Ana ap pg vas1 azer 090210 Swift Prof Verbal Prep Guide A4



Yüklə 33,04 Kb.
Pdf görüntüsü
tarix11.04.2018
ölçüsü33,04 Kb.
#37929


Taymeri 6 dəqiqəyə qurun (və ya başlanğıc vaxtını qeyd edin) və başlayın.

Bu hazırlıq üzrə təlimat sizə şifahi analiz qabiliyyətlərinin qiymətləndirilməsinə hazırlaşmağa yardım edəcək.

O, sizə mümkün qədər yaxşı göstərici əldə etmək imkanını verərək, qiymətləndirməyə ən yaxşı yanaşma

tapmaq üzrə təlimat verir.



Qabiliyyət qiymətləndirmələri nə üçün istifadə olunur?

İşə götürən qurumlar tez-tez qabiliyyət qiymətləndirmələrindən özlərinin qiymətləndirmə prosedurlarının bir

hissəsi kimi işçilərin seçimi və inkişafı məqsədi üçün istifadə edirlər. Tədqiqat göstərir ki, onlar iş 

göstəricilərini proqnozlaşdıran güclü amillərdir.



Qiymətləndirmələr sizə aşağıdakılar üçün lazımdır:

•  güclü cəhətlərinizi nümayiş etdirmək

•  iş üçün əhəmiyyətli meyarlara uyğun ədalətli qaydada qiymətləndirilmək

•  güclü cəhətləriniz və inkişafa ehtiyacı olan cəhətləriniz barədə daha çox öyrənmək

•  gələcək karyera qərarlarınızı qabiliyyətlərinizə əsaslanaraq qəbul etmək

Qiymətləndirmələr işə götürənlərə bunun üçün lazımdır:

•  işin tələblərinə ən uyğun insanları seçmək

•  fərdi şəxslərin yararlana biləcəyi əlavə inkişaf sahələrini müəyyən etmək

•  insanların bacarıqları barədə obyektiv məlumat əldə etmək



Təlimatlar

Aşağıdakı səhifələrdə sizə qiymətləndirmə zamanı veriləcək suallara oxşar olan bəzi praktiki suallar

göstərilmişdir. Bu sualların cavablandırılması sizə istifadə olunan sual növlərini anlamağa və qabiliyyət

testlərindən keçmək səriştəsini qazanmağa kömək edəcək.  

Bu tapşırıq yazılı məlumatları başa düşməkdən ötrü sizin qabiliyyət və bacarığınızı qiymətləndirmək üçün tərtib

olunub. Sizə bir neçə suallar ilə müşayiət olunan mətn parçaları təqdim olunacaq. Sizdən yalnız 

verilmiş informasiyaya əsasən variantlar içərisindən hər bir suala ən uyğun cavabı seçmək tələb olunur. 

Cavablarınızı yazmaq və qeydlər etmək üçün qələm və kağız hazırlayın.

Faktiki test ciddi vaxt çərçivəsindədir, və buna görə də siz tapşırığı vaxtında tamamlamaq səriştəsini əldə etmək

üçün sualın hamısını dəqiqə ərzində cavablandırmağa çalışmalısınız.

Hazırlıq Üzrə Təlimat 

Şifahi Analiz




Praktiki Suallar 1 – 4

2

 A B C


1

 A B C D


2

 A B C D


3

 A B C D


4

Cavab bölməsi - səhifə 2

Ənənəvi qida vaxtları və rəsmi yemək adətləri əksər insanlar üçün daha norma deyil.

Ayaqüstü yemək hallarının, o cümlədən həm qəlyanaltı, həm də əsas yeməklərin

dəyəri və sayı xeyli artmaqdadır. Gün ərzində üç dəfə yemək prinsipi daha doğru

hesab edilmir, çünki daha çox istehlakçılar evdən kənarda öz həyat tərzlərinə uyğun

vaxtlarda yemək yeyir. Səhər yeməyinin qaçılması xüsusi ilə geniş yayılmışdır, səhər

yeməyini yeyənlər isə onu hazırlamağa daha az vaxt sərf edirlər. İstehlakçılar daha

mürəkkəb və paradoksal qida rejimlərini tərtib edir və daha rahat, lakin eyni zamanda

daha sağlam məhsullar tələb edirlər, yəni “özünü günahkar hiss etmədən yemək”

prinsipinə riayət edirlər.

İstehlakçı tendensiyaları

1

2

3

4

Ayaqüstü yemək halları artmaqdadır.

A

Mətn parçası əsasında doğru olan



Mətn parçası əsasında yanlış olan

C

Mətn parçası əsasında mülahizənin doğru və ya yanlış olduğunu söyləmək mümkün deyil



İstehlakçının parçada təsvir olunmuş yaranan tələblərini aşağıdakılardan 

hansı


ödəyə bilər?

A

Səhər yeməyi klubları



B

Aşpazlıq dərsləri

C

Sağlam qəlyanaltılar



D

Qidalanma üzrə məsləhətlər



Mətn parçasının əsas mənasının xülasəsini aşağıdakılardan 

hansı ən yaxşı əks 



etdirir?

A

Yemək adətləri dəyişmişdir



İstehsalçılar daha sağlam qida istehsal etməlidirlər

Əsas yeməklər və qəlyanaltılar tez hazırlanan olmalıdır



İnsanlar tez yeməyi bacarmaq istəyir



Aşağıdakılardan 

hansı parçanın mənasını saxlamaqla “prinsip” terminini əvəz edə



bilər?

A

vaxt cədvəli



B

model


C

məhdudiyyət

D

qayda



Praktiki Suallar 5 – 8

3

 A B C D


5

 A B C D


6

 A B C D


7

 A B C D


8

Cavab bölməsi - səhifə 3



7-ci bölüm

Liderlik

Rəhbər vəzifələrdə olanlar tez-tez liderliyin 

mahiyyətini lazımi qədər qiymətləndirmirlər. Onlar 

insanların bir birinə bağlılığını və ümumiliyini əks edən

konsepsiyalara deyil, onları bölüb ayıran

konsepsiyalara əsaslanmağa meyllidirlər. Onlar niyə

və nə üçün suallarına cavab verən məqsəd və 

dəyərləri unutmağa başlayır. Onlar cavabdeh

olduqları bütün amilləri çərçivəyə alan ofis və ya xarici

mühitin vəziyyəti barədə az məlumata malikdirlər.



Liderlik haqqında Lesli Kimin 

düşüncələri

5

6

7

8

Lesli Kimin fikrincə “yaxşı lider” aşağıdakılardan 

hansını etməlidir?

A

Komandanın uğursuzluğuna görə kimin günahkar olduğunu müəyyən etmək



B

Kollektiv nailiyyət hissini yaratmaq

C

Səlahiyyəti tam həvalə etmək 



D

Hətta uğursuzluqla üzləşəndə belə məqsədlərə nail olmaq üçün əlindən gələni etmək



Liderlik bölümünün mənasını saxlamaqla aşağıdakılardan 

hansını “ümumilik” 



termini ilə əvəz etmək olar?

A

sağlam düşüncə



B

müntəzəmlik

C

oxşarlıq


D

sadəlik


Sitat ilə bölümün ümumi cəhətinin xülasəsini aşağıdakılardan 

hansı ən yaxşı əks 



etdirir?

A

Lider digər şəxslərin işinə rəhbərlik etməlidir



B

Səmərəli rəhbərlik liderin şəxsi cazibəsindən asılıdır

C

Liderlər ayrı-ayrı şəxsləri bir araya gətirməlidir



D

Əksər liderlər səmərəsizdir



Hansı parçada liderlər açıq şəkildə tənqid edilir?

A

Yalnız Lesli Kimdən sitatda



B

Yalnız liderlik haqda bölümdə

C

Həm Lesli Kimin sitatı, həm də liderlik haqda bölümdə



D

Nə Lesli Kimin sitatında, nə də liderlik haqda bölümdə



“Yaxşı lider olmaq üçün əsas məqsədiniz

barədə təsəvvürünüz olmalıdır və siz insanları

bu təsəvvürü görmək üçün ətrafınıza necə

toplayacağınızı anlamalısınız. Mən elə

düşünürəm ki, xarizma adlanan şəxsi cazibə

qüvvəsi  liderliyin ən vacib hissəsidir. Tanıdığım

doğrudan da dahi olan liderlərin hamısı

müəyyən cazibə qüvvəsinə malikdir. Böyük

liderlər risk etməyi bacarırlar və risk edən

zaman narahat olmurlar. Yaxşı liderlər sərfəli

olmayan işi vaxtında dayandırmağı bilirlər. Yaxşı

liderlər komandanın qələbədən fərəhlənməsi

üçün qazanılmış bütün şöhrəti paylaşdırır, işlər

pisləşəndə isə onlar cavabdehliyi üzərlərinə

götürürlər. Həqiqətən də dahi liderlər işlərin

görülməsi üçün başqa insanlara səlahiyyət

vermək istəyirlər. Onların niyyəti hakimiyyətin

yalnız özlərində qalması deyil.” 


Sizin Qiymətləndirməniz

4

Cavablarınızı yoxlamazdan əvvəl vaxt məhdudiyyətinə görə çatdıra bilmədiyiniz suallara cavab verməyə çalışın.



Cavablarınızın yoxlanması

Cavablarınızı bu səhifənin alt hissəsində verilmiş doğru cavablarla müqayisə edərək yoxlayın. Səhv cavab

verdiyiniz suallara baxın və doğru cavabı necə tapmalı olduğunu anlamağa çalışın. Yadda saxlayın ki, əksər

qabiliyyət qiymətləndirmələri elə tərtib edilib ki, sualların çətinliyi tədricən artsın və namizədlər adətən 

verilmiş vaxt çərçivəsində sualların hamısını cavablandıra bilmirlər. Əgər suallara cavab vermək üçün siz 6

dəqiqədən çox vaxt sərf etmişsinizsə iş surətinizi artırmağa çalışın. Əgər siz verilmiş vaxt çərçivəsində bütün

suallara cavab verə bilmişsinizsə lakin çoxlu səhvlər etmişsinizsə əsas diqqəti cavablarınızın 

dəqiqliyinə yetirməyə çalışın.



Şifahi bacarıqların yaxşılaşdırılması

Aşağıda sifahi bacarıqların yaxşılaşdırılması üçün bəzi məsləhətlər verilmişdir: 

•  Məntləri oxuyun və tənqidi baxımdan qiymətləndirin.

•  Sözlərin mənalarını axtarın və eynimənalı alternativ sözləri tapmağa çalışın.

•  Qrammatik anlayışları təkrar edin.

•  Dostunuzla sözlər və ya söz növləri arasında yaranan assosiasiyaları müzakirə edin.

•  Söz ehtiyatınızı artırmaq üçün krosvordlar doldurun və söz oyunları oynayın.

•  Yazılı materialı başa düşmək və şərh etmək bacarığını yaxşılaşdırmaq üçün qəzet, kitab, jurnal və

internetdən məqalələr oxuyun.

Sessiyadan əvvəl

•  Bu hazırlıq üzrə təlimatda verilmiş təkliflərə riayət edin.

•  Qiymətləndirmə günündən əvvəl gecəni yatıb yuxunuzu alın.

•  Sizə lazım ola biləcək eynək, kontakt linzaları və ya qulaq aparatlarını taxdığınızdan əmin olun.

•  Əgər sizin hər hansı xüsusi ehtiyacınız varsa, məsələn, mətnin daha iri çap versiyaları, xüsusi 

işıqlandırma və ya oturacaq, müvafiq hazırlıqların görülməsi üçün bu ehtiyaclar haqda dərhal məlumat 

verməyiniz vacibdir.

Qiymətləndirmə zamanı

•  Sakit qalmağa çalışın. Yuxarıda göstərilmiş praktiki məsləhətlərdən istifadə etsəniz, özünüzü daha rahat

hiss edəcəksiniz.

•  Təlimatları diqqətlə yerinə yetirin və qiymətləndirmə başlamazdan əvvəl əmin olmadığınız təqdirdə suallar

verin.

•  Hər sualı diqqətlə oxuyun.



•  Mümkün qədər tez işləyin. Heç bir suala həddindən artıq vaxt sərf etməyin.

•  Əgər sual sizin üçün həddindən artıq çətindirsə yaxud siz onu necə cavablandıracağınızdan əmin 

deyilsinizsə sizin fikrinizcə ən yaxşı olan variantı seçib növbəti suala keçin.

•  Qiymətləndirmədən sonra həmişə nəticələr barədə rəy almağa çalışın. Nəticənizi biləndən sonra

bacarıqlarınızı yaxşılaşdırmaq daha asandır.

Qiymətləndirmədə uğurlar. Karyeranızda sizə müvəffəqiyyətlər arzulayırıq.

ANA-AP-PG-VAS1-AZER@10th February 2010

Bu sənədin hər hansı hissəsinin hər hansı vasitə və ya üsulla,    

info@savilleconsulting.com

istər əl ilə, istərsə də elektron üsulla kocurulməsi muəllif 

www.savilleconsulting.com

hüququnun pozulması deməkdir.

Cavab bölməsi - səhifə 2 Doğru cavablar



Cavab bölməsi - səhifə 3 Doğru cavablar

Yüklə 33,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə