11 AZN məbləğində 596 kredit, “Lizinq” istiqamətində 

48,666.40 AZN məbləğində 48 kredit, “Exspress kredit” istiqamətində 487,274.75 AZN məbləğində 

32 kredit, “Plastik kart krediti” istiqamətində 40,524.64 AZN məbləğində 9 kredit, “Depozit krediti” 

istiqamətində  196,871.33  AZN  məbləğində  46  kredit,  “Əməkdaşlara  nağd  pul  krediti” 

istiqamətində 124,920.33 AZN məbləğində 39 kredit satışı həyata keçirilib.

Devalvasiyadan 5 ay keçməsinə baxmayaraq Departamentin portfelində ciddi problemlərin 

olmaması ayrı-ayrılıqda departamentin hər bir əməkdaşın əməyinin bəhrəsidir!




Amrahbank-ın aylıq məlumat bülleteni 

07(07) iyul 2015

13

MÜŞTƏRİ

 

XİDMƏTLƏRİ

DEPARTAMENTİ

Əmanət kampaniyasının başa çatmasına baxmayaraq, iyun ayında ziki şəxslərin 

depozit portfelində təxminən 3,4 milyon manat, aktiv depozitlərin sayında isə 157 

ədəd artım müşahidə olundu. İnsanların daha çox istirahətdə olduqları bir ayda 

belə bir artımın əldə edilməsi əla nəticədir!

İyun ayında portfelini təxminən iki dəfə artırmağa müvəffəq olan Masallı lialı 

adını liderlər sırasına yazdırmağa müvəffəq oldu.  Belə bir nəticəni regionlarda 

əldə etmək Bakı şəhərindən qat-qat çətindir və bu baxımdan lialın tutduğu 

üçüncü yer daha da qiymətlidir.

Şəmkir lialı ötən ay ərzində Təcili Pul 

Köçürmə Sistemləri üzrə 3403 sayda 

2.360.194 AZN dövriyyə etdi ki, bu 

rəqəmlər lial nəticəsi olaraq 

Bankda rekord göstəricidir.

Şəhər lialları arasında yenə də Yasamal 

lialı 600.000 AZN-dan çox dövriyyə və 

1078 köçürmə ilə digər lialları geridə 

qoydu.

Bütün liderlərimizi təbrik edir, 



növbəti aylarda da uğurlu nəticələri 

ilə seçilməyi arzulayırıq!

YASAMAL

 lialı


ŞƏMKİR

 lialı


MASALLI

 lialı



Amrahbank-ın aylıq məlumat bülleteni 

07(07) iyul 2015

14

Biznes  Kreditlərin  Satışı  Departamenti 



Bankın  təsdiq  olunmuş  kredit  siyasəti 

əsasında  biznes  kreditləri  üzrə  keyyyətli 

portfelin və kredit planlarının formalaşdırılması 

və yerinə yetirilməsi,   Bankımızın vahid kredit 

sənədləşməsinin  və  daxili  kredit  qaydaların 

yaradılması funksiyalarını daşıyır. 

Biznes Kreditlərin Satışı Departamenti biznes kredit 

portfeli  və  kredit  bazarı  araşdırmaları  aparır  və 

Bankın  İdarə  Heyətinə  hesabatlar  təqdim  edir. 

Həmçinin,  departamentin  işçilərinin  maddi  və  qeyri 

maddi stimullaşdırılması üçün İdarə Heyətinə təkliər 

təqdim edir. 

Departament lialların biznes kreditləşməsi fəaliyyətinin 

koordinasıyası, nəzarəti və nəticələrin ümumiləşdirilməsi, 

kredit  şöbələri  arasında  qarşılıqlı  fəaliyyətin  təşkil 

edilməsini həyata keçirir, yerində yoxlamaların keçirilməsi 

və işçilərin attestasiya olunması yolu ilə lialların kredit işini 

təhlil edir.



Biznes

KREDİTLƏRİNİN

SATIŞI

DEPARTAMENTİ



Kamran Arif oğlu Sadıxov

Biznes Kreditlərinin Satışı 

Departamentinin Direktoru

2,5 il fəaliyyət müddəti 

ərzində Biznes Kreditlərinin 

Satışı Departamenti xeyli 

inkişaf edərək Bankın 

Biznes kreditləri 

portfelini xeyli artıraraq 

4 MLN-dan 60MLN-dək 

artırmışdır.

Amrahbankda biznes kreditlərin satışı 2012-ci ildən cəmi bir neçə lialda tətbiq edilmişdir, öncə “Yasamal” lialında, daha 

sonra “Binəqədi” və “Həzi Aslanov” liallarında həyata keçirilirdi. 2013-cü ildən bankımız biznes kreditləri üzrə yeni satış 

strategiyasına  keçdi  və  biznes  kreditlərinin  satışının  bankımızın  bütün  liallarında  həyata  keçirilməsi  üçün  təcrübəli 

mütəxəssisləri və qrup rəhbərlərini işə cəlb etməyə başladı. 2013-cü ilin fevral ayında Biznes Kreditlərinin Satışı Departamenti 

yaradılaraq fəaliyyətə başladı. 




Amrahbank-ın aylıq məlumat bülleteni 

07(07) iyul 2015

15

Təlim Şöbəsi



Samir Əliyev

Təlim Şöbəsinin 

Aparıcı 

mütəxəssisi

Satışa Dəstək və 

Metodologiya 

  Şöbəsi

Bu şöbəsinin əsas iş prinsipi - satış, 

portfel,  gecikmə,  par  hesabatlarının 

hazırlanması,  bazar  araşdırması  və 

bazarın  mövcud  vəziyyətinə  uyğun 

yeni  Mikro  biznes  və  KOB  kredit 

məhsulların  hazırlanması,  prosedur 

qaydaların yazılması və metodoloji işlərin 

təşkilindən ibarətdir.

Departamentin  fəaliyyəti  ilə  bağlı  olan 

biznes  kreditlərinin  satışının  və  satışın 

təşkilinə dəstək sahəsində Bankın siyasətinin, 

bankdaxili təlimat, qayda və iş prosedurlarının 

layihəsinin  və  bu  normativ  sənədlərin 

təkmilləşdirilməsi  ilə  bağlı  təkliərin  işlənib 

hazırlanması  da  bu  əməkdaşlarımız  tərəndən 

həyata keçirilir.

Əhməd Azayev

Satışa Dəstək və Metodologiya 

Şöbəsinin Rəhbəri

Biznes Kreditlərinin Satışı Departamentinin 

Təlim Şöbəsi Bankın yeni təcrübəçi kredit 

mütəxəssislərin  öyrədilməsi  üçün 

seminarlar  təşkil  edir.  Seminarlarda 

departamentin  yeni  əməkdaşlarına 

Mikro  biznes  və  KOB  kreditləşməsi 

prossesi,  kreditləşmə  zamanı 

müştərilərin  biznesinin  təhlili, 

kreditləşmə zamanı tələb olunan sənədlərin hazırlanması və tərtibi qaydaları, kredit mütəxəssislərin əsas vəzifə öhdəliklərini 

öyrədir. 

Seminar ərzində öyrədilən materiallar, həmçinin təcrübəçi mütəxəssislərin bilik səviyyələrini müəyyən etmək üçün seminar 

ərzində verilən ev tapşırıqları və yekunda keçirilən imtahan sualları Təlim Şöbəsi tərəndən hazırlanır.




Amrahbank-ın aylıq məlumat bülleteni 

07(07) iyul 2015

16

Tərlan Sultanov



GİZLİ

İSTEDAD


Hörmətli həmkarlar!

Hər bir insanın özünəməxsus rəngli dünyası var. Demək 

olar ki, hər bir döyünən ürəkdə bir istedad gizlənir, hər 

insan bir rəssamdır. Bu yeni “Gizli istedadlarımız” 

rubrikasının əsas məqsədi əməkdaşlarımız arasında 

istedadlı gənclərin üzə çıxarılması, onların 

həvəsləndirilməsi və kollektivimizə tanıdılmasıdır. 

Gəlin “gizli İstedadlarımızın” rəngli və gizli 

dünyasında nələrin gizləndiyini birgə anlamağa 

çalışaq. 

İlk aşkarlanan “istedadımız” Tərlan Sultanovdur. 

Tərlan 16.02.1991-ci ildə Bakı şəhərində anadan 

olub. Standartlaşdırma və sertikasiya ixtisası üzrə 

Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur. 

2013-cü ildən İnformasiya Texnologiyaları 

Departamentinin Texniki avadanlıq 

və kommunikasiya şöbəsinin Help 

Desk mütəxəssisi kimi “Amrahbank” 

kollektivinə qoşulub və qısa bir 

zaman ərzində demək olar ki, 

hamının sevimlisinə çevrilib. 



Amrahbank-ın aylıq məlumat bülleteni 

07(07) iyul 2015

17

“Məktəbdə oxuyarkən rəsmlə maraqlanmağa başlamışam. 



Əlbəttə, ilk çəkdiyim şəkillər kağız üzərində olub, sonra yavaş-

yavaş sulu və yağlı boya ilə çəkməyə başladım. Əl işlərimin ilk və 

əsas tənqidçisi hər zaman anam olub. Belə ki, elə hamısı xüsusi 

sayılır anam üçün. Rəsmlərimlə evimizin divarlarını 

bəzəyib, qonaq gələnlərə də həvəslə göstərir. 

Daha sonra son məktəb illərində qəbula 

hazırlıq başladı, Universitetə daxil 

oldum, oxudum, işlədim və 

rəssamlıq bir qədər arxa 

planda qaldı.

İndi isə rəssamlıq mənim üçün 

bir həvəsdir, ruh halımdan asılıdır. 

Çoxlarından fərqli olaraq ruh 

yüksəkliyini mənə sakitcilik, 

təklik verir. Məhz o anlarda 

çəkməyə həvəsim oyanır. 

Gördüyümü təsvir etməyə 

çalışırdım. Mənzərəni həm 

rəsm tərzi kimi, həm 

ümumiyyətlə çox 

bəyənirəm və bu 

mövzuda da 

çəkirəm.” 

“Çəkməyə başlayandan Xətai İncəsənət 

Mərkəzini kəşf etdim özüm üçün. Ordakı 

şəkillər adamda maraq oyadir, əsasən də 

yeni başlayan biri üçün. Diqqətlə baxdıqda 

kistlərin izlərinə, dəqiqliyinə, çəkilmə 

üslubuna diqqet yetirirsen, hansı istiqamətə 

hərəkət etdirilib cizgilər və sair. Diqqətlə kir 

versən həm oyrənirsən həm də 

həvəslənirsən və özündə tətbiq etməyə 

çalışırsan.  Hər şəkil bir aləmdir...”



pul köçür, Bakcelldən 20 dəqiqəlik bonus kartı hədiyyə al!

20

dünyanın istənilən ölkəsinə



Amrahbank-ın aylıq məlumat bülleteni 

07(07) iyul 2015

18

Amrahbankın 



ən aktiv və aparıcı  

departamentlərindən 

biri olan Müştəri 

Xidmətləri 

Departamenti ötən ay 

növbəti dəfə müştərilərini 

sevindirdi. Belə ki, 01-30 

iyun tarixlərində 

“AMRAHBANKDA KÖÇÜRMƏ 

ET, PULSUZ ÜNSİYYƏT 

QAZAN!” şüarı altında Təcili Pul 

Köçürmə Sistemləri üzrə 

kampaniya keçirildi. Kampaniya 

çərçivəsində, istənilən pul 

köçürmə sistemi üzrə, istənilən 

məbləğdə alınma və ya göndərmə 

əməliyyatı edən müştərilərə hər 

köçürməyə görə Bankın partnyoru 

olan Bakcelldən 20 dəqiqəlik bonus 

kartı hədiyyə verildi.

“Amrahbankda köçürmə et, 

pulsuz ünsiyyət qazan!”

Kampaniya mükəmməl nəticələrlə başa çatdı. Belə ki, iyun ayı 

ərzində Bankda rekord həddə 11,299,458.07 AZN dövriyyə ilə 

17924 sayda Təcili Pul Köçürmə əməliyyatı aparıldı. 

Əldə  edilmiş  uğurlu  nəticəyə  görə  lialların  rəhbərliyini, 

əməkdaşlarını təbrik edir və güclü komanda ruhu ilə daha 

yüksək rekordlara imza atmağı arzulayırıq!

Bu  gün  Amrahbank  müştərilərinə  “Western  Union”, 

“Золотая  Корона”,  “Contact”,  “Caspian  Money 

Transfer”,  “Monex”  kimi  sistemlər  vasitəsilə  ilə  həm 

yerli,  həm  də  beynəlxalq  pul  köçürmə  xidmətlərini 



təklif edir.


Sizə açıq və aydın bank!


Document Outline

  • Page 1
  • Page 2
  • Page 3
  • Page 4
  • Page 5
  • Page 6
  • Page 7
  • Page 8
  • Page 9
  • Page 10
  • Page 11
  • Page 12
  • Page 13
  • Page 14
  • Page 15
  • Page 16
  • Page 17
  • Page 18
  • Page 19
  • Page 20

Yüklə 16,24 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə