Arxeologiya, Etnoqrafiya 277 Tarix və onun problemləri, №3 2013



Yüklə 353,74 Kb.
Pdf görüntüsü
tarix28.06.2018
ölçüsü353,74 Kb.
#51973


Arxeologiya, Etnoqrafiya                                                       277 

Tarix və onun problemləri, № 3 2013 

 

 



NIYAMƏDDIN HACIYEV 

Gəncə Dövlət Universitetinin müəllimi 

E-mail: haciyevşniyaməddin@mail.ru 

 

XIX ƏSRİN SONU – XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ DƏRBƏND ŞƏHƏRİNİN TEATR 

VƏ MEMARLIQ ƏNƏNƏLƏRİNƏ DAİR 

 

Açar sözlər: Dərbənd, şəbeh, Narınqala, Zövqi, muğam 



Ключевые слова: Дербенд, шабех, Нарынгала, Зовги, мугам 

Keywords: Derbend, shabeh, Naryngala, Zovgi, muqam 

 

XIX əsrin ikinci yarısı XX əsrin əvvəllərində ümumrusiya miqyasında kapitalist isteh-



sal  üsulunun  coşqun  inkişafı  şəraitində  Azərbaycan  milli  mədəniyyətin  ümumi  yüksəlişi  ilə 

bağlı olaraq Dərbənddə də mədəni ənənələr inkişaf etməkdə idi. 

Azərbaycanın qədim və köklü tarixə malik ərazilərindən olan Dərbənd 1806-cı ildə çar 

Rusiyası tərəfindən işğal olunsa da burada əsərlər boyu kök salmış və küll halında Azərbaycan 

mədəniyyətinin  tərkib  hissəsi  olan  mədəni  ənənələr  işğaldan  sonrakı  dövrdə  də  öz  milli 

xüsusiyyətlərini  qoruyub  saxladı.  Dərbənd  şəhərində  teatr  ənənələri  çoxəsrlik  tarixə  malik 

olub  ilkin  köklərini  hələ  İslamın  ilk  dövrlərində  meydana  gəlmiş  «şəbehlər»dən  almışdır. 

Məlumdur ki, hər il İslam təqvimi ilə Məhərrəm ayının birinci 10 günlüyündə şiə imamlarının 

şərəfinə  təşkil  olunan  «Şaxsey-vaxsey»  mərasimlərində  dini-teatral  səhnələr-şəbihlər  göstə-

rilirdi. 

XIX əsrdə Dərbənd şəbihlərinin şöhrəti onun hüdudlarından çox-çox kənarlarda yayıl-

mışdı.  Yerli  şəbih  mütəxəssislərindənQumru,  Şuai,  Sipeyri,  Səməndər,  Zövqi,  Mirzə  Əli-

Abbas və s. İran və Qafqazın şiə icmaları arasında məşhur idi. Onlardan biri olanQumru hətta 

İran şahı tərəfindən şəxsən təltif edilmişdi. XVIII-XIX əsrlərdə Dərbənddə olan demək olar ki, 

bütün  rus  müəllifləriDərbənddə  keçirilən  şəbihlər  barəsində  çox  geniş  şəkildə  bəhs  etmişlər 

(7.18). 


XIX  əsrin  ortalarında  Dərbənd  hərbi  qarnizonunda  şəhərdə  ilk  həvəskar  teatr  truppası 

yarandı ki, onun da üzvlərini hərbçi zabitlər və onların qadınları təşkil edirdi. Teatr tamaşaları 

hərbi qarnizonuna məxsus klubda və Şəhər cəmiyyətinə məxsus klubda göstərilirdi. 

XIX əsrin sonunda Dərbənd şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan 

müəllimlər və təhsil alan tələbələrin səyləri ilə Azərbaycan həvəskar teatrı fəaliyyətə başladı 

(2.158). 

XX əsrin 80-ci illərinin ortalarında Dərbənddə həvəskar türk dram teatr dərnəyi fəaliy-

yət  başladı.  Onun  yaradılmasının  təşəbbüskarları  şəhərin  azərbaycanlı  ziyalılarının  geniş 

dairəsi - müəllimlər, təhsil müəssisələrinin yuxarı sinif şagirdləri, musiqiçilər, muğam və xalq 

mahnılarının ifaçıları və s. idi. Həmin dövrdə mövcud olan müsəlman ənənələrinə uyğun ola-

raq  dərnək  kollektivi  ancaq  kişilərdən  ibarət  idi  və  onlar  tamaşalar  zamanı  həm  də  qadın 

rollarını ifa edirdilər. 

Müstəqil  həvəskar  artistlər  Azərbaycanlı  müəlliflərin  pyeslərini  səhnələşdirərək  tama-

şaya qoyurdular. 

XX əsrin əvvəllərində şəhərdə iki -  Azərbaycan və rushəvəskar teatr truppasıfəaliyyət 

göstərirdi.  Teatr  tamaşalarının  göstərildiyi  üç  səhnə  -  Şəhər  ictimai  binası,  Qunib  ehtiyat 




278                                                          Arxeologiya, Etnoqrafiya 

Tarix və onun problemləri, № 3 2013 

 

batalyonunun  kazarması,  bundan  başqa  teatr  tamaşaları  üçün  həm  də«Mulen»  və  «Miraj» 

kinoteatrlarına məxsuszallardan da istifadə olunurdu (8.2). 

1904-cü  ilin  fevralında  həvəskar  Azərbaycan  teatr  truppasının  xahişini  nəzərə  alan 

şəhər  rəhbərliyi  «Dərbənd  Azərbaycan  musiqili-dram  teatrının  Əsasnaməsi»ni  təsdiq  etmək 

üçün  Daxili  İşlər  Nazirliyinə  müraciət  etdi.  1904-cü  il  22  sentyabr  tarixində  teatrın  Əsasna-

məsi  Daxili  İşlər  nazirliyi  tərəfindən  təsdiq  edildi.  Məhz  elə  həmin  tarixdən  etibarən  Dər-

bəndin  çoxəsrlik  mədəni-tarixi  ənənələrinə  biri  də  əlavə  olundu.  Şəhərdə  ilk  peşəkar  teatr  - 

Dərbənd  Azərbaycan  musiqili-dram  teatrı  fəaliyyətə  başladı.  Yeni  teatrın  ilk  aktyorları  sıra-

sına  isə  xüsusi  teatr  təhsili  olmasa  da  fitri  aktyorluq  istedadına  malik  olan  və  bütün  ruhuyla 

səhnəyə bağlı incəsənət xadimləri  - Hüseynqulu Ərşad oğlu, Dirək Abbasqulu, Hüseyn Xan-

kişi  oğlu,  Fətullah  Hacı  Səlim  oğlu,  Pərviz  Hacı  Səlim  oğlu,  Mirələm  Mir  Sadıq  oğlu,  Hacı 

Cubay Əliəkbər oğlu, Məşədi İbad Hacı Tağı oğlu, Miqdar Hacı Ağa oğlu və d. var idi. Sonra-

dan  bütün  bu  aktyorların  adı  Qafqaz  teatr  incəsənəti  tarixinə  peşəkar  incəsənət  xadimi  kimi 

daxil oldu. 

Dərbənddəki Türk dram teatrı o dövrün bütün şərq ölkələri üçün xarakterik olan adət-

ənənələrinə uyğun fəaliyyət göstərirdi. Müsəlman qadınlar səhnəyə çıxa bilməzdi. Şəriət buna 

çox ciddi qadağalar qoyduğu üçün teatrda qadın rollarını Yunis, Ağababa  kimi istedadlı  kişi 

aktyorlar oynayırdılar. 

Dərbənddə  türk  teatrının  yaranması  və  inkişafında  Bakıda  yaranan  ilk  peşəkar  teatrın 

çox  böyük  rolu  oldu.  Bakı  aktyorları  tet-tez  Dərbənddə  qastrol  səfərlərində  olur,  dərbəndli 

aktyorlarla görüşür, bilik və təcrübələrini onlara bölüşürdülər. Dərbənd tamaşaçıları qarşısında 

çıxış edən aktyorlara misal olaraq Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operasındakıMəc-

nun rolunun ilk ifaçısı Hüseynqulu Sarabski, sonralarSSRİ Xalq artisti olan Mirzağa Əliyev, 

Hüseyn  Ərəblinski  (Xələfov),Əhməd  Anadonlu,  H.Hacıbababəyov,  M.Bağırov  və  başqa 

peşəkar Bakı aktyorları var idi. Öz növbəsində Dərbənd türk dram teatrı da Bakı və Quba şə-

hərlərində öz tamaşalarını nümayiş etdirirdilər. 

1910-cu  ildə  Dərbənd  şəhər  ictimai  binasının  səhnəsində  Dərbənd  türk  dram  teatrının 

quruluşunda  dahi  bəstəkar  Üzeyir  bəy  Hacıbəyovun  «Leyli  və  Məcnun»operası  tamaşaya 

qoyuldu. Həmin tamaşada Məcnun rolunu üç gənc aktyor - Hüseynqulu Ərşad oğlu, Dirək Ab-

basqulu, Hüseyn Xankişi oğlu, Fətullah Hacı Səlim oğlu, Leyli rolunu isə Yunis və Ağababa 

qardaşları  ifa  edirdilər.  Böyük  müvəffəqiyyətlə  baş  tutan  bu  tamaşa  o  qədər  geniş  əks-səda 

doğurdu ki, bütün Qafqaz miqyasında nəşr olunan məşhur mətbuat orqanları, o cümlədən Ba-

kıda çıxan «Kaspi», Tiflisdə nəşr olunan «Qafqaz», Vladiqafqazda nəşr olunan «Terek» qəzet-

ləri  bu  tamaşa  haqqında  xüsusi  məqalə  nəşr  etmişdilər.  Elə  həmin  səhnədə  və  həmin  ildə 

Üzeyir Hacıbəyovun «O olmasın bu olsun» komediyası tamaşaya qoyuldu. Tamaşada Məşədi 

İbad rolunu Məşədi İbad Hacı-Tağı oğlu, Sultan bəy rolunu isə Miqdar Hacı ağa oğlu oyna-

mışdı.  Həmin  tarixdən  etibarən  Dərbənd  türk  dram  teatrı  Qafqazda  fəaliyyət  göstərən  çox 

azsaylı  mədəniyyət  ocaqları  sırasına  daxil  oldu.  Dirək  Abbasqulu,  Seyid  Müzənfər,  Hüseyn 

Xankişi oğlu və s. kimi dərbəndli aktyorların da adı məşhur azərbaycanlı aktyorların sırasında 

çəkilir (7.304). 

1917-ci  ilini  inqilabi  hadisələri  vəbolşeviklərin  oktyabr  çevrilişindən  sonra  yaranmış 

siyasi hadisələrlə əlaqədar Dərbənd türk dram teatrı fəaliyyətini dayandırmaq məcburiyyətində 

qaldı. 


XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid arxiv sənədlərində və mətbuat səhifələrində 

Bakıdan, Tiflisdən, Həştərxandan, Moskvadan Dərbəndə peşəkar teatr kollektivlərinin qastrol 

səfərləri ilə bağlı  məlumatlar əks olunub. Bütün bunlar həm də o dövrdə Dərbənd şəhərində 



Arxeologiya, Etnoqrafiya                                                        279 

Tarix və onun problemləri, № 3 2013 

 

artıq  teatr  incəsənətinə  geniş  maraq  göstərəngeniş  tamaşaçı  kütləsinin  də  mövcud  olduğunu 

sübut edir (9.224). 

XIX  yüzilliyin  ikinci  yarısında  Dərbəndə  memarlığının  inkişafı  özünəməxsusluğu  ilə 

seçilirdi. Qədim memarlıq ənənələrinə malik çox unikal şəhərlərdən biri olan Dərbənddə möv-

cud olan çoxsaylı abidələr memarlıq üslubuna görə eyni zamanda həm İslam Şərqinin, həm də 

Avropanın memarlıq ənənələrini özündə əks etdirirdi. Bu dövrdə bir çox imperiya şəhərlərində 

olduğu kimi Dərbənddə də "nizami" planlaşdırmaya və şəhərin abadlığının yaxşılaşdırılmasına 

səy edilməsi müşahidə olunurdu. Nəzərdən keçirilən dövrdə Dərbənddə şəhərsalma və memar-

lığın inkişafının başlıca xüsusiyyətlərindən biri tikintidə plan-kompozisiya və bədii memarlıq 

elementlərindən  istifadə  olunması  idi.  Bu,  binaların  fasadlarının  xüsusi  bəzəyində,  eyvanlar, 

parad kirişləri, ikiqat pilləkənlər və s. quruluşunda da nəzərə çarpırdı. 

Dərbənd şəhərinə peşəkar memar təyin olunmasının zəruriliyi ilə bağlı məsələ ilk dəfə 

olaraq şəhər müvəkkillərinin 31 avqust 1896-cı il tarixli yığıncağında qaldırıldı. Əslində Şəhər 

özünüidarəsi haqqında Əsasnamədə tikinti planları və fasadların təsdiqi, yeni tikililərə nəzarət 

funksiyasını  həyata  keçirmək  üçünbelə  bir  vəzifə  nəzərdə  tutulmuşdu.  Lakin  ayrıca  bir 

memarın məvacibi üçün vəsait çatışmadığı üçün yerlimühəndislər bu vəzifəni tutmaqdan im-

tina edirdilər. Şəhər müvəkkillərinin yığıncağında deputatlar Juçenko, Sadıqov  və  Axundova 

tikinti işlərində şəhər rəisinə köməklik göstərmək tapşırıldı. Şəhər idarəsi məvacibli daimi me-

mar tutmaq qərarına gəldi və elə bu məqsədlə də dəmiryolu mühəndislərindən biri ilə müqa-

vilə imzalandı. Dərbənd şəhərinin ilk memarı vəzifəsini Q.Vodopyanov tutdu. O, bu vəzifəsini 

1900-cü  ilə  qədər  icarə  etdi.  Ondan  sonra  Dərbəndin  memarı  vəzifəsini  Qolyaşkin  (1900-

1903), Jdanov (1903-1907), A.Miçko (1907-1914), Qubkin (11914-1918), Mustafa Hacı oğlu 

Qasımov və b. Tutdular (3.258). 

XIX əsrdə Dərbənddə eyni zamanda iki  memarlıq məktəbi  mövcud idi. Birincisi yerli 

memarlıq  ənənələrinin  davamçısı  idi.  Bura  mədrəsə,  məscid,  yaşayış  evləri,  bulaqlar  və  s. 

daxil idi. Digər memarlıq məktəbi isə Rusiya işğalından sonra yaranmışdı özündə rus memar-

lıq üslubunun ənənələrini əks etdirirdi. 

Dərbəndin qədim abidələri - möhtəşəm müdafiə istehkamları, Narın qala, Cümə məsci-

di kompleksi, hamamlar, orijinal minarələr, Qırxlar məscidi, qeyri-adi dəniz divarları, qədim 

şəhərin layihəsi, gözəl sərdabələr və s. şəhərin qədim memarlıq ənənələrinə malik olduğunun 

əyani sübutudur. 

Qədim  memarlıq  ənənələri  bütün  Dərbənddə  XIX  əsrdə  də  davam  etdirilməkdə 

idi.1847-ci  ilə  aid  olan  şəhər  sxemində  Daşqapı  darvazaları  yanında  «Qubernator  evi»  əks 

olunmuşdur. Bu kronşteyn və əjdaha formasında yonulmuş vahid daşdan tikilmiş çox unikal 

memarlıq  üslubuna  malik  dəbdəbəli  tikilidir.  Həmin  tikilidə  Dərbəndin  ilk  qubernatoru,  ge-

neral  mayor  A.İ.Qaqarin  qalırdı,  sonradan  digər  qubernatorlar  və  şəhər  rəisi  də  bu  binada 

qalmışdı. Binanın sonuncu sakini isə Qəzənfər Talıbov adlıolmuşdu. Sovet hakimiyyəti döv-

ründə  həmin  memarlıq  abidəsi  müsadirə  olunaraq  süd  tədarükü  binasına  çevrilmiş,  baxım-

sızlıq ucbatından dağılmışdı (4.48). 

1849-cu  ildə  Dərbənd  şəhərinin  mərkəzi  hissəsində  yerləşən  kilsə  meydanında  inşa 

olunan  fəvvarə  də  bəhs  olunan  dövrün  möhtəşəm  memarlıq  abidələrindən  biridir.  Dərbənd 

şəhərinin yeni tikilən aşağı (Dübarə) hissəsində su olmadığı üçün Qafqaza yeni canişin təyin 

olunmuş  knyaz  M.S.Voronsov  Dərbənddə  olarkən  hərbi  qubernatorA.İ.Qaqarin  ona  şəhərin 

yaxınlığında, Calqan dərəsində bir neçə şirin sulu bulağının olması haqqında məruzə etmişdir. 

Knyaz Voronsov dərhal bu bulaqlardan şəhərin baş meydanına su  kəmərinin çəkilməsi üçün 

icazə verir. 1849-cu ilin mayında orada fəvvarə tikilir (7.139). 



280                                                          Arxeologiya, Etnoqrafiya 

Tarix və onun problemləri, № 3 2013 

 

Fəvvarənin  arxa  divarı  yarımdairə  formasında  Yermolayev  küçəsi  səviyyəsində  olan 

təpəyə  söykənmişdir.  Fəvvarə  һər  iki  tərəfdən  meydana  tərəf  uzanırdı.  Fəvvarə  şəhərin  gör-

kəmli  memarlıq  abidələrindən  olan  GeorgiPobedonosets  məbədi  ilə  birlikdə  şəhərin  mərkəzi 

meydanında yerləşirdi. 

İstifadə olunmuş ədəbiyyat: 

 

1.



 

Azərbaycan Milli Ensiklopediyası. Bakı, 2007. 

2.

 

Azərbaycan tarixi. Yeddi cilddə. IV cild. Bakı, 2007. 



3.

 

Azərbaycan tarixi. (1900-1920-ci illər). Yeddi cilddə. V cild. Bakı, 2007. 



4.

 

Абдуллаев М.А. Мыслители Дагестана XIX- нач. ХX вв. Махачкала, 1963 г. 



5.

 

Абдуллаев  М.А.  Из  истории  научной  и  педагогической  мысли  досоветского 



Дагестана. Махачкала, 1986 г. 

6.

 



Гаджиева С.С. Дагестанские азербайджанцы. М., 1999. 

7.

 



Гусейнов Г. Энциклопедия города Дербента. Москва, 2009. 

8.

 



Каймаразов Г.Ш. Очерки истории культуры народов Дагестана. М., 1967.  

 

НИЯМЕДДИН ГАДЖИЕВ 



Преподаватель Гянджинского Государственного Университета  

 

К ТЕАТРАЛЬНЫМ И АРХИТЕКТУРНЫМ ТРАДИЦИЯМ 

Г. ДЕРБЕНД В КОНЦЕ XIX – НАЧАЛЕ XX ВВ. 

 

В данной статье на основе широких источников и исторической литературы рас-



сматривается  вопросы,  связанные  с  историей  развития  театра  и  архитектуры  в  г.  Дер-

бенд.  Автор  убедительно  доказывает,  что  дербендское  искусство  являлось  неотъем-

лемой составной частью все азербайджанской культуры. 

 

NIYAMADDIN HAJIYEV 

Teacher of the Ganja State University 

 

ON THE THEATRICAL AND ARCHITECTURAL TRADITIONS 

OF DERBEND IN THE LATE XIX EARLY XX CENTURİES 

 

In  this  paper,  based  on  extensive  historical  sources  and  literature  considered  issues 



related  to  the  history  of  theatre  and  architecture  in  the  city  of  Derbend.  The  author  argues 

convincingly that Derbend art is an integral part of the Azerbaijan culture. 

 

 

Rəyçilər: t.ü.f.d. P.Kərimzadə, t.e.d.Q.S.İsmayılov 



Gəncə  Dövlət  Universitetinin  Ümumi  tarix  kafedrasının  11  iyul  2013-cü  il  tarixli 

iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr.№14). 

 

 



Yüklə 353,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə