Andrey Paulini Bir həyatı dəyişdirən yuxu



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə1/14
tarix26.09.2017
ölçüsü16 Kb.
#1647
  1   2   3   4   5   6   7   8   9   ...   14
untitled

Nino Musio
Andrey Paulini
Bir həyatı dəyişdirən yuxu


Nino Musio . Andrey Paulini
bir həyatı
 dəyişdirən yuxu
bir həyatı
 dəyişdirən yuxu
Don Boskonun həyat hekayələri


Bir həyatı dəyişdirən yuxu
Don Boskonun həyat hekayələri
Mətn: Andrey Paulini
Şəkillər: Nino Musio
Tərcümə: Bonki və Lucia
Kitabın birinci nəşri:
Müqəddəs Kiril və Metod adına Slovak institutu,
Roma, 1982-ci ildə.
Slovak nəşri: © Nəşriyyat Don Bosco 2000, 2008


Uşaqlar,
əlinizdəki kitabda bir insan haqqında danışılır.
Onun adı Covanni Boskodur. O, bütün ömrünü
gənclərə həsr etmişdi. İtaliyada anadan olmuş
və orada gördüyü yuxunu həyata keçirmişdi:
O, Torinodakı küçələrdə gəzən oğlanlara çörək
və başını soxmağa dam verirdi, onların maraq-
larını, problemlərini, həm də dəcəlliklərini ba-
şa düşürdü, amma ən əsası onlara Allahın yo-
lunu göstərirdi. Bu gün onu tək İtaliyada deyil,
bütün qitələrdə, hətta Nyu-Yorkdakı binaların
arasında, Amazondakı meşələrdə, günəşdən
qızan Afrikada, Yaponiyada, Honqkonqda...
tanıyırlar. Bu, bir daha sübut edir ki, bu insanın
sonsuz məhəbbəti, „Don Boskonun Salezyan-
ları” təşkilatı (hansını ki, özü yaratmışdı) va-
sitəsilə həmişə yaşayır. Bu kitab vasitəsilə siz də
onu tanıya bilərsiniz.
Bu kitab necə yaranıb? O dövrdəki salezyan-
ların başçısı slovak keşişi Andrey Paulinini, To-
5


rinodakı „Filmine don Bosco“ film studiosunda
çalışmağa dəvət etdi. O, iş yoldaşları ilə bir-
likdə Covanni Boskonun filmini çəkmək fikrinə
düşdü. O vaxt Don Bosko bütün dünyada artıq
tanınırdı. Terezio Bosko ilə birlikdə ssenarı
yazdılar, rəssam Nino Musio isə şəkillərini
çəkdi. 
Əvvəlcə hər əhvalat barədə söhbət edir-
dilər, sonra rəssam bir neçə növ şəkil çəkib
göstərirdi. Nəhayət ki, ən yaxşı şəkli seçdilər. O
şəkillərdən Andrey Paulini bu kitabı düzəltdi.
(Kitab birinci dəfə 1982-ci ildə Romada slovak
dilində çap edildi).
Sizə arzulayırıq ki, bu kitabı oxuyanda daxili-
nizdəki o qeyri-adi təəssürat hekayənin son
nöqtəsində qurtarmasın. 
Əksinə, sizin ürəyi-
nizdə Allaha, valideynlərinizə, dostlarınıza, si-
nif yoldaşlarınıza və ya bir ağır çanta daşıyan
nənəyə qarşı yeni nəyinsə gözəl bir başlanğıcı
olsun.
Sizin fikrinizcə, Don Bosko nə edə bilərdi?
sizin dostlarınız
6


Y
aşıl libas geymiş dağların arasında, üzüm bağlarının
içərisində kasıb bir kənd evi vardı. Bu evə sakitlik çök-
müşdü, çünki Monferratoya gecə düşəndə hamı
dincəlirdi. Bu gecə çoxlu oyun və işlə dolu olan günü
əvəzləmişdi.
Covanni (Yəhya) Bosko yatırdı. Onun doqquz yaşı vardı.
O, iki yaşında olarkən, atası vəfat edib, beləliklə, Mar-
garita ana bütün ev işlərinə tək baxır. Covanninin iki
qardaşı var: öz qardaşı Cüzeppe (Yusif) və ögey qardaşı
Antonio. Bekki adlı kənddə onlarla birlikdə nənələri də
yaşayırdı. Kasıb, amma xoşbəxt yaşayan ailədə Margari-
ta ana uşaqları böyük məhəbbətlə tərbiyə edirdi.
7


B
ir dəfə o qeyri-adi yuxu gördü və bu yuxu
onda dərin izlər buraxdı. Bu yuxu adi yuxu
deyildi, çünki yuxuda Allah gələcəkdə ona
nə edəcəyini bildirirdi. Covanni gələcəkdə
bu yuxunu danışanda deyir: 
„Bizim evimizin qabağındakı çəmənlik
qəflətən böyük həyətə çevrildi. Bu həyətdə
çoxlu oğlanlar gördüm. Onlardan bəziləri
gülür, bəziləri oynayır, qaçırdı və hop-
panırdılar. Təəssüf ki, bəziləri də qarğış və
pis sözlər işlədirdi.
8


B
u sözləri eşidəndə aralarına girdi və onları cəzalan-
dırmağa başladı:
– Ay oğlanlar, nə vaxt qarğışı qurtaracaqsınız?
– Sənə nə? İşinlə məşğul ol, – bəziləri ona belə cavab
verdi.
– Ay bala, ananın yanına get! – bir böyük oğlan ona
qışqırdı.
– Mən balayam? Al, gəldi! Hələ bir dənə də! – ona hara
gəldi vurmağa başladı.
9


O
an soylular kimi geyinmiş, orta yaşlı kişini
gördü. Bədəni ağ libasla örtülü idi və onun
nuru o qədər parlaq idi ki, ona baxmaq çətin
idi. O kişi adını çəkərək ona oğlanların qey-
dinə qalmasını söylədi.
– Onların qəlbini yumruqla yox, sevgi və
mərhəmətlə qazanmalısan. Onlara günahın
çirkinliyi haqqında danış, de ki, günahsız ya-
şasalar xoşbəxt ola biləcələr.
O, bəhanə axtarmağa başladı ki, o ancaq adi
oğlandır və onun belə danışıq qabiliyyəti
yoxdur.
10


O
soruşdu:
– Siz kimsiniz ki, belə mümkün olmayan
şeyləri məndən istəyirsiniz?
– Bunlar sənin üçün mümkün olacaqdır.
İndi isə sən itaət etməyi və elmə yiyələn-
məyi öyrənməlisən.
– Bunları harada və necə öyrənəcəm? Pulu
haradan tapım? – o, soruşdu.
– Mən sənə müəllimə verəcəm, onun say-
əsində ən ali müdrüklüyə çatacaqsan. 
– Axı siz kimsiniz?
– Sən mənim anamı tanıyırsan. Ananın öyrətdiyi kimi
gündə üç dəfə Onu salamlayırsan.
– Amma anam mənə deyib ki, tanımadığım insanlarla
danışmayım. Adınız nədir?
– Anamdan soruş. 
11


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə