www.qesam.org
- 1 -
info@qesam.org
Müəllif hüquqları © “Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi”, Bakı 2007.
Materialdan istifadə etməyə icazə verilir. Mənbəni qeyd etməyiniz vacibdir.
Bütün hüquqlar qorunur.
Yaqub Yaqubov
Emin Əliyev
Andranik Ozanyan-“milli qəhrəman” yoxsa terrorçu
Azərbaycan tarixində elə faciələr vardır ki, ondan nəinki dünya ictimaiyyəti,
eyni zamanda Azərbaycan gəncliyi də məlumatsızdır. Bu günün Azərbaycan
tarixçiləri isə bu faciələri tədqiq etməli və gələcək nəslə çatdırmalıdır. Bununla
yetinməməli, dünya ictimaiyyətinin də diqqətini bu problemlərə yönəltməlidir,
xalqımızın nələr çəkdiyini hər kəsə bildirməlidir.
Hal-hazırda Azərbaycanın bir hissəsi Ermənistan tərəfindən işğal edilmişdir.
Tarix boyu isə ermənilər türk-müsəlman əhalisinə qarşı təşkil olunmuş soy-
qırımlar, terrorlar həyata keçirmişlər. Bunun nəticəsində şişirtmədən demək olar
ki, son yüz-yüz əlli ildə 3-4 milyon türk-müsəlman qətlə yetirilmişdir. On
minlərlə insan isə öz yurd-yuvalarını tərk edib didərginlik həyatı yaşamaqdadır.
Bu qırğınları isə təbii ki, təşkil edən qaniçənlər haqqında məlumatlanmaq da
vacibdir. Türk-müsəlman xalqının qəddar düşmənlərindən olan "general" An-
dranik Ozanyan haqqında isə demək olar ki, heç nə bilmirik. Onun Azərbaycan-
da, Türkiyədə, İranda törətdiyi qırğınlar isə saysız-hesabsızdır.
Son dövrlər Ermənistan Respublikasında, həmçinin erməni diasporunda An-
dranikin adına kitablar, məqalələr yazılmaqda, onun adını daşıyan internet sə-
hifələri açılmaqdadır. Bütün bu çalışmalarda Andranik ermənilərin sanki bir Qa-
ribaldisi, Roben Hudu, Corc Vaşinqtonu kimi qeyd edilməkdə və milli qəhrəman
kimi qiymətləndirilməkdədir. Ermənistan Respublikasının dövlət səviyyəsində bu
sahədə işləri artmaqdadır. Belə ki, Ermənistan höküməti Andranikin Parisdə
yerləşən Per-Laşez qəbristanlığından cənazəsinin İrəvana gətirilməsi haqqında
qərar vermiş və 25 fevral 2000-ci ildə xüsusi nümayəndə heyəti tərəfindən
Andranikin məzarı İrəvana gətirilmişir. Onun cəsədi yenicə salınmış "Erablur"
qəbristanlığında torpağa tapşırıldı. (Əgər diqqət edirsinizsə Andranikin
Ermənistanda torpağa tapşırıldığı gün ermənilərin XX əsrdə xalqımızın başına
gətirdiyi Xocalı qırğınının ildönümü ilə üst-üstə düşür. Burada təsadüf axtarmaq
əbəsdir). On minlərlə türkün qətlə yetirilməsində bilavasitə iştirakçı olmuş, bu
qətliamlara rəhbərlik etmiş bir terrorçu "milli qəhraman"ın yenidən dəfn olunma
mərasimində erməni terroruna tarix boyu dəstək verən, terrorçulara xeyir-dua
verən erməni Qriqoryan kilsəsinin katoliki II Qaragen öz nitqində Andranikin
məzarının Parisdən İrəvana gətirilməsini erməni xalqı üçün şan və şərəf olduğunu
qeyd etmişdir. 1988-1992-ci illərdə Qarabağda hərbi əməliyyatlarda iştirak etmiş,
minlərlə azərbaycanlının qətlə yetirilməsində əli olmuş, hal-hazırda da
Ermənistan Respublikasının prezidenti Robert Koçaryan da bu mərasimdə iştirak
etmiş və çıxışında məzarın gətirilməsini Ermənistan üçün böyük bir tarixi hadisə
olduğunu və Andranikin xəyallarının gerçəkləşdiyini qeyd etmiş və çıxışında
www.qesam.org
- 2 -
info@qesam.org
Müəllif hüquqları © “Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi”, Bakı 2007.
Materialdan istifadə etməyə icazə verilir. Mənbəni qeyd etməyiniz vacibdir.
Bütün hüquqlar qorunur.
bunları demişdir: – "Biz bu gün burada Artsax (yəni Ermənistan tərəfindən işğal
edilmiş Dağlıq Qarabağ) uğrunda canlarını qurban vermiş qəhrəmanlar və
Ermənistanın sərhədlərini qoruyarkən qəhrəmancasına həlak olmuş fədailərlə
yanaşı uyuyacaq fövqəladə və əfsanəvi insanı dəfn edirik. Biz böyük
Ermənistanın dahi və qəhrəman oğullarından biri, həyatı əfsanəyə dönən, özü
erməni xalqının yadelli işğalçılara qarşı mübarizəsinin simvolu olan şəxsiyyətlə
vidalaşırıq. General Andranik Ozanyanın qəhrəmancasına ölümündən 73 il sonra
öz vətəninə qovuşdu və biz Ermənistanın böyük oğluna layiq olduğu borcumuzu
yalnız indi yerinə yetiririk". Bu çıxışdan tam aydın olur ki, Ermənistan
Respublikası və onun prezidenti terroru və terrorçunu alqışlayır və ona öz
rəğbətini gizlətmir.
Bu tədbirdə iştirak edən Ermənistan Respublikasının baş naziri A.Sarkisyan
isə öz çıxışında demişdir: – "General Andranik indi burada, Erablurda dəfn olu-
nur. O, uzun illərin ayrılığından sonra həsrətini çəkdiyi vətən qovuşub. Qəhrəman
Andranik Erablurda mənim qardaşım, hamımızın "Andranikin davamçısı"
adlandırdığı Vazgenin (Vazgen Sarkisyan Ermənistanın baş naziri olmuş və
Ermənistan parlamentində baş verən faciədə qətlə yetirilmişdir. Müəlliflər)
yanında uyuyacaq. Mən qardaşım Vazgennə həsəd aparıram". Gülünc məntiqdir,
deyilmi?! Terrora məruz qalan ilə terrorçunun yan-yana dəfn edilməsi ilə erməni
xalqı fəxr edir.
Bütün bunlardan başqa hələ 1999-cu ildə Andranikin adına gümüş xatirə
pulları buraxılmış, İrəvanda heykəli ucaldılmışdır.
İnsanları diri-diri quyulara yığıb üstünə daş tökən, hamilə qadınların qarnına
süngü soxan, kürəklərinə qaynar samovar bağladan, baş kəsən, qan tökən, hətta
ona qoşulmayan, onun fikirlərini bəyənməyən öz erməni millətindən olanları
təhdid edən Andranik nəinki türklərin hətta bütün insanlığın, bəşəriyyətin
düşmənidir və onu belə qəhrəman səviyyəsinə qaldırmaq əlbəttə ki, yer kürəsinin
bütün insanlarının təhqir olunması deməkdir.
Bütün dünyaya səpələnən ermənilərin qəlbində yaşayan, türk qanına susamış
"General Andranik" kimdir? Bu yüksək rütbəyə hansı "qəhrəmanlıqları" ilə
yüksəlmişdir? Hansı nailiyyətlər qazanmışdır? Bu sualların cavabı incələndiyində
görərik ki, onun bütün həyat və fəaliyyəti "erməni məsələsi"nə xidmət etməkdən
ibarət olub.
Andranik 1865-ci (bəzi mənbələrə görə 1866) ildə Türkiyə ərazisində yerlə-
şən Şebinqarahisarda doğulmuşdu. 1890-ci ildə atası ilə mübahisəsi düşən bir tür-
kü oldürmüş və İstanbula qaçmışdır. İstanbulda Hnçaq terror təşkilatının bir çox
üzvləri ilə tanış olmuş və burada bir türk polisini öldürmüş, oradan da Batuma
qaçmışdır. Bu illər erməni inqilabı hərəkatının genişləndiyi bir dövr idi. 1894-cü
ildə Hnçaqlar tərəfindən təşkil olunmuş I Sasun üsyanı Osmanlılar tərəfindən
yatırılsa da, ermənilərin Rusiya və İran ərazisindən Sasun bölgəsinə məqsədli
şəkildə axını təşkil edilmişdir. 24 apreldə isə Andranik bir türk çavuşu ilə qarşı-
qarşıya gəlir və çavuş qılıcı ilə onu yaralayır və şikəst edir. Bu həmin 24 parel
www.qesam.org
- 3 -
info@qesam.org
Müəllif hüquqları © “Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi”, Bakı 2007.
Materialdan istifadə etməyə icazə verilir. Mənbəni qeyd etməyiniz vacibdir.
Bütün hüquqlar qorunur.
günüdür ki, ermənilər özlərinin milli qəhrəman hesab etdikləri Andranki Ozanyan
cismani şiksət olubdur.
Bundan sonra Andranik 40 nəfər silahlı dəstəsi ilə 16 may 1895-ci ildə Sarı-
qamışdan Osmanlı torpaqlarına keçərək Sasuna gəlmiş və burada I Sasun üsya-
nının başçısı Seropun dəstəsinə qoşulmuşdur. 1899-cu ildə Seropun öldürülmə-
sindən sonra onun yerinə Andranik keçmişdir. Onun bu pilləyə qalxmasına səbəb
Seropun intiqamını alması olmuşdur. Andranikin fikrinə görə bütün erməni
kəndliləri silahlandırılmalı və türklərə qarşı mübarizəyə qalxmalı idi. Onun bu
fikirlərini qəbul etməyən ermənilər məhz Andranikin göstərişi ilə öldürülür və ya
təhdid edilirdi. 1904-cü ildə (aprel ayında) Daşnanlar tərəfindən hazırlanmış II
Sasun üsyanının hərbi idarəçiliyi Andranikin əlində idi. Təxminən 1000 nəfər
erməni quldurunun iştirakı ilə keçirilən bu üsyan da Osmanlı dövləti tərəfindən
yatırıldı. Andranik sağ qalmış 300-ə yaxın silahlı dəstəsi ilə Muş ətrafı dağlara
çəkildi. Üsyan etməkdə məqsəd Osmanlı dövlətini parçalamaq, onun şərqi
Anadolu hissəsində bir Erməni dövləti yaratmaq idi. Müş ətrafı dağlardan
Andranik Van yolu ilə Cənubi Qafqaza keçdi. II Sasun üsyanının təşkilatçısı olan
Andranik başa düşürdü ki, Erməni inqilabı hərəkatı hər hansı bir xarici gücün
dəstəyi olmadan uğurla nəticələnməyəcək. Onu da qeyd etmək lazımdır ki, məhz
Osmanlı torpaqlarında separatçılıq, üsyan toxumu səpənlər hələ XIX əsrin
əvvəllərindən Osmanlı torpaqlarında öz missioner fəaliyyətlərin genişləndirən
xristian missioner təşkilatları olmuşdur. Erməni İnqilab hərəkatının daha da geniş
vüsət almasına kömək edən amillərdən biri də I dünya müharibəsinin başlanması
oldu. Onlar bu müharibədən öz məqsədləri – Böyük Ermənistan yaratmaq üçün
geniş istifadə etməyə çalışdılar. Hələ müharibənin ilk illərindən Rusiyanın
Osmanlı torpaqlarına hücumu zamanı sərhəd bölgələrində yaşayan ermənilər
əsrlər boyu tabeçiliklərində yaşadıqları Osmanlı dövlətinə xain çıxaraq Rus
qüvvələrinə kömək edir, müxtəlif informasiyalar ötürür, Osmanlı qoşunlarına
gələn maddi yardımı quldur basqınları nəticəsində talan edir və beləliklə Osmanlı
dövləti üçün real təhlükəyə çevrilirdilər. 1914-cü ilin son aylarında Tiflisdə
Erməni milli bürosunun qərarı ilə Rus ordusuna ermənilərin könüllü toplanması
aksiyası keçirildi. Daşnan partiyası uzun müddət silahlı üsyanlar törədən
erməniləri hərbi xidmətə çağırdı. Andranik, Keri, Varta, Hamazasb, Armen Gero
kimi minlərlə türkün qətlə yetirilməsində əli olmuş terrorçu quldur başçıları da
xidmətə çağırılanlar içərisində idi. Yaranan ilk könüllü dəstələrdən birinə
Andranik rəhbərlik edirdi. Onun 1000 nəfərlik silahlı dəstəsi 1914-cü ilin 16
noyabrında Şimali İran ərazisində Rus ordusuna qatıldı. Könüllü erməni
dəstələrinin əsas vəzifəsi Rus ordusuna dəstək olmaq və onlara bələdçilik
etməkdən ibarət idi.
Həmin dövrdə Amerikada nəşr olunan "Azparez" qəzetinin yazılarında er-
mənilərin əsl niyyətləri açıqcasına göstərilirdi. Erməni terrorçularına xitabən "Er-
məni könüllüləri, Andranik, Vartan və qardaşları, intiqam üçün silahlarınızı qı-
nınızdan çıxarın, intiqam bilaistisna intiqam, mərhəmət göstərən hər bir erməni
www.qesam.org
- 4 -
info@qesam.org
Müəllif hüquqları © “Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi”, Bakı 2007.
Materialdan istifadə etməyə icazə verilir. Mənbəni qeyd etməyiniz vacibdir.
Bütün hüquqlar qorunur.
bundan sonra alçaqdır, artıq intiqam kəlməsi ilə ermənilik eyni olmalı" erməni
mətbu orqanı bütün erməniləri terrorizmdən bir mübarizə vasitəsi kimi istifadə
etməyə çağırırdı.
1915-ci ilin aprel ayında Diliman yaxınlığında erməni-rus hərbi birləşmələri
ilə üz-üzə gələn türk qoşunları geri çəkilməyə məcbur oldu. Vanın ələ keçi-
rilməsindən sonra Andranik və Dronun dəstələri Bitlisə doğru irəlilədilər. Türk-
lərdən təmizlənmiş Van, Bitlis, Ərzurum və Trabzona erməni hərbi birləşmələri
gətirildi və etnik təmizləmə siyasəti həyata keçirməyə başladılar. Andranik və
onun dəstəsi tutduğu ərazilərdə türkləri vəhşicəsinə qətlə yetirir, kəndləri,
qəsəbələri dağıdıb, viran qoyurdu. On minlərlə türk qətlə yetirildi. Tezliklə
ermənilər tərəfindən törədilən bütün bu vəhşiliklər, qətliamlar Rusları narahat
etməyə başladı. Rus höküməti heç də Şərqi Anadoluda bir erməni dövlətinin
qurulmasının tərəfdarı deyildi. 1916-ci ildə erməni siyasətinə Rus hökumətinin
etdiyi dəyişikliklər nəticəsində bütün erməni könüllü dəstələri ləğv edildi və
nizami Rus ordusunun tərkibinə qatıldı. Lakin çox keçmədi ki, 1917-ci ildə
Rusiyada daxili vəziyyətin pisləşməsi və ağırlığı ermənilərə olan münasibəti
yenidən dəyişdirdi. Belə ki, işğal edilmiş torpaqları əldə saxlamaq üçün təkrar
ermənilərə ehtiyac olduğunu hiss etdilər. Rusiyada inqilabın başlanması ilə
əlaqədar olaraq rus qoşunları geri çəkildilər və Ərzincanda, Ərzurumda və Van
bölgəsində öz yerlərinə erməni hərbi birləşmələrini saxladılar. 1918-ci il martın
2-də Rus dövlətinə etdiyi xidmətinə görə general forması ilə Ərzuruma gələn
Andranik Ərzincanda mərkəzi komandanlığı öz üzərinə götürdü. Lakin Türk
ordusunun uğurlu hücumu ilə Ərzincan geri alındı. Türklər artıq Ərzuruma
yaxınlaşırdılar. Andranik türk ordusu ilə qabaq-qabağa gəlmək qüdrətində ol-
madığını anlayırdı. Ərzurumda daha geniş şəkildə türk əhalisinə qarşı qətliamlar
törədirdi. İki gün də şəhərdə qalan Andranik və onun dəstəsi artıq 11 martda
şəhəri tərk etmək məcburiyyətində qaldı. Şəhərin 8000-ə qədər əhalisi, qoca,
qadın, uşaq qətlə yetirildi. Şəhər tamamilə viran edildi və tanınmaz hala çev-
rilmişdi. Hələ üstəlik ermənilər geri çəkilərkən keçdikləri qəsəbə və kəndləri
dağıdır, əhalisini qırırdılar. Kınalı Qaraxaç kəndində və onun ətrafında 7060
müsəlman qətlə yetirilmişdi. İlica kəndində 2000 nəfər insan işgəncə ilə öl-
dürülmüşdü. Sarıkamışın Qarahəmzə nahiyəsində 5337 müsəlman Andranikin
əmri ilə qətlə yetirildi. Ərzurumun türklərlə döyüşə girmədən təslim edilməsi
onun yəni Andranikin general rütbəsindən azad edilməsi ilə nəticələndi.
İrəvanda kolordu komandanı general Nazarbəyova öz elçilərini göndərən
Andranik Gümrüyə gəlmək istədiyini və Zəngəzur bölgəsində türklərə qarşı vu-
ruşa biləcəyini bildirdi. General Nazarbəyov onun bu istəyini qəbul etdi. 1918-ci
10 apreldə 400 nəfər Türkiyə ermənisindən ibarət "Xüsusi hərəkat birliyi" təşkil
etdi. Dəstənin əsas vəzifəsi Rusiya sərhədlərini qorumaq və Türklərin Qafqaza
keçməsinin qarşısını almaq idi.
1918-ci il 4 iyun Batum müqaviləsinin şərtlərini qəbul etməyən Andranikə
görə Ermənistan torpaqları Ərzurumu, Vanı, Bitlisi və Muşu da əhatə etməli idi.
www.qesam.org
- 5 -
info@qesam.org
Müəllif hüquqları © “Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi”, Bakı 2007.
Materialdan istifadə etməyə icazə verilir. Mənbəni qeyd etməyiniz vacibdir.
Bütün hüquqlar qorunur.
Lakin anlaşmaya görə bu ərazilər öz tarixi sahiblərinin əlində qaldı. Bu müqavilə
ilə də Qafqaz erməniləri ilə Türkiyə erməniləri arasında problemlər ortaya çıxdı.
Ermənistan Respublikasının bu şərtlər altında varlığını rədd edən Andranik Doğu
Anadoludakı qətliamlarının Culfada, Naxçıvanda və Zəngəzurda davam etdirirdi.
Andranikin əmri ilə Zəngəzur bölgəsində 10068 müsəlman öldürülmüş, 115 kənd
yerlə-yeksan edilmişdi. Əsas qərargahı Naxçıvan şəhərindən 12 km uzaqlıqdakı
Küncütdə yerləşən Andranik öz dəstəsi ilə 4 sentyabr 1918-ci ildə Nehrəmə
hücum etmiş, lakin sərt müqavimətə rast gəlib geri çəkilmişdi. İrəvan hökümətinə
bu qətliamlara görə etiraz edilən də isə, hökumət bu qanunsuz dəstələr üzərində
hakimiyyətinin olmadığını bildirmiş, cavabdehliyi öz üzərindən atmışdır.
Qarabağda məskunlaşmış ermənilər də öz separatçı əməllərindən geri qalmayaraq
dəfələrlə Andranikdən hərbi yardım istəmişlər. 29 noyabr 1918-ci ildə Andranik
öz dəstəsi ilə Qarabağ üzərinə hücum etmiş, Şuşaya kimi irəliləyə bilmişlər.
Andranik Qarabağ ermənilərini silahlandırmağa çalışmış və əsas məqsədi
erməniləri türklərə qarşı silahlı mübarizəyə təşkilatlandırmaq, türk nüfuzunu
Qarabağda aşağı salmaq, bölgənin tamamilə ermənilərin nəzarətinə keçməsinə
çalışmaq idi. Lakin Azərbaycan ordusunun Qarabağda keçirdiyi hərbi
əməliyyatlardan qorxan Andranik ordu ilə üz-üzə gəlməkdən çəkilmiş, Şuşanı
tərk edərək Gorusa qaçmışdı. Budur erməni xalqının milli qəhrəman hesab
etdikləri Andranikin cəsarəti!
Erməni və Avropa tarixçilərinin fikirlərinə görə Andranikin Qarabağdan geri
çəkilməsinin səbəbi Mudros müqaviləsinin imzalanması və İngilis General Tom-
sonun Andranikə göndərdiyi geri çəkilmə əmri olmuşdur və beləliklə Qarabağın
Ermənistan Respublikasına birləşdirilməsi tarixi fürsəti əldən çıxmışdır.
Andranikin İrəvan höküməti ilə arası pis olduğundan və ingilislərin də dəstə-
yindən məhrum olmasından sonra bu bölgədə qala bilməsi mümkün olmamış,
tabeçiliyində olan qüvvələrini dağıdaraq 15 may 1919-cu ildə Batumdan keçərək
Parisə müraciət etmişdir.
Andranik I Dünya müharibəsi dövründə müttəfiqlərə etdiyi yardımlara görə
Fransa Respublikasının rəhbəri Puan Kare tərəfindən "Legion de Honour" medalı
ilə təltif edildi. 1919-cu il ərzində Londonda, Parisdə, Nyu-Yorkda dolaşaraq türk
torpaqlarında Böyük Ermənistan qurulması üçün dəstək axtardı. Özünün törətdiyi
vəhşilikləri, qətliamları, terror aktlarının türklərin üzərinə ataraq guya türklər
tərəfindən ermənilərin soyqırıma məruz qalmaları təbliğatını apardı.
Andranik 1927-ci ildə ABŞ-da Frenso şəhərində öldü. Cənazəsinin İrəvana
gətirilməsini Sovet höküməti qəbul etmədi və Parisdə dəfn olundu. Onun qəb-
rinin üzərində abidə də ucaldıldı. O, at üzərində təsvir olunmuşdu. Onu da qeyd
etmək yerinə düşərdi ki, bu "milli qəhrəmanın" at üzərində ki heykəli dəfələrlə
təhqir olunub. Buna görə də erməni lobbisi abidəni mühafizə etmək üçün xüsusi
tədbirlər də görmüşdür. İnsana abidə qoymaqla onu qəhrəman etmək olmaz.
Ölərkən vəsiyyətində qəbrinin "Vətən torpaqlarına" aparılmasını və orada
dəfn olunmasını istəmişdi. "Vətən torpağı" dedikdə təbii ki, o, Şərqi Anadolu tor-
www.qesam.org
- 6 -
info@qesam.org
Müəllif hüquqları © “Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi”, Bakı 2007.
Materialdan istifadə etməyə icazə verilir. Mənbəni qeyd etməyiniz vacibdir.
Bütün hüquqlar qorunur.
paqlarını nəzərdə tuturdu. Onun bu vəsiyyəti yerinə yetirilməyib və bundan sonra
da yerinə yetirilə bilməyəcək.
Mübarizə metodu kimi terrozmi seçən erməni "milli qəhrəmanı" Andranik
bu adı türklərə, müsəlmanlara qarşı göstərdiyi amansızlıqları, qətliamları, medal-
larını isə böyük dövlətlərə Şərqi Anadolu və Qafqazda etdiyi yardımları sayə-
sində qazanmışdı.
İSTIFADƏ EDILMIŞ ƏDƏBIYYAT SIYAHISI
1.
Calubyan Andranik. General Andranik and Anmenian Revolution
Movement. New York 1988.
2.
Uras Esat. Tarihde ermeniler ve ermeni meselesi. İstanbul 1987.
3.
Dasnabedian Hratch. History of the Armenian Revolutionary Federation
Dashnaksution (1890-1924). Milan 1989.
4.
Həbiboğlu Vəli. Terrorçu Andranik və "Böyük Ermənistan" xülyası. Bakı
2002.
5.
Ekspress qəzeti 25 fevral 2000.
6.
Azərbaycan qəzeti 19 aprel 2001.
7.
http://www.armeniadiaspora.com.history 2000.
Dostları ilə paylaş: |