Anlayış verməkdən ibarətdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/28
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4251
  1   2   3   4   5   6   7   8   9   ...   28


 
 
3
 
                                               ÖN SÖZ 
 
 Kitabın hazırlanmasında  əsas məqsəd Yerin daxili quruluşunun 
öyrənilməsi, faydalı qazıntı yataqlarının axtarışı  və  kəşfiyyatında 
geofiziki tədqiqat üsullarının: maqnit, qravitasiya, radioaktivlik, 
elektrik, seysmik  kəşfiyyatların tətbiqi haqqında tələbələrə ümumi 
anlayış verməkdən ibarətdir.  
Geofiziki kəşfiyyat üsulları Yer elmləri içərisində elmi-texniki 
tərəqqinin geniş istifadə edildiyi bir sahədir. Hazırda kompüterləşdi-
rilmiş elektron – hesablama maşınlarının  köməyi ilə, 
avtomatlaşdırılmış rejimdə ölçülmüş fiziki sahələrin (elektrik, 
seysmik, qravimaqnit və s.) nəticələrinə görə mütəxəssislər heç bir 
dağ-mədən və quyuqazma işləri aparmadan Yerin dərin qatlarını 
öyrənə bilər. Bu tədqiqatlar Yerin dərin qatlarında olan faydalı qazın-
tıların kəşfiyyatını asanlaşdırır, az sərmayə qoyuluşu ilə qoyulan 
məsələləri həll etməyə imkan verir. 
“Geofiziki kəşfiyyat’’ixtisası kursunun əsas məqsədi tələbələrə 
xalq təsərrüfatında geoloji tədqiqatların rolu, hazırda dünyada mineral 
xammalın mənbələrindən istifadə olunmanın miqyası, geofiziki üsul-
ların fiziki- geoloji əsasları, faydalı qazıntıların kəşfiyyatı  işlərində 
onların rolu, yeri və s. haqda məlumat verməkdən ibarətdir. 
Geofiziki kəşfiyyat üsulları  dəqiq elmlər sırasına daxildir, öyrənilən 
fiziki sahələrin təhlili və interpretasiyasında riyazi üsullardan geniş istifadə 
olunur. 
Müəllif geofiziki axtarış üsullarının metodikasının izahını imkan 
daxilində mürəkkəb düsturlarla, çətin oxunan radio-elektron sxemlərlə 
yox, sadə mülahizələrlə verməyə çalışmışdır. 
Kitab elə tərtib olunub ki, onun hər bir fəsil və ya bölməsi, sərbəst 
xarakterə malikdir və ayrılıqda öyrənilə bilər. 
Kursun geofizika ilə ilkin tanışlıq xarakteri daşımasına baxma-
yaraq, tələbələrdə  gələcək ixtisasa maraq oyatmaq məqsədi güdür, 
gəncləri xüsusi və fundamental ixtisaslara yiyələnməyə çağırır. 
Kitabın oxunub düzəlişlər verilməsində mənə koməklik edən 
həmkarlarıma təşəkkürümü bildirirəm. 
  


 
 
4
 
 
 
FƏSİL I 
GEOFİZİKANIN FİZİKİ ƏSASLARI 
Geofizika Yer qabığında  baş verən fiziki prosesləri və 
bununla bağlı olan hadisələri öyrənən bir elmdir. Geofiziki tədqi-
qatlardan alınan nəticələr, demək olar ki, geoloji məsələlərin 
həllində birbaşa istifadə olunan və Yerin dərin qatlarını, həmçinin 
daxili quruluşunu öyrənənə yeganə  məlumat mənbəidir ki, Yerin 
dərin qatlarına girmədən oranı tədqiq etməyə imkan verir. 
Geofiziki kəşfiyyat üsulları Yer qabığında yaranan süni və 
təbii fiziki sahələrin öyrənilməsinə  əsaslanmışdır. Yerin fiziki 
sahəyə malik olması insanlara çox qədim zamanlardan məlum 
olmasına baxmayaraq bu sahələrdən  Yerin daxili quruluşunun 
öyrənilməsində  və faydalı qazıntıların axtarışında istifadə 
olunmasına XVII əsrdən başlanmışdır.  Əməli surtdə geofiziki 
üsulunun geoloji məsələlərin həllində istifadə olunmasına XIX 
əsrin sonları XX əsrin  əvvəllərində-  əldə olunan külli miqdarda 
tədqiqat nəticələrinin toplanmasından sonra başlanmışdır. Həmin 
dövrdə istər elmi, istərsə də ilkin iqtisadi şərtlər bu üsulun işlənib 
hazırlanmasına tam təminat verirdi. 
Geofiziki kəşfiyyat üsullarıyerdə öyrənilən fiziki sahələrin 
müxtəlifliyinə görə bir sıra üsullara bölünür: Maqnit kəşfiyyatı, 
Qravi kəşfiyyat, Elektrik kəşfiyyatı, Seysmik kəşfiyyat, 
Radioaktiv elementlərin kəşfiyyatı. Zaman keçdikcə bu üsullar 
inkişaf edib şaxələnməyə başlamışlar. 
Maqnit kəşfiyyatı süxurlarda dəmir filizlərinin yaratdığı 
maqnit sahələrini öyrənir. Qravimetrik kəşfiyyat üsulu süxurlarn 
sıxlığına  əsaslanaraq Yerin müxtəlif nöqtələrində cismin 
sərbəstdüşmə  təcilinin qiymətini öyrənir. Elektrik kəşfiyyatı 
süxurlardan elektrik cərəyanı keçdikdə orada baş verən prosesləri 
öyrənir. Seysmik kəşfiyyat üsulu süxurlarda elastik dalğaların 
yayılma sürətini və xarakterini tədqiq edir. Radiometrik üsul 
süxurlarda süni və təbii radioaktivliyi təyin etməyə əsaslanıb. 


 
 
5
 
Dərin quyuların və quyuətrafı sahələrin tədqiqi ilə  məşqul 
olan geofiziki üsullara quyu geofiziki tədqiqatı deyilir. 
Geofiziki üsullar müxtəlif  şəraitlərdə  tətbiq olunur: Yer sət-
hində, havada, kosmosda, dənizdə, quyularda dərin şaxtalarda və 
müx 
 təlif- dağ  mədən işləri aparılan  ərazilərdə  və s. Geoloji məsələ-
lərin daha səmərəli həlli üçün kompleks geofiziki üsullardan 
istifadə olunması daha faydalı olur. 
Geofiziki tədqiqat üsulların nisbətən gənc elm sahəsi 
olmasına baxmayaraq onların böyük səmərəliliyi və istənilən 
şəraitdə  tətbiqi, istifadəsi faydalı qazıntı yataqlarının axtarışında 
geniş istifadə olunmasına gətirib çıxarmışdır. Hazırda geofizika 
elmi Yer səthinin geoloji xəritəyə alınmasında, faydalı qazıntıların 
axtarışında, hidrogeoloji, dağ mühəndis geoloji məsələlərin 
həllində geniş istifadə olunur. 
Yer qabığı və ya geoloji obyektlərin geofiziki üsullarla aşkar 
edilməsi o vaxt səmərəli olur ki, tədqiqat obyekti kəsiliş və sahə 
boyunca ətrafdakılardan fiziki xassələrinə görə fərqlənsinlər. Belə 
olan halda geofiziki tədqiqatlar zamanı Yer səthində fiziki 
sahələrin müxtəlif qiymətləri və ölçüləri müşahidə ediləcəkdir. 
Sahə dedikdə  fəzada elə bir müstəvi nəzərdə tutulur ki, həmin 
müstəvi daxilində insana nəsə təsir edir (məs. görmə sahəsi, istilik 
sahəsi və s. fiziki sahələr). 
Fiziki sahə materiyanın elə hissəsidir ki, maddənin tərkibində 
olan hissəcikləri bir-biri ilə vahid sistemdə birləşdirir və hissəcik-
lərin təsirini birindən digərinə ötürür (yəni hissəciklər arasında 
qarşılıqlı təsir yaradır). 
Geofiziki üsullar vasitəsilə böyük ərazilər üçün Yer qabığının 
qalınlığı  və quruluşu təyin olunur. Bu isə axtarış  işlərinin 
istiqamətini inamla təyin etməyə imkan verir.  
 
1.1.Yerin geoloji quruluşu haqqında qısa məlumat 
 Yerin daxili quruluşunu öyrənmədən faydalı qazıntıların kəş-
fiyyatının və axtarışının elmi əsaslandırılmış nəzəriyyəsini vermək 
mümkün olmazdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə