Antiinhisar fəaliyyəti haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I b ö l m ə
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1. Qanunun məqsədləri
Qanun inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan
qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir.
Maddə 1‐1. Antiinhisar qanunvericiliyi
1
Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyi Azərbaycan Respublikası
Konstitusiyasından, bu Qanundan, ʺTəbii inhisarlar haqqındaʺ, ʺHaqsız rəqabət haqqındaʺ
Azərbaycan Respublikasının qanunlarından və digər normativ‐hüquqi aktlardan ibarətdir.
2
Maddə 2. Qanunun tətbiq dairəsi
1. Bu Qanun Azərbaycan Respublikasının bütün ərazisində fəaliyyət göstərir və bütün
hüquqi və fiziki şəxslərə şamil edilir.
2. Qanun təsərrüfat subyektlərinin, icra hakimiyyəti və idarə etmə orqanlarının xarici
ölkələrin fiziki və hüquqi şəxsləri ilə bağladıqları sazişlərin və müqavilələrin milli bazarda
rəqabətin məhdudlaşdırılmasına gətirib çıxardığı hallarda da tətbiq edilir.
3. Qanun təsərrüfat subyektlərinin ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı,
coğrafi göstərici, müəlliflik hüququ və əlaqəli hüquqlardan irəli kələn münasibətlərinə, onların
bu hüquqlardan qəsdən rəqabəti məhdudlaşdırmaq məqsədilə istifadə etməsi hallar istisna
olmaqla, şamil edilmir.
3
M a d d ə 3. Antiinhisar siyasətini həyata keçirən Azərbaycan Respublikasının dövlət
orqanları
İnhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması
üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi öz
səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan
Respublikası mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasında
mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan
göstərişlər verə bilər və qanunvericiliklə müəyyən odunmuş digər səlahiyyətləri yerinə yetirə
bilər.
M a d d ə 4. Əsas anlayışlar
Bu Qanunun məqsədləri üçün istifadə edilən əsas anlayışlar aşağıdakı kimi qəbul olunur:
icra hakimiyyəti və idarəetmə orqanları—Azərbaycan Respublikasının, şəhərlərin,
rayonların və onlara daxil olan inzibati ərazi vahidlərinin icra hakimiyyətinə idarəetmə
orqanları. İdarəetmə orqanlarına həmçinin idarəetmə funksiyalarını yerinə yetirərkən (dövlət
sifarişlərinin yerləşdirilməsi, material ehtiyatları limitlərinin ayrılması və s.) ittifaqlar,
assosiasiyalar, konsernlər, konsorsiumlar və müəssisələrin digər birlikləri də aiddir;
bazarın subyektləri — bazar münasibətlərinin iştirakçıları olan təsərrüfat subyektləri və
idarəetmə orqanları:
rəqabət—bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ək, əlverişli şərtləri: uğrunda
mübarizənin elə formasıdır ki, bu zaman onlar müstəqil fəaliyyətləri hər birinin bazarda əmtəə
dövriyyəsinin ümumi vəziyyətinə təsir etmək imkanını. əsaslı surətdə məhdudlaşdırır və
istehlakçıya lazım olan malların istehsalını stimullaşdırır;
məhdudlaşdırıcı fəaliyyət vasitələri—təsərrüfat subyektlərinin bu və ya digər bazarda öz
fəaliyyət sahəsini rəqiblərdən qorumaq və təcrid etmək, bununla da həmin bazarda rəqabəti
məhdudlaşdırmaq üçün istifadə etdiyi vasitələr (ehtiyatların və satış kanallarının ələ
keçirilməsi, təsərrüfat subyektlərinin qovuşması və birinin digərini öz tərkibinə daxil etməsi,
bazarı bölmək məqsədilə sazişlər bağlanılması, qiymətlərlə manipulyasiya, rəqiblərin boykot
edilməsi, patent inhisarçılığı və s.)
hökmran mövqe—təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq
rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının
bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyəti. Bazarda payı 35 faizdən və ya
qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe
tutan hesab olunur;
inhisarçılıq fəaliyyəti—inhisarçılığın bu və ya digər forması olub, təsərrüfat subyektlərinin,
yaxud icra hakimiyyəti və idarəetmə orqanlarının rəqabətə yol verməməyə, onu
məhdudlaşdIrmağa, yaxud arada qaldırmağa yönəldilmiş fəaliyyəti;
bazar maneələri—yeni rəqiblərin bazara daxil olmasına maneçilik (kiriş maneələri) və
bazarda fəaliyyət göstərən təsərrüfat subyektlərinin buranı tərk etmək cəhdləri qarşısında
maneələr qoymaq (çıxış maneələri);
üfqi sazişlər—istehsal silsiləsinin eyni səviyyəsində olan, yaxud eyni bazarda bir‐biriləri ilə
rəqabətə yol verməmək məqsədilə fəaliyyət göstərən təsərrüfat subyektlər arasında sazişlər;
şaquli sazişlər—istehsal silsiləsinin müxtəlif səviyyələrində olan təsərrüfat subyektləri
arasında, yaxud təsərrüfat subyektləri ilə onların müştəriləri və mal göndərənləri arasında
sazişlər;
təbii inhisar – istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın
ödənilməsi daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi (satdığı) əmtəə
istehlakda başqa əmtəə ilə əvəz edilə bilməyən əmtəə bazarının vəziyyəti.
4
II bölmə
İNHİSARÇILIQ FƏALİYYƏTİ
M a d d ə 5. Dövlət inhisarçılığı
İcra
hakimiyyəti
orqanlarının
rəqabətin
məhdudlaşdırılmasına,
yaxud
aradan
qaldırılmasına, təsərrüfat subyektlərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib
çıxaran və gətirib çıxara bilən qeyri‐qanuni fəaliyyətinə aşağıdakılar daxildir:
1) iqtisadiyyatın dövlət bölməsindən kənarda fəaliyyət göstərən təsərrüfat subyektləri üçün
məhsul istehsalı və satışı üzrə direktiv tapşırıqların və məcburi dövlət sifarişlərinin müəyyən
edilməsi;
2) müstəqil təsərrüfat subyektləri tərəfindən istehsal edilən və satılan malların qiymətləri
üzərində əsassız olaraq nəzarətin həyata keçirilməsi;
3) idarəetmənin təşkilati strukturlarına rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran
səlahiyyətlər verilməsi;
4) respublikanın bölgələri arasında məhsul əsassız qadağanların qoyulması;
5) fəaliyyətləri rəqabətin məhdudlaşdırılmasına səbəb olan müəssisələrin və digər təşkilati
idarəetmə strukturlarının yaradılması;
6) əsassız olaraq ayrı‐ayrı təsərrüfat subyektlərinə onları eyni bazarın başqa subyektlərinə
nisbətən üstün vəziyyətə gətirib çıxaran vergi, kredit güzəştlərinin və başqa güzəştlərin
verilməsi;
7) qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müəyyən növ əmtəələrin
(xidmətlərin) istehsalının və ya müəyyən növ istehsal fəaliyyətinin qadağan edilməsi, yaxud
məhdudlaşdırılması.
8) qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, xarici təsərrüfat subyektləri
üçün əsassız olaraq aşağı (yüksək) gömrük rüsumlarının müəyyən edilməsi, yaxud onların
gömrük vergisindən azad edilməsi;
9) istehsalı və satışı qanunvericilikdə qadağan olunmuş əmtəələrin ticarəti istisna olmaqla,
ticarət və tədarük fəaliyyətin üzərində qadağan qoyulması, yaxud onun məhdudlaşdırılması,
10) təsərrüfat subyektlərinin xarici iqtisadi fəaliyyətinə əsassız məhdudiyyətlər qoyulması;
11) rəqabətin məhdudlaşdırılmasına yönəldiyi və istehlakçıların mənafeyinə toxunduğu
hallarda qiymətlərin manipulyasiyası, (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə
saxlanılması) məqsədilə müəyyən növ məhsul bazarına əmtəə müdaxiləsinin həyata
keçirilməsi;
12) qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, tələb və təklif sahəsində
informasiya şəbəkəsi üzərində nəzarət qoyulması.
M a d d ə 6. Sahə inhisarçılığı
Sahə idarəetmə orqanlarının təsərrüfat subyektlərinin və istehlakçıların mənafeyinə zidd
olaraq rəqabətin məhdudlaşdırılmasına və ya aradan qaldırılmasına gətirib çıxaran və ya gətirib
çıxara bilən qeyri‐qanuni fəaliyyətinə aşağıdakılar daxildir:
1) yeni təsərrüfat subyektlərinin sahə bazarına daxil olması üçün süni maneələr yaradılması;
2) qeyri‐dövlət
təsərrüfat
subyektlərinin
maddi
ehtiyatlarla
əsassız
olaraq
mərkəzləşdirilmiş qaydada təchiz edilməsi kanallarının yaradılması;
3) malların bölüşdürülməsi tədarükü və satışı üzrə paralel strukturların yaradılmasına
maneçilik törədilməsi;
4) təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması;
5) rəqabətin məhdudlaşdırılması ilə nəticələnən təşkilati idarəetmə strukturlarının, yaxud
holdinq şirkətlərinin yaradılması;
6) sahə tabeliyində olan təsərrüfat subyektlərinin özəlləşdirilməsi prosesində səhm nəzarət
paketlərinin əldə edilməsi;
7) kapitalın bir sahədən digər sahəyə sərbəst axını qarşısında əsassız maneələr qoyulması;
8) yeni məhsulun və texnologiyanın işlənib hazırlanması və ya yeni müəssisələrin
yaradılması qüvvədə olan qanunvericiliyə zidd deyilsə, onların qarşısında əsassız maneələr
qoyulması;
9) əmtəə əvəzedicilərinin istehsalına, malların idxalına əsassız nəzarət qoyulması;
10) azrentabelli və ya zərərlə işləyən təsərrüfat subyektlərinə ictimai mənafe ilə bağlı
olmayan və sahədaxili rəqabətə ziyan vuran maliyyə güzəştlərinin və digər güzəştlərin
verilməsi;
11) rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə tabeliyində olan
təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradılması.
M a d d ə 7. Yerli inhisarçılıq
Yerli icra hakimiyyəti orqanlarının (rayon, şəhər və onlara daxil olan inzibati ərazi
qurumlarının) təsərrüfat subyektlərinin və istehlakçıların mənafeyinə zidd olaraq rəqabətin
məhdudlaşdırılmasına və ya aradan qaldırılmasına gətirib çıxaran və ya gətirib çıxara bilən
qeyri‐qanuni fəaliyyətinə aşağıdakılar daxildir:
1) təsərrüfat subyektlərinin yerli bazara daxil olmasının məhdudlaşdırılması və kapital
qoyuluşu üçün hüquqi, təşkilati və iqtisadi əngəllərin yaradılması;
2) rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən hallarda, yerli təsərrüfat subyektlərinə
birtərəfli üstünlük yaratmaq məqsədilə dövlət büdcəsinin vəsaitindən, həmçinin
büdcədənkənar dövlət fondlardan istifadə edilməsi;
5
3) tabeliyində olan ərazidə bazar subyektlərinə münasibətdə sahibkarlıq fəaliyyətini
məhdudlaşdırmaq məqsədilə vergitutma, özəlləşdirmə və torpaq məsələlərinin tənzimlənməsi
sahəsində öz səlahiyyətlərindən istifadə edilməsi;
4) yerli bazarda hökmran vəziyyətə (mövqeyə) malik yerli təsərrüfat subyektlərinə və ya
onların birliklərinə birtərəfli qaydada üstünlük verən vergi güzəştlərinin və digər güzəştlərin
müəyyən edilməsi;
5) yerli bazarda hökmran mövqe tutmağa səbəb olan təşkilati‐idarə qurumlarının, yaxud
holdinq şirkətlərinin yaradılması;
6) əmtəə idxalı və ixracı üzrə məhdudiyyətlərin müəyyən edilməsi;
7) ayrı‐ayrı təsərrüfat subyektləri üçün rəqabəti məhdudlaşdırılmasına gətirib çıxaran yerli
sifarişdən sui‐istifadə edilməsi.
M a d d ə 8. Təsərrüfat subyektlərinin inhisarçılığı
Bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlaşdırılmasına,
digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud
gətirib çıxara bilən qeyri‐qanuni fəaliyyətinə aşağıdakılar daxildir:
1) xalq təsərrüfatının, əhalinin, ayrı‐ayrı təsərrüfat subyektlərinin tələbatının ödənilmədiyi
malların istehsalının əsassız olaraq məhdudlaşdırılması, yaxud dayandırılması;
2) süni qıtlıq yaratmaq, yaxud qiymətləri artırmaq məqsədi istehsalın həcminin
dəyişdirilməsi və əmtəələrin dövriyyədən çıxarılması;
3) digər təsərrüfat subyektlərinin bazara daxil olmasına və ya bazarı tərk etməsinə əsassız
maneələr yaradılması;
4) bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi
(onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması);
5) məhsulun alternativ satıcıları və alıcıları olmadıqda təsərrüfat subyektləri arasında ayrı‐
seçkilik yaratmaq məqsədilə həmin məhsulu satmaqdan və ya almaqdan imtina edilməsi;
6) topdansatış və pərakəndə satış təsərrüfat subyektlərinin qapalı satış şəbəkələrinin
yaradılması;
7) digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər
vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı‐seçkiliyə
yol verilməsi;
8) kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə
şərtlərinin ona məcburi qəbul etdirilməsi;
9) istifadə olunmamış istehsal qurğuları olduğu halda kontragentlə müqavilə bağlamaqdan
əsassız imtina edilməsi;
10) kontragenti əvvəlcədən xəbərdar etmədən və onunla razılaşdırmadan qərarlaşmış
təsərrüfat əlaqələrinin pozulması.
M a d d ə 9. Maliyyə‐kredit inhisarçılığı
Maliyyə‐kredit təşkilatlarının rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran, yaxud gətirib
çıxara bilən qeyri‐qanuni fəaliyyəti aşağıdakılar hesab olunur:
1) maliyyə ehtiyatlarının çevikliyinin məhdudlaşdırılması, kapitalın bir fəaliyyət
sahəsindən digərinə axması qarşısında süni əngəllər yaradılması;
2) kommersiya bankları arasında vahid faiz dərəcəsi siyasəti yeritmək haqqında sazişlər
bağlanması;
3) mülkiyyət və təşkilati‐hüquqi formalardan asılı olaraq təsərrüfat subyektlərinin bank
krediti almasında əsassız ayrı‐seçkilik yaradılması;
4) bank kreditləri almaq istəyənlərin qarşısında qanunvericilikdə nəzərdə tutulmayan
şərtlərin qoyulması və bu şərtlərin sərtləşdirilməsi;
5) digər maliyyə‐kredit təşkilatlarının maliyyə bazarına daxil olması (yaxud bazardan
çıxması) üçün maneələr yaradılması;
6) kredit ehtiyatları bazarında süni qıtlıq yaratmaq, yaxud qıtlığı qoruyub saxlamaq,
həmçinin kredit dərəcələrini yüksəltmək məqsədilə kredit verilməsinin azaldılması və ya
dayandırılması.
M a d d ə 10. Bazar subyektlərinin üfqi və şaquli sazişləri nəticəsində yaranan
inhisarçılıq
İcra hakimiyyəti və idarəetmə orqanları arasında, təsərrüfat subyektlərinin öz aralarında,
yaxud icra hakimiyyəti, idarəetmə orqanları və təsərrüfat subyektləri arasında rəqabətin
məhdudlaşdırılmasına səbəb olan və ya səbəb ola bilən qeyri‐qanuni üfqi və şaquli sazişlərə
aşağıdakılar aiddir:
1) bazarda rəqabət aparan subyektlərdən biri hökmran mövqedə olarsa, onlar arasında
bağlanan və məhdudlaşdırma vasitələri ilə bazarın inhisarlaşmasını doğuran sazişlər:
bazarın ərazi prinsipinə, alqı‐satqının həcminə, malların çeşidinə və ya müştərilərə
(sifarişçilərə) görə bölüşdürülməsi,
təsbit edilmiş qiymətlərin (tariflərin), güzəştlərin, əlavələrin (əlavə haqların, qiymətlərin)
müəyyən edilməsi,
rəqibin bazara girməsinin məhdudlaşdırılması, baykot edilməsi və onunla işgüzar
əlaqələrdən imtina edilməsi,
təklifin həcmini süni şəkildə dəyişdirmək məqsədilə istehsal kvotasının razılaşdırılması,
hərraclarda və sövdələşmələrdə qiymətlərin yüksəldilməsi, azaldılması və ya bir səviyyədə
saxlanılması,
bazar qiymətlərinin blokadası, qiymət ayrı‐seçkiliyi qoyulması,
bir şəxsin eyni növ məhsul istehsal edən və satan iki və daha çox bazar subyektində eyni
zamanda rəhbər vəzifə tutması;
2) bir‐birilə rəqabət aparmayan, biri hökmran mövqe tutan, digəri isə onun mal göndərəni,
yaxud
alıcısı
(sifarişçisi)
olan
bazar
subyektləri
arasında,
bazarda
rəqabətin
məhdudlaşdırılmasına səbəb olan və ya ola bilən sazişlər;
3) təsərrüfat subyektlərinin bazardakı paylarının birləşdirilməsi onlara hökmran mövqe
yaradarsa və ya bu mövqeyi gücləndirərsə, onların qovuşması və ya başqasının əlinə keçməsi
ilə nəticələnən sazişlər;
4) bazar subyektlərinin rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə
birgə müəssisə yaratmaq haqqında öz aralarında bağladıqları sazişlər;
5) xarici şirkətin Azərbaycan şirkətini əldə etməsi haqqında milli bazarda rəqabətin
məhdudlaşdırılmasına gətirib çıxaran sazişlər;
6) hər hansı bir malın alınmasını digər malın satılması üçün şərt kimi irəli sürən şərtli
bağlaşmalar;
7) hər hansı malı satıcının rəqiblərindən deyil, məhz həmin satıcıdan almağa sövq edən
şərtli bağlaşmalar;
8) rəqibləri bazardan sıxışdırıb çıxarmaq və bununla da bazara digər təsərrüfat
subyektlərinin daxil olması üçün maneələr yaratmaq məqsədilə istehsal olunan məhsullara
standartlar qoyulmasına gətirib çıxaran sazişlər.
M a d d ə 11. Təbii inhisarçılıq
1. Bu və ya digər malların istehsalı və xidmətlər sahəsində özlərinin təbii inhisar
mövqeyindən sui‐istifadə edərək ölkənin, təsərrüfat subyektlərinin mənafelərinə və
istehlakçıların hüquqlarına ziyan vuran idarəetmə orqanlarının və təsərrüfat subyektlərinin
fəaliyyəti üzərində antiinhisar nəzarəti xüsusi formada həyata keçirilir.
2. (Çıxarılıb)
6
M a d d ə 12. Patent‐lisenziya inhisarçılığı
Hər hansı mal bazarında rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə
özlərinin patent və lisenziyalar üzərində inhisar hüququndan sui‐istifadə edən idarəetmə
orqanlarının və təsərrüfat subyektlərinin qeyri‐qanuni fəaliyyətinə aşağıdakılar aiddir:
1) patent sahibinin ondan istifadə etməməsi və bu patentə lisenziya verməkdən əsassız
imtina etməsi;
2) lisenziya alanın texniki siyasətinin məhdudlaşdırılması;
3) lisenziyalaşdırılmış texnologiyanın lisenziya alan tərəfindən
mənimsənilməsinin
məhdudlaşdırılması;
4) lisenziya alanın kommersiya fəaliyyətinin məhdudlaşdırılması;
5) lisenziya sahibi tərəfindən lisenziya satılarkən onun haqqının ödənilməsi rejiminin
sərtləşdirilməsi.
M a d d ə 12‐1. Yerin təkindən istifadə inhisarçılığı
7
Dövlət hakimiyyəti orqanlarının, habelə hər hansı təsərrüfat subyektlərinin (yer təki
istifadəçilərinin) aşağıdakılara yönəldilən hərəkətləri qadağan edilir və ya qanunvericilikdə
müəyyən edilmiş qaydada etibarsız sayılır:
8
Bu maddənin birinci hissəsinin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır.
yerin təki haqqında qanunvericiliyə uyğun olaraq yerin təkindən istifadə hüququ almaq
istəyən hüquqi və fiziki şəxslərin iştirak etmək üçün müsabiqəyə və ya hərraca buraxılışının
həmin müsabiqənin (hərracın) şərtlərinə zidd olaraq məhdudlaşdırılması;
müsabiqə və ya hərrac qaliblərinə xüsusi razılıq verməkdən boyun qaçırılması;
müsabiqə və ya hərracın birbaşa danışıqlar ilə əvəz edilməsi;
yerin təkindən istifadə hakim mövqeyə malik təsərrüfat subyektləri ilə rəqabətə girə bilən
strukturlar yarada bilən yer təki istifadəçilərinin ayrıseçkiliyə məruz qoyulması;
nəqliyyat və infrastruktur obyektlərindən istifadəyə imkan yaradılmasında yer təki
istifadəçilərinin ayrıseçkiliyə məruz qoyulması.
İstifadəyə verilən yer təki sahələrinin ölçüləri, sahələrin sayı və çıxarılan faydalı qazıntı
ehtiyatlarının miqdarı qanunvericilikdə müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər.
III b ö l m ə
ANTİİNHİSAR TƏNZİMLƏMƏ VASİTƏLƏRİ
M a d d ə 13. Təsərrüfat subyektlərinin və onların birliklərinin yaradılması, yenidən
təşkili və ləğv edilməsi zamanı antiinhisar qanunvericiliyinə riayət edilməsinə dövlət
nəzarəti
9
1. Təsərrüfat subyektlərinin hökmran mövqelərindən sui‐istifadə və ya rəqabəti
məhdudlaşdıran hərəkətlərinin qarşısını almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı
aşağıdakılara dövlət nəzarətini həyata keçirir:
təsərrüfat subyektlərinin birləşdirilməsinə və qovuşmasına (əgər bu, müvafiq əmtəə
bazarında payı 35%‐dən çox olan təsərrüfat subyektlərinin yaranması ilə nəticələnərsə);
aktivlərinin ümumi dəyəri minimum əmək haqqı məbləğinin 75 min mislindən artıq olan
təsərrüfat subyektlərinin qovuşmasına və birləşməsinə;
aktivlərinin ümumi dəyəri minimum əmək haqqı məbləğinin 50 min mislindən artıq dövlət
və bələdiyyə müəssisələrinin ləğv edilməsinə (məhkəmənin qərarı ilə müəssisələrin ləğv
edilməsi halları istisna olunmaqla) və bölünməsinə (əgər bu, müvafiq əmtəə bazarında payı
35%‐dən çox olan təsərrüfat subyektlərinin yaranması ilə nəticələnərsə).
10
2. Bu maddənin 1‐ci bəndində nəzərdə tutulan hallarda təsərrüfat subyektlərinin
yaradılması, yenidən təşkili və ləğv edilməsi müvafiq icra hakimiyyəti orqanının razılığı
əsasında həyata keçirilir. Belə təsərrüfat subyektlərinin yaradılması, yenidən təşkili və ləğv
edilməsi haqqında qərar qəbul edən şəxslər və ya təsərrüfat subyektləri razılıq almaq üçün
müvafiq icra hakimiyyəti orqanına vəsatət təqdim edir. Vəsatətə, təsərrüfat subyektlərinin
yaradılması, yenidən təşkili və ya ləğv edilməsi ilə bağlı müvafiq müqavilə və (və ya) qərar və
əsas məhsulun (xidmətlərin) müvafiq əmtəə bazarında satışının həcminə dair məlumat əlavə
olunur.
11
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu maddənin 1‐ci bəndində nəzərdə tutulan
hallarda təsərrüfat subyektlərinin yaradılmasına, yenidən təşkilinə və ləğv edilməsinə razılıq
vermək üçün onlardan digər sənədlərin tələb olunmasına yol verilmir.
Müvafiq icra hakimiyyəti orqanı lazımi sənədləri aldıqdan sonra 15 gündən gec olmayaraq
vəsatətlə müraciət edənə qəbul olunmuş qərar barədə yazılı məlumat verir.
3. Bu maddənin 1‐ci bəndində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti
orqanının razılığı alınmadıqda təsərrüfat subyektlərinin yaradılması, yenidən təşkili və ləğv
edilməsi müvafiq icra hakimiyyəti orqanının iddiası üzrə məhkəmənin müvafiq qərarı ilə
etibarsız hesab edilə bilər.
M a d d ə 13‐1. Səhmlərin (payların) əldə olunması zamanı təsərrüfat subyektləri
arasında bağlanılmış əqdlərin həyata keçirilməsində antiinhisar qanunvericiliyinə riayət
edilməsinə dövlət nəzarəti
12
1. Bu maddənin 2‐ci bəndində nəzərdə tutulan istisnalarla, aşağıdakı hallarda təsərrüfat
subyektləri arasında bağlanılmış əqdlər müvafiq icra hakimiyyəti orqanının razılığı alınmaqla
həyata keçirilir:
bir təsərrüfat subyektinin nizamnamə kapitalını təşkil edən və səsvermə hüququna malik
səhmlərin (payların) 20%‐dən çoxunun digər təsərrüfat subyekti (təsərrüfat subyektlərinin
birliyinin və ya bir‐birinin əmlakına nəzarət edən şəxslər qrupu) tərəfindən əldə edildikdə. Bu
məhdudiyyətlər təsərrüfat subyektinin yaradılması zamanı onun təsisçilərinə aid edilmir;
bir təsərrüfat subyektinin əsas istehsal vasitələrinin və ya qeyri‐maddi aktivlərinin digər
təsərrüfat subyektinin (təsərrüfat subyektlərinin birliyi və ya bir‐birinin əmlakına nəzarət edən
şəxslər qrupu) mülkiyyətinə və ya istifadəsinə verilməsi zamanı, əgər əqd predmetini təşkil
edən əmlakın balans dəyəri, bu əmlakı özgəninkiləşdirən təsərrüfat subyektinin əsas istehsal
vasitələrinin və qeyri‐maddi aktivlərinin balans dəyərinin 10 faizindən çox olarsa;
bir təsərrüfat subyektinin sahibkarlıq fəaliyyəti aparmaq şərtlərini müəyyənləşdirməyə və
ya onun ali idarəetmə orqanının funksiyalarını həyata keçirməyə imkan verən hüquqlarının
digər təsərrüfat subyekti (təsərrüfat subyektlərinin birliyi və ya bir‐birinin əmlakına nəzarət
edən şəxslər qrupu) tərəfindən alındıqda.
13
2. Bu maddənin birinci bəndində göstərilən əqdlərin həyata keçirilməsinə müvafiq icra
hakimiyyəti orqanının razılığı yalnız aşağıdakı hallarda tələb olunur:
bu maddənin birinci bəndində göstərilən təsərrüfat subyektlərinin aktivlərinin ümumi
balans dəyəri minimum əmək haqqı məbləğinin 75 min mislindən çox olduqda;
təsərrüfat subyektlərinin birinin müvafiq əmtəə bazarında payı 35%‐dən çox olduqda;
səhmləri əldə edən təsərrüfat subyekti həmin səhmləri özgəninkiləşdirən təsərrüfat
subyektinin fəaliyyətinə nəzarət etdikdə.
3. Bu maddənin 1‐ci bəndində göstərilən əqdlərin həyata keçirilməsinə razılıq almaq üçün
müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanına vəsatət və bu Qanunun 13‐cü
maddəsinin ikinci bəndində göstərilən sənədləri və məlumatları təqdim etməlidirlər.
M a d d ə 14. İnhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması
Özlərinin hökmran mövqeyindən sui‐istifadə edən təsərrüfat subyektləri inhisarçılıq
fəaliyyəti göstərdikdə, öz hərəkətləri ilə rəqabətin məhdudlaşmasına və istehlakçıların
mənafeyinin pozulmasına səbəb olduqda, onların məcburi qaydada bölüşdürülməsi isə
texnoloji, ərazi və təşkilati səbəblərə görə mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanı
icra hakimiyyəti və idarəetmə orqanlarına:
14
1) inhisarçı təsərrüfat subyektlərinin məhsullarının (xidmətlərinin) qiymətləri üzərində
dövlət nəzarəti müəyyən olunması, bəzi hallarda bu və ya digər məhsulun (xidmətin) bazar
qiymətinin yol verilən həddinin təsbit edilməsi;
2) təsərrüfat subyektlərinin gəlirlərindən tutulan vergilərə onların bazardakı payına uyğun
olaraq mütərəqqi vergi dərəcələrinin tətbiq edilməsi;
3) (Çıxarılıb)
15
4) hər hansı bir bazara kiriş maneələrini zəiflətmək məqsədilə istehsal olunan məhsullara
eyniləşdirilmiş standartların tətbiq edilməsi;
5) sürətləndirilmiş amortizasiyanın normativ amortizasiya ilə əvəz edilməsi;
6) kredit verilməsi şərtlərinin sərtləşdirilməsi;
7) təsərrüfat subyektinin patent üzərində öz mövqeyindən sui‐istifadə etməsi ilə əlaqədar
olaraq yeni patentlərin nisbətən ucuz haqla məcburi lisenziyalaşdırılması;
8) bazar subyektlərindən birinin və ya hamısının birlikdə inhisarçılıq fəaliyyətini həyata
keçirərkən onlar arasında bağlanan sazişlərin məhdudlaşdırıcı bəndlərinin ləğv edilməsi;
9) dövlət köməyinin bütün növlərinin dayandırılması;
10) barter əməliyyatlarının qadağan edilməsi;
11) idxal‐ixrac əməliyyatları üçün verilən lisenziyaların ləğv edilməsi barədə müvafiq
təkliflər verə bilər.
M a d d ə 15. İnhisarçılıq fəaliyyətinin aradan qaldırılması
Hökmran mövqe tutan təsərrüfat subyektləri inhisarçılıq fəaliyyəti göstərirlərsə və onların
fəaliyyəti rəqabətin xeyli məhdudlaşdırılmasına səbəb olarsa, müvafiq icra hakimiyyəti orqanı
təşkilati, texnoloji və ərazi şəraitinin imkan verdiyi halda onların məcburi bölünməsi haqqında
qərar qəbul edə bilər. Bu halda müvafiq icra hakimiyyəti orqanı təsərrüfat subyektlərinin
xüsusiyyətini nəzərə alaraq onların məcburi qaydada bölünməsi müddətlərini altı aydan az
olmamaq şərti ilə müəyyənləşdirir.
16
M a d d ə 16. Müvafiq icra hakimiyyəti orqanının məlumat əldə etmək hüququ
1. Müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün
dövlət idarəetmə orqanlarından, təşkilati‐idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən,
vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin
pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır.
2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi müvafiq icra hakimiyyəti orqanını
inhisarçı müəssisələrin dövlət reyestrinin aparılması üçün razılaşdırılmış proqram əsasında
milli bazarda müəssisələrin hökmran mövqeyini müəyyən edən statistika məlumatları ilə təmin
edir.
3. İnhisarçı müəssisələr müvafiq icra hakimiyyəti orqanının təklifi ilə Dövlət Statistika
Komitəsi tərəfindən müəyyənləşdirilmiş qaydada təsdiq edilən dövlət statistika hesabatı
əsasında öz fəaliyyətlərinin inhisarçı mövqeləri haqqında müvafiq icra hakimiyyəti orqanına
hesabat təqdim edirlər.
4. Müvafiq icra hakimiyyəti orqanı bu maddəyə əsasən əldə etdiyi dövlət və kommersiya
sirrini saxlamağa borcludur.
17
Maddə 16‐1. İnhisarçıların informasiyanı açıqlamaq vəzifəsi
Əmtəə bazarında hökmran mövqe tutan xüsusi və ya müstəsna hüquqa və yaxud təbii
inhisara malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların
qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyaları şərtlərin təklif
edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış
qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlamalıdırlar.
18
IV bölmə
YEKUN MÜDDƏALARI
M a d d ə 17. Bu Qanunun pozulmasının nəticələri
1. Bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, icra hakimiyyəti orqanları və
onların vəzifəli şəxsləri:
bu Qanunun pozulmasına yol verilməklə əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə
tutulmuş qaydada dövlət büdcəsinə ödəməyə;
19
Müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərinə əsasən pozuntunu
dayandırmağa, ilkin vəziyyəti bərpa etməyə, müqaviləni dəyişdirməyə və ya pozmağa və
göstərişdə nəzərdə tutulan digər hərəkətləri yerinə yetirməyə;
20
vurulmuş zərəri ödəməyə;
cəriməni ödəməyə borcludurlar.
2. Vurulmuş zərər məhkəmə tərəfindən tutulur.
21
M a d d ə 18. Qanunun pozulmasına görə məsuliyyət
22
Bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, onların rəhbərləri və müvafiq icra
hakimiyyəti orqanlarının vəzifəli şəxsləri aşağıda nəzərdə tutulan məsuliyyəti daşıyırlar.
1. Təsərrüfat subyektləri:
müvafiq icra hakimiyyəti orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə
yerinə yetirmədikdə hər gecikdirilmiş günə görə əlli beş manatadək, lakin iyirmi iki min
manatdan çox olmamaq şərti ilə;
23
müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13‐cü, 13‐1‐ci və 16‐cı maddələrində
göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar
verdikdə — beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar.
24
Cərimənin miqdarı müəyyən edilərkən təsərrüfat subyektlərinin iqtisadi vəziyyəti nəzərə
alınır.
2. Bu Qanunda nəzərdə tutulan şəxslər qanunla nəzərdə tutulmuş inhisarçılıq hərəkətlərinə
görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti daşıyırlar.
25
3. Bu maddənin 1‐ci bəndində maliyyə sanksiyası şəklində tutulan cərimələr müvafiq icra
hakimiyyəti orqanı bu barədə qərar qəbul etdikdən sonra 30 gün ərzində mübahisəsiz qaydada
dövlət büdcəsinə tutulur.
Təsərrüfat subyektləri cəriməni vaxtında ödəmədikdə və ya qismən ödədikdə müvafiq icra
hakimiyyəti orqanı cərimənin, həmçinin hər gecikdirilmiş günə görə cərimənin ümumi
məbləğinin, yaxud ödənilməmiş hissəsinin 1%‐i məbləğində penyanın ödənilməsi üçün
məhkəməyə müraciət edə bilər.
4. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılma qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26
M a d d ə 1 9 . Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin məsuliyyəti
27
Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri dövlət və kommersiya sirri sayılan
məlumatların saxlanılmasına, habelə xidməti vəzifələrini düzgün icra etməmə nəticəsində
təsərrüfat subyektlərinə və dövlətə vurduğu ziyana görə qanunvericilikdə müəyyən edilmiş
məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY.
Bakı şəhəri, 4 mart 1993‐cü il.
№ 526.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 10 oktyabr 1997‐ci il tarixli 381‐IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il, № 1, maddə 17)
2. 23 mart 2001‐ci il tarixli 103‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001‐ci il, № 6, maddə 360)
3. 5 oktyabr 2001‐ci il tarixli 183‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001‐ci il, № 11, maddə 676)
4. 5 oktyabr 2001‐ci il tarixli 190‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001‐ci il, № 11, maddə 683)
5. 23 noyabr 2001‐ci il tarixli 219‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001‐ci il, № 12, maddə 736)
6. 3 dekabr 2002‐ci il tarixli 387‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003‐cü il, № 1, maddə 5)
7. 30 dekabr 2003‐cü il tarixli 568‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004‐cü il, № 2, maddə 57)
8. 9 mart 2004‐cü il tarixli 603‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004‐cü il, № 4, maddə 202)
9. 20 oktyabr 2006‐ci il tarixli 167‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il, № 12, maddə 1005)
10. 1 fevral 2008‐ci il tarixli
543‐IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 fevral 2008‐ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il,
№ 2, maddə 49)
11. 1 aprel 2008‐ci il tarixli 588‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, №5, maddə 348)
12. 2 iyun 2008‐ci il tarixli 618‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, maddə 462)
13. 30 sentyabr 2010‐cu il tarixli 1083‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 14 noyabr 2010‐cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010‐cu il, № 11, maddə 939)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1
10 oktyabr 1997‐ci il tarixli 381‐IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il, № 1, maddə 17) ilə 1‐1‐ci maddə əlavə edilmişdir.
2
3 dekabr 2002‐ci il tarixli 387‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003‐cü il, № 1, maddə 5) ilə 1‐1‐ci maddədə “ bu
Qanundan” sözlərindən sonra “ , ʺTəbii inhisarlar haqqındaʺ, ʺHaqsız rəqabət haqqındaʺ Azərbaycan
Respublikasının qanunlarından” sözləri əlavə edilmişdir.
3
30 sentyabr 2010‐cu il tarixli 1083‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 noyabr 2010‐cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010‐cu il,
№ 11, maddə 939) ilə 2‐ci maddəsinin 3‐cü bəndində “ ticarət nişanları və müəlliflik hüquqlarından”
sözləri “faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici, müəlliflik hüququ və əlaqəli
hüquqlardan” sözləri ilə əvəz edilmişdir.
4
3 dekabr 2002‐ci il tarixli 387‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003‐cü il, № 1, maddə 5) ilə 4‐cü maddənin axırıncı abzası
yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
təbii inhisar—hazırkı şəraitdə rəqabətin mümkün və ya məqsədəuyğun olmadığı sahədə
inhisarçılıq fəaliyyət növləri.
5
9 mart 2004‐cü il tarixli 603‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004‐cü il, № 4, maddə 202) ilə 7‐ci maddənin 2‐ci
yarımbəndində ʺbələdiyyə mülkiyyəti obyektlərindən, yerli büdcəninʺ sözləri ʺdövlət büdcəsininʺ
sözləri ilə əvəz edilmiş və ʺbüdcədənkənarʺ sözündən sonra ʺdövlətʺ sözü əlavə edilmişdir.
6
3 dekabr 2002‐ci il tarixli 387‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003‐cü il, № 1, maddə 5) ilə 11‐ci maddənin 2‐ci bəndi
çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
2. Təbii inhisarçıların siyahısını müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə Azərbaycan
Respublikası Milli Məclisi müəyyən edir.
7
23 mart 2001‐ci il tarixli 103‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001‐ci il, № 6, maddə 360) ilə 12‐1‐ci maddə əlavə
edilmişdir.
8
1 aprel 2008‐ci il tarixli 588‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, №5, maddə 348) ilə birinci hissəsinin birinci
abzasından ʺvə ya qanunvericilikdə müəyyən edilmiş qaydada etibarsız sayılırʺ sözləri çıxarılmışdır,
ikinci hissə üçüncü hissə hesab edilmişdir və yeni məzmunda ikinci hissə əlavə edilmişdir.
9
10 oktyabr 1997‐ci il tarixli 381‐IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il, № 1, maddə 17) ilə 13‐cü maddə yeni redaksiyada
verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
M a d d ə 13. İnhisarçılıq fəaliyyətinin qarşısının alınması
1) İdarəetmə orqanlarının və təsərrüfat subyektlərinin inhisarçılıq fəaliyyətinin, qarşısını almaq
üçün aşağıdakı hallarda antiinhisar siyasətini həyata keçirən Azərbaycan Respublikası mərkəzi icra
hakimiyyəti orqanı ilkin dövlət nəzarətini həyata keçirir:
yeni idarəetmə orqanlarının yaradılması, birləşdirilməsi, yenidən qurulması nəticəsində onların
fəaliyyəti rəqabətin məhdudlaşdırılmasına səbəb olarsa və ya ola bilərsə;
təsərrüfat subyektlərinin yaradılması, qovuşması, yenidən qurulması, ləğv edilməsi bazarda
hökmran mövqe tutan yeni təsərrüfat subyektinin meydana kəlməsinə gətirib çıxararsa;
idarəetmə orqanlarının və təsərrüfat subyektlərinin kommersiya fəaliyyətinin birləşdirilməsi
haqqında sazişlər rəqabətin məhdudlaşdırılmasına gətirib çıxararsa və ya gətirib çıxara bilərsə;
nəzarət paketinin alqı (satqı) əməliyyatı iştirakçılarından biri bazarda hökmran mövqe tutarsa,
yaxud bu əməliyyatlarda iştirak edən təsərrüfat subyektlərinin bazardakı paylarının cəmi 35 faizə
çatarsa;
icra hakimiyyət, idarəetmə orqanlarının və təsərrüfat subyektlərinin birgə fəaliyyət göstərmək
haqqında sazişləri rəqabətin, təsərrüfat subyektlərinin müstəqilliyinin məhdudlaşdırılmasına və
istehlakçıların mənafelərinin pozulmasına səbəb olarsa və ya ola bilərsə.
2. Bu maddənin 1‐ci bəndində göstərilən bütün hallarda Azərbaycan Respublikasında antiinhisar
siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının razılığı lazımdır. Bu məqsədlə
idarəetmə orqanları və təsərrüfat subyektləri Azərbaycan Respublikasında antiinhisar siyasətini
həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına razılıq üçün vəsatət və birləşmə nəticəsində yeni
yaradılmış və birləşən təsərrüfat subyektlərinin ayrılıqda hər birinin əsas fəaliyyət növləri və
müvafiq bazardakı payı haqqında məlumat verir. Azərbaycan Respublikasında antiinhisar
siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı vəsatəti aldığı gündən iki həftə
müddətində öz qərarı haqqında iddiaçıya yazılı məlumat verir.
3. Bu maddə qovuşma, birləşdirilmə, yenidən təşkil olunma nəticəsində bazarda xüsusi çəkisi 35
faizə, yaxud qanunvericilikdə müəyyən olunmuş digər həddə çatmayan təsərrüfat subyektlərinə
şamil edilmir.
10
3 dekabr 2002‐ci il tarixli 387‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003‐cü il, № 1, maddə 5) ilə 13‐cü maddənin 1‐ci bəndinin
dördüncü abzasında ʺartıq və bələdiyyə müəssisələrininʺ sözləri ʺartıq dövlət və bələdiyyə
müəssisələrininʺ sözləri ilə əvəz edilmişdir.
11
1 fevral 2008‐ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008‐ci il,
№ 29) 13‐cü maddəsinin 2‐ci bəndinin 3‐cü cümləsində ʺ dövlət qeydiyyatı üçün qanunvericiliyə uyğun
təqdim olunan sənədlərʺ sözləri ʺ təsərrüfat subyektlərinin yaradılması, yenidən təşkili və ya ləğv
edilməsi ilə bağlı müvafiq müqavilə və (və ya) qərarʺ sözləri ilə əvəz edilmişdir.
12
10 oktyabr 1997‐ci il tarixli 381‐IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il, № 1, maddə 17) ilə 13‐1‐ci maddə əlavə edilmişdir.
13
3 dekabr 2002‐ci il tarixli 387‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003‐cü il, № 1, maddə 5) ilə 13‐1‐ci maddənin adında
ʺsəhmlərinʺ sözündən sonra ʺ(payların)ʺ sözü, 1‐ci bəndinin birinci, ikinci, üçüncü abzasında mötərizə
içərisində ʺtəsərrüfat subyektləri birliyiʺ sözlərindən sonra ʺvə ya bir‐birinin əmlakına nəzarət edən
şəxslər qrupuʺ sözləri əlavə edilmişdir.
14
10 oktyabr 1997‐ci il tarixli 381‐IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il, № 1, maddə 17) ilə 14‐cü maddədə “ Azərbaycan
Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı” sözləri
“müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir.
15
23 noyabr 2001‐ci il tarixli 219‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001‐ci il, № 12, maddə 736) ilə 14‐cü maddənin üçüncü
bəndi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
3) təbii inhisarçı olaraq bazarda öz müstəqil mövqeyindən sui‐istifadə edən təsərrüfat subyektləri
üçün aksiz vergilərinin sərtləşdirilmiş dərəcələrinin tətbiq edilməsi;
16
10 oktyabr 1997‐ci il tarixli 381‐IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il, № 1, maddə 17) ilə 15‐ci maddədə “ Azərbaycan
Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı” və
“antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı” sözləri “ müvafiq icra
hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir.
17
10 oktyabr 1997‐ci il tarixli 381‐IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il, № 1, maddə 17) ilə 16‐cı maddədə “ Azərbaycan
Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı” sözləri
“müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir.
18
20 oktyabr 2006‐cı il tarixli 167‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il, № 12, maddə 1005) ilə 16‐1‐ci maddə əlavə
edilmişdir.
19
10 oktyabr 1997‐ci il tarixli 381‐IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il, № 1, maddə 17) ilə 17‐ci maddənin 1‐ci bəndinin
birinci abzasından sonra yeni abzas əlavə edilmişdir.
20
10 oktyabr 1997‐ci il tarixli 381‐IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il, № 1, maddə 17) ilə 17‐ci maddədə “ Azərbaycan
Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı” sözləri
“müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir.
21
5 oktyabr 2001‐ci il tarixli 190‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001‐ci il, № 11, maddə 683) ilə 17‐ci maddənin 2‐ci
bəndindən ʺvə ya arbitraj məhkəməsiʺ sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
2. Vurulmuş zərər məhkəmə və ya arbitraj məhkəməsi tərəfindən tutulur.
22
10 oktyabr 1997‐ci il tarixli 381‐IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il, № 1, maddə 17) ilə 18‐ci maddə yeni redaksiyada
verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
M a d d ə 18. Antiinhisar qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Antiinhisar qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq surətdə mülki‐hüquqi və inzibati məsuliyyət daşıyırlar.
23
2 iyun 2008‐ci il tarixli 618‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, maddə 462) ilə 18‐ci maddəsinin 1‐ci bəndinin
ikinci abzasında “şərti maliyyə vahidi məbləğinin 50 mislinədək, lakin şərti maliyyə vahidi
məbləğinin 20 min mislindən” sözləri “ əlli beş manatadək, lakin iyirmi iki min manatdan” sözləri ilə
əvəz edilmişdir.
24
2 iyun 2008‐ci il tarixli 618‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, maddə 462) ilə 18‐ci maddəsinin 1‐ci bəndinin
üçüncü abzasında “şərti maliyyə vahidi məbləğinin 5 min mislinədək” sözləri isə “beş min beş yüz
manatadək” sözləri ilə əvəz edilmişdir.
25
5 oktyabr 2001‐ci il tarixli 183‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001‐ci il, № 11, maddə 676) ilə 18‐ci maddənin 3‐cü bəndi
yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
3. Bu maddənin 2‐ci bəndində nəzərdə tutulan şəxslər eyni hərəkətləri il ərzində iki dəfə (inzibati
təsir tədbirləri tətbiq edildikdən sonra) təkrar etdikdə qanunvericilikdə müəyyən edilmiş qaydada
cinayət məsuliyyəti daşıyırlar.
26
30 dekabr 2003‐cü il tarixli 568‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004‐cü il, № 2, maddə 57) ilə 18‐ci maddənin 2‐ci bəndi
çıxarılmış, 3‐cü, 4‐cü və 5‐ci bəndləri müvafiq olaraq 2‐ci, 3‐cü və 4‐cü bəndlər hesab edilmişdir.
Maddənin 2‐ci bəndinin əvvəlki redaksiyasında deyilirdi:
2. Təsərrüfat subyektlərinin rəhbərləri və icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri:
müvafiq icra hakimiyyəti orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə yerinə
yetirmədikdə xəbərdarlıq və ya minimum əmək haqqı məbləğinin 200 mislinədək;
bu Qanunun 13‐cü, 13‐1‐ci və 16‐cı maddələrinin tələblərinə əməl etmədikdə və sənədləri təqdim
etmədikdə — xəbərdarlıq və ya minimum əmək haqqı məbləğinin 150 mislinədək inzibati qaydada
cərimə olunurlar.
27
10 oktyabr 1997‐ci il tarixli 381‐IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il, № 1, maddə 17) ilə 19‐cu maddə əlavə edilmişdir.
Document Outline - Ibölm əÜMUMİ MÜDDƏALAR
- Madd ə 1. Qanunun məqsədləri
- Maddə 1‐1. Antiinhisar qanunvericiliyi
- Maddə 2. Qanunun tətbiq dairəsi
- Madd ə 3. Antiinhisar siyasətini həyata keçirən Azərbaycan Respublikasının dövlət orqanları
- Madd ə 4. Əsas anlayışlar
- II bölməİNHİSARÇILIQ FƏALİYYƏTİ
- Madd ə 5. Dövlət inhisarçılığı
- Madd ə 6. Sahə inhisarçılığı
- Madd ə 7. Yerli inhisarçılıq
- Madd ə 8. Təsərrüfat subyektlərinin inhisarçılığı
- Madd ə 9. Maliyyə‐kredit inhisarçılığı
- Madd ə 10. Bazar subyektlərinin üfqi və şaquli sazişləri nəticəsində yaranan inhisarçılıq
- Madd ə 11. Təbii inhisarçılıq
- Madd ə 12. Patent‐lisenziya inhisarçılığı
- Madd ə 12‐1. Yerin təkindən istifadə inhisarçılığı
- III b ö l m əANTİİNHİSAR TƏNZİMLƏMƏ VASİTƏLƏRİ
- Madd ə 13. Təsərrüfat subyektlərinin və onların birliklərinin yaradılması, yenidən təşkili və ləğv edilməsi zamanı antiinhisar qanunvericiliyinə riayət edilməsinə dövlət nəzarəti
- Madd ə 13‐1. Səhmlərin (payların) əldə olunması zamanı təsərrüfat subyektləri arasında bağlanılmış əqdlərin həyata keçirilməsində antiinhisar qanunvericiliyinə riayət edilməsinə dövlətnəzarəti
- Madd ə 14. İnhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması
- Madd ə 15. İnhisarçılıq fəaliyyətinin aradan qaldırılması
- Madd ə 16. Müvafiq icra hakimiyyəti orqanının məlumat əldə etmək hüququ
- Maddə 16‐1. İnhisarçıların informasiyanı açıqlamaq vəzifəsi
- IV bölməYEKUN MÜDDƏALARI
- Madd ə 17. Bu Qanunun pozulmasının nəticələri
- Madd ə 18. Qanunun pozulmasına görə məsuliyyət
- Madd ə 19. Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin məsuliyyəti
Dostları ilə paylaş: |