AmrahNews 10(10)-2015. cdr



Yüklə 11,98 Mb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü11,98 Mb.
#53847


10(10) oktyabr 2015

Aylıq bülleten



DAXİLİ TƏHLÜKƏSİZLİK VƏ PROBLEMLİ KREDİTLƏRLƏ İŞ

  DEPARTAMENTİNDƏ BİR GÜN     /14/

UĞUR 

FORMULASI



əsas mövzu

Amrahbank ASC-nin 

Filiallarla İş 

Departamentinin 

direktoru Kamran 

Əhmədov həyatda 

və işdə uğur əldə 

etmək üçün öz 

sirlərini bizimlə 

bölüşdü 


AZƏRBAYCAN NUMİZMATİKASI

 HAQQINDA    /12/

OKTYABR  2015

AMRAHBANKIN ƏMƏKDAŞI 

TACİR QULİYEV DÜNYA BİRİNCİSİ   /18/





Amrahbank-ın aylıq məlumat bülleteni 

03

10(10) oktyabr 2015



Filiallarla İş Departamentinin Direktoru

Kamran Əhmədovdan



UĞUR

 

FORMULASI

“Amrahbank”ı qısa necə təsvir 

edə bilərsiniz? Sizin krinizcə, 

Bankımız müştərilərini nə ilə 

cəlb edir? 

Bankımızın ilk fəaliyyət 

göstərdiyi gündən bü günə kimi 

qazandığı hər bir uğur bankda 

çalışan hər bir işçimizin 

uğurudur. Hal-hazırda 

Amrahbankı respublikamızda 

fəaliyyət göstərən digər 

banklardan fərqləndirən əsas 

üstünlüyü bankımızın 

müştərilərinə göstərdiyi səmimi, 

şəffaf, dürüst, operativ, açıq və 

aydın xidmətidir. Son illər 

ərzində bankımızda aparılan  

islahatlar, müştərilərə təqdim 

olunan bir-birindən sərfəli və 

uduşlu bank məhsulları, bankın 

hər bir bölməsinin fəaliyyəti, 

bankın uğurlu inkişafı ilə 

nəticələnir.

Kamran Əhmədov 2000-2004-cü illərdə 

Azərbaycan Dövlət İqtisad 

Universitetində “İqtisadiyyatın Dövlət 

Tənzimlənməsi” fakultəsində təhsil 

almışdır. 2002-ci ilin yanvar ayından 

Xüsusi İxtisaslaşdırılmış Tikinti Quraşdırma 

İdarəsində mühasib vəzifəsində işə 

başlamışdır. 2003-2006-cı illərdə AR Dövlət 

Tikinti və Arxitektura Komitəsində iqtisadçı, 

daha sonra aparıcı iqtisadcı vəzifələrində 

çalışmışdır. 2006-2008-ci illərdə yenidən Xüsusi 

İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsinə 

qayıdaraq, baş mühasibin müavini vəzifəsində 

çalışmışdır. 2008-2009-cu illərdə “RoyalBank” ASC-

nin “Dostluq” filialında xəzinə müdiri vəzifəsində 

çalışmışdır. 2009-cu ilin dekabr ayından 

“Amrahbank”da İnsan Resursları Departamentinin 

mütəxəssisi vəzifəsində işə başlamış, 2011-ci ilin 

yanvar ayından həmin Departamentin aparıcı 

mütəxəssisi, 2011-ci ili mart ayından Filiallarla İş 

Departamentinin baş mütəxəssisi, 2012-ci ilin mart 

ayından isə eyni Departamentin Koordinasiya 

Şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 2014-cü 

ilin iyul ayından, o, “Amrahbank” ASC-nin

Filiallarla İş Departamentinin 

direktoru vəzifəsində çalışır. 

1984-ci il təvəllüdlüdür. 

Ailəlidir. 

1 övladı var.

“Amrahbank”ın müştərilərini necə 

təsvir edərdiniz?

Bankımızın  məhsul və xidmət 

çeşidini nəzərə alaraq qeyd edə 

bilərəm ki, lial şəbəkəmiz  bir çox 

və bir-birindən fərqli müştərilərə 

xidmət göstərməkdədir. Fərqliliyi 

nəzərə alsaq əlbəttə ki, bu işin 

öhdəsindən gəlmək heç də elə 

asan deyil. Bankımızın müştəri 

məmnunluğunu qazanması onun 

müştəri sayındakı artımı, lial və 

baş osdəki əməkdaşlarımızın 

müştərilərə göstərdiyi xidmətin 

keyyyətinin nəticəsidir.




Amrahbank-ın aylıq məlumat bülleteni 

04

10(10) oktyabr 2015



Amrahbank beş il əvvəl və bu gün... Nə dəyişib?

Günün, zamanın tələbini və keçən dövrü nəzərə alsaq beş il əvvəl və bugun demək olar ki, dəyişməyən çox az bir 

şey qalıb. Bugünkü inkişafımız  bank sektorunda əldə etdiyimiz nəaliyyətlər, depozit və kredit portfeli, müştəri sayı 

və məcmu kapitalın artırılması, əmakdaşlarımızın sayının üç dəfədən çox artması, iş şəraitinin  yaxşılaşdırılması, 

şəhər və regionlarda lial şəbəkəsinin genişlənməsi və təkmilləşdirilməsi, yeni baş osin binasının tikintisi, 

həmçinin motivasiya xarakterli teambuilding, treninq, layihə və korporativ tədbirlərin keçirilməsi, rəhbərlik 

tərəndən əməkdaşlara olan dəstək və diqqət dəyişikliyin gözlə görüləcək əyani sübutudur. 

Bank sektorunda lial şəbəkəsinin formalaşması və fəaliyyəti ilə bağlı vəziyyət necədir?

Dünyada baş verən qlobal iqtisadi-siyasi proseslər bizim ölkəmizdən də yan keçməməkdədir. Bu proseslərlə 

əlaqədar olaraq, inkişaf tempinin əvvəlki illərə nisbətən azalması lial şəbəkəsinin formalaşmasına və fəaliyyətinə 

təsirsiz otüşmür. Hər bir sahədə oldugu kimi  lial şəbəkəsinin fəaliyyətindəki problemlərin artmaması üçün 

əməkdaşlarımız tərəndən qabaqlayıcı və ilkin tədbirlərin görülməsini  məqsədə uyğun hesab edirəm. 

İxtisasınızı necə seçmisiniz?

Orta məktəbin axırıncı illərinə qədər hüquqi təhsil almağa 

daha çox marağımın olmasına baxmayaraq sonuncu il qarşıma 

məqsəd iqtisadiyyat üzrə ali təhsil almağı qoymuşam və 

2000-2004 cü illərdə ADİU nin İqtisadiyyatın Tənzimlənməsi 

fakültəsi üzrə bakalavr təhsili almışam. Buna baxmayaraq 

əvvəlki istəyimi reallaşdıraraq təhsilimi sosial idarəetmə və 

hüquqşünaslıq ixtisası üzrə davam etdirməkdəyəm. 

Pul nədir, bir məqsəd və ya bir vasitə?

Pul həqiqi zənginlik deyildir. O, sadəcə ehtiyacları ödəmək 

üçün bir vasitə olduğuna görə dəyərlidir.

İlk pulunuzu necə qazanmısınız?

Universitetdə təhsil aldığım illərdə iqtisadçı vəzifəsində 

çalışdığım tikinti şirkətində qazandığım 1 000 000 (bir milyon) 

manat yəni 200 (iki yüz) AZN zəhmətimin ilk bəhrəsidir.)))

 

Sizcə xoşbəxt olmaq üçün nə qədər pul lazımdır?



Xoşbəxtlik pulun mahiyyətindədir. Onun mahiyyətini nə 

qədər dərk edəriksə, o qədər də pulun xoşbəxtliyə olan 

təsirini bilərik. Mənim üçün onun mahiyyəti 

paylaşılmasındadır. Paylaşdıqca xoşbəxtlik 

gətirər.

Lotereyada bir milyon qazansanız, onu 

necə xərcləyərsiniz?

Baxır hansı valyutada.)))

Hal-hazırki ixtisasınız uşaqlıq arzunuz 

olubmu?


Xeyr. Amma düşünürəm ki, mənim üçün xeyirli, 

doğru olan məhz budur.

İnsanlarla ünsiyyətdə Sizin üçün nə vacibdir? Hansı keyyyətlərin 

özündə yetişdirilməsini lazım bilirsiniz? 

Əlbətdə ki səmimiyyət. Çünki səmimiyyət bütün münasibətlərin 

təməlidir. İşdə və sosial həyatda hər zaman bu prinsipin labüd 

olduğunu düşünürəm.

Karyeranızı hansı vəzifədən başlamısınız? Bu yer Sizi nə ilə cəlb 

etmişdir? Orada hansı bacarıqları əldə etdiniz və onlar gələcəkdə 

sizə necə kömək oldu?

İlk dəfə olaraq əmək fəaliyyətimə 2002 ci ildə AR Dövlət Şəhərsalma 

və Arxitektura Komitəsinin Bakı ş. X.İ.T.Q.İ də  7 ci dərəcəli mühasib  

vəzifəsi üzrə başlamış və sonra həmin komitənin fərqli idarələrində 

fəaliyyətimi davam etdirmişəm. Ailəmizdə atamın ixtisasca inşaatçı 

olması və  tikinti sektorunda işləməsi məndə həmin sahəyə marağın 

artmasına səbəb olmuşdur. Həmin sahədə işlədiyim vəzifələr mənə 

gələcəkdə maliyyə sektorunda işləməyimə təkan, əldə etdiyim 

təcrübə isə hal hazırda işlədiyim dövrdə mənə faydasını verməkdədir.

Daha sonra karyeranız necə inkişaf etdi? Hansı vəzifələrdə 

işləmisiniz? Bu yolun mən və müsbət cəhətləri haqqında nə deyə 

bilərsiniz?

Tikinti sektorundan maliyyə sektoruna gəlişim 2008-ci ildə 

“Royalbank” ASC-nin liallarının birində xəzinə müdiri kimi fəaliyyətə 

başlamağımla olmuşdur. Daha sonra 2009 cu ildə Amrahbank ASC-də 

İnsan resursları departamentində mütəxəssis kimi işimi davam 

etdirdim. 2011 ci ildə Filiallarla İş Departamentində koordinasiya 

şöbəsində baş mütəxəssis, şöbə rəisi və 2014 cü ilin iyul ayından 

departament direktoru kimi fəaliyyət göstərməkdəyəm.

Hər bir işdə olduğu kimi karyeramın inkişaf yolunda mən də 

çətinliklərlə qarşılaşmışam. Məhz çətinliklərin uğurla dəf edilməsi 

növbəti addımlarda insanın daha professional və səriştəli olmasına 

təkan  verir.

“Çətinliklərin 

uğurla dəf edilməsi 

növbəti addımlarda 

insanın daha 

professional və 

səriştəli olmasına 

təkan  verir”



Amrahbank-ın aylıq məlumat bülleteni 

05

10(10) oktyabr 2015



Sizin təkmilləşməniz və inkişafınıza yardım edən xarakterinizin hansı 

keyyyətləridir?

Məsuliyyətlilik, dəqiqlik, operativlik, səbrli olmaq və qarşıma qoyduğum hədəfə 

çatmaq.


İşinizdə daha çox bacarmaq, daha yaxşı idarə etmək, daha yüksək nailiyyətlər əldə 

etməyə Sizə nə kömək edir? 

İşgüzarlıq, səmimi ünsiyyət və ədalətlilik.

Xüsusilə fəxr etdiyiniz iş nailiyyətləriniz hansılardır? 

Əvvəlki illərdən fərqli olaraq bankın lial şəbəkəsinin bank daxilində qəbul olunmuş 

standartlara uyğunlaşdırılması tək mənim yox, bankın yüksək nailiyyəti hesab etmək 

olar.

İşdə özünüzü necə həvəsləndirirsiniz?



Kollektivdə olan komanda ruhu, həmkarlarımın işə pozitiv yanaşmaları, məni  

bankımızın rifahı üçün daha həvəslə çalışmağıma sövq edir.

Harada və necə istirahət edirsiniz? Səyahət etməkdən xoşunuz gəlirmi? Sevimli şəhəriniz hansıdır?

Hər mövsümün öz istirahət məkanı və tərzi vardır. Yaz və payız mövsümlərində daha çox aktiv istirahətə üstünlük 

verərək avropa ölkələrinin, şəhərlərinin tarixi yerlərini kəşf etməyi sevirəm. Yay aylarında isə passiv istirahətə üstünlük 

verirəm. Ən çox sevdiyim şəhər isə Florensiyadır.

Daimi getdiyiniz yerləriniz varmı və ya müxtəlif yeni yerləri kəşf etməyi xoşlayırsınız?

Həftə sonları dostlarım və ailəmin əhatəsində şəhər və şəhərdən kənarda yeni istirahət məkanlarını və mədəniyyət 

ocaqlarını ziyarət etməyi xoşlayıram.

Hansı ölkələrin mətbəxini sevirsiniz? 

Ən çox üstünlük verdiyim mətbəx əlbəttə ki, Azərbaycan mətbəxidir. Hərcənd ki, ölkə xaricinə səyahət etdiyim zaman 

digər ölkələrin təamlarını dadmalı oluram. Amma hər dəfəsində bizim mətbəxin misli bərabəri olmadığının şahidi 

oluram.

Nə oxumağa üstünlük verirsiniz: bədii ədəbiyyat, biznes kitab və jurnalları, qəzetlər?



Gündəlik həyatımda mütaliəyə mütləq yer ayırmağa çalışıram. Son dövrlərdə daha çox biznes jurnallar və kitablara 

üstünlük verirəm.

Filmləri seyr edirsinizmi? Hansı janrı daha çox sevirsiniz? 

Detektiv və triller janrında olan əcnəbi lmlər daha çox 

diqqətimi çəkir. Bununla yanaşı Azərbaycanın xüsusən klassik 

lmlərini seyr etməyin başqa zövqü vardır.

Gündəlik həyatınızda hansı geyim tərzinə üstünlük 

verirsiniz?

İş rejimimizə uyğun olaraq gündəlik klassik üslubda geyinməli  

oluram. Amma təbii ki, sport üslubu daha sərbəst və rahat 

olduğu üçün gündəlik həyatımda bu üsluba üstünlük verirəm.

Hobbiniz varmı?

Səyahəti çov sevirəm, xüsusən avtomobillə uzaq məsafələri 

dəf etmək, yeni yerləri kəşf etmək. Həmçinin bölgələrimizə, 

Azərbaycanın səfalı və tarixi regionlarında zaman keçirməyi 

hobbi hesab etmək olar.

Həyat deviziniz nədir?

Boş zaman yoxdur, boş keçən bir zaman var.

Kollektivimizə nələri arzu etmək və məsləhət görmək 

istərdiniz?

Kollektivimizə  təbii ki, ugurlar, yeni iş nəaliyyətləri, iqtisadi 

bazarda çətinlikləri dəf edərək lider olmaq iddiasi ilə inkşaf 

etməyi arzu edirəm.

Çətin vəziyyətlərdə doğru qərar qəbul etməyə Sizə nə köməklik edir?

Xaraktercə təmkinli və səbrli olmağım məsələlərə daha soyuqqanlı yanaşmağıma zəmin yaradır. Əksər  

hadisələrdə adekvat olmağa çalışıram və təbii ki, öz güvənim bütün situasiyalarda düzgün qərər verməyimdə 

mənə köməklik edir.

Sizin xüsusi idarəetmə sirləriniz varmı?

Düşünürəm ki, hər bir rəhbərin xüsusi idarə etmə sirri var. Amma düşünürəm ki, bu elə sirr olaraq qalsa yaxşıdır.

Və son olaraq, Sizin krinizcə, “Uğur Formula”sının əsas sirri nədir?

Məncə Uğur formulasının əsas bir yox, bir neçə sirləri vardır. Hər hansı bir şəxs nə qədər məsuliyyətli, bacarıqlı və zəhmətkeş olarsa, 

bir o qədər Uğur formulasına yaxın olar. Əlbəttə bunlarla yanaşı şanslı olmaqda gərəkdir.




Amrahbank-ın aylıq məlumat bülleteni 

06

10(10) oktyabr 2015



Amrahbank ASC-nin regionlar üzrə ən aktiv liallarından biri 

sayılan Şəmkir lialı fəaliyyətinin 1 ilini qeyd etdi! 

Fəaliyyət göstərdiyi qısa müddət ərzində lial bütün əsas 

göstəricilər üzrə stabil artım nümayiş etdirərək dəfələrlə adını  

liderlər siyahısına yazdırmağa müvəffəq olub.

Qısa fəaliyyət müddətində Şəmkir lialı 23 nəfərlik işçi heyətilə 

bir çox uğurlara imza atmış, həm kredit portfeli, həm depozit 

portfeli üzrə yüksək hədəərə nail ola bilmişdir. Hal-hazırda lial 

1.300 nəfərdən çox aktiv müştəriyə - kənd təsərrüfatı, 

istehsalat və müxtəlif xidmət sahələri ilə məşğul olan kiçik və 

orta sahibkarlara, özəl və dövlət sektorunda çalışanlara, 

həmçinin təqaüdçülərə müxtəlif istiqamətlərdə kredit məhsulları 

təqdim etməklə keyyyətli maliyyə xidmətləri göstərməkdə 

davam edir. Bununla yanaşı lial təcili pul köçürmə sistemləri 

üzrə ay ərzində 10.000 yaxın əməliyyat həyata keçirir.

Region üzrə

ƏN AKTİV KOMANDAMIZ



Amrahbank-ın aylıq məlumat bülleteni 

07

10(10) oktyabr 2015



İlk baxışdan göründüyü kimi, Şəmkir 

lialımızın qısa müddət ərzində 

fəaliyyəti artıq bütün seqmentlər üzrə 

sabit nailiyyətlərlə nəticələnmişdir. Biz 

isə, öz növbəmizdə, bu gənc və uğurlu 

komandaya əldə olunan nəticələrlə 

kifayətlənməmək, daim inkişaf edərək 

yeni hədəəri fəth etmək, müştəri 

bazasını genişləndirmək və 

müştərilərimizi hər zaman yüksək 

keyyyətli xidmətlərlə sevindirməyi 

arzu edirik!

Bütün bunlarla yanaşı, lial 

həm də rayonun ictimai-sosial 

həyatında aktiv iştirak edir. 

Belə  ki,  sosial-korporativ  məsuliyyət 

tədbirləri  çərşivəsində  2014-cü  ilin 

sentyabr  ayında  yeni  tədris  ilinin 

başlanması  münasibətilə  imkansız 

ailələrin məktəbli uşaqları üçün məktəb 

ləvazimatları  və  məktəb  geyimləri  təmin 

edilib;  2014-cü  ilin  noyabr  ayında  “Maliyyə 

savadlılığı” layihəsi çərçivəsində Şəmkir şəhərinin 

ən  böyük  orta  təhsil  ocağı  olan  C.Rüstəmov  adına 

məktəbdə lial işçiləri məktəbliləri bank xidmətləri və 

bankımızın  məhsulları  haqqında  məlumatlandırılıb; 

2015-ci ilin mart ayında Şəmkir Filialının dəstəyi və 

“Zəka”  Gənclərin  İntellektual  inkişafı  və  Yaradıcılıq 

Mərkəzinin  təşəbbüsü  ilə  Şəmkir  rayon  məktəbləri 

arasında  “Nə?  Harada?  Nə  zaman?”  formatında 

intellektual yarış təşkil edilib; 2015-ci ilin may ayında 

əhalinin  bank  sahəsində  maariəndirilməsi  üçün 

rayonun  təhsil  müəssisələri  və  xəstəxanlarında 

“birbaşa  marketinq”  keçirilərək  bankın  fəaliyyəti, 

məhsulları  və  xidmətləri  haqqında  vətəndaşlara 

ətraı məlumatlar verilmişdir.



Şəmkir Filialı

Artıq 


1 il fəaliyyətdə!


Binəqədi lialı

Elxan Mütəllimov 

(Sahil lialı)

İstehlak Kreditlərinin

satışı üzrə PAYTAXT LİDERLƏRİMİZ

Amrahbank-ın aylıq məlumat bülleteni 

08

10(10) oktyabr 2015



Hörmətli həmkarlar!

Sizi SENTYABR AYININ 

LİDERLƏRİ ilə tanış etmək 

istəyirik. Ötən ayda paytaxt 

üzrə “LİDER KUBOK” unun 

sahibi BİNƏQƏDİ filialı oldu. 

Filialın rəhbərliyini, istehlak 

kreditlərinin satışı 

bölməsinin bütün 

əməkdaşlarını bu 

münasibətlə təbrik edirik, 

bölmənin baş mütəxəssisi 

Rafael Cavadlıya xüsusi 

minnətdarlıq 

bildiririk.

Paytaxt üzrə 

LİDER ƏMƏKDAŞ

sentyabr ayında 

Sahil filialının əməkdaşı 

Elxan Mütəllimov seçildi.

Liderlərimizi təbrik edirik, 

yeni və davamlı uğurlar arzulayırıq.

İstehlak  kreditlərinin  Satışı  Departamenti  üzrə 

SENTYABR ayı ərzində ümumi satış 1,872,652.94 AZN 

təşkil  etmişdir.  Ümumilikdə  797  müştəriyə  xidmət 

göstərilmişdir. 

Departamentin satış göstəricilərinə daxildir: 

“Nağd  pul  krediti”  istiqamətində  1,033,194.83  AZN 

məbləğində  623  kredit,  “Lizinq”  istiqamətində 

46,653.00  AZN  məbləğində  41  kredit,  “Exspress 

kredit” istiqamətində 418,501.72 AZN məbləğində 41 

kredit, “Plastik kart krediti” istiqamətində 37,508.66 

AZN  məbləğində  17  kredit,  “Depozit  krediti” 

istiqamətində 262,686.78 AZN məbləğində 53 kredit, 

“Əməkdaşlara  nağd  pul  krediti”  istiqamətində 

74,107.95  AZN  məbləğində  22  kredit  satışı  həyata 

keçirilib.



Şəmkir lialı

Fərid Qiyayi

(Şəmkir lialı)

Amrahbank-ın aylıq məlumat bülleteni 

09

10(10) oktyabr 2015



Region üzrə LİDER ƏMƏKDAŞ

sentyabr ayında Şəmkir filialının 

əməkdaşı Fərid Qiyayi seçildi.

Təbrik edirik, bu adı qoruyub

saxlamağı arzulayırıq.

Region üzrə 

“LİDER KUBOK”un  

sahibi ötən aydakı kimi 

ŞƏMKİR lialı oldu. 

Filialın rəhbərliyini, istehlak 

kreditlərinin satışı bölməsinin 

bütün əməkdaşlarını bu münasibətlə 

təbrik edirik, bölmənin rəhbəri Azər 

Qurbanova xüsusi minnətdarlıq bildiririk.




BİNƏ

lialı


DEPOZİT

liderləri



MÜŞTƏRİ 

XİDMƏTLƏRİ ÜZRƏ

Amrahbank-ın aylıq məlumat bülleteni 

10

10(10) oktyabr 2015



HƏZİ

ASLANOV 


lialı

Baş


os

İndi isə Sizə 

sentyabr ayının LİDER 

FİLİALLARINI təqdim etmək 

istərdik.

Depozitlər üzrə lider lial, 

portfelini 1 milyon manatdan çox 

artıraraq  9 milyon manata 

çatdıran Müştəri Xidmətləri 

Departamenti (Baş Os) oldu.

Həzi Aslanov lialı 

496.806 AZN portfel artımı ilə ayın 

ikincisi oldu.

Portfelini 323.884 AZN artırmağa 

müvəffəq olan və üçüncü yerə 

sahiblənən Binə lialı bu ayın 

liderlər siyahısı tamamlayır.

Hörmətli həmraklar!

Müştəri Xidmətləri 

Departamenti Sentyabr ayı 

ərzində Fiziki Şəxslərin 

Depozit Portfeli üzrə 

göstəricisini 2.184.141 AZN 

artıraraq, 93.896.426 AZN-a 

çatdırıb. Aktiv depozitlərin 

sayında isə 

34 ədəd artım 

müşahidə olunub. 




YASAMAL

lialı


Amrahbank-ın aylıq məlumat bülleteni 

11

10(10) oktyabr 2015



BAKIXANOV lialı

TPK


liderləri

Müştəri Xidmətləri Departamenti 

Sentyabr ayı ərzində Təcili Pul 

Köçürmə sistemləri üzrə daha bir 

gözlənilən rekorda imza atılıb. Belə ki, 

ay ərzində icra edilən köçürmə 

əməliyyatlarının sayı 20.000-i aşıb. 

Ümumi dövriyyə isə 10.130.104 AZN 

təşkil edib.

Təcili Pul Köçürmə Sistemləri üzrə Şəmkir lialı yenə də 

birinciliyini qoruyub saxlayır. Bu münasibətlə lialın 

rəhbərliyini və bütün əməkdaşlarını təbrik edirik! 

Bu sayımızda isə Sizlərə TPKS üzrə PAYTAXT lialları 

arasında İLK ÜÇLÜYÜ təqdim edirik.

Bakı lialları arasında ən yüksək nəticə yenə də 

Yasamal lialına məxsusdur.

İkinci yerdə depozit reytingində olduğu kimi bu 

istiqamətdə də Həzi Aslanov lialı qərarlaşıb.

İlk üçlüyü nəticələri ilə hər zaman seçilən 

Bakıxanov lialı tamamlayır. 

Mükəmməl nəticələrə görə lialların rəhbərliyini və 

MXD əməkdaşlarını təbrik edir, növbəti aylarda da 

uğurları ilə seçilməyi arzu edirik!



Amrahbank-ın aylıq məlumat bülleteni 

12

10(10) oktyabr 2015



Azərbaycan 

numizmatikası

                              haqqında

MARAQLI


MƏLUMATLAR

Azərbaycanın dövlətçilik tarixi hələ antik dövrdən 

başlayır. Antik Azərbaycan dövlətçiliyini sübut edən 

amillərdən biri onun ərazisində mövcud olmuş Albaniya 

(Qafqaz Albaniyası) və Atropatena dövlətlərində zərb 

edilən yerli sikkələrin aşkar edilməsidir. Azərbaycan 

ərazisində tapılan ilk pullar Makedoniyalı İsgəndərin 

(Aleksandrın) dövrünə aiddir. Artıq eramızdan əvvəl III 

əsrin ikinci yarısından beynəlxalq ticarətə qoşulmuş 

albanlar və atropatenalılar daxili bazarın ehtiyaclarını 

ödəmək məqsədilə İsgəndərin gətirilmə sikkələrinə 

bənzər pullar zərb etməyə başlamışdılar. Bu və sonrakı 

dövrlərə aid "AT" və "ATR" monoqramlı (numizmatlar 

bunu Atropat və ya Atropatena kimi oxuyurlar) gümüş 

dirhəmlər (draxmalar) Azərbaycan, Gürcüstan və 

Dağıstan ərazilərində geniş aşkar edilmişdir. Alimlər 

həmin sikkələrin Qəbələdə, Ərdəbildə və başqa yerlərdə 

olan zərbxanalarda basıldığını güman edirlər. Eyni 

zamanda Albaniyada isə Selevkilərin gümüş sikkələrinə 

bənzədilən pulların tədavülü eramızdan əvvəl II-I əsrlərə 

təsadüf edir. III əsrin ikinci yarısında Azərbaycan 

ərazisinin böyük hissəsi Sasani imperiyası 

tərəndən işğal olundu. Bununla belə, artıq 

VI-VII əsrlərdə Sasani hökmdarları öz 

gümüş dirhəmlərini Naxçıvanda zərb 

etdirirdilər. Lakin həmin dövrdə 

Sasaniləri məğlub etmiş Ərəb Xilafəti 

Azərbaycanı da özünə tabe etdi. 

Xilafət tarixinin ilk dövründə (VII-IX 

əsrlər) pul tədavülü, xüsusilə qızıl və 

mis sikkələrin zərbi 

mərkəzləşdirilmişdi. Eyni zamanda 

Xilafətin gümüş dirhəmləri 

Azərbaycanda da zərb edilirdi.

Xilafətin zəiəməsi və Səlcuq yürüşləri nəticəsində başlanan 

feodal parçalanma artıq X əsrdə Azərbaycanda bir sıra faktiki 

müstəqil olan kiçik dövlətlərin yaranmasına səbəb oldu. 

Digər hökmdardan vassal asılılıqda olan bu dövlətlərin 

sikkələrində (adətən gümüş dirhəmlərində) süzerenin adı da 

göstərilirdi. Belə ki, məsələn, XI əsrdən başlayaraq 

Şirvanşahların Şamaxıda zərb etdikləri sikkələrin bir üzündə 

dini başçı olan Abbasi xəlifəsi ilə yanaşı, Səlcuq sultanının, 

digər üzündə isə Şirvanşahın adları yazılırdı. Buna 

baxmayaraq sikkələrdə Şirvanşahların adlarının dəbdəbəli 

ləqəblərlə müşayiət olunması onların iri feodal dövlətinin 

məşhur hökmdarı kimi müstəqilliyini göstərir. Analoji olaraq 

həmin dövrdə Sacilər Bərdədə, Salarilər Ərdəbildə, 

Şəddadilər Gəncədə, Rəvvadilər isə Təbrizdə öz gümüş 

dirhəmlərini zərb edirdilər. XII-XIII əsrlərdə Azərbaycan 

ərazisində Səlcuq və Atabəylər dövlətlərinin də mis 

dirhəmləri zərb edilirdi. XII əsrdə baş verən monqol yürüşləri 

nəticəsində Azərbaycan beşinci monqol ulusu hesab edilən 

Hülakülər (Elxanilər) dövlətinin mərkəzinə çevrildi. Hülakülər 

dövlətinin gümüş dirhəmləri əsasən Naxçıvanda və Bərdədə 

zərb edilirdi. Hülakülər dövlətinin timsalında həmin dövrdə 

sikkə zərbinə Şərqlə Qərbin fərqli münasibəti açıq-aydın 

görsənir. Məlumdur ki, orta əsrlər dövründə Avropada az 

qala hər bir feodalın öz sikkəxanası mövcud idi və onlar 

qısamüddətli mənfəət naminə ümumdövlət maraqlarını 

qurban verirdilər. Şərqdə isə xütbə oxunuşu mərasimi ilə 

yanaşı sikkə zərbi də dövlət rəmzi hesab olunurdu. Məhz 

buna görə də XIV əsrdə Hülakülər dövləti faktiki olaraq 

Çobani feodalları tərəndən idarə edilsə də, sikkə zərbi və 

xütbə oxunuşu mərasimi onların adından deyil, Hülakü 

şahzadələri adından həyata keçirilirdi. XIV əsrdə Azərbaycan 



Amrahbank-ın aylıq məlumat bülleteni 

13

10(10) oktyabr 2015



Hülakülər dövlətini məğlub etmiş Cəlairilər dövlətinin mərkəzinə çevrildi. Cəlairilər öz 

gümüş dirhəmlərini əsasən Bakıda, Şabranda, Qarqarda və Qaraağacıda zərb 

edirdilər. XIV əsrin sonunda Azərbaycan ərazisi Qızıl Orda və Teymuri dövlətlərinin 

biri digərini əvəz edən hücumlarına məruz qaldı. Bununla belə, işğalçılar sikkə 

zərbinə də xüsusi diqqət yetirməyi unutmurdular. Belə ki, məsələn, 1356-cı ildə 

Təbrizi çox qısa müddətə işğal etmiş Qızıl Orda xanı Canıbəy tez bir zamanda öz 

adından şəhəri öz ərazisi kimi və müvaq ili göstərməklə sikkələr zərb etdirmişdi. 

Lakin son nəticədə XV əsrin əvvəlində bu müharibələrdən qalib kimi Teymurilər və 

onların vassalı olaraq Azərbaycanı zəbt etmiş Qaraqoyunlular çıxdı. İlk dövrdə 

Qaraqoyunlular Astarada Teymuri hökmdarlarının adına gümüş təngələr zərb 

edirdilər. Bir qədər sonra isə həmin gümüş təngələr artıq özlərini sərbəst hiss edən 

Qaraqoyunlular hökmdarlarının adına Anadoluda zərb edilirdi. Lakin tezliklə XV əsrin 

ikinci yarısında Qaraqoyunlular dövlətinin süqutu nəticəsində Ağqoyunlular dövləti 

yarandı. Ağqoyunlu sultanları da əsasən gümüş təngələr zərb etdirirdilər (məsələn, 

Ərzincanda). Qeyd etmək lazımdır ki, həmin dövrdə müstəqilliyinin son dövrünü 

yaşayan Şirvanşahlar da Şamaxıda gümüş təngələr zərb edirdilər. 

XV əsrin əvvəlində Azərbaycan yeni yaranmış Səfəvilər dövlətinin mərkəzinə çevrildi. Səfəvi 

hökmdarlarının müxtəlif dövrlərdə və yerlərdə (Təbriz, Gəncə, Şamaxı, Ordubad, Naxçıvan) zərb etdirdikləri 

sikkələr fərqli idi: qızıl əşrə, iki şahılıq gümüş pul, gümüş məhəmmədi, gümüş abbası, gümüş pəncşahı 

və s. Səfəvilər dövləti Şimali və Mərkəzi Avropa dövlətləri ilə çox sıx ticarət edirdi. Bunu xüsusilə 

numizmatik materiallar təsdiq edir. Məsələn, Azərbaycanda aşkara çıxarılmış Mirik pul dənəsi 1541-

1572-ci illərdə zərb edilmiş Qərbi Avropa talerlərindən ibarətdir. Dənədəki sikkələr tərkibinə görə olduqca 

müxtəlifdir: burada Almaniya (Şvabiya, Bohemiya, Bavariya, Friziya, Saksoniya, Köln, Drezden, Nürnberq, 

Hamburq və s.), Avstriya, İsveçrə (Sürix), Belçika (Lyöj) və başqa ölkələrin knyazlıqlarında zərb edilmiş 

sikkələr var idi. 

XVIII əsrin əvvəlində Səfəvilər dövlətinin zəiəməsi nəticəsində Azərbaycan əsasən qapalı həyat sürən 

çoxsaylı xanlıqlara parçalandı. Təbii ki, bu dövrdə Azərbaycanda vahid pul sistemi yox idi. Demək olar 

bütün böyük şəhərlərdə hər xanın xüsusi mis və gümüş pulu zərb olunurdu: məsələn, Şəkidə (Şəki xanlığı) 

mis fulus və gümüş, yarım abbası, Şuşada (Qarabağ xanlığı), Qubada (Quba xanlığı), Dərbənddə (Dərbənd 

xanlığı), Naxçıvanda (Naxçıvan xanlığı) və Təbrizdə (Təbriz xanlığı) gümüş abbası, Gəncədə (Gəncə xanlığı) 

gümüş abbası və yarım abbası, mis fulus, Bakıda (Bakı xanlığı) mis fulus və s. Bu pulların sabit qiyməti də 

yox idi; hər bir xanlığın pulu demək olar yalnız öz ərazisində əsas pul kimi işlədilirdi; başqa ərazidə o öz 

dəyərini xeyli itirirdi. Xanlıqların hərc-mərcliyi nəticəsində 1828-ci ildə Rusiya ilə İran arasında bağlanan 

Türkmənçay müqaviləsinə görə, Azərbaycan iki hissəyə bölündü: Şimali Azərbaycan Rusiyanın, Cənubi 

Azərbaycan isə İranın müstəmləkəsinə çevrildi.

Şimali Azərbaycanın Rusiya imperiyasının tərkibinə 

qatılması sonuncunun kapitalizmə qədəm qoyması 

ilə eyni vaxta təsadüf etdi. Belə ki, 1860-cı ildə 

Rusiya imperiyasının Dövlət Bankı təsis edildi və artıq 

bir il sonra onun Bakı bölməsi açıldı. Bölmənin əsas 

məqsədi əmtəə dövriyyəsini genişləndirməkdən və 

kredit sisteminin inkişafının sürətləndirilməsindən 

ibarət idi. Dövlət Bankının Bakı bölməsi veksellərin 

uçotu və yenidən uçotu, malların girovu ilə təmin 

edilmiş kreditlərin verilməsi və digər əməliyyatlar 

aparırdı. Həmin dövrdə imperiyanın hər yerində 

ödəniş vasitəsi kimi sikkələrlə yanaşı "rubl" adlanan 

dövlət biletləri də istifadə olunurdu. 

Artıq XIX əsrin sonunda Azərbaycan Qafqazın digər 

regionları ilə müqayisədə kapital quruluşuna xas olan 

ən inkişaf etmiş kredit-bank sisteminə malik idi. 

XX əsrin əvvəlində Azərbaycanın kredit sistemi 200-ə 

yaxın kredit idarəsini birləşdirirdi. Onların sırasında 

kommersiya kredit banklarının 28 bölməsi, 7 ipoteka 

bankı, 8 qarşılıqlı kredit cəmiyyəti, 5 bank idarəsi, 

135 xırda kredit idarəsi və çoxsaylı əmanət kassası 

mövcud idi. Bu dövrdə Azərbaycanda bank və sənaye 

(neft sənayesi) kapitalının birləşməsi müşahidə 

olunurdu. Məsələn, 1917-ci ildə Nobel qardaşları 

tərəndən reallaşdırılan neft layihələrində 15 rus və 

xarici bank iştirak edirdi.



“Departamentdə bir gün” 

rubrikasında



DAXİLİ TƏHLÜKƏSİZLİK 

Vəli Şamil oğlu İsmayılov 



Daxili Təhlükəsizlik və Problemli Kreditlərlə İş 

Departamentinin Direktoru

Amrahbank-ın aylıq məlumat bülleteni 

14

10(10) oktyabr 2015



Üzeyir Cəfərov 

Direktor müavini



PROBLEMLİ

KREDİTLƏR

İLƏ İŞ

D E P A R T A M E N T İ




Orxan Məmmədov

Mühafizəçi

Səxavət Mustafayev

Mühafizəçi

Mühəmmədəmin Nağızadə

Mühafizəçi

Natiq Abdullayev

Mühafizəçi

Fuad Vahidzadə

Mühafizəçi

Pərviz Paşayev

Mühafizəçi

Emil Məlikov

Texniki mütəxəssis

Elşad Məmmədov

Texniki mütəxəssis

Texniki Təhlükəsizlik Şöbəsi bankın texniki təhlükəsizliklə bağlı 

siyasətinin icrasını təmin edən struktur vahididir. Şöbənin 

konkret fəaliyyəti məxlik xarakteri daşıdığına görə onun 

fəaliyyətinin daxili qaydaları rəhbəri tərəndən məx sənəd 

qri altında ayrıca hazırlanır və Müşahidə Şurası tərəndən 

təsdiq olunur. 

Texniki Təhlükəsizlik Şöbəsinin konkret fəaliyyəti - bankın 

oslərinin qorunması rejimi və onların təhlükəsizliyi, bankın 

rəhbər işçilərinin təhlükəsizliyi, qiymətlilərin daşınması və 

saxlanılması üzrə təhlükəsizlik fəaliyyəti, borcalanlar barədə 

məlumatların toplanması, İdarə Heyətinin texniki təhlükəsizlik 

üzrə müəyyən etdiyi digər sahələr.

MÜHAFİZƏ ŞÖBƏSİ

TEXNİKİ TƏHLÜKƏSİZLİK VƏ

Yunus Cəfərov

Baş mühafizəçisi

Amrahbank-ın aylıq məlumat bülleteni 

15

10(10) oktyabr 2015



Təhlükəsizlik

təmin 


edilmişdir!


Amrahbank-ın aylıq məlumat bülleteni 

16

10(10) oktyabr 2015



Gülanə Allahverdiyeva

Problemli kreditlər üzrə 

Direktor köməkçisi

İlqar Bağırzadə

Problemli kreditlər üzrə 

mütəxəssis

Problemli kreditlərlə iş şöbəsi ''Banklar haqqında Azərbaycan 

Respublikası Qanunu'', Azərbaycan Respublikası Milli Bankının 

risklərin idarə edilməsi sahəsindəki normativ sənədləri, Amrahbankın 

Nizamnaməsi, Bankın Strateji Planı, kredit siyasəti və kredit 

risklərinin idarə edilməsi üzrə Bazel Komitəsinin tövsiyyələri və 

Əsasnamə əsasında fəaliyyət göstərir. 

Problemli kreditlərlə iş 

şöbəsi kredit siyasətinə 

müvaq olaraq, bankın 

problemli kreditlərini idarə 

edən «arxa os» 

funksiyalarını həyata 

keçirən funksional struktur 

bölməsidir.

Bankın kredit siyasətinin 

hazırlanmasında iştiak 

etmək; Müştəri xidməti 

strukturlarından  konkret 

problemli kredit üzrə əlavə 

məlumatlar tələb etmək; 

Ehtiyac olduqda problemi 

kredit üzrə borcalanın 

fəaliyyətini monitorinq 

etmək və sair Problemli 

kreditlərlə iş şöbəsinin əsas 

səlahiyyətlərini təşkil edir. 




Rövşən Qurbanəliyev

Kiçik mütəxəssis

Tacir Quliyev

Kiçik mütəxəssis

Tofiq Quliyev

Kiçik mütəxəssis

Bəxtiyar Quliyev

Kiçik mütəxəssis

Elşən Hacıyev

Kiçik mütəxəssis

Bəşir Əliyev

Kiçik mütəxəssis

Hidayət Xəlilov

Kiçik mütəxəssis

Amrahbank-ın aylıq məlumat bülleteni 

17

10(10) oktyabr 2015



Fəzail Hacıyev

Mütəxəssis

Pərviz Quliyev

Aparıcı mütəxəssis

Naib Cəlladov

Aparıcı mütəxəssis

Ceyhun Sadıxov

Baş mütəxəssis



Problemli Kreditlərlə İş Şöbəsi


Amrahbank-ın aylıq məlumat bülleteni 

18

10(10) oktyabr 2015



Tacir Quliyev

“Amrahbank”ın əməkdaşı Dünya

Çempionatının birincisi oldu!

Hörmətli həmkarlar,

Biz bir “Amrahbank” ailəsi olaraq əməkdaşlarımızın 

uğurlarına birgə sevinib, onlarla birgə qürur hissi ilə duyuruq. 

Bu fəxr hissini bizlərə tez-tez yaşadan idmançı 

əməkdaşlarımız barədə mütəmadi məlumat veririk ki, onları 

tanıyaq, gələcək uğurları üçün həvəsləndirək və 

dəstəkləyək. 

Odur ki, tanış olun, daha bir çempionumuz– Tacir Quliyev.

“Amrahbank”ın Daxili Təhlükəsizlik və Problemli Kreditlərlə İş 

Departamentinin problemli kreditlər üzrə kiçik mütəxəssisi 

Tacir Quliyev 1-3 may 2015-ci il tarixlərində İtaliyanın 

Verona şəhərində əlbəyaxa döyüş idman növü üzrə keçirilən 

Dünya Çempionatının qalibi olub. Əməkdaşımız qızıl 

medala layiq görülərək artıq 3-cü dəfədir ki, Dünya 

Çempionu adını qazanıb.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası 

idman ustası, Milli yığma komandanın fəxri üzvü, 

Sumqayıt İdman klubu baş məşqçisi, Tacir 

Yusif oğlu Quliyev, əlbəyaxa döyüş üzrə 

2011-ci ildə Türkiyənin İstanbul 

şəhərində keçirilən Dünya 

çempionatında, 2013-cü ildə Tailandın 

Banqkok şəhərində keçirilən Dünya 

çempionatında, 2014-cü ildə Londonda 

keçirilən Prezident Kuboku üzrə yarışda 

1-ci yerin qalibi olmuşdur.



Kredit 

kartları


güzəşt müddəti 

maksimum 40 gün

Sizə açıq və aydın bank!



Sizə açıq və aydın bank!

PLASTİK


KART

istəyirəm!



Document Outline

  • Page 1
  • Page 2
  • Page 3
  • Page 4
  • Page 5
  • Page 6
  • Page 7
  • Page 8
  • Page 9
  • Page 10
  • Page 11
  • Page 12
  • Page 13
  • Page 14
  • Page 15
  • Page 16
  • Page 17
  • Page 18
  • Page 19
  • Page 20

Yüklə 11,98 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə