Anemiyanin öZÜNƏ VƏ KÖRPƏNƏ ZƏRƏr yetiRMƏSİNƏ yol vermə!



Yüklə 7,56 Kb.
Pdf görüntüsü
tarix30.04.2018
ölçüsü7,56 Kb.
#40448

background image
ANEMİYANIN ÖZÜNƏ 

KÖRPƏNƏ ZƏRƏR 

YETİRMƏSİNƏ YOL 

VERMƏ!

Anemiya sənin qanında dəmir 

çatışmazlığı zamanı yaranır. 

Anemiya sənin ürəyinə, 

beyninə və digər orqanlarına 

zərər yetirir və körpənin 

vaxtından əvvəl, az çəki ilə 

doğulması və hətta ölümü ilə 

nəticələnir. 

Dəmir ilə zəngin  qida və bəzi 

hallarda dəmir preparatlarının 

qəbul edilməsi bu problemi 

həll edir. 

Hamilə qadınlar, süd verən 

qadınlar və uşaqlar yüksək risk 

qrupuna daxildir.

background image
ANEMİYANIN QARŞISINI 

NECƏ ALMAQ OLAR?

Daha çox qırmızı hüceyrələrin istehsal edilməsi üçün 

orqanizm dəmir, vitamin B12 və fol turşusu ilə təmin 

olunmalıdır. Bu mikroelementlərin biri və ya daha çoxu 

çatışmadıqda anemiya yarana bilər.

Anemiyanın qarşısının alınmasında dəmir ilə zəngin 

qida rasionu əsas şərtdir. Hamilə qadının gündə 27 

mq dəmirə ehtiyacı var. Dəmir aşağıdakı məhsulların 

tərkibində vardır: quş əti (tünd qırmızı ət), qurudulmuş 

meyvə (ərik, qara gavalı, əncir, kişmiş, xurma), dəmir ilə 

zənginləşdirilmiş yarma, çörək və makaron məhsulları, 

yulaf məhsulları, emal olunmamış dən məhsulları, qara 

ciyər və digər növ ət məhsulları, ispanaq, brokkoli və 

digər tünd yaşıl yarpaqlı tərəvəzlər, qabıqlı kartof, lobya 

və noxud, qoz və dənli bitkilər.

Müsbət məqam ondan ibarətdir ki, anemiyanın 

qarşısı asanlıqla alına bilər. Bəsləyici, tarazlaşdırılmış, 

dəmir, fol turşusu və vitamin C ilə zəngin qidanı və 

tərkibində dəmir və fol turşusu olan dərman vasitələrini 

qəbul etməklə problemi həll etmək olar.

Dəmiri hər gün qəbul etməklə, Sən özünün və 

körpənin qanında dəmirin normada olmasını təmin 

etmiş olarsan. 

ANEMİYANIN 

PROFİLAKTİKASINI 

SƏHİYYƏ İŞÇİSİ İLƏ 

MÜZAKİRƏ ET!

Document Outline

  • Untitled-2_2
  • Untitled-2

Yüklə 7,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə