Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   120


 

 
          
Anar İsayev   Ramil Rəhimov 
 
   
 
 
 
 
Abituriyentlər üçün hazırlıq vəsaiti 
Kurikulum dərslikləri əsasında hazırlanmışdır 
 
 
 
 
T A R İ X 
 


 

 
 
 
ÖN SÖZ 
 
Kurikulum əsasında yazılmış Tarixi fənni üzrə interaktiv dərs vəsaiti şagirdlərə təlim materiallarını elmi-metodik 
cəhətdən  mənimsəməyə  kömək  məqsədi  ilə  hazırlanmışdır.  Doğrudur,  kurikulum  əsasında  yazılmış  dərslikləri 
oxuduqda tarixi hadisələri bəzən basa düşmək olmur, hadisələr arasında rabitə əlaqəsi itir, bu isə şagirdlərdə tarix 
fənninə  olan  marağı  azaldır. 
Bu  vəsaiti  oxuduqdan  sonra    isə  onlar  tarixin  nə  qədər  asan  və 
maraqlı bir fənn olduğunu görəcəklər

Tarixi  fənni  üzrə  interaktiv  dərs  vəsaitinin  hazırlanması  zamanı 
orta  məktəb  dərsliklərinin  tam 
məzmunu  nəzərə  alınmış    və  dərsliklərin  mətnində  heç  bir  ixtisar  aparılmamışdır
.  Vəsait 
hazırlanarkən    qabaqcıl  təcrübə  öyrənilərək  ümumiləşdirilmş,  təcrübədə  tətbiq  olunan  müasir  metodika  və 
texnologiyalardan,  üsul və vasitələrdən,  xüsusilə testləşdirmədən geniş istifadə edilmiş, Test Banklarından, tarix 
fənni  üzrə  məktəb  dərsliklərindən,  audiovizual  tədris  vəsaitlərindən  geniş  istifadə  olunmuş,  TQDK  tərəfindən 
təsdiq olunmuş  proqramda nəzərdə tutulmuş mövzular daha çox diqqət mərkəzində saxlanılmışdır. 
Məktəblilərin  tarixi  bilik,  bacarıq  və  vərdişlərinin  formalaşdırılması  bir  biri  ilə  bağlı  olan  bir  neçə 
mərhələdən  ibarətdir.  Bu  mərhələlərin  ən  əsası  şagirdlərə  biliyin  mənimsədilməsi  prosesidir

Biliyin  tam 
mənimsədilməsi  üçün  əsas  vasitə  isə  dərslikdir
.  Dərsliyin  didaktik  baxımından  nə  qədər  yaxsı 
işlənməsi  şagirdlərə  biliyin  mənimsədilməsinə  çox  kömək  edir.  Odur  ki,  şagirdlərdə  nəzərdə  tutulmuş  bilik, 
bacarıq  və  vərdişləri  formalaşdırmaq  üçün
 
vəsaitdə
 
tarixi  hadisələr,  səbəb-nəticə  əlaqələri    aydın  
şərh  edilmiş,  əsas  diqqət    faktların  təhlilinə,  onlar  arasında  oxşar  və  fərqli  cəhətlərə  
yönəldilmişdir
.  Bu  da  şagirdlərdə  motivasiya  yaradır,  düşünülmüş  şəkildə  şüurlu  mənimsəmə  və  diqqətlə 
öyrənməyə imkan verir, passiv öyrənməni tamamilə aradan qaldırır.  Vəsait terminlər və xronologiya ilə təchiz 
olunmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 
 


 

 
GİRİŞ 
 
Tarixin inkişaf mərhələləri 
İnsanların  necə  yaşadıqlarını,  onların  həyatında  hansı  hadisələrin  baş  verdiyini,  həyatının  necə  və  nə  üçün  dəyişib 
indiki şəkilə düşdüyünü öyrənən elm tarix adlanır. Tarix elmi şərti olaraq aşağıdakı dövrlərə bölünür: 
1.
 
Qədim  dünya  tarixi.  İbtidai  icma  quruluşu  və  quldarlıq  dövrünü  (ən  qədim  insanların  yaranmasından  quldarlıq 
quruluşunun tənəzzülü və Qərbi Roma imperiyasının süqutuna qədərki dövrü) əhatə edir. 
2.
 
Orta  əsrlər  tarixi.    Feodalizm  dövrünü  (feodal  münasibətlərin  yaranmasından  kapitalzmin  yaranmasınadək  olan 
dövrü) əhatə edir. 
3.
 
Yeni  tarix.  1640-cı  ildən  1918-ci  ilədək  olan  dövrü  (İngiltərə  burjua  inqilabının  başlanmasından  I  Dünya 
müharibəsinin başa çatmasına qədərki dövrü) əhatə edir. 
4.
 
Ən yeni tarix. 1918-ci ildən indiki dövrə qədər olan mərhələni əhatə edir. 
 
 
 
 
 
 
Tarixə köməkçi fənlər 
Qədim dövrün öyrənilməsində mühüm rol oynayan fənlər aşağıdakılardı: 

 
Arxeologiya - insanların həyatını maddi mənbələr əsasında öyrənir. 

 
Antropologiya – insanın xarici görkəmini öyrənir. 

 
Etnoqrafiya - müxtəlif xalqların həyatını öyrənir. 

 
Xronologiya - tarixdə baş vermiş hadisələri zaman ardıcıllığı ilə öyrənir. 

 
Paleoqrafiya  - qədim yazıları öyrənir. 

 
Heraldika - möhür, emblem və nişanları öyrənir. 

 
Numuzmatika - pulların tədqiqi ilə məşğul olur. 
QEYD:
  Arxeologiya  ilə  məşğul  olan,  qazıntı  işi  aparıb  maddi  mənbələri  öyrənən  alim  arxeoloq,  Antropologiya  ilə 
məşğul olan,  insan skletinə əsasən onu öyrənən alim  isə antropoloq adlanır. 
 
Tarixi mənbələr 
Qədim dövrlərdən başlayaraq insanların həyatını öyrənməyə imkan verən tarixi mənbələr iki qrupa bölünür: 
1. Maddi mənbələr. Maddi mənbələrə maddi mədəniyyət abidələri (qədim yaşayış məskənləri, qəbir abidələri və 
arxeoloji qazıntılar zamanı əldə edilmiş əmək alətləri, məişət əşyaları, silahlar, bəzək əşyaları və.s) aiddir. Bu abidələr 
qədim övrü öyrənmək üçün ən çox əhəmiyyətli tarixi mənbələrdir. 
2. Yazılı mənbələr. Yazılı mənbələrə müxtəlif dövrlərə aid heroqlif, mixi kitabələr və.s yazılı abidələr aiddir. Qədim 
insanlar ilk vaxtlar yazını daşlar, sümük və gil lövhələr, papirus üzərində yazırdılar. Yazı dövlətin yaranması ilə eyni 
vaxtda meydana gəlmişdi. Ən qədim yazılar e.ə IV minilliyin ikinci yarısına aiddir.  
 
 
Tarixin inkişaf mərhələləri 
 
Ən qədim dövrlərdən III-V əsrlərədək 
 
Qədim dünya tarixi 
İbtidai icma 
 
Quldarlıq 
Orta əsrlər tarixi 
Feodalizm 
Kapitalizm 
III-XVII əsrlər 
Yeni və Ən yeni tarix 
XVII əsrin 40-cı illərindən  indiyədək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə