Апеорвпьтпао



Yüklə 229,15 Kb.
tarix06.03.2018
ölçüsü229,15 Kb.
#30692

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01 oktyabr 2014-cü il tarixli 1045 nömrəli əmri ilə təsdiq edilmişdir

ORTA İXTİSAS TƏHSİLİ PİLLƏSİNİN DÖVLƏT STANDARTI
SUBBAKALAVRİAT SƏVİYYƏSİNİN İXTİSAS ÜZRƏ
T Ə H S İ L P R O Q R A M I
İxtisasın (proqramın) şifri və adı:
040539 «Rabitə qovşaqları və kommunikasiya sistemləri»

BAKI – 2014

  1. Ümumi müddəalar




    1. Subbakalavr səviyyəsinin 040539 – “Rabitə qovşaqları və kommunikasiya sistemləri” ixtisası üzrə Təhsil Proqramı (bundan sonra Təhsil Proqramı) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Orta ixtisas təhsilnin Dövlət Standartı və Proqramı”, “Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı” və “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları”na uyğun hazırlanmışdır.

    2. İxtisas üzrə Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə subbakalavr hazırlığını həyata keçirən bütün orta ixtisas təhsili müəssisələri üçün məcburidir.

    3. Strukturda istifadə olunan işarələr:

OİTP- orta ixtisas üzrə Təhsil Proqramı

ÜK – ümummədəni kompetensiyalar

PK – peşə kompetensiyaları

    1. 040539 – “Rabitə qovşaqları və kommunikasiya sistemləri” ixtisasının xarakteristikası.

OİTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

İxtisasın şifri və adı

Verilən elmi ixtisas dərəcəsi

Əyani forma üzrə təhsil müddəti

Kreditlərin sayı

040539-“Rabitə qovşaqları və kommunikasiya sistemləri



subbakalavr

Tam orta təhsil bazasından – 3 il*

180

*- Ümumi orta təhsil bazasından və qiyabi forma üzrə təhsil müddəti 1 il artıqdır (ixtisas üzrə qiyabi formada təhsiı nəzərdə tutulduqda).

  1. Məzunun ixtisas xarakteristikası və kompetensiyası

2.1. Subbakalavrın ixtisas xarakteristikası.

- «Rabitə qovşaqları və kommunikasiya sistemləri» ixtisası üzrə subbakalavr təhsil müddətində aldığı biliklər əsasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində peşə fəaliyyətinə, eləcə də təhsilini bakalavr pilləsində davam etdirməyə hazır olmalıdır.

- “Rabitə qovşaqları və kommunikasiya sistemləri” ixtisasına yiyələnmiş mütəxəssislər uyğun istehsal və qeyri-istehsal sahələrində mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq, təşkilatlarda, idarələrdə, müəssisələrdə və s. işləyə bilər.

- bu ixtisası bitirmiş mütəxəssislər bütün rabitə sahələrində istifadə olunan aparatların istismarı, quraşdırılması, təmiri, köklənməsi və s. işlərin yerinə yetirilməsi ilə əlaqədar telekommunikasiya şəbəkələrində, kosmik rabitə sistemində, radiotelemexanika, radioidarəetmə, radioölçmə, radionaviqasiya, radiolokasiya sahələrində və eləcə də dəniz donanmasında və aviasiyada istifadə olunan avadanlıqlar üzrə mütəxəssis kimi fəaliyyət göstərə bilər. Bu mütəxəssislərin əsas fəaliyyət obyektləri telekommunikasiya sahələrində, sürətli poçt sistemində, özəl rabitə şirkətlərində ola bilər.

2.2. Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan

tələblər.

Burada ixtisasından asılı olaraq subbakalavrın ümummədəni (ÜK) və peşə (PK)



kompetensiyasına qoyulan tələblər müəyyənləşdirilir və kodlaşdırılır.

2.2.1. Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:

- kollektivdə işləmək qabiliyyəti (ÜK-1);

- digər sahələrin mütəxəssisləri ilə ünsiyyətdə olmaq qabiliyyəti (ÜK-2);

- fəal sosial mobillik (ÜK-3);

- beynəlxalq arenada işləmək qabiliyyəti (ÜK-4);

- hüquqi biliklər və etik normalara malik olmaq (ÜK-5);

- yeni ideyalar irəli sürmək qabiliyyəti (ÜK-6);

- müstəqil işləmək (ÜK-7);

- təşəbbüskarlıq və liderlik (ÜK-8);

- işi təşkil etmək və planlaşdırmaq qabiliyyətinə malik olmaq (ÜK-9);

- nəzəri biliklərlə təcrübənin əlaqəsini möhkəmləndirmək qabiliyyəti (ÜK-10);

- İKT-dən istifadə etməyi bacarmaq (ÜK-11);

- öz inkişafına, peşəkarlığına çalışmaq (ÜK-12);

- fikrini düzgün və yiğcam ifadə etmək (ÜK-13);

2.2.2. Məzun aşağıdakı peşə kompetensiyalarına (PK( yiyələnməlidir:



Tədqiqat sahəsi üzrə:

  • ixtisasının mahiyyətini və sosial mənasını bilməli, ona davamlı maraq göstərməli, ixtisası üzrə tədqiqat üsullarından istifadə etmək qabiliyyətinə malik olmalıdır (PK-1);

  • ixtisasına uyğun planlaşdırma üsullarından istifadə etmək bacarığı (PK-2);

  • tədqiqat işinin aparılması (PK-3);

  • ixtisasa uyğun məsələlərin təhlilini aparmaq bacarığı (PK-4);

  • vəzifə borcunun yerinə yetirilməsi üçün müxtəlif üsulları seçməyi və onları qiymətləndirməyi bacarmalıdır (PK-5);

  • elektron kitabxanalardan, referativ jurnallardan ixtisasına uyğun aktual elmi-texniki məlumatları əldə etmək (PK-6);

İstehsalat-texnoloji sahəsi üzrə:

  • peşə fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarından istifadəni

bacarmalıdır (PK-7);

  • informasiyanın alınması, işlənməsi, saxlanılması və ötürülməsi texnologiyalarına yiyələnməlidir (PK-8);

  • ixtisas səviyyəsini daim artırmalı və iş sahəsində yeniləşən texnika və

texnologiyalardan istifadə etməyi bacarmalıdır (PK-9);

Təşkilati-inzibatçılıq sahəsi üzrə:

  • iş yoldaşları və istehlakçılarla mədəni davranış qaydalarına malik olmalıdır (PK-10);

  • iqtisadi və sosial proseslərin təhlilində riyazi və alqoritmik modelləşdirmə üsullarından istifadə etməlidir(PK-11);

  • işin nəticəsinə görə məsuliyyəti öz üzərinə götürməyi bacarmalıdır (PK-12);

  • görüləcək işlər barəsində öz fikrini qısa və dürüst ifadə etməlidir (PK-13);

3. Təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum tələblər

3.1. Peşə fəaliyyətinin xarakteristikası.

3.1.1. Peşə fəaliyyətinin əsas istiqamətləri: 040539 -“Rabitə qovşaqları və kommunikasiya sistemləri” ixtisası üzrə subbakalavrın peşə fəaliyyətinin əsas istiqamətləri:

- peşə fəaliyyəti ilə əlaqədar olan sahələr;

- istehsal-texnoloji;

Təşkilati-inzibatçılıq və s.



3.1.2. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər.

Burada peşə fəaliyyətinin hər bir istiqaməti üzrə tələblər müəyyənləşdirilir.



3.2. İxtisas üzrə fənn bölümləri, fənlərin kreditləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə tutulan kompetensiyaların kodları.
3.2.1. Ümumtəhsil fənn bölümü

Fənnin kodu

Fənnin bölümləri

Saatların ümumi miqdarı

O cümlədən

Fənnin tədrisi nəzərdə tutulan semestr

I semestr

II semestr

ÜF-B00

Ümumtəhsil fənlər bölümü

900







1;2

ÜF-B01

Azərbaycan dili (xarici dildə təhsil alanlar üçün)*

60

30

30

1;2

ÜF-B02

Azərbaycan (rus) dili

60

30

30

1;2

ÜF-B03

Ədəbiyyat

60

30

30

1;2

ÜF-B04

Xarici dil

60

30

30

1;2

ÜF-B05

Azərbaycan tarixi

30




30

2

ÜF-B06

Tarix

30

30




1

ÜF-B07

İnsan və cəmiyyət

30

30




1

ÜF-B08

İqtisadiyyatın əsasları

30




30

2

ÜF-B09

Cəbr və analizin başlanğıcı

90

60

30

1;2

ÜF-B10

Həndəsə

45




45

2

ÜF-B11

İnformatika

45




45

2

ÜF-B12

Fizika

60

30

30

1;2

ÜF-B13

Astronomiya

30




30

2

ÜF-B14

Kimya

60

30

30

1;2

ÜF-B15

Biologiya

45

45




1

ÜF-B16

Fiziki coğrafiya

45

45




1

ÜF-B17

Fiziki tərbiyə

60

30

30

1;2

ÜF-B18

Gənclərin çağırışaqədərki hazırlığı

60

30

30

1;2

- ümumtəhsil fənləri bölməsinə daxil olan fənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.10.2006-cı il tarixli 233 №-li qərarı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında ümumtəhsilin konsepsiyası «Milli Kurikulumu»-na uyğun müəyyənləşdirilir və məzun bu konsepsiyaya uyğun olan biliklərə nail olmalıdır;



3.2.2. İxtisasın peşə hazırlığı fənləri bölümü

Fənn bölümünün kodu

Fənn bölümləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından)

Fənn bölümləri üzrə kreditlərin sayı

Fənnlər

Fənlər üzrə kreditlərin sayı

Qazanılması nəzərdə tutulan kompetensiyaların kodları













Təhsil hissəsi

HF-B00

Humanitar fənlər bölümü
bilməlidir;

Respublikanın uzaq və yaxın keçmişi haqqında ümumi biliyi, Azərbaycan Respublikasının müstəqil dövlət kimi formalaşdığı indiki dövrə qədər keçdiyi tarixi yolun xronologiyasını, müstəqillik və istiqlaliyyət uğrunda mübarizələri və bu yolda misilsiz xidmətləri olan şəxsiyyətləri;



bacarmalıdır:

Tarixin, keçmişin qiymətləndirilməsinə dair öz mövqeyini əsaslandırmağı və fikrini ifadə etməyi;


Azərbaycan dili üzrə:
bilməlidir;

Azərbaycan dilindən orta məktəbdə alınan vərdişləri möhkəmləndirmək və inkişaf etdirmək; sərbəst danışıq vərdişinə yiyələnmək, Azərbaycan dilində istənilən məqamlarda ünsiyyət saxlamaq.



bacarmalıdır:

Dialoq aparmağı, ixtisasa dair ədəbiyyatı lüğətsiz oxumağı bacarmalıdır


Xarici dil üzrə:
bilməlidir;

xarici dillərin birində öz fikrini sərbəst izah etməyi, texniki ədəbiyyata aid mətni lüğətin köməyi ilə tərcümə etməyi.



bacarmalıdır:

İctimai – siyasi mətnləri, bədii və texniki ədəbiyyatları lüğətin köməyi ilə tərcümə etməyi, öyrəndiyi leksik və qrammatik materialları lüğətsiz oxuyub başa düşməyi, öz fikrini sərbəst ifadə etməyi, texniki terminləri sərbəst tərcümə etməyi;



Seçmə yolu ilə öyrənilməsi nəzərdə tutulan fənləri dinləməklə :

bilməlidir;

sosial mühit və sosial inkişafda istiqamətin rolunu və mahiyyətini;

Azərbaycan respublikası hüquq sisteminin və qanunvericiliyinin əsaslarını;
Gələcək peşə fəaliyyətinin mahiyyətini və ona dair normativ və hüquqi sənədlərin tərtibini və onlardan istifadə etməyi bacarmalı, pozulmuş hüququnun bərpa yollarını öyrənməlidir.
bacarmalıdır:

Gələcək peşə fəaliyyətini və onun mahiyyətini qiymətləndirməyi, istiqamət üzrə aldığı ilkin məlumatlardan ixtisas peşə hazırlığında məqsədyönlü istifadəni.


yiyələnməlidir:

Azərbaycan tarixinin mühüm məqamlarına: sosial-iqtisadi sahədə əsas təlimlərə; Sosoal əhəmiyyətli problemlərin təhlilini aparma qabiliyyətinə, sərbəst danışıq vərdişinə, Azərbaycan dilində istənilən məqamlarda ünsiyyət saxlamağa, öz fikrini sərbəst izah etmək qabiliyyətinə;



26

HF-B01 Azərbaycan tarixi

HF-B03-

Azərbaycan dili (təlimi xarici dində olanlar üçün)**



HF-B02 Xarici dil

HF-B04 Seçmə fənlər


4

8

8



6

ÜK-3


ÜK-4

ÜK-5


ÜK-7

ÜK-13



İPF-B00

İxtisasın peşə hazırlığı fənləri bölümü:***

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində tələbə


bilməlidir:



  • Fənnin tədrisi prosesində konstruktor sənədlərinin metodları, normaları, oxuma və tərtib olunma qaydaları, həndəsi qurmalar, təsvirlərin alınma metodları, ölçülərin göstərilməsi, maşın mexanizmləri, radio qurğuları və rabitə vasitələri qurğuları hissələrinin birləşmələri, yığım cizgiləri, standartlaşmanın metodiki əsaslarını;


bacarmalıdır:

  • Dövlət standartlaşdırma sistemi, vəsait və ölçü metodlarının standartlaşdırılması, metroloji xidməti;


bilməlidir:

  • Həyat fəaliyyətinin rahatlıq şərtləri və əmək fiziologiyasının əsasları, texniki sistemin ekologiyalılığı və təhlükəsizliyi, fövqəladə şəraitlərdə təhlükəsizlik, həyat fəaliyyətinin təhlükəsizliyinin idarə olunması, elektrik təhlükəsizliyinin əsasları, istehsalat sanitariyası, yanğın təhlükəsizliyi qaydalarını;

bacarmalıdır:

  • Rabitə müəssisələrində bütün işləri təhlükəsizlik texnikası qaydalarına uyğun yerinə yetirməyi;


bilməlidir:

- İnformasiyanın növləri, informasiyanın toplanması, ötürülməsi, işlənməsi, ümumi xüsusiyyətləri, tətbiqi proqramlar paketi; paketin tərkibi və strukturu (MS Office); Sistem proqram təminatı; Əməliyyat sistemləri, əməliyyat sistemləri ilə işin əsasları, qrafik interfeys; xidməti proqramlar; mətn prosessorlarının, cədvəl redaktorlarının, VBİS-lərin, kompyuter qrafikasının imkanları.



bacarmalıdır:

  • Müasir proqramlaşdırma vasitələrindən, əməliyyat sistemləri və tətbiqi proqramlardan Mətn proses-sorlarından, cədvəl redaktorlarından, kompyuter qrafikasının imkanlarından istifadə etməyi;


bilməlidir:

- Matrislər və onlar üzərində əməlləri, İki və üç tərtibli determinantlar və onların hesablanması qaydalarını,

n-tərtibli determinant haqqında anlayış. Tərs matris, onun varlığı və tapılmasını;
bacarmalıdır:


  • Vektorlar və onlar üzərində əməllər, vektorların xətti asılılığı, vektorların skalyar və vektoryar hasilləri və onların xassələrini, İki tərtibli əyrilər, onların kanalik tənliklərinn həll etməyi;


bilməlidir:

- Mürəkkəb elektrik dövrələrinin hesabat metodları. Güclər və güclər balansı. Sinusoidal dəyişən cərəyan dövrələri. Triqonometrik və simvolik metodlar. Dalğa və vektor diaqramları. Qeyri-sinusoidal dəyişən cərəyan dövrələri. Elektrik dövrələrində keçid prosesləri. İmpuls xarakteristikaları. Paylanmış parametrik dövrələr. Qeyri-xətti dövrələr. Elektromaqnit sahəsi nəzəriyyəsi. İstiqamətlənmiş və istiqamətlənməmiş qraflar nəzə-riyyəsini;



bacarmalıdır:

  • Elektrik dövrələrinin hesabatı zamanı elkektrotexniki qanunları tətbiq etməyi;


bilməlidir:

- Elektrovakuum və ion cihazları. Maddələrin elektrik keçiriciliyi. Yarımkeçiricilər. Yarımkeçiricilərdə elektrik keçiriciliyi. Aşqarlı yarım keçiricilər. Termorezistorlar və varistorlar. Elektron-deşik keçidi. Yarımkeçirici diodlar; Düzləndirici diodlar. İmpuls diodları, stabilitronlar, ifrat yüksəktezlikli diodlar, varikaplar, tunel diodları, gərginlik məhdudlayıcıları, şüalandırıcı diodlar. Tranzistorlar; Bipolyar tranzistorlar, unipolyar tranzistorlar, tranzistorlarin qoşulma üsulları. Tiristorlar, növləri, iş prinsipi, parametrləri, tətbiq sahələri. Fotoelektron cihazlar. Yarımkeçirici fotoelektron cihazlar, göctərici elementlər, optik cütlər. Mikroelektronika; İnteqral mikrosxemlər, rəqəm inteqral mikrosxemlər, analoji inteqral mikrosxemlər, böyük inteqral mikrosxemlər, mikroprosessorlar, yaddaş qurğular. Funlsional mikroelektronika. Molekulyar elektronika, optoelektronika, akustoelektronika, krioqen elektronika, istilik elektronikası;



bacarmalıdır:

  • Elektron qurğularında istiyadə olunan bütün elementləri oxumağı və iş prinsipini izah etməyi;


bilməlidir:

- Gücləndiricilər, əsas parametrləri və xarakteristikaları, dəyişən cərəyan gücləndiriciləri, güc gücləndiriciləri, çoxkaskadlı gücləndiricilər. Gücləndiricilərdə əks əlaqələr. sabit cərəyan gücləndiriciləri. Analoq mikrosxem texnikası, əməliyyat gücləndiriciləri, parametrləri, əsas göstəriciləri və xarakteristikaları, sıfır dreyfinin azaldılması yolları. Genişzolaqlı gücləndiricilər, dar zolaqlı gücləndiricilər, rezonans gücləndiriciləri, yüksək tezlikli və ifrat yüksək tezlikli gücləndiricilər. Gücləndiricilərdə küylər və onların aradan qaldırılması yolları. Azküylü gücləndiricilər.

Rəqəm texnikasının elementləri. Əsas baza məntiq elementləri. Sadəvə mürəkkəb məntiq elementləri;İnteqral triggerlər, sinxron və asinxron triggerlər, birtaktlı və ikitaktlı triggerlər, universal triggerlər; -Sayğaclar, ardıgıl və birbaşa ötürməli sayğaclar, məcburi say əmsallı sayğaclar, tezlik bölücüləri, Registrlər, ardıcıl və paralel registrlər, universal reversiv registrlər, dairəvi sayğaclar və impuls paylaşdırıcıları.

Kombinasiyalı sxemlər, multipleksorlar və demultipleksorlar, koderlər və dekoderlər, yarımcəmləyicilər və cəmləyicilər, çoxdərəcəli cəmləyicilər. Kodların müqayisə qurğuları. Komparatorlar. Yaddaş elementləri, statik və dinamik yaddaş elementləri, daimi yaddaş elementləri



bacarmalıdır:

  • Bu elementləri üzrənidnə sadə funksional sxemlərin tərtib olunmasını;


bilməlidir:

- mikroprosessor sistemlərinin baza funksional sxemini, mikroprosessor sistemlərinin proqram təminatını, mikrokontroller sistemlərinin tipik idarəetmə sisteminin və təşkilinin strukturunu, mikroprosessor sistemlərinin sınaq üsullarını və sazlanma qaydalarını, İnternet üzərindən müxtəlif qurğuların informasiya asılılığını, Mikropro-sessor sistemlərinin istehsalının və istifadə olunmasının vəziyyətini;



bacarmalıdır:

  • mikroprosessor sistemlərində test və sazlanma işlərini aparmağı, mikroprosessor sistemlərində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması;


bilməlidir:

- İqtisadiyyat elminin predmeti, iqtisadiyyata giriş (iqtisadi təhlilin əsasları, mübadilənin əsasları, rəqabətli bazarın fəaliyyəti, dövlət bölməsinin əsasları), mülkiyyət haqqında əsas anlayışlar; iqtisadi və hüquqi səmtlər, -mikroiqtisadiyyata giriş, pul, pul tədavülü və pul siyasəti, milli gəlir, xərclər, tələb, təklif, infilyasiya və işsizliyin mikroiqtisadi problemləri, dünya iqtisadiyyatı və iqtisadi inkişaf. İstehsalatda menecmentin əsaslarını;



bacarmalıdır:

  • tələb istehlak seçməsi, məsrəflər, təklif firmalar və rəqabət formaları, biznesin quruluşu və tənzimləmə, faktorlar bazarları və gəlirlərin bölüşdürülməsini;


bilməlidir:

-Telekommunikasiya, radiotexnika və elektron qurğularının metroloji təminatı, metrologiyanın predmeti və məsələləri, -xətalar nəzəriyyəsi və ölçmə nəticələrinin statistik emalı, -ölçmələrin təsnifatı və əsasları, fiziki kəmiyyətlər, ölçü vahidləri, ölçü üsulları və texniki vasitələri, ölçmələrin prinsipləri və metodları, ölçmələrin vahidliyinin təmin edilməsi və dəqiqliyinin artırılmasının metod və vasitələri, elektroradiotexniki ölçü cihazlarının əsas elementləri, ölçü

vasitələrinin qurulma prinsipləri və xüsusiyyətləri, -rəqəmli ölçü vasitələrinin qurulma prinsipləri;

bacarmalıdır:


  • Ölçü və nəzarət – sınaq cihazlarından istifadə qaydalarını və ölçmənin nəticələrini analiz etməyi;


bilməlidir:

  • Transformatorlar onların ümumi xarakteristikaları, növləri və qoşulma sxemləri, elektronika, telekommu-nikasiya və radiotexnika avadanlıq-larının elektrik təchizatının təşkili prinsipləri, elektrik təchizat sistemlərində etibarlılıq və ehtiyatlaş-dırma məsələləri, -müxtəlif elektrik təchizatı sistemi aparatlarının müqayisəsi və onların seçilməsi üzrə təlimatları;

bacarmalıdır:

  • Elektrik qida avadanlıqlarına təxirəsalınmaz xidməti;


bilməlidir:

  • Determinləşmiş siqnalların nəzəri əsasları, siqnalların riyazi modelləri, siqnal, informasiya və məlumat anlayışları, siqnalların dinamiki təqdim olunma prinsipləri, seçmələr teoremi, kotelnikov teoremi, dar zolaqlı siqnal anlayışı, kompleks qurşayan, fiziki qurşayan və ani tezlik,analitik siqnal və onun xassələri, modullanmış siqnallar, modulyasiyanın növləri, amplitud, faza, tezlik modulyasiyalı siqnallar, xətti tezlik modulyasiyalı impuls siqnalları haqqında əsas anlayışları;

bacarmalıdır:

  • Elektrik dövrələrinin əsas qanunlarını təcrübədə tətbiq etməyi, analoq və rəqəm siqnalları fərqləndirməyi və onların parametrlərini hesablamağı;

bilməlidir:

- Kommutasiya sahəsində danışıq siqnallarının impuls ardıcıllığına çevirilməsini, İK-4310 idarəedici kompleksin tərkibinə daxil olan mərləzi prosessorun (daimi və operativ yaddaş qurğularının) vəsifəsini və iş prinsipini; yazılmış proqramlı idarəedici qurğularının üstün cəhətlərini, hazırki dövrdə EATS-lərdə istifadə edilən mərkəzləşdirilmiş, paylanmış və kombinə edilmiş idarəetmə sistemlərinin iş prinsiplərini, NGN tipli yeni nəsil rabitə şəbəkəsində tətbiq olunan çevik kommutatorların, siqnallaşma şlyuzuna nəzarət funksiyası olan ATS-lərin C&C08-128 tipli ATS-lərdə istifadə olunan idarəedici qurğuların və modulların yerinə yetirdiyi funksiyaları və s.


bacarmalıdır:

  • Müasir dövrdə NGN tipli yeni nəsil rabitə şəbəkəsində tətbiq olunan müxtəlif növlü EATS-in idarəedici qurğularında baş verən zədələnmələrin aşkar edilməsi və onun aradan qaldlrılmasını.




  • bilməlidir:

-Elektroakustikanın əsasları. Səsin sahəsi, onun xassələri və parametrləri. Eşitmə orqanını xassələri. Səslərin eşidilmə sərhəddi. Danışıq siqnallarının tezlik spektri. Elektroakustik çeviricilərin növləri. Maqnit sistemli elektromaqnit telefonlar. Onların konstruksiyaları, cəzbetmə qüvvələri, iş prinsipi, həssaslığı və parametrləri. Kömür mikrafonun quruluşu, iş prinsipi və həssaslığı. Elektroakustik cevricilərin xassələri Son abunəçi qurğularının növlərini bilməlidir.

Rabitə şəbəkələri. Telefon şəbəkəsinin qurulması üsulları. Dairəvi optik rabitə şəbəkələri. Yeni nəsil rabitə şəbəkəsi, onun əsas elementləri. Şlüzlər, kommutatorlar. Onların vəzifələri. Nəqliyyat paket şəbəkəsi. İP və ATM şəbəkəsi, onlarınmüqayisəsi və birgə işi. NGN texnologiyası.



bacarmalıdır:

  • Rabitə şəbəkələrinin layihələn-dirilməsi. Yüklərin hesablanması metodikası. Şlyüz avadanlığının hesablanması metodikası, çevik kommutator avadanlığının hesablanması. Paket şəbəkəsinə qoşulma kommutator avadanlığının hesablanması. Paket şəbəkəsinə qoşulma interfeyslərinin parametrlə-rinin hesablanması. Nəqliyyat Paket şəbəkəsi avadanlığının hesablan-masını;


bilməlidir:

-Bu şəbəkədə ən müasir telekommunikasiya sistemləri xüsusilə NGN-Text Generation Network Softwich şəbəkələrinin qurulma prinsipləri, İP şəbəkəsində səs, Data, internet, İPTV (internet protokolu ilə telefon xətləri ilə televiziya yayımı) və multimediya məlumatları verilişinin təşkili, NGN-şəbəkəsində rabitənin keyfiyyəti, NGN - şəbəkəsinin üstünlüklərini öyrədən bir fəndir. Bu şəbəkədə müxtəlif telekommunikasiya xidmət növlərini 100 minlərlə istifadəçilərin hər birinə multimediya xidmətlərini bir fiziki mühitlə (bir cüt fiziki mis naqillə yaxud oprtik naqillə) təqdim edən şəbəkə infrostrukturunun yaradılması üçün hazırlanmış yeni texnoloigiyalar (müasir serverlər, mikroprosessorlar, mikrosxemotexnika və proqram vasitələorinin kompleksindən) ibarət olan sahələri;



bacarmalıdır:

-Fənni vacib bölmələrindən biri də rabitə şəbəkələrinin layihələndirilməsi sayılır. Bu bölmədə NGN şəbəkəsinə daxil olub telefon yükünün hesablanması metodikası, şlyuz avadanlıqlarının hesablanması, çevik kommutator və nəqilyyat paket şəbəkəsi avadanlıqlarının hesablanma metodikasını.



bilməlidir:

  • Bu fənn əsasən müasir telekommunikasiya şəbəkəsində geniş tətbiq olunan rəqəmli kommutasiya sistemləri RKS, kommutasiya sahələrinin yaranma prinsipi və təsnifatı, rəqəmli kommutasiyada idarəetmə və siqnallaşma. Abunəçi interveysi proqram təminatı, DMS-100, system-x, S-12 və İSDN-nin şəbəkəsinin qurulması, teletrafiki və texniki istismarı..

bacarmalıdır:

  • Rabitə avadanlıqların müasir səviyyədə inkişaf perspektivlərini beynəlxalq, şəhərlərarası, şəhər-kənd və idarə telefon rabitəsinin təşkilini: nasazlıqların fiziki əsaslarını tapıb aradan qaldırılmasını, elektrik sxemlərinin iş prinsipləri əsas texniki iqtisadi xarakteristikasını, telefon şəbəkələrinin abunəçi qurğularını və kommutasiya qovşaqlarında texniki istismar qaydalarını normalar, tənzimləmə üsullarını, kommutasiya stansiya apartlarının parametr-lərini ölçülməsini;


bilməlidir:

  • Telekommunikasiya şəbəkə və sistemlərinin qurulmasının əsasları fənni məlumat mübadiləsinin, bu mübadiləni təşkil edən rabitə xətt qurğularının, sistem və şəbəkələrinin təsnifatı, istənilən növ məlumatların ötürülməsi, qəbulu və avadanlıqların qurulmasının öyrənilməsini

bacarmalıdır:

- Eyni zamanda rabitə xətt qurğularını, telefon, teleqraf, faksimil, müasir informasiya texnologiyalarını, teletext, videotext, bürofaks, təlimat emalı xidməti və teleyozma informasiya texnologiyalarının inkişaf perspektiv-lərinin şəbəkədə quraşdırıl-masını və tətdiqini.

  • yiyələnməlidir:

  • - Elektron qurğularında istifadə olunan bütün elementləri oxumağı və iş prinsipini izah etmək, Paket şəbəkəsinə qoşulma interfeyslərinin parametrlə-rinin hesablanması, Nəqliyyat Paket şəbəkəsi avadanlığının hesablanması qaydalarına, Telefon şəbəkəsinin qurulması üsullarına, dairəvi optik rabitə şəbəkələrinə, yeni nəsil rabitə şəbəkəsi, onun əsas elementləri. Şlüzlər, kommutatorla, onların vəzifələri, Nəqliyyat paket şəbəkəsi, İP və ATM şəbəkəsi, onlarınmüqayisəsi və birgə işi. NGN texnologiyasına;

100



İPF-B01 – Texniki rəsmxətt və standartlaşmanın əsasları

İPF-B02 – Həyat fəaliyyətinin təhlükəsizliyi
İPF-B03 – Kompyuterin proqram təminatı

İPF-B04 – Ali riyaziyyatın əsasları


İPF-B05 - Elektrik dövrələri nəzəriyyəsinin əsasları

İPF-B06 – Elektronikanın əsasları

İPF-B07 – Analoq və rəqəmli elektronika

İPF-B08 – Mikroprosessorlu sistemlər

İPF-B09 – Sahə iqtisadiyyatı və menecment

İPF-10 – Elektrik ölçmələri və vasitələri

İPF-B11 - Elektrik qida qurğuları

İPF-B12 – Siqnallar və sistemlər

İPF-B13 – Telekommunikasiya sistemlərinin idarəedici qurğuları


İPF-B14 – Kommutasiya sistemləri

İPF-B15 – NGN şəbəkələri

İPF-B15 – Rəqəmli kommutasiya sistemləri

İPF-B17 - Telekommunikasiya şəbəkə və sistemlərinin qurulmasının əsasları


4

4


8

4

6



6

4

4



6

8

6



8

4

8



10

6

4



ÜK-1


ÜK-2

ÜK-6


ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


PK-1

PK-2


PK-3

PK-5


PK-6

PK-7


PK-8

PK-9


PK-10

PK-11


PK-12

PK-13







Peşə hazırlığının seçmə fənləri***

24










TE-B00

Təcrübələr və yekun attestasiya

Bu bölməyə aid olanların öyrənilməsi nəticəsində təhsil alan



bilməlidir:

şəhər telefon şəbəkəsində tətdiq olunan müasir tipli elektron ATS-nin qurulma prinsiplərini, kommutasiya sahələrini, birləşmənin yerinə yetirilməsi ardıcıllığını, müxtəlif testlərin aparılmasını, abunəçilərə əlavə servis xidmətlərinin təqdim edilməsini və s.;


bacarmalıdır:

NGN şəbəkələrinin qurulması prinsiplərini, İNTERNET şəbəkəsinin əsas sifarişçilərini şəbəkəyə qoşmağı, elektron poçtundan istifadə etməyi, məktubları tərtib etməyi və göndərməyi, məlumatları qəbul etməyi, servis xidmətinin imkanlarından istifadə etməyi;


yiyələnməlidir:
təsərrüfat obyektlərində tətbiq olunan texnika və texnologiyaları mənimsəmək, təsərrüfat fəaliyyətinin təhlilinə dair materialların toplanması və təhlili haqqında biliklərə və praktiki bacarıqlara.

30

TE-B01

Təcrübələr


TE-B02

Yekun dövlət attestasiyası



24

6


ÜK-10

PK-15





Kreditlərin ümumi sayı:

180









* Azərbaycan bölməsində təhsil alanlar üçün həmin saat həcmində təhsil müəssisəsi tərəfindən ixtisasın profilinə uyğun müəyyənləşdirilən fənlər və ya ikinci xarici dil tədris olunur.

** Azərbaycan bölməsində təhsil alanlar üçün humanitar fənlər bölümündə olan “Azərbaycan dili(təlim xarici dildə olduqda)” fənninə verilən saat həcmində “Azərbaycan dili və nitq mədəniyyəti”, “Etika və psixologiya” fənni və ya ikinci Xarici dil tədris olunur.

Humanitar fənlər bölümündə seçmə fənlərə ayrılan saatlar hesabına orta ixtisas məktəbi tərəfindən “Fəlsəfə”, “Politologiya”, “Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları” , “Milli əxlaq və ailə etikası” və “Dünya və vətən mədəniyyəti” fənlərindən müəyyən olunmaqla tədris oluna bilər.

*** İxtisasın peşə hazırlığı bölümünün seçmə fənləri orta ixtisas məktəbi tərəfindən “Sənədli elektrik rabitəsinin şəbəkə və sistemləri”, “Naqilsiz rabitə texnologiyası”, “ Optik lifli rabitə xətləri”, “Elektrik və optik rabitə xətləri”, “Optik ötürücü sistemlər”, “İntellektual telekommunikasiya sistemləri”, “Radiorele rabitə xətləri”, “İP telefonoya” fənlərindən seçilə bilər.

Ümumtəhsil fənlər bölümü yalnız ümumi orta təhsil bazasından qəbul olunanlara aiddir. Ümumtəhsil fənlər bölümündə olan fənlərin saatları saxlanılmaq şərti ilə semestrlər üzrə bölgüsü orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyən oluna bilər..

Humanitar fənlər bölümünə daxil olan Azərbaycan dili (xarici dildə təhsil alanlar üçün), «Azərbaycan tarixi», «Xarici dil», fənləri ümumi orta təhsil bazasından qəbul olunanlar üçün ikinci, tam orta təhsil bazasından qəbul olunanlar üçün isə birinci dərs ilindən başlayaraq tədris olunur.

Fiziki tərbiyə idmanın növləri üzrə bölmələrdə keçirilir.



3.2.3. «Rabitə qovşaqları və kommunikasiya sistemləri» ixtisası üzrə subbakalavr təhsil proqramının yerinə yetirilməsinin müddəti:

Subbakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr:



  • Ümumi orta təhsil bazaslndan - 198

  • Tam orta təhsil bazasından -146

Nəzəri təlim üçün ayrılan həftələr:

  • Ümumi orta təhsil bazasından -105

  • Tam orta təhsil bazasından -75

Təcrübələr üçün ayrılan həftələr (tədris, istehsalat) -16

İmtahan sessiyası üçün ayrılan həftələr:



  • Ümumi orta təhsil bazasından - 35

  • Tam orta təhsil bazasından - 25

Tətillər üçün ayrılan həftələr

  • Ümumi orta təhsil bazasından - 38

  • Tam orta təhsil bazasından - 26

Yekun dövlət imtahanına ayrılan həftələr - 4 4. Maddi-texniki baza, tədris bazası və kadr potensialı

4.1. -Təhsil proqramını həyata keçirən orta ixtisas təhsil müəssisəsi subbakalavr

hazırlığını təmin edən maddi-texniki bazaya (kabinetlər, laboratoriyalar, idman

zalları, kitabxana və oxu zalları) malik olmalıdır. Maddi – texniki baza qüvvədə

olan inşaat normalarına, sanitar və gigiyenik qaydalarına uyğunlaşdırılmalıdır.
4.2. Kadr potensialı:

Orta ixtisas təhsili müəssisəsi müvafiq ixtisas üzrə Ali təhsilli rabitəçi-mühəndis

pedaqoji kadrlarla təmin olunmalıdır.

Orta ixtisas təhsili müəssisələrində təhsil verənlərin keyfiyyət göstəricilərinə

daxildir:

-öz fəaliyyətlərində innovativ təlim, informasiya – kommunikasiya, müasir

texnika, yeni istehsal və pedaqoji texnologiyalardan istifadə etməli;

-təhsilverənlər ali təhsilli olmaqla yanaşı müəyyən istehsalat və pedaqoji təcrübəyə

malik olmalı;

-mütəmadi olaraq öz bilik və bacarıqlarını artırmaq üçün müəyyən olunmuş

müddətdə və qaydada ixtisasartırmadan keçməlidirlər.
5. Tədris prosesinin forma və metodları

5.1. Tədris formal təhsil formasında həyata keçirilir.

Təhsilalma formaları əyani və qiyabidir.

«Rabitə qovşaqları və kommunikasiya sistemləri» ixtisası tələbələrin kredit sisteminə uyğunlaşdırılmış tədris plan və proqramları əsasında həyata keçirilir.

5.2. Tədris prosesində müxtəlif dərs növlərindən istifadə edilir (nəzəri, praktiki, laborator

məşğələləri, yoxlama işləri, kurs işi və s.) Bununla yanaşı təhsil alanların fəaliyyətini,

tədqiqatçılıq bacarıqlarını stimullaşdıran dərslərə geniş yer ayırilmalıdır. Yeni pedaqoji texnologiyaları və müasir interaktiv təlim metodlarını əks etdirən dərs-ekskursiya, dərs-yarış, dərs-müzakirə, dərs-disput kimi qeyri - standart dərslərdən istifadəyə üstünlük verilməli, təlim prosesinin çevikliyini təmin edən müxtəlif iş formalarından (kollektiv iş, qruplarla iş) istiıfadə olunmalıdır.Təlim prosesində dialoqa, məntiqi və tənqidi təfəkkürü inkişaf etdirən, yaradıcı fəaliyyətə əsaslanan fəal və interaktiv metodlardan istifadə edilməlidir.

6.Yekun dövlət attestasiyasına qoyulan tələblər və

qiymətləndirmə


    1. Subbakalavr səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsil alanların dövlət attestasiyası ilə yekunlaşır.

    2. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan, təcrübələrdən) müvəffəqiyyətlə keçmiş tələbələr yekun attestasiyasına buraxılırlar.

    3. Yekun attestasiya bütün təhsil alanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 4 həftədir.

    4. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanlarından ibarətdir.

    5. Subbakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı tam orta təhsil bazasından 180 kredit olmalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Orta ixtisas təhsili müəssisələrində subbakalavriat səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “Rabitə qovşaqları və kommunikasiya sistemləri” ixtisası üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi verilir.

    6. Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

Razılaşdırılmışdır:
Azərbaycan Respublikası Təhsil Azərbaycan Respublikası Təhsil

Problemləri İnstitutunun direktoru Nazirliyinin Orta ixtisas təhsili sektorunun müdiri:

__________________Q.N.Novruzov _______________İ.K.Mikayılov

«_____»_______________ 2014-cü il «_____»______________2014-cü il

Texniki və Texnoloji ixtisaslar üzrə Azərbaycan Respublikası Təhsil

Dövlət Təhsil Standartlarını hazırlayan Nazirliyi Elmi-Metodik Şurasının

_Elektronika və rabitə________

işçi qrupun sədri _____________ bölməsinin sədri:



________________F.Q. Məmmədov __________________A.N.Həsənov

«_____»______________2014-cü il «_____»_______________ 2014-cü il
Yüklə 229,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə