Anbardar vəZİFƏSİ ÜZRƏ MÖvzular



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
tarix23.09.2018
ölçüsü0,83 Mb.
#70325


ANBARDAR 

VƏZİFƏSİ ÜZRƏ MÖVZULAR 

 

1. Azərbaycan Respublikasının ərazisində tətbiq olunan ölçü vahidləri 

haqqında: 

Sİ-nin əsas kəmiyyət vahidləri; 

Sİ-nin törəmə vahidləri; 

Xüsusi adlara və işarələrə malik Sİ-nin törəmə vahidləri. 



2.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  sahə  üzrə  qərar  və 

sərəncamlar: 

Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması; 

Elektron qaimə-fakturaların tətbiqi. 

3. Neftqazçıxatma sənayesində təhlükəsizlik  qaydaları. 

Polad kanatlar; 

Anbarlara olan tələblər

Təhlükəli və zərərli maddələrlə əlaqəli işlər; 

Hündürlükdə aparılan işlər; 

Yükləmə-boşaltma işləri və yüklərin nəqli; 

Yüklərin əllə yüklənməsi və boşaldılması, ağır yüklərin əl arabası ilə daşınması; 

Uzunölçülü yüklərin yüklənməsi, boşaldılması və nəqli. 



4. BCH 212-85 Əsas tikinti materialların anbara qəbulu, yerləşdirilməsi, 

saxlanması, və daşınması haqqında tələblər. 

 

İstinad 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.06.2000-ci il tarixli Əmr 

№723 

2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.07.2000-ci il tarixli Əmr 



№1-115 

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.03.2017-ci il  tarixli 89 

nömrəli qərarı. 

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.04.1998-ci il  tarixli 80 

nömrəli qərarı 

5.. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Azərbaycan 

Dövlət İqtisad Universiteti. Bakı, 2015 

6. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 

Kollegiyasının 23.11.2009-ci il  tarixli №117 nömrəli qərarı 

7. QOST 14192-96 Yüklərin markalanması 

8. Əmək məcəlləsi 200.1-ci maddə 

9. Ölçmə və nəzarətin üsul vasitələri (dərslik) 

10. ПБ 10-382-00 Kranların  quruluşu və təhlükəsiz istismarı qaydaları 

11. Neftqazçıxatma Sənayesində Təhlükəsizlik Qaydaları. Bakı, 2005 

12. Mühasibat (maliyyə) uçotu. (Dərs vəsaiti) Azərbaycan Respublikası Təhsil 

Nazirliyinin 19.06.2000-ci il tarixli Əmr №723.  2-ci hissə 




1. Həcm (tutum) ölçü vahidi hansıdır? 

A) s (saniyə) 

B) A (Amper) 

C) m³ (kub metr) 

D) m² (kvadrat metr) 

E) V (Volt) 

 

2. Yanar qaz balonları saxlanılan anbarların döşəmələri hansı materialdan 

olmalıdır? 

A) Dəmir materialdan 

B) Taxta materialdan 

C) Polad materialdan 

D) Döşəmənin hansı materialdan olması fərq etmir 

E) Qıcılğım verməyən materialdan 

 

3. Yükləmə-boşaltma işlərində istifadə olunun avtonəqliyyatın işin sonunda 

harada saxlanmasına icazə verilir?  

A) Anbarın içində  

B) Anbarların ərazisində saxlanması qadağandır 

C) Anbarın ərazisində, yanğınsöndürmə şitin yanında 

D) Yanğınsöndürmə şitlərin yanında 

E) Yanğınsöndürmə şitindən ən azı 10 metr aralı 

 

4. Alınmış avadanlıq üçün elektron-qaimə əlavə hansı sənəd tələb  

olunmalıdır? 

A) Daşınma haqqında yol vərəqəsi 

B) Avadanlığın texniki pasportu və sertifikatı 

C) Avadanlığın istismarı üzrə təlimatı 

D) Sertifikat 

E) Avadanlığın keyfiyyəti üzrə sertifikat və təlimatı 



 

5. Anbar uçot kartı nə üçündür? 

A) İllik mal təlabatını müəyyənləşdirmək üçün 

B) Əmək haqqını hesablamaq üçün 

C) Anbarda hər növ materialın uçotunu aparmaq üçün 

D) İşçilərin işə davamiyyətini müəyyənləşdirmək üçün 

E) Materialların keyfiyyətini qeyd etmək üçün 

 

6. Mal-materialın daşınması üçün yük maşınının ölçüləri nəyə əsasən təyin 

olunur? Tam doğru cavabı müəyyən edin. 

A) Qaimədə göstərilən mal-materialın ölçüsünə, miqdarına və çəkisinə  əsasən 

B) Qaimədə göstərilən mal-materialın ölçüsünə  əsasən 

C) Qaimədə göstərilən mal-materialın  miqdarına əsasən 

D) Qaimədə göstərilən mal-materialın sayına əsasən 

E) Qaimədə göstərilən mal-materialın çəkisinə əsasən 

NÜMUN

Ə



7. Tez xarab olan malların istifadəsinə qoyulan tələb nədir? 

A) Qiyməti, keyfiyyəti, ölçüsü 

B) İstifadə müddəti, qiyməti, miqdarı 

C) Saxlanma  temperaturu, qiyməti, keyfiyyəti 

D) Keyfiyyəti, istifadə müddəti, saxlanılma şəraiti 

E) İstifadə müddəti, qiyməti, keyfiyyəti, miqdarı 



 

8. I, II, III və IV dərəcəli odadavamlı yanğın təhlükəsi CO və C1 binalara 

bitişik  rampalar  və  talvarların  konstruksiyaları  hansı  materialdan 

olmalıdır? 

A) Taxta materialdan  

B) Plastik materialdan  

C) Rezin örtükdən 

D) Dəmirdən 

E) Yanmayan materialdan  

 

9.  Birbaşa  atmosfer  yağıntılarından  müdafiyəsi  tələb  olunan,  temperatur 

dəyişməsinə həssas olmayan  məhsullar harda saxlanılmalıdır? 

A) Qapalı isidilmiş anbarlarda 

B) Dam altında 

C) Açıq ərazilərdə 

D) Qapalı isidilməyən anbarlarda 

E) İxtisaslaşdırılmış anbarlarda 

 

10. Anbarda olan hər hansı bir malın ayın sonuna qalığını aşağıdakı hansı 

hesablama metodundan istifadə etməklə müəyyən etmək olar? 

A) Ayın əvvəlinə qalıq + Mədaxil + Məxaric = Ayın sonuna qalıq 

B) Ayın əvvəlinə qalıq - Mədaxil - Məxaric = Ayın sonuna qalıq 

C) Ayın əvvəlinə qalıq - Mədaxil / Məxaric = Ayın sonuna qalıq 

D) Ayın əvvəlinə qalıq + Mədaxil - Məxaric = Ayın sonuna qalıq  

E) Ayın əvvəlinə qalıq x Mədaxil - Məxaric = Ayın sonuna qalıq 



 

NÜMUN


Ə

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə