Analizatorların struktur və funksional təşkili



Yüklə 31,78 Kb.
səhifə1/9
tarix17.05.2022
ölçüsü31,78 Kb.
#87168
  1   2   3   4   5   6   7   8   9
serbest ish HEYVAN VE İNSAN FİZİOLOGİYASİ SERBEST İSH HAZİR


Analizatorların struktur və funksional təşkili.
Hiss orqanları və onların əhəmiyyəti sinir sisteminin bir hissəsini sensor sistem təşkil edir.Sensor sistem reseptorlarının iştirakı ilə insan daxili və xarici mühitdən siqnalları (informasiyaları) qəbul edir və beyində informasiyaların yenidən işlənməsi prosesi gedir.Sensor siqnalların ötürülməsi prosesində onların yenidən yaranması və kodlaşdırılması baş verir, obrazların qavranılması prosesindən sonra orqanizmin formalaşmış cavab reaksiyası yaranır.Beyinə daxil olan informasiyalar insanın psixoloji fəaliyyəti fəaliyyəti ilə nəticələnən sadə və mürəkkəb reflektor aktların yaranması üçün əsas şərtdir. Xarici oyanmanı hiss etmədən psixi aktın şüura çevrilməsi qeyi-mümkündür. Əgər şüur yaranarsa belə halda duyğu meydana çıxır. Şüurun dərk olunması qavramaya səbəb olur.Beləliklə, bütövlükdə analizatorların strukturuna reseptorlar (analizatorun periferik şöbəsi), oyanmanı ötürən yollar ( ötürücü şöbə), həmçinin də beyin qabığında qıcıqların təhlili olunması (analizatorun mərkəzi) şöbəsi daxildir. Analizatorun bir-biri ilə əlaqədar olan üç şöbəsindən hər hansı birinin morfoloji və ya funksional zədələnməsi müəyyən qıcıqları qəbul və analiz etmək qabiliyyətinin itməsinə səbəb olur.

Sensor sistem xarici və daxili mühitdən siqnalları alan qəbuledici elementlərdən –sensor reseptorlardan, informasiyanı reseptorlardan qəbul edən və beyinə ötürən sinir yollarından qurulub. Baş beynin müxtəlif təşkil səviyyələrində informasiyaların yenidən işlənməsi prosesi gedir. Deməli informasiyalar sensor sistem vasitəsilə beyinə çatdırılır və burada onların analizi gedir. İstənilən sensor sistemin işi xarici reseptorların vasitəsilə beyinə lazım olan fiziki və kimyəvi enerjini qəbul etməklə başlanır. Onun transformasiyası sinir siqnalları hesabına mümkün olur və həmin siqnallar neyron zəncirləri vasitəsilə beyinə çatdırılır. Sensor siqnalların ötürülməsi prosesində onların dəfələrlə yenidən yaranması və kodlaşdırılması gedir və yüksək analiz və sintez ( obrazın qavranılması) prosesindən sonra orqanizmin formalaşmış cavab reaksiyası yaranır. Beyinə daxil olan informasiyalar, insanın psixoloji fəaliyyəti ilə nəticələnən sadə və mürəkkəb reflektor aktların yaranması üçün əsas şərtdir. İ.M.Seçenov yazırdı ki, xarici oyanmanı hiss etmədən psixi aktın şüura çevrilməsi qeyri –mümkündür.Sensor informasiyanın yenidən işlənməsi süur stimulu ilə müşayət oluna da bilər,olunmaya da bilər.Əgər şüur yaranırsa, onda duyğu baş verir.Şüurun başa düşülməsi qavramaya səbəb olur.




Yüklə 31,78 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə